Məhkəmə qərarları › İş №1(012)-22/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-22/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-22/2021 23.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri üzrə Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 Müdafiəçilər Müdafiəçi2, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsnın iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 178.1, 234.1, 238.1 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 178.1, 234.1, 238.1 və 32.4,312.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil etmə, saxlama və bu məqsədlə tanışlarına vermək niyyəti ilə xx.xx.2019-cu il tarixdə ünvan 3 mənzil 12 ünvanında yerləşən X20 məxsus 3 otaqlı evi müqavilə əsasında kirayəyə götürüb vaxtaşırı olaraq orada tanışları Şahid13, Şahid12 və istintaqa məlum olmayan digər şəxslərlə birlikdə və ayrı-ayrılıqda qanunsuz olaraq narkotik vasitə olan heroin və marixuana istifadə etmişdir. Bundan başqa İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs müqavilə əsasında kirayəyə götürdüyü ünvan 3 mənzil 12 ünvanında yerləşən X20 məxsus mənzildə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində tanışları Şahid13, Şahid12 və X21 ilə birlikdə olarkən Şamil Ələkbərov mənzilin mətbəxindəki pəncərəni açıb özünü dördüncü mərtəbədən yerə ataraq intihar etmiş, lakin o, həyatını itirmək təhlükəsində olan Şamil Ələkbərovun ölmədiyini görüb, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan Şamil Ələkbərova ilkin tibbi yardım göstərmək, sonuncunu tibb müəssisəsinə çatdırmaq, hadisə ilə bağlı təcili tibbi yardıma məlumat vermək imkanı olduğu halda bunu etməyərək, Şahid13 və Şahid12 ilə birlikdə məzilin qapı və pəncərələrini bağlayaraq oranı tərk etməklə, ölüm təhlükəsi olan və həyatının xilas edilməsi üçün tədbir görmək imkanından məhrum olan Şamil Ələkbərovu təhlükədə qoymuşdur. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd kibrit qutusundakı təmiz çəkisi 5.292 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, barəsində olan xx.xx.2019-cu il tarixli ittiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar əsasında xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhər Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında olarkən Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, baş əməliyyat müvəkkili Şahid4 Sahib oğlunun idarə etdiyi **-SL-*** dövlət qeydiyyat nişanlı “X49” markalı avtomobillə Abşeron RPİ-nə gətirilənədək üzərində saxlayaraq daşımış, həmin vaxt məsuliyyətdən yayınmaq üçün üzərində olan həmin narkotik vasitəni avtomobilin arxa salonuna atmış və narkotik vasitə Şahid4 tərəfindən avtomobilin arxa sol oturacağının qarşısındakı ayaqaltının üzərində aşkar olunaraq götürülmüşdür. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs rüşvət verməyə təhrik etməklə, aldatma yolu ilə etibardan sui istifadə edib tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin avqust ayında tanışı Şahid2 Rafik qızı ilə görüşdükdə sonuncuya sürücülük vəsiqəsi verilməsində köməklik edə biləcək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X48 idarəsində işləyən tanışı olması görüntüsü yaratmaqla, Şahid2 sürücülük vəsiqəsi verilməsi müqabilində qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsə rüşvət verməkdə vasitəcilik edəcəyi vədini verməklə Şahid2 Rafik qızını ələ alaraq, sonucunu, səlahiyyətlərinin icrası ilə bağlı hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxsə dolayı yolla vasitəçidən istifadə etməklə, lakin, rüşvətxorluqda vasitəçilk etmə vədinə əməl etmək niyyəti olmadan rüşvət verməyə təhrik etməklə Şahid2 əvvəllər özünə məxsus avtomobilin satılmasında köməklik etdiyi üçün ona etibar edərək tanışı olan taksi sürücüsü Şahid1 vasitəsi ilə göndərdiyi 860 manat məbləğində pulu, sonuncu ilə 2019-cu ilin avqust ayında Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində görüşüb alaraq Şahid2 860 manat pulunu ələ keçirməklə, ona 860 manat maddi zərər vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 178.1, 234.1, 238.1 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 178.1, 234.1, 238.1 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticənin əsassız olmasına dəlalət etməklə, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 238.1-ci maddələrinin tərkibi mövcud deyil, həmin Məcəllənin 234.1, 178.1 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş tutulmuş cinayət əməllərini törətməsi isə sübuta yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 178.1, 234.1, 238.1 və 32.4,312.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid13 onun çox yaxın dostudur, Şamil Ələkbərovu isə daha öncə cəmi bir dəfə Turalın vasitəsilə görməklə Ağsulu kimi tanımış və Şamilllə Turalın aralarında dostluq münasibəti olmuş bir-birilərinə “əmioğlu” deyə müraciət etmişlər. ünvan 4 mənzil 12 ünvanında yerləşən mənzili 2019-cu ilin may ayında adını xatırlamadığı əslən Ucar rayonundan olan şəxsdən aylıq 300 manata kirayə götürmüşdür. Həmin mənzili kirayə götürməkdə məqsədi arabir qeyri-rəsmi münasibətdə olduğu Şahid11 ilə orada görüşmək olmuşdur. Həmin mənzili kirayəyə götürdükdən sonra hadisə gününədək Gülnarə ilə orada təxminən 4-5 dəfə görüşmüşdür. Mənzilin açarlarının bir nüsxəsini də Şahid13 vermiş, Tural da münasibətdə olduğu Şahid12 adlı xanımla görüşüb, bir neçə dəfə həmin mənzilə getmişlər. xx.xx.2019-cu il tarixdə günorta saatlarınadək kirayədə qaldığı həmin mənzildə olmuşdur. Turalla Səbinə hadisədən bir-iki gün əvvəl gəlib həmin mənzildə qalmışlar. xx.xx.2019-cu il tarixdə, günorta saatlarında o, evdən çıxıb, bir neçə saatdan sonra geri qayıtmış, həmin gün axşam saatlarında isə Turalla Səbinə evdə olduqları vaxt o, ailəsini görmək üçün Ağsu rayonuna gedəcəyini deyib evdən çıxıb yola düşmüşdür. Sulutəpə qəsəbəsindən keçdiyi vaxt münasibətdə olduğu Gülnarənin istifadəsində olan mobil nömrəsinə zəng etdikdə, sonuncu ona qonşusu Nurlananın avto-qəza keçirdiyi bildirdiyi üçün, sonuncuya bu xəbərdən sonra rayona getmək fikrindən daşındığını, kirayə qaldığı evə gedib paltarlarını dəyişib, yanına gələcəyini bildirmişdir. Daha sonra dostu Zaminə zəng edib, Ağsu rayonuna gedəsi olmadığını deyib, icarəyə götürdüyü “Hyundai Sonata” markalı avtomobili gəlib ondan götürməsini istəmişdir. Zaminlə “Xırdalan” dairəsi deyilən yerdə görüşüb, avtomobili sonuncuya verdikdən sonra, kirayə götürdüyü evə qayıtmışdır. Evə çatdıqda Səbinə qapını açmış, evə daxil olduqda Şamil Ələkbərovun da mənzildə olduğunu, zalda Turalla birlikdə oturduqlarını görmüşdür. Şamili əvvəllər cəmi bir dəfə Turalın yanında görmüş, Turalın həmin gündən əvvəl Şamili onun kirayəyə götürdüyü mənzilə gətirib-gətirməməsindən xəbəri olmamış, belə bir hala şahid olmamışdır. Mənzilə daxil olan kimi evdəkilərlə salamlaşıb, əynini dəyişmək üçün otaqlardan birinə keçmiş, əynini dəyişib evdən çıxmaq istədikdə, cibindəki pulun az olduğunu xatırlayıb, Turaldan pul almaq üçün zala qayıtmışdır. Həmin vaxt Şamil də zalda olduğundan, sonuncunun yanında Turaldan pul istəməyə utandığdan bunu etməmiş və zalda dayanıb meyvə yeyərək Turala Nurlananın düşdüyü avto-qəza barədə danışmışdır. Bu vaxt Şamilin istifadəsində olan mobil nömrəyə zəng gəldiyindən, sonuncu telefonu qulağına tutaraq ayağa qalxıb, “alo” deyə cavab verərək, zaldan çıxıb dəhlizə getmişdir. Bu zaman o, Şamilin zaldan çıxmasından istifadə edərək Turaldan borca pul istəmiş, həmin vaxt Səbinə paltar yuduğu hamamdan qayıdaraq zala daxil olmuşdur. Təxminən 1-2 dəqiqə sonra Səbinə zaldan çıxıb, dəhlizə doğru getdiyi vaxt “Şamil, Şamil neynirsən” deyə qışqırmağa başlamışdır. Turalla o, dərhal otaqdan çıxıb mətbəxə keçdikdə, Səbinənin özündən gedərək yerə yıxıldığını görmüşlər. Dərhal onun üzünə su tökərək sonuncunu ayıltmağa çalışmış, bir-iki dəqiqə sonra Səbinə özünə gəlib, onlara Şamilin özünü mətbəxin pəncərəsindən özünü aşağıya atdığını demişdir. Həmin vaxt o, mətbəxə keçib, pəncərədən aşağıya doğru baxdıqda Şamilin yerdə uzanıqlı vəziyyətdə olduğunu, ətrafına bir neçə şəxsin toplaşdığını görmüşdür. Daha sonra qorxduğu üçün Tural və Səbinə ilə birlikdə evdən çıxaraq, oradan uzaqlaşmışlar. Bundan sonra Turalla birlikdə Gülnarənin yaşadığı Sulutəpə qəsəbəsinə gedib, sonuncuya hadisə barəsində məlumat vermiş, daha sonra isə Xocahəsən yolunda yerləşən “Çinarlı” otelə gedib, Turalla orada qalmışdır. Hadisədən sonra xx.xx.2019-cu il tarixdə Səbinə də, ora gəlmişdir. Həmin vaxt onlar polisə gedib, hadisə barədə məlumat vermək haqqında söhbət etmişlər və o, polis şöbəsinə gedəcəyini deyib, oteldən çıxmışdır. Həmin gün Abşeron RPİ-nin qarşısına gəlsə də, polis əməkdaşlarının ondan şübhələnəcəklərini, onu ittiham edəcəklərini düşünüb, qorxduğu üçün polis idarəsinin inzibati binasına daxil olmamışdır. Hadisədən təxminən iki gün sonra Ağsu rayonunda olduğu vaxt Şamilin öldüyünü eşitmişdir. O, hadisədən təxminən 20 gün sonra həmin mənzilə gedib, oradkı paltarlarını götürmüşdür. O, qorxduğu üçün hadisədən sonra təcili tibbi yardımın 103 xidmətinə və DİN-nin 102 xidmətinə hadisə barəsində məlumat verməmiş, həmçinin aşağı düşüb Şamilə ilkin tibbi yardım göstərməmişdir. Lakin pəncərədən baxdıqda Şamilin ətrafına insanların yığışdığını görüb onun köməksiz qalmayacağını düşünmüş, həmin vaxt həyatında birinci dəfə belə bir şey başına gəldiyindən qorxaraq oradan çıxıb getmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o narkotik vasitə istifadəçisi olmaqla, arabir qurudulmuş marixuana çəkməklə istifadə etmişdir. Tural və Şamil də həmçinin narkotik vasitə istifadəçiləri olmuşlar. Lakin hadisə baş verdiyi kirayə götürdüyü mənzildə o və digərləri narkotik vasitə istifadə etməmişlər. Həmçinin Gənclər şəhərciyində kirayə qaldığı evdə də, özü tək olduğu vaxt cəmi bir dəfə marixuana çəkmiş, onunla birgə orada başqa heç kim narkotik vasitə çəkməmiş, bu məqsədlə oraya heç kimi dəvət etməmişdir. Hadisənin baş verdiyi kirayəyə götürdüyü mənzildə aşkar olunmuş kolba və şpris ona məxsus deyil. Həmin əşyaların oraya necə gəldiyi barədə onun heç bir məlumatı yoxdur. Hadisədən bir müddət əvvəl Tural evindən bəzi əşyalarını gətirib oraya qoymuş, lakin həmin əşyaların nə olmalarından xəbəri olmamışdır. Lakin bir daha bildirir ki, həmin əşyaları nə əvvəlki günlərdə, nə də hadisə günü evdə olarkən mənzildə görməmişdir. İfadəsində göstərdiyi kimi, o, evinin açar dəstinin birini Turala vermiş və Tural ondan icazə almadan belə onun evinə gəlib getmişdir. Çünki o, Turalla yaxın dost olmuşdur. Şamil Ələkbərovu isə Turalın vasitəsi ilə tanımaqla, daha əvvəl cəmi bir dəfə görmüş, sonuncunun narkotik vasitə istifadə etdiyini bilsə də, onun narkotik vasitə qəbul etməsini görməmişdir. O, həmin mənzili kirayəyə götürdükdən sonra özünün yaşaması və Gülnarə ilə görüşmək üçün istifadə etmiş, Tural da arabir öz sevgilisi Səbinə ilə oraya gələrək orada yaşamış və görüşmüşlər. Həmin mənzilə heç vaxt hər hansı kənar şəxsi narkotik vasitə qəbul etmək üçün dəvət etməmiş və ya pul müqabilində belə bir hala yol vermək üçün kiməsə təqdim etməmişdir. Şahid13 orada narkotik vasitə istifadə edib-etməməsindən xəbəri olmamış, Tural onun həmin evdə olduğu vaxt onun yanında heç vaxt narkotik vasitə qəbul etməmişdir. Hadisə vaxtı mənzildə olan şəxslər arasında heç bir mübahisə, dava-dalaş olmamış, heç kim Şamilə fiziki təsir göstərməmişdir. Eyni zamanda göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Biləcəri qəsəbəsindəki Vüsal şadlıq sarayının yaxınlığında yerləşən piyada zolağı ilə yolu keçmək istədikdə, Şahid4 və tanımadığı digər iki nəfər polis əməkdaşı onu tutub, qolunu buraraq, qollarına qandal vurub “X49” markalı avtomobilin arxa oturacağına mindirmişlər. Avtomobildə olarkən polis əməkdaşlarından biri üzərinə baxış keçirtmiş və əynindəki şalvarın cibindən siqaret, alışqan, pul və cib dəsmalı çıxmışdır. Daha sonra polis əməkdaşları onu Abşeron RPİ-yə aparmışlar. Əvvəlcə onu zirzəmidəki otaqların birinə aparıb orada saxlamış, həmin otaqda CAŞ-nin rəisi Əli adlı polis əməkdaşı və digər polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilsə də, üzərindən qanunsuz heçnə aşkar olunmamışdır. Daha sonra yuxarı mərtəbələrdəki xatırlamadığı otaqlardan birinə, bundan sonra isə növbətçi hissəyə aparılmışdır. Təxminən 30 dəqiqə növbətçi otağında saxlanıldıqdan sonra, növbətçi hissəyə Şahid4 və Növbətçi Hissənin rəisi gələrək, aralarında söhbət etdikdən sonra Şahid4 onu zirzəmidəki həmin otağa aparmışdır. Bir neçə saat orada qaldıqdan sonra saat 23.05-də Şahid4 onu təhqiqatçının xidməti otağına aparmışdır. Orada olduqları vaxt Şahid4 cibindən kibrit qutusu çıxarıb, stolun üzərinə qoymuş və ona,- “bu sənindir, avtomobilə atmısan" demişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin qutu açılmış və içərisində narkotik vasitə olmuşdur. Həmin vaxt o, polis əməkdaşlarına həmin narkotik vasitənin onun olmadığını bildirmiş, əl-barmaq izlərinin götürülməklə ekspertiza keçirilməsini tələb etsə də, onun sözünə fikir verən olmamışdır. İttihamda qeyd olunan bir ədəd kibrit qutusunda olan narkotik vasitə ona məxsus deyildir və heç bir zaman olmamışdır. Həmin kibrit qutusunun necə və haradan aşkar olunduğu ona məlum deyildir. Həmçinin göstərmişdir ki, o, Şahid2 sürücülük vəsiqəsi almasına köməklik edəcəyini deməklə hər hansı məbləğdə pul almamışdır. Şahid2 onun sevgili münasibətlərində olduğu Şahid11 ilə yaxın rəfiqə olmaqla, Rusiya Federasiyasında yaşayan dostu Elmanla da sevgi münasibətləri yaşadığından, Lalə ilə aralarında tanışlıq münasibəti olmuşdur. Hazırki cinayət işi üzrə tutulmamışdan təxminən 1 il əvvəl Lalə Elmandan sürücülük vəsiqəsi istədiyi üçün, Elman ondan Laləyə sürücülük vəsiqəsi almasına köməklik etməyini xahiş etmişdir. Həmin vaxt Elmana razılıq verib, bu məsələ ilə maraqlanacağını bildirsə də, heç kimə bu barədə müraciət etməmişdir. Həmin vaxtdan bir neçə ay keçdikdən sonra Lalə onu bezdirirb, sürücülük vəsiqəsi almaq üçün bir nəfərlə 860 manat qarşılığında razılaşdığını deyib, ondan 860 manat məbləğində pul verməyini tələb etmiş, həmin pul müqabilində sürücülük vəsiqəsi ala biləcəyini demişdir. O isə Lalənin onu bezdirdiyini görüb, sonuncuya yalandan Baş Dövlət Yol Polis idarəsində tanışı olduğunu, həmin şəxslə onun sürücülük məsələsini danışdığını və həll edəcəyini bildirmişdir. Halbuki o bu barədə heç kimə heç bir söz deməmiş, heç kimdən həmin məsələ ilə bağlı heç bir xahiş etməmiş, ümumiyyətlə onun DYP idarələrində çalışan tanışı olmamışdır. Sadəcə Laləni onsuz da çoxsaylı problemlər yaşadığı zamanda başından eləmək üçün elə demişdir. İstintaq müddətində Lalə əsassız olaraq ondan 860 manat məbləğində pul tələb etmişdir, halbuki sonuncudan hər hansı məbləğdə pul almamışdır. Şahid2 ona heç bir zaman taksi sürücüsündən 860 manat məbləğində pul göndərməmişdir. Belə ki, Şahid2 istintaq zamanı ifadəsində göstərdiyi tarixlərdə onun özü xx.xx.2019-cu il tarixdə baş vermiş Şamil Ələkbərovun ölümü ilə bağlı hadisədən sonra axtarışda olmasından qorxmuş və elə bu səbəbdən onun hər hansı bir polis əməkdaşı ilə əlaqəyə çıxması, həmçinin guya DYP idarəsinə gedərək kiminləsə görüşməsi mümkünsüz olmaqla, onun özü üçün təhlükəli olmuşdur. Bu səbəbdən Şahid2 ifadəsində göstərdiyi hallar ümumiyyətlə həqiqətə uyğun deyildir. Bir daha bildirir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən mobil telefon aşkar edilməmiş və götürülməmişdir. İstintaq orqanının sübut olaraq təqdim etdiyi mobil telefon və Whatsapp yazışmalarından xəbərsizdir. Son olaraq göstərdi ki, ifadəsində göstərdiyi halları, yəni heç bir cinayət əməlini törətməməsini nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, X21 onun qardaşıdır. xx xxxx 2019-cu il tarixdə sat 01 radələrində digər qardaşı Şahid8 ona zəng edərək Şamilin binadan yıxıldığını deyib, ondan X39 getməsini istəmişdir. Həmin gün saat 05-06 radələrində xəstəxanada olarkən qardaşı Şamilin öldüyünü öyrənmişdir. X15 ləyaqətini mütəmadi olaraq alçaldan, amansız rəftar edən, hədə-qorxu gələn, Şamilə nəyəsə görə təzyiq edən, təhrik edərək təsir göstərən şəxslər olmamışdır. Şamilin həmçinin heç kimlə ədavət və düşmənçiliyi də, olmamışdır. O, Şahid13, Təqsirləndirilən şəxs və Şahid12 tanımamışdır. Turalla Şamil dost olmuşlar Hadisədən sonra Tural, Səbinə və Xəqani DİN-nin 102 xidmətinə və təcili tibbi yardımın 103 xidmətinə zəng etmək əvəzinə evin qapısını çöldən bağlayaraq oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rafik qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərindən tanımış, Təqsirləndirilən şəxs onun yaxın rəfiqəsi Gülnarənin sevgilisi olmuşdur. Onun özünün istifadəsində ***-***-**- ** mobil telefon nömrəsi olmaqla, Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs tanıdğı müddətdə bir neçə dəfə Gülnarə ilə birlikdə Xəqani ilə görüşmüş və həmsöhbət olmaqla aralarında ünsiyyət yaranmış, bəzən mobil telefonla da əlaqə saxlamışlar. Həmçinin həmin vaxtlar onun özünün sevgi münasibətlərində olduğu Emin adlı şəxs də Təqsirləndirilən şəxs dostu olmuş, lakin həmin ərəfələrdə X10muşdur. 2019-cu ilin iyun ayından etibarən Təqsirləndirilən şəxsla mütəmadi ünsiyyət saxlamış, buna səbəb isə Gülnarə ilə Xəqaninin münasibətlərində yaşanan çətinliklər olmuş, Xəqani daim onunla əlaqə yaradaraq Gülnarəyə hansısa sözü bildirməsini xahiş etmiş, eləcə də Gülnarənin hərəkətlərindən onun özünə gileylənmiş və onlar qarşılıqlı dərdləşmişlər. Ona rəfiqələri arasında hər kəs Nigar dediyindən Təqsirləndirilən şəxs da ona Nigar deyə müraciət etmişdir. Onun özü gözəllik salonunda işləməklə, qaynaq işləri ilə məşğul olmuş, təxminən 2019-cu ilin avqust ayında dolanışığını təmin edə bilmək üçün özünə yeni iş tapmış və bu zaman həmin işi üçün avtomobil idarə etməsi lazımlı olmuşdur. Lakin həmin vaxt sürücülük vəsiqəsi olmadığından sürücülük vəsiqəsi ala bilməsi üçün müxtəlif yollar axtarmış, bu barədə həmçinin sevgilisi Eminə də müraciət etmiş, onun özü də başqa bir neçə nəfərdən xahiş etmiş, lakin məsələ öz həllini tapmamışdır. 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs müraciət edərək, yaşadığı problem barədə bildirmiş və ona kömək etməsini xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs bununla maraqlanıb ona bildirəcəyini demiş, növbəti gün təkrar olaraq onun özü Təqsirləndirilən şəxsla əlaqə yaradaraq bir xəbər etmədiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona Baş Dövlət Yol Polis İdarəsində tanışı olduğunu, ümumilikdə 860 manat pul müqabilində sürücülük vəsiqəsi məsələsini həll edə biləcəyini demiş, o da yeni iş təklifi ilə əlaqədar təcili sürücülük vəsiqəsinə ehtiyacı olduğundan razılıq verərək bu məsələni həll etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Aralarındakı söhbətdən təxminən 10 gün sonra tanıdığı taksi sürücüsü Zahir ilə, Xəqaniyə sənədlərini və 860 manat məbləğində pul göndərmişdir. Pulu verdikdən sonra Xəqani ona təxminən bir həftə ərzində imtahana çağırılacağını demişdir. Lakin bir həftə sonra Xəqanidən xəbər çıxmadığını görüb, sonuncuya zəng etdikdə, Xəqani gözləməli olduğunu, ona hələ növbə çatmadığını bildirmişdir. Beləcə bu proses bir ay uzanmışdır. Bir ay sonra isə Xəqani ilə danışdığı vaxt sonuncu ona həftənin dördüncü günü imtahan verəcəyini deyib, ondan Baş Dövlət Yol Polis İdarəsininin qarşısına gəlməsini istəmişdir. O, Xəqaninin dediyi gün saat təxminən 10.30-da Baş Dövlət Yol Polis İdarəsininin qarşısında olmuşdur. Xəqaniyə zəng etdikdə sonuncu ona yolda olduğunu bildirmişdir. Saat təxminən 12.00-dan Xəqani ona gözləməli olduğunu, növbəsi çatdıqda onun çağırılacağını bildirmişdir. Beləcə o, saat 17-dək Baş Dövlət Yol Polis İdarəsinin giriş darvazasının qarşısında gözləmişdir. Saat təxminən 17-də Xəqani ona içəri keçib maraqlandığını, sənədlərində problem olduğundan işin alınmadığını demişdir. Bir neçə gün sonra artıq işinin alınmadığını görüb Xəqanidən pulu verdiyi şəxsdən geri qaytarmasını tələb etdikdə, Xəqani bir neçə gün onu gözlətmiş, işin həlllində bəzi problemlərin çıxdığını demişdir. Bir neçə gün sonra Xəqanidən təkrarən pulu geri verməsini tələb etdikdə, Xəqani ona pulu elə onun özünə verdiyini düşünməsini, özünün pulu qaytaracağını demişdir. O da Təqsirləndirilən şəxs sözünə inandığından heç bir problem yaratmamış, Xəqaninin pulu ona qaytarmasını gözləmişdir. 2019-cu ilin sentyabr ayının sonlarında, oktyabr ayının əvvəllərində istifadəsində olan mobil telefon nömrəsinə hazırda xatırlamadığı telefon nömrəsindən zəng olunmaqla özünü Abşeron rayon prokurorluğunun müstəntiqi olaraq təqdim edən Tural Maqsudov barəsində cinayət işi olan Təqsirləndirilən şəxs mobil telefonuna tərəfindən baxıldığını, orada “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə aralarında olan danışıqların müəyyən edildiyini, bu səbəbdən prokuroluğa yaxınlaşmasını bildirmişdir. Buna görə o, xx xxxxxxx 2019-cu il tarixdə, Abşeron rayon prokurorluğuna getmiş və orada müstəntiq Tural Maqsudovun yanında olduğu zaman sonuncu ona Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə dair əldə olunmuş məlumatlar əsasında xx xxxx 2019-cu il tarixdə baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonla onun istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsi arasında mütəmadi əlaqə saxlandığının müəyyən edildiyini, cinayət törətmiş şəxs barəsində hüquq-mühafizə orqanlarına məlumat vermədiyindən, eləcə də onun özünün sürücülük vəsiqəsi almaq üçün rüşvət verməsi səbəbindən onun hərəkətlərinin də cinayət olmasını bildirib, Təqsirləndirilən şəxs qarşı şikayət ərizəsi yazmayacağı halda onun da cinayət məsuliyyətinə cəlb ediləcəyini, ərizə yazacağı təqdirdə onun özünə köməklik olunacağını bildirmişdir. Bundan sonra o, məcbur qalıb qorxu altında Abşeron rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayından ondan sürücülük vəsiqəsi almağında köməklik edəcəyini, sürücülük vəsiqəsi verilən yerdən tanışının olduğunu, həmin şəxs vasitəsi ilə ona sürücülük vəsiqəsi düzəldəcəyini deyərək, bunun müqabilində ondan 860 manat məbləğində pul alması, lakin hazırki vaxtadək nə onun işini həll edərək sürücülük vəsiqəsi almasında köməklik etmiş, nə də ki aldığı 860 manat pulu qaytarmamasını bildirmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ifadəsində göstərdiyi kimi Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini düşünməmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Onun üçün sürücülük vəsiqəsi əldə etməyə köməklik etməsini o, özü Xəqanidən xahiş etmiş, sonuncu bu məsələ ilə maraqlanacağını dedikdən sonra o, ümidlənərək təkidlə Xəqanidən bu məsələnin işi üçün çox vacib olduğunu bildirib, həll etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona işləri kimin vasitəsi ilə həll edəcəyi barədə məlumat verməmiş, onu hər hansı bir şəxslə görüşdürməmişdir. Xəqaninin sözünə inandığından sonuncuya pulu vermiş, istəyi reallaşmadıqdan sonra isə Xəqanidən pulu verdiyi şəxsdən geri almasını tələb etdiyi zaman Xəqani ona,- “başqa heç kim yoxdur, pulu mənə vermisən, mən də sənin pulunu qaytaracam” deyə bildirmişdir. Bildirir ki, hazırda Xəqani onun verdiyi 860 manat pulu ona tam olaraq qaytarmışdır, sonuncu barəsində heç bir şikayəti yoxdur. İfadəsində qeyd etdiyi kimi, onun Təqsirləndirilən şəxs barəsində şikayət etmək kimi bir fikri olmamış, yalnız Abşeron rayon prokurorluğunun müstəntiqi Tural Maqsudovun çağırışından sonra qorxu altında həmin ərizəni yazmışdır. Şikayət etdiyi ərəfədə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon prokurorluğunda cinayət işi olmasından xəbərsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Şamil Ələkbərovu 20 ildən çoxdur ki, həmyerlisi kimi tanımış və sonuncu ilə arasında dostluq münasibəti olmuşdur. Şamil Ələkbərovla o, bir-birilərinə əmi oğlu deyə müraciət etmişlər. Təxminən 5 il olarki Şamil narkotik vasitə qəbul edirdi. Şamil hətta bir neçə dəfə onun yanında da, narkotik vasitə olan marixuana qəbul etmişdir. Son bir neçə ay isə Şamil “kakos” deyilən kimyəvi tərkibli narkotik vasitə qəbul edirmiş. Lakin Şamilin kakosu kimdən alması barədə onun məlumatı olmamışdır. O, “Kakos” çəkdiyi üçün Şamildən uzaq durmağa çalışmışdır. O, Şamildən dəfələrlə “kakos” deyilən narkotik tərkibli maddədən istifadə etməməsini istəsə də sonuncu həmin narkotik tərkibli maddənin aludəçisinə çevrilmişdir. O, da narkotik vasitə istifadəçisi olsa da “kakos”-dan istifadə etməmişdir. xx xxxx 2019-cu il tarixdə o, illərdir sevgi münasibəti yaşadığı Şahid12 ilə birlikdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 4 mənzil 12 ünvanına gedib orada qalmağa başlamışdır. Həmin iki gün ərzində Səbinə ilə birlikdə pivə içib, cinsi əlaqədə olsalar da narkotik vasitə qəbul etməmişlər. Həmin gündən əvvəl də o, bir neçə dəfə Səbinə ilə birlikdə həmin mənzildə görüşmüş, belə ki, Təqsirləndirilən şəxs ona evin qapısının açarlarının bir dəstini ona vermiş və nə vaxt lazım olarsa icazə almadan gələ biləcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Şamil bir neçə dəfə onun istifadəsində olan mobil nömrəyə zəng etsə də, o, Səbinə ilə təklikdə rahat olmaq üçün Şamilin zənglərinə cavab verməmişdir. Belə ki, həmin gün saat təxminən 17-18 radələrində Təqsirləndirilən şəxs ona, Ağsu rayonundakı yaşadığı evə gedəcəyini deyib evdən çıxmışdır və evdə Səbinə ilə o, tək qalmışlar. Lakin həmin gün saat təxminən 21 radələrində Şamil Ələkbərov tanımadığı bir nömrədən onun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək ondan harada olduğunu soruşmuş, o, isə daha əvvəl Şamilin bir dəfə onun dəvəti ilə gəlməklə tanıdığı Xəqaninin kirayədə qaldığı evdə olduğunu demişdir. Şamil isə ona evdə tək olduğunu, ailəsini rayona göndərdiyini, sıxıldığını bildirdiyi üçün, o, Şamili Xəqaninin evinə dəvət etmişdir. Şamillə danışdıqdan təxminən 1 saat sonra, Səbinənin təzyiqi qalxdığı üçün, sonuncunu təzyiqini ölçdürmək məqsədilə, Gənclər şəhərciyindəki binaların birinin birinci mərtəbəsində yerləşən aptekə aparmışdır. Aptekdən çıxdıqdan sonra Şamil yenidən ona zəng edib çatdığını, Xəqani yaşayan binanın qarşısında olduğunu bildirmişdir. O, Səbinəni Şamili qarşılaması üçün evə göndərib, özü isə siqaret almaq üçün apteklə üzbəüz mağazaya girmişdir. Siqaret alıb evə qayıtdıqda, Şamilin binanın qarşısında dayandığını, yanında avtomobili ilə onu gətirən şəxsin olduğunu görüb, onlarla salamlaşmışdır. Bu vaxt Səbinə aşağı düşüb, ona meyvə almaq üçün mağazaya gedəcəyini demişdir. Təxminən 5 dəqiqə binanın qarşısında Şamillə ayaqüstü söhbət etdikdən sonra, Şamillə birlikdə bloka girib liftlə mənzilə qalxmışlar. Evə girdikdən sonra Şamilə onu gətirən şəxsi gözlətməməsini bildirmiş və Şamil onun istfadəsində olan ********** saylı mobil nömrə ilə həmin şəxsə zəng edib, evə qayıda bilib-bilməyəcəyini soruşmuş, həmin şəxs isə qayıda biləcəyini bildirmişdir. Bu vaxt Səbinə əlində içərisində meyvə olan sellafon torba ilə evə daxil olmuşdur. O, Səbinədən yemək hazırlamasını istəsə də, Şamil “mən heçnə yeyə bilmərəm” deyə cavab vermişdir. Evə daxil olduqdan sonra Şamil qarın nahiyyəsini əlləri ilə qucaqlayaraq divanda oturmuşdur. Bir qədər sonra Şamil öyüdüyü üçün hamama keçib qusmuş və yenidən zala qayıtmışdır. Şamilin əynində göy rəngli qalın qış gödəkcəsi olduğu üçün o, sonuncudan yay fəslində niyə gödəkcə geyindiyini soruşmuş, Şamil isə ona “2 gündür kakos çəkmirəm, ölürəm, üşüyürəm” deyə cavab verərək, ondan çəkmək üçün “şüşə” deyilən narkotik vasitə istəmiş, o, isə sonuncuya çoxdandır şüşə çəkmədiyini demişdir. Bu zaman Şamil ondan nəşə istəsə də, o, Şamilə özündə ümumiyyətlə narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra o, Səbinəni paket sup alması üçün marketə göndərmiş, Şamillə o, isə evdə qalmışlar. Səbinə marketdən qayıtdıqdan sonra Xəqaninin köynəklərini yumaq üçün hamam otağına keçmişdir. Evdə olduqları vaxt Şamilə “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə bir neçə dəfə zəng gəlsə də, sonuncu zənglərə cavab verməmişdir. Bir qədər sonra Xəqani evə gəlib, onlara tanışının avtoqəza keçirdiyini deyib, ora gedəcəyini bildirmiş, hətta Xəqani ona baş vermiş avtoqəzanın görüntülərini də göstərmişdir. Şamillə Xəqani birbirilərini yalnız onun vasitəsi ilə olmaqla, yaxşı tanımadıqları, əvvəllər yaxın münasibətdə olmadıqları üçün həmin vaxt aralarında heç bir söhbət olmamış, Şamil həmin vaxt qarnını qucaqlayaraq onların söhbətinə qulaq asmışdır. Saat təxminən 23-24 radələrində Şamilə “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə zəng gəldiyi üçün sonuncu telefonu götürüb, otaqdan çıxmış, Şamil otaqdan çıxdıqdan sonra Səbinə otağa daxil olmuşdur. Təxminən 4-5 dəqiqə sonra Səbinə hamam otağına getmək üçün otaqdan çıxdıqda, “Şamil, Şamil” deyə qışqırmağa başlamış, və Səbinənin qışqırığına o, yerindən qalxaraq otaqda çıxmış və Səbinənin özündən gedərək yıxıldığını görmüşdür. Səbinənin üzünə su vurub ayıtdıqdan sonra onlara Şamilin mətbəxin pəncərəsindən özünü atdığını bildirmişdir. Bu vaxt həyətdən səs-küy gəldiyindən Xəqani mətbəxə keçərək pəncərədən aşağı baxıb, ona Şamilin yerdə uzanıqlı vəziyyətdə olduğunu, ətrafına adamların yığıldığını demişdir. Daha sonra onlar qorxduqları üçün qapı və pəncərələri bağlayıb, mənzili tərk etmişlər. Binanın həyətindən çıxaraq yolun kənarına gedib oradan taksiyə minmişlər “Masazır dairəsi” deyilən yerdə Səbinəni başqa bir taksi ilə yaşadığı evə yola salıb, Xəqani ilə o, Sulutəpə qəsəbəsinə getmişlər. Orada Xaqani sevgilisi Gülnarə ilə görüşüb, hadisə barəsində sonuncuya məlumat vermişdir. Daha sonra isə onlar “Çinarlı” otelə getmişlər. xx.xx.2019cu il tarixdə səhər saatlarında Səbinə də, otelə gəlmiş, həmin gün o, Şamilin öldüyünü bilmişdir. Şamil sağlığında narkotik vasitə istifadəçisi olmuş, Şamilin rəhmətlik qardaşı Kamilin də məhz narkotik vasitə istifadəçisi olmuş, “peredozdan” ölmüşdür. Hadisə baş verdiyi gün Xəqaninin qaldığı evdə heç kim narkotik vasitə istifadə etməmiş, həmin gün mənzildə heç bir dava-dalaş, mübahisə olmamışdır. Hadisədən sonra Xəqaninin kirayədə qaldığı evdən götürülmüş kolbalar ona məxsus olmuş, şpris isə Şamilə məxsus olmuşdur. Həmin kolblardan biri istifadə olunmuşdur və həmin kolbalardan birini o, daha əvvəl Şamil ilə birlikdə olarkən “şüşə” deyilən narkotik vasitə çəkmiş, Şamil də şprisdən istifadə etmişdir. Sonradan həmin əşyaları avtomobilinə qoymuş, lakin avtomobilini satdığı üçün, avtomobildə olan özünə məxsus əşyalarla birlikdə Xəqaninin kirayə götürdüyü mənzilə gətirmişdir. Xəqaninin kirayəyə götürdüyü mənzildə o, heç vaxt “şüşə” və ya “kakos” deyilən narkotik vasitələrdən istifadə etməmiş, ylnzı bir dəfə tək olarkən marixuana çəkmişdir. Şamil həmin mənzildə hadisədən əvvəl cəmi bir dəfə olmuşdur. Hadisə günü Şamil onun yanına gəlmək istəmiş, o özü Xəqaninin evində olduğu üçün Şamil oraya gəlmişdir. Belə ki, Şamil üçün onun harada olması maraq kəsb etməmiş, Şamilin məqsədi onun yanına gəldikdən sonra ona məlum olmuşdur ki, Şamil qəbul etmək üçün onda narkotik vasitə ola bilcəəyini düşünüb onun yanına gəlmişdir. Şamil onun telefonuna başqa şəxsin nömrəsindən zəng vurduğu üçün baş şəxsin yanında olduğundan ona telefonda bu barədə deməmiş, lakin evə gəldikdən sonra iki gündür “kakos” çəkmədiyi üçün “lomkada” olduğunun deyib, ondan özündə varsa qəbul etməsi üçün narkotik vasitə verməsini xahiş etmişdir. O, isə Şamilə heç bir narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Şamil Ələkbərovu illərdir sevgi münasibəti yaşadığı Şahid13 yanında Neftçilər prospektində yerləşən “Qəsr” restoranında 2 dəfə görmüş, həmin vaxtlar onlar üçün birlikdə yemək yemişlər. Tural Şamilə hər zaman “əmioğlu” deyə müraciət etmiş, o soruşduqda isə da Şamillə qohum və dost olduğunu bildirərdi. Aralarındakı münasibət həddindən artıq xoş və səmimi olmuşdur. Turalla tez-tez görüşməsələr də təxminən iki həftədən bir görüşmüşlər. Əvvəllər görüşüb hoteldə qalsalar da, son dövrlər Turalın vasitəsi ilə tanıdığı Xəqani evinin boş olduğunu və xərclərinin çıxmamasından ötrü onları öz evinə qonaq qismində hərdən dəvət etmiş, həmçinin evinin açarının bir dəstini də Şahid13 verərək, nə vaxt istəsələr gəlib gedə biləcəklərini demişdir. Şahid13 bəzən narkotik vasitə istifadə etdiyini bilsə də, sonuncu onun yanında heç zaman narkotik vasitə istifadə etməmiş, onun özü də heç vaxt narkotik və ya psixotrop maddə istifadə etməmişdir. Şamilin və ya Xəqaninin narkotik vasitə istifadə etdiyindən isə ümumiyyətlə xəbəri olmamışdır. 14-xx xxxx 2019-cu il tarixlərdə illərdir həyatında olan Turalla birlikdə Xəqanin kirayədə yaşadığı Abşeron rayonu, “Gənclər şəhərciyi”nə gedib orada qalmağa başlamışlar. xx xxxx 2019-cu il tarixdə təxminən 17 radələrində Xəqani Ağsu rayonuna gedəcəyini bildirib evdən çıxıb getmiş, saat 21 radələrində isə X33 telefon vasitəsi ilə əlaqə saxlayaraq harada olduğunu soruşduqda Tural ona Xəqanigildə olduqlarını demişdir. Turalın dediyinə görə Şamil əvvəl də həmin mənzildə bir dəfə olduğundan, olduqları yerə gəlmişdir. Təxminən 1 saat sonra Turalla aptekə düşüb təzyiqini ölçdürmüş, Tural isə mağazanın qarşısında Şamili gözləmiş, sonuncu gəldikdən sonra onlar üçün Xəqaninin evinə qalxmışlar. Şamil oraya gəldiyi ağ rəngli “Nissan Tiida” markalı avtomobilin sürücüsünün onun məhəllə uşağı olduğunu bildirmişdir. Şamil evə daxil olan kimi tualetə gedib qusmuş, o sonuncudan səhhəti barədə soruşduqda, “mədəmi üşütmüşəm” deyə cavab vermişdir. Bundan sonra Şamil zalda olan divanın üzərində oturub, ondan içməyə sərin su istəmiş, Tural da Şamilə bir stəkan “Coca-Cola vermişdir. Şamil “Coca-Cola”-nı içdikdən sonra yenidən tualetə gedib, yediklərini qaytarmış, zala qayıtdıqdan sonra isə ondan isti yemək istəmişdir. Evdə yemək olmadığı üçün paket sup almaq məqsədilə mağazaya gedib, oradan 03 ədəd paketdə olan hazır sup alıb geri qayıtmışdır. dım. Bloka girmək istədikdə arxadan bir nəfər şəxs onu çağırmış, geri döndükdən sonra Şamili gətirən şəxs Şamilə zəng edərək açarlarının onun avtomobilində qaldığını bildirdi və onu işarə edərək açarları vermək istədiyini dediyi üçün, o həmin dolu bədən quruluşlu şəxsdən Şamilin açarlarını alıb evə qalxmış, açarları Şamilə verdikdən sonra hamama girdim. Hamama girib, Xəqaninin oradakı köynəklərini yuduğum vaxt, qapının döyüldüyünü eşidib, hamamdan çıxaraq qapını açmışdır. Xəqaninin gəldiyini görüb ondan nə üçün qayıtdığını soruşduqda, sonuncu ona sevgilisi Gülnarənin tanışının avtomobil qəzasına düşdüyünü, onu görməyə gedəcəyini demişdir. Xəqani içəri keçdikdən sonra qapını bağlayıb hamama qayıtmışdır. Həmin gün artıq saat 23 radələrində Şamilə zəng gəldiyindən Şamil mətbəxə keçib telefonla danışmış, həmin vaxt Tural televizora baxmış, Xəqani isə əynini dəyişib qəzaya düşən tanışının yanına getməkdən ötrü evdən çıxmağa hazırlaşmışdır. Bir az sonra o, mətbəxin giriş qapısının qarşısından üzü mətbəxə tərəf keçərkən Şamilin mətbəxin pəncərəsinin üzərinə çıxıb özünü atmağa hazırlaşdığını görmüşdür. Bu zaman refleks olaraq dərhal,- “Şamil, Şamil neynirsen” deyib hay-haray salmış, Şamil üzünü belə ona tərəf çöndərməyib, pəncərədən özünü aşağı atmışdır. Bu zaman o, həyəcandan özündən getmişdir. Özünə gəldikdə Xəqani və Turalın başının üstündə olduqlarını,Turalın ayılmağı üçün üzünə su tökdüyü görmüşdür. Bu zaman Xəqani mətbəxin pəncərəsindən çölə baxıb, Şamilin özünü atdığını, yerdə uzanıqlı halda olduğunu və ətrafına artıq xeyli sayda insan toplaşdığını görmüşlər. Daha öncə belə bir hal yaşamadıqlarından hamısı qorxmuş və evin qapısını bağlayaraq oradan çıxıb getmişlər. Binadan aralanıb yola çıxdıqdan sonra Xəqani və Tural onu taksiyə mindirib yaşadığı evə yola salmış, xx.xx.2019-cu il tarixdə Tural ona Şamilin öldüyünü bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, indiyədək narkotik vasitə və ya psixotrop maddə, o cümlədən spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı evdə olan Tural, Şamil və Xəqani də onun gözü qarşısında həmin evdə narkotik tərkibli maddə qəbul etməmişdir. Tural isə bir neçə dəfə oteldə görüşdükləri vaxt cibindən çıxartdığı marixuananı kağızın arasına doldurub, kağızı bükərək, siqaret kimi çəkmişdir. Hadisə baş verən zaman evdə heç kimin arasında hər hansı mübahisə, dava və ya səs-küy yaradacaq digər hərəkət olmamışdır. Şamil həmin gün özünü heç də yaxşı hiss etməmiş, tez- tez ürəyi bulanmış və əhvalı gərgin formada olmuş, evə girdikdən sonra da əynində olan gödəkçəsini çıxarmamışdır. Hadisə vaxtı Xəqaninin kirayədə yaşadığı evdə heç bir dava, mübahisə olmamışdır. Şamilin hadisənin baş verdiyi mənzilə hansı səbəbə görə gəlməsini bilməmiş, mənzildə olarkən Turalla aralarında nə danışdıqlarından isə xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tanışlıqları hadisədən təxminən 6 il əvvəl təsadüf nəticəsində yaranmış, həmin vaxtdan sonra aralarında sevgi münasibəti yaranmış və o, sonuncunun kəbinli arvadı olmuşdur. Əvvəllər Xəqani onunla birlikdə ona məxsus evdə yaşasa da, ayrıldıqdan sonra ondan ayrı yaşamışdır. Xəqani əslən Ağsu rayonundandır, sonuncunun rəsmi nikahlı arvadı və övladları da vardır. Xəqani Bakı şəhərində sonuncu dəfə Xırdalan şəhəri “Gənclər şəhərciyi”ndəki binalardan birinin dördüncü mərtəbəsindəki mənzillərin birində kirayədə yaşamış, özü də həmin mənzilə bir neçə dəfə gedib, Xəqani ilə birlikdə orada qalmışdır. Şahid13la, Şahid12 Xəqaninin tanışları kimi tanımış, Turalla Xəqani əvvəllər “Nikoyıl” bankda birlikdə işləmişlər. Səbinə siə Turalın sevgilisi olmuş, Turalla Səbinəni ilk dəfə Xəqaninin Gənclər şəhərciyində yerləşən kirayədə qaldığı evdə görmüşdür. Turalla Səbinənin narkotik vasitə istifadə etmələrini heç vaxt görməmiş, Xəqaninin isə özünün deməsindən arabir narkotik vasitə istifadə etdiyini bilmişdir. xx.xx.2019-cu il tarixdə gecə saatlarında Xəqani istifadəsində olan ********** saylı mobil nömrədən onun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edib ondan harada olduğunu soruşub, yaşadığı evə gələcəyini bildirmişdir. O, sonuncuya qonşusu Nurlana avtoqəza keçirdiyi üçün, toydan tez çıxıb yaşadığı evə gəldiyini bildirmişdir. Bundan sonra Xəqani Turalın istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəyə bir neçə dəfə zəng etmişdir. xx.xx.2019-cu il tarixdə gecə saatlarında Xəqani Turalla birlikdə onun yaşadığı evin yaxınlığında yerləşən, yeni tikilən binanın qarşısına gəlmişlər. Həmin vaxt Tural onlardan bir qədər aralıda dayanmış və o, Xəqanidən nə baş verdiyini soruşduqda sonuncu kirayədə qaldığı evin pəncərəsindən Turalın Şamil adlı tanışının özünü atdığını demişdir. O, Xəqanidən həmin şəxsin ölüb-ölmədiyini soruşduqda isə, sonuncu qorxduqları üçün daha sonra qapını, pəncərəni bağlayıb evdən çıxdıqlarını, Şamilin aqibətindən xəbərsiz olduğunu bildirmişdir. Xəqaniyə bu barədə polisə məlumat verməsini dedikdə, sonuncu səhər açılan kimi polisə gedəcəklərini demişdir. Xəqani ilə təxminən 30 dəqiqə ayaqüstü söhbət etdikdən sonra, Xəqani ona “sən get, bizdə gedəciyik, arxamızca maşın gəlir” deyib, çıxıb getmişdir. Çıxıb getdikdən bir qədər sonra Xəqani Turalın istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edib, “Çinarlı” adlı hoteldə olduğunu deyib, onu da, ora çağırmışdır. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Xəqani ona bir daha zəng edib, onu yenidən olduqları hotelə çağırmış və o, həmin hotelə getmişdir. Hotelə getdikdə oradakı otaqların birində Tural, Xəqani və Səbinənin olduğunu görmüşdür. Həmin vaxt Xəqani ona kirayədə qaldığı evin sahibinin zəng edərək evi su basdığını deyib, onu evə çağırdığını bildirmişdir. Daha sonra o, sonuncuya hadisə ilə bağlı polisə məlumat vermələrini, Şamilin səhhəti ilə maraqlanmalarını bildirib, yaşadığı evə qayıtmışdır. Həmin gün axşam saatlarında Xəqani ona zəng edib, Şamilin öldüyünü bildirmişdir. Verilmiş suallara cavab olaraq göstəmişdir ki, Nigar adı ilə çağırdıqları rəfiqəsi Şahid2 ilə birlikdə olarkən bir neçə dəfə Təqsirləndirilən şəxsla görüşmüş və müxtəlif kafelərdə əyləşib söhbət etmişlər. Həmin görüşlər zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında sürücülük vəsiqəsinin alınması ilə bağlı hansısa söhbətlərin edilməsinin şahidi olmamışdır. Şahid2 onunla işi və şəxsi həyatı ilə bağlı hər şeyi bölüşərək ona danışmışdır. Lakin Təqsirləndirilən şəxs Şahid2 sonuncunun sürücülük vəsiqəsi əldə etməsi üçün 860 manat məbləğində pul alması, işini həll etməməsi və Lalənin pulunu geri qaytarmaması ilə bağlı xəbəri olmamış, Lalə bu barədə ona heç bir söz deməmişdir. Belə düşünür ki, Lalə onun sevgilisi Təqsirləndirilən şəxsla onun vasitəsi ilə tanış olduğuna görə, belə bir hadisənin baş verdiyi təqdirdə Xəqaninin pulu qaytarmasını xahiş etməsi üçün Lalə ona müraciət edərdi ki, Lalə bunu etməmişdir. Lalənin hansı səbəbdən Təqsirləndirilən şəxs şikayətlə Abşeron RPİ-yə müraciət etməsi ona aydın deyildir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin ikinci cildinin 31-34-cü vərəqlərində olan xx.xx.2019-cu il tarixli şahidi dindirmə protokolu ona tanışdır, həmin tarixdə həqiqətən də Abşeron rayon prokurorluğunda şahid qismində dindirilmişdir. Həmin protokolun məzmununda “Turalla Səbinənin narkotik vasitə istifadə etmələrini görməsə də, aralarındakı danışıqlardan hər ikisinin narkotik vasitə istifadə istifadə etmələrini hiss etmişdir. Xəqanidə həmçinin narkotik vasitə istifadə etmişdir. Bunu Xəqaninin özü ona demişdir. Hətta təxminən 2-3 il əvvəl o, Xəqaninin əynindəki şalvarın cibindən narkotik vasitə tapmışdır. Turalla Səbinəni ilk dəfə Xəqaninin Gənclər şəhərciyində yerləşən kirayədə qaldığı evdə görmüşdür. Bundan başqa həmin vaxt evdə narkotik vasitə çəkmək üçün kiçik ölçülü balonlarda görmüşdür” məzmunda ifadə verməsinə əlavə olaraq göstərir ki, o həmin balonları hadisənin baş vemrəsindən təxminən 4-5 gün qabaq Xəqaninin evində yır-yığış edərkən görmüşdür. Həmin vaxt həmin balonların nə olmasını soruşduqda Tural ona həmin balonların ona məxsus olduğunu, avtomobilini satdığı üçün məhz avtomobilində saxladığı həmin əşyaları Xəqaninin evinə müvəqqəti olaraq qoyduğunu, avtomobillə öz yaşadığı evə qayıdarkən götürüb aparacağını bildirmişdir. Həmin balonları Xəqaninin görüb-gərmədiyindən xəbərsizdir. Nə Xəqani, nə Tural, nə də Səbinə onun yanında, eləcə də Təqsirləndirilən şəxs evində narkotik vasitə qəbul etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X43 12-ci patrul bölüyünün polis nəfəri Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 23-24 radələrində xidmətdə olduğu vaxt Abşeron RPİ-nin NH-dən məlumat verilərək, “Gənclər şəhərciyi” adlandırılan binadakı mənzillərin birindən bir nəfər şəxsin özünü ataraq, intihar etdiyini bildirilmişdir. Həmin vaxt ÇPA-nın polis nəfəri Şahid9 onunla birlikdə xidmətdə olmuşdur. Onlar dərhal məlumatda bildirilən Gənclər şəhərciyinə getmişlər. Ora çatdıqda, sonradan adının Şamil Ələkbərov olduğunu bildiyi bir nəfər şəxsin xərəkdə təcili tibbi yardım avtomobilinə yerləşdirildiyini, yerdə qan izləri olduğunu görmüşdür. Ətrafa 100 nəfərə yaxın insanın toplaşdığını, Şamilin sağ olduğunu görmüşdür. Onlar təcili tibbi yardım avtomobilinə yaxınlaşdıqda Şamil Ələkbərovun inilti səslərini eşitmişdir. Təcili tibbi yardım həkimi onlara Şamilin ayağının sındığını bildirmişdir. Daha sonra Şamil Ələkbərov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Orada olan şəxslərdən biri onlara Şamilin 40-cı binanın dördüncü mərtəbəsindən yıxıldığını demişdir. Bundan sonra yerdəki qan izləri ilə şaquli vəziyyətdə yuxarıya doğru binaya baxdıqda, Şamil Ələkbərovun dördüncü mərtəbədəki 12-ci mənzildən yıxıldığını düşünüb, Gündüzlə birlikdə həmin mənzilə getmişlər. Mənzilin qapısını döysə də, qapını açan olmamışdır. Aşağı düşdükdə, üçüncü mərtəbədə, 12-ci mənzilin düz altında yerləşən mənzildə yaşayan adını bilmədiyi təxminən 50-55 yaşlarında bir qadın onlara hadisə vaxtı 12-ci mənzildə başqa şəxslərində olduğunu, hadisədən sonra həmin şəxslərin mənzildən çıxaraq getdiklərini bildirmişdir O, hadisənin səhəri günü Şamil Ələkbərovun aparıldığı xəstəxanada öldüyünü bilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şahid9lə birlikdə hadisə yerinə çatdıqda Şamil Ələkbərov xərəkdə təcili tibbi yardım avtomovbilinə yerləşdirilmişdir. Həmin vaxt Şamil özündə olmamışdır. Şamil Ələkbərovla aralarında hər hansı bir söhbət olmamış, sonuncudan heç nə soruşmamışdır. Həmin vaxt ora yığışmış tanımadığı şəxslərdən hadisənin necə baş verməsini, həmin şəxsin binadan necə yıxılmasını soruşduqda, onlar həmin şəxsi tanımadıqlarını, hadisənin necə baş verməsini bilmədiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X43 12-ci patrul bölüyünün polis nəfəri Şahid9 ifadəsindən görünür ki, Şahid9 hadisə yerinə birlikdə getdikləri digər şahid X43 12-ci patrul bölüyünün polis nəfəri Şahid10 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 Sahib oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Abşeron rayon prokurorluğundan daxil olmuş ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar əsasında Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin CAŞ-də axtarış işi açılmış və həmin axtarış işi onun icraatına verilmişdir. Axtarış işi üzrə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olması əməliyyat yolu ilə müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında dərhal Təqsirləndirilən şəxs tutulması üçün əməliyyat tədbiri keçirilmişdir. Həmin gün saat 19 radələrində CAŞ-nin əməliyyat müvəkkili Şahid3la birlikdə Biləcəri qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının qarşısına yaxınlaşan zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə “Ağ saray” dairəsi adlanan ərazidən “Vüsal” şadlıq sarayı istiqamətində getdiyini görüb, idarə etdiyi **-SL-*** dövlət qeydiyyat nişanlı “X49” markalı avtomobilli Xəqaninin olduğu istiqamətdə sürmüşdür. Daha sonra Şahid3la birlikdə avtomobildən düşüb, Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini sonuncuya təqdim edib, barəsində Abşeron rayon prokuroluğu tərəfindən, tutulması haqqında qərar çıxarıldığını bu səbəbdən Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qaçmaq istəsə də, buna imkan verməyərək, sonuncunun sağ əlini Şahid3 sol əlinə qandalla bağlayıb, avtomobilə mindirərək Abşeron RPİ-nə gətirmişlər. Abşeron RPİ-nin həyətinin giriş qapısına çatdıqda, girişdə olan şlaqbaum bağlı olduğu üçün o, idarə etdiyi avtomobili saxlamışdır. Şlaqbaum açıldıqdan sonra RPİ-nin həyətinə girmək istədikdə, avtomobilin ön şüşəsindəki güzgüdən Xəqaninin oturduğu yerdən tərpəndiyini görüb, arxaya doğru çevrilib Xəqaniyə baxmışdır. Bu vaxt Xəqani onun baxdığını görüb, başını aşağı salmış və o, avtomobili sürüb həyətə daxil olmuşdur. Avtomobili Abşeron RPİ-nin qarşısında saxlamışdır. Avtomobildən əvvəlcə o düşüb, Xəqaninin oturduğu tərəfə, yəni avtomobilin arxa sol qapısına yaxınlaşmışıb, Xəqanini avtomobildən düşürtmək üçün arxa sol qapını açmışdır. Bu vaxt arxa sağ tərəfdə oturan Şahid3 düşmək üçün avtomobilin arxa sağ qapısını açmışdır. Xəqaninin qolu qandalla Rasimin qoluna bağlı olduğundan Rasim avtomobildən düşmək istədikdə, Xəqanini özünə tərəf çəkmiş və Xəqani avtomobildən Rasim düşdüyü qapıdan düşməli olmuşdur. Xəqani avtomobildən düşmək üçün Rasimə tərəf, yəni avtomobilin arxa sağ qapısına tərəf getdikdə, o, avtomobilin arxa sol oturacağının qarşısındakı ayaqaltının üzərində kibrit qutusu olduğunu görüb, qutunu oradan götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində nə olduğunu, qutunu nə üçün ayaqaltının üzərinə atdığını soruşduqda, sonuncu kibrit qutusunun özünə məxsus olmadığını, qutunu ayaqaltının üzərinə atmadığını bildirmişdir. O, kibrit qutusunu açdıqda, içərisində narkotik maddə olan marixuanaya bənzər ot mənşəli kütlə olduğunu görmüşdür. O zənn etmişdir ki, Xəqani həmin kibrit qutusunu Abşeron RPİ-nin həyətinə giriş qapısının qarşısında, şlaqbaum bağlı olduğu üçün onun avtomobili saxlamasından istifadə edərək atmışdır. Çünki şlaqbaum açıldıqdan sonra avtomobili sürmək istədikdə Xəqani oturduğu yerdən tərpənmişdir, çox güman ki, Xəqani kibrit qutusunu həmin vaxt əynindəki paltarın cibindən çıxararaq, ayaq altının üzərinə atmışdır. Daha sonra Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, o, içərisində marixuanaya bənzər kütlə olan həmin kibrit qutusunu təqdim etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tutularkən, o və Şahid3 tərəfindən sonuncunun üzərinə baxış keçirilməmişdir. Sadəcə Xəqanidən üzərində hansı əşyaların olmasını soruşulmuş və sonuncu əynindəki şalvarın ciblərindən iki qutu siqaret, az miqdarda pul və cib dəsmalı çıxarıb onlara göstərdikdən sonra həmin əşyaları şalvarının cibinə qoymuşdur. xx.xx.2019-c il tarixdə Təqsirləndirilən şəxs müvafiq qərarla açılmış axtarış işi ilə bağlı olan keçirilmiş əməliyyat tədbiri zamanı saxlamış və özünün idarə etdiyi avtomobillə Abşeron RPİ-yə gətirmişlər. O, Təqsirləndirilən şəxs maddi sübut kimi qeyd olunan narkotik vasitəni avtomobilin salonuna atmasını dəqiq olaraq görməsə də, avtomobilin ön şüşəsində olan arxa görüntü güzgüsündən Təqsirləndirilən şəxs hərəkət etdiyini görmüş, daha sonra sonuncu avtomobildən düşərkən avtomobilin arxa sol oturacağının qarşısındakı ayaqaltının üzərində kibrit qutusu olduğunu gördüyü zaman, həmin kibrit qutusunu məhz az əvvəl Təqsirləndirilən şəxs yerində etdiyi hərəkətlə oraya atdığını düşünmüşdür. Həmin kibrit qutusunu görməmişdən qabaq ilkin olaraq saxladıqları zaman Təqsirləndirilən şəxs cibində olan əşyaları onlara göstərərkən, həmin əşyaların arasında kibrit qutusu olmamışdır. Təqsirləndirilən şəxs olduğu yer barədə məlumat aldığı zaman sonuncunun üzərində hər hansı bir narkotik vasitə olması barədə məlumatı olmamış, belə bir şübhələri də olmamışdır. Həmin kibrit qutusunu gördükdən sonra bu barədə raportla məruzə etmədən və heç bir prosessual tələblərə riayət etmədən açıb baxmış və içərisində marixuanaya bənzər maddə olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kibrit qutusunu oraya nə üçün atdığını soruşduqda, o həmin kibrit qutusunun ona məxsus olmadığını bildirmişdir. Bundan sonra o, kibrit qutusunu götürüb üzərində saxlamış və bir müddət sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçıya təqdim etmişdir. Tərəfindən kibrit qutusu aşkar edildikdən sonra həmin kibrit qutusunun prosessual qanunvericiliyin tələblərinə əsasən həmin kibrit qutusunun protokollaşdırılmaqla götürülməli olması və yalnız bundan sonra prosessual tələblərə riayət edilməklə ilkin baxış keçirilməsinin mümkün olması ona aydındır. Bu hərəkətlərin tərəfindən edilməməsinin səbəblərini izah etməkdə çətinlik çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 tanımış, taksi fəaliyyəti ilə məşğul olduğundan Şahid2 tez-tez öz avtomobili ilə müxtəlif yerlərə aparmışdır. 2019-cu ilin avqust ayında Şahid2 onun istifadəsində olan mobil nömrəyə zəng edib, sürücülük vəsiqəsi almaq istədiyini, bunun müqabilində bir nəfərə 860 manat məbləğində pul verilməli olduğunu, lakin hazırda özünün işi olduğundan həmin şəxslə görüşə bilməyəcəyini deyib, ondan yaşadığı evə gedib oradan pul götürməsini və həmin pulu dediyi şəxsə aparmasını istəmişdir. Həmin vaxt o, Lalənin yaşadığı evə getmiş və sonuncunun evdə olan adını bilmədiyi tanışı, içərisində Lalənin sənədləri və 860 manat məbləğində pul olan zərfi ona vermişdir. Həmin gün saat təxminən 13 radələrində Lalənin dediyi adamla Hökməli qəsəbəsində, Hökməli dairəsi deyilən yerin yaxınlığında görüşüb, içərisində sənədlər və 860 manat məbləğində pul olan zərfi sonuncuya vermişdir. O, zərfin içərisində baxdıqda orada 860 manat məbləğində pul və Lalənin sənədlərinin olmasını görmüşdür. Sulutəpə qəsəbəsində olduğu vaxt həmin şəxsin istifadəsində olan mobil nömrəyə zəng etdikdə, sonuncu ondan Hökməli qəsəbəsinə gəlməsini istəmiş və o, həmin yerə gedərək pulu sonuncuya vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Lalənin deməsindən həmin pulun sürücülük vəsiqəsi almaq üçün verildiyini eşitmişdir. Pulu verdiyi həmin şəxsin adını bilməsə də, bir qədər hündür boy, seyrək saçlı biri olmuşdur. Həmin şəxsin məhkəmə iclasında iştirak edib-etməməsi barədə verilmiş suala cavab olaraq isə pulu verdiyi həmin şəxsin hazırda məhkəmə zalında olmadığını bildirmiş, təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs indiyədək ümumiyyətlə görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, X21 onun qardaşıdır. Qardaşı Şamil sağlığında ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşamışdır. Şamilin ailəsi, qohumları, dost tanışları ilə münasibətləri həmişə yaxşı olmuş, heç kimlə mübahisəsi, ədavət və ya düşmənçiliyi olmamışdır. xx xxxx 2019-cu il tarixdə sat 00.18-də ********** saylı mobil nömrədən istifadəsində olan ********** saylı mobil nömrəyə zəng gəlmişdir. Zəngə cavab verdikdə zəng edən adının Rüstəm olduğunu, onun qardaşı Şamilin binadan yıxıldığını, hazırda Kliniki tibbi mərkəzdə olduğunu bildirmişdir. O, dərhal yaşadığı Ağsu rayonundan çıxıb, birbaşa X39 gəlmişdir. X39 çatdıqda qardaşı Şamilin halının çox pis olduğunu, can verdiyini görmüşdür. Bir qədər sonra Şamil xəstəxanada rəhmətə getmişdir. Qardaşı Şamil sağlığında mehriban, ailəcanlı, deyib gülən biri olmuş, heç kimlə mübahisəsi, münaqişəsi, ədavət və düşmənçiliyi, hər hansı bir ruhi və psixoloji xəstəliyi olmamışdır. (cild 01, iş vər. 159-162) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 7 mənzil 7 ünvanında yaşayır. Yaşadığı mənzil binanın üçüncü mərtəbəsində yerləşir. Yaşadığı mənzilin düz üzərində, yəni dördüncü mərtəbədə 12-ci mənzil yerləşir. Həmin mənzildə onun tanımadığı şəxslər yaşamışlar. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində yaşadığı evdə olduğu vaxt, tappıltı səsi eşitmişdir. Bir qədər sonra küçədən keçən şəxsdən “kimsə özünü atıb” sözünü eşidib, dərhal yataq otağının pəncərəsindən aşağı baxmışdır. Aşağı baxdıqda bir nəfər şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Təxminən 40-45 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlib həmin şəxsi aparmışdır. Daha sonra blokdan qadın və kişi səsləri gəldiyini eşidib, həmin şəxslərin hadisə vaxtı 12-ci mənzildə olmuş şəxslər olduğunu bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 40 nömrəli binanın 4-cü mərtəbəsindəki mənzil ona məxsusdur, lakin ev qayınatası X16 adınadır. 2019-cu ilin may ayında yaşadığı Ucar rayonunda olduğu vaxt ev alqı-satqısı ilə məşğul olan Ramal istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edib, ona məxsus evə kirayəşin tapdığını bildirmişdir. Səhəri gün o, Ramal və mənzili kirayə tutmaq istəyən şəxs, binanın qarşısında görüşmüşlər. Həmin şəxs ona adının Xəqani olduğunu, “Paşa” Holdingdə işlədiyini, əslən Ağsu rayonundan olduğunu, lakin əvvəllərdə Bakı şəhərində yaşadığını deyib, ailəsi ilə birlikdə ona məxsus evdə kirayədə qalmaq istədiyini bildirmişdir. Söhbət zamanı Xəqani ondan yaxınlıqda məktəb və ya baxça olub-olmamasını soruşduğu üçün, o, Xəqaninin evli olduğunu düşünüb, evi sonuncuya kirayə verməyə razı olmuşdur. Həmin gün aralarında kirayə müqaviləsi bağlanmış və o, evin açarlarını Xəqaniyə vermişdir. Xəqani isə ona evin bir aylıq kirayə pulunu, yəni 300 manat məbləğində pul vermişdir. Həmin vaxtdan sonra bir neçə dəfə Xəqani ilə telefon vasitəsi ilə əlaqə saxlasa da, baxmaq üçün evə heç vaxt getməmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında polis əməkdaşları istifadəsində olan mobil nömrəyə zəng edərək, Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən ona məxsus evdə hadisə baş verdiyini deyib, evin açarlarını gətirməsini istədikləri üçün, o, həmin gün Bakı şəhərinə gəlib açarları polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları Xəqaniyə zəng etdiklərini, lakin sonuncunun telefona cavab vermədiyini deyib, ondan Xəqaniyə zəng etməsini istəmişlər və o, istifadəsində olan mobil nömrədən Xəqaniyə zəng edərək evi su basdığını deyib, sonuncunu evə çağırmışdır. Xəqani isə bir qədər sonra evə gələcəyini bildirsə də, gəlməmiş və telefonunu söndürmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci ildən etibarən tanıyır, aralarında dostluq münasibəti olmuşdur. Lakin 2017-ci il tarixdə Xəqani ilə aralarında inciklik yarandığı üçün dostluq münasibətləri yavaş-yavaş soyumağa başlamışdır. Xəqani narkotik vasitə istifadəçisi olmuş, əsasən marixuana və “kakos” deyilən narkotik vasitə istifadə etmişdir. Onun özüdə marixuana istifadə etsə də, heç vaxt “kakos” deyilən narkotik vasitə istifadə etməmişdir. 2019-cu ilin iyun ayının əvvəlində Xəqani Abşeron rayonunda yerləşən avtomobil icarəsi ilə məşğul olan şirkətdən onun adına icarəyə “Hyundai Sonata” markalı avtomobil götürmüşdür. Sonuncu həmin avtomobillə Ağsu-Şamaxı yolunda avtoqəza keçirmiş, avtomobili yol kənarında olan dəmir bariyerlərə çırpmışdır. Avtoqəza keçirdikdən sonra Xəqani ona zəng edib, Ağsu-Şamaxı yolunda yol nəqliyyat hadisəsi törətdiyini, avtoqəza nəticəsində icarəyə götürdüyü avtomobilin əzildiyini, özünün isə başından, çiynindən və kürəyindən xəsarət aldığını, başının arxasının partladığını, avtomobili evakuatorla Bakıya göndərdiyini bildirmişdir. Hətta evakuatorun pulunu da, o, vermişdir. Sonradan həmin şirkətin sahibi Səbuhi adlı şəxs Xəqani avtomobili onun adına icarəyə götürdüyü üçün, ondan avtomobilə dəymiş ziyanı ödəməsini tələb etmişdir. Hətta bununla bağlı Səbuhiyə 1500 manat məbləğində pulda vermişdir. Xəqanidən dəfələrlə avtomobilə vurduğu ziyanı ödəməsini tələb etsə də, sonuncu hər dəfəsində ziyanı ödəyəcəyini deməklə onu aldatmışdır. Hətta avtoqəzadan təxminən 5-10 gün sonra Xəqaninin Abşeron rayonu Gənclər şəhərciyində kirayə qaldığı evdə olduğu vaxt avtomobilə dəymiş ziyanı ödəmədiyi üçün sonuncu ilə aralarında mübahisə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Sonuncu ona dəfələrlə mesaj yazaraq və zəng edərərk, ağrıdığını, özündə olmadığını, lomkada olduğunu deyib, ondan istifadə etməsi üçün narkotik vasitə olan marixuana tapmağını istəmişdir. Həttə Xəqani hər dəfəsində ona, ondan sonuncu dəfə narkotik vasitə istədiyini, sağalmaq üçün müalicə olunacağını demişdir. Bu səbəbdən o, Xəqaninin zənglərinə və mesajlarına əksər vaxtlar cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsindən görünür ki, Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə Abşeron rayon prokurorluğundan daxil olmuş ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar əsasında Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin CAŞ-də axtarış işi açılmış və həmin axtarış işi şöbənin baş əməliyyat müvəkkili Şahid4 icraatına verilmişdir Axtarış işi üzrə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olması əməliyyat yolu ilə müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında dərhal Təqsirləndirilən şəxs tutulması üçün Şahid4 və tərəfindən əməliyyat tədbiri keçirilmişdir. Həmin gün saat 19 radələrində Şahid4 ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının qarşısına yaxınlaşan zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə “Ağ saray” dairəsi adlanan ərazidən “Vüsal” şadlıq sarayı istiqamətində getdiyini görüb, Rüstəm idarə etdiyi **-SL-*** dövlət qeydiyyat nişanlı “X49” markalı avtomobilli Xəqaninin olduğu istiqamətdə sürüb, saxlamış və onlar avtombildən düşüb, Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edib, Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qaçmaq istəsə də, buna imkan verməmişlər və Xəqaninin sağ qolunu qandalla onun sol qoluna bağlayaraq, avtomobilə mindirib Abşeron RPİ-nə gətirmişlər. Abşeron RPİ-nin həyətinin giriş qapısına çatdıqda, girişdə olan şlaqbaum bağlı olduğu üçün Şahid4 avtomobil saxlamışdır. Şlaqbaum açıldıqdan sonra RPİ-nin həyətinə girmək istədikdə, Xəqani yerindən tərpəndi və bu vaxt Rüstəm avtomobilin güzgüsündən ona tərəf baxdı və Xəqani başını aşağı saldı. Daha sonra Rüstəm avtomobili RPİ-nin həyətində saxlayıb avtomobildən düşüb, arxa sol qapını açdı. O isə avtomobilin arxa sağ qapısını açıb, avtomobildən düşmüşdür. Xəqaninin qolu onun qoluna qandalla bağlı olduğundan, Xəqani də o düşdüyü qapıdan düşmüşdür. Bu vaxt Abbas avtomobilin Xəqani oturduğu tərəfindən yəni sol ayaqaltının üzərindən kibrit qutusu götürüb, Xəqaniyə həmin qutunu avtomobilə niyə atdığını, içərisində nə olduğunu soruşdu. Xəqani isə kibrit qutusunun özünə məxsus olmadığını, qutunu ayaqaltının üzərinə atmadığını bildirdi. Rüstəm kibrit qutusunu açdıqda, içərisində narkotik maddə olan marixuanaya bənzər ot mənşəli kütlə olduğunu görmüşlər. Daha sonra Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, Abbas içərisində marixuanaya bənzər kütlə olan həmin kibrit qutusunu təqdim etdi. Təqsirləndirilən şəxs tutduqları zaman onun üzərinə baxış keçirməmişlər. Ondan üzərində hansı əşyaların olmasını soruşduqda, əynindəki şalvarın ciblərindən iki qutu siqaret, az miqdarda pul və cib dəsmalı çıxarıb onlara göstərmiş, daha sonra həmin əşyaları şalvarının cibinə qoymuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanılması haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 03:30-da Abşeron rayon prokurorluğuna rayon polis idarəsinin növbətçi hissəsindən X2 təxminən 23.00-00.00 radələrində Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 40 nömrəli binanın 4-cü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi, nəticədə 05.30 radələrində X35 reanimasiya şöbəsində ölməsi barədə daxil olmuş məlumata dair toplanmış materialdan X11 özünü öldürməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Abşeron rayon Prokurorunun köməkçisi tərəfindən Prokurorluğun digər əməkdaşları və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə həmin tarixdə saat 06.30-dan 07.20-dək olan müddət ərzində hadisə yerinə ilkin baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayon Xırdalan şəhəri Gənclər şəhərciyində yerləşən 40 nömrəli binanın arxasıdır. Bina 11 mərtəbəli olmaqla, birinci mərtəbəsində iaşə obyekləri yerləşir, 10 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulmuşdur. Binanın arxasında, yerdə asfalt örtüyünü üzərində, ağ zolaqlı bönövşəyi rəngli yastıq vardır. Yastığın üzəri qanabənzər ləkə ilə bulaşmış vəziyyətdədir. Binadan 1.15 metr və 2.42 metr məsafədə, asfalt örtüyü üzərində iki ədəd qan gölməçəsi vardır. Baxış zamanı hadisənin baş verdiyi 40-cı blokdakı 12 nömrəli mənzilin qapısı çöldən bağlı olduğundan mənzilə baxış keçirilməsi mümkün olmamışdır. (cild 01, iş vər. 05-09) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yerinə əlavə baxış zamanı müəyyən olunmuşdur ki, Şamil Ələkbərovun özünü ataraq intihar etdiyi mənzil ünvan 8 mənzil 12 ünvanıdır. Mənzil bir dəhliz, bir zal, iki yataq otağı, bir hamam otağı, bir mətbəx və bir eyvandan ibarətdir. Mənzilə baxış zamanı, mənzildə hər hansı qan izi, qanabənzər ləkə müəyyən edilməmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, mənzilin hamam otağının döşəməsinin islaq vəziyyətdə olması, hamamda içərisində yuyucu vasitəli su olan qırmızımtıl rəngli ləyən olması və ləyənin içərisində islaq vəziyyətdə paltarlar olması müəyyən edilmişdir. Hadisə yerinə əlavə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zalda olan jurnal stolunun üzərində aşkar olunmuş üç ədəd “Nokia”, bir ədəd “Mi”markalı mobil telefon, televizor altlığının rəfində aşkar olunmuş içərisində bir ədəd şpris, bir ədəd istifadə olunmuş limon duzu paketi, bir ədəd istifadə olunmuş dərman flakonu, üç ədəd şüşə balon, yəni kolba olan bükülü, eləcə də, divanın qarşısındakı jurnal stulunun üzərində olan boşqabdan və qədəhlərdən götürülmüş əl-barmaq izləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Bax: İ cild, i/v 18-27) Abşeron RPİ-nin növbətçi hissəsinin məsul növbətçisinin Abşeron RPİ-nin rəisinə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məsul növbətçi idarənin ərisinə raportla məruzə edərək xx.xx.2019-cu il tarixdə 23.45-də DİN-in 102 xidmətindən Abşeron rayonu, Gənclər şəhərciyi, məktəbin yanında X17 məlumat verərək bir nəfər şəxsin üçüncü mərtəbədən yıxılmasını və vəziyyətinin ağır olmasını bildirməsi barədə məlumatlandırmışdır. (cild 01, iş vər. 56) Abşeron RPİ-nin növbətçi hissəsinin məsul növbətçisinin Abşeron RPİ-nin rəisinə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məsul növbətçi idarənin ərisinə raportla məruzə edərək xx.xx.2019-cu il tarixdə saat 00.55-də Xırdalan TTY-dən həkim Mirzəyevanın Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan 1955-ci il təvəllüdlü X11 Gənclər şəhərciyində 4-cü mərtəbədən yıxılması və vəziyyətinin orta ağır olmasını bildirməsi barədə məlumatlandırmışdır. (cild 01, iş vər. 57) “Paltarlara baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, müstəntiq tərəfindən X11 ölümündən əvvəl əynində olmuş paltarlara baxış baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, X12 məxsus gödəkcə qara və göy rəngli olub, üzərində "MODUS VİVENDİ RCR" yazısı olan etiket vardır Gödəkcənin üzərində qanabənzər ləkələr vardır. X12 məxsus idman şalvarı boz rəngli olub, üzərində "BOSS HUGO BOSS AMG" yazıları olan etiket vardır. Şalvarın üzərində qanabənzər ləkələr vardır. (cild 01, iş vər. 64-69) Məhkəmə-tibbi ekspertizasının 1377 nömrəli, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – təpə-ənsə nahiyəsinin sağ yarısının əzilmiş cırılmış yarası tinli bərk küt əşyanın təsirindən törənmişdir, sağ kürəkaltı nahiyənin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixldə əmələ gələ bilərdi, qeyd olunan müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild 01, iş vər. 134) Abşeron rayon Məhkəməsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 22/01358/19-28 nömrəli məktubdan görünür ki, X21 və Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin icraatında təqsirləndirici material, mülki iş və inzibati material olmamışdır. (cild 01, iş vər. 230) İşdə olan xx.xx.2019-cu il tarilxi X27 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış kirayə müqaviləsindən görünür ki, 4-cü mərtəbədə yerləşən 40 saylı mənzil 300 manata müqabilində X27 tərəfindən Təqsirləndirilən şəxs kirayəyə verilmişdir. (cild 01, iş vər. 234) Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(004)-321/14 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 02, iş vər. 7-11) “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, isitntaq orqanı tərəfindən ilkin istintaqla Təqsirləndirilən şəxs Rafik oğluun narkotik vasitələrin istehlakı üçün tiryəkxana saxlamaq məqsədi ilə kirayə götürdüyü X20 məxsus ünvan 3 mənzil 12 ünvanında yerləşən evdə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində tanışları Şahid13 və Şahid12 ilə birlikdə olarkən, narkotik vasitə istifadəsi ilə bağlı onlardan asılılığı yaranmış həmin vaxt mənzildə olan X21 ilə istifadə etdiyi narkotik vasitənin pulunun verilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunu, pulun ödənilməməsi ilə əlaqədar hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdıraraq zərərçəkmiş şəxsin həmin mənzilin mətbəxindəki pəncərədən özünü ataraq intihar etməsinə səbəb olmuş, daha sonra həyatını itirmək təhlükəsində olan Şamil Ələkbərovun ölmədiyini görüb, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoymaqla sonuncuya kömək göstərmək imkanı olduğu halda bunu etməyərək Şahid13 və Şahid12 ilə birlikdə mənzilin qapı və pəncərələrini bağlayaraq oranı tərk etməklə, ölüm təhlükəsi olan və həyatının xilas edilməsi üçün tədbir görmək imkanından məhrum olan Şamil Ələkbərovun ölümünə səbəb olması qənaətinə gəlinməklə ********* saylı cinayət işi üzrə əməl CM-in 125-ci maddəsindən həmin Məcəllənin 125, 143 və 238.1-ci maddələrinə tövsif edilmişdir. (cild 02, iş vər. 44) Maddi sübutların məhkəmə tibbi bioloji ekspertizasının 629/2019-MTBŞ saylı, xx xxxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya maddi sübut qismində təqdim edilmiş 01 ədəd şpris, 01 ədəd ampula, 03 ədəd kolba şüşə qabları və 01 ədəd metal borucuk üzərində tədqiqqat zamanı qan aşkar olunmamışdır. (cild 03, iş vər. 9-13) Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 2124/K nömrəli rəyindən görünür ki, hadisə yerindən götürülmüş üzərində “B BRAUN U-100 İNSULİN LATEX” yazılmış üzərində iynəsi və qapağı olan 1 ml-lik 01 ədəd şpris, üzərində “Novokain” yazılmış yuxarı hissəsi qırıq vəziyyətdə 01 ədəd 5 ml-lik içərisi boş şüşə flakon və metal hissəsinin uzunluğu 21,5 sm olan uc hissəsinə enli hissəsinin diametri 7 sm olan kiçik ölçülü şüşə balon keçirilmiş 01 ədəd metal çubuq nümunələrinin içərisində tiryək qrupuna aid olan morfın adlı alkoloidin sintetik analoqu - “Heroin” və metal hissəsinin uzunluğu 21,5 sm olan uc hissəsinə enli hissəsinin diametri 7 sm olan kiçik ölçülü şüşə balon keçirilmiş 01 ədəd metal çubuq nümunələrinin içərisində naməlum kimyəvi maddə aşkar edilmişdir. Uzunluğu 6,5 sm, enli hissəsinin diametri 9,5 sm olan 01 ədəd kiçik ölçülü şüşə balon və uzunluğu 6,3 sm, enli hissəsinin diametri 8 sm olan 01 ədəd kiçik ölçülü şüşə balon nümunələrinin içərisində barbitur turşusu törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (cild 03 iş vər. 185-192) Ağsu RİHB-nin Ağsu şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 112 nömrəli mətubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 saylı ünvanda qeydiyyatda olsa da, uzun illərdir Ağsu şəhərində yaşamadığından barəsində ailə tərkibi haqqında arayış və xasiyyətnamə verilməsi mümkün deyildir. (cild 04, iş vər. 71) “Axtarış və götürmə aparılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Abşeron rayon prokurorluğunun əməkdaşları tərəfindən X13 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə Şahid11, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə axtarış həyata keçirilmiş, lakin axtarış nəticəsində istintaq üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunmamışdır. (cild 04, iş vər. 84-98) “Axtarış və götürmə aparılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Abşeron RPİ-nin əməkdaşları tərəfindən Şahid12 yaşadığı ünvan 11 ünvandakı mənzildə Şahid12, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə axtarış həyata keçirilmiş, lakin axtarış nəticəsində istintaq üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunmamışdır. (cild 04, iş vər. 99- 110) “Axtarış və götürmə aparılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Abşeron rayon prokurorluğunun və RPİ-nin əməkdaşları tərəfindən Şahid13 yaşadığı ünvan 12 ünvanda yerləşən evdə Şahid13, dəvət olunmuş hal şahidlərinin iştirakı ilə axtarış həyata keçirilmiş, lakin axtarış nəticəsində istintaq üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunmamışdır. (cild 04, iş vər. 111-121) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyindən əzab çəkmir, alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-sitifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 04, iş vər. 124-125) xx.xx.2019-cu il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid2 Rafik qızı ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə üzləşmədən imtina etmişdir. (cild 04, iş vər. 139- 144) xx.xx.2019-cu il tarixli “Əməlin tövsif edilməsi haqqında” və “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni məzmunlu ittiham elan etmək haqqında” qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl 125, 143, 178.1, 32.4, 312.1, 234.1 və 238.1-ci maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddələrlə ittiham elan edilmişdir. (cild 04, iş vər. 145-146, 147-148) Abşeron rayon Məhkəməsinin 4(012)-295/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbsə saxlama müddətinin uzadılmasına dair təqdimat təmin edilməməklə, həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. (cild 04, iş vər. 195-198) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 04, iş vər. 178-179) Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(105)-84/2019 nömrəli qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 4(012)-295/2019 saylı, xx.xx.2019cu il tarixli qərarından verilmiş apellyasiya protesti qismən təmin edilməklə həmin qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla, həbsdə saxlama müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmış, barəsində axtarış elan edilmişdir. (cild 04, iş vər. 219-223) İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(105)-84/2019 nömrəli qərarına əsasən xx.xx.2019-cu il tarixdə tutulmuş və Bakı İstintaq Təcridxanasına etap olunmuş,, həbsdə saxlama müddəti Abşeron rayon Məhkəməsinin 4(012)-317/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixədək, yenə də məhkəmənin 4(012)- 344/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə 20 gün müddətinə uzadılmış, xx.xx.2020ci il tarixdə həbs müddəti bittiyindən həbsdən azad olunmuşdur. Komissiyon məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli T344/2019 nömrəli rəyindən görünür ki, mərhum X11 meyitindən götürülmüş qanın təkrar məhkəməkimyəvi tədqiqatı zamanı morfinin sintetik analoqu olan heroin və naməlum kimyəvi maddə aşkar edilmişdir. (Bax: V cild, i/v 16-24) “Jurnala baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən cinayət işi üzər zəruri olduğundan X35 qəbul kitabına baxış keçirilmiş və baxış zamanı xx.xx.2019-cu il tarixdə saat 01.30-da Kliniki Tibbi X1 daxil olduğu müəyyən edilmişdir. (cild 05, iş vər. 87-95) “Cinayət işinin ayrılması və icraata qəbul eidlməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143, 178.1, 32.4, 312.1, 234.1 və 238.1-ci maddələri, Şahid13 və Şahid12 barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 143-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən, Şahid13 və Şahid12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 143-cü maddələri ilə ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. (cild 05, iş vər. 107-109) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 125, 143, 178.1, 32.4, 312.1, 234.1 və 238.1-ci maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə, o, 143, 178.1, 32.4, 312.1, 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddələr ilə yenidən ittiham elan edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış cinayət təqibinə, CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət təqibi başlanmasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibi başlanmasının rədd edilməsi, Şahid2 Rafik qızı barəsində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddələri ilə cinayət təqibi başlanmasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən rədd edilməsi, Hadisə yerinə baxış və hadisə yerinin əlavə baxışı zamanı hadisənin baş verdiyi mənzildən götürülmüş üç ədəd “Nokia", bir ədəd “Mi"markalı mobil telefon, bir ədəd şpris, bir ədəd istifadə olunmuş limon duzu paketi, bir ədəd istifadə olunmuş dərman flakonu, yəni ampula, üç ədəd şüşə balon, yəni kolba olan eləcə də, divanın qarşısındakı jurnal stulunun üzərində olan boşqabdan və qədəhlərdən götürülmüş əl-barmaq izləri, Şamil Ələkbərovun hadisə vaxtı əynində olmuş gödəkcə və şalvar, habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən üzərində və istifadəsində olmuş “Samsung Galaxy J3” markalı mobil telefon, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Abşeron RPl-nə gətirilərkən avtomobilin salonuna atdığı 01 ədəd kibrit qutusundakı təmiz çəkisi 5.292 qram olan qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut qismində tanınması və saxlanılması üçün Abşeron rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır. (cild 05, iş vər 141-176) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Ağsu rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək, 1 il 6 ay müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 70 maddəsi tətbiq edilməklə ona 1 il şərti sınaq müddəti təyin edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1 maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətdə azadlıqdan məhrum etmə və 1 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzalarına cəzasına məhkum olunmuşdur. (Bax: V cild, i/v 178-180) “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni məzmunlu ittiham elan etmək haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 178.1, 32.4, 312.1, 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb eidlmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (cild 05, iş vər. 186-188) Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” qərarından görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 178.1, 234.1, 238.1 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 143 və 238.1-ci maddələrinin tərkib əlamətləri olmadığından və həmin Məcəllənin 234.1, 178.1 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş tutulmuş cinayətlərin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə ittihamın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə ittihamda qeyd olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticənin əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməsi və onun hərəkətlərində cinayət tərkibinin (cinayətin subyekti meyarına münasibətdə) olmasının öz təsdiqini tapmaması ilə bağlı gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, hadisənin baş vermə şəraiti və mexanizminin müəyyən olunmasını, həmçinin təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan cinayət əməlinin subyekti olaraq çıxış edib-etməməsini iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Həmin epizod üzrə verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs müqavilə əsasında kirayəyə götürdüyü ünvan 13 mənzil 12 ünvanında yerləşən X20 məxsus mənzildə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində tanışları Şahid13, Şahid12 və X21 ilə birlikdə olarkən Şamil Ələkbərov mənzilin mətbəxindəki pəncərəni açıb özünü dördüncü mərtəbədən yerə ataraq intihar etmiş, lakin Təqsirləndirilən şəxs həyatını itirmək təhlükəsində olan Şamil Ələkbərovun ölmədiyini görüb, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan Şamil Ələkbərova ilkin tibbi yardım göstərmək, sonuncunu tibb müəssisəsinə çatdırmaq, hadisə ilə bağlı təcili tibbi yardıma məlumat vermək imkanı olduğu halda bunu etməyərək, Şahid13 və Şahid12 ilə birlikdə məzilin qapı və pəncərələrini bağlayaraq oranı tərk etməklə, ölüm təhlükəsi olan və həyatının xilas edilməsi üçün tədbir görmək imkanından məhrum olan Şamil Ələkbərovu təhlükədə qoymaqda təqsirləndirilmişdir. “Cinayət işi başlanılması haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 03:30-da Abşeron rayon prokurorluğuna rayon polis idrəsinin növbətçi hissəsindən X2 təxminən 23.00-00.00 radələrində Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 40 nömrəli binanın 4-cü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi, nəticədə 05.30 radələrində X35 reanimasiya şöbəsində ölməsi barədə daxil olmuş məlumata dair toplanmış materialdan X11 özünü öldürməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01) Abşeron RPİ-nin növbətçi hissəsinin məsul növbətçisinin Abşeron RPİ-nin rəisinə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məsul növbətçi idarənin rəisinə raportla məruzə edərək xx.xx.2019-cu il tarixdə, saat 23.45-də DİN-in 102 xidmətindən Abşeron rayonu, Gənclər şəhərciyi, məktəbin yanında X17 məlumat verərək bir nəfər şəxsin üçüncü mərtəbədən yıxılmasını və vəziyyətinin ağır olmasını bildirməsi barədə məlumatlandırmışdır. (cild 01, iş vər. 56) Abşeron RPİ-nin növbətçi hissəsinin məsul növbətçisinin Abşeron RPİ-nin rəisinə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məsul növbətçi idarənin rəisinə raportla məruzə edərək xx.xx.2019-cu il tarixdə, saat 00.55-də Xırdalan TTY-dən həkim Mirzəyevanın Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan 1955-ci il təvəllüdlü X11 Gənclər şəhərciyində 4-cü mərtəbədən yıxılması və vəziyyətinin orta ağır olmasını bildirməsi barədə məlumatlandırmışdır. (cild 01, iş vər. 57) “Jurnala baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən cinayət işi üzər zəruri olduğundan X35 qəbul kitabına baxış keçirilmiş və baxış zamanı xx.xx.2019-cu il tarixdə saat 01.30-da X11 X39 daxil olduğu müəyyən edilmişdir. (cild 05, iş vər. 87) Şahidlər X43 12-ci patrul bölüyünün polis nəfərləri Şahid10 və Şahid9 ifadələrindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 23-24 radələrində xidmətdə olduqları vaxt Abşeron RPİ-nin NH-dən məlumat verilərək, “Gənclər şəhərciyi” adlandırılan binadakı mənzillərin birindən bir nəfər şəxsin özünü ataraq, intihar etdiyini bildirilmiş, həmin vaxt birlikdə dərhal məlumatda bildirilən Gənclər şəhərciyinə getdiklərini, oraya çatdıqda ətrafa çoxlu sayda adamların yığıldığını və Şamil Ələkbərovun artıq xərəkdə təcili tibbi yardım avtomobilinə yerləşdirildiyini gördüklərini bildirmişlər. X3 xx xxxxxx 2019-cu il tarixli şahid qismində dindirilmə protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 24 radələrində Gənclər şəhərciyində yerləşən Şok adlı mağazasının qarşısında durduğu vaxt bir qadının ona bir nəfərin pəncərədən yıxıldığını bildirdiyini, dərhal 103 TTY xidmətinə zəng vursa da cavab verilmədiyini, bundan sonra mağazaya girdiyindən sonradan baş verənlərdən xəbərsiz olduğunu bildirmişdir. (cild 01, iş vər. 206-208) X7 xx xxxxxxxx 2019-cu il tarixli şahid qismində dindirilmə protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 23-24 radələrində qonşusu Samirlə birlikdə Gənclər şəhərciyində yerləşən 40-cı binanın arxasında dayanıb söhbət etdiyi zaman qonşuluqda yaşayan az yaşlı uşaqlardan birinin yaxınlaşaraq bir nəfərin binadan özünü atdığını dediyi üçün onların birlikdə oraya getdiklərini, orada bir nəfər şəxsin sol qolu üzərində uzanıqlı olduğunu, başının altına yastıq qoyulduğunu, əlində pivə bakalında su olduğunu, ətrafda bir neçə nəfərin yığışdığını və həmin şəxsə yardım etdiklərini bildirmişdir. (cild 02, iş vər. 56-59) X17 xx xxxxxxxx 2019-cu il tarixli şahid qismində dindirilmə protokolundan görünür ki, X23 şəhərciyi bina 70, mənzil 22 ünvanında ailəsi ilə birlikdə yaşadığını, xx.xx.2019-cu il tarixdə saat 23-24 radələrində şəhərciyin həyətindən gəzdiyi vaxt, tappıltı səsi eşidib arxaya baxdıqda bir nəfər tanımadığı şəxsin mənzillərin birindən yıxıldığını gördüyünü, yaxınlaşdıqda həmin şəxs artıq insanların yaxınlaşdığını gödüyünü, bu səbəbedən dərhal mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edib bir nəfər şəxsin binadan yıxıldığını bildirdiyini göstərmişdir (cild 03, iş vər. 166-168) Göründüyü kimi verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs qeyd olunan digər şəxslərlə birlikdə kirayə götürərək yaşadığı mənzildən özünü atmış Şamil Ələkbərovu köməksiz vəziyyətdə qoymaqda ititham edilsə də, iş materiallarında olan və yuxarıda sadalanan obyektiv sübutların məcmusundan göründüyü kimi, Şamil Ələkbərov xx.xx.2019-cu il tarixdə, saat 23 radələrində mənzilin pəncərəsindən özünü atdıqdan dərhal sonra ətrafda yaşayan qonşular sonuncunun ətrafına yığışmaqla müvafiq olaraq elə həmin gün artıq saat 23.45-də DİN-in 102 xidmətindən Abşeron RPİ-nin məsul növbətçisinə məlumat verilmiş, bir qədər sonra, xx.xx.2019-cu il tarixdə, saat 00.55-də Xırdalan TTY-dən həkim Mirzəyeva da artıq çağırış almaqla baş vemiş hadisə barədə Abşeron RPİ-nin məsul növbətçisini məlumatlandırmış və müvafiq məlumat üzrə polis əməkdaşları hadisə yerinə gəlib çatanadək artıq TTY briqadası hadisə yerinə gəlmiş və Şamil Ələkbərova ilkin tibbbi yardım göstərməklə sonuncunu TTY maşınına yerləşdirərək, artıq saat 01.30-da X14 X39 çatdırmışlar. Qeyd olunanlar ilk növbədə Təqsirləndirilən şəxs və digərlərinin mərhum Şamil Ələkbərova tibbi yardım göstərilib-göstərilməməsinə dair daxili münasibətlərinin son nəticədə sonuncunun ölümü ilə obyektiv cəhətdən heç bir bağlılığının yəni, müəyyən edildiyi kimi Şamil Ələkbərov insanların sıx yaşadığı Gənclər şəhərciyi adlandırılan yaşayış məntəqəsindəki binalardan birinin 4-cü mərtəbəsindən özünü atmış, buna şahid olan ətrafda olan şəxslər tərəfindən vaxtında TTY-yə məlumat vemrəklə və ilkin yardım göstərilməklə lazımi tədbirlər görülmüş və faktiki olaraq Şamil Ələkbərov təhlükədə qalmamış və hadisələrin cərəyanına təsir etməklə Şamil Ələkbərovun son nəticədə ölümünün qarşısını almağa imkanlarının olmadığına dəlalət edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinə əsasən həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə - qanunverici tərəfindən ictimai təhlükəli əməl olaraq qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ilk növbədə yuxarıda qeyd olunan və Təqsirləndirilən şəxs təqsirləndirildiyi qeyd olunan hüquq normasının daxili quruluşu ilə bağlı qeyd edir ki, göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində əksini tapmış norma özlüyündə dispozisiyasında qeyd olunan hərəkətsizliyi hipoteza ilə şərtləndirmişdir. Burada ilk növbədə normada öz əksini tapan hipoteza ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, normanın dispozisiyasında qeyd olunan şəxsin hərəkətsizlikdə ifadə olunan ictimai təhlükəli əməlin törədilməsi üçün, qanunverici tərəfindən həmin şəxsin xüsusi subyekt olması, yəni həmin şəxsi köməksiz qoyanın onun qayğısına qalmalı olan şəxs olması və ya həmin şəxsin özünün zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoymuş şəxs olması halında cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü şərtləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan xüsusi subyektə dair qoyulmuş iki şərtin açıqlanmasının və yalnız bundan sonra iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində sadalanan xüsusi subyektlərin dairəsinə aid olub-olmaması halının aydınlaşdırılmasının zəruri olduğunu qeyd edir. Belə ki, göründüyü kimi qanunverici tərəfindən təqsirləndirilən şəxsin köməksiz vəziyyətdə qalan şəxsə qayğı göstərmək vəzifəsinin əvvəlcədən olması yəni, belə vəzifənin təqsirkarla zərərçəkmiş şəxsin qohumluq və ya hüquqi xarakterli digər münasibətlərdən irəli gəlməsi ilə şərtləndirilmiş, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona qayğı göstərmək vəzifəsinin yaranmasını isə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs barəsində etdiyi müxtəlif hərəkətlərə və cinayət yolu ilə yaradıla biləcəyi ilə şərtləndirilmişdir. İş materiallarından göründüyü kimi, X32 Əsədovun arasında heç bir qohumluq münasibəti olmamaqla, X36 Əsədovun tanışı olan Şahid13 tanıdığı şəxs olmuş və təqsirləndirilən şəxs sonuncu ilə daha əvvəl cəmi bir dəfə görüşmüş, eyni zamanda Xəqani X24yğı göstərmək vəzifəsini daşıyan hər hansı bir peşə sahibi olmamaqla və vəzifədə xidmət göstərməməklə belə bir status daşımamış, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinə biləcək xüsusi subyektlər dairəsinə daxil olmamışdır. Məhkəmə eyni zamanda “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarla, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış cinayət təqibinə, CPM-nin 39.1.2-ci maddəsinə əsasən (bəraətverici əsaslarla) xitam verildiyini qeyd edir ki, bu hal da özlüyündə Şamil Ələkbərovun xx.xx.2019-cu il tarixdə özünü pəncərədən atmaqla həyatına qəsd etməsi hadisəsində Təqsirləndirilən şəxs hər hansı bir təqsirinin olmamasına dəlalət edir. Göründüyü kimi, iş materiallarına əsasən xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı ona elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində qeyd olunan xüsusi subyektlər dairəsinə aid olmamaqla, hərəkətlərində həmin maddənin cinayət tərkibi olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; Göstərilənlərə və CPM-nin 39.1.2, 42.1.2 və 42.2.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmamasının müəyyən edilməsi sonuncunun cinayət məsuliyyətinə cəlb edilə bilməsini istisna edir və barəsində həmin maddə üzrə bəraət verilməlidir. Məhkəmə ittihamın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd kibrit qutusundakı təmiz çəkisi 5.292 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, barəsində olan xx.xx.2019-cu il tarixli ittiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar əsasında xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində Bakı şəhər Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında olarkən Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, baş əməliyyat müvəkkili Şahid4 Sahib oğlunun idarə etdiyi **-SL-*** dövlət qeydiyyat nişanlı “X49” markalı avtomobillə Abşeron RPİ-nə gətirilənədək üzərində saxlayaraq daşımış, həmin vaxt məsuliyyətdən yayınmaq üçün üzərində olan həmin narkotik vasitəni avtomobilin arxa salonuna atmış və narkotik vasitə Şahid4 tərəfindən avtomobilin arxa sol oturacağının qarşısındakı ayaqaltının üzərində aşkar olunaraq götürülmüşdür. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143 və 238-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmış, həmin qərar xx.xx.2019-cu il tarixdə saat 14.10da Abşeron MSY-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim olunmuşdur. (cild 02, iş vər. 47-48) “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmiş və tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (cild 02, iş vər. 49-50) “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 14.10-da ittiham elan edilmək üçün Abşeron rayon prokurorunun köməkçisi tərəfindən tutulmuşdur. (cild 03, iş vər. 25-26) xx xxxxxxxx 2019-cu il tarixli “Təqsirləndirilən şəxsi dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həmin gün saat 14.25-dən 15- 50-yə dək olan müddət ərzində Abşeron RPİ-nin MSY-də Abşeron prokurorunun köməkçisi tərəfindən təqsirləndirilən şəxs qismində dindirilmişdir. (cild 03, iş vər. 35-41) “Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarilxi qərardan görünür ki, Abşeron RPİ-nin müstəntiqi, polis baş leytenantı X25 tərəfindən icraatında olan HK-1/6165 saylı təhqiqat materialından görünmüşdür ki, Abşeron rayon prokurorluğu tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmiş X28 xx xxxxxxxx 2019-cu il tarixdə saat 19.00-da Bakı şəhəri, Binəqədi rayonu Bilcəəri qəsəbəsində yerləşən “Vüsal” şadlıq sarayının yaxınlığında olarkən Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq baş əməliyyat müvəkkili Abbas Rüstəmzaadənin idarə etdiyi Hyundai Santafe markalı ** SL *** dövlət nömrə nişanlı avtomobili ilə Abşeron RPİ-yə gətirilərkən istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edərək üzərində saxladığı satış məqsədi olmadan şəxsi istehlak miqdardından artıq miqdarda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,292 qram tərkibində narkotik vasitə marixuananı avtomobilin arxa oturacağına atmış, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 21.00-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Şahid4 onun idarə etdiyi avtomobilin salonuna atdığı həmin narkotik vasitəni götürərək təqdim etməsi sənədləşdirilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. (cild 03, iş vər. 65) Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısının idarənin rəisinə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, təhiqatçı tərəfindən idarə rəisinə məruzə olunaraq xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülməsi barədə bildirilmişdir. (cild 03, iş vər. 67) Abşeron RPİ-nin Caş-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 həmin idarənin rəisi vəzifəsini müvqəti icra edən səlahiyyətli şəxsə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məruzə olunmaqla Abşeron rayon prokurorluğu tərəfindən axtarış elan edilərək xx.xx.2019-cu il tarixdə barəsində 270387 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs Binəqədi rayonu, Vüsal şadlıq sarayının yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olması, Abşeron RPİ-nin cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkillərinin iştirakları ilə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə saat 19 radələrində tutularaq aidiyyəti üzrə təqdim edilməsindən ötrü rayon polis idarəsinə gətirilməsi, Təqsirləndirilən şəxs yaxalandıqdan sonra xüsusi vasitə ilə sağ əlini polis kapitanı Şahid3 sol əlinə bağlayaraq Abşeron RPİ-yə gətirərkən, Abşeron RPİ-nin həyətinə yaxınlaşan zaman Təqsirləndirilən şəxs kibrit qutusunu maşının salonuna atması, onlar kibrit qutusunu niyə atdığını soruşduqda həmin kibrit qutusunun ona məxsus olmadığını deməsi barədə məlumatlandırmışdır .(cild 03, iş vər. 68) Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 15.00 radələrində Vüsal şadlıq evinin yaxınlığında saxlandığını, xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-də üzərinə baxış keçirilərkən heç bir kənar əşya aşkar olunmadığını, bu zaman Şahid4 əlində olan bir kibrit qutusunu təqdim edərək içərisindən narkotik vasitəyə bənzər maddə olduğunu bildirdiyini, lakin həmin kibrit qutusunun ona məxsus olmadığını, Şahid4 avtomobilinə üzərində olan heç bir kənar əşya atmadığını bildirmişdir. (cild 03, iş vər. 71) “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin təhqiqatçısı İlkin Ağayev tərəfindən videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və istintaq hərəkəti saat 21.00-da başlamaqla, saat 21.45-də başa çatmış, ilkin olaraq ümumi tədbirlər görüldükdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarıış keçirilərkən, şəxsi axtarışda iştirak edən polis əməkdaşı polis leytenantı Şahid4 əlində olan bir ədəd kibrit qutusunu təqdim edərək Təqsirləndirilən şəxs RPİ-yə gətirən zaman RPİ-nin inzibati binasının qarşısında avtomobildən düşən zaman Təqsirləndirilən şəxs həmin kibrit qutusunu yerə atdığını bildirmiş, Təqsirləndirilən şəxs həmin kibrit qutusunun ona məxsus olmadığını bildirmiş, Şahid4 tərəfindən təqdim olunmuş bir ədəd kibrit qutusu və içərisində olan narkoitik maddə marixuanaya bənzər maddə kağız zərfə qoyularaq qablaşdırılmış, Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmiş, təqidm olunmuş kütlə elektron tərəzidə çəkilmişdir. Tərtib edilmiş protokolu Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir. Protokolu iştirakçılar kimi qeyd olunmuş Salahov, Rüstəmzadə, Hacıxanov soyadlı şəxslər imzalasa da, həmin şəxslərin barəsində məlumatlar protokolun məzmununda iştirakçılar qismində əlavə edilməmişdir. (cild 03, iş vər. 73-74) “Şübhəli şəxsi tutmaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vaistə əldə etməkdə və üstündə gəzdirməkdə şübhəli şəxs kimi saxlanılaraq polis əməkdaşları tərəfindən Abşeron RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. (cild 03, iş vər. 77) “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 19.00-da Bakı şəhəri, Binəqədi rayonu, Vüsal şadlıq sarayının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2019-cu il tarixdə saat 19.45-də Abşeron RPİ-nin təhqiqatçısı İlkin Ağayev tərəfindən tutulmuşdur. (cild 03, iş vər. 78) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 23838 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd kibrit qutusunda olan təmiz çəkisi 5,292 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (cild 03, iş vər. 98) Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə nümayiş etdirilməklə tədqiq olunmuş “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2019-cu il tarixli protokol üzrə istintaq hərəkəti həyata keçirilən zaman qeydə alınmış 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı, videogörüntüdə qeyd olunanların əyani olaraq öz təsdiqini tapması ilə yanaşı, Təqsirləndirilən şəxs ciblərindən iki ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd açar, bir ədəd cib dəsmalı və bir manatlıq əskinaslarda pul vəsaitlərinin aşkar edildiyi, Şahid4 kənardan bir ədəd kibrit qutusununu təqdim etməsindən sonra Təqsirləndirilən şəxs axtarışı həyata keçirən təhqiqatçıya etirazını bildirərək, saat 15 radələrindən tutularaq gətirildiyini, hazırda saat 23 radələri olmasını, üzərinə əvvəlcədən artıq polis əməkdaşları tərəfindən baxış keçirilməsini, Şahid4 tərəfindən təqdim olunan kibrit qutusunun ona məxsus olmadığını, sonuncunun avtomobilinə elə bir əşya atmadığını, bu halın təsdiq olunması üçün kibrit qutusunun götürülərək müvafiq daktiloskopik ekspertizaya təqdim olunmasını xahiş etmişdir. Göründüyü kimi, ibtidai istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri və ən əsası, Abşeron RPİ-nin təhqiqatçısı İlkin Ağayev tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2019-cu il tarixli protokol həmin tarixdə saat 21.00-dan 21.45-dək tərtib edilmiş və həmin əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşları və dəvət edilmiş müdafiəçi Dövlət ittihamçısı2 protokolu imza etmiş, üzərində şəxsi axtarış və götürmə hərəkəti aparılmış Təqsirləndirilən şəxs isə müvafiq protokolun heç bir vərəqində imza etməmiş və sonuncunun imza etməkdən imtina etməsi barədə də hər hansı bir qeyd protokolun məzmununa əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 247.1.4-cü maddəsinə əsasən barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd axtarış və götürmə protokolunda əks olunmalı olan hallardandır. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. Göründüyü kimi sözügedən protokolun məzmununda şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq vəzifələrinin izah edilməsi barədə hər hansı bir qeyd aparılmamaqla yanaşı, üzərində şəxsi axtarış və götürmə hərəkəti aparılmış X.R.Əsəsdov müvafiq protokolun heç bir vərəqində imza etməmiş və sonuncunun imza etməkdən imtina etməsi barədə də hər hansı bir qeyd protokolun məzmununa əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış aparıla bilər. Göründüyü kimi şəxsi axtarış və götürmənin aparılması hallarını qanunverici tərəfindən iş üzrə əhəmiyyət kəsb edən əşya və sənədlərin şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilməsi ilə əlaqələndirmiş, digər yerlərdə olan iş üzrə əhəmiyyət kəsb edən əşyaları isə müvafiq olaraq baxış, axtarış və götürmə hərəkətləri ilə müəyyən edilərək protokollaşdırılmalı olması təsbit edilmişdir. İş materiallarından və verilmiş ittihamdan isə göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məxsus olduğu narkotik vasitə əməliyyat müvəkkili Şahid4 idarə etdiyi avtomobildə olması qeyd olunduğu təqdirdə, qeyd olunan avtomobilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə axtarış və götürmə həyata keçirilmək əvəzinə Təqsirləndirilən şəxs guya qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vaistə əldə etməkdə və üstündə gəzdirməkdə şübhəli şəxs kimi saxlanılaraq polis əməkdaşları tərəfindən Abşeron RPİ-yə gətirilməsi rəsmiləşdirilməyə cəhd edilməklə, sonuncunun üzərinə müvafiq məhkəmə qərarı olmadan şəxsi axtarış və götürülmə aparılması üçün guya qanuni şəraitin mövcud olduğu görüntüsü yaradılmağa çalışmış və aparılmış hərəkətin məzmununa sığışmayan və faktiki olaraq iş materiallarına əlavə edilmiş videogörüntüdən də müəyyən edildiyi kimi, şəxsin üzərindən aşkar edilməyən kənar əşya polis əməkdaşı tərəfindən təqdim olunaraq Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunmuşdur. Məhkəmə qeyd olunan mövqeyi əsaslandırarkən ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs faktiki olaraq Abşeron prokurorunun köməkçisi tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143 və 238-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərar əsasında barəsində Abşeron RPİ-də açılmış 270387 saylı axtarış işi üzrə keçirilmiş əməliyyat tədbiri nəticəsində polis əməkdaşları tərəfindən tutulmuşdur. Yəni Abşeron RPİ-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143 və 238-ci maddələri ilə təqsirləndirilməsinə dair məlumat olmuş, sonuncunun barəsində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi və üstündə gəzdirməsi ilə bağlı hər hansı bir əməliyyat məlumatı olmamaqla, müvafiq olaraq əməliyyat qeydiyyat işi açılmamışdır. Buna baxmayaraq “Şübhəli şəxsi tutmaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vaistə əldə etməkdə və üstündə gəzdirməkdə şübhəli şəxs kimi saxlanılaraq polis əməkdaşları tərəfindən Abşeron RPİ-yə gətirilməsi qeyd olunmuş, bu hal həmçinin Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısının idarənin rəisinə olan xx.xx.2019-cu il tarixli raportla təhiqatçı tərəfindən idarə rəisinə məruzə olunaraq xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülməsi barədə bildirilməsi ilə təsdiq olunmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2019-cu il tarixli protokoldan isə göründüyü kimi ittihamın əsasında qeyd olunan narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən deyil, guya əməliyyat müvəkkili Şahid4 avtomobilindən aşkar edilməklə protokol tərtib olunarkən təqdim olunmuşdur. Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 həmin idarənin rəisi vəzifəsini müvqəti icra edən səlahiyyətli şəxsə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məruzə olunmaqla Abşeron rayon prokurorluğu tərəfindən axtarış elan edilərək xx.xx.2019-cu il tarixdə barəsində 270387 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs Binəqədi rayonu, Vüsal şadlıq sarayının yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olması, Abşeron RPİ-nin cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkillərinin iştirakları ilə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə saat 19 radələrində tutularaq aidiyyəti üzrə təqdim edilməsindən ötrü rayon polis idarəsinə gətirilməsi, Təqsirləndirilən şəxs yaxalandıqdan sonra xüsusi vasitə ilə sağ əlini polis kapitanı Şahid3 sol əlinə bağlayaraq Abşeron RPİ-yə gətirərkən, Abşeroan RPİ-nin həyətinə yaxınlaşan zaman Təqsirləndirilən şəxs kibrit qutusunu maşının salonuna atması, onlar kibrit qutusunu niyə atdığını soruşduqda həmin kibrit qutusunun ona məxsus olmadığını deməsi barədə məlumatlandırmış və göstərilənlərlə bağlı aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur. (cild 03, iş vər. 68) İş materiallarından göründüyü kimi baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 tərəfindən müvafiq məlumat səlahiyyətli şəxsə raportla məruzə olunduqdan sonra “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublukasının qanunu ilə müvafiq əməliyyat qeydiyyat işi açılması və məlumat ətrafında hərəkətlərin keçirilməsi üçün hər hansı bir qərarın qəbul edilməsi barədə iş materiallarında hər hansı bir məlumat olmamaqla yanaşı, yekunda “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2019-cu il tarixli protokol ilə üzrə çıxan və Təqsirləndirilən şəxs məxsus olduğu iddia olunan narkotik vasitənin baş əməliyyat müvəkkili Şahid4 və ya qeyrisi tərəfindən hər hansı prosessual hərəkət həyata keçirilməklə götürülməsi görünməməklə, həmin hala dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən tərtib olunmuş hər hansı bir protokol iş materiallarında yoxdur. Halbuki, Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublukasının qanunu tənzimlənməklə, həmin Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zəruri olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. 51.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir. 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmr. 134.1-ci maddəsinə əsaəsn istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. 134.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: 134.2.1. baxış; 134.2.2. şəxsi müayinə; 134.2.3. şəxsin və əşyaların tanınması; 134.2.4. götürmə; 134.2.5. axtarış; 134.2.6. əmlak üzərinə həbs qoyulması; 134.2.7. poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması; 134.2.8. telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi; 134.2.9. maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi; 134.2.10. meyitin qəbirdən çıxarılması (ekshumasiya); 134.2.11. dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; 134.2.12. ekspertiza və ya tədqiqat üçün nümunələri götürmə; 134.2.13. istintaq eksperimenti. 134.4-cü maddəsinə əsasən qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən kifayət qədər sübutlar toplanılmadan ehtimallara və mülahizələrə əsasən həmin maddə üzrə ittiham verilmiş, toplanmış sübutlar onun həmin ittiham üzrə təqsirsizliyini təsdiq etmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayətlər üzrə ibtidai araşdırmanın mühüm sübut kimi istinad etdiyi sənəd məhz narkotik vasitənin aşkar olunması ilə bağlı tərtib edilmiş protokol hesab edilir. Hazırkı halda isə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin keçirilməsi ilə əlaqədar protokolda pozuntulara yol verilməsi və ittihamın əsasına qoyulmuş narkotik vasitənin şəxsin üzərindən aşkar edilməməklə, şəxsin üzərində olmayan həmin kibrit qutusunun müvafiq olaraq aşkar edilərək götürüldüyü zaman prosessual qaydalara uyğun olaraq protokollaşdırılmaması, yalnız sonradan şəxsi axtarış və götürmə hərəkəti zamanı kənardan təqdim olunmaqla faktiki olaraq həmin kibrit qutusunun əldə olunma məbəyinin bəlli olmaması, qeyd olunan protokolda olan natamamlıqların istintaq orqanı tərəfindən ifadələrlə sənədləşdirilməklə aradan qaldırılmaısna cəhd edilməsinin prosessual qanunverciliyin tələbləri baxımından yol verilməz olması, verilmiş ittihamın əsaslılığı təsdiq edə biləcək Təqsirləndirilən şəxs müvafiq hərəkətin həyata keçirilməsi zamanı həmin kibrit qutusunun ona məxsus olmadığını bildirməklə kibrit qutusunu üzərində daktiloskopik ekspertizanın həyata keçirilməsi barədə vəsatətinin istintaq orqanı tərəfindən təmin edilməməklə keçirilməməsi kimi hallar özüözlüyündə onun qanuniliyini şübhə altına almağa əsas verməklə yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirinin sübuta yetmədiyindən cinayət məsuliyyətinə cəlb edilməsini mümkünsüz edir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2019-cu il tarixli protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. Məhkəmə qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə müvafiq olaraq Abşeron RPİ-nin İstintaq Şöbəsi və Abşeron Rayon prokurorluğu tərəfindən yol verilmiş qanun pozuntularının da bir daha yuxarıda qeyd olunanları təsdiq etdiyini qeyd edir. Belə ki, “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin müstəntiqi X25 tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin qərarın surəti ona xx.xx.2019-cu il tarixdə saat 14.10-da elan edilmişdir. (cild 03, iş vər. 99-100) xx.xx.2019-cu il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki. həmin tarixdə saat 14.30-dan 15.00-dək Təqsirləndirilən şəxs Abşeron RPİ-nin müstəntiqi X25 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (cild 03, iş vər. 108-109) xx xxxxxxxx 2019-cu il tarixli “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə”, “Cinayət işinin icraaata qəbul edilməsi haqqında” və “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərarlardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Abşeron rayon prokurorluğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143 və 238-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilib ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Abşeron rayon prokurorluğuna göndərilmiş, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən həmin cinayət işi icraata qəbul olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143 və 238-ci maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqın ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. (cild 03, iş vər. 121-122,124,125) “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni məzmunlu ittiham elan etmək haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143, 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Həmin qərar Abşeron rayon prokurorluğunun inzibati binasında xx.xx.2019-cu il tarixdə saat 16.10-da Təqsirləndirilən şəxs elan edilmişdir. (cild 03, iş vər. 127-128) xx.xx.2019-cu il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundna görünür ki. Həmin tarixdə saat 16.25-dən 17.20-dək Təqsirləndirilən şəxs Abşeron rayon prokurorunun köməkçisi tərəfindən Abşeron rayon prokurorluğunun inzibati binasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143, 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (cild 03, iş vər. 137-142) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdim edilən materiallarla tanış olması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi tərəfindən iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 143-cü maddələri ilə Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlidkdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqidm edilən sənədlərlə tanış etməsi barədə protokol tərtib olunmuşdur. (cild 03, iş vər. 152) Göründüyü kimi, Abşeron RPİ-nin müstəntiqi X25 tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Cm 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin qərarın surəti ona xx.xx.2019-cu il tarixdə saat 14.10-da elan edildikdən sonra, həmin tarixdə saat 14.30-dan 15.00-dək həmin müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirildiyi qeyd olunmuş, bundan sonra elə həmin tarixdə Abşeron RPİ-nin müstəntiqi tərəfindən “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərar qəbul olunaraq cinayət işi Abşeron rayon prokurorluğuna göndərilmiş və Abşeron rayon prokurorunun köməkçisi tərəfindən qəbul edilmiş “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərarla cinayət işləri bir icraatda birləşdirildikdən sonra “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni məzmunlu ittiham elan etmək haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərar qəbul edilmiş və ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143, 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilməklə, həmin qərar Abşeron rayon prokurorluğunun inzibati binasında xx.xx.2019-cu il tarixdə saat 16.10-da Təqsirləndirilən şəxs elan edilmiş və bundan sonra həmin tarixdə saat 16.25-dən 17.20-dək Abşeron rayon prokurorluğunun inzibati binasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143, 234.1 və 238.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilmiş və bundan sonra vəsatət və təqdimatla müraciət olunmuşdur. Abşeron rayon Məhkəməsinin “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 4(012)-271/2019 nömrəli saat 15.00-da qəbul edilmiş qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143, 234.1 və 238.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbsetmə müdətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla 01 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (cild 03, iş vər. 175) Göründüyü kimi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən, yuxarıda qeyd olunan prosessual hərəkətlər ümumiyyətlə həyata keçirilməmiş (təqsirləndirilən şəxsə müvafiq maddələr üzrə ittiham elan edilməmiş, təqsirləndirilən şəxs qismində dindirilməmiş və cinayət işləri ümumiyyətlə Abşeron rayon prokurorluğunda birləşdirilməmişdir), məhkəmə tərəfindən qətimkan tədbiri seçilərkən müvafiq hallara dair sənədlər materialın tərkibində təqdim edilməmiş (təqdim edildiyi halda belə təqdim olunan həmin protokolların sonradan saxtalaşdırıldığı və iş materiallarına əlavə edildiyi məhkəmədə heç bir şübhə doğurmur), məhkəmə qeyd olunan halların təqsirləndirilən şəxsin müdafiə hüquqlarının aradan qaldırılması mümkün olmayan hallar olmaqla yanaşı, artıq yuxarıda sadalanan əsaslara görə məhkəmədə həqiqiliyinə şübhə yaratmış Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın həqiqətən də istintaq orqanı tərəfindən əsassız olaraq verilməsi və onun sənədləşdirilməsinin məhz həmin ittihamın təsdiq olunması görüntüsü yaratmağa cəhd edilməsindən başqa birşey deyildir. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, ittihamın əsasına qoyulmuş narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən deyil, kənardan təqdim edilməklə aşkar edilmə vaxtı, yeri və kim tərəfindən aşkar edilərək götürülməsi prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşdirilməmiş, ittihamın hazırki hissəsi ilə bağlı istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd kibrit qutusundakı təmiz çəkisi 5.292 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama cinayətini törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən kifayət qədər sübutlar toplanılmadan ehtimallara və mülahizələrə əsasən həmin maddə üzrə ittiham verilmiş, toplanmış sübutlar onun həmin ittiham üzrə təqsirsizliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 42-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı qeyd edir ki, verilmiş ittihamdan göründüyü kimi, Xəqani Əsəsdov narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil etmə, saxlama və bu məqsədlə tanışlarına vermək niyyəti ilə xx.xx.2019-cu il tarixdə ünvan 3 mənzil 12 ünvanında yerləşən X20 məxsus 3 otaqlı evi müqavilə əsasında kirayəyə götürüb vaxtaşırı olaraq orada tanışları Şahid13, Şahid12 və istintaqa məlum olmayan digər şəxslərlə birlikdə və ayrı-ayrılıqda qanunsuz olaraq narkotik vasitə olan heroin və marixuana istifadə etməkdə təqsirləndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə - dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Cinayət işi başlanılması haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 03:30-da Abşeron rayon prokurorluğuna rayon polis idarəsinin növbətçi hissəsindən X2 təxminən 23.00-00.00 radələrində Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən 40 nömrəli binanın 4-cü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi, nəticədə 05.30 radələrində X35 reanimasiya şöbəsində ölməsi barədə daxil olmuş məlumata dair toplanmış materialdan X11 özünü öldürməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yerinə əlavə baxış zamanı müəyyən olunmuşdur ki, Şamil Ələkbərovun özünü ataraq intihar etdiyi mənzil ünvan 8 mənzil 12 ünvanıdır. Mənzil bir dəhliz, bir zal, iki yataq otağı, bir hamam otağı, bir mətbəx və bir eyvandan ibarətdir. Mənzilə baxış zamanı, mənzildə hər hansı qan izi, qanabənzər ləkə müəyyən edilməmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, mənzilin hamam otağının döşəməsinin islaq vəziyyətdə olması, hamamda içərisində yuyucu vasitəli su olan qırmızımtıl rəngli ləyən olması və ləyənin içərisində islaq vəziyyətdə paltarlar olması müəyyən edilmişdir. Hadisə yerinə əlavə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zalda olan jurnal stolunun üzərində aşkar olunmuş üç ədəd “Nokia”, bir ədəd “Mi”markalı mobil telefon, televizor altlığının rəfində aşkar olunmuş içərisində bir ədəd şpris, bir ədəd istifadə olunmuş limon duzu paketi, bir ədəd istifadə olunmuş dərman flakonu, üç ədəd şüşə balon, yəni kolba olan bükülü, eləcə də, divanın qarşısındakı jurnal stulunun üzərində olan boşqabdan və qədəhlərdən götürülmüş əl-barmaq izləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Bax: İ cild, i/v 18-27) İşdə olan xx.xx.2019-cu il tarixli X27 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış kirayə müqaviləsindən görünür ki, 4-cü mərtəbədə yerləşən 40 saylı mənzil 300 manata müqabilində X27 tərəfindən Təqsirləndirilən şəxs kirayəyə verilmişdir. (cild 01, iş vər. 234) xx.xx.2019-cu il tarixli “Əməlin tövsif edilməsi haqqında” və “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarlardan görünür ki, isitntaq orqanı tərəfindən ilkin istintaqla Təqsirləndirilən şəxs Rafik oğlunun narkotik vasitələrin istehlakı üçün tiryəkxana saxlamaq məqsədi ilə kirayə götürdüyü X20 məxsus ünvan 3 mənzil 12 ünvanında yerləşən evdə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində tanışları Şahid13 və Şahid12 ilə birlikdə olarkən, narkotik vasitə istifadəsi ilə bağlı onlardan asılılığı yaranmış həmin vaxt mənzildə olan X21 ilə istifadə etdiyi narkotik vasitənin pulunun verilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunu, pulun ödənilməməsi ilə əlaqədar hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdıraraq zərərçəkmiş şəxsin həmin mənzilin mətbəxindəki pəncərədən özünü ataraq intihar etməsinə səbəb olmuş, daha sonra həyatını itirmək təhlükəsində olan Şamil Ələkbərovun ölmədiyini görüb, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoymaqla sonuncuya kömək göstərmək imkanı olduğu halda bunu etməyərək Şahid13 və Şahid12 ilə birlikdə mənzilin qapı və pəncərələrini bağlayaraq oranı tərk etməklə, ölüm təhlükəsi olan və həyatının xilas edilməsi üçün tədbir görmək imkanından məhrum olan Şamil Ələkbərovun ölümünə səbəb olması qənaətinə gəlinməklə ********* saylı cinayət işi üzrə əməl CM-in 125-ci maddəsindən həmin Məcəllənin 125, 143 və 238.1-ci maddələrinə tövsif edilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 143 və 238-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (cild 02, iş vər. 44, 47-48) Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 2124/K nömrəli rəyindən görünür ki, hadisə yerindən götürülmüş üzərində “B BRAUN U-100 İNSULİN LATEX” yazılmış üzərində iynəsi və qapağı olan 1 ml-lik 01 ədəd şpris, üzərində “Novokain” yazılmış yuxarı hissəsi qırıq vəziyyətdə 01 ədəd 5 ml-lik içərisi boş şüşə flakon və metal hissəsinin uzunluğu 21,5 sm olan uc hissəsinə enli hissəsinin diametri 7 sm olan kiçik ölçülü şüşə balon keçirilmiş 01 ədəd metal çubuq nümunələrinin içərisində tiryək qrupuna aid olan morfın adlı alkoloidin sintetik analoqu - “Heroin” və metal hissəsinin uzunluğu 21,5 sm olan uc hissəsinə enli hissəsinin diametri 7 sm olan kiçik ölçülü şüşə balon keçirilmiş 01 ədəd metal çubuq nümunələrinin içərisində naməlum kimyəvi maddə aşkar edilmişdir. Uzunluğu 6,5 sm, enli hissəsinin diametri 9,5 sm olan 01 ədəd kiçik ölçülü şüşə balon və uzunluğu 6,3 sm, enli hissəsinin diametri 8 sm olan 01 ədəd kiçik ölçülü şüşə balon nümunələrinin içərisində barbitur turşusu törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (cild 03 iş vər. 185-192) xx.xx.2019-cu il tarixli 55 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X11 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (cild 01, iş vər. 135-142) Komissiyon məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli T344/2019 nömrəli rəyindən görünür ki, mərhum X11 meyitindən götürülmüş qanın təkrar məhkəməkimyəvi tədqiqatı zamanı morfinin sintetik analoqu olan heroin və naməlum kimyəvi maddə aşkar edilmişdir. (cild 05, iş vər. 16-24) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 2329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyindən əzab çəkmir, alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-sitifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 04, iş vər. 124-125) Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi, istintaq orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə “Əməlin tövsif edilməsi haqqında” və “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarlar qəbul edilərkən, hadisə yeri olan ünvan 3 mənzil 12 ünvanında yerləşən evdən götürülmüş sübutlar üzrə rəy hələ alınmamış və müvafiq rəy yalnız əməlin artıq tövsif edilməsindən 16 gün sonra xx.xx.2019-cu il tarixdə verilməklə qeyd olunan əşyalardan bəzilərində heroin və naməlum kimyəvi maddə olduğu müəyyən edilmişdir ki, bu hal özlüyündə istintaq orqanı tərəfindən ilk növbədə müvafiq əməlin tərkibinin müəyyən edilməsi üçün ilkin sübutların belə toplanmadığı halda müvafiq ittihamın irəli sürülməsinin qərara alındığına, bununla da istintaq orqanı tərəfindən bir növ əməlin tövsifinə öncədən münasibət bildirilməsinə dəlalət edir. Eyni zamanda qeyd olunmalıdır ki, əməl xx.xx.2019-cu il tarixdə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və digər maddələrinə tövsif olunarkən ittihamın məzmununda, isitntaq orqanı tərəfindən ilkin istintaqla Təqsirləndirilən şəxs Rafik oğluun narkotik vasitələrin istehlakı üçün tiryəkxana saxlamaq məqsədi ilə kirayə götürdüyü X20 məxsus ünvan 3 mənzil 12 ünvanında yerləşən evdə xx.xx.2019-cu il tarixdə saat 23 radələrində tanışları Şahid13 və Şahid12 ilə birlikdə olarkən, narkotik vasitə istifadəsi ilə bağlı onlardan asılılığı yaranmış həmin vaxt mənzildə olan X21 ilə istifadə etdiyi narkotik vasitənin pulunun verilməsi ilə bağlı aralarında mübahisə yarandığı qeyd olunmuşdur. İş materiallarıdan göründüyü kimi istintaq orqanı tərəfindən yuxarıda qeyd olunan dəlillər yəni X32 Əsədov və Şahid13 arasında narkotik vasitə istifadəsi ilə bağlı onlardan asılılığı yaranmış həmin vaxt mənzildə olarkən istifadə etdiyi narkotik vasitənin pulunun verilməsi ilə bağlı aralarında mübahisə yaranması halı öz təsdiqini tapmadığından verilmiş ittihama dəyişiklik edilməklə, ittihamdan həmin hissə xaric edilmiş və başqa məzmunda ittiham verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs elə istintaqın ilk günlərindən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə təqsirli bilmədiyini, qeyd olunan mənzildə özünün tək yaşadığını, sevgi münasibətlərində olduğu Gülnarə ilə cinsi əlaqədə olduğunu, həmin evin açarını dostu Şahid13 da verdiyini və sonuncunun da öz sevgilisi Səbinə ilə, onun evdə olub-olmamasından asılı olmayaraq evə gəldiyini, Turalın ondan xəbərsiz həmin mənzilə əlavə dostlarını da gətirmiş ola biləcəyini, özünün həmin mənzilə heç kimi dəvət edərək orada narkotik vasitə və ya psixotrop maddə qəbul etmədiklərini, belə bir halın ümumiyyətlə baş vermədiyini, özünün nadir hallarda marixuana çəkməklə qəbul etdiyini, həmin mənzildə isə yalnız bir dəfə təklikdə narkotik vasitə qəbul etdiyini, Şamil Ələkbərovu hadisədən əvvəl cəmi bir dəfə Şahid13 yanında gördüyünü, hadisə günü Şahid13, Səbinə və Şamil evə gəldiklərində özünün evdə olmadığını, evə gəldikdə heç kəsin orada narkotik vasitə qəbul etmədiyini, evdən aşkar olunaraq götürülmüş şprits, kolba və digər əşyaların ona məxsus olmadığını, həmin əşyalardan ümumiyyətlə xəbərsiz olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası istintaq orqanın qeyd olunan epizod üzrə topladığı və iş materiallarında olan sübutların dərindən və qarşılıqı şəkildə təhlil edilməsinin zəruri olduğunu hesab edərək, ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi qeyd olunan mənzildə Təqsirləndirilən şəxs kirayədə yaşadığı müddətdə nələr baş verməsi ilə bağlı istintaq müddətində bir neçə nəfər həmin binada və yaxınlıqda yaşayan şəxslər dindirilmiş və həmin şəxslərin ifadələri aşağıdakı kimi olmuşdur: Belə ki, ibtidai istintaq zamanı X7 xx xxxxxxxx 2019-cu il tarixli şahid qismində dindirilmə protokolundan görünür ki, X23 şəhərciyi bina 20, mənzil 12 ünvanında ailəsi ilə birlikdə yaşadığını, Təqsirləndirilən şəxs narkotik vaistə istifadəçisi olmasını bildiyini, Xəqaninin 12 saylı mənzildə təklikdə kirayədə yaşadığını, Şahid13, Şahid12 və Şamil Ələkbərovu tanımadığını, Təqsirləndirilən şəxs həmin ünvanda kirayədə yaşadığı müddətdə həmin evə kimlərin gəlib getməsi barədə məlumatının ollmadığını bildirmişdir. (cild 02, iş vər. 56-59) İbtidai istintaq zamanı X26 xx xxxxxxxx 2019-cu il tarixli şahid qismində dindirilmə protokolundan görünür ki, X23 şəhərciyi bina 40, mənzil 15 ünvanında ailəsi ilə birlikdə yaşadığını, Təqsirləndirilən şəxs qonşu olaraq tanıdığını, Xəqaninin 12 saylı mənzildə təklikdə kirayədə yaşadığını, Şahid13, Şahid12 və Şamil Ələkbərovu tanımadığını, Təqsirləndirilən şəxs həmin ünvanda kirayədə yaşadığı müddətdə həmin evə kimlərin gəlib getməsi barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs həmin mənzildə kirayədə yaşadığı müddətdə həmin mənzildə səs-küy olmadığını bildirmişdir. (cild 02, iş vər. 60-62) İbtidai istintaq zamanı X18 xx xxxxxxxx 2019-cu il tarixli şahid qismində dindirilmə protokolundan görünür ki, X37 şəhərciyi bina 40, mənzil 17 ünvanında ailəsi ilə birlikdə yaşadığını, Təqsirləndirilən şəxs, Şahid13, Şahid12 və Şamil Ələkbərovu tanımadığını, Gənclər şəhərciyi bina 40, mənzil 12 ünvanında kimlərin yaşadığını bilmədiyini, həmin mənzildə heç vaxt səs-küy eşitmədiyini, həmin ünvanda evə kimlərin gəlib getməsi barədə məlumatının olmadığını bildirmişdir. (cild 02, iş vər. 93-95) Göründüyü kimi istintaq orqanı tərəfindən sözügedən mənzilin tiryəkxana kimi fəaliyyət göstərib-gəstərməməsinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində həmin halı təsdiq edə bilən şahidlər müəyyənləşdirilməmiş, əksinə qonşuluqda yaşayan şəxslər həmin mənzildə Təqsirləndirilən şəxs yaşadığını, kənar şəxslərin oraya gəlib getmələrindən məlumatsız olduqlarını bildirmişlər. Məhkəmə eyni zamanda qeyd edir ki, istintaq orqanı verilmiş ittihamı təsdiq edən hallar kimi təqsirləndirilən şəxslər Şahid12, Şahid13 və Şahid11 ifadələrinə istinad etmişdir. Məhkəmə iclaslarında qeyd olunan şəxslərin hər biri dindirməklə, sonuncuların ifadələrində göstərdikləri bir-biri ilə uzlaşan məqamları mübahisəsiz şəkildə qəbul edilir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan mənzil kirayəyə götürülməklə, sonuncu həmin ünvanda faktiki olaraq daimi yaşamamaqla sevgi münasibətlərində olduğu Şahid11 ilə görüşmək üçün arabir gəldiyi, Şahid13la Təqsirləndirilən şəxs yaxın dostluq münasibətlərində olmaqla Təqsirləndirilən şəxs təmənnasız şəkildə həmin mənzilin açarlarının bir dəstini Şahid13 verməsi, Şahid13 həmin mənzilə arabir gəlməklə orada sevgilisi Şahid12 ilə görüşüb cinsi əlaqədə olması, Şahid13 həmin mənzilə gələrkən Təqsirləndirilən şəxs heç bir məlumat vermədiyi, sonuncunun xəbərsiz olduğu tarixlərdə də həmin mənzilə gəldiyi və bəzən Təqsirləndirilən şəxs demədən öz dostlarını da həmin evə dəvət etdiyi, Şamil Ələkbərovun hadisədən əvvəl bir dəfə qeyd olunan mənzildə Şahid13 dəvəti ilə olması, hadisə günü Şamil Ələkbərovun həmin mənzilə gəlməsindən Təqsirləndirilən şəxs bixəbər olması, sonuncu evinə gələrkən artıq Şamil Ələkbərov orada olması iş materialları və məhkəmə istintaqında verilən ifadələrlə mübahisəsiz şəkildə müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarxili qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238-ci maddəsində təsbit edilmiş cinayətlərin obyektiv tərəfini tiryəkxanaların təşkil edilməsində, saxlanılmasında habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsində ifadə olunan qəsdən törədilən hərəkətlər təşkil edir. “Tiryəkxana” dedikdə narkotik vasitələrin və ya psixotrop maddələrin mütəmadi istehlakı üçün nəzərdə tutulmuş yaşayış (məsələn, mənzil, fərdi ev, bağ evi) və yaxud qeyri-yaşayış sahəsi (anbar, qaraj, zirzəmi və s.) başa düşülür. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən tiryəkxana ifadəsinə anlayış verilərkən, həmin yerin narkotik vasitələrin mütəmadi istehlakı üçün nəzərdə tutulması qeyd olunmuşdur. İstintaq orqanının qeyd olunan halla bağlı Təqsirləndirilən şəxs və Şahid13 birlikdə, habelə istintaqa məlum olmayan digər şəxslərlə birlikdə vaxtaşırı olaraq hadisənin baş verdiyi Təqsirləndirilən şəxs kirayə götürdüyü mənzildə yığışaraq narkotik vasitə qəbul etmələri ilə bağlı gəldiyi qənaəti təsdiq edən heç bir hal məhkəmə tərəfindən müəyyən edilməmiş, cinayət işi materiallarında qeyd olunan halları təsdiq edən heç bir sübut mövcud deyildir. Qeyd olunan Plenum qərarında həmçinin göstərilmişdir ki, tiryəkxana üçün yaşayış və qeyri-yaşayış sahələrinin əldə edilməsi, icarəyə, əvəzsiz olaraq istifadəyə və ya sahibliyə götürülməsi, təmir olunması, yenidən qurulması, xüsusi avadanlıqlarla təhciz edilməsi və sair bu kimi hərəkətlər tiryəkxananın təşkil edilməsi kimi təfsir olunmalıdır. İş materialları ilə isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən həmin mənzil faktiki olaraq kirayədə yaşamaq və sevgilisi ilə görüşmək üçün kirayə müqaviləsi ilə sahibliyində olunmuş və sonrakı müddətdə mənzilin açarı təmənnasız şəkildə dostu Şahid13la sevgilisi Şahid12 ilə görüşə bilməsi və ehtiyac olduğu təqdirdə orada yaşamaları üçün verilmişdir. Göründüyü kimi, məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs tərəfindən tiryəkxanaların təşkil edilməsi və tiryəkxana kimi istifadə olunması üçün əvəzsiz qaydada verilməsi kimi təfsir oluna biləcək hər hansı bir hərəkətlərin törədilmiş olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarında həmçnin göstərilmişdir ki, tiryəkxananı saxlama dedikdə artıq şəxsin özü və yaxud başqası tərəfindən təşkil olunmuş tiryəkxananın fəaliyyətinin davam etdirilməsinə yönələn hərəkətlər, məsələn, tiryəkxananın yerləşdiyi yaşayış və yaxud qeyri-yaşayış sahələrinin istismarı ilə bağlı maliyyə xərclərinin çəkilməsi, onların mühafizəsinin təşkil edilməsi, tiryəkxanadan istifadəni nizamlamaq üçün tədbirlərin görülməsi başa düşülməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, istintaq orqanı tərəfindən hadisə yerinə baxış zamanı hadisənin baş verdiyi Təqsirləndirilən şəxs kirayə götürdüyü 12 nömrəli mənzildən narkotik vasitə istifadəsi üçün nəzərdə tutulmuş 3 ədəd kolba, bir ədəd “Novokain” dəman flakonu, 1 ədəd şpris və limon duzu tapıldığını, məhkəmə kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 2124/K nömrəli rəyinə əsasən şprisin, dərman flakonunun və kolbalardan birinin içərisində tiryək qrupuna aid olan morfin adlı alkoqoidin sintetik analoqu olan heroin, həmin kolbanın uc hissəsinə keçirilmiş metal çubuğun içərisində isə naməlum kimyəvi maddə aşkar olunduğuna istinad edilmişdir. İstintaq orqanı tərəfindən həmçinin Təqsirləndirilən şəxs və Şahid13 barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizalarının müvafiq olaraq 2329 və 2328 nömrəli rəylərinə əsasən Təqsirləndirilən şəxs və Şahid13 çətənə bitkisi preparatlarından suisitifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla, hər ikisinin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması qeyd olunmasına, həmçinin komission məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli T344/2019 nömrəli rəyi ilə, mərhum X11 meyitindən götürülmüş qanın təkrar məhkəmə-kimyəvi tədqiqatı zamanı morfinin sintetik analoqu olan heroin və naməlum kimyəvi maddə aşkar edildiyinə istinad edilmişdir. Məhkəmə qeyd olunan hallarla bağlı ilk növbədə qeyd edir ki, hadisə yerindən götürülmüş 3 ədəd kolba, bir ədəd “Novokain” dəman flakonu, 1 ədəd şprislə bağlı məhkəmə iclasında ifadə vermiş Şahid13 həmin əşyaların ona və mərhum Şamil Ələkbərova məxsus olduğunu, həmin əşyaları daha əvvəl Şamil Ələkbərovla birlikdə narkotik vasitə qəbul edərkən istifadə etdiklərini, sonradan əşyaları avtomobilində saxladığını, avtomobilini satdıqdan sonra isə Təqsirləndirilən şəxs mənzilinə qoyduğunu bildirmişdir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 2124/K nömrəli rəyinə əsasən şprisin, dərman flakonunun və kolbalardan birinin içərisində tiryək qrupuna aid olan morfin adlı alkoqoidin sintetik analoqu olan heroin, həmin kolbanın uc hissəsinə keçirilmiş metal çubuğun içərisində isə naməlum kimyəvi maddə aşkar olunmuşdur ki, məhkəmə-narkoloji ekspertizalarının müvafiq olaraq 2329 və 2328 nömrəli rəylərinə əsasən Təqsirləndirilən şəxs və Şahid13 çətənə bitkisi preparatlarından sui-sitifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunması, sonuncuların həmin əşyalardan istifadə etməmələrinə, komission məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli T344/2019 nömrəli rəyi ilə, mərhum X11 meyitindən götürülmüş qanın təkrar məhkəmə-kimyəvi tədqiqatı zamanı morfinin sintetik analoqu olan heroin və naməlum kimyəvi maddə aşkar edilməsi, Şahid13 ifadəsində Şamil Ələkbərovun heroin növdə narkotik vasitə istifadəçisi olmasını bildirməsi məhz həmin əşyaların Şamil Ələkbərov tərəfindən əvvəl istifadə edilmiş olmasına dəlalət edir ki, həmin əşyaların özlüyündə sözügedən mənzildə olması, digər mühüm sübutlarla təsdiqini tapmadığı halda Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə sübut deyildir. Göstərilən hal Şahid13 məhkəmə iclasında verdiyi dolğun və geniş ifadəsi, eyni zamanda hadisə zamanı orada olmuş Şahid12 və Təqsirləndirilən şəxs bir-biri ilə uzlaşan, hadisə günü həmin mənzildə Şamil Ələkbərov da daxil olmaqla heç kimin narkotik vasitə qəbul etmədiyi hissədə ifadələri ilə təsdiqini tapır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Sadalananlara əsasə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ittihamın verilmiş hissəsi ilə bağlı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi mövcud olmamış, sonuncu tərəfindən cinayətin obyektiv cəhəti olan tiryəkxanaların təşkil edilməsində, saxlanılmasında habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsində ifadə olunan qəsdən törədilən hərəkətlərin mövcud olmadığı məhkəmə istintaqı ilə tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır; Göstərilənlərə və CPM-nin 39.1.2, 42.1.2 və 42.2.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmamasının müəyyən edilməsi əsası ilə cinayət məsuliyyətinə cəlb edilə bilməsi istisna edilir və təqsirləndirilən şəxs barəsində həmin maddə üzrə bəraət verilməlidir. Məhkəmə ittihamın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmişdir ona görə ki o, Təqsirləndirilən şəxs rüşvət verməyə təhrik etməklə, aldatma yolu ilə etibardan sui istifadə edib tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin avqust ayında tanışı Şahid2 Rafik qızı ilə görüşdükdə sonuncuya sürücülük vəsiqəsi verilməsində köməklik edə biləcək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X48 idarəsində işləyən tanışı olması görüntüsü yaratmaqla, Şahid2 sürücülük vəsiqəsi verilməsi müqabilində qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsə rüşvət verməkdə vasitəcilik edəcəyi vədini verməklə Şahid2 Rafik qızını ələ alaraq, sonucunu, səlahiyyətlərinin icrası ilə bağlı hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxsə dolayı yolla vasitəçidən istifadə etməklə, lakin, rüşvətxorluqda vasitəçilk etmə vədinə əməl etmək niyyəti olmadan rüşvət verməyə təhrik etməklə Şahid2 əvvəllər özünə məxsus avtomobilin satılmasında köməklik etdiyi üçün ona etibar edərək tanışı olan taksi sürücüsü Şahid1 vasitəsi ilə göndərdiyi 860 manat məbləğində pulu, sonuncu ilə 2019-cu ilin avqust ayında Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində görüşüb alaraq Şahid2 860 manat pulunu ələ keçirməklə, ona 860 manat maddi zərər vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs həmin epizodla bağlı ifadəsində Şahid2 sürücülük vəsiqəsi almasına köməklik edəcəyini deməklə hər hansı məbləğdə pul almadığını, tutulmamışdan təxminən 1 il əvvəl Lalə Elmandan sürücülük vəsiqəsi istədiyi üçün, Elmanın ondan Laləyə sürücülük vəsiqəsi almasına köməklik etməyini xahiş etdiyini, Elmana bu məsələ ilə maraqlanacağını bildirsə də, heç kimə bu barədə müraciət etmədiyini, Lalənin onu bezdirdiyini görüb, sonuncuya yalandan Baş Dövlət Yol Polis idarəsində tanışı olduğunu, həmin şəxslə onun sürücülük məsələsini danışdığını və həll edəcəyini bildirdiyini, halbuki o bu barədə heç kimə heç bir söz deməmiş, heç kimdən həmin məsələ ilə bağlı heç bir xahiş etmədiyini, ümumiyyətlə onun DYP idarələrində çalışan tanışı olmadığını, Lalədən hər hansı məbləğdə pul almadığını, Lalənin ona heç bir zaman taksi sürücüsündən 860 manat məbləğində pul göndərmədiyini, Şahid2 ifadəsində göstərdiyi hallar ümumiyyətlə həqiqətə uyğun olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən mobil telefon aşkar edilmədiyni və götürülmədiyini, istintaq orqanının sübut olaraq təqdim etdiyi mobil telefon və Whatsapp yazışmalarından xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, verilmiş ittihamın bu epizodu üzrə təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsində müdafiəsi üçün gətirdiyi dəlillər və iş materiallarında və tərəflərin ifadələrində mövcud olan ziddiyyətlər araşdırılmalı və yalnız bundan sonra qeyd olunan ittihamın epzodu üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi mümkündür. Belə ki, Şahid2 Rafik qızının Abşeron rayon prokurorluğuna ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, L.R.Xaspuladova ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayından ondan sürücülük vəsiqəsi almağında köməklik edəcəyini, sürücülük vəsiqəsi verilən yerdən tanışının olduğunu, həmin şəxs vasitəsi ilə ona sürücülük vəsiqəsi düzəldəcəyini deyərək, bunun müqabilində ondan 860 manat məbləğində pul alması, lakin hazırki vaxtadək nə onun işini həll edərək sürücülük vəsiqəsi almasında köməklik etmiş, nə də ki aldığı 860 manat pulu qaytarmamasını bildirmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild 04, iş vər. 50) Şahid2 məhkəmədə verdiyi ifadəsindən göründüyü kimi, sonuncu ərizə ilə müvafiq olaraq məhz Abşeron rayon prokurorluğuna müraciət etməsinin səbəbini, prokurorluğun müstəntiqi tərəfindən ona zəng olunaraq, Təqsirləndirilən şəxs mobil telefonuna baxıldığını, orada “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə aralarında olan danışıqların müəyyən edildiyini, bu səbəbdən prokuroluğa yaxınlaşması xahiş edilmişdir. Oraya getdikdə müstəntiq Tural Maqsudov ona Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə dair əldə olunmuş məlumatlar əsasında xx xxxx 2019-cu il tarixdə baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında mütəmadi əlaqə saxlandığının müəyyən edildiyini, cinayət törətmiş şəxs barəsində hüquq-mühafizə orqanlarına məlumat vermədiyindən, eləcə də onun özünün sürücülük vəsiqəsi almaq üçün rüşvət verməsi səbəbindən onun hərəkətlərinin də cinayət olmasını bildirib, Təqsirləndirilən şəxs qarşı şikayət ərizəsi yazmayacağı halda onun da cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişdir. Bundan sonra o, məcbur qalıb qorxu altında həmin ərizəni yazmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsindən göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində göstərilən cinayətə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə həyata keçirilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Həmin qanunun 3.0.5-ci maddəsinə əsasən şikayət dedikdə, pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarından göstərilmişdir ki, rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci və 32.4, 312.2-ci maddələri ilə tövsif edilməsi üçün ilkin şərt olaraq məhz dələduzluq cinayətinin törədilməsi və həmin cinayətin törədilməsi zamanı istifadə olunan üsul nəticəsində əməlin həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə tövsif edilməsi nəzərdə tutulmuş, Şahid2 da öz şikayətində ilkin olaraq Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsindən şikayət etmiş, Təqsirləndirilən şəxs tərəfindən özünün rüşvət verməyə təhrik edildiyi barədə heç bir qeyd edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Şahid2 Rafik qızının Abşeron rayon prokurorluğuna ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsi faktiki olaraq prokurorluğun müstəntiqinin təhdidi altında yazılmışdır ki, həmin hal müvafiq müraciətin Şahid2 sərbəst iradə ifadəsini təcəssüm etdirmədiyinə dəlalət etməklə, hazırki halda cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından həmin şikayət əsasında ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinin başlanmasının qanunsuz olduğunu təsdiq edir. Bundan başqa məhkəmə verilmiş ititham üzrə ibtidai istintaq orqanı tərəfindən sübut qismində istinad etdiyi və verilmiş ittihamın predmeti olaraq 860 manat məbləğində pulun Şahid2 da ifadəsində göstərdiyi kimi Təqsirləndirilən şəxs çatıdırılmasını icra etmiş ola Şahid1 məhkəmə iclasında ifadə verərəkən, pul verdiyi şəxsin məhkəmə iclasında iştirak edib-etməməsi barədə verilmiş suala cavab olaraq pulu verdiyi həmin şəxsin hazırda məhkəmə zalında olmadığını bildirmiş, təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs indiyədək ümumiyyətlə görmədiyini qeyd etmişdir. Göründüyü kimi göstərilən hal həm Şahid1 ümumiyyətlə ibtidai istintaq zamanı verdiyi ifadəsinin, həm də qeyd olunan ittiham üzrə Şahid2 tərəfindən Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verilməsini faktını, bununla da Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsini əhəmiyyətli dərəcədə şübhə altına alır ki, qeyd olunan hal eyni zamanda aşağıda göstərilən hallarla da öz təsdiqini tapır. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 2019-cu ilin avqust ayında Şahid11 və Təqsirləndirilən şəxsla kafelərin birində görüşdükləri zaman söhbət açdığını və Təqsirləndirilən şəxs ona köməklik edəcəyini bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində belə görüşləri zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında sürücülük vəsiqəsinin alınması ilə bağlı hansısa söhbətlərin edilməsinin şahidi olmadığını, eyni zamanda Laləninn Təqsirləndirilən şəxs Şahid2 sonuncunun sürücülük vəsiqəsi əldə etməsi üçün 860 manat məbləğində pul alması, işini həll etməməsi və Lalənin pulunu geri qaytarmaması ilə bağlı ona heç bir söz demədiyini bildirmişdir. Məhkəmə, həmin halları, habelə Təqsirləndirilən şəxs ifadələrini, məhkəmədə şahid qismində dindirilmiş Şahid2, eləcə də digər şahidlər Şahid1 və Şahid11 ifadələrində olan qarşılıqlı ziddiyyətlərin məhkəmə araşdırılması zamanı aradan qaldırılmasının mümkün olmadığını və işin faktiki hallarını nəzərə alıb Şahid2 ifadələrinin əsaslı şübhələrlə müşahidə olunduğu və bu şübhələrin aradan qaldırılmasının mümkün olmadığı qənaətinə gəlib onun Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq olunması və sonuncu tərəfindən rüşvət verməyə təhrik edilməsinə dair ifadələrinin sübut əhəmiyyətini itirdiyini nəzərə alır, həmin ifadələrə istinad edilməsi üçün hüquqi və faktiki əsaslar olmadığı qənaətinə gəlir. Bundan başqa məhkəmə verilmiş ittihamın hazırki epizodu ilə bağlı istinad etdiyi obyektiv sübutlar qismində çıxış edə biləcək hallarla bağlı da aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə polis əməkdaşları tərəfindən tutularkən Təqsirləndirilən şəxs üzərində və istifadəsində olmuş “Samsung Galaxy J3” markalı mobil telefona həmin tarixdə saat saat 17.30-dan 19.00-dək baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ********** saylı mobil nömrədə istifadə etdiyi “WHATSAPP” mesajlaşma proqramı vasitəsi ilə müxtəlif şəxslərə onlardan istifadə etmək üçün narkotik vasitə istəməsi, habelə birlikdə narkotik vasitə istifadə etməyi, ondan narkotik vasitə almağı təklif etməsi ilə bağlı mesajlar yazmışdır. Həmçinin həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrədə istifadə etdiyi “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə Şahid2 Rafik qızının istifadəsində olan ********** saylı mobil nömrə arasında sonuncunun Təqsirləndirilən şəxs ona sürücülük vəsiqəsi düzəltməsi müqabilində 860 manat məbləğində pul verməsinə dair səsli və yazılı mesajlar yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs Şahid2 istifadəsində olan həmin nömrəyə “60 sənəd, birde saglamlıq arayısı 800 özlərinə çatasıdı, “imtahana girmesen 50 manat artıq alacaq”, “nigar sənədlə pul bir yerde verilmeldir, men pulu yoldan kecene vermirem, qayıda isleyir camaat 800 pula gore yerin deyisecey” məzmunlu mesajlar yazmışdir. Habelə Şahid2 sürücülük vəsiqəsi ala bilməsi üçün topladığı sənədlərin şəklini və DYPBİ-nin inzibati binasının qarşısında olmasını təsdiq edən fotoşəklini də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə göndərmişdir. (cild 04, iş vər. 68-69) Şahid2 məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən olunduğu kimi ərizə ilə müraciət etməmişdən qabaq, yəni xx.xx.2019-cu il tarixdən öncə Abşeron rayon prokurorluğunun müstəntiqi Tural Maqsudov tərəfindən Təqsirləndirilən şəxs mobil telefonuna baxıldığı, orada “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə aralarında olan danışıqların müəyyən edildiyini bildirdiyi görünür ki, müvafiq hal özlüyündə artıq müstəntiq tərəfindən “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokol tərtib olunanadək həmin mobil telefonun heç bir protokollaşdırma aparılmamaqla istintaq hərəkəti olan baxışın keçirilməsinə dəlalət edir ki, məhkəmə həmin halı da yuxarıda göstərilən faktorların məcmusu halında qiymətləndirərək verilmiş ittiham üzrə ibtidai isintaq orqanının əldə etdiyi sübutların şübhə altına alınmasına dəlalət edən hal kimi qiymətləndirir. Məhkəmə həmçinin yuxarıda qeyd olunan protokolun müvafiq olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən üzərində və istifadəsində olmuş “Samsung Galaxy J3” markalı mobil telefona baxış keçirilməsinə dair tərtib olunduğunu qeyd etməklə, həmin halın, yəni göstərilən mobil telefonun həqiqətən göstərilən şəraitdə müvafiq olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması nəticəsində aşkar edilməsinin (toplanmış sübutların mənbəyinin və mötəbərliyinin) müəyyən edilməsi üçün, müvafiq hərəkətin keçirilməsinin sənədləşdirildiyi xx.xx.2019-cu il tarixli protokola və həmin hərəkətlərin əyani olaraq qeyd olunduğu videogörüntülərin tədqiq edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən istintaq orqanı tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş məhkəmənin digər vəzifəsi şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaqdan ibarətdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsi “X5rşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“X4rşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi qərarında şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yarandığını qeyd etmişdir. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən də sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alınıb-alınmadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə sübut növlərinin, daxili qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmamamasıdır. Göstərilən hallarla bağlı artıq yuxarıda qeyd olunduğu kimi “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2019-cu il tarixli protokolda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar sadalanmasa da, bir ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən iki ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd açar, bir ədəd cib dəsmalı və bir manatlıq əskinaslarda pul vəsaitlərinin aşkar edildiyi müəyyən edilmiş, iş materiallarından isə sözügedən “Samsung Galaxy J3” markalı mobil telefonun aşkar edilərək götürülməsinə dair hər hansı bir rəsmi sənədləşməyə protokola rast gəlinməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi toxunulmazlıq” hüququnu müəyyən edən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ olmaqla, həmin maddənin 3-cü bəndinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsini tənzimləyən 16-cı maddəsində qeyd olunur ki, cinayət təqibi gedişində heç kəsin şəxsi (özünün və ailəsinin) həyatın sirrinin, yazışma, telefon danışıqları, poçt-teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların və başqa məlumatların sirrinin saxlanılması hüququ bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz, Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyma, onu yoxlama və götürmə, telefon və digər qurğularla aparılan danışıqların və başqa rabitə və texniki kanallar vasitəsi ilə ötürülən məlumatların və başqa məlumatların tutulması bu Məcəllə ilə müəyyən edilmiş hallarda, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fıkirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfınin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. "X29rşı” qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman müdafiə tərəfinin hüquqlarının təmin olunubolunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçiyə sübutu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan başqa sübutun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Qərarın 65-ci bəndində qeyd olunur ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə" tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. İş materiallarından göründüyü kimi artıq məhkəmədə əldə olunma mənbəyinə görə qanuniliyi şübhə doğuran “Samsung Galaxy J3” markalı mobil telefona müstəntiq tərəfindən hər hansı bir məhkəmə qərarı olmadan baxış keçirilməklə, telefonun yaddaşında həkk olunan və “Whatsapp” yazışma proqramında əks olunan yazışmalara istinad edilmiş, bu hal isə özlüyündə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin yuxarıda sadalanan normalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqelərinə ziddir. Məhkəmə göstərilən halları nəzərə alaraq belə hesab edir ki, həmin “Samsung Galaxy J3” markalı mobil telefon və onun daxilində olan hər hansı bir məlumatlar (məhkəmənin müvafiq qərarı olmadan əldə olunaraq baxış keçirildiyindən) hüquqi qüvvəsi olmayan hesab edilməklə, ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İş materiallarına əlavə edilmiş müvafiq məhkəmə qərarı ilə götürülməklə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsindən çıxarışlardan göründüyü kimi, həmin nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2019-cu il tarixdə Şamil Ələkbərovun ölümü ilə nəticələnmiş hadisənin baş verməsindən sonra Təqsirləndirilən şəxs Nigar olaraq müraciət etməklə Şahid2 ilə arabir sms yazışmalarının aparıldığı, həmin yazışmalarda Təqsirləndirilən şəxs əsas etibarı ilə Lalə ilə sevgilisi Gülnarənin yaxın rəfiqə olmaları və birlikdə yaşamaları, eyni zamanda Xəqani ilə Gülnarə arasında yaranan mübahisələrdən dolayı Təqsirləndirilən şəxs Şahid2 şikayətlənməsi, münasibətlərinin düzəlməsi üçün kömək istəməsi müəyyən edilmiş, həmçinin qanuni yolla əldə edilmiş həmin məlumatlardan çıxarışlarda ittihamın hazırki hissəsi ilə bağlı, yəni Şahid2 sürücülük vəsiqəsi alması ilə bağlı tərəflər arasında hər hansı sms yazışmalarının aparılmadığı müəyyən edilmiş, bununla da yuxarıda göstərilən ittihamla bağlı ibtidai istintaq orqanı tərəfindən ittihamı təsdiq edə biləcək hər hansı mötəbər sübutun əldə olunmadığı təsdiq olunmuşdur. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4,312.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə sonuncunun təqsiri sübuta yetirilmədiyindən həmin hissədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 238.1-ci maddələrinin tərkibiin olması və həmin Məcəllənin 234.1, 178.1 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş tutulmuş cinayət əməllərini törətməsinin sübuta yetirilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, göstərilən əsaslarla təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam » qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1 və 198.2-ci maddələrinə əsaəsən hesab edir ki, məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs müvafiq məhkəmə xərclərinin aid olduğu ekspertiza tədqiqatlarının aparıldığı ittihamlar üzrə bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 607 (altı yüz yeddi) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ Dövlət Büdcəsi vəsaiti hesabından ödənilməlidir. İş üzrə maddi sübutlar,- Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan– Hadisə yerinə baxış və hadisə yerinin əlavə baxışı zamanı hadisənin baş verdiyi mənzdildən götürülmüş üç ədəd “Nokia”, bir ədəd “Mi”markalı mobil telefon, Şamil Ələkbərovun hadisə vaxtı əynində olmuş gödəkcə və şalvar dəyərini itirdiyindən bir ədəd şpris, bir ədəd istifadə olunmuş limon duzu paketi, bir ədəd istifadə olunmuş dərman flakonu, yəni ampula, üç ədəd şüşə balon, yəni kolba olan eləcə də, divanın qarşısındakı jurnal stulunun üzərində olan boşqabdan və qədəhlərdən götürülmüş əl-barmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən üzərində və istifadəsində olduğu qeyd olunan “Samsung Galaxy J3” markalı mobil telefonun kimə məxsusluğu müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə xüsusi müsadirə olunmalı, bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.272 qram olan narkotik vasitə qurudulmuş marixuana xüsusi razılıq əsasında əldə olunan və saxlalılan maddələr kateqoriyasına aid olduğundan, həmin narkotik vasitənin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilməli və Abşeron rayon prokurorluğunda saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.272 qram olan narkotik vasitə qurudulmuş marixuana həmin iş materiallarına əlavə edilməlidir. Məhkəmədə elan olunub araşdırılmış Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019cu il tarixli 2329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyindən əzab çəkmir, alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-sitifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 04, iş vər. 124-125) Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməli olduğundan onun barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə növündə tədbirlərin təyin edilməməsini məqsədə müvafiq hesab edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1998-ci il tarixli qanunun müddəalarına əsasən, vurulmuş fiziki və mənəvi ziyan ödənilməli, bu isə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tələb etmək hüqununa malikdir. Məhkəmə, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməli olmasını əsaslı sayır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 238.1-ci maddələr ilə əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 234.1 və 32.4,312.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübutlar,- Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan– Hadisə yerinə baxış və hadisə yerinin əlavə baxışı zamanı hadisənin baş verdiyi mənzdildən götürülmüş üç ədəd “Nokia”, bir ədəd “Mi”markalı mobil telefon, Şamil Ələkbərovun hadisə vaxtı əynində olmuş gödəkcə və şalvar dəyərini itirdiyindən bir ədəd şpris, bir ədəd istifadə olunmuş limon duzu paketi, bir ədəd istifadə olunmuş dərman flakonu, yəni ampula, üç ədəd şüşə balon, yəni kolba olan eləcə də, divanın qarşısındakı jurnal stulunun üzərində olan boşqabdan və qədəhlərdən götürülmüş əl-barmaq izləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən üzərində və istifadəsində olduğu qeyd olunan “Samsung Galaxy J3” markalı mobil telefonun kimə məxsusluğu müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə xüsusi müsadirə olunsun, bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs aid materialların əsli, digər materialların surətləri hazırkı cinayət işinin materiallarından ayrılıb məhkəmədə saxlanılsın, ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs(lər)i müəyyən etmək üçün Təqsirləndirilən şəxs aid materialların surətləri digər materialların əslinə əlavə edilməklə cinayət işinin materialları ibtidai istintaqa rəhbərlik edən prokurorluğa göndərilsin. İş üzrə maddi sübut kimi tanınıb Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5.272 qram olan narkotik vasitə qurudulmuş marixuana hazırkı cinayət işindən ayırılıb ibtidai istintaqa prosessusal rəhbərliyi həyata keçirən prokurora qaytarılması nəzərdə tutulan materiallara əlavə edilsin. İş üzrə 607 (altı yüz yeddi ) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs aid edilməsi və həmin xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək, eləcə də xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma və həbsdə saxlanılması, barəsində qətimkan tədbirinin tətbiq edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar