Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-522/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X27 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X6, X35 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X18, X19 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2, xüsusi ittiham qaydasında şikayət verən X20 və nümayəndəsi X4 iştirakları ilə, xüsusi ittiham qaydasında X7 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X20 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X27, X35 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X20 şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı 22 fevral 2024-cü il tarixdə, 23 fevral 2024-cü il tarixdə və 27 fevral 2024-cü il tarixlərində Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X27, X35 və X19 böhtan və təhqirlər, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən böhtanlarla təhqirlərlə, həmçinin onu nüfuzdan salan və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Belə ki, 23 fevral və 27 fevral 2024-cü il tarixlərində Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X27 ona qarşı şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır ittiham edərək onun şərəfini və namusunu ləkələyən böhtanlar ataraq guya o öz evində yad kişilər tərəfindən zorlanmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq cox psixoloji təyziqlərə məruz qalmışdır. Onun mənzilində o heç kimsə tərəfindən zorlanmamışdır, əks halda bununla bağlı çoxdan o hüquq mühafizə orqanlarına şikayətlər edərdi. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. 23 fevral 2024-cü il tarixdə Xəzər TVdə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X35 ona qarşı şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır ittiham edərək qeyri rəsmi uşaq dünyaya gətirməyində ona böhtanlar atmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq cox psixoloji təyziqlərə məruz qalmışdır. O X36 ilə rəsmi nikahı olmuş və onun oğlu X31 rəsmi nikahdan sonra dünyaya gəlmişdir. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. 23 fevral 2024-cü il tarixdə Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X14 ona qarşı şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır ittiham edərək X1 da onun tərəfindən öldürməsi ilə bağlı agır cinayətdə ittiham edilərək böhtan atmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarını çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq cox psixoloji təyziqlərə məruz qalmışdır. X15 COVİD-19 xəstəliyindən kliniki xəstəxanada rəhmətə getmişdir. Ümumiyyətlə qaynanası vəfat etməmişdən qabaq o səkkiz ilə yaxındır ki, onu görməmişdir. Onun X24lə münasibətləri çox yaxşı olmuşdur, o onun universitetdən tələbəsi olmuşdur. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. Ona qarşı Xəzər TV-də yayımlanan “Təsir Dairəsi" adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin onu nüfuzdan salan böhtanlarla və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının ona qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. 1. Qeyri rəsmi uşaq dünyaya gətirməyi ilə bağlı ona böhtanlar atmışlar. 2. Onun şərəfini və namusunu ləkələyən böhtanlar ataraq guya öz evində yad kişilər tərəfində zorlanmışdır. 3. X1 da o öldürməyi ilə bağlı agır cinayətdə ittiham edilərək böhtan atmışlar. Qeyd edir ki, ona atılan böhtanlar və ağır cinayətdə ittiham olmağı əsassızdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi onu və onun doğmalarımı çox sarsıntılara saldı, o bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qalmışdır. Bildirir ki, onun X36 ilə rəsmi nikahı olmuş və onun oğlu X31 rəsmi nikahdan sonra dünyaya gəlmişdir. Onun mənzilində o heç kimsə tərəfindən zorlanmamışdır, əks halda bununla bağlı çoxdan o hüquq mühafizə orqanlarına şikayətlər edərdi. X10 COVİD-19 xəstəliyindən kliniki xəstəxanada rəhmətə getmişdir. Ümumiyyətlə qaynanası vəfat etməmişdən qabaq o səkkiz ilə yaxındır ki, onu görməmişdir. Onun X24lə münasibətləri çox yaxşı olmuşdur, o onun universitetdən tələbəsi olmuşdur. Bu böhtanlar Xəzər TV-də yayımlanan kütləvi informasiya vasitəsində açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X27, X35 və X21 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla və təhqirlərlərlə, həmçinin onu nüfuzdan salan böhtanlar və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Bununla əlaqədar öz təstiqini tamamilə tapmış disk yazısıda var və qeyd olunan faktlar ona edilən böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlar və təhqirlər, həmçinin onu nüfuzdan salan böhtan və təhqirlər və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə edilən ittihamlarda da öz əksini tapmışdır. Odur ki, Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə bilə-bilə böhtan və təhqirlə, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla təhqirlərlə, həmçinin onu nüfuzdan salan və onu açıq aydın ağır və xüsusilə ağır cinayətdə X27, X35 və X19 ittihamlar etmişlər ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X27 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X22 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X35 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X32 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X19 və müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X5 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X20 və vəkili X11 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Hazırki şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, şikayətdə göstərilən X27, X35 və X19 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, həmçinin cinayətin törədildiyi yerin ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X27, X35 və X8 cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X20 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X23 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X28 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X25 məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X13 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X27, X35 və X8 cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X20 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X16 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. X26 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X25 dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. X8 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-522/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-522/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver