Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-614/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X5 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2019-cu ildən 2020-ci ilədək müddətdə Abşeron rayon Saray Bələdiyyəsinin sədri olmuşdur. Sədrlik etdiyi dövrdə təqsirləndirilən şəxs X2 dəfələrlə ona müraciət edərək əlavə torpaq sahəsi ayrılmasını xahiş etmiş, o da torpaq sahəsinin buna ehtiyacı olan şəxslərə müvafiq hüquqi sənədlər əsasında verildiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin istifadəsində kifayət qədər torpaq sahəsi olduğu halda o, yenə də əlavə torpaq sahəsi tələb etmişdir. Onun bu əsassız xahişlərinin nəzərə alınmadığını gördükdə isə ona qarşı böhtan xarakterli şikayətlərlə müxtəlif dövlət orqanlarına məktublar yazmış, lakin şikayətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. 2021-ci ilin sentyabr ayında isə mənə məlum olmuşdur ki, təqsirləndirilən şəxs özünün "Facebook" saytındakı "Qəribəli Azadəliyev" adlı səhifəsində olan 15.04.2021ci il tarixli yazısında mənim barəmdə böhtan və təhqir xarakterli ifadələr işlətmişdir.Belə ki, o həmin yazısında belə qeyd etmişdir ki, "Dostlar Sizə bildirdiyim kimi sabiq Bələdiyyə sədri vətən xaini X8 bələdiyyə sıralarından xaric edilmişdir. Onun fəaliyyəti dövründə yol verdiyi qanun pozuntularının və fəaliyyətinin araşdırılması tələbi ilə Ədliyyə Nazirinə və digər səlahiyyətli orqanlara şikayət ərizəsi verməyimə baxmayaraq bu günə qədər fəaliyyəti araşdırılmayıb, barəsində tədbir görülməyib. Bu kimi məsələlər barədə ətraflı məlumat verəcəyəm".Təqsirləndirilən şəxsin həmin yazısından çıxarış sübut kimi şikayətinə əlavə edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Qəribəli Azadəliyev onu vətən xaini adlandıraraq ağır cinayətdə ittiham etməklə böhtan atmış və bununla da onu təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Azərbaycan dilində xain sözünün leksik mənası və izahıvətəninə, xalqına xəyanət edən; satqın, xəyanətkar və dönük başa düşülür. Məhz bu mənada Cinayət Məcəlləsinin 274-cü maddəsində Dövlətə xəyanət, yəni-Azərbaycan Respublikasının suverenliyi, ərazi »toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə-əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, onun tərəfindən həmin maddədə qeyd edilən hər hansı bir qanun pozuntusuna yol verilməmiş barəmdə həmin maddə ilə heç bir araşdırma aparılmamış və məhkəmə hökmü də yoxdur. Onu da qeyd edir ki, təqsirləndirilən şəxs həmin facebook səhifəsində həmçinin prezident İlham Əliyev barəsində də böhtan xarakterli ifadələr işlətmişdir. Belə ki, o, həmin eyni adİı səhifəsində olan 17.11.2020-ci il tarixli yazısında belə qeyd etmişdir ki, “İlham Əliyev bir necə ay bundan əvvəl Rusiyanın planlaşdırdığı Azərbaycan rəhbərliyi ilə razılaşdırdığı və verdiyi göstərişlərə görə Azərbaycan xalqının övladlarını şəhid edərək Azərbaycan ərazisinin bir hissəsini Rusiya rəhbərliyi altına verdi və ən pisi odur ki, işğalçı Rusiya qonşularını Azərbaycana gətirərək ulu öndər Ə.Elçibəyin min bir əziyyətlə rus qoşunlarının Azərbaycandan çıxarması Azərbaycanın suverenliyin məhv etdi. Bununla da cənab İ.Əliyev adını tarixə qara hərflərlə yazmış oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın ordusunun şanlı qələbəsi ilə başlayıb davam etsə də zəif ali baş komandanın acizliyi ilə və ya bir neçə ay əvvəl planlaşdırılmış xain planı ilə Rusiyanın qələbəsinə çevrildi. Bəzi qanmazlar isə bunu qələbə deyə insanların beyninə yetirməyə çalışırlar". Təqsirləndirilən şəxsin Facebook saytında olan həmin yazıdan çıxarışı şikayətinə əlavə edir. Göründüyü kimi, təqsirləndirilən şəxs nəinki onunla bağlı, eləcədə Azərbaycan ərazi bütövlüyünü bərpa edən cənab prezident və Ali Baş komandan İlham Əliyev barəsində də böhtan və təhqir xarakterli ifadələr işlətmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri vardır. Qeyd edim ki, təqsirləndirilən şəxsin bu qanunsuz hərəkətləri nəticəsində mənim şərəf və ləyaqətim alçaldılmış və təhqir olmuşdur. Beləliklə də yuxarıda qeyd olunanlara əsasən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində göstərilən cinayət əməllərini törətməsi şikayətinə əlavə etdiyi sənədlərlə tam sübut olunur. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi barəsində olan şikayətin əsassız olduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəməyə xüsusi ittihamçı X4 şikayətin icraata qəbulundan imtina edilməsinə dair ərizəsi daxil olmuşdur. Məhkəmə proses iştirakçısını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində barəsində şikayət verilən şəxsin və barəsində şikayət verilən şəxsin barəsində məlumatlar tam olaraq göstərilməmiş, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əlavə olunmamışdır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X4 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-614/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-614/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver