Məhkəmə qərarları › İş №1(007)-70/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-70/2020

09.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-70/2020 09.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Çingiz oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmməd qızının, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1987-ci ildə Naxçıvan MR-nın Şahbuz rayonunun Nurs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Abşeron 98 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” xx xxxxx 2007-ci il tarixli, 266-İİİQ saylı Azərbaycan Respublikası Qanununa uyğun olaraq özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxx 2016-cı il tarixdə verilmiş 76 qeydiyyat nömrəli, 084990 saylı lisenziya əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin qeydiyyatı üzrə İmişli şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə, 0607-İİİ-1170 say altında qeydiyyata alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ağaməli Məmmədovun xx xxxxxx 2018-ci il tarixli, 02 saylı əmri ilə sonuncu müəssisənin direktoru vəzifəsinə təyin edilməklə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həmin vəzifədə işləyərkən cəmiyyətin nizamnaməsinin 9.2-ci maddəsinə əsasən cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyinə görə, yəni vəzifəli şəxs kimi ona olan inam və etibardan sui-istifadə etməklə 2018-ci ilin may-iyul ayları ərzində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə direktoru olduğu mühafizə şirkətinin Biləsuvar rayon ərazisində yeni bir şöbəsini açacağını və həmin şöbəyə xxxx ştatına işçilərin lazım olduğunu, işləmək niyyətində olanları işə götürəcəyini, bunun üçün onlara xüsusi geyim forması və xidməti vəsiqənin verilməsi məqsədi ilə ödəniş edilməsinin zəruriliyini cinayətdən xəbərsiz olan Şahid4 yalandan bildirib özünə inandıraraq, rəhbərlik etdiyi Cəmiyyətin direktoru kimi daşıdığı status və səlahiyyətlərə görə özünə olan inam və etimaddan sui-istifadə edərək 2018-ci ilin günləri istintaqa məlum olmayan may-iyul aylarında Biləsuvar rayonunun Əsgərabad kənd sakini X3 əvvəl 600 (altı yüz) manat, bir neçə gün sonra əlavə 200 (iki yüz) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat, Biləsuvar rayonunun Günəşli kənd sakini Zərərçəkmiş şəxs1 600 (altı yüz) manat, həmin kənd sakini Zərərçəkmiş şəxs3 600 (altı yüz) manat, rayonun Əsgərabad kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs2 600 (altı yüz) manat olmaqla, ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində pul vəsaitini sonuncuların həmkəndliləri və tanışları olmaqla cinayətdən xəbərsiz olan Şahid4 vasitəsilə alınaraq Bakı şəhəri Nizami rayonu ərazisində istintaqa məlum olmayan ünvanda yerləşən ofisdə qeyri-rəsmi olaraq xəzinədar kimi işləmiş cinayətdən xəbərsiz olan Şahid3 təhvil verildikdən sonra sonuncudan 2018-ci ilin may-iyul aylarında istintaqla müəyyən edilməyən gündə həmin ofisdə vahid niyyətlə alıb aldadaraq Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin MMC-də işləmədiyi və onlarla heç bir əmək müqaviləsi bağlamadığı halda, görüntü yaratmaq, törətdiyi cinayəti ört-basdır etmək və şəxslərdə özünə qarşı inam formalaşdırmaq məqsədilə guya sonuncuların xxxx vəzifəsinə təyin edilmələri ilə bağlı onlara “xxxx” MMC-yə məxsus hər iki çiyin hissəsində paqonları, paqonların üzərində serjant rütbəsi, sol qolu üzərində “Azərbaycan Respublikası, xxxx Mühafizə Xidməti” sözləri yazılmış fərqlənmə nişanı, şevronları (tikmə) olan xüsusi geyim forması sayılan köynəkləri, eləcə də özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi xxxxsi üçün verilməsi nəzərdə tutulan rəsmi sənəd olan Zərərçəkmiş şəxs4 xx xxxxxx 2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx xxxx 2018-ci il tarixdə verilmiş, 067 saylı, Zərərçəkmiş şəxs3 xx xxxxxx 2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx xxxx 2018-ci il tarixdə verilmiş, 068 saylı, Zərərçəkmiş şəxs2 xx xxxxxx 2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx xxxx 2018-ci il tarixdə verilmiş, 069 saylı vəsiqələrə qeyd olunan tarixlərdə həmin ofisdə tamah niyyəti ilə bilə-bilə yalan, guya onların xxxx kimi işə qəbul edilmələri barədə məlumatlar daxil edib direktor kimi imzalamaqla və cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq etməklə onlara istintaqa məlum olmayan tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən istintaqa dəqiq ünvanı məlum olmayan ofisdə şəxsən təqdim etməklə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 800 manat, Zərərçəkmiş şəxs1 600 manat, Zərərçəkmiş şəxs3 600 manat, Zərərçəkmiş şəxs2 600 manat olmaqla, ümumilikdə 2600 manat məbləğində pul vəsaitlərini vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, tamah niyyətilə və sair şəxsi niyyətlə, yəni törətdiyi cinayətin ört basdır edilməsi məqsədilə vahid qəsdlə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.3 və 313-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “xxxx” MMC-ni X1 təsis etmişdir. Cəmiyyətin yeganə təsisçisi X1 cəmiyyətə qanuni təmsilçi kimi əvvəl X4, sonra onu təyin etmişdir. Cəmiyyətin hüquqi ünvanı 1996-cı ildən etibarən İmişli şəhəri, Telestudiya küçəsi ev 1 olmuş, cəmiyyətin nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 0607- /11-1170 nömrə ilə xx xxxxxx 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Cəmiyyət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli, 084990 saylı lisenziya əsasında “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyətini həyata keçirmişdir. Cəmiyyətin 27 işçisi olmuş, işçilərə əmək haqqı nağd qaydada ödənilmişdir. Onların əmək haqqlarının hansı məbləğdə olmasını dəqiq xatırlamır. Cəmiyyət tərəfindən müxtəlif şirkətlərin mühafizəsinin həyata keçirilməsi ilə bağlı 21 müqavilə bağlanmışdır. “xxxx” MMC-ni özü təsis etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən lisenziya verilmədiyi üçün 2018-ci ilin may-iyun aylarında cəmiyyətin fəaliyyətini dayandırmışdır. Şahid1 rəhbəri olduğu “xxxx” MMC-də xidmət rəisi vəzifəsində işləmişdir. Həmin cəmiyyətdə fəaliyyət göstərdiyi müddətdə həmçinin “xxxx” MMC-nin fəaliyyəti ilə də məşğul olmuşdur. 2018-ci ilin may-iyul aylarında “xxxx” MMC-də xidmət rəisi vəzifəsində işləyən Şahid1 cəmiyyətin Biləsuvar rayon şöbəsinin açılacağını, həmin şöbəyə işçi toplanacağını demişdir. Etibar qohumu Rövşənin işsiz olduğunu, onun işlə təmin olunmasına kömək etməsini xahiş etmişdir. Ona razılıq vermiş və Etibardan xidməti geyim forması və xidməti vəsiqənin hazırlanması üçün 600 manat pul tələb etmişdir. Bundan sonra Etibar ona təkrar müraciət edib, qaynı Şahid4 tanışlarının olduğunu, onların da işə götürülməsinə kömək etməsini xahiş etmişdir. Razılıq verərək, onların hər birindən xidməti geyim forması, eləcə də xidməti vəsiqələrinin hazırlanması üçün 600 manat pul tələb etmişdir. Şahid4 özü ilə birlikdə gətirdiyi şəxsləri tanımamışdır. Onları bir dəfə iclas keçirən zaman görmüşdür. İşə qəbul olunmaq istəyən şəxslər xidməti geyim formaları və vəsiqənin hazırlanması üçün pulu “Qara Qarayev” metrostansiyanın yaxınlığında olan iş ofisində “xxxx” MMC-nin Biləsuvar rayon şöbəsində xəzinədar Şahid3 ödəmiş, Nigar da həmin pulları tam şəkildə ona təqdim etmişdir. Şahid3 pulun qanunsuz toplanmasından xəbəri olmamışdır. Şahid3 və qohumu Şahid2 pulun qanuni olaraq toplandığını demişdir. Həmin şəxslərin adlarından işə qəbul olunmaları üçün ərizə yazılmış və onlara imzalatdırılmışdır. Qeyd olunan şəxslərlə bağlı toplanmış sənədləri ofis ləğv edildikdən sonra itirmişdir. Təqdim edilmiş pullar hesabına işə qəbul olunmaq istəyən şəxslərə xidməti geyim forması tikilmiş və xidməti vəsiqə hazırlanmışdır. Mühafizə xidmətinin Biləsuvar şöbəsinin açılmasını, eləcə də onların işə qəbul edilməsi barədə əmr verilməsini gözləmədən Şahid4 və onun gətirdiyi şəxslərə xidməti vəsiqə və xüsusi geyim formasını təqdim etmişdir. Həmin şəxslər Biləsuvar rayon Polis şöbəsinə şikayət etdikdən sonra onların hər birindən aldığı pulu Şahid4 vasitəsi ilə tam şəkildə geri qaytarmışdır. Həmin şəxslərə borcu yoxdur. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 başqa heç kimi işə qəbul etməmiş, heç kimdən pul almamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onlarla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən qərar qəbul edilərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2018-ci ilin may ayında həmkəndlisi Azərlə söhbət edən zaman ona mühafizə şirkətində işə düzələcəyini, istədiyi halda onun da həmin şirkətdə işə düzələ biləcəyini demiş və həmyerlisi Şahid4 istifadəsində olan mobil telefon nömrəsini vermişdir. Rövşənlə əlaqə saxlayıb onunla Biləsuvar rayonunda görüşmüşdür. Rövşən mühafizə şirkətinin Biləsuvar rayonunda idarəsinin açılacağını, istədiyi halda onu həmin şirkətdə işə düzəldə biləcəyini demişdir. Onunla razılaşandan sonra Rövşən işə başladıqdan yeddi gün müddətində pulsuz işləyəcəyini, həmin müddət ərzində işi ona öyrədəcəklərini, yeddi günün sonunda əmək haqqı kartı veriləcəyini, əmək haqqının 250 manat olacağını bildirmişdir. Bu şərtləri qəbul edəndən sonra Şahid4 işə düzəltməyi qarşılığında ondan 600 manat pul istəmiş, həmin vaxt yanında qeyd edilən məbləğdə pul olduğu üçün həmin pulu Rövşənə vermişdir. Rövşən işə düzəlməyi üçün yaşayış yeri haqqında və xatırlamadığı digər sənədləri tələb etmişdir. O, həmin sənədləri hazırlamış və Rövşənlə əlaqə saxlayaraq onunla “Qara Qarayev” metrostansiyasının yaxınlığında görüşüb birlikdə bir binaya daxil olmuşlar. Rövşən topladığı sənədləri həmin vaxt orada olan qadına verib, işə qəbul olunması barədə ərizə yazmağını bildirmişdir. Ərizə yazıb həmin qadına vermişdir. Həmin qadın ona işə qəbul edilən zaman verdiyi 300 manat pulun işdən çıxdıqdan sonra tələb etməməsi barədə sözlər yazılmış sənəd vermiş və həmin sənədi ona imzalatdırmışdır. Sonra yeni iş tapdığı üçün Rövşənə zəng edib işdən imtina etdiyini demiş, Rövşən verdiyi pulun geri qaytarılmayacağını bildirmişdir. Sonradan həmin iş alınmadığı üçün təkrar Rövşənlə əlaqə saxlayıb xxxx işləmək üçün müraciət etmişdir. Rövşən adının sistemdən silindiyini bildirərək, adının yenidən həmin sistemə salınması üçün 200 manat pul istəmişdir. Onunla razılaşıb yaşadığı kənddə Rövşənlə görüşüb ona 200 manat pulu həmkəndlisi Azərin yanında vermişdir. Bir neçə gün sonra təkrar Rövşənin dəvəti ilə “Qara Qarayev” metrostansiyasının yaxınlığında görüşüb birlikdə bir binaya daxil olmuşlar. Orada mühafizə şirkətinin rəhbəri olan Təqsirləndirilən şəxs ona xidməti vəsiqə təqdim edib, həmin şirkətin işçisi olduğunu demişdir. Sonra o, Biləsuvar rayonuna qayıtmışdır. Sonradan Şahid4 əlaqə saxlayaraq onu, Azəri və digər xxxxləri çağırıb bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd papaq vermiş və bir neçə gün ərzində işə başlayacaqlarını bildirmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq işə başlamamışlar. Şahid4 onları aldatdığını başa düşüb Azərlə birlikdə Biləsuvar rayon Polis şöbəsinə şikayət etmişlər. Rövşən işə qəbul edilmələri üçün həmin pulları Təqsirləndirilən şəxs verdiyini demişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2018-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs2 söhbət zamanı mühafizə xidmətində işə düzəldiyini dedikdə o, işsiz olduğunu bildirərək onu da həmin mühafizə xidmətinə işə düzəldilməsinə kömək etməsini xahiş etmişdir. Azər, Şahid4 mobil nömrəsini verərək, işə düzəlməyi üçün onunla əlaqə saxlamağını bildirmişdir. Rövşənlə əlaqə saxlayıb Biləsuvar şəhərində görüşmüşdür. Rövşən Biləsuvarda “xxxx” MMC-yə məxsus mühafizə xidmətinin filialının açıldığını və ora işçi qəbul etdiklərini, özünün də orada işə düzəldiyini, xxxxnin aylıq maaşının 250 manat olacağını, yeddi gün müddətində işi öyrənəndən sonra əmək haqqı kartı veriləcəyini, həmin yeddi günün pulunun isə verilməyəcəyini bildirmişdir. Şahid4 işə düzəlməyin qarşılığında ondan 600 manat pul istəmiş, onunla razılaşandan sonra Rövşən yaşayış yerindən, sağlamlıq, məhkumluq haqqında arayışlar, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surətini tələb etmişdir. Qeyd edilən bütün sənədləri toplayıb 2018-ci ilin təxminən may ayının 17-də Rövşən, Azər və adlarını bilmədiyi altı nəfər şəxslə birlikdə Bakı şəhərinə gəlmişlər. “Elmlər Akademiyası” metrostansiyasının yanında yerləşən bir kafedə 600 manat pulu Rövşənə vermişdir. Həmin vaxt orada olan digər işə düzəlmək istəyən şəxslər də Rövşənə pul vermişlər. Sonra oradan “Qara Qarayev” metrostansiyasının yaxınlığında olan binaya gəlmişlər. Rövşən onları tək-tək içəri salmış, bir qadın Rövşənin yanında onların sənədlərini almış və onlara işə qəbul olmaq üçün ərizə yazdırmışdır. Ərizəni yazdıqdan sonra ona “İşə qəbul zamanı ödənilən 300 manat pul işdən çıxdığım halda geri tələb olunmayacaq“ sözləri yazılmış sənəd təqdim edilmiş və həmin sənədə imza etdirmişlər. Həmin vaxt sənədi təqdim edən qadından 600 manat pul verdiyi halda, sənəddə 300 manat yazılmasının səbəbini soruşmuş, qadın pulun 300 manatının hazırlıq keçmək, qalan 300 manatının isə xüsusi geyim formasının alınması üçün verildiyini bildirmişdir. Rövşən daha iki nəfər işçi lazım olduğunu bildirdiyindən Bakı şəhərindən rayona qayıdandan sonra həmkəndlisi Zərərçəkmiş şəxs3 bu barədə demiş, Elçin də Rövşənlə əlaqə saxlayıb onunla razılaşmışdır. Bir neçə gün sonra yenidən “Qara Qarayev“ metrostansiyasının yaxınlığında olan həmin binaya getmişlər. Orada Təqsirləndirilən şəxs onlara “xxxx” mühafizə xidmətinin vəsiqələrini təqdim etdikdən sonra rayona qayıtmışlar. Təxminən on gün sonra Rövşən zəng edib onları rayonun mərkəzinə çağırmışdır. Şahid4 hər birinə mühafizə xidmətinə məxsus bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd papaq vermiş və bir neçə gündən sonra işə çıxacaqlarını bildirmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq işə başlamamışlar. Rövşən hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Rövşən tələbləri əsasında Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Zəka hər dəfə hər şeyin yaxşı olacağını bildirmişdir. Ona görə də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la birlikdə Biləsuvar RPŞ-nə şikayət etmişlər. Müraciətindən bir müddət sonra Şahid1 Şahid4 verdiyi 600 manat pulu ona geri qaytarmışdır. Rövşən işə qəbul edilmələri üçün həmin pulları Təqsirləndirilən şəxs verdiyini demişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2018-ci ilin may ayında həmkəndlisi Pərviz mühafizə xidmətində işə düzəldiyini bildirdikdə ona da həmin işə düzəlməsi üçün kömək etməsini xahiş etmişdir. Pərviz Şahid4 mobil nömrəsini verib ona zəng etməsini bildirmişdir. Rövşənin mobil nömrəsinə zəng edib Biləsuvar şəhərində görüşmüşlər. Şahid4 mühafizə xidmətinin Biləsuvar rayonunda filialının açıldığını və ora işçi qəbul etdiklərini, özünün də oraya işə düzəldiyini, xxxxnin aylıq maaşının 250 manat müəyyən edildiyini, yeddi gün işi öyrənmək üçün əmək haqqı verilmədən işləyəcəyini, ondan sonra əmək haqqı kartının veriləcəyini bildirmiş və işə düzəlmək üçün 600 manat pul verməli olduğunu qeyd etmişdir. Razılaşandan sonra Rövşən yaşayış yerindən, sağlamlıq haqqında, məhkumluq haqqında arayışları, hərbi bilet, şəxsiyyət vəsiqəsinin surətləri və 3x4 ölçüdə fotoşəkilin tələb edildiyini bildirmişdir. Bütün sənədləri toplayıb 2018-ci ilin təxminən may ayının 22-də Rövşən, Pərviz və adlarını bilmədiyi şəxslərlə birlikdə “Qara Qarayev” metrostansiyasının yaxınlığında bir binaya gəlmişlər. O, 600 manat pulu Rövşənə vermişdir. Rövşən onları tək-tək içəri salmış, içəridə bir qadın Rövşənin yanında onların sənədlərini almış və işə qəbul olmaq üçün ərizə yazdırmışdır. Ərizə yazdıqdan sonra ona “İşə qəbul zamanı ödənilən 300 manat pul işdən çıxdığım halda geri tələb olunmayacaq” sözləri yazılmış sənəd təqdim etmişdir. O, qadından 600 manat pul verdiyi halda sənəddə 300 manat yazılmasının səbəbini soruşmuş, qadın verdiyi pulun 300 manatını onun hazırlığına, qalan 300 manatının xüsusi geyim formasının alınmasına xərcləndiyini bildirmişdir. Bir neçə gün sonra on nəfər şəxs yenidən “Qara Qarayev” metrostansiyasının yaxınlığında olan binaya gəlmişlər. Orada Təqsirləndirilən şəxs iclas keçirərək onlara xidməti vəsiqələri təqdim etmişdir. Təxminən on gün sonra Rövşən zəng edib onları rayon mərkəzinə çağırmış və hər birinə bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd papaq, şevron və paqon vermiş, bir neçə gün sonra işə çıxacaqlarını bildirmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq işə başlamamışlar. İş barədə məlumat əldə etmək üçün Rövşənə müraciət edəndə o da Zəka ilə əlaqə saxlamış, Zəka hər dəfə hər şeyin yaxşı olacağını deyərək müddəti uzatmışdır. Rövşən işə qəbul edilmələri üçün həmin pulları Təqsirləndirilən şəxs verdiyini demişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2018-ci ilin may ayında xalası Bənövşənin kürəkəni Şahid1 ona zəng edərək xalası oğlu Şahid4la əlaqə saxlamasını, onu mühafizə xidmətinə işə düzəldəcəyini bildirmişdir. Rövşənlə əlaqə saxlayanda Biləsuvar rayonunda mühafizə xidmətinin filialının açıldığını, özünün də oraya işə düzəldiyini, başqa işçi də qəbul edildiyini, xxxxnin aylıq əmək haqqının 250 manat olacağını, işə düzəlmək üçün 600 manat pul verməli olduğunu demişdir. O, razılaşandan sonra Rövşən yaşayış yerindən, sağlamlıq haqqında, məhkumluq haqqında arayışları, hərbi bilet, şəxsiyyət vəsiqəsinin surətlərini istəmişdir. 2018-ci ilin may ayının 17-də Şahid4, tanışı Pərviz və adlarını bilmədiyi altı nəfərlə birlikdə Bakı şəhərinə gəlmişlər. “Elmlər Akademiyası” metrostansiyasının yanında yerləşən kafedə Rövşən pulları toplamış, o da 600 manat pulu Rövşənə vermişdir. Sonra “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən binaya gəlmişlər. Rövşən onları tək-tək içəri salmış, içəridə bir qadın Rövşənin yanında sənədini almış, sonra “İşə qəbul zamanı ödənilən 300 manat pul işdən çıxdığım halda geri tələb olunmayacaq” sözləri yazılmış sənəd təqdim edərək imza etdirmişdir. Bir neçə gün sonra yenidən “Qara Qarayev” metrostansiyasının yaxınlığında olan binaya gəlmişlər. Orada Təqsirləndirilən şəxs onlara xidməti vəsiqələri təqdim etmişdir. Təxminən on gün sonra Rövşən zəng edib onları rayon mərkəzinə çağırmış, hər birinə bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd papaq vermiş, bir neçə gün sonra işə çıxacaqlarını bildirmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq işə başlamamışlar. İş barədə məlumat əldə etmək üçün Rövşənə müraciət edəndə o da Zəka ilə əlaqə saxlamış, Zəka hər dəfə hər şeyin yaxşı olacağını deyərək müddəti uzatmışdır. Rövşən işə qəbul edilmələri üçün həmin pulları Təqsirləndirilən şəxs verdiyini demişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, nişanlısı Təqsirləndirilən şəxs onu “xxxx” MMC-də xəzinədar vəzifəsinə işə düzəltmişdir. Həmin cəmiyyətdə işlədiyi müddətdə Şahid2 ilə eyni otaqda fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Şahid4 adlı şəxsləri tanımır, onların xxxx kimi işə qəbul edilib-edilməməsindən, hansı məqsədlə onlardan pul alınmasından xəbəri olmamışdır. Müxtəlif vaxtlarda adlarını və kim olduqlarını xatırlamadığı şəxslər tərəfindən cəmiyyətin xəzinəsinə ödənilmiş pulları qəbul edib qəbz vermişdir. Topladığı pulları günün sonunda tam şəkildə Zəkanın özünə təqdim etmişdir. Pulların hansı məqsədlə toplandığından ümumiyyətlə məlumatı olmamışdır. İşə qəbul edilənlər tərəfindən hansı məqsədlə yazılmasını bilmədiyi ərizələr ona təqdim edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2018-ci ilin yanvar ayından dayısı oğlu Təqsirləndirilən şəxs təklifi əsasında “xxxx” MMCdə işləməyə başlamışdır. “xxxx” MMC-də kadrlar şöbəsinin müdiri, “xxxx” MMC-də isə baş mühasib kimi fəaliyyət göstərmişdir. Həmin cəmiyyətlərin “Qara Qarayev” metrostansiyasının yanında yerləşən binanın ikinci mərtəbəsində olan ofisində fəaliyyət göstərmişdir. Şahid1 “xxxx” MMC-də xidmət rəisi vəzifəsində işləmiş, Şahid4 isə işə qəbul olunmaq üçün müraciət edən şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən forma pulu kimi tələb etdiyi pulların ödəniləcəyini, həmin pulun qəbul edilib ona şəxsən təqdim edilməsini tələb etmişdir. Mühasib olduğu üçün həmin pulun toplanması ilə məşğul olmamışdır. Onunla birlikdə eyni masa arxasında əyləşən Təqsirləndirilən şəxs nişanlısı Şahid3 işə qəbul olunmaq üçün müraciət edən şəxslər tərəfindən formaların alınması üçün təqdim edilən pulu alıb, qəbz yazaraq pulu ödəyən şəxslərə vermişdir. Pulları Təqsirləndirilən şəxs özü götürüb, işə qəbul olunmaq istəyən şəxslərə forma tikilməsi üçün sifariş vermişdir. Təxminən 2018-ci ilin may-iyul aylarında xidmət rəisi Şahid1la birlikdə Şahid4 adlı şəxs ofisə gəlmiş, Şahid1 tələbi ilə Şahid4 hazırda xatırlamadığı məbləğdə pulu xəzinədar kimi fəaliyyət göstərən Şahid3 vermiş, Nigar pulu qəbul edib bu barədə qəbz yazmışdır. Həmin qəbzin Şahid4 verilibverilməməsini xatırlamır. Bundan sonra Təqsirləndirilən şəxs Şahid4 və adlarını xatırlamadığı şəxslərlə birlikdə iclas keçirmişdir. Bir müddətdən sonra Zəka həmin şəxslərə xxxx kimi xidməti vəsiqə və formalar vermişdir. Onda olan məlumata görə həmin şəxslər işə qəbul edilməmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC-də təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayında özünün təsis etdiyi “xxxx” MMC-nin şəxsi heyət üzrə rəis müavini vəzifəsində işləməyini təklif etdiyindən onunla razılaşmış və 2018-ci ilin yanvar ayının 8-dən etibarən fəaliyyətə başlamışdır. Zəka “Qara Qarayev” metrostansiyasının yaxınlığında iş ofisi götürmüşdür. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs ona müraciət edərək Biləsuvar rayonu ərazisində Mühafizə şirkətinin nümayəndəliyini açacağını, həmin şöbəyə işçi lazım olduğunu bildirmişdir. Bu barədə qaynı Şahid4 məlumat verəndə Rövşən işsiz olduğunu deyib onun da işə götürülməsini xahiş etmişdir. Bundan sonra Şahid4 Təqsirləndirilən şəxsla danışıb razılığa gəlmişlər. Zəka Rövşəni növbə rəisi təyin edəcəyini, əmək haqqı olaraq 400 manat pul verəcəyini, tabeliyində olan işçilərin əmək haqqının 250 manat olacağını bildirmişdir. Şahid4 əlavə işçilər tapmağını bildirərək işçilərin işə qəbul edilməsi üçün hər birindən 600 manat pul tələb etmişdir. Rövşəni mühafizə xidmətinin “Qara Qarayev” metrostansiyasının yaxınlığında olan iş ofisinə gətirmiş, Rövşəni mühafizə xidmətinin mühasibi İlhamə xanımla tanış etmişdir. Rövşən işə qəbul ediləcək şəxslərdən aldığı pulu mühasibatlığa ödəmiş və hər bir işçi üçün ayrılıqda ödəniş qəbzi almışdır. İşə qəbul olunacaq şəxslər təktək içəri daxil olaraq, tələb olunan sənədləri imzalamışlar. Bir neçə gün sonra Təqsirləndirilən şəxs dəvəti ilə işə qəbul olunacaq şəxslər Bakı şəhərinə ofisə gəlmişlər. Təqsirləndirilən şəxs həmin şəxslərlə iclas keçirmiş, işə qəbul olunmaları ilə bağlı söhbət etmiş, vəsiqələrini paylamış və bir həftə ərzində işə başlayacaqlarını demişdir. İşə qəbul olunacaq şəxsləri şəxsən tanımamışdır. Təxminən 10 gün sonra Təqsirləndirilən şəxs həmin şəxslərin xidməti geyim formasını ona təqdim edərək həmin paltarları Biləsuvar rayonuna göndərilməsini tələb etdiyindən paltarları Biləsuvar rayonuna göndərmişdir. Həmin paltarları Şahid4 götürüb işə qəbul edilən şəxslərə paylamışdır. Həmin xidməti geyim formalarında “xxxx” MMC-nin nişanları olmuşdur. Bundan bir müddət sonra həmin şəxslər işlə təmin edilmədikləri üçün verdikləri pulun geri qaytarılmasını tələb etmiş və bu barədə Biləsuvar rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Şahid4 məhkəməyə teleqram vuraraq istintaqda verdiyi ifadəni tam şəkildə təsdiq etdiyini, ailə vəziyyəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəciyini bildirmişdir. Şahid4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin may ayında bacısının əri İsgəndərov X6 rayonunda mühafizə xidmətinin açılacağı barədə məlumat vermiş, işə düzəlmək üçün xidmət rəisi Təqsirləndirilən şəxsla söhbət etməsini bildirmişdir. Söhbət zamanı Şahid1 Biləsuvar rayonunda açılacaq idarəyə işçi axtardıqlarını, mühafizə xidmətində növbə rəisi vəzifəsi yerinin boş olduğunu, aylıq əmək haqqının 400 manat təşkil edəcəyini, həmin iş üçün 2000 manat dövlət rüsumunun ödənilməli olduğunu bildirmişdir. Şahid1 işə ilkin olaraq on nəfərlə başlayacağını, sonra işçilərin sayını artıracağını, hər xxxxnin aylıq maaşının 250 manat təşkil edəcəyini, xxxx kimi işə düzəlmək üçün hər bir şəxsin 600 manat dövlət rüsumu ödəməli olduğunu qeyd edərək, tanışları ilə söhbət edib işçi yığmasını tapşırmışdır. Ona işə düzəlmək üçün yaşayış yerindən, sağlamlıq haqqında, məhkumluq haqqında arayışlar, hərbi bilet, şəxsiyyət vəsiqəsinin surəti və 3x4 ölçüdə şəkil lazım olduğunu bildirmişdir. Tanışlarına bu barədə məlumat vermiş və qeyd olunan sənədləri toplamışdır. 2018-ci ilin təxminən may ayının 17-də dörd nəfər şəxslə birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində metrostansiyanın “Elmlər Akademiyası” stansiyasının yanında adını xatırlamadığı bir kafedə çay içmişlər. Həmin vaxt orada olan şəxslərdən biri sənədləri və pulları idarəyə təqdim etməsi üçün ona vermələrini təklif etmiş, o da etiraz etməmişdir. Azər, Pərviz, Elçin, Tahir hər biri 600 manat pulu və sənədlərini ona vermişlər. Birlikdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən “xxxx” MMC-nin ofisinə gəlmişlər. Özünün və onunla gələn şəxslərin sənədlərini və pullarını Etibara təqdim etmiş, birlikdə kadrlar şöbəsinə gəlmişlər. Etibar onun yanında pulları tam formada dəqiq xatırlamadığı İlhamə və ya adını bilmədiyi xanıma vermişdir. Həmin vaxt qəbz yazıb Etibara vermişlər. Sonra onu və digər şəxsləri tək-tək qəbul edib işə düzəlmələri üçün ərizə yazdırmışlar. Ərizə yazdıqdan sonra hər birinə “İşə qəbul zamanı ödənilən pul işdən çıxdığın halda geri tələb olunmayacaq” sözləri yazılmış sənəd təqdim edib, imzalatdırmışlar. Bir neçə gün sonra dörd nəfər şəxsi yenidən Bakı şəhərinə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən həmin binaya çağırmışlar. Orada “xxxx” MMC-nin rəisi Təqsirləndirilən şəxs onları qəbul edərək iclas keçirmiş və xidməti vəsiqələri təqdim etmişdir. Təqsirləndirilən şəxs bir həftəyə rayona gəlib onları işlə təmin edəcəyini demişdir. Təxminən on gün sonra kürəkəni “xxxx” MMCnin rəis müavini Şahid1 Bakı şəhərindən ona paltar göndərmiş, o da zəng edib işə düzələn şəxsləri rayon mərkəzinə çağırmışdır. İşə düzələn hər şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd papaq və şevron vermişdir. Lakin həmin gündən etibarən hər dəfə müxtəlif bəhanələr gətirib onları aldadaraq heç bir işlə təmin etməmişlər. Ona görə işə düzələn şəxslər paltarları geri qaytarmışlar. Hər dəfə Təqsirləndirilən şəxs qəbulunda olanda onlara işlərinin düzələcəyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məlumata əsasən toplanmış 02/6-131c saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - cinayət təqibi üzrə icraatın dayandırılması barədə xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - cinayət təqibi üzrə icraatın təzələnməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 02 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən (əvəzçilik qaydasında) direktor vəzifəsinə təyin edilmişdir. - “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 38 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs əvəzçilik qaydasında işləyən direktor, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xx.xx.2018-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Şahid4 adlarına “xxxx” MMC və “xxxx” MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. - “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 17 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-yə xx.xx.2018-ci il tarixdə direktor vəzifəsinə təyin olunmuş, xx.xx.2018-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Cəmiyyətin Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən şöbəsi olmamışdır. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4 cəmiyyətin işçisi olmamışlar. - maddi sübut kimi tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şahid4 təqdim etdiyi bir ədəd tünd rəngli, yaxasında iki qapaqlı, ağzı düyməli cibləri, hər iki çiyin hissəsində paqonları olan, paqonlarının üzərində serjant rütbəsi, sol qolunda üzərində “Azərbaycan Respublikası, xxxx, Mühafizə Xidməti” sözləri yazılmış xüsusi geyim forması,Zərərçəkmiş şəxs4 xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx.xx.2018-ci il tarixdə verilmiş, 067 saylı; Zərərçəkmiş şəxs3 xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx.xx.2018-ci il tarixdə verilmiş, 068 saylı; Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx.xx.2018-ci il tarixdə verilmiş, 069 saylı vəsiqələr, 12 ədəd fotoşəkil, bir ədəd xidməti vəsiqə, bir ədəd “Baku City” sözləri yazılmış xüsusi geyim forması maddi sübut kimi tanınmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsi ilə başlanmış cinayət işi həmin Məcəllənin 178.2.3 və 313-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - xx.xx.2020-ci il tarixli, 14741 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 650 manat dövlət nəfinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 313-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət, Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədən ərizələrinin nəzərə alınmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü maddəsi üzrə isə zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənildiyindən, onlarla barışıq əldə edildiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilindiyi əməl üzrə zərərçəkmiş şəxslərlə barışdığına, onlara dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə və Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti, yəni cinayətin törədildiyi gündən iki il keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 313-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd “Baku City” sözləri yazılmış xüsusi geyim forması hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs4 xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx.xx.2018-ci il tarixdə verilmiş, 067 saylı; Zərərçəkmiş şəxs3 xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx.xx.2018-ci il tarixdə verilmiş, 068 saylı; Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx.xx.2018-ci il tarixdə verilmiş, 069 saylı vəsiqələr, 12 ədəd fotoşəkil, bir ədəd xidməti vəsiqə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “Baku City” sözləri yazılmış xüsusi geyim forması hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs4 xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx.xx.2018-ci il tarixdə verilmiş, 067 saylı; Zərərçəkmiş şəxs3 xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx.xx.2018-ci il tarixdə verilmiş, 068 saylı; Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan, xx.xx.2018-ci il tarixdə verilmiş, 069 saylı vəsiqələr, 12 ədəd fotoşəkil, bir ədəd xidməti vəsiqə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar