Məhkəmə qərarları › İş №1(010)-411/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-411/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-411/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6, tərcüməçi X4 iştirakı ilə Simakina Yelena X1 qarşı xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Simakina Yelena X2 qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq aşağıdakıları qeyd edir. X5 tərəfindən təqdim edilmiş şikayət Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində deyil, Rus dilində tərtib olunub. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə əsasən «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir…». Azərbaycan Respublikasının CPM-nin 26.1-cı maddəsinə əsasən «Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır». İş materiallarından göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət verilərkən qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələbi pozulmuşdur. Bununla yanaşı, şikayətin məzmunundan görünür ki, orada göstərilən hadisə 11 sentyabr 2020-ci ildə baş verib. Xüsusi ittiham qaydasında şikayət isə məhkəməyə 08 sentyabr 2022-ci ildə daxil olmuş, məhkəmənin hazırlıq iclası 14 sentyabr 2022-ci il tarixinə təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən «böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə» şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən «Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır». Eyni Məcəllənin 147.1-ci maddəsinə əsasən (şikayətdə X6 həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunur) «Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma – —min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır». Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə «Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına nəzər yetirdikdə görünür ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Şikayətin məhkəməyə daxil olduğu tarixi və cinayət prosessual qanunvericiliyin aidiyyəti müddəalarını nəzərə aldıqda həmçinin görünür ki, hətta iş üzrə ittiham hökmü çıxarılacağı təqdirdə belə, işə məhkəmədə baxılması və hökmün qanuni qüvvəyə minməsi istənilən bir halda 11 sentyabr 2022-ci il tarixindən sonrakı dövrə təsadüf edəcək. Beləliklə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.4-cü maddəsinə əsasən «cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə «bu Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə» qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Simakina Yelena X1 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunması barədə qərar çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Simakina Yelena X1 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar