Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-322/2021 13.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxsin müdafiəçiləri, Xırdalan şəhər Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1962-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan, barəsində 21 fevral 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1983-cü ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsi, ev 54-də qeydiyyatda olan və yaşayan, barəsində 02 mart 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 cavabdeh kimi ondan və Təqsirləndirilən şəxs2 müştərək qaydada 9800,00 manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(105)-634/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 3(012)-890/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 17 dekabr 2020-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs2 cavabdeh kimi ondan və Təqsirləndirilən şəxs1 müştərək qaydada 9800,00 manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 07 aprel 2016-cı il tarixli, 2(105)-634/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 3(012)-1107/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 17 dekabr 2020-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz hərəkətlərilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdirlər. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə qızıl-zinət əşyaların satışı ilə məşğul olduğu zaman 2010-cu ildə Zərərçəkmiş şəxs ilə sonuncunun işlədiyi xəstəxanada tanış olmuş, fəaliyyətlərilə əlaqədar Zərərçəkmiş şəxs ilə münasibətləri yarandıqdan sonra onun vasitəsilə bir neçə xəstəxana işçilərinin zinət əşyalarını satmaq üçün onları götürüb satdıqdan sonra dəyərini ödəmiş, lakin sonuncu dəfə Zərərçəkmiş şəxs 11000 manatlıq zinət əşyasını götürüb satdıqdan sonra əldə olunan pulu digər borclarını ödəmiş, bu səbəbdən Zərərçəkmiş şəxs pulunu qaytara bilməmiş, həmin ərəfədə evində müəyyən maddi çətinliklər olmuş, lakin Zərərçəkmiş şəxs pulunun tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 18.09.2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs2 və ondan müştərək qayadada 11000,00 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmin qətnamədən apellyasiya şikayətləri təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 07.04.2016-cı il tarixli, 2(105)-634/2016 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 18.09.2014-cü ilin qətnaməsi qismən, yəni 1200,00 manatın tələbinə aid hissədə ləğv edilərək, Təqsirləndirilən şəxs2 və ondan müştərək qaydada 9800,00 manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq tələbin könüllü icra olunması üçün ona 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılması üzrə tələbi icra etməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, icra məmurun tələblərini əməl etmədiyindən və icra vərəqəsi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdarlıq elan olunmuş, lakin qətnamə üzrə Zərərçəkmiş şəxs icra zamanı 4370 manat artıq məbləğində pul vəsaitini ödəmiş və yaxın dövrdə qətnamə üzrə borclu olduğu qalan pulu da hissə-hissə ödəməsinə söz vermişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə qızıl-zinət əşyaların satışı ilə məşğul olduğu zaman 2010cu ildə Zərərçəkmiş şəxs ilə sonuncunun işlədiyi xəstəxanada tanış olmuş, fəaliyyətlərilə əlaqədar Zərərçəkmiş şəxs ilə münasibətləri yarandıqdan sonra sonuncunun vasitəsilə bir neçə xəstəxana işçilərinin zinət əşyalarını satmaq üçün əşyaları götürüb satdıqdan sonra dəyərini ödəmiş, lakin sonuncu dəfə Zərərçəkmiş şəxs 11000,00 manatlıq zinət əşyasını götürüb satdıqdan sonra əldə olunan pulu digər borclarını ödəmiş, bu səbəbdən Zərərçəkmiş şəxs pulunu qaytara bilməmiş, həmin ərəfədə evində müəyyən maddi çətinliklər olmuş, lakin Raha Həsənova pulunun tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 18.09.2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs1 və ondan müştərək qayadada 11000,00 manat məbləğində pul və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmin qətnamədən apellyasiya şikayətləri təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 07.04.2016-cı il tarixli, 2(105)-634/2016 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 18.09.2014-cü ilin qətnaməsi qismən, yəni 1200,00 manatın tələbinə aid hissədə ləğv edilərək, Təqsirləndirilən şəxs1 və ondan müştərək qaydada 9800,00 manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq tələbin könüllü icra olunması üçün ona 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılması üzrə tələbi icra etməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, icra məmurun tələblərini əməl etmədiyindən və icra vərəqəsi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdarlıq elan olunmuş, lakin qətnamə üzrə Zərərçəkmiş şəxs hazıradək 3500 manat məbləğində pul ödəmiş və yaxın dövrdə qətnamə üzrə borclu olduğu qalan pulu hissə-hissə ödəməsinə söz vermişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.04.2016-cı il tarixli, 2(105)-634/2016 saylı qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 18.09.2014-cü ilin qətnaməsi qismən, yəni 1200,00 manatın tələbinə aid hissədə ləğv edilərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 9800 manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi alınaraq ona verilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq, borclulara icra olunması üçün könüllü müdət verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən öhdəliklərini yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokollar tərtib edilib inzibati məsuliyyətə cəlb olunmaları üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli qərarla və Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək hər biri 500 manat miqdarında inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən borclulara yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlıqlarını əsas gətirib qətnaməni icra etməkdən yayınmışdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kifayət qədər maddi imkanın olmasına baxmayaraq, qətnamənin icrasından qərəzli yayınraq borclu olduqları pulun qaytarılmasından boyun qaçırırlar, icra zamanı məhkəmələr qarşısında müxtəlif iddialar irəli sürərək qətnamənin icrasından yayınırlar. Qətnamə üzrə hər iki borclu tərəfindən ümumilkdə 1960 manat məbləğində pulun ödənişi təmin olunmuş, qeyd olunan qətnamə üzrə qalıq məbləğdə olan pulu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir və yerdə qalan borcunun ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron Rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-634/2016 saylı, 20.06.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 9830 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqəsi üzrə 02.08.2016cı il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsində icraata başlanılaraq tələbin könüllü icrası haqqında borclulara bildiriş göndərilmiş, borclular çağrışlara məhəl qoymadıqlarına görə Abşeron Rayon Məhkəməsinin 8(012)-1579/16 saylı, 19.09.2016-cı il tarixli və 8(012)- 1575/16 saylı, 19.09.2016-cı il tarixli qərardadları ilə barələrində məcburi gətirilmə barədə qərara alınmış, Abşeron Rayon Məhkəməsinin 8(012)-320/15 saylı, 24.04.2015-ci il tarixli və 8(012)-1577/16 saylı, 27.09.2016-cı il tarixli qərardadları ilə borcluların ölkədən getmək hüququ məhdudlaşdırılmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiklərinə görə borclular Abşeron Rayon Məhkəməsinin 03.06.2019-cu il və 02.07.2019-cu il tarixli qərarları ilə hər biri 500 manat miqdarında inzibati qaydada cərimə edilmiş, borclu Təqsirləndirilən şəxs1 130 manat sosial ödəniş alması aşkar olunaraq tələb 21.02.2020-ci il tarixdə 50 faizinə yönəlmiş, borclulara Abşeron rayon Məşğulluq Mərkəzində iş təklif edilməsinə baxmayaraq sonuncular əmək haqqının az olmasını əsas gətirərək, işdən imtina etmişdir. Bu səbəbdən borclular tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barələrində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 dediklərini təsdiq edərək, istintaqa analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 07.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 07.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 27.01.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış verilmiş və 20.02.2021-ci il tarixdə tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş və 21.02.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nın Qobu qəsəbə İƏD-nin üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, ev 15-də qeydiyyatdadır yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 3(012)-1209/2017 saylı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 3(012)-1107/2019 saylı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 02.03.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nın Qobu qəsəbə İƏD-nin üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsi, ev 54-də qeydiyyatdadır, yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini zamanı onun əvvəllər məhkum olunmamasını, əməlindən peşmançılıq çəkməsini və tələbkara olan borcunun böyük bir qismini ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, dəymiş ziyanın böyük hissəsini ödəməsi onun cəzasını yüngülləşdirən halı, ona təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı onun əvvəllər məhkum olunmamasını, əməlindən peşmançılıq çəkməsini və tələbkara olan borcunun bir qismini ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, dəymiş ziyanın bir hissəsini ödəməsi onun cəzasını yüngülləşdirən halı, ona təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan 21 fevral 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi materiallarında olan İş materiallarında olan 27.01.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış verilmiş və 20.02.2021-ci il tarixdə tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş və 21.02.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 20.02.2021-ci il tarixdən 21.02.2021-ci il tarixədək tutma altında saxlanıldığı 01( bir) gün islah işləri cəzası 1 günə 4 gün hesabı ilə hesablanmaqla, ümumilikdə 4 (dörd) gün ona təyin ediləcək islah işləri cəzasından çıxılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmün icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutuluğu 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla, 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəksin və cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəksin və cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X5 oğlunun göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-322/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-322/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver