Məhkəmə qərarları › İş №1(012)-241/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-241/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-241/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsill, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsi, ev 93 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətdiyinə görə ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25.06.2020-ci il tarixdə törətdiyi soyğunçuluq cinayət əməlinə görə məhkum olunmasına baxmayaraq o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 20.10.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindən Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəlləyə getmək adı ilə Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi «Nissan Sunny» markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə tanışı Şahid ilə birlikdə sərnişin qismində əyləşib həmin ünvana gəldikdə avtomobildən düşərək, Şahid onun niyyətindən xəbəri olmadan sürücü Zərərçəkmiş şəxs 20 manatlıq əskinazı xırdalamasını bəhanə gətirib sonuncudan 20 manat xırda əskinazlarla pul aldıqdan sonra, sürücüyə hədə-qorxu gəlməklə veriləsi 20 manat pulu qaytarmaqdan imtina edib həmin yerdən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 20 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 20.10.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında tanışı Şahidla görüşərkən sonuncuya Xırdalan şəhərində yerləşən Hərbi Komissarlığın yaxınlığında olan bankomatdan plastik kart vasitəsilə pul çıxarmaq istədiyini bildirmiş, həmçinin Namiqdən birlikdə gedib-gəlməyi xahiş etmiş, Namiq əvvəlcə onunla yol yoldaşı kimi gedib-gəlmək istəməmiş, daha sonra o, Namiqə bankomatdan pul çıxardıqdan sonra həmin pula narkotik vasitə alacağını və birlikdə istifadə edəcəklərini deyərkən sonuncu onunla razılaşmışdır. Bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində “Nissan Sunny” markalı taksini saxladaraq onları Xırdalan şəhərində yerləşən Hərbi Komissarlığın yaxınlığına, yəni 20-ci məhəlləyə hansı qiymətə aparacağını və sonra da geri qaytara biləcəyini soruşanda sürücü deyilən ünvana aparııb geri qaytarmağa görə 5 manat gediş haqqı istəmiş, o, razılaşaraq taksidə arxa oturacaqda, Namiq isə qabaq oturacaqda əyləşmiş, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən binaların arasında ətrafda heç kimin olmadığı bir yerdə o, Namiqin əvvəlcədən xəbəri olmadan, planlaşdırdığı kimi taksi sürücüsünə avtomobili saxlamasını və avtomobildən yerə düşərək ona 20 manat xırda pul verməsini, əvəzində isə 20 manatlıq əskinaz qaytaracağını bildirmişdir. Sürücü ona 20 manat xırda pul verdikdən sonra o, sürücüyə işini görüb geri qayıdanda həm 5 manat gediş haqqını, həmdə ondan aldığı 20 manat xırda pula görə bütöv 20 manatlıq əskinaz qaytaracağını demişdir. Bu zaman sürücü ona verdiyi xırda pulun əvəzində verməli olduğu 20 manatlıq əskinazı dərhal verməsini tələb etmiş və onunla mübahisə etməyə başlamış, səs-küyə kiminsə gələcəyindən ehtiyat edib yenidən avtomobilin arxa oturacağına əyləşmiş, sürücü də avtomobilə əyləşdikdən sonra yenidən ona verdiyi 20 manat xırda pulu, yaxud da bütöv 20 manatlıq əskinazı tələb etmiş. Taksi sürücüsünün ondan əl çəkmədiyini görüb sonuncuya nəlayiq ifadələr işlədərək hədə qorxu gəlmişdir. Həmin vaxt Namiq ondan taksi sürücüsünün pulunu nə üçün qaytarmadığını və gediş haqqını vermədiyini soruşanda o, bunun Namiqə heç bir aidiyyatının olmadığını söyləmiş, daha sonra hər ikisi avtomobildən yerə düşüb həmin yerdən uzaqlaşmışlar. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödənilməsini əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, arabir özünə məxsus “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 20.10.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olduğu zaman, əvvəllər tanımadığı iki nəfər şəxs idarə etdiyi avtomobilə əyləşərək onları Xırdalan şəhərində Hərbi komissarlığın yaxınlığına aparmaq və sonra da geri qaytarmaq lazım olduğunu bildirmişlər. O, həmin şəxslərə etiraz etməyib dedikləri yerə gətirmiş, sonra arxada oturan sərnişin avtomobili “Günay” şadlıq sarayının yaxınlığına sürməsini, orada bir nəfərə pul verdikdən sonra geri qayıdacaqlarını demiş, o, avtomobili həmin yerə sürmüş, orada arxada oturan sərnişin binaların arasında avtomobili saxlamasını və avtomobildən düşərək ona 20 manatı xırdalamasını xahiş etmiş, o, həmin şəxsə 20 manat xırda pul vermiş, lakin sərinişinin ona verməli olduğu bütov 20 manat pulu vermədiyini görüb həmin şəxsdən bütöv 20 manatı tələb etmiş, həmin şəxs dostunun avtomobildə gözlədiyini deyərək bir nəfərlə görüşüb geri qayıdacağını, həmin vaxt bütöv 20 manatı verəcəyini demiş, buna baxmayaraq o, həmin şəxsdən 20 manatı tələb etmiş, həmin şəxs geri avtomobilinə əyləşmiş, bir də pul tələb edəcəyi halda öldürəcəyi ilə hədələmiş və sonra hər ikisi avtomobildən düşüb oradan uzaqlaşmışlar. Bu səbəbdən də o, dərhal DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Sonda o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək ona dəymiş ziyanın ödənilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, 20.10.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evin qarşısında olduğu zaman tanışı Rəsul ona yaxınlaşaraq onunla birlikdə taksi vasitəsilə Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığına gedib orada olan bankomatdan kart vasitəsilə pul çıxarıb geri qayıtmasını xahiş etmiş, həmçinin həmin vaxt Rəsul ona kart vasitəsilə bankomatdan pul çıxardıqdan sonra həmin pul ilə narkotik vasitə alacağını və həmin narkotik vasitədən ona da verəcəyini bildirmiş, o, Rəsula etiraz etməmiş və onlar taksi saxlamaq üçün birlikdə H.Əliyev prospektinə, yəni mərkəzi yola gəlmişlər. Rəsul həmin yolda hərəkətdə olan “Nissan Sunny” markalı bir taksiyə əl işarəsi edib saxlatmış və sürücüdən onları Xırdalan şəhərində yerləşən Hərbi komissarlığın yaxınılığına, yəni 20-ci məhəlləyə aparmağı və sonra da geri qaytara bilib-bilməməsini soruşduqda sürücü onlardan deyilən ünvana aparııb geri qaytarmağa görə 5 manat gediş haqqı istəmiş, Rəsul sürücü ilə razılaşdığı üçün onlar həmin taksiyə, o, qabaq oturacaqda, Rəsul isə arxa oturacaqda əyləşərək Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığına gəlmişlər. Sonra Rəsul avtomobildən düşüb təxminən 15-20 metr aralıda olan bankomatın yanına getmiş, bir neçə dəqiqədən sonra Rəsul geri qayıdıb sürücüdən 20 manata xırdasının olub-olmadığını soruşmuş, sürücü Rəsula 20 manata xırdasının olduğunu dedikdə Rəsul sürücüyə “sən xırda pulu ver, mən sənə bütöv 20 manatlıq verəcəm» sözlərini demişdir. Sürücü ona 20 manat xırda pul vermiş və Rəsul yenidən bankomata doğru getmiş, təxminən 2-3 dəqiqədən sonra Rəsul geri qayıdıb avtomobilə əyləşmiş və sürücüyə avtomobili sürməyi bildirmiş, sürücü Rəsulun bələdçiliyi ilə avtomobili Xırdalan şəhəri, 20-ci məhəllədə binaların qarşısında olan ara yola sürmüş, həmin yerdə Rəsul sürücüyə avtomobili saxlamasını, pulunu indi verəcəyini bildirmiş və onlar avtomobildən yerə düşmüşlər. O, bir neçə metr aralaşıb Rəsulun sürücüyə pulu verib gəlməsini gözləmiş, bir neçə dəqiqədən sonra Rəsulun ona çatdığını və arxasınca da Zərərçəkmiş şəxs gələrək Rəsula ondan aldığı 20 manat pulu geri qaytarmasını və gediş haqqını tələb etdiyini görmüş, Rəsul sürücüyə qayıdıb avtomobildə əyləşməyi, onun indi geri qayıdacağını demiş, bundan sonra taksi sürücüsü Rəsul ilə bir neçə saniyə mübahisə edərək pulunu geri qaytarmasını tələb etmiş, daha sonra isə Zərərçəkmiş şəxs öz avtomobilinə tərəf getmiş, o, həmin vaxt Rəsula taksi sürücüsünün pulunu nə üçün qaytarmadığını və gediş haqqını vermədiyini soruşduqda Rəsul ona bu işin heç bir aidiyyatının olmadığını söyləmiş, sonradan o, polis əməkdaşları tərəfindən saxlanıldıqda, həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs 25.06.2020-ci il tarixdə törətdiyi soyğunçuluq cinayət əməlinə görə barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan cinayət işinin halhazırda məhkəmə baxışında olmasına baxmayaraq o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 20.10.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindən Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəlləyə getmək adı ilə Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi «Nissan Sunny» markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə tanışı Şahid ilə birlikdə sərnişin qismində əyləşib həmin ünvana gəldikdə avtomobildən düşərək Şahid onun niyyətindən xəbəri olmadan sürücü Zərərçəkmiş şəxs 20 manatlıq əskinazı xırdalamasını bəhanə gətirib sonuncudan 20 manat xırda əskinazlarla pul aldıqdan sonra, sürücüyə hədə-qorxu gəlməklə veriləsi 20 manat pulu qaytarmaqdan imtina edib həmin yerdən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 20 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmir və onun əməli istintaq orqanı tərəfindən həmin maddə ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilib məhkəməyə ondan ötrü verilmişdir ki, 25.06.2020-ci il tarixdə törətdiyi soyğunçuluq cinayət əməlinə görə məhkum olunmamasına, barəsində Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə olan cinayət işinin hal-hazırda məhkəmə baxışında olmasına baxmayaraq o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 20.10.2020-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindən Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəlləyə getmək adı ilə Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi «Nissan Sunny» markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə tanışı Şahid ilə birlikdə sərnişin qismində əyləşib həmin ünvana gəldikdə avtomobildən düşərək Şahid onun niyətindən xəbəri olmadan sürücü Zərərçəkmiş şəxs 20 manatlıq əskinazı xırdalamasını bəhanə gətirib sonuncudan 20 manat xırda əskinazlarla pul aldıqdan sonra sürücüyə hədə-qorxu gəlməklə veriləsi 20 manat pulu qaytarmaqdan imtina edib həmin yerdən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 20 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 180.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas, onun X2 ərzaq mağazasından 180 (yüz səksən) manat pulunu onun gözü qarşısında götürüb oradan qaçaraq zərərçəkmiş şəxsə qarşı soyğunçuluq cinayəti törətməsi və onun barəsində olan cinayət işinin baxılması üçün Abşeron rayon məhkəməsinə verilməsinə baxmayaraq hökm çıxarılanadək təkrarən soyğunçuluq cinayəti törətməsi, yəni sürücü Zərərçəkmiş şəxs 20 manatlıq əskinazı xırdalamasını bəhanə gətirib sonuncudan 20 manat xırda əskinazlarla pul aldıqdan sonra, sürücüyə hədə-qorxu gəlməklə veriləsi 20 manat pulu qaytarmaqdan imtina edib həmin yerdən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 20 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməsi olmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ərzaq mağazasından 180 (yüz səksən) manat pulunu onun gözü qarşısında götürüb oradan qaçaraq soyğunçuluq cinayəti törətməsinə görə o, Abşeron rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmünə əsasən CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 180.2.2-ci maddəsi ilə elan edilməsinə əsas olmuş epizoda dair əməlinə görə təqsirləndirilən şəxs barəsində 13 aprel 2021-ci il tarixdə ittiham hökmü çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2013-cü il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177- 185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2013-cü il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” qərarına istinad edib Təqsirləndirilən şəxs əməlində soyğunçuluq cinayətinin “təkrar törədilməsi” sayılmamaqla ona CM-in 180.2.2-ci maddəsi ilə verilmiş ittihamın (cinayətin təkrar törədilməsi) CM-in 180.1-ci maddəsinə tövsif edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə 25.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzası qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, həmin cəzaya Abşeron Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının ona hazırki cinayət işi üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarında olan Abşeron RİH başçısının 4 saylı MTİİTS tərəfindən verilmiş 16.01.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Bəkirov X5 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci V.Axundov küçəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, onun himayəsində oğlu- 02.09.2013-cü il təvəllüdlü X6 və qızı-27.07.2014-cü il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21.10.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 4(012)-527/2020 saylı, 23.10.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 07 (yeddi) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzasından, həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 01 (bir) il 02 (iki) ay müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə zalında həbsdən azad olunmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 75 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 450 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 180.2.2-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 07 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 01 il 02 ay müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron Rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə zalında azad olunsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 75 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 450 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar