Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-14/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dini X15 Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsində məsləhətçi stajyor vəzifəsində işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, H.Z.Tağıyev küçəsi dalan-4, ev 4-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən bir kibrit qutusu dolusu, 5,79 qram təmiz çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlamış, xx xxxxxx 2018-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon X8 polis bölməsinin əməkdaşları saat 17 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindəki «Araz» marketin yaxınlığında saxlayaraq Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına aparmış və üzərində şəxsi axtarış keçirərkən sonuncudan qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı bir kibrit qutusu dolusu 5,79 qram təmiz çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edib götürmüşlər. İttiham tərəfinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar: baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokol, şahid ifadələri, şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi protokolları, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 30956 saylı ekspert rəyi, xx.xx.2018-ci il tarixli, 2136 saylıambulator məcburi-narkoloji tibbi yoxlama rəyi, Maddi sübut kimi tanıma haqqında xx.xx.2018-ci il tarixli qərar təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H,Z, Tağıyev küçəsi, dalan 4, ev 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. Narkotik vasitələrin audəçisi deyildir. xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 15 radələrində əvvəllər tanıdığı Azad İsməliyevlə birlikdə Binəqədi rayonu, Fatmeyi kəndində olarkən, övladının dünyaya gəlməsini qeyd etmək üçün Azada marixuana tapmasını xahiş etmiş, Azad tanımadığı Aydın adlı şəxsə zəng vuraraq, marixuana lazım olduğunu demişdir. Təxminən yarım saatdan sonra Aydın qara rəngli mercedes markalı ** DL *** dövlət qeydiyyat markalı avtomobillə həmin yerə gəlmiş, Aydının gətirdiyi bir kibrit qutusu dolusu qurudulmuş marixuanadan üçü də birlikdə bir çəkimlik düzəldərək Azadın həyatyanı sahəsində çəkmiş, həmin kibrit qutusunda olan marixuananın qiyməti 70 manat təşkil etdiyindən, 50 manatını özü, 20 manatını isə Azad ödəmiş, bu səbəbdən kibrit qutusunda olan marixuanadan iki çəkimlik Azada vermişdir. Əlavə olaraq, zəhmət haqqı kimi bir bükümdə Aydına vermişlər. Azad evdə qalmış, özü isə Aydının idarə etdiyi avtomobillə Xırdalan şəhərinə yola düşmüş, yolda Aydın sonradan bildiyi ***-***-**-** nömrəsi ilə kiməsə zəng vuraraq, “o birisini götürə bilmədim, əyər götürsə idim, problem olar” demişdir. Aydından kimə zəng etdiyini soruşduqda tanımadığı adama yığdığını demişdir. Aydın idarə elədiyi avtomobili Mehdiabad qəsəbəsi “Kərim” marketin qarşısında saxlayaraq, marketə tərəf qaçan zaman polis əməkdaşları ona yaxınlaşaraq, qoluna qandal vurmuş və üzərinə baxış keçirilən zaman əyinidəki qara rəngli gödəkcənin cibindən Aydından aldığı kibrit qutusundakı marixuana çıxmış, polis işçiləri marixuananın yarısının istifadə olunduğunu görüb, kibrit qutusunda olan marixuananı cibinə qoymasını istəmişlər, o isə bunu etmiş, üzərinə baxış keçirən polis işçilərinin adları Əjdər, Beyrək və Rüstəm olmuşdur. Polis əməkdaşları ilə birlikdə Fatmeyi kəndinə Azadın evinə gəlmiş, polis işçiləri maşını saxlayaraq, Azadın həyətinə daxil olan zaman onun yanında heç kim olmamış və maşının içərisindən pəncərəni açaraq, cibində olan marixuananı bayıra atmışdır. Azad evdə olmadığı üçün onu tuta bilməmişlər, təxminən yarım saat həmin yerdə qaldıqdan sonra Rüstəmin telefonuna zəng olunaraq, Azadın Fatmeyi kəndində poçtun yanında saxlanıldığı deyilmiş, onlar daha sonra birlikdə Mehdiabad polis bölməsinə gəlmişlər. Orada onun üzərinə təkrar baxış keçirilən zaman marixuananın cibində olmadığı məlum olmuş, bu zaman Beyrək “maşını Azadın evinin qarşısında saxlayan zaman tullaya bilərdi” deyib, Rahib və Əjdəri həmin yerə göndərmişdir. Təxminən 10 dəqiqədən sonra Rahiblə Əjdər qayıtmış və marixuananı tapdıqlarını demişlər, lakin onların gətirdikləri kibrit qutusu Aydının ona verdiyi kibrit qutusundan tamamilə fərqlənmiş, beləki kibrit qutusunun rəngləridə fərqli olmuş, həmçinin həmin günü güclü yağış yağdığı üçün kibrit qutusu tamamilə quru olmuşdur. Beyrək ona qarşısına qoyduğu kibrit qutusunda olan marixuananın onun üzərindən çıxması və tamamilə başqa məzmunda izahat verilməsi lazim olduğunu, əks halda üzərində xidməti vəsiqə çıxdığı üçün iş yerinə məlumat veriləcəyi, qrup halında onların cinayət məsuliyyətinə cəlb olunacağıni və külli miqdarla cinayət işi başlanacağını deyərək, qarşısına qoyulmuş marixuananın miqdarı az olduğundan yalnız inzibatı məsuliyyət yaratdığı bildirilmişdir. Çarəsiz qalaraq polis işçilərinin dediyi məzmunda izat vermiş, telefon vasitəsi ilə video çəkiliş aparılaraq, üzərinə baxış keçirilmiş, həmin vaxtı yanında hüquqlarını müdafiə edən vəkil olmamış, vəkili həmin hadisədən iki gün sonra Abşeron RPİ-nin müvəqqəti saxlama yerində görmüşdür. Şübhəli şəxs qismində tutulmuş, barəsində polisin nəzarəti altina verilmə qətimkan tədbiri seçilmişdir. Bir müddət sonra aldadıldığını bilmiş, polis əməkdaşları tərəfindən üzərinə qoyduqları marixuanaın 5,79 qram olduğu barədə rəy alındığını öyrənmiş və DİN-nin Daxili Təhqiqat idarəsinə baş verənlər barədə məlumat vermiş, aparılmış araşdırma nəticəsində onu tutan polis əməkdaşları cəzalandırılmışdır. Daha sonra rayon prokurorluğuna və ibtidai istintaqı aparan müstəntiqə həqiqətləri anlatsada nəticəsi olmamışdir. Azad inzibati məsuliyyətə cəlb olunsada Aydının barəsində tədbir görülməmişdir. Üzərinə baxış keçirilən zaman video çəkilişdə kibrit qutusunda olan marixuananın kibrit qutusunun yarısından olması açıq-aşkar görsünsədə sonradan həmin kadrlar qəsdən silinmişdir. Polis işçisi Şahid2 onun tutulmasında iştirak etməmiş, lakin sonradan istintaq zamanı ifadəsi alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində təhqiqat ürzə araşdırma aparılan zaman onun üzərində şəxsi axtarış və götürmə aparılanda, şübhəli şəxs qismində tutulan zaman müdafiəçinin iştirakı təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinin Cinayət-Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 15 radələrində məxfi əməkdaş tərəfindən ona Abşeron rayonu, Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi, H.Əliyev prospekti, dalan-4, ev 4-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu ilə məşğul olması, az sonra Mehdiabad qəsəbəsindəki “Araz” marketin yanında olacağı və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı Polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Mehdiabad PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Cahid Quliuyevlə birlikdə həmin yerə gedib gözlənməyə başlamışdır. Saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs piyada getdiyini görüb ona yaxınlaşıb narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Mehdiabad polis bölməsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla birlikdə polis bölməsinə getmiş, bundan sonra Mehdiabad PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirləcəyini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir kibrit qutusu dolusu qurudulmuş marixuana olduğunu bildirib, əlini əynindəki qara rəngli gödəkçəsinin sol iç cibinə salıb oradan bir kibrit qutusu dolusu narkotik vasitə olan marixuananı çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişlər. Lakin heç nə tapmayıb onun təqdim etdiyi kibrit qutusuna baxış keçirmişlər. Baxış zamanı həmin kibrit qutusunda kəskin iyli, yaşıl rəngli, qurudulmuş, xırdalanmış kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən çıxarıb təqdim etdiyi kibrit qutusundakı kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı elə həmin günü saat təxminən 10 radələrində Xırdalan şəhərində yaşadığı evin yaxınlığında kanalizasiya borusunu dəyişdirərkən yerdən tapdığını və özü istifadə etmək üçün cibinə qoyduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş bir kibrit qutusu dolusu yaşıl kütlə tərəzidə çəkilmiş, cəmi 5,79 qram olması müəyyən edildikdən sonra içərisində yaşıl kütlə olan həmin bir kibrit qutusu kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunun həmin narkotik vasitəni haradan əldə etdiyini dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X7 təqsirləndirilən şəxsin ifadəsində vermiş olduğu xüsusatları təsdiq edərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il qərarı ilə Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibatə həbs növündə inzibatı tənbeh tətbiq edildiyini, həmin vaxt üzərindən aşkar edilən maddənin tapdığını desə də, əslində üzərindən aşkar edilən Aydının Vasiflə ona çəkmək üçün gətirdiyi bir ədəd kibrit qutusunda qurudulmuş marixuanandan ona verilmiş iki çəkimlik qurudulmuş marixuana olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş müdafiəçi X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman onun yanında olmuş, şəxsi axtarış və götürmə aparılması barədə protokollar onun iştirakı ilə tərtib edilmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur. Həmin vaxtı xarıcdən Azərbaycana tanışı gəldiyi üçün özünə məxsus avtomobili və hər iki telefonunu həmin şəxsə vermişdir. Tanışı hazırda Azərbaycan Respublikasında yoxdur, telefonla danışıqların həmin şəxs tərəfindən aparılmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin Mehdiabad PB-in CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Bölmənin rəisi Ceyhun Qasımov tərəfindən təsdiq edilmiş “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, xx.xx.2018-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, xx.xx.1986-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, H.Z.Tağıyev küçəsi dalan-4, ev 4-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəlidir. Odur ki, xx.xx.1986-cı ildə Kürdəmir şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, H.Z.Tağıyev küçəsi dalan-4, ev 4-də yaşayan Təqsirləndirilən şəxs cinayət törədərkən ifşa olunmasından ötrü onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməlidir. Təqsirləndirilən şəxs olduğu ərazinin müşahidə edilməsi, üzrərinə baxış keçirilməsi və qanunla nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, qərarın surətinin 48 saat müddətində Abşeron rayon prokurorluğuna və məhkəməsinə təqdim edilməsi qərara alınmışdır; “Tutma haqqında” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, protokol 18:15-də tərtib olunmuşdur. “Şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 və Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinin Cinayət-Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə otaq şəraitində, süni işıqlanmada aparılmışdır. Şəxsi axtarış və götürmə saat 17:30-da başlanmış, saat 17:55-də başa çatmışdır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardan görünürki, Abşeron rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Abşeron RPİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2018-ci il tarixli vəsatətinin müdafiə edilməsindəni mtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Abşeron RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalıq qalmış təmiz çəkisi 5,72 qram qurudulmuş marixuana Abşeron RPİ-nin saxlancına verilmişdir; xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD disk (yarımçıq və axıra kimi çəkilməmiş) sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il qərarı ilə X7 Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibati həbs növündə inzibatı tənbeh tətbiq edilmişdir. Həmin qərarın təsviri əsaslandırıcı hissəsinə əsasən, xx xxxxxx 2018-ci il tarixdə X7 barəsində MN0061217 saylı protokol tərtib edilmiş və xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir ki, X3 üzərindən 0,21 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin X2 xx.xx.2018-ci il tarixli 18/1144a saylı arayışdan görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş, bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,79 qram olan maddə narkotik tərkibli qurudulmuş marixuanadır(qalıq 5,74 qram-0,05 qram qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2018-ci il tarixli 30956 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 5,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır(qalıq 5,72 qram-0,02 qram qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 2136 saylı rəyindən görünür ki, AR SN-nin RNM-də ekspress-test üsulu ilə müayinə zamanı Təqsirləndirilən şəxs sidiyində THC (+) aşkar olundu, narkotik vasitələrin qəbulundan asılılıq vardır, qolları uzadılmış vəziyyətdə əl barmaqlarının titrəməsi müşahidə olunur, əhval-ruhiyyəsi aşağıdır, narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə keçirilmiş təkrar məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2370 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs REMİSSİYA (sağalma) mərhələsində olan ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi aşkar olunur. Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin olmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qərarı əsasında əldə edilmiş Anten dairəsi məlumatlarına əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulma və dindirmə zamanı müdafiəçisi vəkil X4 tamamilə başqa yerlərdə olduğu, (17:00-Bakı 9 mkr, 17:04- A.Məmmədov 9 mkr, 17:12- Bakı binəqədi, 17:21- Bakı Binəqədi rayonu Xırdalan şossesi, 17:21-Z.Tağıyev küçəsi, 18:06- Abşeron rayonu Z.Tağıyev küçəsi, 18:13- Bakı Beynəlxalq Avtovağzal, 18:18- Bakı Beynəlxalq Avtovağzalı ikinci mərtəbə, 18:35- Bakı Beynəlxalq Avtovağzal) ona məxsus və istifadəsində olan mobil telefonlara daxil olan və çıxan zənglərlə müəyyən edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 14083 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, cinayət işinin 23-cü vərəqində xx xxxxxx 2018-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolda “Şübhəli şəxs” sözlərindən sonra “İmza” qrafası qarşısındakı imza, 25-26-cı vərəqələrində olan xx xxxxxx 2018-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci və 2-ci vərəqlərində “Üzərində şəxsi axtarış aparılan şəxs” sözlərindən sonra “İmza” qrafaları qarşısındakı imzalar və 1-ci vərəqin aşağı tərəfində “əynində qara rəngli” sözlərinin alt hissəsindəki imza, 2-ci vərəqində “Protokolun surətini xx xxxxxx 2018-ci il tarixdə aldım” sözlərinin aşağı tərəfində “İmza” qrafası qarşısındakı imza (cəmi - 5 imza) - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 23-cü vərəqində olan xx xxxxxx 2018-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolda “Şübhəli şəxs:” sözlərindən sonra “adı və soyadı” sözlərinin üst tərəfində “V. Musayev” yazısı, 25-26-cı vərəqələrində olan xx xxxxxx 2018-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci və 2- ci vərəqlərində “Üzərində şəxsi axtarış aparılan şəxs” sözlərindən sonra “adı və soyadı” sözlərinin üst tərəfində “V. Musayev” yazıları və 2-ci vərəqində “Protokolun surətini xx xxxxxx 2018-ci il tarixdə aldım” sözlərinin aşağı tərəfində “adı və soyadı” sözlərinin üst tərəfində “V. Musayev” yazısı, həmçinin 87-ci vərəqədə olan x xxxxxx 2019-cu il tarixli “Cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolun aşağı tərəfində “Həıvıçmin qablaşdırılmış vəziyyətdə olan maddi subutlar - narkotik vasitə və disk mənə təqdim edildi” yazılar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Eksreptizaya təqdim olunmuş, cinayət işinin 23-cü vərəqində olan xx xxxxxx 2018ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolda “Şübhəli şəxs:” sözlərindən sonra “adı və soyadı” sözlərinin üst tərəfində “V. Musayev” yazısında, 25-26-cı vərəqələrində olan xx xxxxxx 2018-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci və 2- ci vərəqlərində “Üzərində şəxsi axtarış aparılan şəxs” sözlərindən sonra “adı və soyadı” sözlərinin üst tərəfində “V. Musayev” yazılarında və 2-ci vərəqində “Protokolun surətini xx xxxxxx 2018-ci il tarixdə aldım” sözlərinin aşağı tərəfində “adı və soyadı” sözlərinin üst tərəfində “V. Musayev” yazısında, həmçinin 87-ci vərəqədə olan x xxxxxx 2019-cu il tarixli “Cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolun aşağı tərəfində “Həıvıçmin qablaşdırılmış vəziyyətdə olan maddi subutlar narkotik vasitə və disk mənə təqdim edildi” yazılarında - Təqsirləndirilən şəxs Oqt oxşadılmaqla icra olunması əlamətləri müəyyən edilmədi. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarındakı sənədlərin Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə riayət etmədən tərtib olunması nəticəsində onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 242.1 və 242.3-cü maddələrinə əsasən, əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə və yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə müstəntiq axtarış apara bilər. Toplanmış sübutlarla və əməliyyat-axtarış fəaliyyə- tinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə, müstəntiq həmin əşya və sənədləri götürə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246.1-ci maddəsində göstərilir ki, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək və barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və yaxud bədənində ola biləcək əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 246.2.1-246.2.3-cü maddələrində şəxsi axtarışın və götürmənin məhkəmə qərarı olmadan aparılması şübhəli şəxsin tutulması, polis və ya digər hüquq mühafizə orqanına gətirilməsi, təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin tətbiq edilməsi, axtarış və götürmənin aparıldığı binada olan şəxslərin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsasların olduğu hallarda yol verilir. Qeyd edilən Məcəllənin 247.1.9-cu maddəsinə əsasən, axtarış və götürmə keçirildikdən sonra həmin istintaq hərəkətlərinə dair axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri qeyd olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin protokolu əllə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər. Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır. İbtidai istintaq materialına əlavə edilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri, Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-in TŞ-in təhqiqatçısı, polis baş leytenantı Anar Nağıyev tərəfindən “Şəxsi axtarış və götürmə haqqında” protokol xx.xx.2018-ci il tarixində saat 17:30-da tərtib edilmiş və həmin istintaq hərəkətinin keçirilməsində iştirak etmiş şəxslər: saxlanılan şəxs X13, polis əməkdaşları Şahid2, Şahid1 və protokolu tərtib edən şəxs olmuşlar və həmin şəxslər protokolu imza etmişlər. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, saxlanıldıqdan ən azı bir saatdan çox vaxt keçdikdən sonra polis bölməsində xidməti otaq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246.2.1-246.2.3-cü maddələrində göstərilməklə nəzərdə tutulan hallar müəyyən edilmədən yəni məhkəmə qərarı alınmadan keçirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tutulması və üstündə aparılan şəxsi axtarış qanunun tələblərinə zidd olaraq, onun konstitusion və prosessual hüquqlarının kobud pozuntusu ilə aparıldığı və onun həqiqiliyinə əsaslı təsir göstərdiyi şahidlərin (Şahid2, Şahid1) Təqsirləndirilən şəxs üstündə narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi xx.xx.2018-ci il tarixli Şəxsi axtarış və götürmə haqqında” barədə protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin baxış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol, videoçəkliş (yarımçıq və axıra kimi çəkilməmiş) və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. Belə ki, şahidlər Şahid2 və Şahid1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üstündən götürülmüş bir kibrit qutusu dolusu yaşıl kütlə tərəzidə çəkildiyini, kütlənin cəmi 5,79 qram olması müəyyən edildikdən sonra içərisində yaşıl kütlə olan həmin bir kibrit qutusu kağız zərfə qoyularaq qablaşdırıldığını və bu barədə protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs və digər iştirakçılar kimi protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etdiyini bildirdikləri halda “Şəxsi axtarış və götürmə” keçirilən zaman şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin çəkisi müəyyən edilmədən qablaşdırılmışdır. Bu hal şəxsi axtarış və götürmənin keçirilməsini qeydə alınmış videoçəklişdən də (yarımçıq və axıra kimi çəkilməmiş) açıq aşkar görünür. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, müdafiəçinin müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməsi qanunvericiliyin tələbidir və ona belə hərəkətlərin aparılmasında iştirakdan imtina etmək müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə qadağan olunmuşdur. Belə imtina müdafiə olunan şəxsin qanuni mənafeyinə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olmaqla, müdafiəçinin qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrini lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilə bilər. Bununla bağlı vurğulanmalıdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin qorunması üçün müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməklə özprosessual vəzifələrini yerinə yetirir. Cinayət prosesində müdafiəçinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi son nəticədə ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir. Qeyd olunmalıdır ki, Məcəllənin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, azadlıq hüququn məhdudlaşdırılması ilə bağlı səlahiyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulan və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 148.1-ci maddəsinə əsasən, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarananda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törədərkən yaxud birbaşa bundan sonra cinayət başında yaxalandıqda; zərərçəkmiş və yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədildiyini birbaşa göstərdikdə; şəxsin bədənində və üzərində, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində və ya nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulan əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda tətbiq edə bilər. Qeyd olunan Məcəllənin 148.3-cü maddəsinə əsasən, şəxsin cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu halda həmin şəxs təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən hadisə yerindən qaçıb gizlənməyə və yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdiyi təqdirdə, daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda və yaxud şəxsiyyəti müəyyən olunmadıqda tutula bilər. Məhkəmədə toplanmış və məhkəmə iclasında tədqiq edilən sübutlara qiymət verilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə saat 17:15 radələrində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılıb Abşeron RPİ-in Mehdiabad polis bölməsinə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış (protokolda müdafiəçinin iştirakı formal olaraq göstərilmiş), onun hüquqi statusu müəyyən edilməmiş və bu Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, onun hüquq və vəzifələri, habelə məsuliyyəti dərhal izah olunmamış, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldıqdan sonra müvəqqəti saxlama yerinə keçirilmiş, əməliyyataxtarış tədbirin həyata keçirilməsinə dair əsaslandırılmış qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə ümumiyyətlə göndərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137-ci və 445.2-ci maddələrinin bəzi müddualarının şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarının nəticə hissəsinin 1 və 2-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azdalıqlarının təmin edilməsi baxımından onun qanuni və əsaslığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat axtarış fəaliyyəti əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat axtarış tədbirlərinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliiyəti haqqında” Azərbaycan Respublikasının qanuna uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.. Azərbaycan Respublikası CPM-nin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağrılıb şahid qismində dindirilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması istintaq və ya digər prosessual hərəkətlərin kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş xx.xx.2018-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokol mümkün olmayan sübut kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə görə, sübut kimi qəbul edilə bilməz və bu səbəbdən əhəmiyyətsiz hesab edilməlidir. Cinayət mühakimə icraatının obyektivliyi və qərəzsizliyi, habelə ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən və həm də bəraət verən halları, eləcə də onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit olunmuş digər vəzifələr şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi və yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü və ya müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 11-ci maddəsində, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, habelə Azərbaycan Respublikası Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayəti törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret cinayət əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X14 Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları həmin Məcəllənin tələbinə uyğun qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutların mümkünlüyü məsələsini müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatlar, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilər. Həmin maddə məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilə bilməməsini yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edir. Onlar qanunun pozulması ilə əldə edildikdə və ya istintaq hərəkətləri qanunun pozulması ilə keçirildikdə, məlumatlar, sənədlər və digər əşyalar cinayət işi üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həllində hər hansı halın sübut edilməsində istifadə edilə bilməz. İstintaq və digər prosessual hərəkətin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaqın keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan bu hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayəti Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X14 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi “Lahıcov Azərbaycana qarşı” qərarında nəzərə almışdır ki, məlumat əsasında saxlanması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanılarkən dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqədən sonra Zaqatala rayon polis şöbəsində keçirilmişdir. Məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi qeyd edilən sübutun “atılmasının” mümkünlüyü ilə əlaqədar əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə əlaqədar hər hansı sübut mövcud deyil. Üzərində və avtomobilində aşkar edilən maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq zamanı və məhkəmədə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş və həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız baxılmadığından, şikayətçi bu sübutların qanuniliyini mübahisələndirmək, həmin sübutların yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Şikayətçiyə qarşı ittiham yalnız üzərində və avtomobilində aşkar edilən maddi sübutlara əsaslanmışdır. Şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə edilməsi şəraitini nəzərə alaraq və onun sübutların qanuniliyi ilə bağlı etirazlarına və arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması, sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla, Avropa Məhkəməsi məhkəmə araşdırmasını ədalətsiz və 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Həmin Məcəllənin 153-cü maddəsinin mənasına görə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normasının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini qeyd olunan Məcəllənin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə uyğun olaraq həll etməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə marixuananın aşkar edilərək götürülməsi ilə əlaqədar bağlı istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, onun üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, bir müddət sonra Abşeron RPİ-in Mehdiabad polis bölməsində müdafiəçinin iştirakı olmadan keçirilməsi mötəbər sənədlərdə sübuta yetirilmiş, saxlanılan Təqsirləndirilən şəxs təxirə salınmadan polisin müvəqqəti saxlama yerində qeydiyyata alınmamış və tutulması müvafiq protokolla dərhal rəsmiləşdirilməmişdir. Bundan əlavə onun üzərində “şəxsi axtarış və götürmə” kimi istintaq hərəkəti məhkəmə qərarı alınmadan aparılmış və həmin istintaq hərəkəti aparılmazdan əvvəl onun cinayət təqibində iştirakçı kimi hüquqi statusu müəyyən edilməmiş, müdafiə hüququ təmin edilməmiş, müdafiəçi iştirak etməmiş, saxlanılan zaman ona hüquq, vəzifələri və məsuliyyəti izah olunmamış, ibtidai istintaq və məhkəmə baxışında dindirilmiş şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin olması müəyyən edilmişdir. Eyni zamanda, məhkəmədə ittiham tərəfinin təqdim etdiyi sübutlar arasında, xüsusi ilə təqsirləndirilən şəxsin üzərindən götürülmüş əşyanın çəkisi müəyyən edilməmiş və baxışda müdafiəçi iştirak edib-etməməsi barədə aradan qaldırılması mümkün olmayan ziddiyyətlər aşkar edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dəvət edilmiş Şahid2 və Şahid1 müdafiə tərəfinin sualları ətrafında dindirilərkən xx.xx.2018-ci il tarixdə polis bölməsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul etdiyi qərara əsasən Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirildiyini göstərsələr də, (iş üzrə maddi sübut kimi tanınmış, yarımçıq və axıra kimi çəkilməmiş bir ədəd SD disk) video kamera vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilərkən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmədiyinin, vəkilin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasına və video kamera vasitəsilə çəkiliş aparan şəxsin kim olduğunu və şəxsiyyəti barədə məlumatların hansı səbəbdən şəxsi axtarış və götürmə aparılması barədə protokolda əks olunmadığını izah edə bilməmişlər. Göründüyü kimi ittiham tərəfinin sübut kimi qəbul etdiyi şahid ifadələri, ancaq polis əməkdaşları olmaqla təqsirləndirilən şəxsi saxlamış əməliyyat müvəkkilləri olmuş, həmin ifadələr digər hallarla müqayisə edilməyərək və həmin sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməyərək ibtidai araşdırma onunla kifayətlənmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək aşağıdakı nəticələrə gəlir: Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinin Cinayət-Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 və Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında verdikləri ifadələrində göstərdikləri inandırıcı deyildir. Çünki, hətta təqsirləndirilən şəxsin əməli törətməsini etiraf etməsi hələ onun həmin əməldə təqsirliliyi nəticəsinə gəlməyə əsas vermir. Cinayət Prosessual qanunvericiliyinin tələblərinə görə əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsini (etiraf etdiyi halda belə) sübut etmək vəzifəsi istintaq orqanının üzərinə düşür. Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 15 radələrində tanışı Azad İsməliyevlə birlikdə Aydının gətirdiyi bir ədəd kibrit qutusu dolusu qurudulmuş marixuanadan üçü də birlikdə bir çəkimlik düzəldərək Azadın həyatyanı sahəsində çəkdiklərini, həmin kibrit qutusunda olan marixuanadan iki çəkimlik Azada, bir bükümdə isə Aydına verdiklərini, Azadın evdə qaldığını, özü isə Aydının idarə etdiyi avtomobillə Xırdalan şəhərinə yola düşdüyünü, Mehdiabad qəsəbəsi “Kərim” marketin qarşısında Aydının avtomobilində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq, qoluna qandal vurduqlarını, vəkilsiz, hal şahidi və yaxud video çəkiliş olmadan üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əyinidəki qara rəngli gödəkcənin cibindən Aydından aldığı kibrit qutusundakı marixuana çıxdığını, daha sonra polis əməkdaşları ilə birlikdə Fatmeyi kəndinə Azadın evinə gəldiyini, Azad evdə olmadığından Mehdiabad polis bölməsinə gəldiklərini, polis Bölməsində onun üzərinə təkrar şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış video çəklişdə bir ədəd yarımçıq kibrit qutusunda qurudulmuş marixuana aşkar edildiyini bildirdiyi halda, məhkəmə iclasında şahid qismində ifadə verən X7 qeyd olunanları təsdiq etdiyi halda, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarın təsviri əsaslandırıcı hissəsənə əsasən, X7 barəsində tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixdə MN0061217 saylı protokolda və xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında sonuncunun üzərindən 0,21 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi qeyd olunduğu halda, maddi sübut kimi tanınmış (yarımçıq və axıra kimi çəkilməmiş) video çəklişdə Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd dolu kibtrit qutusunda qurudulmuş marixuanan olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılarkən xx.xx.2018-ci il tarixli “şəxsi axtarış və götürmə” saxlanıldığı yerdə deyil, Abşeron RPİ-in Mehdiabad PB-də xidməti otaqda məhkəmə qərarı alınmadan keçirilmişdir. Protokol və ekspertiza rəyindən görünür ki, həmin protokol tərtib olunarkən, Cinayət Prosessual Məcəlləsinin 247.1-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə saat 17 radələrində, Cinayət Prosessual Məcəlləsinin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılıb polis bölməsinə gətirilmiş, saxlanılan andan müdafiəçi ilə təmin edilməmiş, cinayət təqibindən iştirakı kimi hüquqi statusu müəyyən edilməmiş və həmin Məcəllənin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, hüquq və vəzifələri, məsuliyəti dərhal izah edilməmiş, götürülmüş əşyanın çəkisi müəyyən edilməmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış və bununla Azərbaycan Respublikası CPM-nin 247.1.4., 247.1.6., 247.1.7., 247.1.9. və 247.4-cü maddələrinin tələbləri kobudcasına pozulmuşdur. Məhkəmə istintaqında şahid qismində ifadə verən vəkil X1 Vasif Oqtay oğluna müdafiəçi qismində təqdim edildiyini, şübhəli şəxs qismində tutulduğu zaman və üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı iştirak etdiyini və qeyd olunan istintaq hərəkətlərinin aparılması barədə tərtib edilmiş protokolların onun iştirakı ilə tərtib edildiyini bildirsə də, digər şahidlər Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 vəkilin ifadəsində qeyd etdiyini təsdiqləsələr də, iş materiallarında olan Abşeron RPİ-in təhqiqatçısı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli “müdafiəçinin təqdim edilməsi haqqında” protokolun tərtib edilmə saatı göstərilmədiyindən müdafiəçinin həmin gün məhz saat neçədə Təqsirləndirilən şəxs təqdim edilməsi naməlum olaraq qalmış, eyni zamanda maddi sübut kimi tanınmış SD diskə məhkəmə zalında baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı vəkilin iştirakı videogörüntülərdə öz əksini tapmamış, həmçinin “şəxsi axtarış və götürmə” istintaq hərəkətlərinin aparılması barədə tərtib edilmiş protokolda vəkilin iştirakı qeyd olunanamış və qeyd olunan protokolda bunu təsdiq edən vəkilin imzası öz əksini tapmamış, həmçinin anten məlumatlarında vəkilə məxsus mobil nömrələrin qeyd olunan istintaq hərəkətlərinin aparılması zamanı başqa yerlərdə olması müəyyən edililməsinə baxmayaraq, “şəxsi axtarış və götürmə” protokolu tərtib edildikdən 20 dəqiqə sonra tərtib edilmiş şübhəli şəxsin tutulması haqqında protokolda vəklin imzası mövcuddur. Bununla da xx.xx.2018-ci il tarixdə Abşeron rayon X8 Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə faktiki olaraq şübhəli şəxs qismində və “şəxsi axtarış və götürmə” qismində istintaq hərəkətləri keçirilməsi haqqında protokolların müdafiəçinin iştirakı olmadan tərtib edildiynə dəlalət edir. Bundan başqa xx.xx.2018-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı Aydın adlı şəxsdən aldığnı bildirsə də, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra çəkisi 5,72 qram olan narkotik vasitə qurudumuş marixuananın kim tərəfindən, haradan, nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalmışdır. Məhkəmənin qərarı əsasında iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 14083 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 23-cü vərəqində olan xx xxxxxx 2018-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolda “Şübhəli şəxs:” sözlərindən sonra “adı və soyadı” sözlərinin üst tərəfində “Təqsirləndirilən şəxs” yazısı, 25-26-cı vərəqələrində olan xx xxxxxx 2018-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci və 2- ci vərəqlərində “Üzərində şəxsi axtarış aparılan şəxs” sözlərindən sonra “adı və soyadı” sözlərinin üst tərəfində “Təqsirləndirilən şəxs” yazıları və 2-ci vərəqində “Protokolun surətini xx xxxxxx 2018-ci il tarixdə aldım” sözlərinin aşağı tərəfində “adı və soyadı” sözlərinin üst tərəfində “Təqsirləndirilən şəxs” yazısı, həmçinin 87-ci vərəqədə olan x xxxxxx 2019-cu il tarixli “Cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolun aşağı tərəfində “Həmçinin qablaşdırılmış vəziyyətdə olan maddi subutlar - narkotik vasitə və disk mənə təqdim edildi” yazılar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı yol verilmiş kobud qanun pozuntuları, sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut edilməsində yaranan şübhələr onun xeyrinə təfsir olunmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışında təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışı zamanı aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 56 və 62.1-ci maddələrinə əsasən, bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibi gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulan qaydada həmin şəxsin cinayət təqibi məsələsi həll olunması üçün, məhkəmə baxılmış cinayət işi üzrə ibtidai istintaq materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bu maddənin tələbinə əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən olunmamış qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll olunması üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və Abşeron rayon polis idarəsində saxlanılan maddi sübut – 5.72 qram narkotik vasitə qurudulmuş marixuana hazırki materiallra əlavə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün, iş üzrə narkotik vasitənin kriminalistik ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat dövlətin hesabına aid edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində CM-nin 234.1-ci maddəsilə bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 5,72 qram narkotik vasitə olan qurudulmuş marixuananın əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilməli, habelə maddi sübut qismində tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan 5,72 qram narkotik vasitə olan qurudulmuş marixuana ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilməlidir. Təqsirləndirilən şəxsə bəraət verildiyi üçün iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı keçirilmiş narkotik vasitə və psixotrop maddələrin ekspertizası və sənədlərin texniki ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Abşeron Rayon Polis İdarəsində saxlanılan 5,72 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron Rayon Prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut kimi saxlanılan 5,72 qram narkotik vasitə olan qurudulmuş marixuana araşdırma sona çatanadək Abşeron Rayon Polis İdarəsində saxlanılmaqla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron Rayon Prokurorluğunun sərəncamına verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 72 manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-14/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-14/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver