Məhkəmə qərarları › İş №1(010)-279/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-279/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-279/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Məmmədova Xatirə Xanbala qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu və sadə residivi olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, 06 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 dekabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,568 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 06 dekabr 2024-cü il tarixdə, saat 12:30-da Suraxanı RPİ-nin 30cu polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 30-ci polis şöbəsinə gətirilmiş və orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynindəki qara şalvarın qabaq sağ yan 01 (bir) ədəd şəffaf sellofan bükümdə içərisində təmiz çəkisi 0,568 qram ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə, saat 14:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, saat 12:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, ona 08 dekabr 2024-cü il tarix, saat 09:00-da Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Orxan Allahquliyev tərəfindən həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Orxan Allahquliyev tərəfindən 07 mart 2025-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Suraxanı Rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən eyni tarixdə təsdiq olunaraq cinayət işi Suraxanı rayon Məhkəməsinə göndərilmiş və cinayət işi məhkəməyə 18 mart 2025-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı 14 aprel 2025-ci il tarixdə yazılı vəsatət verərək bildirmişdir ki, məhkəmənin hazırlıq iclasınadək cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, iş üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, “cinayət işinin başlanması haqqında” 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb, Şahid3 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və ünvan 2anında yaşadığı mənzildə Minayə adlı qadınla birlikdə evdə münaqişə yaratması barədə verdiyi məlumat və həmin məlumat əsasında toplanmış material olmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokol və şübhəli şəxsin tutulması haqqında qərardan da görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2anında saxlanılmışdır. Yuxarıda qeyd olunan xüsusat, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaqa verdiyi ifadələr, həmçinin şahid ifadələri ilə də təsdiqini tapır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirmişdir ki, 06 dekabr 2024-cü il tarixdə, Şahid3 Azərbaycan Respublikası DİNin 102 xidmətinə zəng edərək ünvan 2anında yaşadığı mənzildə narkotik vasitə aludəçisi oğlu Təqsirləndirilən şəxs Minayə adlı qadınla birlikdə münaqişə yaratması barədə məlumat vermişdir. Həmin məlumat əsasında 30-cu polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə qeyd olunan ünvana getmiş, Təqsirləndirilən şəxs həmin ünvanda saxlayaraq barəsində şikayət olduğu üçün 30-cu polis dəvət etmişlər. İş üzrə şahid qismində dindirilmiş 30-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Lakin 08 dekabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan, həmçinin iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə saat 12:30-da Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində saxlanılması göstərilmişdir. Həmçinin, 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılan X9 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə məhkəmə baxılarkən müəyyən edilmişdir ki, Minayə Əliyeva 06 dekabr 2024-cü il tarixdə, 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılmış və ibtidai istintaq zamanı ona həmin məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikası CPM-in 223.3.2-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. CPM-in 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. CPM-in 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ünvan 2anında saxlanılmasına baxmayaraq, müstəntiq tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş ittihamda onun Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində saxlanılması göstərilmişdir. Bu da, cinayət işi üzrə ittiham aktının cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmamasına gətirib çıxarmışdır. Odur ki, CPM-in 303.3.6-cı maddəsinin tələbləri pozulduğu üçün cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmçinin, CPM-in 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Orxan Allahquliyev barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmənin hazırlıq iclası zamanı bildirmişdir ki, dövlət ittihamçısının vəsatəti ilə razıdır. Buna əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPMnin tələblərinə uyğun deyildir. İttihamda bir sıra uyğunsuzluqlar vardır. Belə ki, ittiham aktının nəticəvi hissəsində 06 dekabr 2024-cü il tarixdə, saat 12:30-da Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 30-ci polis şöbəsinə gətirildiyi qeyd edilmişdir, lakin təqsirləndirilən şəxs ünvan 2anında yaşadığı evdə saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman narkotik vasitəni təqdim edib özünə məxsus olduğunu bildirsə də, istintaq zamanı özünü təqsirli bilməmişdir. Lakin ittiham aktında təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsi qeyd edilmişdir. Həmçinin ittiham aktının 3-cü səhifəsində 3-cü abzasın sonuncu cümləsində qeyd edilmişdir ki, “X1 və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır.” İttiham aktı Təqsirləndirilən şəxs ilə bağlı tərtib edilmişdir. X2 kim olması və nə üçün ittiham aktında adını qeyd edildiyi göstərilməmişdir. Bütün bunları nəzərə alaraq, cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, dövlət ittihamçısı və müdafiəçisinin dedikləri ilə razıdır. Odur ki, dövlət ittihamçısının vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, 08 dekabr 2024-cü il tarixli, “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan, həmçinin iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə saat 12:30-da Suraxanı RPİnin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində saxlanılması göstərilmişdir. Həmçinin, 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılan X9 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, Minayə Əliyeva 06 dekabr 2024cü il tarixdə, 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılmış və ibtidai istintaq zamanı ona həmin məzmunda ittiham elan edilmişdir. Odur ki, “cinayət işinin başlanması haqqında” 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb, Şahid3 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və ünvan 2anında yaşadığı mənzildə Minayə adlı qadınla birlikdə evdə münaqişə yaratması barədə verdiyi məlumat və həmin məlumat əsasında toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokol və şübhəli şəxsin tutulması haqqında qərardan da müəyyən olunur ki, Təqsirləndirilən şəxs Suraxanı RPİnin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2anında saxlanılmışdır. Bu xüsusat, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaqa verdiyi ifadələr, həmçinin şahid ifadələri ilə də təsdiqini tapmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktının tərtib etmiş şəxs Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Orxan Allahquliyev tərəfindən CPM-nin 303.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materiallarına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində həmçinin aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar. 289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Odur ki, dövlət ittihamçısının yazılı vəsatəti təmin edilərək cinayət işinin baxılmasına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 307-ci maddəsinin tələbləri nəzərə alınaraq baş müstəntiq X6 barəsində xüsusi qərar çıxarılmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, o cümlədən aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində 08 dekabr 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Beləliklə, məhkəmə ilkin dinləmələr aparmaqla yuxarıda qeyd edilən halları və cinayət işi materiallarını ətraflı tədqiq edərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.6-cı maddəsinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.6-cı maddəsinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar