Məhkəmə qərarları › İş №1(010)-120/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-120/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-120/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Sabunçu Rayon Məhkəməsinin 09 may 2023-cü il tarixli 1(008)-546/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyun 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(010)-120/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 28 fevral 2024-cü il tarixdə tutularaq həmin tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrar ələ keçirməsi ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə, Zərərçəkmiş şəxs1 onu Heydər Əliyev adına Beynəlxalq Hava limanında sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 20 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi, 21ci binanın qarşısında 700 (yeddi yüz) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs1 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə, Zərərçəkmiş şəxs2 onu Heydər Əliyev adına Beynəlxalq Hava limanında sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 04 may 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbsi, «Q» yaşayış sahəsi, 21-ci binanın qarşısında 600 (altı yüz) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs2 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə, Zərərçəkmiş şəxs3 onu Heydər Əliyev adına Beynəlxalq Hava limanında sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 18 avqust 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi, 21ci binanın qarşısında 700 (yeddi yüz) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs3 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 2022-ci ildə tanışı Fərailin vasitəsi ilə tanıyıb. Belə ki, Fərail ilə, Xalqlar metrostansiyanın yaxınlığında tanış olmuş, həmin vaxt o, yalandan telefonla danışarkən işçi axtardığını telefonda dedikdə, Fərail ona yaxınlaşıb tanışının işə düzəlmək istədiyini dedi və o, da özünə məxsus mobil nömrəsini Fərailə vermişdir. Təxminən 20 aprel 2022-ci il tarixdə, Fərail ona zəng vurub bir nəfər şəxsin işə düzəlmək istədiyini demiş, o, da Fərail ilə razılaşıb gedib həmin şəxsə, onu Heydər Əliyev adına olan hava limanına sürücü vəzifəsinə işə düzəldəcəyini deməsini bildirmişdir. Bundan sonra, 20 aprel 2022-ci il tarixdə o, Fərail və Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında məhəllədə görüşmüşdülər. Onlar görüşdükdən sonra, Zərərçəkmiş şəxs1 düzəldəcəyi işin Hava Limanında olduğunu, işə düzəldən şəxsin isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində nahar fasiləsində olduğunu, işə düzəltməsi üçün 700 (yeddi yüz) manat məbləğində pul lazım olduğunu və həmin pulu kadr məsələlərinə baxan şəxsə verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 da ona inanıb razılaşmışdır. Bundan sonra o, Abbasa sənədləri də özü ilə birgə götürməsini demişdir. Buna görə də, Zərərçəkmiş şəxs1 yaşadığı evdən özünə aid olan sənədlərini və 700 (yeddi yüz) manat məbləğində pulu götürüb onunla birlikdə, taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın qarşısına gəlmişdilər. Orada taksidən düşdükdən sonra, Zərərçəkmiş şəxs1 700 (yedi yüz) manat məbləğində pulu və özünə aid olan sənədlərin surətini orada, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın qarşısında ona vermişdir. Pulu götürdükdən sonra, yalandan işə düzəldən şəxsin mənzilinə qalxıb orada ona 700 (yeddi yüz) manat məbləğində pulu verəcəyini bildirmişdir. Bundan sonra o, həmin binanın blokuna daxil olmuş, həmin blok iki girişli olduğundan, digər girişindən çıxaraq oradan uzaqlaşmışdır. Süleyman Abbasovu işə düzəltmək məqsədi olmamış, sadəcə olaraq onu aldadıb pulunu ələ keçirmək niyyəti olmuşdur. Buna görə də, həmin 700 (yeddi yüz) manat məbləğində pulu da öz ehtiyaclarına xərcləmişdir. Həmin pulu artıq Zərərçəkmiş şəxs1 geri tam məbləğdə qaytarmış və onunla barışmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 da əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2 04 may 2022-ci il tarixdə Əhmədli metrostansiyası yaxınlığında yüksək səslə mobil telefonla, guya işçi axtarırmış kimi danışanda, Xeybər ona yaxınlaşıb işə düzələ bilməyi üçün nə etməli olduğunu soruşmuşdur. O, Zərərçəkmiş şəxs2 bir neçə özünə aid olan sənədlərin surətini təqdim etməyini istədi. Zərərçəkmiş şəxs2 həmin sənədlərin surətini götürüb ona təqdim etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 yalandan işin Hava Limanında olduğunu, işə düzəldən şəxsin isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində nahar fasiləsində olduğunu, işə düzəltməsi üçün 600 (altı yüz) manat məbləğində pul lazım olduğunu və həmin pulu kadr məsələlərinə baxan şəxsə verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmış və onlar taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın qarşısına gəlmişdilər. Taksidən düşdükdən sonra, Xeybər 600 (altı yüz) manat pulu və özünə aid olan sənədlərin surətini orada ona vermişdir. Pulu Zərərçəkmiş şəxs2 götürdükdən sonra, yalandan işə düzəldən şəxsin mənzilinə qalxıb orada həmin şəxsə 600 (altı yüz) manat pulu verəcəyini demişdir. Bundan sonra o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın blokuna daxil olmuş, həmin blok ikigirişli olduğundan digər girişindən çıxaraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs2 işə düzəltmək məqsədi olmamış, sadəcə olaraq onu aldadıb pulunu ələ keçirmək niyyəti olmuş, buna görə də həmin 600 (altı yüz) manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Həmin pulu artıq Zərərçəkmiş şəxs2 tam məbləğdə geri qaytarmış və onunla barışmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 da əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. O, 18 avqust 2022-ci il tarixdə, saat təxminən 11:00 radələrində Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mercedes Vito” markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobilinə sərnişin qismində əyləşmişdir. Yolda olduqları zaman söhbət edərkən, Vüsala Hava limanında sürücü vəzifəsinə işçi axtarıldığını və o, Vüsalı həmin işə düzəldə biləcəyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs3, onu həmin yerə sürücü kimi işə düzəltməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs3 şəxsiyyət və sürücülük vəsiqələrini istəmiş, Zərərçəkmiş şəxs3 da öz şəxsiyyət və sürücülük vəsiqələrini çıxarıb göstərmişdir. O, Zərərçəkmiş şəxs3 sənədlərinin şəklini öz telefonu ilə çəkib yalandan, guya ona işə düzəldən şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində nahar fasiləsində olduğunu, işə düzəltməsi üçün 700 (yeddi yüz) manat məbləğində pul lazım olduğunu və həmin pulu kadr məsələlərinə baxan şəxsə verəcəyini bildirmiş, Vüsal onunla razılaşmışdır. Bundan sonra, onlar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın qarşısına gəlmişdilər. Oradan avtomaşından düşdükdən sonra, Vüsal 700 (yeddi yüz) manat pulu və özünə aid olan sənədlərin surətini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın qarşısında ona vermişdir. Pulu Vüsaldan götürdükdən sonra, yalandan Vüsalı işə düzəldən şəxsin mənzilinə qalxıb orada ona 700 (yeddi yüz) manat pulu verəcəyini demişdir. Bundan sonra həmin 21-ci binanın blokuna daxil olmuş, həmin blok ikigirişli olduğundan digər girişindən çıxaraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs3 işə düzəltmək məqsədi olmamış, sadəcə olaraq Vüsalı aldadıb pulunu ələ keçirmək niyyəti olmuş, buna görə də həmin 700 (yeddi yüz) manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Həmin pulu artıq Zərərçəkmiş şəxs3 tam məbləğdə geri qaytarmış və onunla barışmışdır. Suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq edilməmiş, o da həmçinin polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın hamısını tam məbləğdə ödəmiş və onlarla barışmışdır. Zərərçəkmiş şəxslərin də ondan heç bir şikayəti və tələbi yoxdur. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı ödəməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Fərail Yəhyayev onun qonşusu olduğundan, aralarında qonşuluq münasibətləri var. Heç bir düşmənçilikləri və ədavətləri yoxdur. O, heç bir yerdə işləmədiyi üçün qonşusu Fərail Yəhyayevə sürücü işi olarsa, ona məlumat verməyini bildirmişdir. 20 aprel 2022-ci il tarixdə Fərail onun mobil telefonuna zəng edərək, yanında bir nəfər işçi axtaran şəxsin dayandığını, təsadüfən qarşılaşdığını və onu işə düzəldə biləcəyini demişdir. Buna görə də, həmin günü onlar yaşadıqları məhəllədə görüşmüşlər. Həmin günü, yəni 20 aprel 2022-ci il tarixdə o, Fərail və adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında məhəllədə görüşmüşlər. Onlar görüşdükdən sonra, Fərail onlardan uzaqlaşaraq çıxıb getmişdir. Təqsirləndirilən şəxs onu düzəldəcəyi işin Hava Limanında olduğunu, işə düzəldən şəxsin isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində nahar fasiləsində olduğunu, işə düzəltməsi üçün 700 (yeddi yüz) manat məbləğində pul lazım olduğunu və həmin pulu kadr məsələlərinə baxan şəxsə verəcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs inanıb razılaşmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs ona aid sənədləri də özü ilə birgə götürməsini demişdir. Buna görə də, o, yaşadığı evdən özünə aid olan sənədlərini və 700 (yeddi yüz) manat pulu götürüb Təqsirləndirilən şəxsla birlikdə, taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın qarşısına gəlmişlər. Oradan taksidən düşdükdən sonra o, 700 (yeddi yüz) manat pulu və ona aid olan sənədlərin surətini orada, yəni həmin 21-ci binanın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu ondan götürdükdən sonra, onu işə düzəldən şəxsin mənzilinə qalxıb orada ona 700 (yeddi yüz) manat pulu verəcəyini bildirmişdir. Daha sonra, Rahil 21-ci binanın blokuna daxil olmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəqiqə gözlədikdən sonra, Rahil geri qayıtmamışdır. O, bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib 700 (yeddi yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 04 may 2022-ci il tarixdə Əhmədli metrostansiyası yaxınlığında “Kapital Bank”a aid bankomatdan təqaüdünü çıxarıb evinə tərəf gedərkən bir nəfər, sonradan adını bildiyi Təqsirləndirilən şəxs yanında yüksək səslə mobil telefonla işçi axtarmış kimi danışmağa başlamışdır. Dediyi elan marağını çəkdiyi üçün və həmin vaxtı işsiz olduğundan Təqsirləndirilən şəxs işə düzələ bilməyi üçün nə etməli olduğunu soruşmuşdur. Rahil ondan bir neçə özünə aid olan sənədlərin surətini təqdim etməyini istəmişdir. O, pul kisəsində olan həmin sənədlərin surətini götürüb Rahilə təqdim etmişdir. Bundan sonra, Rahil ona işin Hava Limanında olduğunu, işə düzəldən şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində nahar fasiləsində olduğunu, işə düzəltməsi üçün 600 (altı yüz) manat məbləğində pul lazım olduğunu, həmin pulu kadr məsələlərinə baxan şəxsə verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və onlar taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın qarşısına gəlmişlər. Oradan taksidən düşdükdən sonra, o, 600 (altı yüz) manat pulu və ona aid olan sənədlərin surətini orada, yəni 21-ci binanın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu ondan götürdükdən sonra, işə düzəldən şəxsin mənzilinə qalxıb orada ona 600 (altı yüz) manat pulu verəcəyini bildirmişdir. Bundan sonra, Rahil 21-ci binanın blokuna daxil olmuşdur. O, Təqsirləndirilən şəxs bir neçə dəqiqə gözlədikdən sonra, Rahil geri qayıtmamışdır. Bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun etibarından istifadə edib 600 (altı yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes Vito” markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşıyaraq ailəsini dolandırır. 18 avqust 2022-ci il tarixdə, saat təxminən 11:00 radələrində idarə etdiyi “Mercedes Vito” markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilinə, adını sonradan bildiyi Təqsirləndirilən şəxs sərnişin qismində əyləşmiş və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə sürməyini istəmişdir. Yolda olduqları zaman söhbət edərkən Təqsirləndirilən şəxs ona Hava limanında sürücü vəzifəsinə işçi axtarıldığını və onu həmin işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt o, işsiz olduğu üçün Rahildən həmin yerə onu sürücü kimi işə düzəltməsini xahiş etmişdir. Rahil ondan şəxsiyyət və sürücülük vəsiqələrini istəmiş, o da Rahilə öz şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqələrini çıxarıb göstərmişdir. Rahil onun sənədlərinin şəklini öz telefonu ilə çəkib işə düzəldən şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində nahar fasiləsində olduğunu, işə düzəltməsi üçün 700 (yeddi yüz) manat məbləğində pul lazım olduğunu və həmin pulu kadr məsələlərinə baxan şəxsə verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmışdır. Bundan sonra, onlar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın qarşısına gəlmişlər. Avtomaşından düşdükdən sonra o, 700 (yeddi yüz) manat pulu və ona aid olan sənədlərin surətini orada, yəni 21-ci binanın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu ondan götürdükdən sonra onu işə düzəldən şəxsin mənzilinə qalxıb orada ona 700 (yeddi yüz) manat pulu verəcəyini bildirmişdir. Bundan sonra, Rahil 21-ci binanın blokuna daxil olmuşdur. Təxminən o, Təqsirləndirilən şəxs bir neçə dəqiqə gözlədikdən sonra, Rahil geri qayıtmamışdır. O, sonradan başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib 700 (yeddi yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi 23 iyun 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X2 tərəfindən fakta görə başlanmışdır. (iş.v. 1) 20 aprel 2022-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş videogörüntünün mağazaya quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkildiyi müəyyən olunur. Həmin videogörüntüyə baxış zamanı müəyyən olundu ki, dələduzluq etməkdə şübhəli bilinən şəxs Fujifilm mağazasına daxil olur, zərərçəkmişlə birgə sənədlərin surətinin çıxarılmasında iştirak edir və üzərində qara gödəkçə, göy cins şalvarı vardır. O, qara seyrək saçlıdır. (iş.v. 35) 23 oktyabr 2023-cü il tarixli, “tanınma” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş şəxsləri nəzərdən keçirib Təqsirləndirilən şəxs həmin şəxslərin içərisindən tanımışdır. (iş.v. 139-142) 25 oktyabr 2023-cü il tarixli, “tanınma” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş şəxsləri nəzərdən keçirib Təqsirləndirilən şəxs həmin şəxslərin içərisindən tanımışdır. (iş.v. 143-146) 27 oktyabr 2023-cü il tarixli, “tanınma” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş şəxsləri nəzərdən keçirib Təqsirləndirilən şəxs həmin şəxslərin içərisindən tanımışdır. (iş.v. 147-150) 27 oktyabr 2023-cü il tarixli “ifadənin hadisə yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdi ki, 20 aprel 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs1 düzəldəcəyi işin Hava Limanında olduğunu, işə düzəldən şəxsin isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində nahar fasiləsində olduğunu, işə düzəltməsi üçün 700 (yeddi yüz) manat məbləğində pul lazım olduğunu və həmin pulu kadr məsələlərinə baxan şəxsə verəcəyini bildirmişdir. Buna görə də, Zərərçəkmiş şəxs1 yaşadığı evdən özünə aid olan sənədlərini və 700 (yeddi yüz) manat məbləğində pulu götürüb onunla birlikdə taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın qarşısına gəlmişlər. Oradan taksidən düşdükdən sonra, Zərərçəkmiş şəxs1 700 (yeddi yüz) manat pulu və özünə aid olan sənədlərin surətini orada, yəni 21-ci binanın qarşısında ona vermişdir. O, pulu götürdükdən sonra yalandan işə düzəldən şəxsin mənzilinə qalxıb orada ona 700 (yeddi yüz) manat pulu verəcəyini bildirmişdir. Bundan sonra o, 21-ci binanın blokuna daxil olmuş, həmin blok ikigirişli olduğundan digər girişindən çıxaraq oradan uzaqlaşmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 600 (altı yüz) manat pulunu və Zərərçəkmiş şəxs3 700 (yeddi yüz) manat pulunu da eyni üsulla ələ keçirtdiyini, yəni pulları götürüb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 21-ci binanın blokuna daxil olduğunu, həmin blok ikigirişli olduğundan digər girişindən çıxaraq oradan uzaqlaşdığını bildirmişdir. İfadələrin yoxlanması gedişatında Təqsirləndirilən şəxs etdiyi oğurluq əməlinin baş verdiyi yeri əyani şəkildə dəqiq olaraq göstərmişdir. (iş.v. 151) 30 oktyabr 2023-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Xalqlar metrostansiyasının yaxınlığında yerləşən “Fujifilm” mağazasında quraşdırılmış müşahidə kamerası vasitəsilə çəkilmiş görüntülər olan 01 (bir) ədəd CD disk sübut növü kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3, 179 və 32.4,311-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədinə əsasən onun soyadı, adı və atasının adının Təqsirləndirilən şəxs kimi oxunması qərara alınmışdır. (iş.v. 153-162) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyun 2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 25 iyun 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(010)-120/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 28 fevral 2024-cü il tarixdə tutularaq həmin tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 59, 70-72, 86-91) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2019cu il tarixli, 1(003)-156/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək və CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 18 mart 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (iş.v. 78-79) Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu cinayət əməlinə görə, məhkumluğu götürülməmiş və ödənilməmişdir. Belə ki, törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasının sonu 2021-ci ilin iyul ayında bitsə də o, yenidən təkrar olaraq məhkumluğu ödənilməmiş və ya götürülməmiş 2022-ci ilin aprelavqust ayları ərzində 3 dəfə dələduzluq cinayət əməllərini törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə, daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair 18 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 9-cu maddələrində təsbit olunmuş ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma kimi qəbul oluna bilməz. Belə cəza əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymət olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin “heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” tələbini pozmur. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunmuşdur ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən sadə residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nörməli cinayət işi üzrə icraata Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul edilmiş 13 fevral 2021-ci il tarixli “cinayət təqibi üzrə icraata xitam verilməsi barədə” qərarla xitam verilmişdir. Belə ki, həmin qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İŞ-ə ərizə ilə müraciət edərək X3 aldadaraq 3000 manat məbəğində pulunun ələ keçirilməsi faktı üzrə ona dəymiş maddi ziyanı tam həcmdə ödədiyindən onunla barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını, törətdiyi əməldən peşman olduğunu, eyni zamanda özünü təqsirli bildiyini göstərmiş və barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Həmin qərarla cinayət təqibi üzrə icraata xitam verilməsinə əsas olaraq göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni ehtiva edən Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinin tələblərinə əsasən CM-in 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinin dispozisiyasında qeyd olunmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72.2, 73.2, 73.3, 73-1.1 cə 73-1.2-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya başlanılmış cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Belə ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsindən Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bir dəfə azad edilmişdir. Qanunvericilik həmin cinayət əməli üzrə zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilməni ikinci dəfə nəzərdə tutmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətindən ikinci dəfə azad edilə bilməz, onun zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsi və onlarla barışıq əldə etmə yalnız cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Bundan əlavə, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Fərəcov X5 Rayon Məhkəməsinin 1(008)-546/2023 nömrəli, 09 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərindən ilkini 20 aprel 2022-ci il tarixdə, ikincisini 04 may 2022-ci il tarixdə, üçüncüsünü isə, 18 avqust 2022-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, maddis sübut kimi tanınmış CD diski, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin: 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirərək ziyan vurma və bu cinayət əməlinin təkrar törədilməsi dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd etmək zəruridir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanan 29 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Fərəcov X5 Rayon Məhkəməsinin 09 may 2023-cü il tarixli 1(008)-546/2023 nömrəli hökmü üzrə ona qəti olaraq təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 mart 2024-cü il tarixi üçün 07 ay 27 gün hissəsini çəkmiş, çəkilməmiş cəzasının müddəti isə 03 ay 29 gün təşkil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, hazırkı dövrədək bitməmiş və hələ də mövcuddur. 68.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsi, onlarla barışması, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmaması barədə məhkəməyə təqdim etdikləri notarial qaydada təsdiq edilmiş ərizələri CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində isə cəzanı ağırlaşdıran hal kimi cinayətin sadə residivi mövcuddur. Buna görə də CM-nin 60.1ci maddəsinin tətbiq olunması istisna olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsində qeyd olunmuş cinayətin sadə residivi müəyyən edilmişdir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, araşdırmanın yekunu olaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Sabunçu Rayon Məhkəməsinin 09 may 2023-cü il tarixli 1(008)-546/2023 nömrəli iş üzrə hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, alınan azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 02 gün və hazırkı iş üzrə tutulduğu 02 gün, cəmi 04 gün müddət, eləcə də əvvəlki iş üzrə çəkdiyi 07 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla alınan 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası, cəmi 04 ay 02 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və ona qəti olaraq 02 il 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 28 fevral 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sabunçu Rayon Məhkəməsinin 09 may 2023-cü il tarixli 1(008)-546/2023 nömrəli iş üzrə hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 02 gün və hazırkı iş üzrə tutulduğu 02 gün, cəmi 04 gün müddət, eləcə də əvvəlki iş üzrə çəkdiyi 07 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla alınan 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası, cəmi 04 ay 02 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və ona qəti olaraq 02 il 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfinin, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar