Məhkəmə qərarları › İş №1(009)-126/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-126/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-126/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1977-ci ildə Ağdam rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürüçüsü işləyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2vanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə tanışı Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid2 dializ xəstəsi olduğunu bildikdən sonra sonuncuya 20.000 manat müqabilində öz böyrəninin köçürülməsini təmin edəcəyi barədə Zərərçəkmiş şəxs yalandan vəd verib inandıraraq onu qarşı yaranmış etibarından sui istifadə edib, bununla bağlı həmin pulların ona hissə-hissə verilməsinə razı olduğunu bildirib, vahid niyyətlə əhatə olunan qəsdlə, 2024-cü ilin mart ayının sonunda ünvan 3 ünvanda bacısı Kəmalə Məməmdovanın vasitəsi ilə 2500 manat, 09 may 2024-cü il tarixdə ünvan 4 ünvanda 2000 manat, 18 may 2024-cü il tarixdə ünvan 5 ünvanda 1500 manat, 20 may 2024-cü il tarixdə ünvan 6 ünvanın qarşısında 850 manat, 22 may 2024- cü il tarixdə ünvan 7 ünvanın qarşısında 300 manat, 20 iyun 2024-cü il tarixdə ünvan 7 ünvanın qarşısında 1000 manat, 25 iyun 2024-cü il tarixdə ünvan 5 ünvanda 1000 manat, 18 iyul 2024-cü il tarixdə ünvan 6 ünvanın qarşısında 1700 manat, 28 iyul 2024-cü il tarixdə ünvan 5 ünvanda 2700 manat, 20 avqust 2024-cü il tarixdə ünvan 6 ünvanın qarşısında 750 manat, 26 avqust 2024-cü il tarixdə ünvan 6 ünvanın qarşısında 1220 manat, 2024-cü ilin sentyabr ayının əvvələrindən, 08 sentyabr 2024-cü il tarixdək olan müddət ərzində hissə-hissə olmaqla ünvan 10 ünvanın qarşısında 1589 manat pulu şəxsən Zərərçəkmiş şəxs özündən alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs ümumlikdə 17109 (on yeddi min yüz doqquz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs onun tanışıdır, sonradan münasibətləri nisbətən yaxınlaşmışdır. Bu ünsiyyət dövründə onlar birlikdə müxtəlif yerlərdə olmuş, söhbətlər zamanı Malik ondan qan qrupunu soruşmuş, lakin bunun səbəbini həmin an açıqlamamış, o da həmçinin əhəmiyyətsiz sual hesab etdiyindən maraqlanmamışdır. Zərərçəkmişin həyat yoldaşı Şahid2 dializ xəstəsi olması barədə məlumatı o, yalnız sonradan almış və Malikin bunu uzun müddət gizlətməsi səbəbindən vəziyyətin mahiyyətini gec başa düşmüşdür. Məlum olduqdan sonra Malik onunla mütəmadi görüşərək müxtəlif məbləğlərdə, lakin böyrək müqabilində olmayıb, digər şəxsi ehtiyaclarla bağlı pul vermiş, bu isə təqsirləndirilənin maddi ehtiyacları fonunda edilmiş köməklik kimi qəbul edilmişdir. Malik onu həkim müayinələrindən keçməyə dəvət edərkən bunu dost köməyi kimi dəyərləndirmiş və ilkin mərhələdə qorxu səbəbindən böyrəyin verilməsinə razılıq verməmişdir. Lakin sonradan risklərin olmadığını öyrəndikdən sonra tam könüllü olaraq, heç bir təməna ummadan donor olmağa razılıq vermiş və bu qərarını rəsmi qaydada notariat şəhadətnaməsi ilə təsdiq etdirmişdir. ona verilmiş məbləğlər böyrək qarşılığında olmayıb və özü heç vaxt belə tələb irəli sürməyib. O, bu pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Transplantasiya prosesi yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının mənfi rəyi ilə həyata keçirilməmişdir. Onun donor olmaq niyyəti isə Komissiyanın 28 avqust 2024-cü il tarixli iclasının videogörüntüsündə də birbaşa təsdiqini tapmış, həmin görüntüdə o, dəfələrlə və ardıcıl şəkildə böyrəyini təmənnasız verməyə hazır olduğunu bəyan etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünün təqsirli bilməyərək ona bəraət verilməsini və buna uyğun olaraq mülki iddianının rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, arvadı X2 dializ xəstəsidir. O, təxminən 2024-cü ilin fevral ayının əvvələrində günorta saatlarında fəhlə kimi işlədiyi Bakı şəhəri Səbail rayonu 20-ci sahə ərazisində yerləşən qardaşı Şahid1 tərəfindən icarə əsasında işlətdiyi iri və xırda buynuzlu heyvanların ət kəsimi mağazasında olan zaman, tanışı Təqsirləndirilən şəxs gələrək orada onunla bir qədər söhbət etdikdən sonra Xəyyama həyat yoldaşının dializ xəstəsi olduğunu bildirmişdir. Bundan sonra Xəyyam guya ona köməklik etmək üçün öz böyrəyinin birini həyat yoldaşına əməliyyat yolu ilə təmənnasız verəcəyini və hazır olduğunu bildirmişdir. Bundan sonra Xəyyamı öz bacısı Kəmalə ilə birlikdə ailə üzvləri də evdə olan zaman evə dəvət etmişdir. Xəyyam isə onların yanında bir daha təsdiq edərək böyrəyini verməyə hazır olduğunu bildirmişdir. Bundan sonra həkimlərin məsləhəti ilə Xəyyamın müayinə edilərək ona məxsus böyrənin həyat yoldaşına əməliyyat yolu ilə köçürülməsi üçün Gömrük Hospitalında müayinələr keçirilmiş və uyğun gəldiyindən onlar razılaşmışlar. Xəyyam müxtəlif vaxtlarda ondan digər müxtəlif səbəblərdən pul istəmişdir. O, Xəyyama ümumlikdə 17109 manat məbləğində pul vermişdir. Lakin sonradan onlara məlum oldu ki, Xəyyamın müayinədə keçdikdən sonra onun Azərbaycan Respublikasının Səhiyyə Nazriliyində izahat verərək böyrəninin onun həyat yoldaşına əməliyyat yolu ilə köçürməsini üçün imtina etmişdir. Bundan sonra o, və onun ailə üzvləri Xəyyama və onun bacısı Kəmaləyə öz iradlarını bildirərək və onlara verdikləri pulları tələb etdikdə, onlar pulların verməsindən imtina etmişlər. Zərərçəkmiş şəxs çıxışı zamanı onun tərəfindən verilmiş mülki iddianının təmin olunmasını, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmiş, Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Sözügedən hadisələrdən o sonradan xəbər tutumuşdur. Xəyyam ona X2 dializ xəstəsi olduğundan sonuncuya təmənnasız şəkildə böyrəyini verəcəyini bildirmişdir. O da bir bacı kimi bu məsələyə münasibəti birmənalı olmuş, etiraz etmişdir. Lakin artıq onlar öz aralarından razılıq əldə etmişdilər. Dəqiq xatırlamadığı bir vaxtda dializ xəstəsi qadının əri Malik onun yaşadığı ünvana gələrək ona 2000 manat pul vermişdir ki, həmin pulları o, Xəyyama çatdırsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3 saylı Bakı "ASAN xidmət" mərkəzində 09 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış **********444 qeydiyyat nömrəli ərizədən görünür ki, Azərbaycan Respublikasında keçiriləcək böyrək dəyişmə əməliyyatı ilə bağlı öz böyrəyimi – Şahid2 təmənnasız olaraq verirəm və hal-hazırda həmin əməliyyatla bağlı heç bir iddiam və tələbim yoxdur. Ərizə mənim sözlərim əsasında yazıldı, və yazılanları öz imzamla təsdiq edirəm. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tanış oldum və bu Qanundan irəli gələn hüquq və vəzifələrim mənə (donorun adı, ata adı, soyadı və təvəllüdü, şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və verən orqan) notarius tərəfindən izah edildi. Həmçinin mənə məlumat verildi ki, insan orqan və (və ya) toxumalarının transplantasiyası – insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun orqan və (və ya) toxumaları ilə əvəz edilməsidir; insan orqan və (və ya) toxumaları – şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik strultur vahiddir, donor öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxsdir, resipiyent – müalicə məqsədi ilə orqan və (və ya) toxumalar köçürülən şəxsdir. Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır. Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Digər tibbi üsullarla insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda, resipiyentə donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir. Donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis –həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir. Donorun hüquq və vəzifələri: Donorun hüquqları aşağıdakılardır: orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsində planlaşdırılan tibbi əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pulsuz müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq; donorluqla əlaqədar əlilliyi, o cümlədən sağlamlığ imkanlarının məhdudluğu müəyyən ediliərsə, qanunvericiliyə uyğun olaraq pensiya almaq. Orqan və (və ya) toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişlər və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir. Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumaların isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar və yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın. Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transpalnatasiya barədə məlumat yaymaları qadağandır. Bu məlumatları yayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyörlar. Transpalantasiya zamanı orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları pozularsa və bununla əlaqədar donorun və resepiyentin sağlamlığına zərər vurularsa, müvafiq tibb müəssisəsi qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə notarius tərəfindən mənə izahlar verildi. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq böyrəyimin (Şahid2 – xx.xx.1986, AA*******, xx.xx.2022, Asan 3) transpalntasiya edilməsinə (onun bədəninə tibbi yolla köçürülməsinə) könüllü olaraq razılıq verirəm. Bu razılığın verilməsinə mənə hər hansı bir təzyiq və ya məcbur etmə halları olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Orqan donorluğu və transplantasiyasi üzrə Etika Komissiyası"-nın 28 avqust 2024-cü il tarixli, 78 nömrəli qərarından görünür ki, komissiya tərəfindən donor orqanının transplantasiyasının qeyri-mümkün olması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Orqan donorluğu və transplantasiyasi üzrə Etika Komissiyası"-nın 28 avqust 2024-ci il tarixli iclasının protokolundan 25 nömrəli çıxarışdan görünür ki, müzakirədən müəyyən olunur: Şərifov Nofəl: Sizin gediş-gəlişiniz var? Təqsirləndirilən şəxs: Bəli, var. Mən də gedirəm, bacım da gedir. Hələ mən özüm bacıma demişdim ki, onlar pis gündədir, yoldaşının vəziyyəti ağırdır, mən öz böyrəyimi ona verirəm. Bacım da demişdi ki, hə, ver, lap yaxşı, halal xoşları olsun. Bacıma demişdim ki, onun 3 uşağı var, vəziyyətləri budur. Qərara alındı: Şəxslər arasında heç bir yaxınlıq münasibətləri təsdiq olunmur. Tərəflər heç bir məlumatı təqdim edə bilmirlər (yazışma, foroşəkillər və s.). Donor Təqsirləndirilən şəxs heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirsə də, qeydiyyatdan keçib və müxtəlif sosial şəbəkələrin aktiv istifadəçisi olduğu müəyyən olunur. Sorğu zamanı donor narkotik vasitələrinin qanunsuz dövriyyəsi, xuliqanlıq maddələri ilə məhkum olunduğu, böyük məbləğdə borclarının və kreditlərinin olduğu, 2 dəfə ailə qursa da, ailə münasibətlərində problem yaratdığı müəyyən olunur. Etika Komissiyası donor orqanının transplantasiyasına etiraz edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Orqan donorluğu və transplantasiyasi üzrə Etika Komissiyası"-nın 28 avqust 2024-cü il tarixli iclasının videogörüntüsünə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs iclas boyunca ardıcıl, aydın və qəti şəkildə donor qismində çıxış etmək niyyətini ifadə etmişdir. Videogörüntüdə o, suallara ətraflı cavab verməklə, öz böyrəyini transplantasiya məqsədilə Şahid2 verməyə tam hazır olduğunu dəfələrlə bəyan etmiş və bu qərarının könüllü xarakter daşıdığını xüsusi vurğulamışdır. Həmin videogörüntünün 19 dəqiqə 40-cı saniyəsində Təqsirləndirilən şəxs açıq şəkildə belə ifadə edir: ‘Dost kimi, qardaş kimi lazım olsa ciyərimi də verərəm’. Həmin ifadə onun könüllü donor niyyətinin ardıcıl və səmimi olduğunu təsdiq edən birbaşa audiovizual sübutdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsindən aydın görünür ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Məhkəmə tərəfindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilkin və davamlı niyyəti real olaraq donor qismində çıxış etmək və öz böyrəyini transplantasiya məqsədilə Şahid2 verməkdən ibarət olmuşdur. Bu niyyətini təsdiq etmək məqsədilə Təqsirləndirilən şəxs könüllü şəkildə notarial qaydada razılıq vermiş, müvafiq tibbi müayinələrdən keçmiş və transplantasiya prosedurunun tələb etdiyi bütün zəruri mərhələlərdə iştirak etmişdir. Sonuncunun donor olmaq niyyəti müvəqqəti və situativ deyil, ardıcıl və ciddi şəkildə formalaşmış iradə aktı olmuşdur. Bu faktlar onun əvvəlcədən formalaşmış dürüst və ciddi iradəsinin mövcud olduğunu, heç bir aldatma və ya etibardan sui-istifadə məqsədi daşımadığını qəti şəkildə göstərir. Belə ki, transplantasiya prosesində şəxsin iradəsi yekun qərar deyil. Qərar verən struktur: Etika Komissiyasıdır. Yəni şəxs öhdəliyini icra etməkdə subyektiv maraq göstərsə də, nəticə onun nəzarətindən kənar baş verib. Göründüyü kimi Təqsirləndirilən şəxs “böyrək müqabilində müəyyən məbləğ” tələb etməyib, verilən pulların mahiyyəti iqtisadi əvəzli əməliyyat kimi müəyyən edilməyib, pullar maddi nemətin ələ keçirilməsi məqsədi ilə deyil, müstəqil və əlaqəsiz epizodlar çərçivəsində X6 tərəfindən könüllü təqdim olunub. İş materiallarının və tibbi-transplantasiya prosedurlarının hüquqi tələblərinin təhlili göstərir ki, Etika Komissiyasının donor orqanının transplantasiyasına dair rəyi donor və resipientin öz iradəsindən tam asılı olmayan, müstəqil, çoxmərhələli qiymətləndirmə prosesinin nəticəsidir. Bu rəy tibbi, etik, psixoloji və hüquqi meyarlar əsasında formalaşır və donorun əvvəlcədən nəticəni bilmək və ya nəticəni yönləndirmək imkanı mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsin Etika Komissiyasının mənfi qərarını öncədən bilməsi və buna görə aldatma yolu ilə hərəkət etməsi ehtimalı həm faktiki materiallar, həm videoyazı sübutları, həm də donor-transplantasiya prosedurunun ümumi hüquqi-tibbi mahiyyəti ilə tam şəkildə istisna olunur. Bu isə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin tərkibini yaratmır. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasinin Qanununun 18.1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən ittiham - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui- istifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olumazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrilə müəyyən edilir ki, yaranmış mübahisə birmənalı olaraq mülki münasibətlərdən irəli gələn məsələdir və bu mülki mühakimə icraatı qaydasında araşdırıla bilər. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında yaranmış münasibətlər mülki xarakter daşıyır və həmin münasibətlər məhz Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin təlləblərinə görə: 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən məlum oldu ki, istintaq ittihamı yalnız zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi üzərində qurmuş və dələduzluğu, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməni sübut edən heç bir digər sübut əldə etməmişdir. Göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs dələduzluq etmə faktına dair ittihamın əsasını açıqlamır, təhlil etmir, heç bir sübut toplamır, yoxlamır və qiymətləndirmir. Bundan başqa təqsirləndirilən və zərərçəkmiş şəxs arasında baş tutmuş telefon danışıqlarını və yazışmalarını əldə etmir. Verilmiş ittiham daha çox ehtimallar üzərində qurulmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki ittihamla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən,şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (X9rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 01 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X4 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X5 X4 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilirki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəlləsinin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə, həmçinin qanunla müəyyən olunmuş hüquq normalarına əsaslanaraq qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması anlamına gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, habelə istintaq materiallarını, zərərçəkmiş şəxsin, şahidlərin və təqsirləndirilən şəxsin ifadələrini müqayisəli şəkildə təhlil və tədqiq edərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə irəli sürülmüş ittiham üzrə sübut qismində təqdim edilmiş məlumatlar əsasında müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin sübutların ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 677/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə ona bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-cimaddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 74-cü hissəsinin ikinci abzasına görə bəraət hökmü Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığına görə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur və bu baxımdan verilmiş mülki iddia cinayət mühakimə icraatında həll oluna bilməz. Buna görə də məhkəmə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasının baxılmamış saxlanılmalı və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun olması Zərərçəkmiş şəxs izah ediməldir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla 30 saata görə 180 (yüz səksən) manat, həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 65 saata görə 715 (yeddi yüz on beş) manat, ümumilikdə 895 (səkkiz yüz doxsan beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42, 344-347, 349, 350, 352-353, 354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığına görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və qeyrilərinə qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla 30 saata görə 180 (yüz səksən) manat, həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 65 saata görə 715 (yeddi yüz on beş) manat, ümumilikdə 895 (səkkiz yüz doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar