Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-502/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X12 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – X4 iştirakları ilə, təqsirləndirilən şəxs- 01 avqust 1991-ci ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X6 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, 03 fevral 2025-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyası yaxınlığında tanışı Şahid7 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,191 qram narkotik vasitə olan heroini əldə edərək özündə saxlamaqla daşımış, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 fevral 2025-ci il tarixdə saat 21:15 radələrində ünvan 3 ünvanın qarşısında şübhəli kimi saxlanılaraq orada videoçəkiliş aparılmaqla üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 03 fevral 2025-ci il tarixdə axşam saatlarında metronun “Neftçilər” stansiyasının yaxınlığında adını Tural kimi bildiyi və üzdən tanıdığı şəxslə təsadüfən rastlaşmışdır. Onun mobil telefonuna 10 manat dəyərində kontur yükləməyin qarşılığında Tural ona bir ədəd bükümdə narkotik vasitə heroin vermişdir. Turaldan ayrıldıqdan təxminən 10-15 dəqiqə sonra Nizami rayonu Q.Qarayev prospekti 78 ünvanının qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Üzərinə baxış keçirilməzdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməyi təklif edilmişdir. O, əynində olan şalvarının cibindən 01 ədəd bükümdə olan narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. 02 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında sorğu-sual edilərkən təqsirləndirlən şəxs X7 ifadəsinə əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu saat 16-17 radələrində saxlamışlar. Onu metronun “Neftçilər” stansiyasının yaxınlığında saxlamamışlar. Əvvəlcə onu saxladıqları yerdə üzərinə baxış keçirmişlər, üzərindən narkotik vasitə aşkar edilməmişdir. Sonra onu saxladıqları yerdən 4-5 bina kənara çəkmişlər. Polis əməkdaşları ona “Tural” adlı şəxsi axtardıqlarını, onu tutmaq istədiklərini bildirərək ona narkotik vasitə vermişlər və həmin narkotik vasitəni Turaldan aldığını deməyini tapşırmışlar. Polis əməkdaşları ona yalnız şahid qismində ifadə verəcəyini, barəsində iş başlamayacaqlarını dedikləri üçün onlarla razılaşmışdır. O, Turaldan narkotik vasitə almamış, Turalın narkotik vasitə satıb-satmaması barədə məlumatı yoxdur. O, tanış olduqları üçün Turala 10 manat məbləğində kontur yükləmişdir. O, ibtidai istintaqda polis əməkdaşlarının dediyi məzmunda ifadə vermişdir. Məhkəmə iclasında son sözündə X7 bildirmişdir ki, barəsində birinci çıxan hökm üzrə cinayət əməlini törətsə də, bu iş üzrə o, cinayət əməli törətməmişdir. O, hal-hazırda azadlığın məhdudlaşdırması cəzasını çəkir, üzərinə qoyulan vəzifələrə əməl edir, cəzasının icrası qaydalarını pozmamışdır. Narkomaniyadan könüllü müalicə kursu almışdır. Bu barədə reseptləri məhkəməyə təqdim edə bilər. Onun iki ali təhsili var. Himayəsində yaşlı, xəstə, onun yardımına ehtiyacı olan anası vardır. Gündəlik işlərdə işləməklə hər gün 20-30 manat pul qazanır və ailəni saxlayır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. X4 qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili X9 ifadəsində bildirmişdir ki, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilinərək saxlanılmış X4 üzərindən aşkar edilmiş narkotik vasitəni ona satdığını qeyd etdiyi “Tural” adlı şəxsin müəyyən edilərək saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilərək əməliyyat qrupunun tərkibinə o, CAŞ-ın kiçik inspektoru Şahid6 və dəftərxana müdiri Şahid5 daxil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 fevral 2025-ci il tarixdə gecə saatlarında ünvan 4 ünvanın yaxınlığında Şahid7, həmin vaxt onun yanında olan Süleyman İsmayılov və Nərmin Ələsgərova tərəflərindən saxlanılmışlar. Həmin şəxslərin üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid7 üzərindən 02 büküm, Süleyman İsmayılovun üzərindən 01 büküm, Nərmin Ələsgərovanın üzərindən 01 büküm narkotik vasitə heroin aşkar edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, şahid X8 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Narkotiklərlə mübarizə bölməsinə “Mirməhəmməd” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatla bağlı əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 fevral 2025-ci il tarixdə saat 21:15 radələrində ünvan 3 ünvanın yaxınlığında Mirməhəmməd Seyidli tərəflərindən saxlanılmışdır. Videoçəkiliş aparılaraq Mirməhəmməd Seyidlinin üzərinə baxış keçirilmişdir. Mirməhəmməd Seyidlinin üzərinə baxış keçirilməzdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Mirməhəmməd Seyidli əynində olan şalvarının cibindən narkotik maddə heroinə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etmiş və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün “Tural” adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra aparılmış araşdırma və tədbirlərin davamı olaraq “Tural” adlı şəxsin müəyyən edilərək saxlanması üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 mart 2025-ci il tarixdə ünvan 4 ünvanın yaxınlığında Şahid7, həmin vaxt onun yanında olan Süleyman İsmayılov və Nərmin Ələsgərova saxlanılmışlar. Həmin şəxslərin üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid7, Süleyman İsmayılovun və Nərmin Ələsgərovanın üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid1, Şahid3 ifadəsinə oxşar məzmunda ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, X4 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvanın müəyyən edilərək yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda X7 tərəfindən saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, X4 olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli 5(007)-154/2025 saylı qərarından görünür ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 03 fevral 2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. - əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin yoxlanılması haqqında 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:15-də ünvan 3 ünvanın yaxınlığında saxlanılan X2 yerdə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə üstü yoxlanılmış və götürmə aparılmışdır. Üstünü yoxlama və götürülmə aparılmazdan əvvəl Mirməhəmməd Seyidliyə üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Mirməhəmməd Seyidli əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddə heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının nəticələrinə dair 04 fevral 2025ci il tarixli 6/480 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi olan, “Vət. X4 üzərindən aşkar edilmiş maddi sübut; İştirakçılar: 1. “imza” Ə.M.Seyidli; 2. “imza” Şahid4;
3. “imza” Şahid3; Qablaşdırdı: “imza” Şahid1” yazıları qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,191 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,141 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının nəticələrinə dair 04 fevral 2025ci il tarixli 6/481 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi olan, “Vət. Şahid7 üzərindən aşkar edilmiş maddi sübut; İştirakçılar: 1. “imza” Şahid7; 2. “imza” Şahid4; 3. “imza” Şahid3; Qablaşdırdı: “imza” Şahid1” yazıları qeyd edilmiş zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,296 qram və 0,300 qram,ümumi təmiz çəkisi 0,596 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Şahid7 və 04 fevral 2025-ci il tarixli 6/480 nömrəli rəyə əsasən X3 aşkar edilmiş heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2025-ci il tarixli 2891 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - maddi sübut kimi tanımaq haqqında 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, X3 aşkar edilmiş 0,191 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 0,141 qram olan heroin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. X4 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi barədə videoçəkiliş görüntüləri olan 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - 01 ədəd diskə köçürülmüş videogörüntüdən görünür ki, X4 üzəri yoxlanılan zaman ona edilmiş təklifə əsasən əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qram və ondan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. X4 özünü təqsirli bilməyərək üzərində narkotik vasitə olmamasına dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X4 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxs X6 cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən X4 törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(007)-237/2025 saylı hökmündən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X4 hazırkı iş üzrə 01 noyabr 2024-cü il tarixdən 03 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 23 iyul 2025-ci il tarixli 3-16-21-1/2- 56338/2025 saylı məktubdan görünür ki, X4 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(007)-237/2025 saylı hökmü və onun icrası barədə göstəriş 18 iyul 2025-ci il tarixdə icraata qəbul edilmiş və həmin məhkum 18 iyul 2025-ci il tarixdə probasiya qeydiyyatına alınmışdır. Məhkəmə iclasında X4 cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə X4 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(007)-237/2025 saylı hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(007)-237/2025 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla X6 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, X7 məcmuya daxil olan əvvəlki cinayəti törətməyə görə barəsində olan cinayət işinin ibtidai istintaqı dövründə 01 noyabr 2024-cü il tarixdə tutulmuş, 03 noyabr 2024-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Bakı şəhəri Nizami RPİ-nin MSY-dən azad edilmişdir. Həmçinin, hazırkı cinayət işi üzrə X7 03 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Nizami RPİ-nin MSY-dən azad edilmişdir. Bununla da, o, ibtidai istintaq dövründə 04 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən X4 01 noyabr 2024-cü il tarixdən 03 noyabr 2024-cü il tarixədək, 03 fevral 2025-ci il tarixdən 05 fevral 2025-ci il tarixədək, cəmi 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X4 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək yaşadığı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 77 mənzil 41 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, X4 cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni 18 iyul 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,141 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 89 manat ekspertiza xərci X3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X7 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 330 manat (30x11) məbləğində əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir.
Nəticə:
Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(007)-237/2025 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla X6 qəti cəza – 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X4 01 noyabr 2024-cü il tarixdən 03 noyabr 2024-cü il tarixədək, 03 fevral 2025-ci il tarixdən 05 fevral 2025-ci il tarixədək, cəmi 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X4 cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2025-ci il tarixdən hesablansın. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X4 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 77 mənzil 41 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X4 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. X7 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,141 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 89 manat ekspertiza xərci X3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs X6 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 330 manat əmək haqqı Bakı şəhəri 21 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən, hakim İlham Kərimli