Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-359/2020 01.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Nehmətulla oğlunun və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Astara rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilmiş, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Nehmətulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında, “Fuad” restoranının yaxınlığında yerləşən avtoyuma məntəqəsinin qarşısında yüksək səslə danışaraq ünvansız nalayiq sözlər işlətdiyi zaman ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin X13 3-cü patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid2, X8 və Zərərçəkmiş şəxs2 Allahrza oğlu sonuncuya məxsus “VAZ 21154” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin əraziyə yaxınlaşaraq ona səs-küy saldığına və nalayiq ifadələr işlətdiyinə görə irad bildirdiklərindən, o, özünü aqressiv apararaq polis əməkdaşlarının tələblərinə tabe olmamış, həmin an avtoyuma məntəqəsinə bitişik otaqdan götürdüyü mətbəx bıçağı ilə polis əməkdaşlarının üzərlərinə yeriyib, həyat üçün təhlükəli olmayan zor tətbiq etmə hədəsi ilə hədələməklə, onları Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21154” markalı avtomobilin yanından uzaqlaşdıraraq, talama məqsədi olmadan həmin avtomobili ələ keçirib qaçırmış və bir neçə dəqiqədən sonra avtomobillə hadisə yerinə geri qayıtmış, həmin vaxt polis əməkdaşlarının çağırışı ilə ÇPA-nın 3-cü patrul bölüyünün polis nəfərləri, polis serjantları Zərərçəkmiş şəxs1 və X6 “Mersedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nömrəli, AP-2439 çağırışlı xidməti avtopatrul ilə onun gəldiyi yolla əks istiqamətdən hadisə yerinə yaxınlaşmış, o, avtomobili saxlayıb düşərək yenidən polis əməkdaşlarının üzərinə mətbəx bıçağını çıxarıb onları öldürəcəyi ilə hədələmiş, polis əməkdaşları isə xidməti dəyənək və gözyaşardıcı qazdan istifadə etməklə onun müqavimətini qırmaq istəyərkən o, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı Zərərçəkmiş şəxs1 müqavimət göstərib, zor tətbiq etməklə əlindəki mətbəx bıçağı ilə bir dəfə zərbə vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid olan sağ bazu nahiyəsinin arxa səthində bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək, qaçmağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs1 onun müqavimətinin qarşısını almaq məqsədilə “9.19 mm-lik Zəfər “K” markalı 11DO0780 seriyalı xidməti silahdan istifadə edərək bir dəfə havaya xəbərdarlıq atəşi açmış, lakin Təqsirləndirilən şəxs xəbərdarlığa məhəl qoymayaraq əlindəki bıçaqla müqavimətini davam etdirdiyindən Zərərçəkmiş şəxs1 ikinci dəfə atəş açıb ona sağ baldırın arxa səthinin orta 1/3-də bir ədəd kor güllə yarası xəsarətini yetirərək onu zərərsizləşdirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Məcəlləsinin 185.2.3 və 315-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə gecə qalmağa yeri olmadığından qalmaq üçün əvvəllər işlədiyi və hazırda tanışları Şahin, Yadigar və Ramizin işlətdiyi Xətai rayonu, Rahib Məmmədov küçəsi 6 ünvanında yerləşən avtoyuma məntəqəsinə getmişdir. Yadigarla, Ramiz avtoyuma məntəqəsinin içində olan otaqda yatmışdılar. Şahin isə çöldə maşında oturmuşdur. O da avtoyuma məntəqəsinə bitişik, mətbəx kimi istifadə edilən otaqda stulda oturmuşdur. 2 polis əməkdaşı içəri girib və onun əlində falqanı görüb onun narkotik maddə çəkməyə hazırlaşdığını zənn edərək onu polis bölməsinə aparmaq istəmişlər, o isə “gözləyin, gül düzəldim, gəlirəm” sözlərini demiş. Polislər onu söymüş, buna görə o, polislərlə mübahisə etmiş və otaqda olan stoldan yemək qablarını götürüb onların üstünə atmış və polislər çölə çıxmışdır. O da otaqda olan mətbəx bıçağını götürüb çölə çıxmış, obyektin yanında dayanmış qara rəngli “VAZ 21154” markalı avtomobilin işlək vəziyyətdə olduğunu görüb, əlində olan bıçağı yerə atıb sükan olan oturacağa oturaraq idarə edib bir qədər aralıda olan dükana gedib siqaret alıb qayıtmışdır. Qeyd etmişdir ki, onun maşını qaçırmaq və ya oradan qaçmaq fikri olmamışdır. Geri qayıdıb maşını söndürüb düşmüş, həmin vaxt daha bir neçə polis əməkdaşının da oraya gəldiyini görmüşdür. Həmin vaxt polis əməkdaşları Şahini, Ramizi və Yadigarı tutmaq istəmişlər, o, buna görə əsəbiləşərək yerə atdığı bıçağı götürüb polis əməkdaşları tərəfə getmiş və onlardan tələb etmişdir ki, həmin uşaqları buraxsınlar. Polislər isə onu tutmaq istədiklərinə görə o, əlindəki bıçaqla tutulmasın deyə bıçağı sağa-sola yelləmişdir. Həmin vaxt bıçaq adını sonradan bildiyi polis əməkdaşı Zərərçəkmiş şəxs1 batmışdır. Bu zaman polis əməkdaşlarından biri bir dəfə xəbərdarlıq atəşi açmış, ardından isə ikinci dəfə atəş açaraq onun sağ ayağına güllə xəsarəti yetirmiş və onu tutaraq təcili tibbi yardım çağırıb xəstəxanaya aparmışlar. Sonradan ona atəş açan polis əməkdaşının da Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir.Onun heç bir polis əməkdaşından, o cümlədən polis əməkdaşı Zərərçəkmiş şəxs1 heç bir şikayəti yoxdur. O, həmçinin etdiyi əməldən peşman olduğunu, polis əməkdaşlarına qarşı müqavimət göstərməməli olduğunu, bunu həmin vaxt əsəbləşdiyinə görə etdiyini, “VAZ 21154” markalı avtomobili də qarçırmaq niyyəti olmasa da idarə etməməli olduğunu bildirmişdir. Daha sonra əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik polis alayı 3-cü patrul bölməsinin polis nəfəri polis serjantı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Xətai RPİ 36-cı Polis Bölməsinin inzibati ərazisində AP-2439 çağırışlı avtopatrulda polis serjantı Hüseynli Tural ilə xidmət aparmışdır. Saat 01:55-də H.Aslanov metrosunun yaxınlığında, 13-cü postda xidmət aparan iş yoldaşı Zərərçəkmiş şəxs2 onlara zəng edərək Xudu Məmmədov küçəsinə yaxınlaşmalarını istəmiş, bir nəfər şəxsin özünü aqressiv apardığını, özlərinə bıçaq çıxardığını və öz mülki avtomaşınını sürüb getdiyini bildirmişdir. Onunla Tural həmin ünvanda yerləşən avtoyuma məntəqəsinin yanına çatanda qara rəngli “VAZ 21154” markalı avtomobil də oraya yaxınlaşmış və içəridən adını sonradan müəyyən etdiyi Təqsirləndirilən şəxs düşüb aqressiv formada söyüş söyərək orada olan 3 nəfər polis əməkdaşlarının üzərinə hücum çəkdiyini görmüşlər. Onlar Elşadı sakitləşdirməyə çalışaraq əlindəki bıçağı yerə atmağı tələb etsələr də, Elşad onların müraciətlərinə məhəl qoymayaraq öz əməlinə davam etmişdir. Dəfələrlə xəbərdarlıq etmələrinə və təslim olmağını bildirmələrinə baxmayaraq, Elşad yenə onlara məhəl qoymayıb, öz aqressiv hərəkətlərinə davam etmişdir. Buna görə də orada olan 3 nəfər polis əməkdaşı Elşadın hərəkətlərinin qarşısını almaq üçün və tərki silah etmək üçün dəyənək və göz yaşardıcı qazdan istifadə etmişlər, lakin Elşad fikrindən yenə də dönməmişdir. Bu zaman Elşad qəflətən onun üzərinə hücum etmiş, əlindəki bıçaqla onun kürək nahiyəsinin sağ tərəfinə bir zərbə endirərək ona xəsarət yetirmişdir. O, özünü itirməmiş və üzərində olan Zəfər-K tipli 11DO0780 seriyalı tabel silahını çıxarmış, bir daha Elşada təslim olmaq barədə xəbərdarlıq etmiş və havaya xəbərdarlıq üçün bir dəfə atəş açmışdır. Lakin Elşad onun xəbərdarlıq çağırışına məhəl qoymayıb arxaya çevrilərək digər polis əməkdaşlarına xəsarət yetirmək istədikdə, o, polis əməkdaşları xəsarət almasın deyə və Elşadın hadisə yerindən qaçmasının qarşısını almaq məqsədi ilə ikinci dəfə atəş açaraq Elşadın sağ ayağına güllə xəsarəti yetirmişdir. O, Elşadı güllə ilə vuran zaman sonuncu ondan 3-4 metr aralıda olmuş və o, Elşadın ayağına xəsarət yetirmək üçün yuxarıdan aşağıya atəş açmışdır. Bundan sonra Elşada yaxınlaşıb əlindəki bıçağı alaraq qollarını qandallamaqla onu zərərsizləşdirmiş və ilkin tibbi yardım göstərmişlər. Dərhal sonra təcili tibbi yardıma zəng vurub çağırmışlar, lakin həkimlərin gec gələcəyini düşünərək Elşadın vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün onu AP-2439 çağırışlı avtopatrula əyləşdirib yaxınlıqdakı xəstəxanalardan birinə aparmaq məqsədilə Hüseynli Tural ilə birlikdə getmişlər. Lakin bir az getdikdən sonra çağırdıqları təcili tibbi yardım maşını ilə qarşılaşmışlar və avtopatrulda olan Elşadı köməkli təcili tibbi yardım maşınına yerləşdirmişlər. Daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əlahiddə Çevik polis alayı 3-cü patrul bölməsinin polis nəfəri polis kiçik serjantı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək Xətai rayonu 36-cı polis bölməsinin inzibati ərazisində iş yoldaşları olan polis serjantları Şahid2 və Əliyev Nihadla birlikdə xidmətdə olmuşdur. Xidmət apardıqları Xudu Məmmədov küçəsi ərazisində işıqlar söndüyü üçün xidməti ara məhəllələrdə aparmışlar. Bu zaman olduqları yerdən yuxarı küçədə, yəni Rahib Məmmədov küçəsi tərəfdə nalayiq söyüş söyən kişi səsləri eşitmişlər. Onlar ərazidə saxladığı ona məxsus “VAZ 21154” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək söyüş səsləri eşitdikləri əraziyə, yəni Rahib Məmmədov küçəsi 6 ünvanında yerləşən “Fuad” restoranının yaxınlığında olan avtoyuma məntəqəsinin yanına getmişlər. Ora çatanda avtoyumanın qarşısında 4 nəfər şəxsin dayandığını, onlardan birinin, yəni adını sonradan müəyyən etdikləri Təqsirləndirilən şəxs yüksək səslə söyüş söydüyünü və çox əsəbi vəziyyətdə olduğunu görmüşlər. Lakin Elşad orada dayanan digər şəxslərə qarşı heç bir qanunsuz hərəkət etməmiş, sadəcə olaraq ünvansız söyüş söyürdü. Onlar Elşada yaxınlaşaraq söyüş söyməməsini və sakitləşməsini bildirdikdə, Elşad daha da aqressivləşərək söyüş söyməyə davam etmişdir. Onlar Elşada etdiyi hərəkətlərə görə dəfələrlə irad bildirsələr də, Elşad öz əməllərinə davam edib avtoyumaya bitişik olan balaca bir otağa keçib içəridən qab-qacaq götürüb onların üzərinə atmağa başlamışdır. Onlar isə Elşadı bir daha sakitləşdirmək istəmişlər və çölə çıxıb onlarla polis bölməsinə getməsini tələb etmişlər. Lakin Elşad aqressiv vəziyyətdə, əlində bıçaqla çölə çıxmış, onlara qarşı nalayiq ifadələr işlədərək əlindəki bıçağı sağa-sola yelləməklə onların üzərinə getmiş və onları öldürəcəyi ilə hədələmişdir. O, dərhal AP-2439 çağırışlı avtopatrulda xidmət aparan ÇPA əməkdaşlarını köməyə çağırmışdır. Elşad isə aqressiv hərəkətlərinə davam edərək, “hamınızı bıçaqlayacağam” deyib əlindəki bıçaqla onların üzərinə yeriyib onları onun maşınından kənarlaşdırmış, qaçıb onun maşınına əyləşmiş və maşını işə salıb idarə edib həmin ərazidən uzaqlaşmışdır. Təxminən 2-3 dəqiqə sonra Elşad maşınla geri qayıdıb avtoyumanın yanında saxlayıb aşağı düşmüş, həmin anda Elşadla əks istiqamətdən də AP-2439 çağırışlı avtopatrul ilə xidmətdə olan iş yoldaşları polis serjantları Zərərçəkmiş şəxs1 və Tural Hüseynli hadisə yerinə gəlmişdir. Elşad maşından düşdükdən sonra əlindəki bıçaqla onların üzərinə getmişdir. Onlar Elşada yenə xəbərdarlıq edib əlindəki bıçağı yerə atıb polisə təslim olmağını tələb etmişlər, lakin Elşad onların tələbinə məhəl qoymayıb öz hərəkətlərinə davam etmişdir. O, zərərsizləşdirmək üçün gözyaşardıcı qazı Elşadın üzünə sıxmış, Nihad Əliyev və Şahid2 isə xidməti dəyənəklərdən istifadə edərək Elşadın əlindəki bıçağı yerə salmağa çalışmışlar. Lakin Elşad bıçağı yerə atmamış və qəflətən polis əməkdaşı Zərərçəkmiş şəxs1 üzərinə gedərək sonuncunun kürək nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Bu zaman Vüsal xidməti silahını çıxarıb Elşada təslim olmağı deyib 1 dəfə havaya xəbərdarlıq atəşi açmış, lakin Elşad xəbərdarlığa məhəl qoymayaraq, onların üzərinə hücum edərkən, Vüsal bunun qarşısını almaq üçün ikinci dəfə öz xidməti silahından atəş açaraq Elşadın ayağına güllə xəsarəti yetirmişdir. Bundan sonra Vüsal Elşada yaxınlaşıb bıçağı əlindən almış və onlar Elşada ilkin tibbi yardım göstərərək bel kəməri ilə onun ayağını sıxıb qan axmasını dayandırmışlar. Sonra təcili tibbi yardım çağırmışlar, lakin təcili tibbi yardımın gec gələcəyini düşünüb Elşadı xəstəxanaya çatdırmaq üçün onu AP-2439 çağırışlı avtopatrula mindirmişlər, polis əməkdaşları Vüsal və Tural Elşadı aparmışlar, onlar isə digər 3 nəfəri, yəni Şahid1, X2 və X3 36-cı polis bölməsinə aparmışlar. O, qeyd etmişdir ki, həmin 3 nəfər hadisə zamanı sakit dayanmışlar, heç bir qanunsuz hərəkət etməmişlər və onlara müqavimət göstərməmişlər. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs onun avtomobilini qaçırması nəticəsində avtomobilə heç bir zərər dəyməmişdir. Bununla bağlı onun heç bir mülki iddiası yoxdur. Daha sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlahiddə Çevik polis alayı 3-cü patrul bölməsi, polis serjantı Şahid2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Xətai rayonu 36-cı polis bölməsinin inzibati ərazisində iş yoldaşları polis serjantı Əliyev Nihad və polis kiçik serjantı Zərərçəkmiş şəxs2la birlikdə xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Xudu Məmmədov küçəsində, xidmətdə olanda ərazidə işıqlar sönmüşdür. Həmin vaxt küçənin yuxarı tərəfində səs-küy səsləri gəldiyini eşitmişlər və Zərərçəkmiş şəxs2 “VAZ 21154” markalı **- LR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə səs gələn yerə, yəni Rahib Məmmədov küçəsi 6 ünvanında yerləşən “Fuad” restoranının yaxınlığında olan avtoyuma məntəqəsinin yanına getmişlər. Ora çatanda avtoyumanın qarşısında 4 nəfər şəxs dayandığını, onlardan birinin, yəni adını sonradan müəyyən etdikləri Təqsirləndirilən şəxs yüksək səslə söyüş söydüyünü və çox əsəbi vəziyyətdə olduğunu görmüşlər. Lakin Elşad orada dayanan digər şəxslərə qarşı heç bir qanunsuz hərəkət etmirdi, sadəcə olaraq ünvansız söyüş söyürdü. Onlar Təqsirləndirilən şəxs sakitləşməsini və söyüş söyməməsini dedikdə, Elşad onlara məhəl qoymayaraq yenə də söyüş söyməyə davam etmişdir. Buna görə Zərərçəkmiş şəxs2 kömək üçün AP-2439 çağırışlı avtopatrulda xidmət aparan əməkdaşlara zəng vurub çağırmışdır. Elşad isə öz aqressiv hərəkətlərinə və söyüş söyməyə davam etdiyindən onlar ona irad bildirmiş, lakin Elşad onların sözlərinə fikir verməmiş və həmin an Elşad avtoyuma məntəqəsinə bitişik olan otağa girib, otaqdan çölə, onların üzərinə qab-qacaq atmış, sonra əlində bıçaqla çölə çıxıb qışqıraraq, onları öldürəcəyi ilə hədələmişdir. Onlar Elşaddan təslim olmağı tələb etdikdə sonuncu əlindəki bıçağı sağa-sola yelləyərək onların üzərinə getməklə onları Kənanın maşınından kənarlaşdırmışdır. Bu zaman Elşad həmin maşının sükan olan oturacağına oturub maşını işə salıb avtoyumadan sol istiqamətdə idarə edib maşını qaçırmışdır. 2-3 dəqiqə sonra Elşad həmin maşınla geri qayıdıb avtoyumanın yanında saxlayıb aşağı düşmüş, həmin anda Elşadla əks istiqamətdən də AP-2439 çağırışlı avtopatrul ilə xidmətdə olan iş yoldaşları polis serjantları Zərərçəkmiş şəxs1 və Tural Hüseynli hadisə yerinə gəlmişdir. Elşad maşından düşüb yenə də özünü aqressiv aparmağa başlamış, onları söymüş, bıçaqla onların üzərinə hücum etmişdir. Onlar Elşadı sakitlərşdirməyə çalışaraq əlindəki bıçağı yerə atmağı tələb etsələr də, Elşad onların müraciətlərinə və tələblərinə məhəl qoymayaraq öz əməlinə davam etmişdir. Buna görə də onlar Elşadın bu hərəkətlərinin qarşısını almaq və onu tərki silah etmək üçün dəyənək və göz yaşardıcı qazdan istifadə etmişlər. Qeyd etmişdir ki, onunla Nihad Elşadın müqavimətini qırmaq üçün xidməti dəyənəkdən istifadə etmiş, o, dəyənəklə Elşadın bıçaq olan qolundan vurmuşdur ki, bıçaq əlindən düşsün, Kənan isə Elşadın gözünə gözyaşardıcı qaz vurmuşdur. Lakin Elşad əlindəki bıçağı yerə atmamış və yenə də bıçağı onlara tərəf sağa-sola yelləmişdir. Bir anda Elşad polis əməkdaşı Zərərçəkmiş şəxs1 üzərinə getmiş və bıçaqla Vüsalın kürək nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Vüsal xidməti silahını çıxarıb Elşada təslim olmağını tələb etmiş və havaya bir dəfə xəbərdarlıq atəşi açmışdır. Amma Elşad buna məhəl qoymayaraq arxaya çevrilərək əlindəki bıçaqla onların üzərinə hücum etmək istəmiş, bu zaman Vüsal təxmini 3-4 metr məsafədən ikinci dəfə atəş açaraq Elşada ayağından güllə xəsarəti yetirmiş və Vüsal Elşada yaxınlaşaraq əlindəki bıçağı alıb, qolunu qandallayıb onu zərərsizləşdirmişdir. Onlar Elşada ilkin tibbi yardım göstərərək, ayağını güllə dəyən nahiyəsinin yuxarı tərəfindən bel kəməri ilə sıxıb qan axmasını dayandırmışlar və təcili tibbi yardım çağırmışlar. Lakin təcili tibbi yardımın gec gələcəyini düşünərək və Elşadın vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün dərhal ilkin tibb yardımdan sonra, onu xəstəxanaya aparmaq üçün avtopatrula mindirmişlər, Zərərçəkmiş şəxs1 və X11 avtopatrulla aparmışlar, onlar isə digər 3 nəfəri, yəni Şahid1, X2 və X3 36-cı polis bölməsinə aparmışlar. O, qeyd etmişdir ki, həmin 3 nəfər hadisə zamanı sakit dayanmışlar, heç bir qanunsuz hərəkət etməmişlər və onlara müqavimət göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, təxminən 1 ildir ki, dostu Məmmədov Ramiz ilə birlikdə ünvan 1 ünvanında yerləşən “Fuad” restoranının yaxınlığında olan avtoyuma məntəqəsini arendaya götürüb işlədir. Onlarla birlikdə qohumu Mustafazadə Yadigar da işləyir. Həmin avtoyuma məntəqəsində iki maşın yuma yeri var, maşın yuma yerinin içində sağ tərəfdə bir otaq var, həmin otaqda 3 çarpayı qoymuşlar ki, gecə orada yatsınlar. Maşın yuma yerləri jalüzlə bağlanır. Avtoyuma məntəqəsinə bitişik sağ tərəfdə isə ayrıca qapısı olan mətbəx var. Mətbəxdə stol-stullar və qab-qacaqlar var. Qeyd etmişdir ki, onlar saat 21-22 radələrinə kimi işlədiklərindən, obyekti bağlayanda artıq gec olduğuna və Binə qəsəbəsində yerləşən kirayədə yaşadıqları ev uzaq olduğundan hər üçü avtoyuma məntəqəsində qalırlar. Evə isə 10-15 gündən bir gedirlər. Təqsirləndirilən şəxs obyekti götürüb işləməyə başladıqları müddətdən, yəni 1 ildir ki, tanıyır, lakin Elşadla heç bir yaxın münasibəti yoxdur. Belə ki, onlar obyekti götürdükdən bir neçə gün sonra Elşad onların yanına gəlib onlardan əvvəl həmin məntəqədə özünün avtoyuyucu kimi işlədiyini demişdir. Bundan sonra hərdən onların yanına gəlib-getmişdir.. xx.xx.2020-ci il tarixdə Elşad səhər obyektə gelmişdir. Həmin günü o, bir müştərinin avtomobilinin oturacaqlarını çıxarıb yumuş və quruması üçün çöldə qoymuşdur. Saat 21 radələrində avtoyumanın jalüzlərini bağlamışlar, hər üçü mətbəxdə yemək yemiş, Ramizlə Yadigar içəri otaqda yatmışlar. O isə quruması üçün çöldə qoyduğu oturacaqlar oğurlanmasın deyə nəzarət etmək üçün çöldə qalmışdır. Hadisənin baş vermə vaxtından 30 dəqiqə əvvəl obyektin yanında yaşayan dostu Cahidin evinə gedərək ondan xahiş etmişdir ki, maşını versin ki, gecəni onun maşınında otursun. Cahid də razılaşaraq maşını ona vermiş və o, avtoyuma məntəqəsinin qarşısında ağ rəngli BYD markalı avtomobildə oturub telefonla oynamışdır. xx.xx.2020-ci il tarixə keçən gecə saat 02 radələrində görmüşdür ki, qara rəngli “VAZ 21154” markalı avtomobil işlədiyi obyektin yaxınlığına gəlib maşını saxlamış, o, maşından düşüb həmin maşına baxdıqda içəridə polis əməkdaşlarının olduğunu görmüş və bir neçə saniyə dayanaraq polis əməkdaşları maşını sürüb getmişlər. Bundan təxminən yarım saat sonra həmin polis əməkdaşları yenə də həmin maşınla obyektin yanına gəlmişlər, maşında olan 2 nəfər polis əməkdaşı aşağı düşmüş, o da maşından düşmüş, polislər ondan orada nə etdiyini soruşmuşlar, o, vəziyyəti izah etmiş, polislər avtoyuma məntəqəsinin içində kiminsə olub-olmadığını soruşmuşlar, o iki nəfər onunla işləyən tanışlarının içəridə olan otaqda yatdığını bildirmişdir. Polislər avtoyumaya bitişik olan mətbəx otağına baxmaq istəmişlər, o, qapını açmış, hər iki polis içəri girmiş, o isə çöldə dayanmışdır. Qeyd etmişdir ki, o, obyektin işıqlarını yanıq vəziyyətdə qoymuşdur ki, dükana getmək istəsə kimsə gəlib içəridə adam olduğunu bilsin. Təxminən 1 dəqiqə sonra içəridən səs-küy gəldiyini eşitmiş, qapıdan içəri girmək istəyəndə görmüşdür ki, içəridə giriş qapısının yanında Elşad var və həmin an Elşad obyektin içində olan stolun üstündən onların çörək və meyvə-tərəvəz doğramaq üçün istifadə etdikləri mətbəx bıçağını götürüb, qışqıra-qışqıra polislərə tərəf əli ilə sağa-sola yellədir. Bu zaman o, geriyə, çölə çıxmış, polis əməkdaşları da çölə çıxmış, Elşad da əlində bıçaqla çölə çıxıb yenə də qışqıra-qışqıra polis əməkdaşlarına və ona tərəf bıçağı yelləmişdir. Elşad heç nə demirdi, yalnız qışqırırdı. Bu zaman Elşad yenidən içəri girib stolun üstündə olan qabqacaqları götürüb çölə çıxıb polislər tərəfə atmış və obyektdən 10-15 metr aralıda dayanmış və işlək vəziyyətdə olan polis əməkdaşlarının gəldiyi qara rəngli “VAZ 21154” markalı avtomobilin sükan olan oturacağına oturub idarə edərək obyektdən sol tərəfə, aşağıya doğru getmişdir. Bu zaman səs-küyə Ramiz və Yadigar da oyanıb çölə çıxıb dayanmışlar. O, polis əməkdaşlarına dostu Cahidin maşınını göstərib təklif etmişdir ki, bu maşını götürüb Elşadın arxasınca getsinlər. Polislər ilk olaraq gözlə demiş, dəstək üçün digər polis əməkdaşlarını çağırmışlar, təxminən 2-3 dəqiqə sonra demişlər ki, “sənin maşınınla gedək”. Maşına oturmaq istəyərkən Elşad həmin avtomobillə getdiyi yolla geri qayıtmış, onunla əks istiqamətdən isə post patrul avtomobili gəlmiş və içindən 4-5 nəfər polis əməkdaşı düşmüş. Elşad da maşınla gəlib obyektin yanında saxlamış, əlində bıçaqla aşağı düşmüş, polislər Elşadın qolundan tutmaq istəyərkən Elşad “qolumdan tutma, özüm gedib oturacağam” sözlərini deyib post patrul avtomobilinin arxa oturacağına əyləşmişdir. Polislər onlara da “oturun maşına bölməyə gedib izahatınızı alaq” sözlərini demişlər. Elşad maşına oturduqdan bir neçə saniyə keçmişdir ki, yenidən əlində bıçaqla maşından çıxıb qışqıra-qışqıra polislərə və onlara tərəf qışqıraraq “onlarla işiniz yoxdur” demişdir. Bu zaman polis əməkdaşları dəyənəklərlə Elşadı vurub yerə yıxmışlar və tutmaq istəsələr də Elşad yenə bıçağı polislərə tərəf yelləmiş və polislər Elşadın gözünə gözyaşardıcı qaz vurmuşlar. Elşad isə yenə də bıçağı əlindən atmamış, ayağa qalxmış, gözlərini yummuş vəziyyətdə yenə qışqıra-qışqıra əlindəki bıçağı sağa-sola yelləmişdir. Bu zaman polis əməkdaşlarından biri xidməti silahını çıxarıb birinci göyə bir dəfə atəş açmış, Elşad bıçağı yelləyə-yelləyə oradan uzaqlaşmaq istəmiş və həmin polis ikinci dəfə Elşad istiqamətində yerə tərəf atəş açmış, güllə Elşadın ayağına dəymiş və Elşad yerə yıxılmışdır. Polislər Elşadı tutub bıçağı əlindən alıb onu zərərsizləşdirmişlər və təcili tibbi yardım çağırmışlar. Polis əməkdaşları Elşadı xəstəxanaya, onları isə 36-cı polis bölməsinə aparmışlar. Polis əməkdaşı Zərərçəkmiş şəxs1 kürəyinə baxıb xəsarət aldığını görmüşdür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 857 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarət – sağ bazu nahiyəsinin arxa səthində bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2020ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 863 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət – sağ baldırın arxa səthinin orta 1-3-də bir ədəd kor güllə yarası, odlu silahdan açılan atəşin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2020ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən odlu silahdan açılan atəşin təsirindən yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Xəsarət Təqsirləndirilən şəxs bədənin arxa səthində yerləşdiyindən xəsarət yetirilən zaman xəsarət yetirən şəxsin onu arxadan vurması istisna olunmur. - Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsinə xarakterik deyildir. - Təqsirləndirilən şəxs adına tərtib edilmiş stasionar xəstənin tibbi kartasına əsasən yara kanalın istiqaməti aşağıdan yuxarı, arxadan önə istiqamətlənərək təqribən 15-16 sm dərinliyindədir. - Təqsirləndirilən şəxsadına tərtib edilmiş stasionar xəstənin tibbi kartasında yaranın giriş dəliyi ətrafında atəşin əlavə faktorları barədə heç bir məlumat verilmədiyindən, yara antiseptiklərlə yuyulduğundan və cərrahi işləndiyindən atəşin hansı məsafədən açılması barədə fikir söyləmək mümkün deyildir. Kompleks məhkəmə trasoloji-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 3/954;956;957;958 saylı rəyində göstərilir ki, - tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 9x19 mm kalibrli olmaqla, “Zəfər-K” markalı Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal edilmiş TO620 11DO0708 №-li tapançadır, yivli odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyi çəkmədən özü-özünə atəş açılmır və çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 10-11 kq qüvvə ilə təsir etmək tələb olunur. Silahın üzərində təyinatını dəyişdirən, həmçinin zavod nişanlarında hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Həmin silahdan təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 9x19 kalibrli patronlardan istifadə etməklə atəş açılarkən atılan güllələr 300- 350 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 50 metr məsafədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədəyetirmə qabiliyyətinə malikdirlər. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Zəfər-K” markalı tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş ümumilikdə 05 (beş) ədəd “Zəfər-K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter p.38”, 1935-ci il modelli “Browning”, Colt Commander və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, Sterling L2A3”, Bergman MP34-1, Erma, Schmeisser JR18-1, MP-389, MP-40, UZİ markalı tapança-pulemyotlarda və zavod üsulu ilə istehsal edilməklə 9x19mm kalibrli olub həmin kalibrə malik Zəfər-K,Mətin,LUGER P08 (PARABELLUM) konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş 9x19mm kalibrli patronlar döyüş sursatıdır, istifadəyə (atəşə) yararlıdır. Rəyin tədqiq hissəsində göstərilən səbəbdən patronların konkret silahın patronluğa və sandıqçasına yerləşdirilməsini müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz 9x19mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, həmin kalibrə malik Zəfər-K, Mətin, “Parabellum”, “Mauser”, “Walter p.38”, 1935-ci il modelli “Browning”, Colt Commander və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, Sterling L2A3”, Bergman MP34-1, Erma, Schmeisser JR18-1, MP-389, MP-40, UZİ markalı tapança-pulemyotlarda və s. yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissələridir-gilizidir. Həmin gilizlər TO620 11DO0708” №-li tapançadan atılmışdır. Gilizlərin üzərində sonradan əlavə və dəyişikliklər edilməmişdir. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd güllə 9x19mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik “Zəfər-K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter p.38”, 1935-ci il modelli “Browning”, Colt Commander və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, Sterling L2A3”, Bergman MP34-1, Erma, Schmeisser JR18-1, MP-389, MP- 40, UZİ markalı tapança-pulemyotlarda və s. yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissələridir-gülləsidir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən güllənin tədqiqata təqdim edilmiş silahdan və ya hər hansı bir başqa silahdan atılıb-atılmamasını müəyyən etmək mümkün deyil. Həmin güllə hissələri bərk predmetə dəyib deformasiyaya məruzə qaldığından üzərlərində rikoşet izlərinin olub-olmamasını müəyyən etmək mümkün deyildir. - Tədqiq edilən gilizlərin və güllənin üzərində gilizlərin daxilindən, gilizlərin daxilində isə güllənin səthindən qalmağa xarakterik izlər qalmadığından, onlar atılmamışdan əvvəl gilizlərin hər hansı biri ilə vahid bütövlük təşkil etdiyini müəyyən etmək mümkün deyildir. Lakin konstruktiv xüsusiyyətlərinə əsasən həmin gilizlərlə və güllə ilə eyni patronun hissəsi olması istisna edilmir. Təqdim edilmiş 01(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. - Tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə qeyd edilən xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. - - Tədqiqata təqdim edilmiş bir ədəd belində qara rəngli kəməri olan göy rəngli cins şalvar üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədənin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, zədənin formasına, morfoloji quruluşuna əsasən şalvarın sağ ayaqlığının arxa hissəsi üzərindəki zədə giriş zədəsi olub yivli odlu silahdan açılmış bir atəş nəticəsində, diametri təxminən 9 mm, 1 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində yaranması mümkündür. Çıxış zədəsi olmadığından atəşin istiqamətini müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli qısaqol köynəyin səthində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. - Tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli qısaqol köynəyin üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. - Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi Təqsirləndirilən şəxs məxsus cins şalvarın arxa tərəfinə doğru olmuşdur. Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1816 saylı rəyindən göstərilir: Məhkəmə-psixiatrik ekspertizası üzrə: - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs X4 pozuntusu qeyd olunmuşdur. - Təqsirləndirilən şəxs aşkar edilən X4 pozuntusu ona törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. - Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs X4 Pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə: - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixiemosional gərginlik, güclü ruhi həyəcan və s.) yaranmamışdır. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2400 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Əsədov X1, Toksikomaniya və Alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya, toksikomaniya və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı polis baş leytenantı Faiq Şahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçaq ÇPA-nın əməkdaşları tərəfindən əlindən alınaraq 36-cı PB-nin təhqiqat qrupuna təhvil verilmişdir. Həmin bıçaq zərfdə qablaşdırılaraq Xətai Rayon Prokurorluğuna təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs məxsus cins şalvar, Zərərçəkmiş şəxs1 məxsus xidməti polis geyiminin köynəyi və Təqsirləndirilən şəxs üzərində keçirilmiş cərrahi əməliyyat nəticəsində ayağından çıxarılmış 01 ədəd güllə 3 saylı Klinik xəstəxanadan götürülmüşdür. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus cins şalvar, Zərərçəkmiş şəxs1 məxsus xidməti polis geyiminin köynəyi, 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq Xətai Rayon Prokurorluğunun maddi sübütlar otağında saxlanılır, “9.19 mm-lik Zəfər “K” markalı 11DO0780 seriyalı xidməti silah, Təqsirləndirilən şəxs üzərində keçirilmiş cərrahi əməliyyat nəticəsində ayağından çıxarılmış 01 ədəd güllə, hadisə zamanı açılan atəş nəticəsində silahdan çıxmış 02 ədəd giliz, 01 ədəd sandıqça və 02 ədəd patron maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Xətai rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.məhkumluğu ödənilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, təqsirləndirilən şəxslə barışmışlar, onlara dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan Astara rayon İHB-nin Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə edilmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3 və 315-ci maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddələrlə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını cəzanı yüngülləşdirən hallar, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil və ona görə də ona Cinayət Məcəlləsinin 185.2.3 və 315-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhər Xətai rayon Polis İdarəsinə təhvil verilmiş “9.19 mm-lik Zəfər “K” markalı 11DO0780 seriyalı xidməti silah, 01 ədəd sandıqça və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhər Xətai rayon Polis İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş cərrahi əməliyyat nəticəsində ayağından çıxarılmış 01 ədəd güllə, hadisə zamanı açılan atəş nəticəsində silahdan çıxmış 02 ədəd giliz və Xətai Rayon Prokurorluğunun maddi sübütlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus xidməti polis geyiminin köynəyi, Təqsirləndirilən şəxs məxsus cins şalvar və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Nehmətulla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3 və 315-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Nehmətulla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nehmətulla oğluna təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Nehmətulla oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Nehmətulla oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhər Xətai Rayon Polis İdarəsinə təhvil verilmiş “9.19 mm-lik Zəfər “K” markalı 11DO0780 seriyalı xidməti silah, 01 ədəd sandıqça və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhər Xətai rayon Polis İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş cərrahi əməliyyat nəticəsində ayağından çıxarılmış 01 ədəd güllə, hadisə zamanı açılan atəş nəticəsində silahdan çıxmış 02 ədəd giliz və Xətai Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus xidməti polis geyiminin köynəyi, Təqsirləndirilən şəxs məxsus cins şalvar və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs Nehmətulla oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-359/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-359/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver