Məhkəmə qərarları › İş №1(011)-423/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-423/2025

25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-423/2025 25.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İsmayılov Emin Əli oğlunun katibliyi, Xüsusi ittihamçı X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 onun xüsusi ittihamçı qismində tanımaqla, onun və qohumlarının şərəfini, ləyaqətətini, və işgüzar nüfuzunu ləkələyən, həmçinin barəsində böhtan xarakterli yalan məlumatlar yaymış ünvan 1 ünvanında yaşayan X8 barəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1982-ci il təvəllüdlü X8 ilə 2022-ci ilin oktyabr aylarında faktiki evlənərək ailə qurmuşdur və xx.xx.2023-cü ildə isə rəsmi olaraq nikaha daxil olmuşdur. Birgə nikahdan övladı olmamışdır. Ailə qurduqdan təxminən 3 ay sonra o, şikayətçi ilə kobud davranmağa başlamışdır. 2025-ci ilin aprel ayına axırlarına kimi biz bir yerdə yaşamaqla, birgə təsərrüfatı idarə etmişlər. Bundan sonra münasibətləri kəskin pisləşdiyi üçün faktiki olaraq ayrılmışlar. Ona dəfələrlə boşanmağını təklif etməyinə baxmayaraq, o, buna razılıq verməmişdir. Amma o, şikayətçiyə qarşı cəfəng bəhanələr uyduraraq və dəfələrlə ona qarşı təhqir və böhtanlar alaraq, söyüb-döymüşdür. O, atasını, anasını və şikayətçini ağır söyüşlər edib təhqir etmişdir. Qadına yaraşmayan nəlayiq söyüşlər söymüşdür. xx.xx.2025-ci ildə o, mənə qarşı zor işlədərək Ağsu şəhərində qaldıqları evə aparaq söyüb-döyümüş və mobil telefonumu qırmışdır. Sonra qapını arxadan bağlayaraq, qanunsuz olaraq şikayətçinin azadlığını əlindən almışdır. Bu səbəbdən heç kimə müracət edə bilməmişdir. Sonra şikayətçini xx.xx.2024-cü ildə aşbaz işləmək üçün Xocalı şəhərinə aparmışdır. Orada olan zaman o, yenidən şikayətçini təhqir və böhtan ataraq, deyirdi ki, Sən kişilərlə gəzirsən. Demişdir ki, “Sənə kiminsə əli dəyib?” Kimləsə yatıb durmusan?" Şikayətçi isə belə şeyin olmadığının və ona şər atdığını bildirmişdir. Beləliklə oradan ayrılıb Ağsu şəhərinə qayıtmışdır. Lakin o yenə də şikayətçini döyərək təhqir etmişdir. O, şikayətçini qohumlarının yanında biyabır elmişdir. Hətta atası və digər qohumları məndən üz döndəriblər. Sonunda fürsət tapan kimi, onun bu hərəkətlərinə dözməyərək xx.xx.2024cü ildə Ağsu Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Zahir, anası ilə birlikdə həmin polis şöbəsində şikayətçiyə yenidən olmayan şər və böhtanlar atmışdır. Həmçinin onlar da şikayətçidən şikayət elmişdirlər. Bu səbəbdən polis çağrışı əsasında xx.xx.2025-ci ildə polis şöbəsinə getmişdir. Anası yalandan şər və böhtan atmışdır. Guya onların yorğan döşəklərini oğurlamışdır və s. Sonra qorxudan və maddi imkansızlıqdan polis şöbəsinə gedə bilmədiyi üçün araşdırma nəticəsiz qalmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixində problemi həll etmək məqsədi ilə "Xəzər” TV-yə yayımlanan Lalə Azərtaşın aparıcı olduğu “Təsir dairəsi” verilişinə çıxmışlar. Lakin o, canlı yayımlanan verilişdə tamaşaçıların gözü qarşısında şikayətçini yenə də söyüb, təhqirlər edərək, əli ilə başına yumruqlar endirmişdir. O, dayanmadan sosial şəbəkələrdə şikayətçini, anasının gorunu və qohumlarını ağla sığmayan şəkildə təhqir edir. “Tik Tok” sosial şəbəkəsində şikayətçinin şəklini yerləşdirərək üzərində təhqir və böhtanlar yazır. Onun bəzi yazdıqlarını olduğu kimi, yəni şərhə heç bir düzəliş etmədən qeyd edir, “ZEHEb. AllAh. sEHE. bElA. BERsİH. KEHbE.sEH”, “ZEjHEb. KEhbElİK. EdiR.bAKdA. E1XAN. ROjAl. sİKİR”, “50. МАНАТА. BERİR. bAKdA.”, “ZEHEb. bAKdA. BERİR. KİjMET. KAlXd. 60. M Al İATA” və sairə təhqiramiz ifadələr qeyd etmişdir. Şikayətçi ondan faktiki olaraq ayrılmışdır, lakin qorxudan onunla birlikdə gedib müvafiq VVADQ şöbələrində rəsmi olaraq ayrıla bilmir. X8 “Xəzər TV” televiziya kanalının efirində “Təsir dairəsi” verilişində şikayətçiyə qarşı qeyrietik və təhqiredici ifadələr işlətmişdir. Hər bir vətəndaş kimi şikayətçi də bu şəxsin kütləvi efirdə, bütün Azərbaycana yayımlanan televiziya kanalında işlətdiyi bu nalayiq və təhqiramiz ifadələrini özünə qarşı ən pis təhqir kimi qəbul edir və bu şəxsin qanunvericiliyə uyğun ən ciddi məsuliyyətə cəlb edilməsini xahiş edir. Bundan əlavə X7 “'Tik Tok” və “You Tube” sosial şəbəkələrində şikayətçini, qohumlarını atanı və rəhmətlik anasını təhqir etmişdir. X8 “Tik Tok” sosial şəbəkəsinin şərhlər bölməsində “zenəb əlamdar qızı” adlı profil adı ilə, şikayətçiyə və anasına qarşı böhtanlar yazmışdır. O, şikayətçiyə qarşı aşağıdakı şərhi yazmışdır. Onun yazdıqlarını olduğu kimi, yəni yazdığı şərhə heç bir düzəliş elmədən qeyd edir. “Ay peysər Geleccmeee o ev i de elinden alacam sikdir cdecem senj Qalasan kirayələrdə Kafdar anon vare ancığım ağzına olsun” X6 digər yazılarını şikayətçi bura qeyd etmir. Çünki başqa yazılar etik qaydalara uyğun gəlmir. X8 şikayətçiyə, qohumlarına qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıblar. X8 tərəflərindən təhqir olunmuşdur. Yəni kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqəti nalayiq formada qəsdən alçalmışdır. Mənfi çaları olan nalayiq, bayağı və küçə söyüşlərinin sözügedən şəxslər tərəfindən “Xəzər” TV efirindən bütün ölkə vətəndaşlarının eşidə biləcəyi tərzdə səsləndirilməklə və “Tik Tok” sosial şəbəkəsində barəsində böhtanlar yazılmaqla şəxsiyyəti alçaldılmışdır. Sosial sayəsində çıxışlar edərək, guya şikayətçi 5 nəfər oğlanlarla bir yerdə əxlaqsız gəzmişdir və sair. Şikayətçi çox əziyyət çəkir. Belə ki, X8 işləyir. Əgər hadisələr belə davam edərsə, gələcəkdə pis nəticələnə bilər. Bunun qarşısı alınmalıdır. Yaranan bu sözsöhbətdən sonra şikayətçiyə elə gəlirdi ki, yolda, küçədə, məhəllədə hərəkət edərkən hamı ona baxır. Son günlərdə ailəsinə qarşı kinayəli baxışlar, həqarətli nəzərlər hiss edir. İş yoldaşlarının və qonşuların üzünə baxa bilmir. X2 valideynləri və bacısı şikayətçini və qohumlarını hər yerdə təhqir edirlər. Onlar şikayətçinin və qohumlarının dalınca yalan və böhtan dolu sözlər yaymaqla məşğuldurlar. O, şikayətçini və qohumlarını kütləvi nümayiş etdirərək, internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağla məşğuldur. Başqa şəxslərin həyatına aid məlumatların yayılması qanunla qadağan olunub. Hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq və şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) qorunması hüquqları vardır. Şikayətçi rayon əhalisi içində xəcalət çəkir. Hörmətdən düşmüşdür. Şərəfi, ləyaqəti və işgüzar nüfuzu zədələnib. Bu səbəbdən qohumları ona nifrət bəsləyir. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqı, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməkdə onu əhatənin (dostların, tanışların və.s) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqətin yazılı formada alçaldılması məktubda, hər hansı müraciətdə (ərizə, şikayət və ya təklifdə) və s. ifadə oluna bilər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, xüsusi ittihamçı X1 Zahir Mahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etsə də, sonuncu tərəfindən törədilmiş hansı əməlin (əməllərin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin, hansı əməlin (əməllərin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddənin təsiri altına düşdüyünü əsaslandırmamışdır. Həmçinin, xüsusi ittiham qaydasında şikayətdə şikayətin tərtib edildiyi yer göstərilməmişdir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar