Məhkəmə qərarları › İş №1(011)-610/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-610/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-610/2025 13.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, Qorçulu Aysu Tariyel qızının katibliyi, Xüsusi ittihamçı X4 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X9, X16 və Mehtiyeva Natəvan qızının iştirakları ilə, X9, X16 və Mehtiyeva Natəvan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 TV-ə yayımlanan “Təsir Dairəsi” adlanan verilişdə bilə-bilə böhtan və təhqirlə, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla təhqirlərlə, həmçinin onu nüfuzdan salan və açıq aydın ağır və xüsusilə ağır cinayətdə X17, X23 və X12 ittihamlar etmişlər ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 qarşı 22 fevral 2024-cü il tarixdə, 23 fevral 2024-cü il tarixdə və 27 fevral 2024-cü il tarixlərində Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X17, X23 və X10 böhtan və təhqirlər, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla təhqirlərlə, həmçinin şikayətçini nüfuzdan salan və şikayətçini açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Belə ki, 23 fevral 2024-cü il tarixdə və 27 fevral 2024-cü il tarixlərində Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X17 ona qarşı Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin şikayətçini nüfuzdan salan böhtanlarla və şikayətçini açıq aydın ağır ittiham edərək şərəfini və namusunu ləkələyən böhtanlar ataraq guya o, öz evində yad kişilər tərəfindən zorlanmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi şikayətçini və onun doğmalarını çox sarsıntılara saldı, o, bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qalmışdır. Şikayətçi mənzilində heç kimsə tərəfindən zorlanmamışdır, əks halda bununla bağlı çoxdan hüquq mühafizə orqanlarına şikayətlər edərdi. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının şikayətçiyə qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. 23 fevral 2024-cü il tarixdə Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X23 şikayətçiyə qarşı Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verilişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin şikayətçini nüfuzdan salan böhtanlarla və şikayətçini açıq aydın ağır ittiham edərək qeyri rəsmi uşaq dünyaya gətirməyində şikayətçiyə böhtanlar atmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi şikayətçini və doğmalarını çox sarsıntılara saldı, o, bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qalmışdır. X2 ilə rəsmi nikahı olmuş və oğlu X20 rəsmi nikahdan sonra dünyaya gəlmişdir. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının şikayətçiyə qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. 23 fevral 2024-cü il tarixdə Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X10 şikayətçiyə qarşı Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin şikayətçini nüfuzdan salan böhtanlarla və şikayətçini açıq aydın ağır ittiham edərək X1 da şikayətçinin öldürməyilə bağlı ağır cinayətdə ittiham edilərək böhtan atmışdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi şikayətçini və doğmalarını çox sarsıntılara saldı, şikayətçi bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qalmışdır. X7 COVİD-19 xəstəliyindən kliniki xəstəxanada rəhmətə getmişdir. Ümumiyyətcə qaynanası vəfat etməmişdən qabaq şikayətçi səkkiz ilə yaxındır ki, onu görməmişdir. X8 münasibəti çox yaxşı olmuşdur şikayətçi onun universitetdən tələbəsi olmuşdur. İttihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının şikayətçiyə qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. Şikayətçiyə qarşı Xəzər TV-ə yayımlanan "Təsir Dairəsi" adlanan verlişdə şərəf və ləyaqətini ləkələyən böhtanlarla, həmçinin şikayətçini nüfuzdan salan böhtanlarla və şikayətçini açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlardan sonra doğmalarının, yaxınlarının və tanışlarının şikayətçiyə qarşı tamamən münasibətləri kəskin surətdə pisləşmiş və onlar da həmin böhtanlara və ittihamlara inanmışlar. Qeyri rəsmi uşaq dünyaya gətirməyində şikayətçiyə böhtanlar atmışlar. Şikayətçinin şərəfini və namusunu ləkələyən böhtanlar ataraq guya şikayətçi öz evində yad kişilər tərəfində zorlanmışdır. X1 da şikayətçinin öldürməyilə bağlı ağır cinayətdə ittiham edilərək böhtan atmışlar. Şikayətçiyə atılan böhtanlar və ağır cinayətdə ittiham olmağı əsassızdır. Bu yalan, böhtan və təhqirlər bir ana kimi və bir qadın kimi şikayətçini və doğmalarını çox sarsıntılara saldı, şikayətçi bununla bağlı başqaları tərəfindən əsassız yerə narahatçılıqlara və qınanaraq çox psixoloji təyziqlərə məruz qalmışdır. X2 ilə rəsmi nikahı olmuş və oğlu X20 rəsmi nikahdan sonra dünyaya gəlmişdir. Mənzilində heç kimsə tərəfindən zorlanmamış, əks halda bununla bağlı çoxdan şikayətçi hüquq mühafizə orqanlarına şikayətlər edərdi. X7 COVİD-19 xəstəliyindən kliniki xəstəxanada rəhmətə getmişdir. Ümumiyyətcə qaynanası vəfat etməmişdən qabaq şikayətçi səkkiz ilə yaxındır ki, onu görməmişdir. X8 münasibəti çox yaxşı olmuşdur şikayətçi onun universitetdən tələbəsi olmuşdur. Bu böhtanlar Xəzər TV-ə yayımlanan kütləvi informasiya vasitəsində açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan X17, X23 və X13 böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlarla və təhqirlərlərlə, həmçinin şikayətçini nüfuzdan salan böhtanlar və şikayətçini açıq aydın ağır və xüsusilə ağır cinayətdə ittihamlar etmişlər. Bununla əlaqədar öz təstiqini tamamilə tapmış disk yazısıda var və qeyd olunan faktlar şikayətçiyə edilən böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən böhtanlar və təhqirlər, həmçinin şikayətçini nüfuzdan salan böhtan və təhqirlər və şikayətçini açıq aydın ağır və xüsusilə ağır cinayətdə edilən ittihamlarda da öz əksini tapmışdır. Həmin diski sübut kimi baxılması üçün məhkəməyə təqdim edir və baxılıb araşdırılmağını istəyir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyərək, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozulmuşdur. Belə ki, xüsusi ittihamçı, X17, X23 və Mehtiyeva Natəvan qızı tərəfindən törədilmiş hansı əməlin (əməllərin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, hansı əməlin (əməllərin) isə 147.2-ci maddənin təsiri altına düşdüyünü qeyd etməmişdir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9, X16 və Mehtiyeva Natəvan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X11 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar