Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-522/2025 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Müdafiəçilər: Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilirlər. İttihama əsasən, Təqsirləndirilən şəxs1 özgənin əmlakım talama məqsədilə 02 iyun 2025-ci il tarixdə saat 12:34-də Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında “Nuray” Marketə müştəri qismində daxil olaraq marketin vitrinində saxlanılan hər birinin dəyəri 4,75 manat, ümumi dəyəri 427,50 manat 90 ədəd «5 X poz qazan» və hər birinin dəyəri 1,90 manat ümumi dəyəri 285 manat olan 150 ədəd “Uğurlu 7 poz qazan” lotereya biletlərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 712,50 (yeddi yüz on iki) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyul 2025-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqla müəyyən edilməyən “Toyota Prius” markalı avtomobil ilə ünvan 2 ünvanında "xxxx" MMC-nin “Naximov 1” filialının arxa hissəsindəki məhəlləyə gəlib, aralarındakı vəzifə bölgüsünə görə Təqsirləndirilən şəxs3 onları avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2la ayrı ayrılıqda müştəri qismində həmin marketə daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 mağazada satıcının diqqətini yayındırmış, o isə kassanın yanında elan saxlanc yeri hesab edilən qutunun qapağını üzərindəki açar vasitəsi ilə açaraq oradan bir ədəd 2,85 manat dəyərində “Kosanın oyunu poz qazan”, hər birinin dəyəri 0,95 manat ümumi dəyəri 57 manat olan 60 ədəd “Qızıl poz qazan”, hər birinin dəyəri 1,90 manat ümumi dəyəri 43,70 manat 23 ədəd “Uğurlu 7 poz qazan”, hər birinin dəyəri 9,50 manat ümumi dəyəri 266 manat 28 ədəd “Sür poz qazan”, hər birinin dəyəri 4,75 manat ümumi dəyəri 52,25 manat 11 ədəd “5 X poz qazan”, hər birinin dəyəri 9,50 manat ümumi dəyəri 484,50 manat 51 ədəd “Prestij poz qazan” lotereya biletlərini, həmçinin kassanın arxasındakı vitrindən bir ədədinin dəyəri 4,004 manat ümumi dəyəri 40,04 manat bir blok “Kent Nano 4” markalı və bir ədədinin dəyəri 4,274 manat ümumi dəyəri 42,74 manat olan bir blok “Sobranie Caster” markalı siqaretləri gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 989,08 (doqquz yüz səksən doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyul 2025-ci il tarixdə saat 23:30da aralarındakı vəzifə bölgüsünə görə ayrı ayrılıqda müştəri qismində ünvan 3 ünvanında "xxxx" MMC-nin “Əhmədli 2” filialına daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 satıcının diqqətini yayındırmış, o isə kassanın yanında olan saxlanc yeri hesab edilən qutunun qapağını üzərindəki açarla açıb oradan hər birinin dəyəri 0,95 manat ümumi dəyəri 16,15 manat olan 17 ədəd “Qızıl poz qazan”, hər birinin dəyəri 2,85 manat ümumi dəyəri 68,40 manat 24 ədəd “Xəzərdə Xəzinə poz qazan”, hər birinin dəyəri 1,90 manat ümumi dəyəri 36,10 manat 19 ədəd “Xoşbəxt poz qazan”, hər birinin dəyəri 4,75 manat ümumi dəyəri 61,75 manat 13 ədəd “5 X poz qazan”, hər birinin dəyəri 9,50 manat ümumi dəyəri 209 manat 22 ədəd “Prestij poz qazan” lotereya biletlərini, həmçinin kassanın arxasındakı vitrindən bir ədədinin dəyəri 4,274 manat, ümumi dəyəri 38,466 manat olan 09 ədəd “Sobranie Caster” markalı siqaretləri gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 429,866 (dörd yüz iyirmi doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 26 avqust 2025-ci il tarixdə saat 16:43-da müştəri qismində ünvan 4 ünvanında "xxxx" MMC-nin “Köhnə Günəşli 5” filialına daxil olub mağazada satıcının diqqətinin yayınmasından istifadə edərək kassanın arxasındakı vitrindən hər birinin dəyəri 9,50 manat ümumi dəyəri 228 manat olan 24 ədəd “Prestij poz qazan” lotereya biletlərini gizli olaraq talamaqla zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyul 2025-ci il tarixdə saat 06 radələrindo Təqsirləndirilən şəxs3 idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqla müəyyən edilməyən “Toyota Prius” markalı avtomobil ilə ünvan 2 ünvanında "xxxx" MMC-nin “Naximov 1” filialının arxa hissəsindəki məhəlləyə gəlib, aralarındakı vəzifə bölgüsünə görə Təqsirləndirilən şəxs3 onları avtomobildə gözləmiş, o, Təqsirləndirilən şəxs1lə ayrı-ayrılıqda müştəri qismində həmin marketə daxil olduqdan sonra o, mağazada satıcının diqqətini yayındırmış, Təqsirləndirilən şəxs1 isə kassanın yanında olan saxlanc yeri hesab edilən qutunun qapağını üzərindəki açar vasitəsi ilə açaraq oradan bir ədəd 2,85 manat dəyərində “Kosanın oyunu poz qazan”, hər birinin dəyəri 0,95 manat ümumi dəyəri 57 manat olan 60 ədəd “Qızıl poz qazan”, hər birinin dəyəri 1,90 manat ümumi dəyəri 43,70 manat 23 ədəd “Uğurlu 7 poz qazan”, hər birinin dəyəri 9,50 manat ümumi dəyəri 266 manat 28 ədəd “Sür poz qazan”, hər birinin dəyəri 4,75 manat ümumi dəyəri 52,25 manat 11 ədəd “5 X poz qazan”, hər birinin dəyəri 9,50 manat ümumi dəyəri 484,50 manat 51 ədəd “Prestij poz qazan” lotereya biletlərini, həmçinin kassanın arxasındakı vitrindən bir ədədinin dəyəri 4,004 manat ümumi dəyəri 40,04 manat bir blok “Kent Nano 4” markalı və bir ədədinin dəyəri 4,274 manat ümumi dəyəri 42,74 manat olan bir blok “Sobranie Caster” markalı siqaretləri gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 989,08 (doqquz yüz səksən doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyul 2025-ci il tarixdə saat 23:30da aralarındakı vəzifə bölgüsünə görə ayrı ayrılıqda müştəri qismində ünvan 3 ünvanında "xxxx" MMC-nin “Əhmədli 2” filialına daxil olduqdan sonra o, satıcının diqqətini yayındırmış, Təqsirləndirilən şəxs1 isə kassanın yanında olan saxlanc yeri hesab edilən qutunun qapağını üzərindəki açarla açıb oradan hər birinin dəyəri 0,95 manat ümumi dəyəri 16,15 manat olan 17 ədəd “Qızıl poz qazan”, hər birinin dəyəri 2,85 manat ümumi dəyəri 68,40 manat 24 ədəd “Xəzərdə Xəzinə poz qazan”, hər birinin dəyəri 1,90 manat ümumi dəyəri 36,10 manat 19 ədəd “Xoşbəxt poz qazan”, hər birinin dəyəri 4,75 manat ümumi dəyəri 61,75 manat 13 ədəd “5 X poz qazan”, hər birinin dəyəri 9,50 manat ümumi dəyəri 209 manat 22 ədəd “Prestij poz qazan” lotereya biletlərini, həmçinin kassanın arxasındakı vitrindən bir ədədinin dəyəri 4,274 manat, ümumi dəyəri 38,466 manat olan 09 ədəd “Sobranie Caster” markalı siqaretləri gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 429,866 (dörd yüz iyirmi doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyul 2025-ci il tarixdə saat 06 radələrində onun idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqla müəyyən edilməyən “Toyota Prius” markalı avtomobil ilə ünvan 2 ünvanında "xxxx" MMCnin “Naximov 1” filialının arxa hissəsindəki məhəlləyə gəlib, aralarındakı vəzifə bölgüsünə görə o Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1lə ayrı ayrılıqda müştəri qismində həmin marketə daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 mağazada satıcının diqqətini yayındırmış, Təqsirləndirilən şəxs1 isə kassanın yanında olan saxlanc yeri hesab edilən qutunun qapağını üzərindəki açar vasitəsi ilə açaraq oradan bir ədəd 2,85 manat dəyərində “Kosanın oyunu poz qazan”, hər birinin dəyəri 0,95 manat ümumi dəyəri 57 manat olan 60 ədəd “Qızıl poz qazan”, hər birinin dəyəri 1,90 manat ümumi dəyəri 43,70 manat 23 ədəd “Uğurlu 7 poz qazan”, hər birinin dəyəri 9,50 manat ümumi dəyəri 266 manat 28 ədəd “Sür poz qazan”, hər birinin dəyəri 4,75 manat ümumi dəyəri 52,25 manat 11 ədəd “5 X poz qazan”, hər birinin dəyəri 9,50 manat ümumi dəyəri 484,50 manat 51 ədəd “Prestij poz qazan” lotereya biletlərini, həmçinin kassanın arxasındakı vitrindən bir ədədinin dəyəri 4,004 manat ümumi dəyəri 40,04 manat bir blok “Kent Nano 4” markalı və bir ədədinin dəyəri 4,274 manat ümumi dəyəri 42,74 manat olan bir blok “Sobranie Caster” markalı siqaretləri gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 989,08 (doqquz yüz səksən doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı X3 vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, ibtidai istintaqı aparan müstəntiqin barəsində xüsusi qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-286, 288-ci maddələrinin tələbləri pozulmuş və həmin Məcəllənin 303.3.8-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntuya yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxsləri cinayət işinin materialları ilə tanış etmə barədə 25 oktyabr 2025-ci il tarixli protokolunda cinayət işi materialları ilə tanış etmənin Xətai rayon Məhkəməsinin inzibati binasında aparılması qeyd olunsa da, təqsirləndirilən şəxslər xx.xx.2025-ci il tarixdə barələrində “həbs” qətimkan tədbirinin müddətinin uzadılması ilə əlaqədar məhkəmə iclasından əvvəl iş materialları ilə tanış olmadıqlarını, eyni zamanda məhkəmə iclası başa çatdıqdan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarının müşayiəti ilə istintaq təcridxanasına aparıldıqlarını qeyd etmişlər. Beləliklə təqsirləndirilən şəxslərin hüquqları pozulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 hər biri ayrı-ayrılıqda cinayət işi materialları ilə tanış edilmədiklərini, ibtidai istintaq zamanı hüquqlarının kobud şəkildə pozulduğunu bildirərək, bu səbəbdən cinayət işi materialları ilə tanış etmə protokolunu imza etməkdən imtina etdiklərini bildirərək, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişər. Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 dövlət ittihamçısının vəsatətinin təmin olunmasını və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Məhkəmə verilmiş vəsatəti, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarını nəzərdən keçirərək, eləcə də məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək belə qənaətə gəlir ki istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə qərarı aşağıdakı kimi əsaslandırılır: Məhkəmənin hazırlıq iclasında müəyyən olunur ki, cinayət işi üzrə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokollarda təqsirləndirilən şəxslərin cinayət işinin materialları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsində tanış edilmələri qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 cinayət işi materialları ilə tanış edilməsinə dair protokola əsasən, 1-ci cild 259 vərəqdə, 2-ci cild 253 vərəqdə və 3-cü cild 154 vərəqdə xx.xx.2025ci il tarixdə, saat 10:00-dan 12:00-dək adı çəkilən təqsirləndirilən şəxsə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 barəsində olan “həbs” qətimkan tədbirinin müddətinin uzadılmasına dair qərar iş materiallarının 3-cü cildinin 136-142-ci səhifələrində yerləşir. Qeyd edilən 4(011)-555/2025 saylı qərara dair elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, qeyd edilən məhkəmə iclası saat 12:30-a təyin edilmiş və qərarın mətni xx.xx.2025-ci il tarixdə, saat 11:07-də tərtib edilib imzalanaraq, elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Yəni, faktiki olaraq, iş materiallarında olan tam mətni xx.xx.2025-ci il tarixdə, saat 11:07-də tərtib edilib imzalanan 4(011)-555/2025 saylı qərarla xx.xx.2025-ci il tarixdə, saat 10:00-dan 12:00-dək Təqsirləndirilən şəxs1 tanış edilməsi qeyri-mümkündür. Bu hal ümumilikdə cinayət işinin bütün materialları ilə tanış etmə protokolunun mötəbərliyini şübhə altına salır. Təqsirləndirilən şəxs2 isə cinayət işi materialları ilə tanış edilməsinə dair protokola əsasən, 1-ci cild 259 vərəqdə, 2-ci cild 253 vərəqdə və 3-cü cild 162 vərəqdə olmaqla xx.xx.2025-ci il tarixdə, saat 12:15-dən 13:45-dək adı çəkilən təqsirləndirilən şəxsə təqdim olunmuşdur. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs2 barəsində olan “həbs” qətimkan tədbirinin müddətinin uzadılmasına dair qərar iş materiallarının 3-cü cildinin 143-148-ci səhifələrində yerləşir. Qeyd edilən 4(011)-553/2025 saylı qərara dair elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, qeyd edilən məhkəmə iclası saat 12:15-ə təyin edilmişdir. Göründüyü kimi, məhkəmə iclasının başlanma vaxtı və tanış etmənin başlanma vaxtları eyni saat və dəqiqəyə təsadüf edir. Beləliklə, xx.xx.2025-ci il tarixdə, saat 12:15-dən 13:45-dək təqsirləndirilən şəxsə həmin vaxt hələ keçirilib başa çatdırılmamış məhkəmə iclasının qərarının təqdim edilməsi, ümumiyyətlə davam edən məhkəmə iclası vaxtı digər materiallarla da tanış edilməsi mümkün deyildir. Belə ki, tanışetmənin başlanma saatı kimi göstərilmiş xx.xx.2025-ci il tarixdə, saat 12:15-də Təqsirləndirilən şəxs2 barəsində olan “həbs” qətimkan tədbirinin müddətinin uzadılmasına dair 4(011)-553/2025 saylı qərarın tam mətni ümumiyyətlə mövcud olmamışdır. Halbuki, cinayət işinin materialları tanış olmaq üçün vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edilməlidir. Yuxarıda qeyd edilən qərarların fiziki olaraq mövcud olmadığı halda, iş materiallarına əlavə edilməsi, eləcə də, iş materiallarının tikilmiş, nömrələnmiş cilddə təqdim edilməsi mümkün ola bilməyəcəyindən, protokolun mötəbər olmadığı qənaətinə gəlmək üçün kifayət qədər əsas vardır. Bundan əlavə, Təqsirləndirilən şəxs3 cinayət işi materialları ilə tanış edilməsinə dair protokola əsasən, 1-ci cild 259 vərəqdə, 2-ci cild 253 vərəqdə və 3-cü cild 170 vərəqdə olmaqla xx.xx.2025-ci il tarixdə, saat 14:00-dan 15:30-dək adı çəkilən təqsirləndirilən şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs3 barəsində olan “həbs” qətimkan tədbirinin müddətinin uzadılmasına dair qərar iş materiallarının 3-cü cildinin 149-154-cü səhifələrində yerləşir. Qeyd edilən 4(011)-554/2025 saylı qərara dair elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, qeyd edilən məhkəmə iclasının nəticəsi elektron məhkəmə sisteminə saat 14:11-də yerləşdirilmişdir. Belə olan halda, həmin qərarın tam mətninin imzalanıb elektron məhkəmə informasiya sisteminə yerləşdirilərək, saat 15:30-dək Təqsirləndirilən şəxs3 tanışlıq üçün təqdim edilməsi ağlabatan deyildir. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsə həmin qərarla birlikdə 3 cildi əhatə edən iş materiallarının da cəmi 1 saat 30 dəqiqə ərzində təqdim edilməsi qeyd olunmuşdur. Halbuki, təqsirləndirilən şəxslər məhkəmə iclasları başa çatdıqdan sonra dərhal Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin konvoy taborunun əməkdaşları tərəfindən istintaq təcridxanasına aparıldıqlarını dəfələrlə vurğulamışlar. Qeyd edilən məhkəmə iclaslarının videoyazılarına da baxdıqda təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin konvoy taborunun əməkdaşlarının müşayiəti ilə iştirak etdikləri müəyyən olunur. Həmçinin, iş materiallarında təqsirləndirilən şəxslərin cinayət işi materialları ilə tanış edilmələri üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin inzibati binasında müvafiq otaq ayrılaraq şərait yaradılmasına dair istintaq orqanı tərəfindən məhkəməyə yazılı müraciət olunmasına dair hər hansı sənəd də yoxdur. Eləcə də, tanış edilmə protokollarında təqsirləndirilən şəxslərin Xətai rayon Məhkəməsinin inzibati binasının konkret olaraq hansı inzibati otağında iş materialları ilə tanış olmalarına dair qeydiyyat aparılmamışdır. Təqsirləndirilən şəxslər də cinayət işi materialları ilə tanış edilmələrinə dair protokolu imza etməkdən də imtina etmişlər. Eyni zamanda, iş materiallarında olan təqsirləndirilən şəxslərin saxlanıldığı AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasının cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə təcridxanada hər hansı istintaq hərəkətləri aparılmamışdır. Əlavə olaraq, Xətai RPİ-nin cavab məktubundan da görünür ki, xx.xx.2025-ci il tarixdə vəkillər İlhamə Merdiyeva, Sənan Əsədov və Müdafiəçi2 müvəqqəti saxlanma yerində hər hansı istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişlər. Ümumiyyətlə, yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxslər cinayət işi materialları ilə tanış edilməmişlər və onların hüquqları pozulmuşdur. Belə ki, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş işin ədalətli və açıq araşdırılması hüququnu şərh edərkən qeyd etmişdir ki, bu hüquq hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. (Foucher v. France, 1997, Bulut v. Austria 1996, Bobek v. Poland 2007) Bu hüquq mahiyyət etibarı ilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədi ilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Əks hal, yəni ibtidai istintaq materiallarının təqsirləndirilən şəxsə tam olaraq təqdim edilməməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinin (ədalətli məhkəmə araşdırması hüququnun) pozuntusunu təşkil edir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin; 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 285.1-ci maddəsinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. 286.3-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. 286.4-cü maddəsinə əsasən protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərar qəbul edilir. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı iş materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulmasına yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2-ci maddəsinə əsasən qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Beləliklə təqsirlilik haqqında məsələni qabaqcadan həll etmədən yuxarıda göstərilənləri, habelə cinayət prosesi tərəflərinin işin sonrakı hərəkəti barədə təkliflərini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi üçün maddi və prosessual əsaslar aradan qalxmadığından, həbs qətimkan tədbirinin müddəti isə başa çatdığından, “həbs” qətimkan tədbirinin müddəti 01 ay 15 gün uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 ay 15 gün uzadılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №1(011)-522/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-522/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver