Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-472/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X10 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X27 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X23 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, xüsusi ittiham qaydasında şikayət verən X11 və nümayəndəsi Femida Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 25 may 1961-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, M.Əzizbəyov küç, 60 ünvanında yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair, 16 iyun 1987-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında yaşayan X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair, 12 iyul 1957-ci ildə Laçın rayonu, Vəlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Laçın şəhəri, M.Əzizbəyov küçəsi, ev 60 ünvanında yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə və X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, uzun müddətdir Laçın rayon X3 direktoru vəzifəsində işləyir. İşlədiyi müddətdə işinə məsuliyyətli və peşəkar yanaşmışdır. Elm və Təhsil Nazirliyi tərəfindən 2018-ci ildə Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif edilmişdir. Cəmiyyət və kollektiv arasında yüksək nüfuza və hörmətə malikdir. Yüzlərlə şagirdlərin əl əmək bacarıqlarının inkişaf etdirilməsi və müxtəlif əl işlərinin sərgilərdə nümayiş etdirilməsinə nail olmuşdur. Lakin, rəhbərlik etdiyi Laçın rayon X3 dərnək rəhbəri X10 və onun ailə üzvləri tərəfindən müxtəlif vaxtlarda böhtan və təhqirlərə məruz qalmışdır. Laçın rayon X3 dərnək rəhbəri X10 əmək intizamını pozduğu üçün 04 iyun 2022-ci il tarixdə onun tərəfindən xəbərdarlıq edilmişdir. Laçın rayon X7 2022-2023-cü il dərs ilində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti yoxladığı üçün əmək intizamını daha da gücləndirmək məqsədilə bir sıra təbdirlər həyata keçirmişdir. Bu zaman Laçın rayon X3 dərnək rəhbəri X2 əmək intizamını pozduğu bir daha aşkar edilmişdir. 17 mart 2023-cü il tarixdə keçirilən Pedaqoji iclasda qəbul edilən qərara əsasən X5 intizam tənbehi qismində töhmət verilmişdir. İntizam tənbehindən nəticə çıxarmadığı üçün 18 iyun 2023-cü il tarixdə X2 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilmişdir. Daha sonra Mediasiya zamanı barışıq əldə edilmiş və X10 öz işinə bərpa edilmişdir. X1 ona və kollektivin ayrı-ayrı üzvlərinə qarşı böhtan və təhqirlərinə son qoymamışdır. Belə ki, 17 mart 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X3 15 nəfər kollektiv üzvü və 4 nəfər onlayn olmaqla 19 nəfərdən ibarət X29 keçirilmişdir. Şura iclası keçirilən zaman müzakirə edilən məsələlərdən biri də əmək intizamına əməl edilməsi məsələsi idi. Əmək intizamını pozduğu üçün Laçın rayon X3 dərnək rəhbəri X5 17 mart 2023-cü il tarixdə X28 İclasında töhmət elan edilmişdir. Töhmət elan edildikdən sonra X10 yerindən icazəsiz qalxaraq bütün kollektivi müxtəlif sözlərlə təhqir edərək şəxsən mənim və kollektivin digər üzvlərinin hər birinin üzünə tüpürdü. Bundan başqa Laçın rayon X3 dərnək rəhbəri X10 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 24 may 2023-cü il tarixdə ərizə yazmışdır. Həmin ərizədə qeyd etmişdir ki, "Yazıb Sizə bildirirəm ki, Laçın rayon X4 baş verən özbaşınalıq, qanunsuzluq, rüşvətxorluq, müəllimlərə qarşı qərəzli mövqe heç bir çərçivəyə sığmır. Belə ki, əlaqəli şəkildə dərnək daxili və xarici qanunsuz idarəetmə metodu, səsli və səssiz görüntülərlə şantaj cəhdləri, aylıq müəllimlərdən pul yığmaq, vahimə ilə kollektivə təsir etmə, müəllimlik adına yaraşmayan danışıq tərzi, nəzakətsiz, psixoloji problemli, qeyri-vətənpərvər mərkəzin rəhbəri-Zəravənd Quliyev. "özündən vakant ştatlar yaradaraq aylıq əmək haqqlarını mənimsəyir, bəzi işçilərlə bölür."" Laçın rayon X3 dərnək rəhbəri X10 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinə yazılmış 06 iyul 2023-cü il tarixli müraciətinə cavabda qeyd edilir ki, "Müraciətinizlə əlaqədar Xidmətin Bakı şəhər İdarəsinə verdiyiniz izahatınızda Sizdən tələb edilən məbləği vermədiyinizə görə əmək müqavilənizə xitam verildiyi və son haqqhesabınızın ödənilmədiyini qeyd etmisiniz". Yuxarıda qeyd edilən faktlarla bağlı 20 oktyabr 2023-cü il tarixdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək Laçın rayon X3 dərnək rəhbəri X2 onu təhqir etməsi və ona müxtəlif böhtanlar atması barədə məlumat vermişdir. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində aparılan araşdırma zamanı X10 ona böhtan atması faktını təsdiq edən izahat vermişdir. Belə ki, X10 izahatında qeyd etmişdir ki, onun işdən çıxarılmasına səbəb Zəravənd Quliyevin rüşvət tələb etməsi olmuşdur. Həmçinin onun müəllim kollektivindən pul yığmağını, nəzakətsiz olmağını, səsli və səssiz görüntülərlə şantaj etməyini qeyd etmişdir. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən 20 oktyabr 2023-cü il tarixdə Laçın rayon X3 dərnək rəhbəri X2 onu təhqir etməsi və ona müxtəlif böhtanlar atması barədə məlumat araşdırılmış və müraciətdə göstərilən xüsusatların DİO-nun araşdırma predmetinə aid olmadığı üçün xüsusi ittiham qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilərək 12 dekabr 2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Laçın rayon X3 dərnək rəhbəri X2 oğlu X27 21 iyun 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X8 gələrək anasının əmək kitabçasını ondan tələb etdikdə o həmin kitabçanı yalnız onun anasına verə biləcəyini dedi ki, ona böhtan ataraq bildirdi ki, “50 manatdan 100 manatdan alıb camaatı aylığa saxlıyırsan. Mənim üçün kişi olub.” Bu sözləri ona deyərkən onun yanında Laçın rayon X3 dərnək rəhbəri Şahid3 və Laçın rayon X3 şöbə müdiri Şahid6 olmuşlar və onlar da X27 ona böhtan atması faktını təsdiq edə bilərlər. X16 ona böhtan atması barədə videogörüntüləri ərizəsinə əlavə etmişdir. Həmçinin Laçın rayon X3 dərnək rəhbəri X2 əri X23 29 sentyabr 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X8 gələrək onunla mübahisə yaratmış və məktəbi pozğunxana adlandıraraq onu və bütün məktəb kollektivi təhqir etmişdir. Bu sözləri ona deməklə onu təhqir edərkən onun yanında Laçın rayon X3 Həmkarlar Təşkilatının sədri Şahid7 və mərkəzin şöbə müdiri Şahid6 olmuşlar və onlarda X13 onu təhqir etməsi faktını təsdiq edə bilərlər. X13 onu təhqir etməsi barədə videogörüntüləri ərizəsinə əlavə etmişdir. Əlavə olaraq onu da bildirir ki, onun tərəfindən "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi1 müraciət edilərək Hüquqi Yardımın göstərilməsi barədə Müqavilə bağlanılmışdır. "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə sorğu verilərək X6 ərizəsinin, ərizəyə əlavə olunmuş sənədlərin, X2 izahatının və izahatları alınmış digər dərnək rəhbərlərinin və işçilərin izahatlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Lakin, bu günə kimi sorğuya cavab verilmədiyi üçün sorğu ilə tələb edilən sübutları məhkəməyə təqdim edə bilmir. Odur ki, məhkəmə tərəfindən Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə sorğu verilərək X6 ərizəsinin, ərizəyə əlavə olunmuş sənədlərin, X2 izahatının və izahatları alınmış digər dərnək rəhbərlərinin və işçilərin izahatlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsi zərurəti vardır. Yuxarıda qeyd edilən və X10 tərəfindən ona ünvanlanan, sənədlərdə əksini tapan bu sözlər (rüşvətxor, səsli və səssiz görüntülərlə şantaj cəhdləri, aylıq müəllimlərdən pul yığmaq, vahimə ilə kollektivə təsir etmə, müəllimlik adına yaraşmayan danışıq tərzi, nəzakətsiz, psixoloji problemli, qeyri-vətənpərvər özündən vakant ştatlar yaradaraq aylıq əmək haqqlarını mənimsəyir, bəzi işçilərlə bölür) və onun üzünə tüpürməsi faktı onun şərəf və ləyaqətini alçaltmaq üçün planlı şəkildə icra edilən Təhqir və Böhtan cinayətinin tərkib elementləridir. Həmçinin Laçın rayon X3 dərnək rəhbəri X2 oğlu X16 ona ünvanlanan, videoda əksini tapan bu sözlər "50 manatdan 100 manatdan alıb cammatı aylığa saxlıyırsan. Mənim üçün kişi olub." deməklə ona böhtan atmış və onu Rüşvət alma (passiv rüşvətxorluq)-da ittiham etməklə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda səsləndirməklə AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Yuxarıda qeyd edilən şəxslərlə yanaşı X23 məktəbi pozğunxana adlandıraraq onu və bütün məktəb kollektivi təhqir etməklə AR CM-nin 148-ci maddəsində nəzərdə tutulan əməlləri törətmişdir. Belə ki, Laçın rayon X3 dərnək rəhbəri X2 və X13 təhqirləri və X16 ona böhtan atması nəticəsində kollektivdə olan nüfuzuna ciddi xələl gəlmiş, onun psixoloji-emosional vəziyyəti gərginləşmiş, davam edən təhqirlər fondunda əsəbləri pozulmuş və ona atılan böhtanlar və şəxsinə qarşı yönəlmiş təhqirlər onun iş kollektivindəki əmək fəaliyyətinin məhsuldarlığını azaltmışdır. X2 təhqirləri nəticəsində ona 10.000 (on min) manat, X13 təhqirləri nəticəsində ona 5000 (beş min) manat və X16 ona böhtan atması nəticəsində ona 15.000 (on beş) min manat miqdarında mənəvi ziyan dəymişdir. Laçın rayon X3 dərnək rəhbəri X2 və onun əri X13 təhqirləri və X16 ona böhtan atması nəticəsində pozulmuş hüquqlarını bərpa etmək üçün 05 mart 2024-cü il tarixdə "Femida" vəkil bürosunun vəkili Müdafiəçi1 ilə 215 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlayaraq ********** nömrəli VÖEN ilə fəaliyyət göstərən "Femida" vəkil bürosunun hesabına 800 (səkkiz yüz) manat məbləğində pul ödəmişdir. Bununla da ona 800 (səkkiz yüz) manat miqdarında da maddi ziyan dəymişdir. Yuxarıda da qeyd edildiyi kimi Laçın rayon X3 dərnək rəhbəri X10 AR CM-nin 147-ci maddəsində qeyd edilən cinayəti ünvan 5 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında törətmişdir. Belə olan halda hesab edir ki, Xətai rayon məhkəməsinə müraciət etməkdə haqlıdır. Odur ki, X2 və X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan və X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X11 ərizəsində göstərdiyi xüsusatları bir daha müdafiə edərək bildirmişdir ki, X2 və X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan və X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilmələri barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X6 etibarnamə üzrə nümayəndəsi Femida Vəkil Bürosunun vəkili Müdafiəçi1 ərizəsində göstərdiyi xüsusatları bir daha müdafiə edərək X2 və X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan və X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilmələrinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zəravənd müəllimin onunla və başqa bir müəllimə ilə aralarında narazılıq var idi. Çünki bütün müəllimlər kimi onlar aylıq pul vermirdilər. Daha sonra Zəravənd müəllim onu dəfələrlə yoxlamağa başladı. Diplomunun həqiqiliyini və s. işlərini yoxlayırdı. O işdə olduğu halda, video çəkib qrupa göndərirdi ki, guya işdə yoxdur. O həmin iclasda qızlara bildirmişdir ki, direktorun dedikləri ilə oturubdurmasınlar. Başı aşağı şəkildə “Tfu. Bu nə idi?” demişdir. Çünki əsəbləşmişdir, belə ki, həmin iclasda onunla bağlı deyil digər müəllimə ilə bağlı məsələ müzakirə olunmalı idi. Qızların nəyisə imzaladıqlarını görmüş, Zəravənd müəllim iclasda onun ailəsi, yoldaşı Həsi ilə bağlı yamsılamalar etmişdir. İclasda ona töhmət elan edilməmişdir. Prezidentə şikayət ərizəsini o yazmışdır, çünki bütün bu söhbətlər 50 manata görə yaranmışdır. Zəravənd müəllim onun hər bir hərəkətini videoya çəkirsə, niyə tüpürməyini videoya çəkməmişdir. O sadəcə özünə əsəbiləşərək “tfu” deyib ayağını yerə vurub otağı tərk etmişdir. Məhkəmədən bu halları nəzərə alıb, ədalətli qərar qəbul edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X27 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 50 manatla bağlı məlumatı sosial şəbəkələrdən oxuduğuna görə demişdir. Oradan nə oxuyubsa onu deyib. Sosial şəbəkələrdə paylaşan şəxsi Zəravənd müəllim də tanıyır. Seyid Kamil adlı şəxsdir. Həmin paylaşılmış məqalənin mətnini məhkəməyə təqdim etmişdir. Hətta anası da bir neçə dəfə direktora pul verdiyi barədə ona demişdir. Axı sosial şəbəkə konkret 50-100 manat yazılmayıb, maaşın 40-50 faizi yazılıb sualına cavab olaraq bildirmişdir ki, anasının maaşının həmin faizi elə 50-100 manat edir. Məhkəmədən bu halları nəzərə alıb, ədalətli qərar qəbul edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X23 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddət təhsil sahəsində işləmişdir. Müəllim kimi fəaliyyət göstərmişdir. Riyaziyyat, cəbr, fizika kimi fənləri tədris etmişdir. Bundan əlavə maarif sahəsində inzibati və təşkilati işlərdə çalışmışdır. Onun işlədiyi dövrdə məktəblərdə davranış və əxlaq məsələlərinə ciddi yanaşılırdı. Müəllimlər əxlaq kodeksinə riayət edirdilər. Zəravənd müəllimin otağında iki nəfər tanımadığı qadının onun yoldaşı ilə danışarkən “cırığa qoymaq” ifadəsinin işlədilməsini o, təhsil ocağına yaraşmayan ifadə hesab etmişdir. Ona görə də həmin vaxt “bura pozğunxanadır. Bu nə söhbətlərdir edirsiniz ?” demişdir. Həmin ifadəni işlədərkən heç kimi təhqir etmək fikri olmamışdır. Məhkəmədən bu halları nəzərə alıb, ədalətli qərar qəbul edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 17 mart 2023cü il tarixdə X29 keçirilmişdir, bütün müəllimlər iştirak etmiş, 4 nəfər isə onlayn formada qoşulmuşdurlar. Həmin iclasda hamı bir nəfər kimi iştirak edir, yalnız üzrlü səbəblərdən iştirak etməyən ola bilər. Orada Pərvanə müəllimə onları təhqir etmiş, üzlərinə tüpürmüşdür. Bu hərəkət kollektivin acığına getmişdir. Onların şikayətləri ondan ibarətdir ki, Pərvanə müəllimə onları X31da hansı səbəbdən təhqir etdi. Bu fakt olub, yalan demir, həmçinin Pərvanə müəllimə ilə də heç bir qərəzli münasibəti olmayıb. Lakin iclasda həqiqətən onları təhqir edib, üzlərinə tüpürüb, sözlə “tfu üzünüzə” demişdir. Bu söz isə tüpürmək kimi olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Pərvanə müəllimə “tfu üzünüzə” sözünü ümumi olaraq ünvanlamışdır. Həmin iclasda həm müəllimlərə aid məsələlər, həm də davamiyyətlə bağlı məsələlər müzakirə olunurdu. Müəllimlərin dərsə gedib gəlməyinə Zəravənd müəllim özü nəzarət edirdi, müəllim dərsdə olmayanda isə video çəkib qrupa göndərirdi. Zəravənd müəllim bütün müəllimləri yoxlayırdı, dərsdə olmayanlar barəsində isə akt tərtib edirdi. Zəravənd müəllim Pərvanə müəllimənin qrupuna girib görmüşdür ki, dərsdə yoxdur videoya çəkib göndərmişdir ümumi qrupa. Həmin X29nda Zəravənd müəllim Pərvanə müəlliməyə davamiyyətə görə töhmət verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 17 mart 2023cü il tarixdə Pedaqoji Şura keçirilmişdir. Həmin iclasda Pərvanə müəlliməyə töhmət verilmişdir. Bununla bağlı akt tərtib olunmuşdur və həmin aktda bütün müəllimlərin adları qeyd olunmuşdur. Töhmət verilməmişdən qabaq 2 dəfə xəbərdarlıq olunmuşdur. Daha sonr töhmət verilməsi ilə bağlı bütün müəllimlərin rəyi alınmışdır, hər kəs də səs vermişdir. Bu səbəbdən Pərvanə müəllimə əsəbləşmiş və kollektivin üzünə tüpürmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X29nda 15 nəfər əyani iştirak edirdi, 4 nəfər isə onlayn formada qoşulmuşdur. Pərvanə müəllimə onlar ona töhmət verilməsinə görə səs verdikləri üçün dedi ki, “tfu sizin kimin kollektivin üzünə”. Digər məsələ ilə bağlı bildirir ki, o mərkəzin şöbə müdürüdür. O Pərvin müəllimə ilə birlikdə jurnalları yazanda Orxan bəy gəlib Zəravənd müəllimdən anasının əmək kitabçasını istəmişdir. Orxan bəylə Zəravənd müəllim arasında gərgin anlar yaşanmışdır. Zəravənd müəllim əsəbləşdi, o isə Zəravənd müəllimə demişdir ki, getsin onsuzda əmək kitabçasını Orxan bəyə verməyəcək. Həmçinin Orxan bəy demişdir ki, “burdakı qadınlarla necə rəftar edirsiz özünüz bilərsiz”, bu söz ona çox pis təsir etmiş və əsəbləşmişdir. Daha sonra “whatsapp” yazışmaları olmuşdur Ülviyyə müəllimə ilə, Həsi müəllim də Zəravənd müəllimin üzünə demişdir ki, “bura pozğunxanadır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, o Əsmər müəllimə və Zəravənd müəllimlə oturub jurnal işləyirdilər. Daha sonra Həsi müəllim içəri daxil olaraq Zəravənd müəllimin arxasına keçmişdir. Zəravənd müəllim də Həsi müəllimə demişdir ki, “Həsi keç o tərəfə”. Bundan sonra Həsi müəllim dedi ki, “işlədiyin də bunlardı da, pozğunlardı”. Həmçinin Həsi müəllim dəfələrlə onu yiyəsiz adlandırıb, bildirib ki, Ülviyyənin yiyəsi yoxdur. Lakin o anası ilə birlikdə yaşayır, atası və həyat yoldaşı rəhmətə gedib. Nəyə görə Həsi müəllim onu yiyəsiz adlandırmalıdır? Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 17 mart 2023-cü il tarixdə keçirilmiş X26 müəlliməyə töhmət verilmişdir. Pərvanə müəllimə də durub demişdir ki, “tüpürüm sizə, sizin şərəfinizə” sonra isə getmişdir. Həmçinin Həsi müəllim “whatsapp” yazışmalarında ona yazmışdır, “Zəravənd müəllim sizi qoyub cırıx yerinə”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, X29nda Pərvanə müəllimənin kollektivi təhqir etməsinin şahidi olmuşdur. X29nda 15 nəfər əyani iştirak etmiş, 4 nəfər isə onlayn formada qoşulmuşdur. Həmin iclasda məktəbin bütün məsələləri müzakirə olunurdu, sonra isə Pərvanə müəllimədən danışılmışdır. Pərvanə müəllimənin dərsdə iştirak etməməsinə dair videolar var idi. Daha sonra iclasda Pərvanə müəlliməyə töhmət verilməsi təklif olunmuşdur. Problem töhmət veriləndən sonra başlamışdır. Pərvanə müəllimə kollektivə yönələrək dedi ki, “tfu sizin üzünüzə, vicdansızlar”. Pərvanə müəlliməyə töhmət verilməsi ilə bağlı tərtib olunmuş akta müəllimlər səs verib qol çəkmişdirlər. Orada əlavə təhqirlər də oldu, lakin tüpürmək bütün kollektivə yönəlmişdir. Daha sonra Əsmər müəllimə ilə jurnal yazanda Pərvanə müəllimənin oğlu Orxan bəy gəlib anasının əmək kitabçasını götümək istəyirdi. Zəravənd müəllim də ona başa saldı ki, Əmək Məcəlləsinə əsasən əmək kitabçasını ona verə bilməz, Pərvanə müəllimənin özünə verməlidir. Bundan sonra Orxan bəylə Zəravənd müəllim arasında konflikt oldu, Zəravənd müəllimi təhqir etdi. Orxan bəy demişdir ki, “buradakı müəllimlərlə necə rəftar edirsiz özünüz bilərsiz”, bu ifadə onlara yönəlmiş təhqir idi və ona təsir edən cümlənin o hissəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, onlar X29 keçirtmişlər. Həmin iclasda 15 nəfər əyani iştirak edirdi, 4 nəfər də regiondan onlayn formada qoşulmuşdur. İclasda məktəbdə keçirilən tədbirlər barədə, bütün ümumi təhsil haqqında müzakirələr aparılırdı. Həmin iclasda digər müəllimlər, həmçinin də Pərvanə müəllimənin dərsə getməməsi, dərsləri təşkil etməməsi müzakirə olunmuş və ona töhmət verilmişdir. Bununla bağlı akt tərtib olunmuşdur, bütün müəllimlərin də adları qeyd edilmişdir. Bundan sonra Pərvanə müəllimə ayağa qalxdı və dedi ki, “tfu sizin üzünüzə”. Bu ifadəni işlədərək onları təhqir edib, alçaltmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zəravənd müəllim daim qrupa videolar atıb, kimin dərsdə iştirak edib etməməsi ilə bağlı hamını məlumatlandırırdı. Həmin iclasda Pərvanə müəllimədən başqa Məhparə müəllimə də əsəbləşmişdir. Məhparə müəllimə də əmək intizamını pozurdu. Daha sonra Pərvanə müəllimə ilə Məhparə müəllimə birlikdə iclasdan çıxdılar. Həmçinin bildirmişdir ki, o 2012-ci ildən həmin dərnəkdə çalışır. 6-7 ildir ki, Pərvanə xanımı tanıyır, lakin şəxsən münasibətləri yoxdur, yalnız iclaslarda görüşürdülər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 17 mart 2023cü il tarixdə X29 keçirilmişdir. İclasda 19 nəfər iştirak edirdi, 15 nəfər orada idi, 4 nəfər isə onlayn qoşulmuşdur. İclasda dərnəklərin təşkili, nizam-intizam qaydaları müzakirə olunurdu. Zəravənd müəllim dərsə gəlməyən əsasən də 2 müəllim barəsində danışdı. Daha sonra isə Zəravənd müəllim Pərvanə müəlliməyə töhmət verilməsi ilə bağlı kollektivin rəyini soruşdu, hamı da razı oldu. Həmin vaxt Pərvanə müəllimə əsəbləşərək ayağa durdu və dedi ki, “yaltaqlar, arsızlar, tfu bütün kollektivin üzünə”. Sonra isə Pərvanə müəllimə iclasdan çıxıb getdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin dərnəkdə metodist işləyir. İclasdan qabaq nədən danışılacağından heç bir məlumatı yox idi. İclasda məlum oldu ki, Zəravənd müəllim Pərvanə müəlliməyə töhmət vermək istəyir. Zəravənd müəllim dəfələrlə yoxlayırdı və Pərvanə müəlliməni işdə tapmırdı. Bununla bağlı söz-söhbət həmişə olurdu. Pərvanə müəllimə işdə olmayan onun işini onlar görmürdü. Həmçinin bildirmişdir ki, Pərvanə müəllimə bütün kollektivə 1 dəfə tüpürdü. Əvvəllər Pərvanə müəllimə ilə heç bir konflikti olmamışdır, lakin həmin iclasdan sonra Pərvanə müəllimə onu harada görə ağzına gələni deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 17 mart 2023cü il tarixdə Zəravənd müəllim onları Pedaqoji Şuranın iclasına çağırmışdır. Zəravənd müəllim Pərvanə müəllimənin işə getməməsinə dair video çəkib göndərmişdir qrupa və demişdir ki, bu adam işə getmir. Həmin iclasda Zəravənd müəllim ona töhmət vermək istəyirdi. Bundan sonra Pərvanə müəllimə dedi ki, “siz nə gündəsiz yaltaqlar, tfu sizin üzünüzə”. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin iclasda 14-15 nəfər var idi, 3-4 nəfər də regiondan qoşulmuşdur. Töhmət verilməsi ilə bağlı tərtib olunmuş akta hamı qol çəkmişdir. Əvvəllər Pərvanə müəllimə ilə heç bir ədavəti olmayıb, ancaq salam-sağ ol olub. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sosial şəbəkədə Seyid Kamil tərəfindən paylaşılmış məlumatdan görünür ki, “Şok fakt....Məktəb direktoru Elm və Təhsil Nazirliyi başda olmaqla bütün təşkilatları uzun müddətdir ki aldadır....Laçın rayon UGİM-nin direktoru Zəravənd Quliyev mərkəzin təşkil etdiyi dərnəklərdə dərnək üzvlərini öyrətmək əvəzinə özü otaqda oturub dərnək üzvlərinin yerinə əl işləri hazırlayıb uşaqların adından müxtəlif tədbirlərdə nümayiş etdirir və dərnək tədris edəsi müəllimlərdən də dərnək məşğələsi keçmədikləri üçün onların əmək haqqılarının 40-50 faizini özü alır. O ilin əvvəlində məşğələ jurnalların özündə saxlayaraq ayda bir dəfə dərnək rəhbərlərinə yazdıraraq onlarla sövdələşir ki, hər ay əmək haqqınızın bir hissəsin verməlisiz. Kim razılaşırsa onların jurnalın bir müddətdən sonra özlərinə verir kim razılaşmırsa onları işdən çıxarmaqla hədələhib təhdid edir. Bu minvalla Zəravənd Quliyev hər ay dərnək rəhbərlərindən 3500-4000 civarında pul alır. Bununla da o hamını çox ustalıqla aldadıb hətta ad da alır”. X2 Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı 24 may 2023-cü il tarixli ərizədən görünür ki, “Yazıb Sizə bildirirəm ki, Laçın rayon X4 baş verən özbaşınalıq, qanunsuzluq, rüşvətxorluq, müəllimlərə qarşı qərəzli mövqe heç bir çərçivəyə sığmır. Belə ki, əlaqəli şəkildə dərnək daxili və xarici qanunsuz idarəetmə metodu, səsli və səssiz görüntülərlə şantaj cəhdləri, aylıq müəllimlərdən pul yığmaq, vahimə ilə kollektivə təsir etmə, müəllimlik adına yaraşmayan danışıq tərzi, nəzakətsiz, psixoloji problemli, qeyrivətənpərvər mərkəzin rəhbəri-Zəravənd Quliyev. Müəllimlərin yaxınları ilə əlbəyaxa davalardan şikayətləri DİN-nin 102 xidmətindədir. "özündən vakant ştatlar yaradaraq aylıq əmək haqqlarını mənimsəyir, bəzi işçilərlə bölür” və s. kimi məlumatlar əks olunmuşdur. Fləşkartda təqdim olunmuş VİD-20240408-WA0028.mp4 adlı videodan görünür ki, X27 21 iyun 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X8 gələrək anasının əmək kitabçasını Zəravənd Quliyevdən tələb etdikdə o həmin kitabçanı yalnız onun anasına verə biləcəyini demiş, Orxan Vəliyev isə böhtan ataraq bildirdi ki, “50 manatdan 100 manatdan alıb camaatı aylığa saxlıyırsan. Mənim üçün kişi olub.” Fləşkartda təqdim olunmuş VİD-20240408-WA0029.mp4 adlı videodan görünür ki, X23 29 sentyabr 2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X8 gələrək Zəravənd Quliyevlə mübahisə yaratmış və məktəbi pozğunxana adlandıraraq onu və bütün məktəb kollektivi təhqir etmişdir. Zəravənd Quliyev: müəllimə deyir ona demişiniz direktor sizi qoyub cırıx yerinə. İndi deyirsiniz elə söz deməmişəm. Pərvanə Rüstəmova: - Zəravənd müəllim Həsi müəllim hirslənəcək. Zəravənd Quliyev: - Əsəbiləşsin, nağayracaq ? uzaq başı gedib 1 ay psixiatriyada yatacaq. Pərvanə Rüstəmova: - Nə vaxt yatıb ? Əvvəl metodist işləyib məktəbdə. Zəravənd Quliyev: - Əvvəl işləyib, sonra başı pozulub işdən çıxardıblar. Daha sonra “Cırıx yerinə qoymaq” ifadəsi ilə bağlı Pərvanə Rüstəmova deyir mən heç kimə elə söz deməmişəm nədəki göndərməmişəm. Zəravənd Quliyev deyir demisən. Həsi Vəliyev: - Bura pozğunxanadır Zəravənd Quliyev:- Niyə pozğunxana olur ə ? Həsi Vəliyev: - Bu nə söhbətlərdir edirsiz? Hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X23 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci, X10 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və X27 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddələrinin tərkibinin olması sübuta yetirilmədiyindən, həmin məcəllənin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2 və 3-cü bəndlərində isə göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə o zaman ekspertiza təyin edə bilər ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yaranmış olsun. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə “məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir”. Qeyd edilən maddənin məzmunundan görünür ki, məhkəmə o halda ekspertiza təyin etmək hüququna malikdir ki, iş üzrə araşdırılan məsələnin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Bir çox hallarda ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla hakimin öz tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 141.1.1-ci maddəsinə əsasən ümumi məlum olan faktlar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur: Beləliklə, xüsusi bilik tələb etmədən aydın anlaşılan söz və ifadələrlə bağlı məhkəməlinqvistik ekspertizasının təyin edilməsinə zərurət olmadığından məhkəmə hazırkı iş üzrə ekspertiza keçirilməsini gərəksiz hesab etmişdir. Təhqir və böhtanla bağlı məhkəmənin qiymətləndirməsi : Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasının 148-ci maddəsinin tərkib əlamətinin mövcud olması üçün təhqir kütləvi halda edilməlidir. Məhkəmə iclası zamanı sübut kimi şikayət ərizəsinə əlavə edilmiş videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, direktorun otağında söhbət zamanı müzakirəsi aparılan “Cırıx yerinə qoymaq” ifadəsini X23 məktəbə yaraşmayan hesab edərək hiddətlənmiş və “Bura pozğunxanadır. Bu nə söhbətlərdir edirsiniz ?” demişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs X13 işlətdiyi həmin ifadədə heç bir təhqir əlamətləri müəyyən edilməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətində ağır cinayət törətməsi ilə bağlı ona böhtan atılması hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs X16 videogörüntüdə bildirdiyi ifadələr onun sosial şəbəkələrdə Seyid Kamil adlı şəxs tərəfindən yayılmış məqalələrdən əldə etdiyi habelə anasından eşitdiyi məlumatdır. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa, CM-nin 147-ci maddəsilə cinayət məsuliyyəti istisna olunur. Qeyd edilənlərə əsasən X20 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməlidir. X10 tərəfindən ölkə Prezidentinə ünvanlandığı 24 may 2023-cü il tarixli məktubda göstərilən xüsusatlarla bağlı məhkəmə hesab edir ki, vətəndaşın həqiqi və ya ehtimal olunan cinayət törədilməsi ilə bağlı məlumat verməsi bu məlumatın təsdiqini tapmadığı halda onun təqib edilməsinə əsas ola bilməz. Belə ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Laçın Rayon X3 17 mart 2023-cü il tarixli Pedaqoji Şurasının iclasında baş vermiş hadisə ilə bağlı məhkəmə bildirir ki, hərəkətlə şərəf və ləyaqəti alçaltmaq məsələn üzünə tüpürməklə, şillə vurmaqla, mimikalarla, jestlərlə başqa şəxsi mənfi cəhətdən yamsılamaqla və s. hərəkətlərlə edilə bilər. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində təqsirləndirilən şəxsin şikayətçinin və kollektivin digər üzvlərinin hər birinin üzünə tüpürməsi qeyd olunur. Məhkəmə tərəflərin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs səmimidir, ifadəsi inandırıcıdır. O, ifadəsində bildirmişdir ki, o, heç kimə tüpürməmişdir. Sadəcə özünə əsəbiləşərək “tfu” deyib ayağını yerə vurub otağı tərk etmişdir. Belə ki, iş üzrə şahid kimi ifadə vermiş şəxslər Şahid1 “tfu üzünüzə”, Şahid6 “tfu sizin kimin kollektivin üzünə”, Şahid7 “tüpürüm sizə, sizin şərəfinizə”, Şahid3 “tfu sizin üzünüzə, vicdansızlar”, Şahid5 “yaltaqlar, arsızlar, tfu bütün kollektivin üzünə”, Şahid2 “siz nə gündəsiz yaltaqlar, tfu sizin üzünüzə” kimi oxşar olsa da ziddiyyətli ifadələr vermişlər. Məhkəmə iclasında verilmiş ifadələrdən müəyyən olunur ki, Rüstəmova Pərvanə fiziki olaraq heç kimin üzünə tüpürməmişdir. “Tfu” kəlməsini işlədərək iclası tərk etmişdir. Həmin ifadəni konkret kiməsə o cümlədən xüsusi ittihamçıya ünvanlamamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən 15 nəfər iclas iştirakçısının hər birinin üzünə tüpürməsi ümumiyyətlə inandırıcı görünmür. Məhkəmə hesab edir ki, həmin ifadədə və hərəkətdə heç bir təhqir əlamətləri müəyyən edilməmişdir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi Haqqında” Konvensiyasının 10-cu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. Maddənin 2-ci hissəsinə görə bu azadlığın həyata keçirilməsi həmçinin mətbuata tətbiq olunan “vəzifə və öhdəliklər” doğurur. Bu işdə olduğu kimi, digər şəxslərin hüquqlarının pozulduğu hallarda bu “vəzifə və öhdəliklər” əhəmiyyət kəsb etməyə başlayır. Qeyd edilməlidir ki, xüsusi ittihamı irəli sürmüş şəxslərin öz şərəfinə və nüfuzunun qorunmasına hüququ həm Milli, həm də Beynəlxalq aktlarla təmin olunmuşdur. Həmçinin, Konvensiyanın 6.2-ci maddəsinə görə, şəxslərin hər hansı cinayət əməli törətməkdə təqsiri sübut olunana qədər taqsirsiz hesab edilmək hüququnun olması Məhkəmənin həyata keçirməli olduğu çəkişən maraqların tarazlaşdırılması üçün əhəmiyyətli faktdır. İfadə etmək azadlığının həyata keçirilməsinə xas olan “vəzifə və öhdəliklər səbəbindən” Konvensiyanın 10-cu maddəsi ilə ümumi maraq kəsb edən məsələlər barədə məlumat yaymaqla bağlı jurnalistlərə verilən təminat jurnalist etikasına uyğun olaraq dəqiq və etibarlı məlumat təqdim etmək üçün vicdanla hərəkət etmək şərtinə tabe olur ( bax, the Goodwin v. X33. judgment of 27 March 1996? Reports 1996-İİ. P.500/39 və Fressoz and Roire v. France, Reports 1999-1, p. 24/54). “İnsan Hüquqları və Əsas azadlıqların Müdafiəsi Haqqında” 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin təcrübəsində 10-cu maddədə işlədilən “İfadə” anlayışına genişləndirici təsvir verilir. X9rşı işdə Məhkəmə göstərir ki, bu, nəinki xeyirxah və zərərsiz qiymətləndirilən və ya etinazsız qəbul edilən “məlumat” və “ideyaları”, həm də dövlət və ya əhalinin bir hissəsi tərəfindən həqarətli, utandırıcı və narahatlıq doğuran “məlumat” və “ideyaları” əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir. Məhkəmə istintaqı zamanı təqsirsizlik prezumpsiyasına əsasən araşdırılmış ittiham və müdafiə dəlillərinin məcmusu Azərbaycan Respublikasının CM-nin 42 və 43-cü maddələri ilə nəzərdə tutulmuş müvafiq olaraq bəraət və cinayət təqibinə xitam verilməsi əsaslarının olmadığına dəlalət edir. Azərbaycan Respııblikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və byaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edib bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respııblikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayətdə xüsusi ittihamçının X17 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci, X10 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və X27 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ittiham irəli sürərək, onların həmin maddə ilə də təqsirli bilinərək cəzalanmasını xahiş etsə də, lakin tədqiq olunan sübutlardan da görünür ki, təqsirləndirilən şəxslər tərəfindən xüsusi ittihamçının şikayəti ilə bağlı verilmiş ittiham üzrə təqsirləri sübuta yetirilmir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinin tələbinə görə, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcələnin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X20 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X17 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347,349, 351,356,358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Xüsusi ittihamçı X6 şikayəti ilə bağlı verilmiş ittiham üzrə X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə, X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilsin. X2 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi vəsaiti hesabına 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. X16 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. X13 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 dövlət büdcəsi vəsaiti hesabına 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-472/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-472/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver