Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-432/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1959-cu il tarixdə Cəlilabad rayonu, Pornaim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və ya etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirməklə dələlduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanış olduğu xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək guya yaş həddi ilə pensiyaya çıxmaqla hər ay üçün 380-400 manat təqaüd alacağında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən “Maşın Bazarı”-da 500 manat nağd pul və onun mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs fotoşəklini göndərdiyi “Leobank”-a məxsus 4098 5844 6430 6925 saylı hesab kartına sonuncunun 16 iyul 2022-ci il tarixdə saat 14:12-də Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə göndərilmiş 2500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 3000 (üç min) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxsla Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Maşın Bazarı” adlanan yerdə təkər alqı-satqısı edən zaman tanış olmuşdur. Tanışlıq zamanı Rasimə müxtəlif pensiyaların alınmasını təşkil edə biləcəyi barədə bildirmişdir. Bu zaman Rasim ondan yaşla bağlı pensiyanın təşkil edilməsini xahiş etmişdir. O da cavabında Rasimə köməklik edə biləcəyi barədə bildirmişdir. Bu zaman Rasimə pensiyanın alınmasını təşkil etməyi üçün 5000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Rasim də üzərində 500 manat məbləğində pulun olduğunu bildirərək, ilkin olaraq 500 manat məbləğində pulu verə biləcəyini bildirmişdir. O da Rasim ilə razılaşmış və ilkin olaraq “Maşın Bazarında” 500 manat məbləğində pulu Rasimdən almışdır. Bundan başqa, Rasimdən pensiyanın təşkil etmək üçün lazım olan şəxsiyyət vəsiqəsi və əmək kitabçasını istəmişdir. Həmin yerdə Rasim ona şəxsiyyət vəsiqəsini vermiş, əmək kitabçasını isə sonra verəcəyini bildirmişdir. 2022-ci ilin iyul ayının ortalarında o, Rasim və Rasimin dostu Teymurla Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Nizami” metrostansiyasının yaxınlığında görüşmüşdür. Həmin yerdə yenə o, Rasim və dostu Teymura Rasimin yaşı ilə əlaqədar pensiyanın təşkil edilməsini həyata keçirəcəyini və həmin işi təşkil etmək üçün 5000 manat deyil, 4000 manat pulun lazım olduğunu bildirmişdir. Həmin zaman Rasim ona bildirmişdir ki, hazırda üzərində pul yoxdur və qısa zaman ərzində yerdə qalan pulu ona verəcəkdir. Onlar razılaşmış və ayrılmışlar. Bundan bir neçə gün sonra Rasim onun göndərdiyi lakin, hazırda xatırlamadığı bank kartına 2500 manat məbləğində pulu göndərmişdir. Sonra Rasimlə razılamışlar ki, yerdə qalan 1000 manatı isə işi təşkil etdikdən sonra ona verəcəkdir. Lakin o, Rasimə vəd verdiyi işi həyata keçirə bilməmişdir. O, ümumilikdə 3000 manat məbləğində pulu Zərərçəkmiş şəxs alaraq ziyan vurmuşdur. Zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəmişdir. Barəsində azadlıqdan məhrumemtə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında iştirak etmiş ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən xahiş etmişdir ki, rayonda olduğu üçün növbəti iclaslarda iştirak edə bilməyəcək, bu səbəbdən ərizəsinin nəzərə alınmasını və məhkəmə istintaqının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, 2022-ci ilin təxminən iyul ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Maşın Bazar”-da işlətdiyi mağazada olan zaman bir nəfər kişi cinsindən olan şəxs adını sonradan Sahib olduğunu bildiyi müştəri qismində mağazaya yaxınlaşmışdır. Sahib idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı avtomobilə təkər almaq istədiyini bildirmişdir. Bundan sonra Sahiblə 4 ədəd təkərin qiyməti ilə razılaşmış və Sahibdən 4 ədəd təkəri alaraq bazarda olan təkərlərin balans yerində həmin təkərləri idarə etdiyi avtomobilə quraşdırmışdır. Bunun ardınca mağazanın vizit kartını Sahibə vermişdir ki, yenidən təkər lazım olsa ondan alsın. Daha sonra Sahib bazardan getmişdir. Həmin gündən təxminən 2- 3 gün keçdikdən sonra Sahib ona zəng edərək onun verdiyi təkərlərdə problem olmasını bildirmişdir. O da Sahibə demişdir ki, yaxınlaşsın mağazada və yenidən təkərlərin vəziyyətinə baxsın. Sahibdə onunla razılaşmışdır. Sahib ona zəng etdiyi gün mağazaya yaxınlaşmış və Sahibin idarə etdiyi avtomobili yenidən balans etdirmişdir. Avtomobilin təkərləri balans olduğu müddət ərzində o, Sahibə mağazasında çay təklif etmiş və onlar birlikdə çay içərək söhbət etmişlər. Söhbət əsnasında Sahib bildirmişdir ki, müxtəlif şəxslərə pensiyaların düzəlməsini həyata keçirə bilir. Bu zaman o, Sahibə bildirmişdir ki, əgər pensiya alınmasını təşkil edə bilirsə, ona da yaşı ilə əlaqədar pensiya alınmasını təşkil etsin. Bu zaman Sahib demişdir ki, həmin işi həyata keçirə bilmək üçün 5000 manat pul lazımdır. O isə cavabında üzərində 500 manat pul olduğunu söyləyərək ilkin olaraq bunu verə biləcəyini bildirmişdir. Sahibdə onunla razılaşaraq söyləmişdir ki, ilkin olaraq beh qismində 500 manat pulu qəbul edəcəkdir və sonradan yerdə qalan 4500 manat pulu ondan alacaqdır. Bunun ardınca üzərində olan 500 manat pulu işlədiyi mağazada vermişdir. Bundan əlavə Sahib ondan şəxsiyyət vəsiqəsini də istədiyindən, həmin yerdə şəxsiyyət vəsiqəsini də Sahibə vermişdir. Bunun ardınca Sahib ona məxsus əmək kitabçasını istəmişdir ki, ona pensiya təşkil etmək üçün həmin sənədlər lazım olacaqdır. O da Sahiblə razılaşmış və ilkin olaraq şəxsiyyət vəsiqəsi üzərində olduğundan Sahibə vermiş və əmək kitabçasınıda sonradan verəcəyini bildirmişdir. Həmin gündən təxminən 1 həftə sonra o, Sahiblə görüş təyin etmiş və 2022-ci il iyul ayının ortalarında o, Sahib və dostu Teymurla birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Nizami” metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı ətraflı olaraq soruşmuşdur ki, ona yaşla əlaqədar pensiyanı təşkili necə edəcəkdir. Onu da qeyd etmişdir ki, ondan istədiyi əmək kitabçasını görüş zamanı Sahibə vermişdir. Bundan sonra Sahib ona bildirmişdir ki, ona pensiyanın təşkil etmək üçün ilkin 5000 manat istəsə də, hal-hazırda onun maddi vəziyyətini görüb həmin işi ona 4000 manata həll edəcəkdir. O da Sahibə bu zaman təşəkkür etmişdir. Bundan sonra Sahib ona demişdir ki, vəd etdiyi işi təşkil etdikdə ona hər ay 380-400 manat civarında pensiya düşəcəkdir və ondan istədiyi 4000 manatı tam şəkildə verəcəyi təqdirdə 2 ay ərzində vəd etdiyi işi təşkil edəcəkdir. Bundan sonra Sahibə bildirmişdir ki, hal-hazırda üzərində pul yoxdur və bir neçə gün ərzində 2500 manat məbləğində pulu verəcək və yerdə qalan 1000 manat pulu isə vəd verdiyi işi həyata keçirdikdən sorna verəcəkdir. Sahibdə onunla razılaşmışdır. Sonrakı gün Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Rahat Market”-dəki postterminal vasitəsi ilə 2500 manat məbləğində pulu Sahibin ona göndərdiyi bank kartına göndərmişdir. Bundan sonra Sahibə mütəmadi olaraq zəng vuraraq işin hansı yerdə olması barədə maraqlanmışdır. Sahib isə cavabında hər dəfə müxtəlif bəhanələr gətirərək işin qısa zaman ərzində həll olunacağını bildirmişdir. Artıq onun səbri tükəndiyindən 2022-ci ilin oktyabr ayının sonlarından etibarən Sahibə verdiyi 3000 manat məbləğində pulunu geri istəmişdir. Sahib isə cavabında ona həmin pulu artıq lazımı yerə verdiyini deyərək ona məxsus pulu geri qaytara bilməyəcəyini bildirmişdir. Sahib onun etibarından sui-istifadə edərək pensiya təşkil edəcəyi barədə yalan vəd verib ona məxsus ümumilikdə 3000 manat məbəğində pulu ələ keçirərək maddi ziyan vurmuşdur.(i.v: 32-35) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 may 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən 34-cü PŞ-nə ünvanlanmış ərizədən görünür ki, Sahib adlı şəxs ona pensiya düzəltmək məqsədi ilə ondan 3000 manat pul almağına baxmayaraq həmin şəxs vədinə əməl etməmiş və aldığı pulu mənimsəmişdir, qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 3) 04 may 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 25) xx.xx.2023-cü il tarixli təqdim etmə və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs özündə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə yazışma sms mətnləri, Təqsirləndirilən şəxs göndərdiyi bank kartının va Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs elektron ödəmə sistemi vasitəsi ilə göndərmiş olduğu pulun çekinin əks etdirildiyi 10 ədəd fotoşəkildən ibarət 05 ədəd A4 formatlı vərəqələri istintaq orqanına təqdim etmiş və həmin vərəqələr götürülmüşdür.(i.v 42-47) xx.xx.2023-cü il tarixli baxış keçirilmə haqqında protokoldan görünür ki, 10 ədəd fotoşəkildən ibarət 05 ədəd A4 formatlı vərəqələrə baxış keçirilmiş və Təqsirləndirilən şəxs özünü təqsirli bilərək həmin fotoşəkillərdə əks olunan yazışma sms matnlərinin Zərərçəkmiş şəxs Qüdrət oğlu ilə aralarında baş verməsini və Zərərçəkmiş şəxs göndərmiş olduğu bank kartına sonuncu tərəfindən 2500 manat məbləğində pul göndərməsini bildirmişdir.(i.v.48) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaq orqanına vermiş olduğu ifadəsini təsdiqləyərək, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə söyləmiş və Təqsirləndirilən şəxs etmiş olduğu dələduzluq əməlini etiraf edərək, dələduzluq yolu ilə əldə etdiyi pulu geri qaytaracağını bildirmişdir.(i.v: 49-52) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X1 istintaq orqanına vermiş olduğu ifadesini təsdiqləyərək, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə söyləmiş və Təqsirləndirilən şəxs Qudrat oğlu etmiş olduğu dələduzluq əməlini etiraf edərək, dələduzluq yolu ilə əldə etdiyi pulu geri qaytaracağını bildirmişdir.(i.v 53- 55) BƏSİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 306. 1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə 15% islah işləri cazasına məhkum edilmiş, Yasamal RİŞ xx.xx.2019-cu il tarixli arayışına əsasən islah işləri cəzasını çəkib qurtarıb, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir.(i.v 89-101) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından 15% məbləğində dövlət nəfinə pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi hökm olunmuşdur.(i.v 92-95) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır(i.v96-100) 15 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmaqla dəyişdirilmədən qüvvəsində saxlanması, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və Şahid ifadələri, təqdim etmə və götürmə, baxış keçirilmə və üzləşdirmə protokolları, həmçinin iş üzrə toplanmış digər sənədlərin sübut kimi qiymətləndirilməsi, işdə olan 10 ədəd fotoşəkildən ibarət 05 ədəd A4 formatlı vərəqələr maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (i.v102- 106) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilsə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(060)- 489/2021 saylı qərarı ilə cinayət məsuliyyətindən azad olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən, sonuncu barəsində ittihamedici hökm çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə və təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 72-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) ,habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini (CM-59.1.13.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin olunmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır Maddi sübut- işdə olan 10 ədəd fotoşəkildən ibarət 05 ədəd A4 formatlı vərəqələr cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Maddi sübut- işdə olan 10 ədəd fotoşəkildən ibarət 05 ədəd A4 formatlı vərəqələr cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 25 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-432/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-432/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver