Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-305/2020 03.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil X3 iştirakı ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aşıq küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evdə, aralarında ailə məişət zəmnində yaranmış mübahisə zamanı qeyri rəsmi nigah münasibətlərində yaşadığı X4 qəsdən yumruqla ilə badəninə müxtəlif nahiyyələrindən vuraraq, alın nahiyyəsinin sol yarısının, sağ bazınun yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı 1/3-nin, bayr səthinin, sol budun aşağı 1/3nin iç səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin hemotomaları, sol sarğı nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nin arxa səthinin, sağ budun aşağı 1/3-nini arxa səthinin, eləcədə hər iki baldırın qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2013-cü ildə Abşeron rayonu, Məmmədli kənd sakini Zərərçəkmiş şəxs oğlu ilə qeyri rəsmi olaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Abşeron rayonu, Hökməli qəsəbəsində özünə məxsus fərdi yaşayış evində yaşamışlar. Onun birinci nigahından 2 azyaşlı uşaqları olmuşdur. Zərərçəkmiş şəxs da birinci nigahından 2 azyaşlı uşaqları vardır. Xanım uşaqları qardaşı Tahirin evində və onun evində yaşamışdır. Onların birlikdə yaşadığı dövürdə bir neçə dəfə mübahisələri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində, evə gələn zaman onun birinci nigahından olan oğlu Həsən və Xanımın birinci nigahından olan oğlu Adillə birlikdə evin antenasından gələn xətti düzəldirmişlər. Uşaqlara antenanın aparatından xarab olduğunu demişdir. Xanım isə antenanın işləməməsinin antenadan yox xəttdən olduğunu demişdir. Bu zaman əsəbiləşərək Xanımla mübahisə edərək onu evin dəhlizə salıb qapını örtmüşdür. Bu zaman Xanım onu itələmişdir. Bu zaman Elimin sillə ilə onun sifətinə vurmuşdur. Xanım təkrar onu itələmişdir. Bundan sonra Elimin yumruqla onun qoluna vurmuşdur. Zərbənin təsirindən onun başı divara dəymişdir. Xanım təkrar onu itələmiş və mətbəxə çıxıb divanda oturmuşdur. Həmin vaxt Xanımın Adil və qızı Xədicə, onun birinci nigahından olan oğlu Həsən, Əli və onun bacısı qızı Əminə də mətbəxdə oturmuşlar. Xınamın arxası ilə mətbəxə gəlmişdir. Xanım Elimini itələyib nə üçün uşağın üzərinə getdiyini demişdir. Həmin vaxt təpiklə qarnına vurmuşdur. Xanım zərbənin təsirindən arxa-arxaya getmiş və mətbəxdə olan stola dəyib yerə yıxılmışdır. Bu zaman Adil ona tərəf gəlmiş və Adilin üstünə qışqırmışdır. Xanım ayağa qalxmış və onun Adilin üzərinə qışqırdığını görüb onun qarşını keçmiş və nə üçün Adilin üzərinə qışqırdığını demişdir. Xanım onun əlindən mobil telefonu almış ki, telefonu onun əlindən almamışdır. Bu zaman Xanımın saçından tutub yolmuşdur. Buna görə də Xanım mobil telefonu ona vermişdir. Telefonu götürüb bacısı qızı Əminə ilə birlikdə evdən getmişdir. Zərərçəkmiş şəxslə barışmaq istəyir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə Abşeron rayonu, Hökməli kənd sakini Təqsirləndirilən şəxs ilə qeyri rəsmi olaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Abşeron rayonu, Hökməli qəsəbəsində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində yaşamışdır. Təqsirləndirilən şəxs birinci nigahından 2 azyaşlı uşaqları varmış. Onun də birinci nigahından 2 azyaşlı uşaqları var. Onun uşaqları qardaşı Tahirin evində yaşayırmışlar. Onlar birlikdə yaşadığı dövürdə bir neçə dəfə mübahisələri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Eliminin birinci nigahından olan oğlu Həsən və onun birinci nigahından olan oğlu Adillə birlikdə evin antenasından gələn xətti düzəldirişlər. Bu zaman Elimin evə gəlmişdir. Elimin uşaqlara antenanın aparatının xarab olduğunu demişdir. Antenanın işləməməsinin antenadan yox xəttdən olduğunu demişdir. Bu zaman Elimin əsəbləşərək onunla mübahisə edərək onu evin dəhlizinə salıb qapını örtmüşdür. Elimin onun üzərinə gəlmişdir. Elimini itələmişdir. Bu zaman Elimin sillə ilə onun sifətinə vurmuşdur. Təkrar onu itələmişdir. Bundan sonra Elimin yumruqla onun qoluna vurmuşdur. Zərbənin təsirindən onun başı divara dəymişdir. Təkrar Elimini itələyib mətbəxə çıxıb divanda oturmuşdur. Həmin vaxt oğlu Adil və qızı Xədicə, Eliminin birinci nigahından olan oğlu Həsən və Əli və Elimin bacısı qızı Əminə də mətbəxdə oturmuşlar. Onun arxası ilə Elimin də mətbəxə gəlmişdir. Elimin Adilin əlində olan ona məxsus mobil telefonu almaq istəmişdir. Adil də telefonun anasınındır sözlərini demişdir. Həmin vaxt Elimin Adilin üzərinə getmişdir. Elimini itələyib nə üçün uşağın üzərinə getdiyini demişdir. Həmin vaxt Elimin təpiklə qarnına vurmuşdur. O, zərbənin təsirindən arxa-arxaya getmiş və mətbəxdə olan stola dəyib yerə yıxılmışdır. Ayağa qalxmış və Elminin Adilin üzərinə qışqırdığını görüb onun qarşısına keçmiş və nə üçün Adilin üzərinə qışqırdığını demişdir. Elimin də ona «əcəb edirəm sən kimsən» sözlərini demişdir. Adilin əlindən mobil telefonu almış ki, Elimin telefonu onun əlindən almasın. Bu zaman Elimin onun saçından tutub yolmuşdur. Buna görə də o, mobil telefonu ona vermişdir. Telefonu götürüb bacısı Əminə ilə birlikdə evdən getmişlər. Elimin getdikdən sonra o, da azyaşlı uşaqlarını götürüb qardaşının evinə getmişdir. Hadisə baş verən zaman, Adil, Xədicə, Həsən, Əli və Əminə olumşlar. Baş vermiş hadisə təxminən 20 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahidin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş, yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Anası və bacısı Xədicə ilə birlikdə atası Elimin evində yaşayırlar. 4-cü sinifdə oxuyanda atası Elimin onları evdən qovmuş və həmin vaxtdan o, bacısı Xədicə ilə birlikdə dayısı Tahir və nənəsi Həmidənin yaşadığı Abşeron rayonu Məmmədli kəndində yaşayırlar. Onun adı Adil olsa da ailə üzvləri onu evdə Əli kimi çağırırmışlar. Onlar arada-bir atasının yaşadıqları Abşeron rayonu Hökməli qəsəbəsinə gedirmişlər. xx xxxxxx 2019-cu il tarixdə atası Elimin onu və bacısı Xədicəni ansı ilə birlikdə yaşadığı Hökməli qəsəbəsinə aparmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində atası Elimin yuxudan oyananda qardaşları o, və Həsənin antenanın kabelini düzəltdiklərini görüb antenanın kabelindən yox damın üzərindən xarab olduğunu demişdir. Anası da antenanın evin qapısının yanında xarab olduğunu demişdir. Bu vaxt atası hirslənmiş ayağı ilə oturacaq stolu vurub anasının əlindən tutub evə salmış və sillə vurmuşdur. Həmin vaxt anasının başı divara dəymişdir. Atası anasını döymüşdür. Atası anasını döyəndən sonra anasının istifadə etdiyi telefonu götürüb anasına «bir də sən telefonu görməyəcksən» sözlərini deyib telefonu ona vermişdir. Atası telefonu ona verəndən sonra anası telefonu ondan almışdır ki, dayısı Tahirə zəng vursun, dayısı gəlib onları aparsın. Telefonu anasına vermişdir. Bu zaman atası onun üstünə qışqırmışdır. Anası da atasına «mən sənin uşaqlarına qışqırmıram, sən nə üçün Əlinin üstünə qaşqırısan» sözlərini demişdir. Həmin vaxt atası hirslənərək ayağı ilə anasının qarnından vurmuşdur. Anasının beli otaqda olan stolun kənarına dəymiş, başı da divarda kafelə dəymişdir. Atası anasını döyəndən sonra, anasının telefonunu götürüb bibisi qızı Əminə ilə birlikdə getmişdir. Onlar getdikdən sonra o, və Xədicə anası ilə birlikdə evdən çııxıb dayısının yaşadığı evə getmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Anası və qardaşı Adillə birlikdə atası Eliminin evində yaşayırmışlar. Evdə onlar qardaşı Adili Əli kimi çağırırmışlar. 2-ci sinifdə oxuyanda atası Elimin onları evdən qovmuş və həmin vaxtdan qardaşı Adillə ilə birlikdə dayısı Tahir və nənəsi Həmidənin yaşadığı Abşeron rayonu Məmmədli kəndində yaşayırlar. Onlar arada-bir anasıyla atasının yaşadıqları Abşeron rayonu Hökməli qəsəbəsinə gedirmişlər. xx xxxxxx 2019-cu il tarixdə atası Elimin onu və qardaşı Əlini anası ilə birlikdə yaşadığı Hökməli qəsəbəsinə aparmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində atası Elimin yuxudan oyananda qardaşları Əli və Həsənin antenanın kabelini düzəltdiklərini görüb antenanın kabelindən damın üzərindən xarab olduğunu demişdir. Anası da antenanın evini qapısının yanında xarab olduğunu demişdir. Bu vaxt atası hirslənmiş ayağı ilə oturacaq stolu vurub anasının əlindən tutub evə salmış və sillə vurmuşdur. Həmin vaxt anasının başı divara dəymişdir. Atası anasını döymüşdür. Atası anasını döyəndən sonra atası anasının istifadə etdiyi telefonu götürüb anasına «bir də sən telefonu görməyəcksən» sözlərini deyib telefonu qardaşı Əliyə vermişdir. Atası telefonu Əliyə verəndən sonra anası Əlidən telefonu almışdır ki, dayısı Tahirə zəng vursun, dayısı gəlib onları aparsın. Qardaşı Əli də telefonu anasına vermişdir. Bu zaman atası qardaşının üstünə qışqırmışdır. Anası da atasına «mən sənin uşaqlarına qışqırmıram, sən nə üçün Əlinin üstünə qaşqırısan» sözlərini demişdir. Həmin vaxt atası hirslənərək ayağı ilə anasının qarnından vurmuşdur. Anasının beli otaqda olan stola dəymiş, başı da kafelə dəymişdir. Atası anasını döyəndən sonra, anasının telefonunu götürüb bibisi qızı Əminə ilə birlikdə getmişdir. Onlar getdikdən sonra o və Əli anasıyla birlikdə evdən çııxıb dayısının yaşadığı evə getmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 2620 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyyəsinin sol yarısının, sağ bazınun yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı 1/3-nin, bayr səthinin, sol budun aşağı 1/3-nin iç səthinin, sol baldırın yuxarı 1/3-nin ön səthinin hemotomaları, sol sarğı nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nin arxa səthinin, sağ budun aşağı 1/3-nini arxa səthinin, eləcədə hər iki baldırın qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan nahiyələrə yumruq və plasmas materialdan olan şlanqla vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul, məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul, məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-305/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-305/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver