Məhkəmə qərarları › İş №1(011)-231/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-231/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-231/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər və mülki iddiaçılar X12 və X9, onların etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, məhkəməyə videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdeh X7, onun etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hal-hazırda Türkiyə Respublikası, Konya şəhəri, Səlçuklu ilçəsi, Yazır məhəlləsi, Əmircan küçəsində yerləşən “İdeal 25” adlı yataqxanada yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 və X22 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 qohumlarının və tanışlarının yanında şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltdığına, eyni zamanda yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları yaymaqla onlara böhtan atdığına görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılmasını, X3 onlara vurulmuş mənəvi ziyana görə hər birinin xeyrinə 3000 (üç min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində mənəvi ziyanın, mülki iddianın verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 6100 (altı min yüz) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi tələb edilən X14 xüsusi ittiham qaydasında şikayət verən şəxslərdən X12 həyat yoldaşıdır. X16 Lalə 2019-cu ildə ailə həyatı qurmuş və azyaşlı bir qız övladları vardır. Hacıyev Samir nikahın pozulması tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, lakin Hacıyeva Lalə azyaşlı övladı olduğu üçün, ailəsinin heç bir əsas olmadan dağılmaması naminə məhkəmədən vaxt verilməsini xahiş etmiş, məhkəmə tərəflərə barışıq üçün 3 ay vaxt verməklə məhkəmə iclasını təxirə salmışdır. X23 Lalənin boşanmanı dərhal qəbul etmədiyinə görə dəfələrlə ona təzyiqlər edib, onu şərləyəcəyi, öldürəcəyi barədə mesajlar yazmışdır. Cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdikləri şəxs Hacıyev Samirin xüsusi ittiham qaydasında şikayətçilərə qarşı AR CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş sonuncu hərəkətləri - yalan olduğunu bilə-bilə həmin şəxslərin şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları, eyni zamanda həmin şəxslərin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları xx.xx.2021-ci il tarixində “watsapp” sosial şəbəkəsi vasitəsi ilə xüsusi ittihamçıların qohumlarına və tanışlarına göndərməklə törədilmişdir. X14 xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikası ərazisində olarkən istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xüsusi ittihamçılar barəsində yalan olduğunu bilə-bilə həmin şəxslərin şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları, eyni zamanda həmin şəxslərin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları X1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə, X10 istifadəsində olan 055 ***-**-** mobil nömrəsinə, X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə, X8 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “watsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Həmin mesajlarda mətnlər eyni olmaqla xüsusi ittihamçıların şərəf və ləyaqətinə böhtan və təhqiredici xarakterli çox ağır ifadələr qeyd olunmuşdur. Belə ki, həmin mesajlarda xüsusi ittihamçı X18 barədə “ee şerefsiz oğraş e biqeyret sen deyildin menim yanımda bankda gəlip pul alan” və “Durub mənə qeyrət davası döyməyin şərəfsizlər”, “soxun içinizə eşidirsiz” cümlələrində “şerefsiz oğraş və biqeyret”, “şərəfsizlər”, “soxun içinizə” ifadələri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş və bununla da AR Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Eyni zamanda, həmin mesajlarda xüsusi ittihamçı X22 barədə “Mənnən qabaq mənim qrup yoldaşımla sevgili olduğunu niyə demir, onnan yediyi poxları mənnən bağladı məcbur qaldım boğazıma ilişdiki məni almalısan”. “Toy gecəsi mən kəsib qanını tökmüşdüm, heç o qız da deyildi. Durub mənə qeyrət davası döyməyin şerefsizler”, “Sizin hamınız bir köpüysüz insanlarsız aylarca maşında mənnən yediyi qələtləri soruş”, “soxun içinizə eşidirsiz” cümlələrində qeyd etdiyi “onnan yediyi poxları mənnən bağladı məcbur qaldım boğazıma ilişdiki məni almalısan”, “Toy gecəsi mən kəsib qanını tökmüşdüm, heç o qız da deyildi” - məlumatlarının yalan olduğunu bilə-bilə Lalə Hacıyevanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atmış, eyni zamanda, “Durub mənə qeyrət davası döyməyin şərəfsizlər”, “soxun içinizə eşidirsiz” cümlələrində “şərəfsizlər”, “soxun içinizə” ifadələri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş və bununla da AR Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd olunan təhqir və böhtan xarakterli mesaj mətnlərinin göndərildiyi telefon nömrələrinin kimə məxsus olduğuna dair mobil operatorların verdiyi arayışlar, mesaj mətnlərinin kağız daşıyıcıda çıxarışları sübut kimi xüsusi ittiham qaydasında şikayətə əlavə olunur. Xüsusi ittihamçılar və onların ailə üzvləri dövlətin qayda-qanununa, cəmiyyətin əxlaqi-mənəvi dəyərlərinə həmişə hörmətlə yanaşıb, bunu hər kəsə münasibətdə qoruyub saxlamağa çalışmışlar. Bunu onları tanıyan hər kəs də təsdiq edə bilər. Bütün qonşularla və onları tanıyan hər kəslə mehriban münasibətləri vardır. Hacıyev Samir etdiyi əxlaqa zidd hərəkətlərindən nəticə çıxarmaq əvəzinə xüsusi ittihamçılara qarşı qanunazidd hərəkətlər etməkdə davam edir. Xüsusi ittihamçılar və onların digər ailə üzvləri artıq bu şəxsin abırhəyadan kənar, qeyri-etik, onların və ailələrinin digər üzvlərinin barəsində yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları yayan, şərəfini və ləyaqətini hamının yanında qəsdən alçaldan qanunsuz hərəkətlərinə dözə bilmirlər. Məhkəmə iclasında xüsusi ittihamçı və mülki iddiaçı X22 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X14 ilə 2019-cu ildə ailə həyatı qurmuş və həmin nikahdan bir qız övladları dünyaya gəlmişdir. Samir Hacıyev nikahın pozulması tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, lakin o, azyaşlı övladı olduğu üçün, ailəsinin heç bir əsas olmadan dağılmaması naminə məhkəmədən vaxt verilməsini xahiş etmiş, məhkəmə onlara barışıq üçün 3 ay vaxt verməklə məhkəmə iclasını təxirə salmışdır. X19 boşanmağı dərhal qəbul etmədiyinə görə dəfələrlə ona təzyiqlər edib, onu şərləyəcəyi, öldürəcəyi barədə mesajlar yazmışdır. Bundan sonra Samir Hacıyev onun və qardaşı X9 şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaldan yalan məlumatları “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onların qohumlarına və tanışlarına göndərməyə başlamışdır. Belə ki, Samir Hacıyev həmin mesajlarda onun evlənməmişdən əvvəl qrup yoldaşı ilə münasibətinin olması barədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yayaraq onun namusuna xələl gətirmişdir. X7 böhtan və təhqir məzmunlu mətnləri “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onun qohumlarına və tanışlarına göndərməsindən xx.xx.2021-ci il tarixdə məlumatları olmuş, həmin mətni oxuduqdan dərhal sonra onların yüksək əsəb sarsıntısı keçirmələri səbəbindən təxminən 5-6 gün başlarında ağrılar olmuş, normal qidalanma və yuxu rejimləri pozulmuş, onları tanıyan hər kəslə münasibətdən uzaq olmağa, özlərinə qapanmağa başlamış və dərin depressiv pozuntu keçirmişlər. Odur ki o, X7 qohumlarının və tanışlarının yanında şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltdığına, eyni zamanda yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları yaymaqla onlara böhtan atdığına görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılmasını, X3 onlara vurulmuş mənəvi ziyana görə onun və qardaşının xeyrinə ayrı-ayrılıqda 3000 (üç min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində mənəvi ziyanın, mülki iddianın verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 6100 (altı min yüz) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı və mülki iddiaçı X18 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X14 ilə bacısı X22 2019-cu ildə nikah bağlamışlar və həmin nikahdan bir qız övladları vardır. Samir Hacıyevlə X28nın aralarında olan ailə münasibətləri pozulduğundan Samir Hacıyev onun və bacısının şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaldan yalan məlumatları “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onların qohumlarına və tanışlarına göndərməyə başlamış və onlara həqiqəti əks etdirməyən həmin məlumatlarla böhtan atmışdır. Samir Hacıyevin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişlər, həmin qanunsuz hərəkətlər onların psixoloji-emosional vəziyyətlərinə mənfi təsir etmiş və şüurlarında müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Həmçinin, X14 tərəfindən böhtan və təhqir məzmunlu mətn “watsapp” sosial şəbəkəsi vasitəsi ilə 10 nəfərdən çox şəxsə göndərilmiş, həmin şəxslərin bəziləri həmin böhtan və təhqir məzmunlu mətni oxuduqdan sonra mobil telefonun yaddaşından silmiş, bəzilərinin telefonunun texniki konfiqurasiyasından asılı olaraq avtomatik silinmiş, bəzi şəxslər isə məhkəmədə şahid kimi ifadə verməkdən çəkindiklərindən məhkəməyə şahid kimi gəlmək istəməmişlər. Odur ki o, X7 qohumlarının və tanışlarının yanında şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltdığına, eyni zamanda yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları yaymaqla onlara böhtan atdığına görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılmasını, X3 onlara vurulmuş mənəvi ziyana görə onun və bacısının xeyrinə ayrı-ayrılıqda 3000 (üç min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində mənəvi ziyanın, mülki iddianın verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 6100 (altı min yüz) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh X14 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə X22 ilə ailə həyatı qurmuş və həmin nikahdan bir qız övladları dünyaya gəlmişdir. Aralarında olan münasibətlər baş tutmadığından o, nikahın pozulması tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, lakin Lalə Hacıyeva boşanmaq istəmədiyindən hər dəfə müxtəlif bəhanələr gətirərək məhkəmə prosesini uzatmışdır. O, doktorantura pilləsində təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Konya şəhərinə getmişdir. Lakin xüsusi ittihamçılar tərəfindən müxtəlif dövlət qurumlarına onun barəsində şikayət məktubları yazıldığından, Azərbaycan Respublikasının Konya şəhərində yerləşən konsulluğunun müraciəti əsasında o, təhsil aldığı universitetdən xaric olunmuşdur. Bundan başqa, Lalə Hacıyeva ilə evli olduğu müddətdə sonuncunun qardaşı X18 ilə birlikdə banka gedərək onun adına müəyyən məbləğdə kredit götürmüşlər. Lakin, sonradan o, atası ilə əlaqə saxladıqda, ona bildirilmişdir ki, təxminən 3 aya yaxındır ki, kredit borcları ödənilmir, xüsusi ittihamçılar isə həmin borcdan xəbərləri olmadığını bildirirlər. Təhsil aldığı universitetdən qovulduğunu və onun adına götürülmüş kredit borclarının ödənilmədiyini o, Ankaradan qatarla qayıdan zaman öyrənmiş və həmin xəbərlər nəticəsində psixi sarsıntı keçirmiş, hətta həmin vaxt ona tibbi yardım da göstərilmişdir. Bundan sonra o, öz emosiyalarını idarə edə bilməmiş və məhkəməyə təqdim olunmuş həmin SMS mətnlərini yazaraq Lalə Hacıyevanın qohumlarına göndərmişdir, lakin təxminən neçə nəfərə göndərdiyini hazırda xatırlamır. Həmçinin, Ziya Bağırzadə onun istifadəsində olan mobil nömrəyə təhqir xarakterli mesajlar göndərən zaman o da öz növbəsində banka pul götürmək üçün birlikdə getdiklərini, təsdiq kodunun onun telefonuna göndərildiyini, nə üçün borcdan xəbərsiz olduğunu bildirməsini qeyd etmişdir. Lalə Hacıyeva və Ziya Bağırzadə barəsində yazılan mesajlar ona aiddir, lakin həmin mesajlarda göstərilən xüsusatlar həqiqəti əks etdirdiyindən böhtan xarakteri daşıya bilməz, həmçinin hal-hazırda həmin mətnlərdə göstərilən hallar Lalə Hacıyeva ilə aralarında olan şəxsi münasibətlər zamanı ortaya çıxdığından yalan xarakterli olmadıqlarını sübut etmək hal-hazırda qeyri-mümkündür. Beləliklə o, göstərilənləri nəzərə alaraq əməlində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, X22 onun doğma qızı, X18 isə onun doğma oğludur. X33 2019-cu il tarixdə X14 ilə ailə qurmuş və həmin nikahdan onların bir qız övladı dünyaya gəlmişdir. Lakin sonradan Samir Hacıyev məhkəməyə müraciət edərək qızı ilə bağlanmış nikahın pozulmasını tələb etmişdir. X33 isə ailəsinin əsassız yerə pozulmasını istəmədikdə, Samir Hacıyev qızının və oğlunun barələrində şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaldan yalan məlumatları “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onların yaxın qohumlarına və tanışlarına göndərməyə başlamış və onlara həqiqəti əks etdirməyən həmin məlumatlarla böhtan atmışdır. X25 evlənməmişdən əvvəl başqa heç bir kəslə münasibətinin olmamasına baxmayaraq, Samir Hacıyev tərəfindən onun şərəf və ləyaqətini ləkələyən əsassız məlumatlar qohumları arasında yayılmışdır. Onlar bir ailə kimi cəmiyyətin əxlaqi-mənəvi dəyərlərinə həmişə hörmətlə yanaşmış, bunu hər kəsə münasibətdə qoruyub saxlamağa çalışmışlar, X31in qanunazidd hərəkətləri nəticəsində ciddi psixi sarsıntı keçirmiş və mənəvi iztirab çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, X22 onun doğma bacısıdır. X28 2019-cu il tarixdə X14 ilə ailə qurmuş və həmin nikahdan onların bir qız övladı dünyaya gəlmişdir. Samir Hacıyev bacısı və qardaşı Ziya Bağırzadə barəsində həqiqətə uyğun olmayan mesajlar yazaraq yaxın qohumlarına və ailə üzvlərinə göndərmiş və bununlada onlar əsassız yerə böhtan atmışdır. O, bacısının evlənməmişdən əvvəl başqaları ilə münasibətinin olduğunu bildirərək ailə üzvlərini “namussuz və qeyrətsiz” adlandırmaqla təhqir etmişdir. Onlar həmişə ailə olaraq cəmiyyətdə formalaşmış mentalitetə uyğun olaraq yaşamış və əxlaqi-mənəvi dəyərlərə hörmətlə yanaşmışlar, odur ki, onların ailəsində sözügedən mesajlarda qeyd olunan halların baş verməsi yolverilməzdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə yaxın qohumları olan X12 evli olduğu X14 tərəfindən onun istifadəsində olan mobil telefon nömrəsinə Lalə Hacıyeva və Ziya Bağırzadənin şərəf və ləyaqətini alçaldan SMS mətni gəlmişdir. O, mesajı oxuduqdan sonra sildiyi üçün halhazırda həmin mesajı məhkəməyə təqdim etmək iqtidarında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə yaxın qohumları olan X12 evli olduğu X14 tərəfindən onun istifadəsində olan mobil telefon nömrəsinə Lalə Hacıyeva və Ziya Bağırzadənin şərəf və ləyaqətini alçaldan SMS mətni gəlmişdir. Lakin mesaj telefonundan silindiyi üçün halhazırda həmin mesajı məhkəməyə təqdim etmək qeyri-mümkündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-dən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)- 231/2022 saylı sorğuya cavab məktubundan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi X7 adına olmuşdur. “Whatsapp” proqramı vasitəsilə ***-***-**-** saylı mobil telefon nömrəsindən göndərilmiş SMS mətninin ekran görüntülərindən görünür ki, təqsirləndirilən şəxs X14 tərəfindən göndərilmiş həmin SMS mətnlərində aşağıdakılar qeyd edilmişdir: “Ay axşama qədər qeyrəttən şərəfdən namusdan əxlaqdan danışanlar. Ə sənin o bacın maşında mənnən biryerde yediyi qəlıt vaxdı polisin tutmağınnan niye danışmır. Nişannan aylar qabaq neçə dəfə bizim evə gətirdiyimnən danışmır. Esgerlikde olan mennen evli olan vaxdı köhnə sevgilsiinnən danıçdığını tutmuşdum yalvardı yaxardı üsdünü bağladım Mənnən qabaq mənim qrup yoldaşınla sevgili olduğunu niye demir onnan yediyi poxları mənnən bağladı məcbur qaldım boğazıma ilişdiki məni almalısan. Ee şerefsiz oğraş e biqeyrət sən deyildin mənim yanımda bankda gəlip pul alan. Məni türkiyədə rüsvay etməyə çalışırsız. Mən qıza göre susdum amma day bəsdi özüvüzü yığışdırın bu mənim son uyarımdı. Toy gecəsi mən kəsib qanını tökmüşdüm heç o qızda deyildi. Durub mənə qeyrət davası döyməyin şerefsizlər. Sizin hamınız bir köpüysiz insanlarsız aylarca maşında mənnən yediyi qələttəri sorus. Heç o qızında mənnən olduğuna inanmıram. Mən dna analizi istəyəcəm. soxun içinizə eşidirsiz məni sizin elədikləriniz elnən birdi. Bütün qohumlarınızı mən yaxşı tanıyıram olar sizi tanımıyıb. Durub mənə qeyrət davası döyməyin. Məni burdan deport ettirməy isdiyirsiz. Mən burdan başqa ölkəyə gedecəm baxım hələ necə geri göndərirsiz. Məni geri gönderddirib qeyrəd davası döyənəcən indiyədək lalənin harda nə pox yediyini mənnən qabaq mənnəb sora əsgərlildə olan sevgilisiynən dandıqlarını bir gedin oları araşdırın mən bu yazını bütün qohumlarınıza göndərəcəyəm. Məni zorla evlənməyə məcbur bıraxdı. Yediyi poxlarlaki özümü öldürəcəm. Durub qızın üsdünnən mənə oynamayın. Əlimlə verdiyim pulu dananlardan mən nə gözləyirəmki. Bir gedin öz şərəfinizi ləyaqətinizə baxın mənə durub qeyrət davası döyməyin. Mən indiyə qədər susdum ama susmayacam. Artıq tele qüllənin yanında maşında iş qarışdıranda qeyrət düşərdi yadına polislər tutanda indi mənə qeyrət deyirsiz. Mən susub insan kimi ayrılıb özünədə dedim gəl uşağa baxax sakitcə hərə öz işinə diliylə mənə yazdı durur mesajlar. Sen sussan məndə susaram. Heçnə demə. Mən susdum ama o, susmadı. Dahada məndə susmayacam. İtirməyə bir şeyi olan qorxar mənim itirəcək bir şeyim yoxdu. Ağlınızı başınıza yığın – Laləlin qohumlarına göndərin”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təsdiq edilmiş 26 sentyabr 2022-ci il tarixli tələbnamələrdən görünür ki, X7 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X14 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçıların gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əvvəla nəzərə çatdırılmalıdır ki, xüsusi ittihamçılar tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmişdir ki, X14 həmin mesajlarda xüsusi ittihamçı X18 barədə “ee şerefsiz oğraş e biqeyret sen deyildin menim yanımda bankda gəlip pul alan” və “Durub mənə qeyrət davası döyməyin şərəfsizlər”, “soxun içinizə eşidirsiz” cümlələrində “şerefsiz oğraş və biqeyret”, “şərəfsizlər”, “soxun içinizə” ifadələri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmişdir ki, X14 həmin mesajlarda xüsusi ittihamçı X22 barədə “Mənnən qabaq mənim qrup yoldaşımla sevgili olduğunu niyə demir, onnan yediyi poxları mənnən bağladı məcbur qaldım boğazıma ilişdiki məni almalısan”. “Toy gecəsi mən kəsib qanını tökmüşdüm, heç o qız da deyildi. Durub mənə qeyrət davası döyməyin şerefsizler”, “Sizin hamınız bir köpüysüz insanlarsız aylarca maşında mənnən yediyi qələtləri soruş”, “soxun içinizə eşidirsiz” cümlələrində qeyd etdiyi “onnan yediyi poxları mənnən bağladı məcbur qaldım boğazıma ilişdiki məni almalısan”, “Toy gecəsi mən kəsib qanını tökmüşdüm, heç o qız da deyildi” məlumatlarının yalan olduğunu bilə-bilə Lalə Hacıyevanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atmış, eyni zamanda, “Durub mənə qeyrət davası döyməyin şərəfsizlər”, “soxun içinizə eşidirsiz” cümlələrində “şərəfsizlər”, “soxun içinizə” ifadələri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, X14 29 dekabr 2022-ci il tarixdə xüsusi ittihamçılar X12 və X9 barələrində məzmununda “ee şerefsiz oğraş e biqeyret sen deyildin menim yanımda bankda gəlip pul alan”, “Durub mənə qeyrət davası döyməyin şərəfsizlər”, “soxun içinizə eşidirsiz” cümlələrini əks etdirən mesajlar yazılaraq “Whatsapp” proqramı vasitəsilə ayrı-ayrılıqda və müxtəlif vaxtlarda onların yaxın qohumlarına və tanışlarına göndərmiş, sözügedən fakt həm məhkəməyə təqdim olunmuş ekran görüntüləri, həm də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Samir Hacıyevin ifadəsində göstərdiyi xüsusatlarla öz təsdiqini tapmışdır. Xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından, eləcə də “Azərbaycan dilinin izahlı lüğəti”ndən “şərəfsiz”, “biqeyrət”, “oğraş” kimi sözlərin şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldan sözlər olduğu müəyyən olunur. Lakin qeyd edilməlidir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə yuxarıda istinad olunan qanunvericiliyin normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, X7 xüsusi ittihamçılar X12 və X9 barələrində məzmununda təhqir və böhtan xarakterli cümlələri əks etdirən mesajları yazaraq “Whatsapp” proqramı vasitəsilə ayrı ayrılıqda və müxtəlif vaxtlarda onların yaxın qohum və tanışlarına göndərməsi halı onun əməlində təhqir və böhtan cinayətinin tərkib əlamətinin olmasına və bununla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi üçün hər hansı bir əsasın mövcudluğuna dəlalət etmir. Belə ki, şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “Azərbaycan dilinin izahlı lüğəti”ndən də görünür ki, kütləvi sözü geniş xalq kütləsinin, yaxud çoxlu adamın iştirakı ilə olan; kütləyə xas olan mənasını bildirir. Hazırki işdə təhqir və ehtimal edilən böhtan xarakterli cümlələri əks etdirən mesajların kütləvi olaraq yayılması halı isə müəyyən olunmamışdır. Bundan başqa “Whatsapp” ani mesajlaşma mübadilə sistemidir və bu proqram vasitəsilə göndərilən mesaj kütləvi nümayiş edilmədən yalnız ünvanlanan şəxsə mübadilə olunmaqla nəticələnir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli qanununun 2-ci maddəsində “internet informasiya ehtiyatı” və “domen”in anlayışı verilmişdir. Həmin qanunun 13-1-ci maddəsinin icrası məqsədilə hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2019-cu il tarixli 63 saylı qərarı ilə təsdiq edilmiş “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nda domenin kimin tərəfindən qeydiyyatdan keçməsi, onlara texniki xidmət və s. məsələlər açıqlanır. Həmin açıqlamalardan belə nəticəyə gəlinir ki, “Whatsapp” vasitəsilə yayılmış hər hansı məlumat internet informasiya ehtiyatında yayılmış məlumat hesab edilə bilməz. Lakin məhkəməyə təqdim olunmuş ekran görüntülərindən və şahidlərin ifadələrindən açıq aşkar məlum olur ki, sözügedən mesajlar hər hansı bir kütləvi nümayiş etdirilmə olmadan internet informasiya ehtiyatı hesab olunmayan “Whatsapp” tətbiqi vasitəsilə həmin an sırf göndərilən şəxsə mübadilə edilərək göndərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Xüsusi ittihamçı X22 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 onun yaxın qohumlarına və tanışlarına yalan olduğunu bilə-bilə göndərdiyi “Mənnən qabaq mənim qrup yoldaşımla sevgili olduğunu niyə demir, onnan yediyi poxları mənnən bağladı məcbur qaldım boğazıma ilişdiki məni almalısan”. “Toy gecəsi mən kəsib qanını tökmüşdüm, heç o qız da deyildi. Durub mənə qeyrət davası döyməyin şerefsizler”, “Sizin hamınız bir köpüysüz insanlarsız aylarca maşında mənnən yediyi qələtləri soruş” cümlələrini əks etdirən mesajlarla onun şərəf və ləyaqətini ləkələməklə onu nüfuzdan salmasını və ona böhtan atmasını əsas gətirmişdir. Məhkəmə iclasına videokonfrans əlaqə sistemindən istifadə olunmaqla qoşulmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X14 ifadəsində qeyd etmişdir ki, həmin mesajlarda göstərilən xüsusatlar həqiqəti əks etdirdiyindən böhtan xarakteri daşıya bilməz, həmçinin hal-hazırda həmin mətnlərdə göstərilən hallar Lalə Hacıyeva ilə aralarında olan şəxsi münasibətlər zamanı ortaya çıxdığından yalan xarakterli olmadıqlarını sübut etmək hal-hazırda qeyri-mümkündür. Xüsusi ittihamçı Lalə Hacıyeva tərəfindən yuxarıda göstərilən məlumatların həqiqəti əks etdirmədiyini və doğruluğunu şübhə altına salan heç bir mötəbər sübut məhkəməyə təqdim olunmadığından həmin mesaj mətnlərində olan məlumatları böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kimi qiymətləndirmək ağlabatan deyil. Məhkəmə, təqsirləndirilən şəxs X14 tərəfindən 29 dekabr 2022-ci il tarixdə xüsusi ittihamçılar X12 və X9 yaxın qohumlarına və tanışlarına göndərdiyi SMS mətnlərinin məzmunlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkiblərinin olması ilə razılaşmır və hesab edir ki, həmin SMS mətnlərində göstərilən məlumatlarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasında təsbit edilmiş cinayət əməllərinin tərkibinin olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. X21 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X11 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində təhqir və böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs X11 istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş materiallarında olan mülki iddia ərizədən görünür ki, xüsusi ittihamçılar X18 və X22 onlara vurulmuş mənəvi ziyana görə təqsirləndirilən şəxslər X3 hər birinin xeyrinə 3000 (üç min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində mənəvi ziyanın, mülki iddianın verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 6100 (altı min yüz) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişlər. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, xüsusi ittihamçılar X22 və X18 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin Qərarın 74-cü bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs barəsində bəraət hökmü Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqib olunan şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verildiyindən xüsusi ittihamçılar X22 və X18 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-350, 352- 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Xüsusi ittihamçılar X22 və X18 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar