Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-191/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunamamış, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 16 mart 2025-ci il tarixdə, saat təxminən 20 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə atası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək, sonuncuya burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, əzilmiş yarası, tənəffüs pozulması, burun qanaxması, sol gicgah nahiyəsinin şişkinliyi halında sıyrığı, sol əlin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışdıqlarını, sonuncunun ona qarşı tələb və şikayətinin olmadığını nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi canlı şəxsin ekspertizasının 19 mart 2025-ci il tarixli 275 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, əzilmiş yarası, tənəffüs pozulması, burun qanaxması, sol gicgah nahiyyəsinin şişkinliyi halında sıyrığı, sol əlin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 33-34); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 28); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi olmadığından məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, bu səbəbdən məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev İş № 1(011)-191/2025 MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Xətai Rayon Məhkəməsi 08 aprel 2025-ci il Bakı şəhəri Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə materiala məhkəmənin hazırlıq iclası keçirilir. Məhkəmə hazırlıq iclası saat 10:55-də başlandı. Sədrlik edən məhkəmə hazırlıq iclasını açır və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclasının keçirildiyini elan edir. Sədrlik edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51.6-1-ci maddəsinə əsasən məhkəmə iclasının fasiləsiz audioyazsının aparılmasının təmin olunduğunu qeyd edərək bu barədə cinayət prosesi tərəflərini audioyazının aparılması barədə xəbərdar edir. Sədrlik edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 322.1.2-ci maddəsinə əsasən məhkəmə iclasına çağırılmış cinayət prosesi iştirakçılarının məhkəmə iclasına gəlməsi və gəlməyən şəxslərin gəlməmə səbəbləri barədə məruzə etmək üçün məhkəmə iclasının katibinə göstəriş verir. Məhkəmə iclasının katibi sədrlik edənin göstərişi ilə cinayət prosesi iştirakçılarının məhkəmə iclasına gəlmələrinə dair məruzə edərək bildirir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi və Zərərçəkmiş şəxs məhkəmə iclas zalındadırlar. Sədrlik edən məhkəmənin tərkibini və məhkəmə iclasının katibini elan edir. Sədrlik edən məhkəmənin tərkibini yəni, məhkəmə iclasına Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Rzayev Rəşid Şükür oğlunun sədrlik etdiyini və məhkəmə iclas katibinin Səfərov Nihad Asif oğlunun olduğunu elan edir və məhkəməyə sədrlik edənə, habelə məhkəmə iclasının katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 109 və 116-cı maddələrində nəzərdə tutulmuş əsasları izah edir. Cinayət prosesi iştirakçıları hər biri ayrı-ayrılıqda hakimə və məhkəmə iclasının katibinə etirazlarının olmadığını bildirirlər. Sədrlik edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini müəyyənləşdirir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs – xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunamamış, ünvan 1 ünvanında qeydiyyatda olan Sədrlik edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən yekun protokolun surətini və məhkəmə bildirişini alıb-almamasını soruşur. Sədrlik edənin s/c cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs: - ittiham aktının surətini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsindən çıxarışı, məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə bildirişi alıb məzmunu ilə tanış olmuşam. Hüquqlarımı Müdafiəçi müdafiə edəcək. Sədrlik edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquqlarını izah edir. Sədrlik edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən hüquq və vəzifələrinin ona aydın olub-olmadığını soruşur . Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs: - İzah olunmuş hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən zərərçəkmiş şəxsin şəxsiyyətini müəyyənləşdirir. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs – xx xxxx 1962-ci il tarixdə Zəngibasar rayonunda doğulmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Sədrlik edən zərərçəkmiş şəxsdən yekun protokolun surətini, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 87-ci maddəsindən çıxarışı, məhkəmənin hazırlıq iclasınıın təyin edilməsi barədə bildirişin surətini alıb-almamasını soruşur. Sədrlik edənin s/c Zərərçəkmiş şəxs: - yekun protokolun surətini, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 87-ci maddəsindən çıxarışı, məhkəmənin hazırlıq iclasının təyin edilməsi barədə bildirişin surətini alıb məzmunu ilə tanış olmuşam. Sədrlik edən zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.1- 87.8-ci maddələrində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Sədrlik edənin s/c Zərərçəkmiş şəxs: - İzah olunmuş hüquq və vəzifələrim mənə aydın oldu. Sədrlik edən iş üzrə dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiə etdiyini bildirir. Sədrlik edən cinayət prosesi iştirakçılarının dövlət ittihamçısına etiraz etmək hüququnu və həmin etirazın edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan əsasları izah edir. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda dövlət ittihamçısına etirazlarının olmadığını bildirirlər. Sədrlik edən təqsirləndirilən şəxsin hüquqlarını dövlət hesabına təyin edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Müdafiəçi müdafiə etdiyini elan edir. Sədrlik edən proses iştirakçılarına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 114-cü maddəsində nəzərdə tutulan əsaslar olarsa, müdafiəçiyə etiraz etmək hüquqları olduğunu izah edir. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda müdafiəçiyə etirazlarının olmadığını bildirirlər. Sədrlik edən ilkin dinləmələrə başlandığını elan edir. Sədrlik edən proses iştirakçılarından iş üzrə sübutlarının və vəsatətlərinin olubolmamasını soruşur. Sədrlik edənin icazəsi ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, qanunvericiliyin tələbinə əsasən CM-nin 128-ci maddəsi üzrə zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə barışdıqda və ona dəymiş zərər ödənildikdə iş üzrə icraata xitam verilir və bu səbəbdən barışıq ərizələrini məhkəməyə təqdim edir. Sədrlik edən proses iştirakçılarına cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisinin vəsatətinə münasibət bildirməyi təklif edir. Proses iştirakçıları tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisinin vəsatətinə etiraz daxil olmur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrini məhkəməyə təqdim edilir. Sədrlik edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş ərizələri elan edir. Zərərçəkmiş şəxs elan edilmiş ərizənin onun tərəfindən yazıldığını təsdiq edir. Sədrlik edən ərizəni iş materiallarına əlavə edir. Dövlət ittihamçısı: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və əvvəllər eyni əsaslarla cinayət məsuliyyətindən azad edilmədiyinə görə barəsində cinayət işi üzrə cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmədiyini bildirir. Sədrlik edən çıxış etmək üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinə söz verir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi çıxışı: - Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən çıxış etmək üçün Zərərçəkmiş şəxs söz verir. Zərərçəkmiş şəxs çıxışı: - Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən çıxış etmək üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs söz verir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs çıxışı: - Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə hazırlıq iclasının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirədən qayıdır və sədrlik edən qərarı elan edir, proses iştirakçılarına qərardan mahiyyətini, ondan apelyasiya qaydasında şikayət və protest vermək qaydasını və müddətini, həmçinin məhkəmə iclasının protokolu ilə tanış olub ona aid qeydlər vermək hüquqlarının olduğunu və qaydasını izah etdi. Məhkəmə iclası saat 11:25-də bağlı elan olunur. Məhkəmə hazırlıq iclasını bağlı elan edilir. Məhkəmə hazırlıq iclasının protokolu 08 aprel 2025-ci il il tarixdə tərtib edilmişdir. Sədrlik edən Rəşid Rzayev Məhkəmə iclasının katibi Nihad Səfərov
Məhkəmə qərarları › İş №1(011)-191/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-191/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver