Məhkəmə qərarları › İş №1(012)-393/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-393/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-393/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-393/2025 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 104 nömrəli fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə arasında ailə məişət zəminində yaranmış mübahisəsi zamanı sonuncunun çənə nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə qəsdən vuraraq ona dilin əzilmiş yarası, çənəaltı nahiyəsinin qançırı kimi sağlamlığına zərər vurmayan bədən xəsarətləri, 2023-cü ilin avqust ayının əvvəlində yenidən yaşadığı həmin evdə arvadı Zərərçəkmiş şəxs qarşı zorakı hərəkətlər edərək hər iki bazu nahiyəsindən təpik zərbələri ilə vuraraq ona hər iki bazu nahiyəsinin qançırları kimi sağlamlığına zərər vurmayan bədən xəsarətləri, 16 avqust 2023-cü il tarixdə saat 12 radələrində yenidən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs qarşı zorakı hərəkətlər edərək bədəninin müxtəlif nahiyələrindən əl zərbələri ilə vuraraq ona alt dodağın selikli qişasının səthi əzilmiş yaraları, sol gicgah-çənə oynağı, sol said nahiyələrinin qançırları kimi sağlamlığına zərər vurmayan bədən xəsarətləri və 23 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı qeyd edilən yaşayış evində yenidən arvadı Zərərçəkmiş şəxs ilə arasında yaranmış şəxsi münasiblər zəmnində mübahisə zamanı baş nahiyəsindən şüşə butulka ilə vuraraq ona başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin üst səthinin sıyrığı kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərini yetirməklə onu mütəmadi olaraq döymüş və zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə əzab vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2005-ci ildə evlənmiş və birgə evliliyindən 2 oğlan övladı doğulmuşdur. X10 xəstələndiyindən Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən xəstəxana müalicə almışdır. 23 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Yaqutun işlədiyi məktəbin təsərrüfat müdiri eləcə də, xalası oğlu olan Daşqın Məlikova zəng edərək Yaqutun məktəbdə olub-olmadığım soruşmuş, onun Yaqutun məktəbdə olubolmadığını soruşmaqda məqsədi ondan ibarət olmuşdur ki. oğlu Ruzigara birlikdə yemək aparsınlar. Daşqın isə Yaqutun saat 13 radələrində işdən çıxıb getdiyini demişdir. O da işinə qayıtmışdır. Saat 18 radələrində işdən evə qayıtdıqdan sonra Yaqutun oğlunu xəstəxanadan çıxardaraq evə gətirdiyini görmüşdür. O, sonuncudan hansı səbəbdən oğlunu vaxtında əvvəl xəstəxanadan çıxartdığını soruşmuş. Yaqut isə Ruzigarın xəstəxanada darıxdığı və orada qalmaq istəmədiyini demişdir. Həmin vaxt Yaqut mətbəxdə qabları yuymuş və o da stəkan götürüb krantdan su doldurub içib stəkanı yerinə qoymuşdur. Bu zaman Yaqutdan saat neçədə işdən çıxdığını soruşmuş, Yaqııl isə işdən saat 17 radələrində çıxdığını bildirmişdir. O da sonuncuya yalan danışdığını, işdən çıxmaq saatını Daşqından öyrəndiyimi demişdir. Həmin vaxtı aralarında mübahisə yaranmış və Yaqut uşaqlarla birlikdə çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Yaqutu söyüb təhqir etməmiş və döyməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə də arvadı Yaqutu döyməmiş və ona əzab verməmişdir. Lakin sonradan bildirmişdir ki, həyat yoldaşının yanında başqa kişi görən insan nə etməlidir? Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, hazırda Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində olan Bakı Humanitar Kollecin yataqxanasında oğlanları 2006-cı il təvəllüdlü Şahid2 və 2010-cu il təvəllüdlü X4 ilə birlikdə yaşayır. Bakı şəhəri, Yasamal rayonu, 52 saylı tam orta məktəbdə xadimə işləyir. Təqsirləndirilən şəxs ilə 2005-ci ildə evlənmiş, lakin rəsmi nikahı olmamışdır. Evləndikdən sonra ünvan 4 ünvanında yaşamağa başlamış, birgə evlilikdən iki oğlan övladı doğulmuş, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cnayət Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, həmçinin sonuncu spirtli içki aludəçisidir və hər dəfə spirtli içki içdikdən sonra müxtəlif bəhanələr gətirərək onu azyaşlı övladlarının gözünün qarşısında döymüşdür. O. bu barədə əvvəllər şikayət etməsə də, 2023-cü ilin 08 mart tarixində cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra onunla mütəmadi dava-dalaş edib, əzab verməyə başlamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə işlədiyi iş yerindən onu evə tez buraxmışlar. O yaşadığı ünvana gələn zaman əri Təqsirləndirilən şəxs yaşadığı ünvanda övladları ilə mübahisə və münaqişə etməsini görmüşdür. O, sonuncunun sakitləşməsini bildirmiş, lakin Abduləli onu eşitməmiş, onun da ünvanına əxlaqsız söyüşlər söymüşdür. Abduləli onun işdən gəlmədiyini, əxlaqsızlıqla məşğul olmağını deyərək ona şər atmışdır. O rəhbərliyi ilə əlaqə saxlayıb, onu Abduləli ilə danışdırmış və sonuncu da onu işdən tez buraxmasını demiş, lakin Abduləli yenə də inanmamışdır. Abduləli onun əxlaqsızlıq etdiyini bildirərək onu yenidən şərləmiş və evdə olan bıçaq ilə kəsici iti əşyanı götürüb üstünə gələrək onu öldürəcəyini bildirmişdir. Həmin vaxtı otağa keçmiş, lakin sonuncu sakitləşməyib otağa onun yanına gəlmiş və yumruq zərbəsi ilə onun çənəsindən vurmuş, nəticədə çənəsindən və dilindən zədə almışdır. Bir müddət sonra Abduləlinin anası Şirmayi evə gəlmiş, sonuncu da onu sakitləşdirə bilməmişdir, o. yaşadığı ünvanı tərk edib getmiş, bir qədər sonra yenidən evinə qayıtmış, lakin hələ də Abduləli münaqişə etmiş, bundan sonra Abduləli yaşadığı ünvanı tərk edib getmişdir. Münaqişə zamanı Abduləli onu söyüb təhqir edib, yumruqla çənəsindən vurub, ona başqa xəsarət yetirməmişdir. Münaqişələri yaşadığı ünvanın daxilində baş verib, bir neçə dəqiqə davam edib. Onun müləmadi olaraq Abduləli ilə aralarında münaqişələri baş verir, çünki sonuncu hər gün xeyli miqdarda spirtli içki qəbul edir və bundan sonra həqiqətə uyğun olmayan yalan sözləri onun barəsində danışır və onu əxlaqsızlıqda günahlandıraraq ona şər və böhtan atır. Abduləli münaqişə zamanı ona heç bir formada bıçaqla və kəsici alətlə xəsarət yetirməmiş, yalnız sözlə öldürəcəyi ilə hədələmişdir. Bundan başqa 16 avqust 2023-cü il tarixdə oğlu Əli Kazımovun doğum günü olmuş və bu münasibətlə yemək hazırlamışdır. X11 evdə olmuş, yemək hazırlayan vaxt Abduləli yenə müxtəlif bəhanələr edərək onun başından sillə ilə bir neçə zərbə vurmağa başlamış və əynində olan xalatını cırıb əynindən çıxartmışdır. Bundan sonra onu yerə yıxıb bədəninin hər yerindən təpiklə vurmağa başlamış, onu döyüb, nalayiq ifadələrlə təhqir edərək yenidən ona şər atıb müxtəlif şəxslərlə gəzdiyini və əxlaqsız həyat tərzi sürdüyünü demişdir. O. sonuncunun əlindən güclə çıxmış və polis şöbəsinə gedib döyülməyi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonuncu dəfə 23 oktyabr 2023-cü il tarixdə, oğlu Şahid2 xəstələndiyindən xəstəxanadan çıxardıb evə gətirmiş, həkim oğluna çoxlu maye qəbul etməyi bildirdiyidən o da oğlunva ona şüşə bankada kompot almışdır. Ruzigar kompotu içdikdən sonra o da boş şüşəni mətbəxə qoymuş və sonra evində yatmışdır. Saat 23 radələrində Abduləli onu yuxudan oyadaraq su gətirməyi bildirmiş, o da həmin kompot şüşəsinə su doldurub Abdüləliyə içməsi üçün vermiş, Abduləli ona şüşə butulkada su verdiyinə əsəbələşib ondan suyu stəkanda verməyi istəmiş, o da mətbəxə su verməyə gedən zaman Abduləli arxasınca gələrək həmin şüşə butulkanı götürüb başından bir dəfə zərbə ilə vurmuşdur. Zərbənin təsirindən başı gicəllənmiş və gözləri qaralmışdır. Sonra evinə gələn qaynanası onu öz evlərinə aparmış, Abduləli həmin vaxtda spirtli içkinin təsiri altında olmuş, qaynanası onu baldızı Gülşəngilə aparmış və sonuncular onu xəstəxanaya müayinə olunmağı üçün aparmışlar. Həmin gündən Abduləli onu və uşaqlarını evdən qovmuş və bir daha həmin evə qayıtmamağı bildirmiş, buna görə də o döyülməsi ilə bağlı xx.xx.2023-cü il tarixə keçən gecə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan başqa göstərmişdir ki. 2023-cü ilin avqust ayının əvvəllərində axşam radələrində yaşadığı evdə olarkən yenidən əri Abduləli onunla sərxoş halda münaqişə yaratmış və onu söyüb təhqir etmiş, sonra təpiklə onun hər iki ayağından vuraraq ona xəsarət yetirmişdir. Namusuna, qeyrətinə heç bir söz ola bilməz. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O. 2005-ci ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və onların birgə evliliklərindən iki övladı vardır. 23 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində yatdığı zaman səs-küy eşitmiş, yuxudan ayılıb çölə çıxmış və Yaqutun başını tutaraq başının qanadığını və ağladığını görmüş o, sonuncudan nə baş verdiyini soruşqduqda Yaqut Abduləliyı butulka ilə su apardığını, lakin Abduləlinin isə həmin suyu niyə butulkada gətirdiyini bildirərək butulka ilə başından vurduğunu demiş, o da Abduəlinin sonuncunu vurmaması üçün taksi ilə Yaqutu uşaqları ilə birlikdə qızı Gülşəngilə aparmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: -Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmış, Zərərçəkmiş şəxs fiziki ziyan vurulduğundan iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2023-cü il traixli, 2328 nömrəli ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin üst səthinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı şüşə butulka zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********** nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ərazisində tutularaq Abşeron RPİ-nə gətirilmiş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və saxlandığı MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2023-cü il traixli, 1553 nömrəli ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-dilin əzilmiş yarası, çənəaltı nahiyənin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2023-cü il traixli, 1722 nömrəli ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər –alt dodağın selikli qişasının səthi əzilmiş yaraları, sol gicgah-çənə oynağı, sol said, hər iki bazu nahiyələrinin qançırları qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən alt dodağın selikli qişasının səthi əzilmiş yaraları, sol gicgah-çənə oynağı və sol said nahiyələrinin qançırları qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə, hər iki bazu nahiyəsinin qançırları isə müayinədən 4-5 gün əvvəl əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 7.3-cü bəndinə əsasən xüsusi müəssisəyə keçirilmiş, xx.xx.2004-cü ildə cəzasınən sonu ilə azad olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 234.1; 68.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3; 234.1; 66.3; 67.1; 68.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1; 69.3; 67.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməkin tövsif olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham yenidən elan edilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, zərər çəkən şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolu, məhkımə-tibbi ekspertizasının rəyləri və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-266/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzası ilə məhkum olıunmuş Təqsirləndirilən şəxs ona təyin olunmuş cərimə cəzasını ödəməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-393/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seşilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və MSY-yə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlərini yetirməməsi, onu mütəmadi olaraq döyməməsi və zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə əzab verməməsi ilə bağlı dediklərini onun özünümüdafiə kimi qiymətləndirir. Həmçinin sonradan məhkəmə zalında təqsirləndirilən şəxsin sonradan -həyat yoldaşının yanında başqa kişi görən insan nə etməlidir?-ifadəsini işlətməsi ilə, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq zərərçəkmiş şəxsin ifadəsi cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadə iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsə sual vermək imkanı yaradılsa da, zərərçəkmiş şəxs tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsn ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməsi öz əksini tapdığından törətdiyi əməl Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə tərəfindən iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Abşeron Rayon Məhkəməsinin 1(012)-266/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona təyin ediləcək cəza ilə toplanılmasını əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 21 saata görə 231 manat olmaqla, cəmi 315 (üç yüz on beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-266/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları toplamaq yolu ilə qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza və 3000 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı bu müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 21 saata görə 231 manat olmaqla, cəmi 315 (üç yüz on beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar