Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-23/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittihamçılar və mülki iddiaçılar X25, X15 və onların nümayəndələri və vəkili “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh X7 və müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi6, təqsirləndirilən şəxslər və mülki cavabdehlər X16, X11, X12 və onların müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, xx.xx.1994-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X39 və X32 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X26, X33, X20 və X11 qabaqcadan əlbir olub birgə cinayət əlaqəsinə girməklə xüsusi ittihamçılar - X32 və X39 haqqında qəsdən böhtan və təhqir dolu məlumatları təkrarən internet informasiya ehtiyyatlarında qəsdən yayıb paylaşdıqlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci madddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunmaları, barələrində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə cəza təyin olunmaqla, onlara vurduqları mənəvi ziyana görə onlardan müştərək qaydada 100.000 (yüz min) manat pul tutulmaqla, həmin pulun 50000 (əlli min) manatının “Yaşat” fondunun, 50000 (əlli min) manatının isə “X31” hesabına köçürülməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, onlar, xüsusi ittihamçılar X32 və X39 əmək müqaviləsi əsasında Bakı şəhəri Mənzil - Kommunal Təssərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin nəzdindəki “Toplan” X44 Mərkəzində baytar həkim vəzifəsində işləyirlər. X48 və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan "Toplan" X44 Mərkəzinin fəaliyyəti vətəndaşların yazılı və şifahi müraciətləri əsasında insan həyatı üçün təhlükəli olan sahibsiz küçə itlərini ünvanlardan uzaqlaşdırmaqdan, onların müasir tələblərə cavab verəcək sığınacaqlarda saxlanılmasından, Mərkəzə daxil olan itlərə baytar həkimlərinin nəzarəti ilə qısırlaşdırma, axtalama, quduzluq əleyhinə vaksinlərin vurulub şəhərətrafı ərazilərə qaytarılmasından və müalicəsi mümkün olmayan xəstə itlərin isə humanist qaydada evtanaziyasından ibarətdir. "Toplan" X44 Mərkəzi və onun əməkdaşları kimi onlar - baytar həkimlər öz fəaliyyətlərini “Ev heyvanlarının mühafizəsi haqqında” 1987-ci il tarixli Avropa Konvensiyası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarına” uyğun olaraq həyata keçirirlər. Bu cür humanist tədbirlərin görülməsinə baxmayaraq, özlərini “heyvansevər" adlandıran X26, X33, X20 və X27 qabaqcan əlbir olub bir qrup şəxs halında birləşərək "Toplan" X44 Mərkəzinin fəaliyyətini, o cümlədən onların, xüsusi ittihamçılar X32 və X25 şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan yazıları internet informasiya ehtiyyatları olan "facebook” və “instagram” sosial şəbəkələrində qəsdən dərc edib yaymışlar. Eləcə də onlar “Toplan” X2rşısında özlərinin təşkil etdikləri qanunsuz yığıncağı işıqlandıran kütləvi nümayiş edilən sosial şəbəkə platformalarında onların şərəf və ləyaqətlərini alçaldan məlumatlar səsləndirmişlər. X33 09 iyul 2021-ci il tarixdə saat 05:42-də “facebook” sosial şəbəkəsində özünə məxsus “Elkhan Mirzoev” adlı facebook hesabında, Nicat İsmayılın yazdığı mətni paylaşaraq X21 aid olan fotoda onu “Quldur Günel” adlandırmaqla mətndə “Toplan qayğı mərkəzinin quldur simalarından biri Günel, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir” ifadələrini kütləvi nümayiş etdirməklə yaymış, hansı ki, onun həmin paylaşımının altında “Dilarə Hüseynova” adlı facebook istifadəçisinin onun şərəf və ləyaqətini alçadan rəy bildirməsinə səbəb olmuşdur. Həmin rəydə qeyd olunur: “Quldur Güneli it kimi öldürəcəklər çünki onda insan qanı yoxdur, bilinmir ki qanı nə rəngdədi??? Yəqin ki yırtıcı heyvandan əmələ gəlib”. Bundan başqa, X33 13 iyul 2021-ci il tarixdə “facebook” sosial şəbəkəsində özünə məxsus “Elkhan Mirzoev” adlı facebook hesabında özü kimi "heyvansevərləri” “Toplan” X2rşısında təşkil ediləcək qanunsuz yığıncağa dəvət etmiş, 22 iyul 2021-ci il tarixdə saat 14:00-da ictimai yer olan mərkəzin binasının qarşısında, onları müşayidə edən kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı yayımlarında xüsusi ittihamçılar X32 və X34 aid fotoşəkilləri əllərində nümayiş etdirməklə onların şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atmış, eləcə də onları öz çıxışlarında və kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən alçaltmaqla təhqir etmişdir. Həmin qanunsuz yığıncağı təşkil etdiklərinə görə X33 və qeyriləri polis tərəfindən müvafiq olaraq inzibati qaydada tənbeh edilsə də, xüsusi ittihamçılar X32 və X3 çıxışlarda və kütləvi nümayiş etdirilən informasiya ehtiyyatlarında onlara qəsdən böhtan atdıqlarına və təhqir etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. X26 06 iyul 2021-ci il tarixdə saat 09:29-da “facebook” sosial şəbəkəsində özünə məxsus “Nicat İsmayıl” adlı facebook hesabında X21 aid olan fotonu paylaşaraq onu “Quldur Günel”, adlandırmaqla mətndə “Toplan qayğı mərkəzinin quldur simalarından biri Günel, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir.... Günel adlı it qatili” ifadələrini kütləvi nümayiş etdirməklə qəsdən yaymışdır. Həmin paylaşımın altında bir neçə facebook istifadəçisi onun şərəf və ləyaqətini alçadan ifadələri “...külü qoyum küçə qızının başına. Anasının başına daş düşəydi bu qancığı dünyaya gətirəndə”... “ərsizlik başına vurub”... “travmalıdı bunlar"... “heyvansevər kişilərdən kimdən xoşu gəlirsə və ya bunun beynini xarab edən o kişi və kişi kimilər buna versin sakitləşsin”... rəy bölməsində yazmaqla X15 şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan təhqirlər işlətmişlər. Həmin nalayiq ifadələrlə dolu təhqir rəylərini isə Nicat İsmayılov "bəyənmə” işarəsi ilə etiketləmişdir. Bundan başqa, X26 06 iyul 2021-ci il tarixdə saat 16:06-da “facebook” sosial şəbəkəsində özünə məxsus “Nicat İsmayıl” adlı facebook hesabında o, X22, eləcə də “Toplan” X44 mərkəzinin bütün əməkdaşları barədə şərəf və ləyaqəti işgüzar nüfuzu ləkələyən ifadələr işlətməklə onları “şərəfsiz” adlandırmaqla təhqir etmiş, onlara sahibsiz itləri qəsdən öldürmək barədə böhtan atmaqla kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən yaymışdır. Həmçinin qeyd olunan məqalənin altında Günel Musayeva və mərkəzdə onun kimi baytar işləyən digər əməkdaşların fotoşəkillərini qəsdən paylaşmaqla, 167 nəfər istifadəçinin həmin fotosəkiləri “bəyənməsinə”, 90 nəfərin nalayiq və təhqiramiz ifadələrlə dolu rəy bildirmələrinə, 164 nəfərin isə həmin təhqir və böhtan xarakterli mətni və əlavə olunmuş fotoşəkillərini paylaşmasına səbəb olmuş, nəticədə kütləvi nümayiş olunan informasiya ehtiyyatlarında qəsdən həmin məlumatları yaymışdır. Bundan başqa, X26 10 iyul 2021-ci il tarixdə saat 08:56-da “facebook” sosial şəbəkəsində özünə məxsus “Nicat İsmayıl” adlı facebook hesabında paylaşdığı məqalədə “Toplan” X44 mərkəzinin baytar həkimlərindən biri kimi X25 şərəf və ləyaqətini, ictimai nüfuzunu ləkələyən ifadələr işlədərək qəsdən onu təhqir etmiş, böhtan atmış, onun “Toplan” X44 mərkəzindən başqa, fəaliyyət göstərdiyi baytar klinikasındakı ictimai nüfuzuna xələl gətirmişdir. Belə ki, həmin paylaşımlardan sonra əlavə iş yeri olan klinikaya gələn müştərilərin sayı kəskin azalmışdır. Eləcə də həmin məqaləyə əlavə olunan onun fotoşəkilinə başqa bir facebook istifadəçisinin ünvanına təhqiramiz ifadə işlədərək rəy bildirməsinə səbəb olmuşdur. Həmin rəy də Nicat İsmayılov tərəfindən qəsdən “bəyənilmişdir”. Bundan başqa, həmin məqaləsində Nicat X1 “şərəfdən, humanizmdən uzaq insan” adlandırmaqa, onu kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən təhqir etmişdir. Bundan başqa, X26 16 iyul 2021-ci il tarixdə saat 01:14-də “facebook” sosial şəbəkəsində özünə məxsus “Nicat İsmayıl” adlı facebook hesabında paylaşdığı məqalədə onları - “Toplan” X44 mərkəzinin əməkdaşlarını “dövlətdən 60 milyon manatı mənimsəyib, itləri qətl edən quldur” adlandırmışdır. Həmin məqaləsində xüsusi ittihamçılar X15 və X25 barəsində yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini, ictimai nüfuzlarını ləkələyən məlumatları yaymaqla qəsdən böhtan atmışdır. Həmin məqaləyə əlavə olunan onlara məxsus fotoşəkillərə başqa facebook istifadəçiləri tərəfindən təhqiramiz ifadə işlədilərək, fotoşəkilə 48 nəfərin rəy bildirməsinə, 51 nəfərin isə fotoşəkillərini və məqaləni paylaşmalarına səbəb olmuşdur. Təhqir və böhtan xarakterli rəylər də Nicat İsmayılov tərəfindən qəsdən bəyənilmişdir. Bundan başqa, X26 16 iyul 2021-ci il tarixdə saat 18:40-da “facebook” sosial şəbəkəsində özünə məxsus “Nicat İsmayıl” adlı facebook hesabında paylaşdığı “Dünənki etiraz aksiyasında əllərdə tutulan Toplan qatillərinin fotolarını yaxşı görmədiniz?” başlıqlı məqalədə və məqaləyə əlavə olunan fotoşəkillərə bildirilən rəylərdə X32 və X25 barəsində “..bəlkə ruhları faişədir...şəxsiyyətini pula satmışlar” ifadələrini işlətmişdir. Bundan başqa, X26 17 iyul 2021-ci il tarixdə saat 02:05-də “facebook” sosial şəbəkəsində özünə məxsus “Nicat İsmayıl” adlı facebook hesabında paylaşdığı mətndə belə qeyd etmişdir “Mənə bilirsiniz nə maraqlıdır? Bu sədər Toplan işçilərinin fotolarını paylaşıb tənqid edirəm. Niyə bu qədər adamın içindən biri çıxıb məni məhkəməyə vermir? Öz hüquqlarını bilmirlər? Yoxsa tapşırılıb üzünüzə söysələr sakit durun? Hüquqlarını pula satmaq deyil bu? Şərəfsizlik bu deyil? Şəxsiyyətini, mənliyini satmaq deyil?” Həmin mətndən də göründüyü kimi Nicat İsmayılov qəsdən yalan olduğunu bilə-bilə uydurma, böhtan xarakterli məlumatları kütləvi nümayiş etdirilən sosial şəbəkələrdə yaymaqla, xüsusi ittihamçılar X32 və X25 şərəf və layaqətini, işgüzar nüfuzunu alçaltmaq məqsədi güdmüş, həmin paylaşımın altında 8 nəfər digər facebook istifadəçilərinin təhqirlərini qərəzli olaraq bəyənmişdir. Bundan başqa, X26 21 iyul 2021-ci il tarixdə saat 23:29-da "facebook” sosial şəbəkəsində, özünə məxsus “Nicat İsmayıl” adlı facebook hesabında paylaşdığı mətndə özü kimi “heyvansevərləri” 22 iyul 2021-ci il tarixdə “Toplan” X2rşısında təşkil ediləcək qanunsuz yığıncağa dəvət etmişdir. Həmin günü, yəni 22 iyul 2021-ci il tarixdə saat 14:00da ictimai yer olan “Toplan” X44 Mərkəzinin yerləşdiyi binanın qarşısında, onları müşahidə edən kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı yayımlarında xüsusi ittihamçılar X32 və X34 aid fotoşəkilləri əllərində nümayiş etdirməklə onların şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atmış, eləcə də onları öz çıxışlarında və kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən alçaltmaqla təhqir etmişdir. Bundan başqa, X26 1864 nəfər tərəfindən “izlənildiyi” “instagram” sosial şəbəkəsində özünə məxsus “nicat.ismayıl.17” adlı hesabında 10 yanvar 2021-ci il, 04 may 2021-ci il, 06 iyul 2021-ci il, 14 iyul 2021-ci il və 17 iyul 2021-ci il tarixli paylaşımlarında təkrarən “Toplan” X44 Mərkəzinin baytar işçiləri kimi xüsusi ittihamçılar X32 və X25 şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələr işlətməklə böhtan atmış, eləcə də onları öz yazılarında kütləvi nümayiş etdirilən sosial şəbəkələrdə qəsdən alçaltmaqla təhqir etmişdir. Bundan başqa, X26 “instagram” sosial şəbəkəsində özünə məxsus “nicat.ismayıl.17” adlı hesabında 06 iyul 2021-ci il tarixdə X21 məxsus fotoşəkili qəsdən paylaşmaqla, onun, ailəsinin şərəf və ləyaqətini, işgüzar nüfuzunu qəsdən ləkələyib böhtan atmaqla təhqir etmiş, sözügedən paylaşıma ayrı-ayrı “instagram” istifadəçilərinin barəsində yazdıqları təhqiramiz rəyləri isə qəsdən “bəyənmişdir”. X20 550 nəfər tərəfindən “izlənildiyi” “instagram” sosial şəbəkəsində özünə məxsus “elzax2001” adlı hesabında 22 aprel 2020-ci il tarixdə xüsusi ittihamçı X32 və digər əməkdaşları ilə birlikdə kollektiv şəkillərini paylaşaraq həmin fotoşəkilin altında ədəbsiz ifadələr işlədərək onu və həmkarı Billurə xanımı işarələmiş onları kütləvi informasiya vasitəsi olan sosial şəbəkədə açıq müzakirəyə qoyaraq fotoşəkilə təhqiramiz rəylər yazılmasına səbəb olmuşdur. Həmin rəylərə verilən cavablarda isə onun haqqında "... quduzlaşmış, pula görə hər şeyini satan pozğun...” “Şeytan, pozğun, pula görə hər murarçılıq edən şərəfsiz f****di” söyüş və təhqir dolu ifadələr işlədilmişdir. Bundan başqa, X20 “instagram” sosial şəbəkəsində özünə məxsus “elzax2001” adlı hesabında 24 aprel 2020-ci il tarixli paylaşımında yenidən aralarında xüsusi ittihamçı X32 olan kollektiv şəkllərini paylaşmış, həmin şəkilə ‘‘İtlərin qadın adına laiq olmayan qatilləri” başlığı vermiş, yenə fotoşəkilə ayrı-ayrı “instagram” sosial şəbəkə istifadəçiləri tərəfindən nalayiq və təhqiramiz ifadələr işlətməsinə şərait yaratmışdır. Bu hərəkətləri ilə də X20 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələmiş, ictimai nüfuzuna xələl gətirən ifadələri qəsdən işlədərək həm böhtan atmış, həm də söyüş və nalayiq ifadələrlə onu təhqir etmişdir. Bundan başqa, X20 “instagram” sosial şəbəkəsində özünə məxsus “elzax2001” adlı hesabında 22 noyabr 2020-ci il tarixdə xüsusi ttıihamçı X34 məxsus “instagram” profilini paylaşaraq şərəf və ləyaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atmış və təhqir etmiş, ona məxsus profil şəklinin altında başqa “instagram” hesabı istifadəçilərinin nalayiq təhqirlər yazmasına səbəb olmuş, o cümlədən həmin rəylərdən birinə yazdığı cavabda onun haqqında “oğraş dörd göz” ədəbsiz ifadəsini işlətməklə onun şəxsiyyətinə və ictimai nüfuzuna ləkə gətirmişdir. X27 1,268 nəfər tərəfindən "izlənildiyi” “instagram” sosial şəbəkəsində özünə məxsus “_babazade_aynur” adlı hesabında 06 iyul 2021-ci il tarixdə xüsusi ittihamçı X21 aid fotoşəkili paylaşaraq haqqında “Quldur Günel” başlıqlı yazı paylaşmış, həmin yazısında “...Günelin hələ Toplan açılmamış da heyvansevərlər manyak olduğunu bildirirlər. Bu cür ruhi xəstə insanları qəsdən mərkəzə topladıqları anlaşılan məsələdir” ifadələrini qəsdən işlədək həm ona böhtan atmış, həm də təhqir etmiş, eləcə də həmin fotoşəkilin altına başqa istifadəçilər tərəfindən nalayiq, təhqiramiz ifadələrlə dolu rəylər yazılmasına səbəb olmuşdur. Həmin rəylərdə ayrı-ayrı istifadəçilər onun ünvanına “Allah səni sevinc üzünə həsrət qoysun. Allah səni əzizlərinin üzünə həsrət etsin.. ”, “şərəfsiz insan” və s. kimi nalayiq ifadələr işlətmişlər. Həmin təhqiramiz rəylər Aynur Babazadə tərəfindən “bəyənilmiş”, hətta rəyə verilən cavablarından birində onun ünvanına “Mikrob” ifadəsini işlətmişdir. Bundan başqa, X27 “instagram” sosial şəbəkəsində özünə məxsus “_babazade_aynur” adlı hesabında 21 iyul 2021-ci il tarixdə paylaşdığı “Bakı Qətliamına Qarşı” başlıqlı fotoşəkil və mətndə özü kimi “heyvansevərləri” 22 iyul 2021-ci il tarixdə “Toplan” X2rşısında təşkil ediləcək qanunsuz yığıncağa dəvət etmişdir. Hansı ki, həmin günü yəni 22 iyul 2021-ci il tarixdə saat 14:00-da ictimai yer olan “Toplan” X44 Mərkəzinin yerləşdiyi binanın qarşısında, onları müşahidə edən kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı yayımlarda X27, digərləri ilə birlikdə xüsusi ittihamçılar X32 və X34 aid fotoşəkilləri əllərində nümayiş etdirməklə onların şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atmış, eləcə də onları öz çıxışlarında və kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən alçaltmaqla təhqir etmişdir. Bununlada, X26, X33, X29 və X27 qabaqcan əlbir olub bir qrup şəxs halında birləşərək "Toplan" X44 Mərkəzinin fəaliyyətini, o cümlədən xüsusi ittihamçılar X32 və X25 fotoşəkillərini paylaşmaqla, yalan olduğunu bilə-bilə barələrində təhqir və böhtan dolu ifadələr işlətməklə şərəf və ləyaqətlərini, ictimai nüfuzları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatlarında, yəni “facebook” və “instagram” sosial şəbəkələrində qəsdən yaymış, eyni zamanda ictimai yerlərdə təşkil etdikləri qanunsuz yığıncaqlarda barələrində qəsdən təhqir və böhtan xarakterli ifadələr səsləndirmişlər. Təqsirləndirilən şəxslər - X26, X33, X20 və X27 haqlarında internet informasiya ehtiyyatlarında paylaşdıqları təhqir və böhtan xarakterli məlumatların geniş kütlə arasında izlənildiyini bilə-bilə, paylaşımların başqa sosial şəbəkə istifadəçiləri tərəfindən təhqir və ləyaqət alçaldan rəy bildirmələrinə, həmçinin ləyaqətlərini alçaldan məlumatların dəfələrlə sosial şəbəkə istifadəçiləri arasında paylaşılmasına zəmin yaratmaqla qəsdən bunu arzu etmişlər. Bir sözlə X26, X33, X20 və X27 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb və bunları arzu etməklə, yəni birbaşa qəsdlə xüsusi ittihamçılar X32 və X25 cəmiyyət arasında formalaşmış nüfuzlarına, şərəf və ləyaqətlərinə xələl gətirmişlər. Məhkəmə iclasında xüsusi ittihamçı və mülki iddiaçı X32 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən iş materiallarına əlavə edilmiş şəkillərin sosial şəbəkələrdə paylaşılması onun ailə həyatında problemlər yaratmışdır. Həmin şəkillərdə ona və ailəsinə qarşı təhqir, şərəf və ləyaqətini ləkələyən rəylər yazılmışdır. Həmin paylaşımlardan sonra onun işində də problemlər yaranmışdır. O, işdən Toplan X44 mərkəzindəki iş vaxtı bitdikdən sonra özəl klinikalara çağırışla gedərək fəaliyyət göstərmişdir. Qeyd etdiyi əlavə işində də mənfi nəticələrə səbəb olmuşdur. Həm öz iş yerində, həm əlavə işlədiyi yerdə, insanlar arasında, bundan başqa tələbə yoldaşları, qohumları, dostları arasında şəxsiyyəti alçalmışdır. Bu hal onun mənəvi cəhətdən əziyyət çəkməsinə və mənəvi iztirablar çəkməsinə səbəb olmuşdur. Odur ki o, X26, X33, X20 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci madddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunmaları, barələrində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə cəza təyin olunmaqla, onlara vurduqları mənəvi ziyana görə onlardan müştərək qaydada 100.000 (yüz min) manat pul tutulması, həmin pulun 50000 (əlli min) manatının “Yaşat” fondunun, 50000 (əlli min) manatının isə “X31” hesabına köçürülməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı və mülki iddiaçı X39 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında Nicat İsmayılov öz səhifəsində onun və iş yoldaşının şəklini paylaşaraq heç kəsin işlədiyi yerə getməməsini bildirmişdir. Bundan sonra digər təqsirləndirilən şəxslər də həmin paylaşımı etmişlər. Növbəti paylaşımlarda təqsirləndirilən şəxslər ona və ailəsinə qarşı təhqir edici ifadələr işlətmişlər. Onlar əgər “Toplan”ın fəaliyyətindən narazıdırlarsa bu zaman “Toplan”la bağlı paylamışlar etsinlər, onun və iş yoldaşının şəxsiyyəti ilə bağlı nalayiq ifadələr işlətməkləri düzgün deyil. O, Toplan X44 mərkəzindəki iş vaxtından kənar özü bu sahədə əlavə işlə də məşğul olur, təqsirləndirilən şəxslər həmin paylaşımları edərək onu təhqir etmişlər, şərəf və ləyaqətini alçaltmışlar, işgüzar nüfuzuna xələl gətirmişlər. Odur ki o, X26, X33, X20 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci madddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunmaları, barələrində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə cəza təyin olunmaqla, onlara vurduqları mənəvi ziyana görə onlardan müştərək qaydada 100.000 (yüz min) manat pul tutulması, həmin pulun 50000 (əlli min) manatının “Yaşat” fondunun, 50000 (əlli min) manatının isə “X31” hesabına köçürülməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X33 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, jurnalistdir, Moskva Dövlət Universitetini bitirmişdir. Xüsusi ittihamçıları əvvəllər tanımamışdır, sadəcə iki dəfə Güneli görmüşdür. Heyvanlara münasibəti həssasdır, çünki insanlar öz taleyi barədə qərar verə bilsə də, heyvanlar bunu edə bilmir. Heyvanlara qəddarlıq olan zaman, işgəncə verən zaman buna səssiz qalmamışdır. Hazırda evində 11 it və 14 pişiyi var, onların çoxu əlildir. Övladına icazə vermədiyi şeyləri heyvanlara icazə verir. Dövlət orqanları və Toplan etmədiyindən həmin heyvanları əlacsız qalaraq götürmüşdür. Heyvanlar öldürülür, güllə ilə vurulur, bəzi heyvanları Toplandan götürmüşdür. Heyvansevərdir və vegetariandır. İslam dinində də heyvanlara qarşı xüsusi rəğbət vardır. Toplan heyvanlara qayğı mərkəzinin nizamnaməsinin tərtib edilməsində iştirak etmişdir. İnzibati Xətalar Məcəlləsində heyvanlarla bağlı iki maddə vardır, əvvəl həmin maddədə heyvanı döyüb öldürən şəxs əlli manat məbləğində cərimə edilirdi, onların müraciətləri əsasında həmin məbləğ 500 manat olmuşdur. Əvvəllər də icra hakimiyyətinin nəzdində olan qurumlar heyvanlara işgəncələr vermiş, qəddarcasına öldürmüşdürlər, bu barədə görüntülər də mövcuddur. Azərbaycan Respublikası heyvan hüquqları ilə bağlı konvensiyanı ratifikasiya etmişdir, üzərinə müvafiq öhdəliklər götürmüşdür. Həmin konvensiyanın tələblərinə əsasən heyvanların ancaq rəhimli metodlarla sayının azaldılması göstərilmişdir. Heyvanlar “Toplan” qayğı mərkəzinə sağlam gedərək xəstə halda, əlil halda çıxmışlar, bəziləri isə yoxa çıxmışdır. Şikayətdə onunla bağlı üç fakta istinad olunmuşdur: 1) 9 iyul 2021-ci ildə 05.42-də “facebook” sosial şəbəkəsində Nicat İsmayılovun statusunu paylaşması; 2) 13 iyul 2021-ci ildə insanları “Toplan” Mərkəzinin binasının qarşısındakı təşkil etdikləri aksiyaya dəvət etməsi; 3) 22 iyul 2021-ci ildə “Toplan” Mərkəzinin binasının qarşısındakı təşkil etdikləri aksiyada şikayətçilərin şərəf və ləyaqətini ləkələyən məlumatı paylaşması. Şikayətdə onun şəxsən şikayətçilər Günel Musayeva və Cəlal Mikayılovun haqqında hər hansı fikir bildirdiyinə istinad edilmir. Hətta facebookda paylaşdığı 9 iyul 2021-ci il tarixli paylaşım belə ona aid deyil, Nicat İsmayılovun statusudur. O, həmin paylaşımı artıq bir neçə gün paylaşılmış olan statusu heç bir şərh etmədən göstərmişdir. CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməli fikrin yayılmasından ibarətdirsə, həmin status 6 iyul 2021-ci ildə paylaşılaraq yayılıb və beləliklə bu cinayət əməli artıq başa çatıb, başa çatmış əməl necə təkrar baş verə bilər? (öldürülmüş şəxs, təkrar-təkrar öldürülə bilməz və ya oğurlanmış əşya yenidən oğurlana bilməz). Bundan əlavə həmin paylaşımın altında “Dilarə Hüseynova” adlı şəxsin yaydığı fikirə görə onun məsuliyyətə cəlb olunmaq istənməyi də yersizdir və başqa məqsədlərdən xəbər verir. 13 iyul 2021-ci ildə paylaşdığı təşkil etdikləri aksiyada insanları iştirak etməyə dəvət etməyi onun konstitusiyon hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin 1 hissəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsində qeyd olunur ki, hər kəsin dinc toplaşmaq azadlığı vardır. Son iki əməllə də bağlı şikayətdə onun şəxsən şikayətçilər Günel Musayeva və Cəlal Mikayılovun haqqında hər hansı fikir bildirdiyinə istinad edilmir. O, həmin aksiyaya “Toplan” X44 mərkəzinin şəffaf olmayan fəaliyyətinə etirazını bildirmək üçün çıxmışdır. Artıq uzun müddətdir ki, bununla bağlı aksiyalar təşkil etmiş, orda iştirak etmişdir. 22 iyul 2021-ci il tarixdə keçirilən aksiyada isə o, iştirak etməmiş və xüsusi ittihamçıların şəkillərini tutmamışdır. Onun tənqidləri və aksiyalar təşkilat olan “Toplan” barədə olmuşdur. Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri isə şəxsiyyət əleyhinə cinayətlərdir. Yəni bu cinayətlər hər hansı fiziki şəxslərin şərəf və ləyaqətinə qarşı yönəlməlidir, hansısa qurumun işgüzar nüfuzuna qarşı deyil. “Toplan” X44 mərkəzi haqqında yaydığı fikirlərlə bağlı barəsində şikayəti belə Toplan mərkəzi və ya onun rəhbər şəxsi verməmişdir. Günel Musayeva və Cəlal Mikayılov isə bu mərkəzin rəhbəri olmadıqları üçün Mərkəz adından hər hansı şikayət etmək hüquqları yoxdur. Şikayətdə barəsində şikayət verən şəxslərin dairəsinin bu şəkildə müəyyən edilməsi təsadüfü deyil. Bu şikayət Günel Musayeva və Cəlal Məlikovun onları təhqir etmiş və ya onlara böhtan atmış şəxsləri cəzalandırmaq istəyindən irəli gəlmir. Belə olsaydı, bu şikayətdə özlərinin istinad etdikləri onlar barədə fikir bildirmək istəyən digər şəxslərə qarşı da verilərdi. Əksinə bu şikayətdə şəxsən onlar haqqında hər hansı fikir bildirməmiş onun adı keçməzdi. Şikayətdə 4 şəxs barəsində ona görə tərtib edilmişdir ki, bu şəxslər “Toplan” mərkəzinin fəaliyyətinə qarşı aksiyaları təşkil edənlərdir. Bununla “Toplan” mərkəzinə rəhbərlik edənlər onları susdurmaq üçün Günel Musayeva və Cəlal Məlikovdan sadəcə vasitə olaraq istifadə edirlər. Həmçinin, şikayətdə qeyd olunan “Quldur Günel” tərəfindən yazılmamışdır, sadəcə onu məlumat kimi paylaşmışdır. O, Nicat İsmayılovun paylaşımını köçürüb öz səhifəsində paylaşmışdır, həmin paylaşımda Günel Musayevaya quldur deyilməmişdir, həmin söz onun qul olması mənasında deyilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq əməlində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X26 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uşaq yaşlarından heyvansevərdir. 2013-cü ildən 2017-ci ilədək xaricdə yaşamış, 2017-ci ildə ölkəyə gəlmişdir. Youtube da Toplan X44 mərkəzi tərəfindən heyvanların qətliamını görmüşdür və bu ona pis təsir etmişdir. Onlar itləri diri-diri yandırır və güllələyirlər. Bu səbəbdən Toplan X44 mərkəzinin fəaliyyətini ifşa etməyə başlamışdır. Əvvəl könüllü olaraq heyvansevər kimi Toplan X44 mərkəzinə müraciət etmişdir, lakin müraciətləri rədd edilmişdir. Xüsusi ittihamçıları tanımamışdır, ədavəti və düşmənçiliyi olmamışdır. Paylaşımlarının səbəbi gəncləri düz yola dəvət etmək olmuşdur, bu barədə onlara müraciətlər etmiş və Toplandan çıxmalarını demişdir. O, hətta Toplandan çıxan 7 işçi ilə görüşmüşdür. Paylaşımlarda olan şəkillər internetdə olmuşdur, xüsusi olaraq əldə etməmişdir və onun işçilərin fəaliyyətini tənqid etmək hüququ vardır. Paylaşımları ilk olaraq o, paylaşmışdır, həmin paylaşımları Toplanda işləyən baytarların görməsini istəmişdir, bəlkə bundan sonra onlarla əlaqə saxlaya və görüşə biləcəyinə ümid etmişdir, hər şeyi onlarla müzakirə etmək və onların qul kimi işlədiyini başa salmaq istəmişdir. İnstagram sosial şəbəkəsində “nicat.ismayıl.17” adlı hesab və facebookda “Nicat İsmayıl” adlı hesab ona məxsusdur və paylaşımları həmin hesablardan etmişdir. Əməlində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X20 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heyvansevərdir, instagram sosial şəbəkəsində “elzax2001” adlı hesab ona məxsusdur. Həmin hesabdan özünə məxsus, habelə heyvan şəkilləri paylaşır. Filoloqdur və rus dilində təhsil almışdır. Paylaşımları Azərbaycan dilində düzgün çatdıra bilmədiyindən əksər paylaşımları rus dilində olmuşdur. Heyvanların hüquqlarının qorunması və heyvan hüquqları ilə bağlı konvensiyanın tələbləri ilə bağlı paylaşımları olmuşdur. Onun paylaşımları məlumat xarakterli olmuşdur. Əvvəllər heyvanlar üçün sığınacaq açılan zaman sevinmişdir, lakin 18 gün sonra hər şeyin başqa cür olduğunu görmüşdür. Heyvanların saxlama otağında on yeddi it saxlanılmalı olduğu halda, 300-400 it saxlanılmışdır. Xüsusi ittihamçıları əvvəllər tanımamışdır və onlara qarşı hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 22 aprel 2020-ci il tarixdəki paylaşımda xüsusi ittihamçını xüsusi olaraq seçməmişdir, sadəcə geyimi üzərində Toplan yazıldığından həmin şəkili paylaşmışdır. Əgər məqsədi xüsusi ittihamçı Günel olsa idi, onun şəklini işarələyə bilərdi, lakin bunu etməmişdir. Günel orada adi işçidir və onunla heç bir qərəzi yoxdur. Paylaşımda “bunlar” deyəndə Toplanı nəzərdə tutmuşdur. “İtlərin qadın adına layiq olmayan qatilləri” paylaşımı da ümumi işlədilmişdir. “Ogras dörd göz” ifadəsini də ittihamçılar düzgün yozmamışlar, həmin ifadədə xüsusi ittihamçıları təhqir etməmişdir. Həmçinin əlavə olaraq o, məhkəməyə təqdim etdiyi vəsatətdə qeyd etmişdir ki, instagram sosial şəbəkəsində özünə məxsus “elzax2001” adlı hesabında 24 aprel 2020-ci il tarixli paylaşımında “itlərin qadın adına layiq olmayan qatilləri” başlığı verilmiş fotoşəkili paylaşması hissəsindən 2 il müddət keçmişdir. Bu səbəbdən də o, iş üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Beləliklə o, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 aprel 2020-ci il tarixli epizod üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh X27 ifadə verməkdən imtina edərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, instagram sosial şəbəkəsində “_babazadə_aynur” adlı hesab ona məxsusdur. Xüsusi ittihamçıları əvvəllər tanımamışdır və hər hansı münaqişəsi olmamışdır. “Quldur Günel” paylaşımını Nicat paylaşmışdır, o, həmin paylaşımı paylaşmamışdır. Digər təqsirləndirilən şəxslərlə əvvəlcədən həmin paylaşımı etmək barədə razılaşması olmamışdır, İlhamə Nəsirovanı isə ümumiyyətlə tanımamışdır. “Quldur Günel” heştexi tərəfindən yaradılmışdır, quldur sözü qul mənasında işlədilmişdir və məqsədi Nicatın ifadəsində dediyi kimi onları düzgün yola dəvət etmək olmuşdur. Mikrob ifadəsini ümumi işlətmişdir, Güneli nəzərdə tutmamışdır, şəkil tək Günelin şəkli olmamışdır. Digər şəxslərin paylaşımını isə “bəyəndim” yox, “gördüm” deyə işarələmişdir. Aksiyalardan birində iştirak etmişdir, digərlərində isə olmamışdır. “Günelin hələ Toplan açılmamış da heyvansevərlər manyak olduğunu bildirirlər. Bu cür ruhi xəstə insanları qəsdən mərkəzə topladıqları anlaşılan məsələdir” paylaşımı onun fikri deyildir, onu ilk olaraq Nicat paylaşmış, özü isə məlumat üçün paylaşmışdır. Beləliklə o, göstərilənləri nəzərə alaraq əməlində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxs X16 istifadə etdiyi “Elkhan Mirzoev” profilindən 09 iyul 2021-ci il tarixdə saat 05:42-də Nicat İsmayılov tərəfindən yazılmış aşağıdakı status paylaşılmışdır: “Quldur Günel! Toplan qayğı mərkəzinin quldur simalarından biri Günel, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir”. Həmin paylaşım “Dilarə Hüseynova” adlı facebook istifadəçisinin Günel Musayevanın şərəf və ləyaqətini alçadan rəy bildirməsinə səbəb olmuşdur. Həmin rəydə o, “Quldur Güneli it kimi öldürəcəklər çünki onda insan qanı yoxdur, bilinmir ki qanı nə rəngdədi??? Yəqin ki yırtıcı heyvandan əmələ gəlib” ifadələrini qeyd etmişdir (cild 1, i.v. 18); “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxs X12 istifadə etdiyi “Nicat İsmayıl” profilindən 06 iyul 2021-ci il tarixdə saat 09:29-da aşağıdakı status yazılmışdır: “Quldur Günel! Toplan qayğı mərkəzinin quldur simalarından biri Günel, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir. Bu Günel adlı it qatili heyvansevərlərlə məzələnir”. Həmin paylaşım digər facebook istifadəçilərinin Günel Musayevanın şərəf və ləyaqətini alçadan rəy bildirmələrinə səbəb olmuşdur. Həmin rəylərdə onlar “Cındırlar qadın deməyə adam utanır”, “Şərəfsiz”, “Külü qoyum küçə qızının başına. Anasının başına daş düşəydi bu qancığı dünyaya gətirəndə. İnşallah bütün ailəsi ilə birlikdə it kimi ulayar. Günel hələ də sürünəcək”, “Ərsizlik başına vurub”, “Travmalıdı bunlar", “Heyvansevər kişilərdən kimdən xoşu gəlirsə və ya bunun beynini xarab edən o kişi və kişi kimilər buna versin sakitləşsin” ifadələrini qeyd etmişlər. Həmçinin həmin paylaşım 127 nəfər tərəfindən bəyənilmiş, 163 nəfər tərəfindən rəy bildirilmiş və 176 nəfər tərəfindən paylaşılmışdır (cild 1, i.v. 20-23); “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxs X12 istifadə etdiyi “Nicat İsmayıl” profilindən 06 iyul 2021-ci il tarixdə saat 16:06-da aşağıdakı status yazılmışdır: “Toplanda işləyən hərkəz şərəfsizdir. Sürücülərindən tutmuş, it tutanları, kinoloqları, baytarları, yazıpozu işinə baxana qədər hamısı şərəfsizdir. Çünki 3-5 manata görə hər şeylərini satıb bu rüşvətxor quldurların, mafianın çirkin əməlləri üçün çalışırlar. Günel başda olmaqla bütün heyətinizə şərəfsiz deyirəm, arxasında da dayanıram! Sizin arxanızda dayananlara da şərəfsiz deyirəm”. Həmçinin həmin paylaşım 167 nəfər tərəfindən bəyənilmiş, 90 nəfər tərəfindən rəy bildirilmiş və 164 nəfər tərəfindən paylaşılmışdır (cild 1, i.v. 24-27); “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxs X12 istifadə etdiyi “Nicat İsmayıl” profilindən 10 iyul 2021-ci il tarixdə saat 08:56-da aşağıdakı status yazılmışdır: “Bu şərəfsiz quruma hər gün 6-7 baytar girir-çıxır. Cəlal, Suliddin, Aydın və adlarını bilmədiyim neçə baytar şəxsi klinika açıb Bakıda. Bunların 1 qram şərəfi var? Varsa deyin Nicat, səhv deyirsən! Billurə kimi, Günel kimi adamlar olan yerdə hansı humanistlikdən, şərəfdən, insafdan danışmaq olar?!”. Həmçinin həmin paylaşım 50 nəfər tərəfindən bəyənilmiş, 48 nəfər tərəfindən rəy bildirilmiş və 51 nəfər tərəfindən paylaşılmışdır (cild 1, i.v. 29-31); “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxs X12 istifadə etdiyi “Nicat İsmayıl” profilindən 16 iyul 2021-ci il tarixdə “Toplan” X44 mərkəzinin işçilərinin fotoşəkilləri paylaşılaraq aşağıdakı status yazılmışdır: “Bunlar Toplan adlı quldurxananın cəllad qatilləri, ***-**** manat üçün itlərinin qanına əllərini batırmış şəxslərdirlər. Üzdən tanıyın pula satılmış gənc qatilləri”, “bəlkə ruhları faişədir? hüquqlarını qoruya bilmək üçün icazəsiz vətəndaş şəxsiyyətini satmışlardır. Şəxsiyyətlərini pula satdıqlarından olmasın?” (cild 1, i.v. 32-35); “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxs X12 istifadə etdiyi “Nicat İsmayıl” profilindən 17 iyul 2021-ci il tarixdə saat 02:05-də aşağıdakı status yazılmışdır: “Mənə bilirsiniz nə maraqlıdır? Bu sədər Toplan işçilərinin fotolarını paylaşıb tənqid edirəm. Niyə bu qədər adamın içindən biri çıxıb məni məhkəməyə vermir? Öz hüquqlarını bilmirlər? Yoxsa tapşırılıb üzünüzə söysələr sakit durun? Hüquqlarını pula satmaq deyil bu? Şərəfsizlik bu deyil? Şəxsiyyətini, mənliyini satmaq deyil?” (cild 1, i.v. 36); “İnstagram” sosial şəbəkəsində təqsirləndirilən şəxs X7 istifadə etdiyi “elzax2001” profilindən 22 aprel 2020-ci il tarixdə “Toplan” X44 mərkəzinin işçilərinin fotoşəkilləri paylaşılaraq Günel Musayevanın və Billurə adlı veterinarların üzləri işarələnərək aşağıdakı rəy yazılmışdır: “Hz. Azrail boyuk Melekde bu catlaglara melek adi vermek olmaz bunlar guduzaslamis pula gore her seyin satan pozgunlardi”, “Bunlar pozgun pula satilan pula gore her mundarcilig eden serefsiz f*****di”, “Убийцы несчастных собак в центре убийств бездомных собак «Топлан-собачий ящик». Как их можно назвать женщинами? Проклинайте их пусть они горят в аду эти безбожные (Bədbəxt itlərin qatilləri evsiz itlərin öldürülməsi mərkəzi olan “Toplan- it qutusunda”. Onları necə qadın adlandırmaq olar? Onları lənətləyin ki, bu Allahsızlar cəhənnəmdə yansınlar), “İtlərin qadın adına layiq olmayan qatilləri” (cild 1, i.v. 51-53); “İnstagram” sosial şəbəkəsində təqsirləndirilən şəxs X7 istifadə etdiyi “elzax2001” profilindən 22 noyabr 2020-ci il tarixdə Cəlal Məlikova məxsus instagram profili paylaşılaraq və işarələnərək aşağıda “Ogras 4 goz” ifadəsi qeyd edilmişdir (cild 1, i.v. 54); “İnstagram” sosial şəbəkəsində təqsirləndirilən şəxs X11 istifadə etdiyi “_babazade_aynur” profilindən 06 iyul 2021-ci il tarixdə “Toplan” X44 mərkəzinin işçilərindən olan Günel Musayevanın fotoşəkilləri paylaşılaraq #quldurgünel heşteqi yaradılmaqla Nicat İsmayılov tərəfindən yazılmış aşağıdakı rəy paylaşılmışdır: “Quldur Günel! Toplan qayğı mərkəzinin quldur simalarından biri Günel, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir”, “Günelin hələ Toplan açılmamış da heyvansevərlər manyak olduğunu bildirirlər. Bu cür ruhi xəstə insanları qəsdən mərkəzə topladıqları anlaşılan məsələdir”, “Qaz otaqlarına nəzarəti isə Günel və Billurə edirlər. Hər gün “uf” demədən 30-50 sahibsiz itin ölümünü gözləri ilə görürlər, həzz alırlar”, “Ona mikrob belə demək düşmür”. Həmin paylaşım digər instagram istifadəçilərinin Günel Musayevanın şərəf və ləyaqətini alçadan rəy bildirmələrinə səbəb olmuşdur (cild 1, i.v. 55- 58); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/02 nömrəli ekspert rəyindən görünür ki, sosial şəbəkədə paylaşılmış “Quldur Günel”, “Toplan qayğı mərkəzinin quldur simalarından biri Günel”, “Günel adlı it qatili”, “Mən deyirəm ki, Toplanda işləyən hərkəs şərəfsizdir. Sürücülərindən tutmuş, it tutanları, kinoloqları, baytarları yazı-pozu işinə baxana qədər hamısı şərəfsizdir. Çünki 3-5 manata görə hər şeylərini satıb bu rüşvətxor quldurların, mafianın əməlləri üçün çalışırlar. Billurə, Günel başda olmaqla bütün heyyətinizə şərəfsiz deyirəm, arxasında da dayanıram! Sizin arxanızda dayananlara da şərəfsiz deyirəm” ifadələrində, “...bəlkə ruhları faişədir...şəxsiyyətini pula satmışlar”, ifadələrində, "Bu şərəfsiz quruma hər gün 6-7 baytar girir-çıxır. Cəlal, Suliddin, Aydın və adlarını bilmədiyim neçə baytar şəxsi klinika açıb Bakıda. Bunların 1 qram şərəfi var? Varsa deyin Nicat, səhv deyirsən! Billurə kimi, Günel kimi adamlar olan yerdə hansı humanistlikdən, şərəfdən, insafdan danışmaq olar” ifadələri, “Mənə bilirsiz nə maraqlıdır? Bu qədər Toplan işçilərinin fotolarını paylaşıb tənqid edirəm. Niyə bu qədər adamın içindən biri çıxıb məni məhkəməyə vermir? Öz hüquqularını bilmirlər? Yoxsa tapşırılıb üzünüzə söysələr sakit durun? Hüquqlarını pula satmaq deyil bu? Şərəfsizlik bu deyil? Şəxsiyyətini, mənliyini satmaq deyil?” ifadələrində, “Günelin hələ Toplan açılmamış da heyvansevərlər manyak olduğunu bildirirlər. Bu cür ruhi xəstə insanları qəsdən mərkəzə topladıqları anlaşılan məsələdir”, “mikrob” ifadələrində xüsusi ittihamçılar X25 və X15 şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlar mövcuddur. Məlumatlarda ardıcıl olaraq işlədilmiş “şərəfsiz”, “şərəfini satmış”, “quldur”, “qatil”, “ruhları fahişə”, “manyak”, “ruhi xəstə”, “mikrob” kimi söz, söz birləşməsi və ifadələr təhqiredici xarakterə malikdir. Qeyd olunan cümlələrdə neqativ xarakterli məlumatlar təsdiq və əminlik, bəzi hallarda isə ritorik sual formasında-(cavab tələb olunmayan, cümlədəki fikri xüsusi vurğulamaq üçün işlədilən sual növü)-ifadə olunmuşdur (cild 2, i.v. 1-4); 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 015393 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X33, anası X4r (cild 2, i.v 68); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/769 nömrəli ekspert rəyindən görünür ki, sosial şəbəkədə paylaşılmış “İtlərin qadın adına layiq olmayan qatilləri” ifadəsində əks etdirdiyi iddialar tənqidi fikir, qiymətləndirici mülahizə qismində deyil, fakt kimi təqdim olunduğundan sübuta yetirilmədiyi təqdirdə aid edildiyi şəxslərin şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumat kimi qiymətləndirilməlidir. Bu ifadənin böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Sosial şəbəkədə paylaşılmış “oğraş 4 göz” ifadəsində təhqir semantikası, eləcə də rişxənd etmək, məsxərəyə qoymaq niyyəti olduğundan aid edildiyi şəxslərin şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir xarakterli söz və fikir hesab olunur. Təqdim olunan ifadələrdə ümumilikdə fikirlər faktoloji şəkildə, təsdiq formasında işlədilmişdir (cild 2, i.v. 181-184); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təsdiq edilmiş 26 sentyabr 2022-ci il tarixli tələbnamələrdən görünür ki, X33, X26, X20 və X11 əvvəllər məhkum olunmaları barədə məlumat mövcud deyil. Təqsirləndirilən şəxs və mülki cavabdeh X20 məhkəməyə vəsatət verərək CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 aprel 2020-ci il tarixli epizod üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş 01 ədəd “DVD-R” diskə baxış keçirilən zaman həmin diskdə 17 ədəd fayl olması aşkar edilmiş, həmin fayllara baxış keçirdikdə isə X26, X33, X20 və X27 tərəfindən müxtəlif tarixlərdə “facebook” və “instagram” sosial şəbəkələrində “Toplan” X44 Mərkəzində çalışan baytarların fotoşəkillərinin paylaşılması, şərh bölmələrində şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan böhtan və təhqir xarakterli kommentlərin yazılması aşkar edilmişdir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı vəsatət verərək xüsusi ittihamçılar X32 və X25 xüsusi ittiham qaydasında verdiyi şikayətə sübut qismində əlavə etdikləri 1, 2, 3, 4 və 5 saylı Əlavələrin sübut siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən əlavələr iş üzrə ittihamın düzgün həlli üçün sübut əhəmiyyəti kəsb etdiyindən sübutlar siyahısından çıxarıla bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçılar tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmişdir ki, X33 13 iyul 2021-ci il tarixdə “facebook” sosial şəbəkəsində özünə məxsus “Elkhan Mirzoev” adlı facebook hesabında özü kimi "heyvansevərləri” “Toplan” X2rşısında təşkil ediləcək qanunsuz yığıncağa dəvət etmiş, 22 iyul 2021-ci il tarixdə saat 14:00-da ictimai yer olan mərkəzin binasının qarşısında, onları müşayidə edən kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı yayımlarında xüsusi ittihamçılar X32 və X34 aid fotoşəkilləri əllərində nümayiş etdirməklə onların şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atmış, eləcə də onları öz çıxışlarında və kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən alçaltmaqla təhqir etmişdir. Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, X33 09 iyul 2021-ci il tarixdə saat 05:42-də “facebook” sosial şəbəkəsində özünə məxsus “Elkhan Mirzoev” adlı facebook hesabında, Nicat İsmayılın yazdığı mətni, X21 aid olan fotoda onu “Quldur Günel” adlandırmaqla mətndə “Toplan qayğı mərkəzinin quldur simalarından biri Günel, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir” ifadələrini paylaşaraq onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdır. Belə ki, xx.xx.2022-ci il tarixli 4/02 saylı ekspert rəyi ilə də təsdiq olunur ki, yuxarıda göstərilən ifadələr şərəf və ləyaqəti ləkələyən, nüfuzdan salan məlumatlardır. Lakin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X33 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçıların gəldiyi nəticə əsassız olmaqla, X16 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddələrlə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, xüsusi ittihamçılar tərəfindən şikayət ərizəsinə əlavə edilmiş fotoşəkildə X16 13 iyul 2021-ci il tarixdə “facebook” sosial şəbəkəsində özünə məxsus “Elkhan Mirzoev” adlı facebook hesabından özü kimi "heyvansevərləri” “Toplan” X2rşısında təşkil ediləcək aksiyaya dəvət etməsi görünsə də, X16 ictimai yer olan “Toplan” X2rşısında 22 iyul 2021-ci il tarixdə saat 14:00da təşkil edilmiş və kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı efirlərində yayımlanan aksiyada iştirak etməsi, həmçinin aksiya keçirilən vaxt xüsusi ittihamçılar X32 və X34 aid fotoşəkilləri əlində nümayiş etdirməklə onları təhqir etməsi öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iclasında təqsirləndirilən şəxs X33 ifadəsində qeyd etmişdir ki, uzun müddətdir ki, heyvansevərlər tərəfindən təşkil olunan aksiyalarda iştirak etmiş, lakin 22 iyul 2021-ci il tarixdə keçirilən aksiyada o, iştirak etməmiş və xüsusi ittihamçıların şəkillərini əlində tutmamışdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası CM-nin 148ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni xüsusi ittihamçılar X32 və X35 təhqir etməsi ilə razılaşmır və hesab edir ki, həmin hissədə təqsiləndirilən şəxsin əməlində cinayət tərkibinin olması sübuta yetirilmir. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X5rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X24 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və X19 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X24 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində təhqir cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs X24 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X12 əməllərinə hüquqi qiymət verərək hesab edir ki, onun tərəfindən xüsusi ittihamçılar X25 və X15 şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların və nalayiq ifadələrin kütləvi informasiya vasitələrində yayılması və bununlada əməlində böhtan və təhqir cinayətlərinin tərkib əlamətlərinin olması iş materialları və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təsdiqlənmişdir. Belə ki, təqsirləndirilən şəxs X26 “Facebook” sosial şəbəkəsində olan özünə məxsus “Nicat İsmayıl” adlı profilindən 06 iyul 2021-ci il tarixdə, saat 09:29-da “Quldur Günel! Toplan qayğı mərkəzinin quldur simalarından biri Günel, heyvansevərlərə nifrət etdiyini, prinsip apardığını açıq-aydın nümayiş etdirir. Bu Günel adlı it qatili heyvansevərlərlə məzələnir”, 16 iyul 2021-ci il tarixdə “dövlətdən 60 milyon manatı mənimsəyib, itləri qətl edən quldur”, “Dünənki etiraz aksiyasında əllərdə tutulan Toplan qatillərinin fotolarını yaxşı görmədiniz?”, “..bəlkə ruhları faişədir...şəxsiyyətini pula satmışlar”, 17 iyul 2021-ci il tarixdə “Mənə bilirsiniz nə maraqlıdır? Bu qədər Toplan işçilərinin fotolarını paylaşıb tənqid edirəm. Niyə bu qədər adamın içindən biri çıxıb məni məhkəməyə vermir? Öz hüquqlarını bilmirlər? Yoxsa tapşırılıb üzünüzə söysələr sakit durun? Hüquqlarını pula satmaq deyil bu? Şərəfsizlik bu deyil? Şəxsiyyətini, mənliyini satmaq deyil?” ifadələri olan məqalələri və xüsusi ittihamçıların fotoşəkillərini paylaşmaqla, digər istifadəçilərin də diqqətini cəlb etməklə tərəflərindən şərh bölməsində təhqiramiz ifadələr özündə əks etdirən kommentlərin yazılmasına və digər informasiya resurslarında həmin məqalələrin və fotoşəkillərin paylaşılmasına nail olmaqla onların şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan yalan məlumatları bilə-bilə yaymaqla böhtan atmış, 06 iyul 2021-ci il tarixdə paylaşdığı məqalələrdə xüsusi ittihamçı X21 münasibətdə “şərəfsiz” sözünü istifadə etməklə onun şərəf və ləyaqətini qəsdən alçaltmaqla təhqir etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli 4/02 saylı ekspert rəyi ilə də müəyyən olunur ki, yuxarıda göstərilən ifadələr şərəf və ləyaqəti ləkələyən, nüfuzdan salan məlumatlar olmaqla yanaşı, “şərəfsiz” sözü təhqiredici xarakterə malikdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. Məhkəmə hesab edir ki, X26 tərəfindən 22 iyul 2021-ci il tarixdə saat 14:00-da ictimai yer olan “Toplan” X44 Mərkəzinin yerləşdiyi binanın qarşısında, onları müşahidə edən kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı yayımlarında xüsusi ittihamçılar X32 və X34 aid fotoşəkilləri əlində nümayiş etdirməklə onların şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atması sübuta yetirilmədiyindən, eləcə də, X26 tərəfindən 10 iyul 2021-ci il tarixdə, saat 08:56-da “facebook” sosial şəbəkəsində paylaşdığı məqaləsində xüsusi ittihamçı X34 münasibətdə təhqir və böhtanla bağlı konkret hansı ifadənin işlədilməsi göstərilmədiyindən, X21 münasibətdə isə ittihamda göstərildiyi “şərəfdən, humanizmdən uzaq insan” ifadəsi öz əksini tapmadığından, həmçinin X26 1864 nəfər tərəfindən “izlənildiyi” “instagram” sosial şəbəkəsində özünə məxsus “nicat.ismayıl.17” adlı hesabında 10 yanvar 2021-ci il, 04 may 2021-ci il, 06 iyul 2021-ci il, 14 iyul 2021-ci il və 17 iyul 2021-ci il tarixli paylaşımlarında təkrarən “Toplan” X44 Mərkəzinin baytar işçiləri kimi xüsusi ittihamçılar X32 və X25 şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan konkret hansı ifadələrlə böhtan atması və təhqir etməsi göstərilməyərək xüsusi ittihamçılar tərəfindən bu barədə heç bir sübut təqdim edilmədiyindən həmin bəndlər xüsusi ittihamdan xaric edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X20 tərəfindən “instagram” sosial şəbəkəsində özünə məxsus “elzax2001” adlı hesabından 22 noyabr 2020-ci il tarixdə xüsusi ttıihamçı X34 məxsus “instagram” profilini paylaşaraq şərəf və ləyaqətini alçaldılmasının, ona məxsus profil şəklinin altında başqa “instagram” hesabı istifadəçilərinin nalayiq təhqirlər yazmasına səbəb olunmasının, o cümlədən həmin rəylərdən birinə yazdığı cavabda onun haqqında “oğraş dörd göz” ifadəsini işlətməklə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/769 nömrəli ekspert rəyindən görünür ki, sosial şəbəkədə paylaşılmış “oğraş 4 göz” ifadəsi təhqir semantikası, eləcə də rişxənd etmək, məsxərəyə qoymaq niyyəti olduğundan aid edildiyi şəxslərin şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir xarakterli söz və fikir hesab olunur. Məhkəmə təqsirləndirilən şəxs X20 tərəfindən Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayətinin törədilməsi ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçılar X32 və X39 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən və iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, İlhamə Nəsirova “instagram” sosial şəbəkəsində özünə məxsus “elzax2001” adlı hesabından 22 aprel 2020-ci il tarixdə xüsusi ittihamçı X32 və digər əməkdaşları ilə birlikdə kollektiv şəkillərini paylaşaraq həmin fotoşəkilin altında “Hz. Azrail boyuk Melekde bu catlaglara melek adi vermek olmaz bunlar guduzaslamis pula gore her seyin satan pozgunlardi”, “Bunlar pozgun pula satilan pula gore her mundarcilig eden serefsiz f*****di” kimi ifadələr işlədərək onları işarələməklə sosial şəbəkədə açıq müzakirəyə qoyması və 24 aprel 2020-ci il tarixdə həmin şəkilə ‘‘İtlərin qadın adına laiq olmayan qatilləri” başlığı verməklə fotoşəkilə təhqiramiz rəylər yazılmasına səbəb olması, bununlada X21 bilərək böhtan atması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə, X20 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin 22 aprel 2020-ci il və 24 aprel 2020-ci il tarixlərdə törədilməsini, cinayətin törədildiyi gündən iki il keçməsini, təqsirləndirilən şəxsin məhkəməyə təqim etdiyi vəsatətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X20 həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair hissədə cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X27 tərəfindən törədilmiş əməllərə münasibətdə belə qənaətə gəlir ki, o, “instagram” sosial şəbəkəsində özünə məxsus “_babazade_aynur” adlı hesabında 06 iyul 2021-ci il tarixdə xüsusi ittihamçı X21 aid fotoşəkili paylaşaraq həmin fotoşəkilin altında “Quldur Günel”, “...Günelin hələ Toplan açılmamış da heyvansevərlər manyak olduğunu bildirirlər. Bu cür ruhi xəstə insanları qəsdən mərkəzə topladıqları anlaşılan məsələdir”, “Mikrob” ifadələrini qəsdən işlədək xüsusi ittihamçı X21 böhtan atmaqla, eyni zamanda təhqir etmiş və digər istifadəçilərin həmin paylaşımın altında nalayiq ifadələr yazmalarına və bəyənmələrinə şərait yaratmış, bununla da Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli 4/02 saylı ekspert rəyi ilə də müəyyən olunur ki, “Quldur Günel” ifadəsi şərəf və ləyaqəti ləkələyən, nüfuzdan salan məlumatlar olmaqla yanaşı, “ruhi xəstə” ifadəsi, “manyak”, “mikrob” sözləri təhqiredici xarakterə malikdir. X27 tərəfindən 22 iyul 2021-ci il tarixdə saat 14:00-da ictimai yer olan “Toplan” X44 Mərkəzinin yerləşdiyi binanın qarşısında, onları müşahidə edən kütləvi nümayiş edilən sosial şəbəkə platformalarının canlı yayımlarda xüsusi ittihamçılar X32 və X34 aid fotoşəkilləri əllərində nümayiş etdirməklə onların şərəf və layaqətlərini ləkələyən, nüfuzdan salan ifadələri işlətməklə böhtan atması, eləcə də onları öz çıxışlarında və kütləvi nümayiş etdirilən sosial şəbəkədə qəsdən alçaltmaqla təhqir etməsi sübuta yetirilmədiyindən həmin bənd xüsusi ittihamdan xaric edilməlidir. Böhtanla bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Təhqirlə bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və xüsusi ittihamçıların ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, təqdim edilmiş fotoşəkillərin, 01 ədəd “DVD-R” diskdə olan görüntülərin, ekspert rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər X26, X20 və X11 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə, təqsirləndirilən şəxs X16 törətdiyi əməl isə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, təqsirləndirilən şəxslər X16, X12, X7 və X11 məhkəmə iclasında özlərini təqsirli bilməmələrini, həmin paylaşımları “Toplan” X44 mərkəzi haqqında etmələri barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətdən yayınmaq üçün verilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər X33 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə, X20 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi, X26 və X27 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli hesab edilməli və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin qeyd olunan maddələrlə törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35 X30rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə təqsirləndirilən şəxs X16 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X8 olmasını (CM-59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X16 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X12 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X12 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X7 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X11 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X11 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X33 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X17 hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cinayət təqibinə xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X18 hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, xüsusi ittihamçılar X39 və X32 onlara vurulmuş mənəvi ziyana görə təqsirləndirilən şəxslər X33, X26, X20 və X9 müştərək qaydada 100.000 (yüz min) manat pul vəsaitinin tutulmaqla, həmin pulun 50000 (əlli min) manatının “Yaşat” fondunun, 50000 (əlli min) manatının isə “X31” hesabına köçürülməsini xahiş etmişlər. Təqsirləndirilən şəxslər X33, X26, X20 və X27 məhkəmə iclasında mülki iddiaya etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 3 noyabr 2008ci il tarixli 7 saylı qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 10 və 11-ci bəndlərinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər və mülki cavabdehlər X33, X26, X20 və X27 tərəfindən xüsusi ittihamçılar X39 və X32 haqqında qəsdən böhtan və təhqir dolu məlumatların internet informasiya ehtiyyatlarında qəsdən yayılaraq xüsusi ittihamçılara mənəvi zərərin vurulması, yaxın qohumlar və cəmiyyət arasında olan nüfuzlarına xələl gətirilməsi təsdiq edildiyindən və mülki iddia əsaslı olduğundan qanunvericiliyin ümumi müddəaları nəzərə alınmaqla qismən təmin edilməli, təqsirləndirilən şəxslər və mülki cavabdehlər X13 mənəvi ziyana görə 500 (beş yüz) manat, X10 mənəvi ziyana görə 1000 (min) manat, X6 mənəvi ziyana görə 700 (yeddi yüz) manat və X9 mənəvi ziyana görə 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq xüsusi ittihamçılar və mülki iddiaçılar X15 və X25 xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM- 132), iş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizası tədqiqatlarının dəyəri 63.5 (altmış üç manat əlli qəpik) manat X13, 63.5 (altmış üç manat əlli qəpik) manat X10, 63.5 (altmış üç manat əlli qəpik) manat X9 və 63.5 (altmış üç manat əlli qəpik) manat X6 alınaraq dövlət büdcəsinin nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X33 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. X26 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1300 (min üç yüz) manat cərimə cəzasına, CM-nin 148-ci maddəsi ilə təqsili bilinərək 1300 (min üç yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla X17 qəti olaraq 2000 (iki min) manat cərimə cəzası təyin edilsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cinayət təqibinə xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. X27 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına, CM-nin 148-ci maddəsi ilə təqsili bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla X18 qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilsin. Mülki iddia qismən təmin edilsin. X13 mənəvi ziyana görə 500 (beş yüz) manat pul tutularaq xüsusi ittihamçılar X15 və X25 xeyrinə ödənilsin. X10 mənəvi ziyana görə 1000 (min) manat pul tutularaq xüsusi ittihamçılar X15 və X25 xeyrinə ödənilsin. X6 mənəvi ziyana görə 700 (yeddi yüz) manat pul tutularaq xüsusi ittihamçılar X15 və X25 xeyrinə ödənilsin. X9 mənəvi ziyana görə 700 (yeddi yüz) manat pul tutularaq xüsusi ittihamçılar X15 və X25 xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-linqvistik ekspertizası tədqiqatlarının dəyəri 63.5 (altmış üç manat əlli qəpik) manat X13, 63.5 (altmış üç manat əlli qəpik) manat X10, 63.5 (altmış üç manat əlli qəpik) manat X9 və 63.5 (altmış üç manat əlli qəpik) manat X6 alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-23/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-23/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver