Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-126/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Pəhləvan oğlunun, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1994-cü ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayətkar niyyətlərini həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 soyğunçuluq etməli, Təqsirləndirilən şəxs2 isə soyğunçuluq yolu ilə əldə edilmiş əmlakı sataraq pul əldə etmələri barədə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 17 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Nəsimi rayonunda yerləşən Memar Əcəmi metro stansiyasının yaxınlığında İran İslam Respublikası vətəndaşı X1 taksi kimi fəaliyyət göstərib idarə etdiyi “Opel” markalı **-OG- *** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşərək avtomobili sifariş verdiyi ünvan 2 ünvanda avtomobildən düşərək Məhəmməd Behbudun əlində olan içərisində hər birinin qiyməti 5 manat olmaqla 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 150 manat dəyərində 01 ədəd “Samsung Galaxy A2” markalı mobil telefonu əlindən dartıb alaraq şəxsin gözü qarşısında açıq yolla talayıb zərərçəkmiş şəxs Məhəmməd Behbuda 160 (bir yüz altmış) manat maddi ziyan vurmaqla soyğunçuluq etdikdən sonra, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 soyğunçuluq yolu ilə əldə edildiyini bilə-bilə “Samsung Galaxy A02” markalı mobil telefonu ünvan 3 ünvanda yerləşən lombarda 18.11.2021-ci il tarixdə özünə məxsus şəxsiyyət vəsiqəsi ilə girova yerləşdirməklə 80 manat pul alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən 19 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 26 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes 190” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək avtomobili Xətai rayonu, Zeytun küçəsinə sürdürmüş, həmin ünvanda avtomobilin içərisində Zərərçəkmiş şəxs2 məxsus içərisində hər biri 5 manat olmaqla 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan 280 manat dəyərində 01 ədəd “Samsung Galaxy A32” markalı mobil telefonu götürüb avtomobildən düşüb qaçaraq şəxsin gözü qarşısında açıq yolla talayıb Zərərçəkmiş şəxs2 290 (iki yüz doxsan) manat maddi ziyan vurmaqla soyğunçuluq etdikdən sonra, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 soyğunçuluq yolu ilə əldə edildiyini bilə-bilə “Samsung Galaxy A32” markalı mobil telefonu ünvan 5 ünvanda yerləşən lombarda 20.11.2021-ci il tarixdə özünə məxsus şəxsiyyət vəsiqəsi ilə girova yerləşdirməklə 180 manat pul alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən 21 noyabr 2021-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Ağ” marketin qarşısında Zərərçəkmiş şəxs3 taksi kimi fəaliyyəti göstərib idarə etdiyi “Daevo Nexia” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşərək avtomobili sifariş verdiyi ünvan 6 ünvanda avtomobilin içərisində Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 140 manat dəyərində “Samsung TAB A7” markalı mobil telefonu avtomobilin salonundan götürüb avtomobildən düşüb qaçaraq şəxsin gözü qarşısında açıq yolla talayıb Zərərçəkmiş şəxs3 140 (bir yüz qırx) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən 22 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsindən Zərərçəkmiş şəxs4 idarə etdiyi “Toyota Corolla” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşərək avtomobili sifariş verdiyi Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə sürdürmüş, həmin ünvanda avtomobilin içərisində Zərərçəkmiş şəxs4 məxsus hər biri 10 manat olmaqla 20 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan 01 ədəd 120 manat dəyərində 01 ədəd “Samsung A7” markalı mobil telefonu və 10 manat qiymətində kaburanın içərisində olan 540 manat pulu götürüb avtomobildən düşüb qaçaraq şəxsin gözü qarşısında açıq yolla talayıb Zərərçəkmiş şəxs4 690 (altı yüz doxsan) manat maddi ziyan vurmaqla soyğunçuluq etdikdən sonra, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 soyğunçuluq yolu ilə əldə edildiyini bilə-bilə “Samsung Galaxy A7” markalı mobil telefonu 22.11.2021-ci il tarixdə ünvan 8 ünvanda yerləşən lombarda özünə məxsus şəxsiyyət vəsiqəsi ilə girova yerləşdirməklə 50 manat pul alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən 25 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Nizami rayonu, Neftçilər metro stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 Pəhləvan oğlunun idarə etdiyi “Mercedes Benz C200” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşib avtomobili sifariş verdiyi Bakı şəhəri, Xətai rayonu, Lütfüzadə küçəsi 18 ünvanına sürdürmüş və həmin ünvanda avtomobilin içərisində Zərərçəkmiş şəxs5 məxsus içərisində bir ədədi 10 manat dəyərində olmaqla 20 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan 160 manat dəyərində 01 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefonu avtomobilin salonundan götürüb düşüb qaçaraq şəxsin gözü qarşısında açıq yolla talayıb Zərərçəkmiş şəxs5 180 (bir yüz səksən) manat maddi ziyan vurmaqla soyğunçuluq etdikdən sonra, Təqsirləndirilən şəxs2 aralarında olan razılığa əsasən soyğunçuluq yolu ilə əldə edildiyini bilə-bilə “Samsung Galaxy A7” markalı mobil telefonu 26.11.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən lombarda özünə məxsus şəxsiyyət vəsiqəsi ilə girova yerləşdirməklə 100 manat pul alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, cinayətkar niyyətlərini həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 soyğunçuluq etməli, Təqsirləndirilən şəxs2 isə soyğunçuluq yolu ilə əldə edilmiş əmlakı sataraq pul əldə etmələri barədə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, cinayət yolu ilə əldə ediləcəyini bilə-bilə əldə edilmiş əmlak üzərində sərəncam verəcəyinə dair qabaqcadan vəd verdikdən sonra, Təqsirləndirilən şəxs1 17 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında sərnişin qismində İran İslam Respublikası vətəndaşı X1 tаksi kimi fəaliyyət göstərdiyi “Opel” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib müştəri kimi sifariş verdiyi ünvan 10 ünvana gəldikdən sonra, avtomobildən düşərkən Məhəmməd Behbudun əlində saxladığı içərisində hər birinin qiyməti 5 manat olmaqla 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 150 manat dəyərində 01 ədəd “Samsung Galaxy A2” markalı mobil telefonu əlində dartıb, alaraq şəxsin gözü qarşısında açıq yolla talayıb hadisə yerindən uzaqlaşdıqdan sonra, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 soyğunçuluq yolu ilə əldə edildiyini bilə-bilə “Samsung Galaxy A02” markalı mobil telefonu ünvan 3 ünvanda yerləşən lombarda 18.11.2021-ci il tarixdə özünə məxsus şəxsiyyət vəsiqəsi ilə girova yerləşdirməklə 80 manat pul alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən cinayət yolu ilə əldə ediləcəyini bilə-bilə əldə edilmiş əmlak üzərində sərəncam verəcəyinə dair Təqsirləndirilən şəxs1 qabaqcadan vəd verdikdən sonra, Təqsirləndirilən şəxs1 19 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 26 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes 190” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib avtomobillə sifariş verdiyi Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə gəldikdən sonra, avtomobildən düşərkən Zərərçəkmiş şəxs2 məxsus içərisində 01 ədədi 5 manat olmaqla 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan 280 manat dəyərində 01 ədəd “Samsung Galaxy A32” markalı mobil telefonu götürüb avtomobildən düşüb qaçaraq şəxsin gözü qarşısında açıq yolla talayıb hadisə yerindən uzaqlaşdıqdan sonra, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 soyğunçuluq yolu ilə əldə edildiyini bilə-bilə “Samsung Galaxy A32” markalı mobil telefonu ünvan 5 ünvanda yerləşən lombarda 20.11.2021-ci il tarixdə özünə məxsus şəxsiyyət vəsiqəsi ilə girova yerləşdirməklə 180 manat pul alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən cinayət yolu ilə əldə ediləcəyini bilə-bilə əldə edilmiş əmlak üzərində sərəncam verəcəyinə dair Təqsirləndirilən şəxs1 qabaqcadan vəd verdikdən sonra, Təqsirləndirilən şəxs1 ilə birgə 22 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsindən Zərərçəkmiş şəxs4 idarə etdiyi “Toyota Corolla” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib avtomobillə müştəri kimi sifariş verdiyi Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə gəldikdən sonra, avtomobildən düşərkən Zərərçəkmiş şəxs4 məxsus içərisində bir ədədi 10 manat olmaqla 20 manat dəyərində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan 01 ədəd 120 manat dəyərində 01 ədəd “Samsung A7” markalı mobil telefonu və 10 manat qiymətində kaburanın içərisində olan 540 manat pulu götürüb avtomobildən düşüb qaçaraq şəxsin gözü qarşısında hadisə yerindən uzaqlaşdıqdan sonra, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 soyğunçuluq yolu ilə əldə edildiyini bilə-bilə “Samsung Galaxy A7” markalı mobil telefonu 22.11.2021-ci il tarixdə ünvan 8 ünvanda yerləşən lombarda özünə məxsus şəxsiyyət vəsiqəsi ilə girova yerləşdirməklə 50 manat pul alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən cinayət yolu ilə əldə ediləcəyini bilə-bilə əldə edilmiş əmlak üzərində sərəncam verəcəyinə dair Təqsirləndirilən şəxs1 qabaqcadan vəd verdikdən sonra, Təqsirləndirilən şəxs1 25 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 Pəhləvan oğlunun idarə etdiyi “Meredes Benz C200” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib müştəri kimi sifariş verdiyi Bakı şəhəri, Xətai rayonu, Lütfüzadə küçəsi 18 ünvanına gəldikdən sonra, avtomobildən düşərkən Zərərçəkmiş şəxs5 məxsus içərisində bir ədədi 10 manat dəyərində olmaqla 20 manat dəyərində ***-***-**-** və ***- ***-**-** mobil nömrələr olan 160 manat dəyərində 01 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefonu avtomobilin salonundan götürüb düşüb qaçaraq şəxsin gözü qarşısında hadisə yerindən uzaqlaşdıqdan sonra, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 soyğunçuluq yolu ilə əldə edildiyini bilə-bilə “Samsung Galaxy A7” markalı mobil telefonu 26.11.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən lombarda özünə məxsus şəxsiyyət vəsiqəsi ilə girova yerləşdirməklə 100 manat pul alıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 11 ünvanda kəndlisi Təqsirləndirilən şəxs2 ilə birgə yaşamışdır. Zaur usta işləmiş, o isə Zaurun yanında fəhlə işləmişdir. Son zamanlar işsiz olduqlarından Zaura demişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdən mobil telefonları götürüb qaçacaq və həmin telefonları Zaurun şəxsiyyət vəsiqəsi ilə lombardda girov qoyub pul əldə edərlər. 17 noyabr 2021-ci il tarixdə axşam saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metro stansiyasının yaxınlığında olan zaman orada taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Opel” markalı avtomobilə əyləşmiş və həmin sürücüdən onu Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə aparmasını xahiş etmişdir. O, yol boyu sürücü ilə söhbət edərək onda özünə qarşı inam yaratmağa çalışmışdır. Daha sonra sürücüyə Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metro stansiyasının yaxınlığında kirayə ev tutduğunu və Zeytun küçəsində olan sumkanı götürərək “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yeni tutduğu evə gedəcəyini bildirmişdir. Onlar Zeytun küçəsi 24 ünvanına çatdıqda o, sürücüyə dostunun istifadəsində olan mobil nömrəsinə zəng etmək üçün mobil nömrəsində kifayət qədər pul olmadığını bildirmişdir. Bundan sonra o, sürücünün istifadəsində olan mobil telefonunu istəmişdir. Sürücü tərəddüd etdikdə, onun əlində tutduğu “Samsung A02” modelli mobil telefonunu əlindən dartaraq almış və dərhal da avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşaraq Xətai rayonu, Zeytun küçəsi ev 75 ünvana kirayə yaşadığı evə getmişdir. O, yaşadığı evə çatdıqda ilk olaraq mobil telefonun içərisində olan mobil nömrəni sındırıb zibil qabına atmışdır. Daha sonra o, Zaura taksi fəaliyyəti ilə məşğul olan avtomobildən mobil telefonu götürdüyünü bildirmişdir. Həmin günün səhəri Zaur ilə birgə Bakı şəhəri, Xətai rayonu ərazisində, “Əhmədli” metro stansiyasının yaxınlığında yerləşən lombarda getmişlər. Lombarda çatan zaman Zaur özünə məxsus olan şəxsiyyət vəsiqəsini lombarda təqdim etmiş və “Samsung A02” modelli mobil telefonu lombardda 80 manat qarşılığında girov qoymuşdur. Əldə etdikləri pulu isə hər ikisinin şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa 19 noyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu Qara Qarayev küçəsində olan zaman orada taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Benz” markalı avtomobilə əyləşmiş və sürücüdən onu Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə aparmasını istəmişdir. O, yol boyu sürücü ilə söhbət edərək sürücüdə özünə qarşı inam yaratmağa çalışmışdır. Söhbət əsnasında o, sürücüyə Bərdə rayonundan olduğunu, Bakı şəhərində usta işlədiyini, Xətai rayonu, Zeytun küçəsində icarə əsasında yaşadığını demişdir. Onlar Zeytun küçəsinə çatdıqda o, avtomobilin sürət qutusunun yanında olan “Samsung A32” modelli mobil telefonu götürmüş və dərhal da avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşaraq Xətai rayonu, Zeytun küçəsi ev 75 ünvana icarə əsasında yaşadığı evə getmişdir. O, yaşadığı evə çatdıqda həmin mobil telefonun içərisində olan mobil nömrəni sındırıb zibil qabına atmışdır. Daha sonra o, Zaura yenə də taksi fəaliyyəti ilə məşğul olan avtomobildən mobil telefonu götürdüyünü demişdir. Həmin günün səhəri, yəni 20 noyabr 2021-ci il tarixdə Zaur ilə birgə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən lombarda getmişlər. Lombardda olan zaman Zaur özünə məxsus olan şəxsiyyət vəsiqəsini lombarda təqdim etmiş və “Samsung A32” modelli mobil telefonu lombardda 180 manat qarşılığında girov qoymuşdur. Onlar 180 manat məbləğində pulun 100 manatını yaşadıqları evin icarə haqqını vermiş, qalan 80 manat məbləğində pulu isə hər ikisinin şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, 21 noyabr 2021-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində olan zaman orada taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Daewoo” markalı avtomobilə əyləşmiş və sürücüdən onu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə aparmasını istəmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Neapol” dairəsinə çatdıqda o, sürücüyə bildirmişdir ki, dostu ona çanta gətirəcək və bu səbəbdən də avtomobili saxlayaraq dostunun gəlməsini gözləsinlər. Sürücü avtomobili saxlamış və onlar bir qədər avtomobilin içərisində gözləməyə başlamışlar. Bir qədər gözlədikdən sonra sürücü dostunun nə zaman gələcəyini soruşmuşdur. O, isə avtomobilin içərisində olan “Samsung Tab 6” modelli planşeti götürmüş və dərhal da avtomobildən düşərək orada olan binaların arasına doğru qaçıb uzaqlaşmışdır. O, oradan uzaqlaşaraq Xətai rayonu, Zeytun küçəsi ev 75 ünvana icarə əsasında yaşadığı evə getmişdir. Daha sonra o, Zaura yenə də taksi fəaliyyəti ilə məşğul olan avtomobildən planşet götürdüyünü, lakin planşeti satmayaraq özünün istifadə edəcəyini bildirmişdir. Bundan sonra o, ***-***-**-** saylı mobil nömrəni həmin planşetə taxaraq özü istifadə etməyə başlamışdır. Bundan başqa 22 noyabr 2021-ci il tarixdə axşam radələrində Zaur ilə birgə Xırdalan dairəsinin yaxınlığında olan zaman orada taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota” markalı avtomobilə əyləşmiş və onları Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə aparmasını istəmişlər. Onlar gediş haqqı olaraq 10 manata razılaşmış və o, avtomobilin qabaq oturacağında, Zaur isə avtomobilin arxa oturacağında əyləşmişdir. O, avtomobilə əyləşdikdə “Samsung A7” modelli mobil telefonun avtomobilin ön şüşəsinə taxılı vəziyyətdə olduğunu görmüş və həmin telefonu avtomobildən düşərkən götürüb qaçmağı qərara almışdır. O, yol boyu sürücü ilə söhbət edərək sürücüdə özünə qarşı inam yaratmağa çalışmışdır. Onlar Bakı şəhəri, Xətai rayonu ərazisinə çatan zaman o, Zaura avtomobildən düşməsini bildirmişdir. Onun Zauru avtomobildən düşürtməkdə səbəbi isə onun avtomobilin ön şüşəsinə taxılmış vəziyyətdə olan mobil telefonu rahatçılıqla götürüb qaçmaq olmuşdur. Zaur onun əvvəllər də taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdən mobil telefon oğurladığını bildiyi üçün artıq bu avtomobildə də olan mobil telefonu götürüb qaçacağını anlamış və ona heç nə demədən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsi kimi tanınan ərazidə avtomobildən düşmüşdür. Bundan sonra o, sürücüyə Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə sürməsini demişdir. Onlar Zeytun küçəsinə çatdıqda o, həmin sürücüdən ara küçəyə sürməsini istəmişdir ki, həmin küçənin əlavə çıxışı da vardır. O da həmin çıxışdan qaçaraq oradan uzaqlaşmağı düşünmüşdür. Onlar Zeytun küçəsinə çatdıqda o, sürücüyə bildirmişdir ki, yaşadığı evdən övladını götürüb Neapola qayıtmalıdır. Bu səbəbdən də sürücüyə onu gözləməsini istəmişdir. Sürücü də razılaşıb ondan övladını gətirməyi üçün avtomobildən düşməyini və həmin müddət ərzində onun da avtomobili döndərəcəyini bildirmişdir. O, avtomobildən düşən zaman avtomobilin ön şüşəsinə taxılmış “Samsung A7” modelli mobil telefonu götürmüş və cəld şəkildə avtomobildən düşərək həmin küçəsinin digər çıxışından qaçaraq oradan uzaqlaşmışdır. O, qaçaraq həmin ərazidən uzaqlaşıb Xətai rayonu, Zeytun küçəsi ev 75 ünvana icarə əsasında yaşadığı evə getmişdir. O, yaşadığı evə çatdıqda ilk olaraq mobil telefonun içərisində olan mobil nömrələri sındırıb zibil qabına tullamışdır. Nömrəni zibil qabına atdıqdan sonra telefon ilə kaburasının arasında 540 manat məbləğində pul olduğunu görmüş və həmin pulu götürüb cibinə qoymuşdur. Təxminən 15 dəqiqə sonra Zaur da həmin ünvana gəlmişdir. Zaur da yaşadıqları evə gəldikdən sonra o, Zaura taksi fəaliyyəti ilə məşğul olan şəxsin mobil telefonu götürdüyünü və lombarda vermək üçün şəxsiyyət vəsiqəsini də götürərək onunla birgə lombarda getməsini bildirmişdir. Zaur da razılaşaraq lombarda getmək üçün şəxsiyyət vəsiqəsini də özü ilə götürmüş və o, lombarda getmək üçün “Bolt” taksi şirkətindən taksi sifariş etmişdir. Onlar həmin taksi vasitəsi ilə “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən lombarda getmişlər. Onlar ora çatdıqda Zaur mobil telefonu lombarda girov qoymaq üçün düşmüş, o, isə Zaurun lombarddan aldığı puldan taksi sürücüsünün pulunu verməsi üçün Zauru gözləmişdir. Zaur “Samsung A7” modelli mobil telefonu lombarda 50 manat qarşılığında girov qoymuş və həmin puldan 10 manatını onları Zeytun küçəsindən “Neftçilər” metro stansiyasına gətirən taksi sürücüsünə vermişdir. Bundan sonra onlar qalan 40 manat məbləğində pula hər ikisinin ortaq problemlərinə xərcləyərək yenidən yaşadıqları ünvana, yəni Zeytun küçəsi ev 75 ünvanına getmişlər. Mobil telefonun arxasında olan 540 manat məbləğində pulu isə Zaurdan gizlədib öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 25 noyabr 2021-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu “Neftçilər” metro stansiyasının yaxınlığında olan zaman orada taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Benz” markalı avtomobilə əyləşmiş və sürücüdən onu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Neapol” dairəsinə aparmasını istəmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ilə “Neapol” dairəsi istiqamətində hərəkətdə olan zaman o, sürücüdən aptekin qarşısında saxlamasını istəmişdir. Sürücüyə aptekə girib dərman alıb gələcəyini demişdir. Sürücü də aptekin qarşısında saxladıqda o, cəld şəkildə avtomobilin içərisində olan sürücüyə məxsus “Xiaomi Redmi 9” modelli mobil telefonu götürmüş və dərhal da avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşaraq hər zaman olduğu kimi Xətai rayonu, Zeytun küçəsi ev 75 ünvana icarə əsasında yaşadığı evə getmişdir. O, yaşadığı mənzilə getdiyi zaman yolda həmin mobil telefonun içərisində olan mobil nömrəni sındırıb yerə atmışdır. Daha sonra o, Zaura həmin mobil telefonu göstərərək həmin mobil telefonu da taksi fəaliyyəti ilə məşğul olan avtomobildən götürdüyünü demişdir. Həmin günün səhəri, yəni 26 noyabr 2021-ci il tarixdə Zaur ilə birgə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən lombarda getmişlər. Lombardda olan zaman Zaur özünə məxsus olan şəxsiyyət vəsiqəsini lombarda təqdim etmiş və “Xiaomi Redmi 9” modelli mobil telefonu lombardda 100 manat qarşılığında girov qoymuşdur. Onlar həmin 100 manat məbləğində pulu hər ikisinin şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan əlavə o qeyd etmişdir ki, zərərçəkmişlər şəxslərlə barışmış və onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 11 ünvanda kənlisi Təqsirləndirilən şəxs1 Ramiz oğlu ilə birgə yaşamışdır. O, usta işləmiş, İbiş isə onun yanında fəhlə işləmişdir. Son zamanlar işsiz olduqları üçün İbiş ona demişdir ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdən mobil telefonları götürüb qaçacaq və həmin telefonları onun şəxsiyyət vəsiqəsi ilə lombardda girov qoyub pul əldə edəcək. 17 noyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində İbiş kirayə yaşadıqları evə gələrək ona taksi fəaliyyəti ilə məşğul olan avtomobildən mobil telefonu götürdüyünü demişdir. Həmin mobil telefonu ona göstərmiş və həmin mobil telefon “Samsung A02” modeli olmuşdur. Həmin günün səhəri İbiş ilə birgə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metro stansiyasının yaxınlığında yerləşən lombarda getmişdir. O, özünə məxsus olan şəxsiyyət vəsiqəsini lombarda təqdim etmiş və “Samsung A02” modelli mobil telefonu lombardda 80 manat qarşılığında girov qoymuşdur. Həmin pulu isə onlar hər ikisinin şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, 19 noyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində İbiş yaşadıqları evə gəldikdə ona taksi fəaliyyəti ilə məşğul olan daha bir avtomobildən “Samsung A32” modelli mobil telefonu götürdüyünü demişdir. Həmin günün səhəri, yəni 20 noyabr 2021-ci il tarixdə o, İbiş ilə birgə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən lombarda getmişlər. Lombardda olan zaman o, özünə məxsus olan şəxsiyyət vəsiqəsini lombarda təqdim etmiş və “Samsung A32” modelli mobil telefonu lombardda 180 manat qarşılığında girov qoymuşdur. Onlar 180 manat məbləğində pulun 100 manatını yaşadıqları evin icarə haqqını vermişlər, qalan 80 manat məbləğində pulu isə hər ikisinin şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa, 21 noyabr 2021-ci il tarixdə təxminən saat 21 radələrində İbiş kirayə yaşadığıqları evə gəldikdə başqa bir taksi fəaliyyəti ilə məşğul olan avtomobildən “Samsung Tab 6” modelli planşeti götürərək qaçdığını bildirmişdir. İbiş həmin planşeti satmayaraq özünün istifadə edəcəyini bildirmişdir. O da İbişə etiraz etməmiş və İbiş ***-***-**-** saylı mobil nömrəni taxaraq həmin planşeti özü istifadə etməyə başlamışdır. Bundan başqa, 22 noyabr 2021-ci il tarixdə axşam radələrində İbiş ilə birgə Xırdalan dairəsinin yaxınlığında olan zaman orada taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Toyota” markalı avtomobilə əyləşmişlər və onları Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə aparmasını istəmişlər. onlar gediş haqqı olaraq 10 manata razılaşmışlar və o, avtomobilin arxa oturacağında, İbiş isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu ərazisinə çatan zaman İbiş ona avtomobildən düşməyini bildirmişdir. O, İbişin artıq bu avtomobildə də olan mobil telefonu götürüb qaçacağını anlamış və İbiş ilə razılaşmışdır. O, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsi kimi tanınan ərazidə avtomobildən düşmüş və yaşadıqları Zeytun keçəsi ev 75 ünvanına başqa taksi fəaliyyəti ilə məşğul olan avtomobil ilə getmişdir. O, Xətai rayonu, Zeytun küçəsi ev 75 ünvana icarə əsasında yaşadığı evə gəldikdə artıq İbiş həmin avtomobildə olan “Samsung A7” modelli mobil telefonu götürüb qaçaraq yaşadıqları evə getmişdir. O, yaşadıqları evə gəldikdən sonra İbiş “Bolt” taksi şirkətindən taksi sifariş etmişdir. Onlar həmin taksi vasitəsi ilə “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən lombarda getmişlər. Onlar ora çatıqda o, mobil telefonu lombardda girov qoymaq üçün düşmüşdür. İbiş isə onun lombarddan aldığı puldan taksi sürücüsünün pulunu verməyi üçün taksidə oturaraq onu gözləmişdir. O, “Samsung A7” modelli mobil telefonu lombarda 50 manat qarşılığında girov qoymuş və həmin puldan 10 manatını onları Zeytun küçəsindən “Neftçilər” metro stansiyasına gətirən taksi sürücüsünə vermişlər. Bundan sonra onlar qalan 40 manat məbləğində pula hər ikisinin ortaq problemlərinə xərcləmiş və yenidən yaşadıqları ünvana, yəni Zeytun küçəsi ev 75 ünvanına getmişlər. Bundan başqa, 25 noyabr 2021-ci il tarixdə təxminən saat 21 radələrində İbiş yaşadıqları evə gəldikdə daha bir taksi fəaliyyəti ilə məşğul olan avtomobildən “Redmi Note 9” modelli mobil telefon götürdüyünü bildirmişdir. Həmin günün səhəri, yəni 26 noyabr 2021-ci il tarixdə onlar Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən lombarda getmişlər. Lombardda olan zaman o, razılaşmalarına əsasən özünə məxsus olan şəxsiyyət vəsiqəsini lombarda təqdim etmiş və “Redmi Note 9” modelli mobil telefonu lombardda 100 manat qarşılığında girov qoymuşdur. Onlar həmin 100 manat məbləğində pulu hər ikisinin şəxsi ehtiyaclarına xərcləmişlər. Əlavə olaraq o qeyd etmişdir ki, törədilmiş cinayətlərdən heç birində birbaşa iştirak etməmiş, yalnız oğurlanmış telefonları öz şəxsiyyət vəsiqəsi ilə girov qoyulmasında iştirak etmişdir. Həmçinin o qeyd etmişdir ki, zərərçəkmiş şəxslərlə barışıb, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 19.11.2021-ci il tarixdə saat 20 radələrində özünə məxsus olan “Mercedes 190” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan zaman Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 26 ünvanında “Fantaziya” gül salonun qarşısında dayanmışdır. Həmin vaxt tanımadığı bir nəfər şəxs avtomobilinə tərəf yaxınlaşıb, Xətai rayonu, Zeytun küçəsinə getmək istədiyini bildirmişdir. Həmin şəxslə səkkiz manat müqabilində yol haqqına razılaşdıqdan sonra sonuncu müştəri qismində onun avtomobilinə əyləşmişdir. Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən həmin müştərinin dediyi ünvanın yaxınlığına çatan zaman, sonuncu həyat yoldaşını da götürüb yenidən Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında yerləşən parka aparmağını təklif etmiş, ona görə də o, həmin şəxsdən gediş haqqını tələb etməmiş, sonuncu avtomobilin qapısını açmış və ona məxsus olan “Samsung Galaxy A32” markalı mobil telefonunu götürərək oradan qaçıb uzaqlaşmışdır. “Samsung Galaxy A32” markalı mobil telefonu 2021-ci ilin may ayında 489 manata almışdır. “Samsung Galaxy A32” markalı mobil telefonu ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin altında işləmiş, telefonun İMEİ kodu **********60209 olmuşdur. Mobil nömrələrin ümumi qiyməti 10 manat olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 499 manat maddi ziyan dəymişdir. Hal hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 21.11.2021-ci il tarixdə saat 21:30 dəqiqədə özünə məxsus olan “Nexia” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan zaman Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində “Ağ market”-in qarşısında dayanmışdır. Həmin vaxt tanımadığı şəxs avtomobilinə yaxınlaşıb, Hövsan istiqamətinə getmək istədiyini, Xətai rayonu, Neapol dairəsinin yaxınlığından bir nəfəri də götürəcəyini, ona görə də ilk olaraq Neapol dairəsinin yaxınlığına, oradan ikinci şəxsi də götürdükdən sonra Hövsan istiqamətinə gedəcəyini bildirmişdir. Həmin şəxslə 5 (beş) manata yol haqqına razılaşdıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 23 ünvanının qarşısına getmişlər. Orada avtomobildə bir az gözlədikdən sonra həmin şəxsdən ikinci şəxsin nə zaman gələcəyini soruşmuşdur. Həmin vaxt müştəri kimi olan şəxs qəfildən avtomobilin qapısını açaraq avtomobilin salonundan ona məxsus, 250 manata almış olduğu “Samsung TAB A6” markalı planşeti yerindən qopararaq, oradan qaçıb uzaqlaşmışdır. O, həmin şəxsi tapa bilmədiyi üçün DİN-in 102 Xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Ona məxsus olan “Samsung TAB A6” markalı planşetin içərisində hər hansı bir mobil nömrə olmamışdır. O, həmin “Samsung TAB A6” markalı planşeti təxminən beş il bundan əvvəl 250 manata almışdır. Həmin şəxs onun avtomobilində təxminən 7-8 dəqiqə müddətində hərəkətdə olmuşdur, həmin müddət ərzində heç bir şübhəli hərəkət etməmişdir. O, Xətai rayonu, Neapol küçəsi 23 ünvanın qarşısına çatan zaman ikinci şəxsin gəlməsi üçün təxminən beş dəqiqə gözləmiş, bu müddət ərzində müştəridən ikinci şəxsin nə zaman gələcəyini soruşmuş, bundan sonra müştəri mobil telefonla özünün deməsinə görə ikinci şəxsə zəng vurmuş və ona həmin şəxsin gələcəyini bildirmişdir. Həmin zəngdən təxminən bir-iki dəqiqə keçdikdən sonra müştəri kimi olan şəxs avtomobilinin qapısını açmış və “Samsung TAB A6” markalı planşetini yerindən qopararaq, oradan qaçıb uzaqlaşmışdır. “Samsung TAB A6” markalı planşetin içərisində mobil nömrə olmamışdır. Hal hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 22.11.2021-ci il tarixdə saat 19 radələrində özünə məxsus olan “Toyota Corolla” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan zaman Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığında dayanmışdır. Həmin vaxt tanımadığı iki nəfər şəxs avtomobilinə tərəf yaxınlaşıb, Xətai rayonu, Zığ şosesində yerləşən Zeytun küçəsinə getmək istədiklərini bildirmişlər. Həmin şəxslərlə iyirmi manat müqabilində yol haqqına razılaşdıqdan sonra hər ikisi müştəri qismində onun avtomobilinə əyləşmişlər. Həmin şəxslərdən biri ön oturacaqda, digəri isə arxada əyləşmişdir. Ön oturacaqda əyləşən müştəri hərəkətdə olan zaman arxada oturanın Ukrayna dairəsinin yaxınlığında düşəcəyini, özünün isə Zeytun küçəsinə çatdıqdan sonra ailə üzvlərini götürüb yenidən Ukrayna dairəsinə aparacağını ona bildirmişdir. O da həmin şəxslərlə razılaşmışdır. Ukrayna dairəsinin yaxınlığına çatan zaman avtomobili saxlamış, arxa oturacaqda əyləşən şəxs avtomobildən endikdən sonra o, ön oturacaqda əyləşmiş müştəri ilə Zeytun küçəsi istiqamətində hərəkətimi davam etdirmişdir. Həmin şəxsin qeyd etdiyi ünvana təxminən saat 20 radələrində çatan zaman ondan orada gözləməyini bildirib avtomobilin qapısını açaraq avtomobilin alın şüşəsində yerləşən ona məxsus olan “Samsung A7” markalı mobil telefonu götürərək oradan qaçıb uzaqlaşmışdır. “Samsung A7” markalı mobil telefonumu iki il bundan əvvəl 600 manata almışdır, telefonunun üzlüyünün arxa hissəsində 540 manat pul olmuşdur. “Samsung A7” markalı mobil telefonu ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin altında işlətmişdir. Mobil nömrələrin ümumi qiyməti 20 manat olmuşdur. Kaburanın qiyməti 10 manat olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1170 manat maddi ziyan dəymişdir. Hal hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Pəhləvan oğlu ifadəsində göstərdi ki, 25.11.2021-ci il tarixdə saat 21:00 radələrində özünə məxsus olan “Mercedes C200” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan zaman “Neftçilər” metrostansiyasının qarşısında dayanmışdır. Həmin vaxt tanımadığı bir şəxs avtomobilinə yaxınlaşıb, Xətai rayonu, Neapol dairəsinə getmək istədiyini bildirmişdir. Həmin şəxslə beş manat müqabilində yol haqqına razılaşdıqdan sonra sonuncu müştəri qismində onun avtomobilinə əyləşmişdir. Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığına çatan zaman gediş haqqı olan beş manatı cibindən çıxarmış və avtomobilin salonunda olan ötürücünü yanına qoymuşdur. Bundan sonra ünvan 14 ünvanının qarşısında ona aptekə girmək istədiyini, ona görə də avtomobili saxlamağını istəmişdir. O, göstərilən ünvanın qarşısında avtomobilini saxladıqdan sonra həmin şəxs aptekə girmiş və aptekdən beş dəqiqə sonra qayıdan zaman o, sonuncunun yenidən avtomobilinə əyləşəcəyini düşündüyü üçün avtomobilin mühərrikini işə salmış və qapıların kilidini açmışdır. Həmin şəxs avtomobilin qapısını açdıqdan sonra ona məxsus olan avtomobilin salonunda olan “Redmi 9” markalı mobil telefonunu götürərək oradan qaçıb uzaqlaşmışdır. “Redmi 9” markalı mobil telefonu ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin altında işlətmişdir.. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 381 manat maddi ziyan dəymişdir. O, həmin şəxsi tapa bilmədiyi üçün yaxınlıqda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. O, “Redmi 9” markalı mobil telefonu 2021-ci ilin mart ayında “Kontakt Home” mağazasından 361 manata kreditlə almış və həmin krediti 3 ay ərzində bağlamışdır. Həmin şəxs onun avtomobilində təxminən 10-12 dəqiqə olmuş, həmin müddət ərzində heç bir şübhəli hərəkət etməmişdir. O, ünvan 14 ünvanın qarşısına çatan müştərinin aptekdən çıxması üçün təxminən beş dəqiqə gözləmiş, sonuncu aptekdən qayıdan zaman o, həmin şəxsin yenidən avtomobilinə əyləşəcəyini düşündüyü üçün avtomobilin mühərrikini işə salaraq qapıların kilidini açmışdır. Həmin şəxs avtomobilin qapısını açdıqdan sonra ona məxsus olan “Redmi 9” markalı mobil telefonunu götürərək qaçıb getmişdir. Hal hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 20 ildən artıqdır ki, ünvan 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 17.11.2021-ci il tarixdə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan zaman Bakı şəhəri, Nəsimi rayonu, “M.Əcəmi” metrostansiyasının qarşısında dayanmışdır. Həmin vaxt tanımadığı bir nəfər şəxs avtomobilinə tərəf yaxınlaşıb, Xətai rayonu, Zeytun küçəsinə gedib oradan 4-cü mirkorayonun dairəsinə getmək istədiyini bildirmişdir. Həmin şəxslə 20 manat müqabilində yol haqqına razılaşdıqdan sonra həmin şəxs müştəri qismində onun avtomobilinə ön oturacaqda əyləşmişdir. Yol boyu ərzində həmin şəxslə söhbət edən zaman sonuncunun özünün molyar işlədiyini və Bərdə rayonundan olmasını bildirmişdir. Hərəkətdə olduğu müddət ərzində həmin şəxs ondan mobil telefonunu danışmaq məqsədi ilə istəmiş və o, özünə məxsus olan “Samsung Galaxy A02” markalı mobil telefonunu danışmağa həmin şəxsə vermişdir. Həmin şəxs onun telefonu ilə kiməsə zəng vursa da, danışmamışdır. Daha sonra onun telefonunu avtomobilin salonuna qoymuşdur. Bundan sonra o, telefonu götürüb öz tərəfində qapının kənarına qoymuşdur. Həmin şəxslə birlikdə sonuncunun dediyi ünvana çatan zaman həmin şəxs avtomobildən düşmüş və öz telefonu ilə kiməsə zəng vurub danışmağa başlamışdır. Telefon danışığını bitirdikdən sonra avtomobilə əyləşib qapını açıq saxlayaraq bir nəfərin də gələcəyini, ona görə də gözləmək istədiyini bildirmişdir. O, razılaşmış və özünə məxsus olan “Samsung Galaxy A02” markalı mobil telefonunu əlində saxlayaraq, sosial şəbəkələrdə yerləşdirilmiş videolara baxmağa başlamışdır. Həmin şəxs ondan nəyə baxdığını soruşmuş və o, əlində olan telefonu həmin şəxsə uzadıb baxması üçün göstərən zaman sonuncu telefonu əlindən almış, qapı açıq vəziyyətdə olduğu üçün avtomobildən enərək oradan qaçıb uzaqlaşmışdır. “Samsung Galaxy A02” markalı mobil telefonu ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin altında işləmişdir. Həmin mobil nömrələrin balansında pul vəsaiti olmamışdır. “Samsung Galaxy A02” markalı mobil telefonun İMEİ kodu **********67116 olmuşdur. “Samsung Galaxy A02” markalı mobil telefonu 2021-ci ilin sentyabr ayında “Kontakt Home” mağazasından kredit yolu ilə 353 manata almışdır. İçərisində olan mobil nömrələrin ümumi qiyməti 10 manat olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 363 manat maddi ziyan dəymişdir. O, həmin şəxsi tapa bilmədiyi üçün DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və yaxınlıqda yerləşən Xətai RPİ-nin 35-ci PB-yə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Həmin şəxs onun avtomobilində təxminən 45 dəqiqə müddətində hərəkətdə olmuşdur, həmin müddət ərzində heç bir şübhəli hərəkət etməmişdir (cild 1, i.v. 146-149). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nəsimi rayonu, Tbilisi prospekti 62 ünvanında yerləşən lombardı işlədir. 20 noyabr 2021ci il tarixdə işlətdiyi lombardda olan zaman iki nəfər şəxs lombarda gəlmiş və həmin şəxslərdən biri əlində olan “Samsung A32” markalı mobil telefonu göstərib lombardda girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. O, həmin şəxsdən telefonun kimə məxsus olduğunu soruşan zaman adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxs telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün qısa müddətlik girov qoyaraq pul götürmək istədiyini, telefonu gələcəkdə götürəcəyi üçün satmayaraq girov qoymaq istədiyini bildirmişdir. O, Zaurdan mobil telefonu alaraq yoxlamış və telefonun işlək olduğunu görüb sonuncuya həmin telefona görə 180 manat pul verə biləcəyini bildirmişdir. Zaur da razılaşdıqdan sonra sonuncunun şəxsiyyət vəsiqəsini alıb “Samsung A 32” markalı mobil telefonu qəbul etməyi ilə bağlı 20.11.2021ci il tarixli 963742 nömrəli girov biletini və girov müqaviləsini tərtib etmişdir. Həmin müqaviləyə əsasən Zaur almış olduğu 180 manat pula görə aylıq 10 % olmaqla əsas puldan əlavə 18 manat pul ödəməli olmuşdur. Əks təqdirdə o, girov qoyulan əmlakı satışa çıxartmaq hüququna malik olmuşdur. Təqsirləndirilən şəxs2 girov müqaviləsini imzaladıqdan sonra 180 manat məbləğində pulu sonuncuya verib “Samsung A 32” markalı mobil telefonu təhvil almışdır. Sonra həmin şəxslər lombardı tərk edib getmişlər. Bundan başqa, 26 noyabr 2021-ci il tarixdə işlədiyi lombardda olan zaman yenidən Zaur lombarda gələrək özünə məxsus olan “Xiaomi Redmi 9” markalı mobil telefonu göstərib girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 mobil telefonu alaraq yoxlamış və telefonun işlək olduğunu görüb sonuncuya həmin telefona görə 100 manat pul verə biləcəyini demişdir. Zaur da razılaşdıqdan sonra sonuncunun şəxsiyyət vəsiqəsini alıb “Xiaomi Redmi 9” markalı mobil telefonu qəbul etməyi ilə bağlı 26.11.2021ci il tarixli 963778 nömrəli girov biletini və girov müqaviləsini tərtib etmişdir. Həmin müqaviləyə əsasən Zaur almış olduğu 100 manat pula görə aylıq 10 % olmaqla əsas puldan əlavə 10 manat pul ödəməli olmudur. Əks təqdirdə o, girov qoyulan əmlakı satışa çıxartmaq hüququna malik olmuşdur. Təqsirləndirilən şəxs2 girov müqaviləsini imzaladıqdan sonra 100 manat məbləğində pulu sonuncuya verib “Xiaomi Redmi 9” markalı mobil telefonu təhvil almışdır. Bundan sonra Zaur lombardı tərk edib getmişdir. Bundan bir neçə gün sonra polis əməkdaşları işlədiyi lombarda gələrək Təqsirləndirilən şəxs2 20.11.2021-ci il tarixdə 963742 nömrəli girov bileti əsasında girov qoyduğu “Samsung A32” və 26.11.2021-ci il tarixdə 963778 nömrəli girov bileti əsasında girov qoyduğu “Xiaomi Redmi 9” markalı telefonları cinayət yolu ilə əldə etdiyini bildirmişlər. O, 20.11.2021-ci il tarixdə 180 manat qarşılığında girov olaraq qəbul etdiyi “Samsung A 32” markalı və 26.11.2021-ci il tarixdə 100 manat qarşılığında girov olaraq qəbul etdiyi “Xiaomi Redmi 9” markalı mobil telefonların oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nizami rayonu, R.Rüstəmov küçəsi 29 ünvanında yerləşən lombardı işlədir. 22 noyabr 2021-ci il tarixdə işlədiyi lombardda olan zaman bir nəfər adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxs lombarda gəlmiş və həmin şəxs əlində olan “Samsung A7” markalı mobil telefonu göstərib girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Zaurdan telefonun kimə məxsus olduğunu soruşan zaman sonuncu telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün qısa müddətlik girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. O, Zaurdan mobil telefonu alaraq yoxlamış və telefonun işlək olduğunu görüb sonuncuya həmin telefona görə 50 manat pul verə biləcəyini bildirmişdir. Zaur da razılaşdıqdan sonra sonuncunun şəxsiyyət vəsiqəsini alıb “Samsung A7” markalı mobil telefonu qəbul etməyi ilə bağlı Zaurun adına 22.11.2021-ci il tarixli 000479 nömrəli girov biletini və girov müqaviləsini tərtib etmişdir. Həmin müqaviləyə əsasən Zaur almış olduğu 50 manat pula görə aylıq 10 % olmaqla əsas puldan əlavə 5 manat pul ödəməli olmuşdur. Əks təqdirdə o, girov qoyulan əmlakı satışa çıxartmaq hüququna malik olmuşdur. Təqsirləndirilən şəxs2 girov müqaviləsini imzaladıqdan sonra 50 manat məbləğində pulu sonuncuya verib “Samsung A7” markalı mobil telefonu təhvil almışdır. Bundan sonra Zaur lombardı tərk edib getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); Baxış keçirilməsi haqqında 22.11.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai rayonu, Zeytun küçəsində hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 11-15); Baxış keçirilməsi haqqında 18.11.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai rayonu, Zığ Yolu 24 ünvanında hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 24-26); Baxış keçirilməsi və götürülməsi haqqında 19.11.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 17 ünvanında hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 41- 42); 27.11.2021-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs1 27.11.2021-ci il tarixdə saxlanılıb Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək Növbətçi hissədə üzərinə baxış keçirilən zaman üzərindən sonuncuya məxsus 01 ədəd xarici pasport, . 01 ədəd “Samsung Tab 6” markalı planşet, 01 ədəd ağ metaldan olan üzük, 01 ədəd qara rəngli kəmər, 01 ədəd ağ rəngli adapter və 01 ədəd qara rəngli qulaqcıq aşkar edilərək götürülmüşdür (cild 1, i.v.48); 27.11.2021-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs2 27.11.2021-ci il tarixdə saxlanılıb Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək Növbətçi hissədə üzərinə baxış keçirilən zaman üzərindən sonuncuya məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd mobil telefon, 04 ədəd 18.11.2021-ci il tarixli 931805, 20.11.2021-ci il tarixli 963742, 22.11.2021-ci il tarixli 000479 və 26.11.2021-ci il tarixli 963778 nömrəli girov biletləri, 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd qara rəngli kəmər aşkar edilərək götürülmüşdür (cild 1, i.v.49); 22.11.2021-ci il tarixli 000479 nömrəli girov müqaviləsindən görünür ki, Quliyev X10 A7 markalı mobil telefonu girov qoyaraq 50 manat pul götürülmüşdür (cild 1, i.v.50); 18.11.2021-ci il tarixli 931805 nömrəli girov biletindən görünür ki, Təqsirləndirilən şəxs2 “Samsung A02” markalı mobil telefonu markalı mobil telefonu girov qoyaraq 80 manat pul götürmüşdür (cild 1, i.v.51); 20.11.2021-ci il tarixli 963742 nömrəli girov biletindən görünür ki, Təqsirləndirilən şəxs2 “Samsung A32” markalı mobil telefonu markalı mobil telefonu girov qoyaraq 180 manat pul götürmüşdür (cild 1, i.v.52); 26.11.2021-ci il tarixli 963778 nömrəli girov biletindən görünür ki, Təqsirləndirilən şəxs2 “Xiaomi Redmi 9” markalı mobil telefonu markalı mobil telefonu girov qoyaraq 100 manat pul götürmüşdür (cild 1, i.v.54); Hadisə yerinə baxış keçirilməsi haqqında 27.11.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 18 ünvanında hadisə yerinə baxış keçirilərək bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 72-73); Şübhəli şəxsin tutulması haqqında 27.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.88-89); Şübhəli şəxsin tutulması haqqında 27.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 10:45-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.112-113); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 28.11.2021-ci il tarixdə X5 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.137); Şəxsin tanınması haqqında 28.11.2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs1 digər şəxslərlə birlikdə şəxsi tаnınmаyа təqdim еdilmiş, tаnınmа zаmаnı X15 İbrahimovu tanıyaraq sonuncunun ona qarşı 17.11.2021-ci il tarixdə soyğunçuluq etdiyini göstərmişdir (cild 1, i.v. 150-153); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 28.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.154-155); Şəxsin tanınması haqqında 28.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 digər şəxslərlə birlikdə şəxsi tаnınmаyа təqdim еdilmiş, tаnınmа zаmаnı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tanıyaraq sonuncunun ona qarşı 19.11.2021-ci il tarixdə soyğunçuluq etdiyini göstərmişdir (cild 1, i.v. 165-167); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 28.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.169-170); Şəxsin tanınması haqqında 28.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 digər şəxslərlə birlikdə şəxsi tаnınmаyа təqdim еdilmiş, tаnınmа zаmаnı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 tanıyaraq sonuncunun ona qarşı 21.11.2021-ci il tarixdə soyğunçuluq etdiyini göstərmişdir (cild 1, i.v. 182-184); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 28.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.186-187); Şəxsin tanınması haqqında 28.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 digər şəxslərlə birlikdə şəxsi tаnınmаyа təqdim еdilmiş, tаnınmа zаmаnı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 tanıyaraq sonuncunun ona qarşı 22.11.2021-ci il tarixdə soyğunçuluq etdiyini göstərmişdir (cild 1, i.v. 197-199); Şəxsin tanınması haqqında 28.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 digər şəxslərlə birlikdə şəxsi tаnınmаyа təqdim еdilmiş, tаnınmа zаmаnı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 tanıyaraq sonuncunun ona qarşı 22.11.2021-ci il tarixdə soyğunçuluq etmiş Təqsirləndirilən şəxs1la birlikdə avtomobilinə əyləşmiş şəxs olduğunu götərmişdir (cild 1, i.v. 200-202); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 28.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 Pəhləvan oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.204-205); Şəxsin tanınması haqqında 28.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 Pəhləvan oğluna 25 noyabr 2021-ci il tarixdə ona qarşı soyğunçuluq etmiş Təqsirləndirilən şəxs1 tаnınmаyа təqdim еdilmiş, tаnınmа zаmаnı Zərərçəkmiş şəxs5 tаnınаn şəхslər arasında Təqsirləndirilən şəxs1 göstərərək sonuncunun ona məxsus “Xiaomi Redmi 9” markalı mobil telefonu götürüb qaçıran şəxs olmasını bildirmişdir (cild 1, i.v.215-217); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (cild 1, i.v. 218-219); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v. 234-235); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli, 4(011)-523/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 2, i.v. 17-21); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli, 4(011)-524/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 2,i.v. 22-26); İfadənin yerində yoxlanması haqqında 29.11.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir (cild 2,i.v. 27-30); İfadənin yerində yoxlanması haqqında 29.11.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir (cild 2,i.v. 31-39); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2,i.v.46-47); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2,i.v.49-50); Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 4 azyaşlı uşaq, 16.03.2014-cü il təvəllüdlü X4, 15.12.2014-cü il təvəllüdlü X9, 30.11.2016-cı il təvəllüdlü X7 və 15.10.2018-ci il təvəllüdlü X8 vardır. Bərdə RİHB-nın Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, i.v.58); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağı vardır (cild 2, i.v.59-60); Bərdə RİHB-nın Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, i.v.62); Baxış keçirilməsi və götürülməsi haqqında 04.01.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Xətai rayon məhkəməsinin 27.012.2021-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs2 20 və 26 noyabr 2021-ci il tarixlərdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 62 ünvanında yerləşən lombarda girov qoyaraq pul götürdüyü 01 ədəd “Xiaomi Redmi 9” və 01 ədəd “Samsung A32” markalı mobil telefonlar Şahid2 maddi sübut kimi götürülmüşdür (cild 2, i.v.76); Baxış keçirilməsi və götürülməsi haqqında 04.01.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Xətai rayon məhkəməsinin 27.01.2021-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs2 22 noyabr 2021-ci il tarixlərdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 29 ünvanında yerləşən lombarda girov qoyaraq pul götürdüyü 01 ədəd “Samsung A7” markalı mobil telefon Şahid1 maddi sübut kimi götürülmüşdür (cild 2, i.v.77); Təqdim etmə və götürmə haqqında 06.01.2022-ci il tarixli protokoldan görünür ki, X2 təqdim etdiyi bir ədəd mobil telefon Samsung A02 markalı **********67116107 imei kodlu mobil telefon sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 2, i.v.86); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 07.01.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Samsung Galaxy A32” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs2 mobil telefonun 19.11.2021-ci il tarixdə ona məxsus avtomobildən açıq yolla ələ keçirilən mobil telefon olduğunu, həmin telefonu rəngindən, markasından, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir (cild 2, i.v. 87-88); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 07.01.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Xiaomi Remi 9” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Pəhləvan oğluna tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs5 mobil telefonun 25.11.2021-ci il tarixdə ona məxsus avtomobildən açıq yolla ələ keçirilən mobil telefon olduğunu, həmin telefonu rəngindən, markasından, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir (cild 2, i.v. 89-90); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 07.01.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Samsung A7” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs4 mobil telefonun 22.11.2021-ci il tarixdə ona məxsus avtomobildən açıq yolla ələ keçirilən mobil telefon olduğunu, həmin telefonu rəngindən, markasından, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir (cild 2, i.v. 91-92); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 07.01.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Samsung Galaxy A02” markalı mobil telefon zərər çəkmiş şəxs X3 tanınmaya təqdim edilmiş və tanınma zamanı Məhəmməd Behbud mobil telefonun 17.11.2021-ci il tarixdə ona məxsus avtomobildən açıq yolla ələ keçirilən mobil telefon olduğunu, həmin telefonu rəngindən, markasından, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir(cild 2, i.v. 93-94); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13.01.2022-ci il tarixli 9/189 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcələri nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 850,00 manat müəyyən olunur. Vietnam istehsalı, “Samsung” markalı, SM-A325F/DS (A32) model, 64 GB daxili yaddaşlı, 352407/51/466020/9 və 353823/70/466020/6 İMEİ 1 280,0 280,0 kodlu mobil telefon, istifadədə olub, normal vəziyyətdədir. Vietnam istehsalı, “Samsung” markalı, SM-A022G/DS (A02) model, 32 GB daxili yaddaşlı, **********67116 və 1 150,0 150,0 **********67114 İMEİ kodlu mobil telefon. İstifadədə olub, normal vəziyyətdədir. Vietnam istehsalı, “Samsung” markalı, SM-A720F (A7 2017) model, 32 GB daxili yaddaşlı, **********5820 və 1 120,0 120,0 **********15827 İMEİ kodlu mobil telefon. İstifadə olub, normal vəziyyətdədir. Çində istehsalı, “Xiaomi” markalı, M20004J19AG (Redmi9) model, 64 GB daxili yaddaşlı, 1 160,0 160,0 **********96348/01 və **********96355/01 İMEİ kodlu mobil telefon, İstifadədə olub, normal vəziyyətdədir. Vietnam istehsalı, “Samsung” markalı, SM-T285 (TAB A 7.0) model, 355755/08/196169/0 İMEİ kodlu 14 140 1 mobil telefon. İstifadədə olub, arxa korpusunda çızıqlar 0,0 ,0 var. Mobil telefon şifrəli olduğu üçün mobil telefonun yaddaşını müəyyən etmək mümkün olmadı. CƏMİ: 850,00 (cild 2, i.v.108-111); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 soyğunçuluq yolu ilə ələ keçirdikləri zərərçəkmiş şəxslər X3 məxsus 01 ədəd “Samsung Galaxy A02” markalı, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Samsung Galaxy A32” markalı, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “Samsung A7” markalı, Zərərçəkmiş şəxs5 Pəhləvan oğluna məxsus 01 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefon və Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Samsung TAB A6” markalı planşet maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə geri qaytarılmışdır (cild 2 i.v.123-146); “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X12 30.03.2022-ci il tarixli 1411 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 05.10.2020-ci il tarixdə erməni işğalçılarının atdığı “raket mərmisinin” patlaması nəticəsində xəsarət alaraq “Bərdə RMX” phş-nin T.T.Y.B-nə gətirilərək tibbi yardım almış və ona sol saidin qəlpə yarası diaqnozu qoyulmuşdur. Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirlləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirlləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirlləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirlləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 Pəhləvan oğlunun məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirlləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onların törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onların əməli düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qüvvədə olan CM-nin 32-ci maddəsində cinayətin köməkçisinin anlayışı verilir. Qanunda köməkçiliyin mümkün üsullarının dəqiq siyahısı verilmişdir. Köməkçilik aşağıdakı üsullarla həyata keçirilir: 1) məsləhət vermə; 2) göstəriş vermə; 3) vasitə vermə; 4) maneələri aradan qaldırma; 5) cinayəti törədən şəxsi, cinayətin alət və vasitələrini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmə. Üsulundan asılı olaraq köməkçiliyin fiziki və intellektual növləri fərqləndirilir. Fiziki köməkçilik cinayətin törədilməsinə fiziki, yaxud da maddi köməyin edilməsini nəzərdə tutur. Belə köməkçilik alət və vasitələri verməyə, maneələri aradan qaldırmağa, cinayətin edilməsini asanlaşdıran digər əlverişli şərait yaratmağa yönələn hərəkətlərin edilməsini və s. nəzərdə tutur. İntellektual köməkçilik cinayətin törədilməsi ilə əlaqədar məsləhətlər, göstərişlər verməni, cinayətkarı, cinayətin alət və vasitələrini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmə kimi alternativ hərəkətləri nəzərdə tutur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 hər bir epizod üzrə soygunçuluq etdikdən sonra yaşdığı kirayə evə gələrək Zaura taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdən mobil telefon və ya planşet götürdüyünü demiş, sonra Zaur öz şəxsiyyət vəsiqəsi ilə lombarda gedərək götürülmüş əşyaları girov qoymuş, həmin pulları birlikdə xərclədiklərini qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 22 noyabr 2021-ci il tarixdə axşam radələrində Zaur ilə birgə Xırdalan dairəsinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilə əyləşdiyini, onları Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinə aparmasını istədiyini, onlar Bakı şəhəri, Xətai rayonu ərazisinə çatan zaman o, Zaura avtomobildən düşməsini bildirdiyini, Zaur onun əvvəllər də taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdən mobil telefon oğurladığını bildiyi üçün artıq bu avtomobildə də olan mobil telefonu götürüb qaçacağını anladığından ona heç nə demədən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsi kimi tanınan ərazidə avtomobildən düşdüyünü bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmamış, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 niyyətini bilsə də, bu cinayətin törədilməsində onunla birlikdə bilavasitə iştirak etməmiş, lakin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməklə cinayətin törədilməsinə yardım etmişdir. Bundan əlavə, Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli qərarının 9-cu bəndinə əsasən özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-nin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət qanunvericiliyi normalarının tələblərinə əsasən, bir şəxsin köməkçiliyi ilə digər şəxsin cinayət əməlini bilavasitə törətməsi, yəni cinayətin obyektiv cəhətini icra etməsi həmin şəxslərin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən cinayət törətmələri haqda nəticəyə gəlmək və onların hər ikisinin əməlini bu əlamətlə tövsif olunması üçün əsas vermir və bu cür tövsif edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi və Təqsirləndirilən şəxs2 əməlini həmin Məcəllənin 32.5, 180.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə tövsif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, İbrahimov İbiş Məhəmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2ci maddələri üzrə verilmiş ittihamdan CM-nin 180.2.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri üzrə verilmiş ittihamdan CM-nin 180.2.1-ci maddəsi xaric edilərək əməli 32.5, 180.2.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsində və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5,180.2.2-ci maddəsində nəzərdə tutulan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPMnin 144-146). Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 4 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.4, 59.1.12 və 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz CM-nin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə yuxarıda göstərilən tələlər nəzərə alınmaqla hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlində faktiki iştirakını, vurulmuş zərərin aradan qaldırılması, zərərçəkmiş şəxslərlə barışmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tаriхli qərаrının 2-ci bəndində nəzərdə tutulаn “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsаsən məhkəmələrə tövsiyə еdilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığnda olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə bахışı zаmаnı müəyyən еdildi ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs2 27 noyabr 2021-ci il tarixdən tutularaq həbsdə sахlаnılmışdır. Qеyd оlunаnlаrа əsаsən məhkəmə bеlə nəticəyə gəlir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs2 bаrəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı mаddəsinin tələbləri (məhkəməyədək, hаbеlə birinci və аpеllyаsiyа instаnsiyаsı məhkəmələrində həbsdə və yа еv dustаqlığndа sахlаnılаn müddətin cəzа müddətinə dахil еdilməsi) tətbiq еdilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 180.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) CM-nin 60 və 64-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cinayət əməllərində faktiki iştirakı, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar – 01 ədəd “Samsung Galaxy A02” markalı, 01 ədəd “Samsung Galaxy A32” markalı, 01 ədəd “Samsung A7” markalı, 01 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefonlar, 01 ədəd “Samsung TAB A6” markalı planşet sahiblərinə geri qaytarılması, 1 ədəd 18.11.2021-ci il tarixli, 931805 nömrəli, 01 ədəd 20.11.2021-ci il tarixli, 963742 nömrəli, 01 ədəd 22.11.2021-ci il tarixli, 000479 nömrəli və 01 ədəd 26.11.2021-ci il tarixli, 963778 nömrəli girov biletlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan xaric edilsin (çıxarılsın). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 01 ədəd “Samsung Galaxy A02” markalı, 01 ədəd “Samsung Galaxy A32” markalı, 01 ədəd “Samsung A7” markalı, 01 ədəd “Xiaomi Redmi 9” markalı mobil telefonlar, 01 ədəd “Samsung TAB A6” markalı planşet sahiblərinə geri qaytarılması, 1 ədəd 18.11.2021-ci il tarixli, 931805 nömrəli, 01 ədəd 20.11.2021-ci il tarixli, 963742 nömrəli, 01 ədəd 22.11.2021-ci il tarixli, 000479 nömrəli və 01 ədəd 26.11.2021-ci il tarixli, 963778 nömrəli girov biletlərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-126/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-126/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver