Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-634/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi: X8 Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 23 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu Xırdalan şəhəri, X16, 10-cu küçə, ev 43 küçəsi 15 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 28-ci məhəllədə yerləşən və həmin ünvanda fəaliyyət göstərən “X20” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi və elektron əmək müqaviləsi bildirişinə əsasən, həmin tibb mərkəzində tibb bacısı işləyib uzun illər iş təcrübəsinin və tibb təhsilinin olmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində işdə olduğu vaxt, həmin tibb mərkəzində həkim-uroloq işləyən Şahid1 tərəfindən tibbi müayinədən keçirilib “Kəskin uretrit” diaqnozu qoyulmaqla diaqnoza uyğun resept əsasında təyin edilmiş “Seftriakson 1,0” (əzələdaxili 1 dəfə mənfi sınaqdan sonra) inyeksiyasını icra etmək üçün ona müraciət edən X6 inyeksiya yeritməzdən əvvəl həmin preparatın istifadə qaydalarına əsasən, mütləq və zəruri formada “sınaq” tətbiq edərək xəstənin orqanizminin xüsusiyyətlərini müvafiq tibbi prosedurlarla yoxlayıb inyeksiyanın əks təsir göstərib-göstərməyəcəyini müəyyən etməli olduğu halda, yəni öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunu etməyərək etinasızlıq edib, xx.xx.2012-ci il tarixli, 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1-ci bəndini pozmaqla tibb mərkəzinin 1-ci mərtəbəsində yerləşən “İynə otağı”nda İsmət İsmayılzadənin sağrı nahiyəsinə “Seftriakson” tərkibli “Rotacef” antibiotik dərman preparatının mayesi doldurulmuş iynəni vuraraq, sonradan göstərilən reanimasion tibbi tədbirlərə baxmayaraq, zərərçəkmişdə qeyd olunan dərman preparatının əzələ daxilinə qeyri-adekvat (sınaqsız) inyeksion yeridilməsi nəticəsində baş vermiş anafilaktik şokdan ölümünə səbəb olub, ehtiyatsızlıqdan İsmət İsmayılzadəni öldürmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, o, əvvəllər baş vermiş hadisəyədək “Papanin hospitalı” adlanan tibb müəssisəsində tibb bacısı kimi fəaliyyət göstərmiş, daha sonra “X20” MMC-də tibb bacısı kimi əmək müqaviləsi əsasında işləməyə başlamışdır. Onun tibb bacısı kimi onun əsas funksiyaları ixtisaslı həkimlərin təqdim etdiyi resept əsasında xəstələrə iynə və sistemlərin vurulmasından ibarət olmuşdur. 07 oktyabr 2023-cü il tarixdə, təxminən səhər saatlarında işdə olan zaman 2 oğlan klinikiya müraciət etmiş, həkim-uroloq həmin şəxslərdən birini müayinə edib resept yazmış və həmin resept əsasında müayinəyə gələn şəxs ona iynə vurulması üçün müraciət etmişdir. Xəstənin təqdim etdiyi dərman “Seftriakson” tərkibli “Rotacef” mayesi olmuş, həmin mayenin qarşısında Ənvər həkim “mənfi sınaqdan sonra” sözlərini yazmış, yəni “sınaq” qoyulduqdan sonra və əks təsir olmadıqdan sonra xəstəyə dərman preparatı tam formada verilə bilər. O, mərkəzin 1-ci mərtəbəsində yerləşən “İynə otağı” adlanan otaqda olarkən Ənvər həkim və həmin 2 şəxs otağa daxil olmuş, xəstə ona resept və dərmanları təqdim etmiş və çarpayıya üzü üstə uzanmışdır. O, ilk öncə “Seftraksonu” hazırlamış, həmin mayedən 0,2-0,3 ml həcmində “prob”, yəni “sınaq metodu” götürmüş və xəstənin arxa nahiyəsinə “sınaq” yeritmişdir. Belə ki, əgər allergik reaksiya (qızartılar, halın pisləşməsi, gicişmələr və s.) olmazsa, bu zaman xəstəyə həmin antibiotik vurula bilərmiş. O, “sınaq”ı tətbiq etdikdən dərhal sonra başqa bir xəstənin təzyiqini ölçmüş, bu vaxt zaman Ənvər həkim həmin xəstə və dostuna reseptdəki dərman preparatlarının istifadəsini izah etmişdir. Bir neçə dəqiqə sonra eşitmişdir ki, xəstənin halı pisləşib sanitariya qovşağında yerə yıxılı vəziyyətdə qalıb, həkimlər həmçinin o da cəld olaraq ora daxil olmuş, xəstənin halsız vəziyyətdə olduğunu və qaytarmasının şahidi olmuş, onlardan başqa xəstənin dostu olan şəxs də orada olmuş və İsmət İsmayılzadəyə kömək etməyə çalışmışdır. Onlar artıq xəstənin “şok” keçirdiyini görüb sonuncuya ilkin tibbi yardım göstərməklə, ilk olaraq xəstənin damar yolu açılmış, qoluna və arxa nahiyəsinə “Adrenalin”, “Prednizalon” və “Dekzametozon” iynələri vurulmuş və ürək masajı edilmiş, lakin xəstə huşunu itirmiş vəziyyətdə yerə uzanmışdır. Yardım göstərilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır. Ümumiyyətlə, xəstəni adi şok vəziyyətindən çıxarmaq mümkün olsa da, “ildırımvari şok” adlanan bu vəziyyətdən xilas etmək şansı çox azdır, eyni zamanda xəstəni şokdan azad etmək üçün onlar əllərindən gələn bütün tibbi tədbirləri də görmüşlər. Sonda Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan qızının olmasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin həyatını xilas etməyə çalışsa da, buna nail ola bilmədiyini, həmçinin oğlu X2 İİ Qarabağ müharibəsi qazisi olmasını, barışıq əldə etmək üçün daim təşəbbüs göstərməsini, lakin zərərçəkmiş şəxsin hüquqi varisinin ondan tələb etdiyi vəsaiti ödəmək imkanında olmamasını bildirməklə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasına dəvət edilərək, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, mərhum X10 onun övladı olmuş, onun sağlığında hər hansı ciddi problemi və xəstəliyi, həmçinin zərərli vərdişi də olmamışdır. İsmət Bakıya iş axtarmaq üçün gəlmiş, müxtəlif işlərdə çalışmışdır. İsmət dostunun toy məclisində iştirak etməli olduğundan 03 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Tovuza gəlmiş, 06 oktyabr 2023-cü il tarixdə gecə oğlu Tovuzdan çıxmış və Bakıya qayıtmış, həmin günün axşam saatlarında oğlu gəlini ilə mobil telefonda danışarkən börəyində problem olduğunu həkimə gedib analiz verəcəyini bildirmişdir. Həmin gün nahar yeməyindən sonra qohumu ona zəng edərək, İsmətin Xırdalanda həkim qəbulunda olarkən iynə vurulduğunu, iynədən şoka düşdüyünü, hazırda isə komada olduğunu demiş, Bakıya gəldikdə isə sonuncunun artıq öldüyünü öyrənmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi Sevda Hüseynova məhkəmə iclasında əlavə olaraq bildirdi ki, oğlunun ölümü həkim səhlənkarlığı ucbatından baş vermişdir. Hesab edir ki, hazırki cinayət işi üzrə tibb bacısından çox Ənvər həkim təqsirlidir. Təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxs oğlunun yas mərasimində iştirak etsə də, ona maddi və mənəvi olaraq köməklik göstərməmişdir. O, Təqsirləndirilən şəxs, həmçinn Ənvər həkimdən şikayətçi olmasını və ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiklə əlavə olaraq göstərdi ki, 2012-2018-ci illərdə Moskva şəhərində yerləşən “X23 Akademiyası”nda həkim-terapevt ixtisası üzrə bakalavr təhsili almış, 2019-2021-ci illərdə isə həmin akademiyada “urologiya” ixtisası üzrə təhsil alıb həmin sahə üzrə ixtisaslaşmışdır. O, təhsil aldığı son ili və növbəti 1 ili RF-nın İvanov şəhərində həkim-uroloq kimi fəaliyyət göstərmişdir. 2022-ci ildən Azərbaycanda həkim uroloq-androloq kimi işləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə səhər 11 radələrində X10 adlı bir şəxs tibb qeydiyyat şöbəsinə müraciət etmiş və qeydiyyatçı tərəfindən xəstəyə göndəriş sənədi verilmiş və xəstə cinsiyyət orqanında yaranan problemlə əlaqədar ona yönləndirilmişdir. İsmət tanışı ilə birgə onun qəbul otağına daxil olmuş, xəstədən ilk öncə hansı şikayətinin olduğunu soruşmuş, xəstə isə "Təxminən 3 gündür sidiyə getməkdə çətinlik çəkidiyini, ağrılar və göynəmələr olduğunu, həmçinin cinsi orqanından axıntılar getdiyini demişdir. O, sorğu-sualdan sonra xəstəyə paltarlarını soyunmasını bildirmişdir. Xəstə paltarlarını soyunmuş və o görmüşdür ki, xəstənin cinsi orqanından kəskin axıntı və açıq-qəhvəyi rəngli bulanıq maye gəlir. O, xəstəyə “kəskin bakterial uretrit” diaqnozunu qoymuşdur. Tibbi protokoldakı göstərişlərə əsasən geniş spektrli “Seftriakson” qruplu antibiotik dərmanı təyin etmişdir. O, bildirmişdir ki, “X11”nın tibbi protokollarına əsasən, xəstədə kəskin hallar (şiddətli ağrılar, digər orqanların zərər görmə risqi, intoksikasiya, yəni zəhərlənmə risqi və s.) olarsa, xəstəyə laborator müayinədən öncə empirik müalicə metodu təyin etmək hər bir həkimin hüququdur. Yəni xəstənin analiz verməkdən imtina etməsi, üstəlik həkimin xəstədə kəskin hallar müşahidə etməsi xəstədən məcburi analiz götürməsinə mane olan hallardan biridir və bu zaman həkim təxirəsalınmadan antibakterial terapiya təyin edə bilər. O, xəstədən bu problemlərə görə antibiotik qəbul edib-etmədiyini və allergiyasının olub-olmadığını soruşmuş, xəstə isə “Bəli, antibiotik çox qəbul etmişəm və heç bir allergiyam olmamışdır” cavabını vermişdir. Artıq bundan sonra xəstəyə təxirəsalınmaz hal kimi antibiotik təyin etmiş, antibiotik təyinatının icrası üçün o, xəstəyə resept yazmış və reseptdə yazılan preparatları aptekdən alıb gətirməsini bildirmişdir. Reseptdə “Seftrakson” mayesi, “Flokanazol” həbi və “Ketanal” iynəsini qeyd etmişdir. O, bildirmişdir ki, “Seftrakson” – infeksiya əleyhinədir, “Ketanal” – ağrıkəsicidir, “Flokanazol” həbi isə preparatların fəsadların qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Xəstə həmin resepti götürüb onun otağından çıxmış və təxminən 15 dəqiqə sonra həmin preparatları alıb mərkəzin 1-ci mərtəbəsinə yaxınlaşmışdır. O da həmin zaman aşağı düşmüş və birgə mərkəzin 1-ci mərtəbəsində yerləşən “İynə otağı” adlı otağa daxil olmuşlar. Otaqda o, İsmət və sonuncunun qohumundan başqa mərkəzin tibb bacısı Şəfaqət xanım olmuşdur. O və digər ixtisaslı həkimlər sadəcə tibbi göstəriş yazıb müalicə prosedurunu həyata keçirmiş, iynələrin vurulması və digər müalicələrin aparılması tibb bacıları tərəfindən həyata keçirilmişdir. Xəstə resepti və alınan dərman preparatlarını tibb bacısı Şəfaqət xanıma təqdim etmişdir. Reseptdə o, “Seftriakson” tərkibli “Rotacef” antibiotik dərman preparatını yazarkən “mənfi sınaqdan sonra” sözünü də qeyd etmiş, bu da o deməkdir ki, xəstəyə əvvəlcə “sınaq” qoyulmalı, əgər “mənfi sınaq” müşahidə olunarsa, yəni allergik reaksiya olmazsa, antibiotik tam şəkildə icra edilə bilər. Şəfaqət xanım iynəni xəstəyə vurmaq üçün xəstə ilə birgə pərdə arxasına keçmişdır. Pərdə arxasına keçdikdən təxminən 1-2 dəqiqə sonra xəstə və tibb bacısı pərdəni açmışlar. O, tibb bacısının hansı nahiyəyə və hansı formada iynə vurduğunu müşahidə etməmiş, çünki o və İsmətin tanışı isə pərdə arxasında qalmışlar. Xəstə sanitar qovşağa getmiş, orda halı pisləşdiyinə görə o və tibb bacısı Şəfaqət xanım tez sanitar qovşağına daxil olmuş, xəstə ağır çəkili olduğundan sonuncunu oradan çıxarmaq mümkün olmamışdır. Vaxt itirməmək üçün elə oradaca xəstəyə reanimasion tədbirlər görməyə başlamış, belə ki, xəstə həmin zaman “İldırımvari anafilaktik şok” vəziyyətində olmuşdur. İlkin olaraq xəstənin qoluna və arxa nahiyəsinə şok əleyhinə “Adrenalin”, “Prednizalon” və “Dekzametozon” vurulmuş, təxminən 30 dəqiqə müddətində ürək masajı edilmiş, lakin tibbi tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmamışdır. İsmət adlı şəxsin əvvəlcədən hər hansı xəstəliyinin olub-olmaması haqqında məlumatı olmamış və xəstə onlara bu barədə məlumat verməmişdir. Xəstənin ölümü “İldırımvari anafilaktik şok”dan olmuşdur. Bu hallarda xəstəni şokdan xilas etmək şansı çox azdır, eyni zamanda xəstəni şokdan azad etmək üçün onlar əllərindən gələn bütün tibbi tədbirləri də görmüşdür. Baş vermiş hadisədə onun hər hansı təqsiri olmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzr Şahid2 ifadəsində göstərmişdir ki, mərhum X10 onun əmisi nəvəsi olmuşdur. Sonuncu əvvəllər Qovlar şəhərində yaşamış, son 1 ildə isə Bakıya iş üçün gəlmişdir. İsmət həmkəndlisi X3 ilə ailə həyatı qurmuş, birgə nikahdan İsmayıl adlı övladları dünyaya gəlmişdir. İsmətin sağlığında hər hansı problemi olmamış, hər hansı xəstəlikdən əziyyət çəkməmişdir. İsmətin sağlığında heç kimlə düşmənçilik, ədavət və münaqişəsi olmamış, hər hansı şəxslə dava-dalaş və mübahisəsi olmamışdır. İsmətlə onun münasibətləri bir qohum kimi əla olmuşdur. İsmət son 3-4 ayda taksi şirkətlərinin birində işləmiş, son olaraq Xırdalan şəhərində, “AAAF Park” yaşayış kompleksinin yaxınlığında bina evində tək və kirayə yaşamışdır. 03 oktyabr 2023-cü il tarixdə gecə radələrində İsmət Tovuz rayonuna gəlmişdir. Belə ki, o və İsmət qohumlarının toy məclisində iştirak etməli olmuşlar. Həmin zaman İsmət ona səhhətində hər hansı problem olduğunu bildirməmişdir. 06 oktyabr 2023cü il tarixdə gecə radələrində o, İsmətlə birgə Tovuz rayonundan çıxmış və Xırdalana gəlmişdir. Belə ki, o, bir qədər şəhəri gəzmək istəmiş və təxminən 1 həftə müddətində İsmətlə birgə şəhərdə qalmağı planlaşdırmışdır. Həmin gecə o və İsmət Xırdalana çatmış və sonuncunun kirayə qaldığı yerdə gecəni qalmışlar. 07 oktyabr 2023-cü il, yəni hadisə baş verən gün səhər 10 radələrində yuxudan durmuş və səhər yeməyi yemişdir. Səhər yeməyindən sonra İsmət ona "Böyrəyimdə problemlər var, neçə gündür ki, ağrayır, həkimə gedib analiz vermək istəyirəm" demişdir. O da İsmətə birgə xəstəxanaya getməyi təklif etmişdir. O və İsmət həmin gün saat təxminən 11 radələrində kirayə qaldıqları evin yaxınlığında yerləşən “X20” adlı klinikaya getmişlər. İlk öncə mərkəzin 1-ci mərtəbəsində qeydiyyat şöbəsinə yaxınlaşıb həkim qəbuluna düşmək istədiklərini bildirmiş, 30 AZN ödəniş etdikdən sonra mərkəzin 2-ci mərtəbəsində yerləşən uroloq həkimin yanına göndərilmişlər. Təxminən yarım saat müddətində növbə gözlədikdən sonra həkim qəbuluna daxil olmuşlar. Həkimin adı Ənvər olmuş, o, həmin həkimi ilk dəfə görmüş, sonuncu ilə heç bir əlaqəsi, münasibəti, ünsiyyəti olmamışdır. Qeyd olunan otaqda yalnız həkim-uroloq, o və İsmət qalmış, başqa heç kim olmamışdır. Həkim İsmətdən hansı problemlərinin olduğunu soruşduqda sonuncu cinsi orqanından bir müddətdir axıntılar gəldiyini və özünü narahat hiss etdiyini bildirmişdir. Həkim onun yanında İsməti müayinə etmək üçün paltarlarını soyunmasını bildirmiş və İsmət şalvarını soyunmuşdur. Həkim İsmətin cinsi orqanına baxdıqda, həqiqətən, bulanıq formasında axıntılar gəldiyini demiş və o da bu halı müşahidə etmişdir. Həkim İsmətə resept yazmış və reseptdəki dərmanları çöldəki apteklərin birindən almasını bildirmişdir. O, İsmətlə birgə klinikadan çölə çıxmış və ətraf ərazidə yerləşən, adını bilmədiyi aptekə getmişdir. O və İsmət bir neçə aptekə daxil olduqdan sonra reseptdə yazılan 3 dərmanı almış və təxminən yarım saat sonra klinikaya geri qayıtmışlar. Sonra Ənvər həkimin yanına gəlmiş, sonuncu "1-ci mərtəbəyə düşün, orada xəstəyə tibb bacısı iynə vuracaq" demişdir. O və İsmət də klinikanın 1-ci mərtəbəsinə düşmüş və girişdən sağda iynə vurmaq üçün nəzərdə tutulan otağa daxil olmuşlar. Həmin otaqda adını bilmədiyi orta yaşlı tibb bacısı olmuşdur. Ənvər həkim resept və dərmanları tibb bacısına vermişdir. Tibb bacısı İsməti otağın pərdəli hissəsinə dəvət etmişdir. İsmət pərdəli hissəyə tibb bacısı ilə daxil olmuşdur. Tibb bacısı orada İsmətə iynə vurmuşdur. Lakin onun tibb biliyi olmadığından iynəyə hansı maye qatıldığını, iynənin hansı formada və İsmətin hansı nahiyəsinə vurulduğunu o bilməmişdir. Həmçinin o və Ənvər həkim pərdə arxasında olmuş və İsmətə tibb bacısı tərəfindən iynə vurulduğunu birbaşa görməmişlər. Pərdə açıldıqdan sonra İsmət ayağa durmuş və onun yanına gəlmişdir. Həmin zaman İsmət narahat görünməmiş, lakin təxminən 4-5 dəqiqə sonra İsmət özünü pis hiss etdiyini və ürəyinin bulandığını demişdir. O, İsməti tualetə aparmış, lakin orada İsmətin rəngi ağarmış və pis şəkildə qusmağa başlamışdır. Elə bir neçə dəqiqə içərisində İsmət huşunu itirmiş və tualetdə yerə yıxılmışdır. Dərhal tibb bacısı və digər həkimlər tualetə gəlmiş və İsmətə tibbi yardım göstərməyə başlamışlar. İsmətin qollarına və bədəninin arxa tərəfinə müxtəlif iynələr vurulmuş, həmçinin ürək masajı edilmiş, təxminən bu proses 20 dəqiqə müddətində davam etmiş, lakin İsmətin səhhətində dəyişiklik olmamışdır. Daha sonra həkimlər ona İsmətin koma vəziyyətinə düşdüyünü bildirib klinikanın 3-cü mərtəbəsinə aparmışlar. Təxminən 1 saat sonra həkimlər ona artıq İsmətin öldüyünü demiş, o da bu barədə İsmətin yaxın qohumlarına məlumat vermişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin “prof. R.Q.Əliyev adına Bakı 1 saylı Tibb Məktəbi”nin 22 oktyabr 2001-ci il tarixdə verilmiş AB-İİ 074695 №-li diplomun” surətindən görünür ki, Bağıyeva (Behbudova) Şəfaqət Eyvaz qızı 04 iyul 2001-ci il tarixdə “tibb bacısı işi” ixtisası üzrə tam kursu bitirmişdir;
2. “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı” elektron əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs ilə “X20” MMC arasında xx.xx.2013cü il tarixdə əsas iş yeri üzrə əmək müqaviləsi bağlanmış, 26 yanvar 2023-cü il tarixdə elektron bildiriş sistemə daxil edilmiş, vəzifəsi “tibbi bacısı”, əmək haqqısı “380 AZN” olmuşdur;
3. “Praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində tibb bacısı ixtisası üzrə praktiki fəaliyyətlə praktik fəaliyyətlə məşğul olmaq üçün növbəti dəfə icazə verilmişdir;
4. “Hadisə yerinə baxış keçirilməsi” haqqında 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən yer Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “X20” MMC-nin inzibati binası olmuşdur. Bina 2 mərtəbədən ibarət olmuş, 1-ci mərtəbədə iynə vurulması üçün nəzərdə tutulan otaqlar və həkimlərin qəbul otağı yerləşmişdir. 2-ci mərtəbədə isə həkimlərin qəbul otağı və müalicə-müayinə üçün nəzərdə tutulan digər otaqlar yerləşmişdir. Binanın 2-ci mərtəbəsinə pilləkanlar vasitəsilə qalxılmış, 2-ci mərtəbənin koridorunda tibbi çarpayıda üzəri ağ-yaşıl rəngli adyal ilə örtülü olan meyit aşkar edilmişdir. Adyal meyitin üzərindən götürüldükdə müəyyən edilmiş ki, o, xx.xx.1998-ci il təvəllüdlü, Tovuz rayonu, Qovlar şəhərində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhərində müvəqqəti yaşayan X7r. Həmin şəxsin üzərində paltarlar olmuş və göbək nahiyəsi bir qədər açıq olmuşdur. Mərhumun bir neçə saat öncə qohumu ilə birgə həmin tibb müəssisəsinə gəlməsi, mərkəzin 1-ci mərtəbəsində yerləşən qeydiyyat şöbəsinə yaxınlaşması, daha sonra həkimuroloq Ənvər həkimin qəbul otağına gəlməsi, ardınca təyin olunan resept əsasında çöldəki apteklərin birindən dərman preparatları alıb yenidən tibb müəssisəsinə qayıtması müəyyən edilmişdir. Bundan sonra tibb mərkəzinin 1-ci mərtəbəsinə enilmiş və girişdən sağ tərəfdə “İynə otağı 5” yazılan otaqda xəstəyə iynə vurulması müəyyən edilmişdir. Həmin otaqda bir-birindən pərdəli arakəsmələrlə ayrılmış 04 ədəd çarpayı yerləşmişdir. Ən sağda yerləşən çarpayıda mərhum İsmət İsmayılzadəyə tibb bacısı tərəfindən iynə vurulması müəyyən edilmişdir. Həmin çarpayı öndən və soldan pərdələrdən ibarət arakəsmələrlə digər çarpayılardan ayrılmışdır. Çarpayının üzərində tibbi örtüklər olmuşdur. Otağın girişindən sağda isə dərman preparatlarının qoyulduğu masa yerləşmişdir. Baxışda iştirak edən tibb bacısı Təqsirləndirilən şəxs həmin masada iynələri hazırlaması müəyyən edilmişdir. Baxış zamanı xəstəyə təyin olunmuş resept, müalicəni prosedurunu göstərən tibbi sənəd, “sınaq” qoyulması və durulaşdırma üçün nəzərdə tutulmuş 02 ədəd iynə, habelə iynənin içərisinə vurulmuş şüşə flakonda “Rotacef” preparatı müvafiq qaydada götürülmüşdür. Baxış zamanı “SONY” markalı fotoaparatdan istifadə edilməklə çəkilmiş şəkillər protokola əlavə olunmuşdur;
5. “Meyitə baxış keçirilməsi” haqqında 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Meyit düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 175 sm-dir. Meyit əllə toxunduqda soyumuşdur. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında kafi inkişaf etmişdir. Meyit ləkələri boynun, gövdənin yuxarı 1/3nin arxa səthində yayılmış qırmızımtıl-çəhrayı rəngdə olmaqla təzyiq etdikdə itmiş və 1,5-2 dəqiqəyə öz əvvəlki rənginə bərpa olmuşdur. Gözləri qapalıdır, bəbəklər genəlmişdir, diametri 0,5 sm-dir, buynuz qişa parlaqdır, konyuktivada qansızmalar olmamışdır. Ağız və burun dəliklərindən qəhvəyi rəngli ifrazat xaric olmuşdur. Qabırğalar pataloji hərəkətsizdir. Qarnı əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipində düzgün inkişaf etmişdir, tənasül üzvü kanalından ağımtılbozumtul-sarımtıl rəngli ifrazat xaric olunmuşdur, sıxdıqda həmin ifrazat davamlıdır. Sol bazunun bayır səthində, sol dirsək çuxurunda və sağ sağrı nahiyəsində inyeksiya yaracıqları olmuşdur. Hər iki saidin iç səthi əsasının aşağı 1/3-də isə inyeksiyon sınaq yerləri qeyd edilməmişdir. Meyitin bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir;
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X21 “Meyitin məhkəmə tibbi ekspertizasının” 07 noyabr 2023-cü il tarixli 102/MEŞ saylı rəyindən görünür ki, X4 ölümünün bilavasitə səbəbi "Seftriakson" tərkibli "Rotacef antibiotik dərman preparatının əzələ daxilinə qeyriadekvat (sınaqsız) inyeksion yeridilməsi nəticəsində baş vermiş anafilaktik şok olmuşdur. Ölüm 07 oktyabr 2023-cü il tarixdə, saat 12:55-də "X20” MMC-də baş vermişdir. X4 meyitində hər hansı bir xəsarət və şok əleyhinə ilkin sınaq inyeksiyasının yeridilməsinə uyğun inyeksiya yerləri aşkar edilməmişdir. X6 antibiotik "Seftriakson" tərkibli "Rotacef" mayesi doldurulmuş iynənin əzələdaxilinə vurulması proseduru nəticəsində sistem anafilaktik reaksiyanın baş verməsi və arzuolunmaz effektləri onun ölümünə səbəb olmuşdur. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilməmişdir;
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən 14 dekabr 2023-cü il tarixdə verilmiş, 13588 №-li arayış”dan görünür ki, Təqsirləndirilən şəxs övladı X5 İİ Qarabağ Müharibəsində iştirak edərək yaralanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 205 nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülmüşdür;
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X21 “komisyon məhkəmə-tibbi ekspertizasının” 21 dekabr 2023cü il tarixli, KEŞ-869 nömrəli rəyindən görünür ki: “X20” MMC-də X4 adına tərtib olunmuş tibbi sənədlərə əsasən sonuncu xx.xx.2023-cü il tarixdə həkim-uroloq Şahid1 tərəfindən müayinə olunmuş və xəstəyə kliniki olaraq “Kəskin uretrit” diaqnozu düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq “Seftriakson 1,0” (əzələdaxili 1 dəfə mənfi sınaqdan sonra) təyin edilmişdir. Bu məqsədlə ona qeyd edilən dərman preparatı inyeksiya edildikdən sonra anafilaktik şok əlamətləri müşahidə edilmişdir. Xəstəyə şok əleyhinə təxirəsalınmaz qaydada “Deksametazon 2,0 ml”, “Prednizalon 3,0 ml” inyeksiya edilmiş, lakin buna baxmayaraq xəstədə hipotoniya müşahidə olunmuş və aparılan reanimasyon tədbirlərə baxmayaraq həmin gün, saat 12:55-də xəstədə bioloji ölüm baş vermişdir. İsmət İsmayılzadənin meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi “Seftriakson” tərkibli “Rotacef” antibiotik dərman preparatının əzələ daxilinə qeyri-adekvat (sınaqsız) inyeksiyon yeridilməsi nəticəsində baş vermiş anafilaktik şokun olduğu müəyyən edilmişdir ki, bununla da icra edilmiş qüsurlu inyeksiya ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Buna məsul şəxs inyeksiyanı icra edən tibb bacısıdır.
9. “Cinayət işinin başlanılması” haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X4 ölümü ilə əlaqədar Abşeron rayon Prokurorluğunda araşdırılması aparılan 409C-23 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır;
10. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir;
11. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X15 zərərçəkmiş şəxs X4 hüquqi varis qismində tanınmışdır;
12. Abşeron Rayon Prokurorluğunun 29 yanvar 2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən 19 fevral 2024-cü il tarixdə daxil olmuş cavab məktubunda bildirilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X16, küçə 5, ev 43 ünvanında qeydiyyatda olmaqla yaşayan 23 avqust 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs hər-hansı bir xəstəliklə bağlı yuxarıda adı göstərilən xəstəxanaya müraciət etməmişdir;
13. Abşeron Rayon Prokurorluğunun 29 yanvar 2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X22 tərəfindən 20 fevral 2024-cü il tarixdə daxil olmuş cavab məktubunda bildirilmişdir ki, 23 avqust 1974-cü il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhəri, X16, küçə 5, ev 43 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicdə olmamışdır;
14. Abşeron Rayon Prokurorluğunun 29 yanvar 2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Abşeron rayon Polis İdarəsi” tərəfindən 21 fevral 2024-cü il tarixdə daxil olmuş cavab məktubunda bildirilmişdir ki, 23 avqust 1974-cü il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhəri, X16, küçə 5, ev 43 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs müraciəti əsasında yuxarıda göstərilən idarədə barəsində hər hansı təqsirləndirici materialın araşdırılması ilə bağlı məlumat aşkar olunmamışdır;
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X21 “təkrar komisyon məhkəmə-tibbi ekspertizasının” 16 fevral 2024-cü il tarixli, KEŞ-106 nömrəli rəyindən görünür ki, Səhiyyə Nazirliyi MTE və PA birliyi PHŞ-nin komisyon ekspertizalar şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KEŞ-869 nömrəli rəyin nəticə hissəsi rəyin təsviri hissəsinə uyğun və əsaslı tərtib edilmiş, həmçinin qeyd olunan rəy cinayət işi üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, “X20” MMC-də X4 adına tərtib olunmuş tibbi sənədlərə əsasən sonuncu xx.xx.2023-cü il tarixdə həkim-uroloq Şahid1 tərəfindən müayinə olunmuş və xəstəyə kliniki olaraq “Kəskin uretrit” diaqnozu düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq “Seftriakson 1,0” (əzələdaxili 1 dəfə mənfi sınaqdan sonra) təyin edilmişdir. Bu məqsədlə ona qeyd edilən dərman preparatı inyeksiya edildikdən sonra anafilaktik şok əlamətləri müşahidə edilmişdir. Xəstəyə şok əleyhinə təxirəsalınmaz qaydada “Deksametazon 2,0 ml”, “Prednizalon 3,0 ml” inyeksiya edilmiş, lakin buna baxmayaraq xəstədə hipotoniya müşahidə olunmuş və aparılan reanimasyon tədbirlərə baxmayaraq həmin gün, saat 12:55-də xəstədə bioloji ölüm baş vermişdir. İsmət İsmayılzadənin meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi “Seftriakson” tərkibli “Rotacef” antibiotik dərman preparatının əzələ daxilinə qeyri-adekvat (sınaqsız) inyeksiyon yeridilməsi nəticəsində baş vermiş anafilaktik şokun olduğu müəyyən edilmişdir ki, bununla da icra edilmiş qüsurlu inyeksiya ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Buna məsul şəxs inyeksiyanı icra edən tibb bacısıdır. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan xx.xx.2012-ci il tarixli, 70 saylı əmrlə təsdiq edilmiş "Tibb müəssisələrində çalişan tibb, əczaçiliq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 24.1 bəndi pozulmuşdur;
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 01 mart 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
17. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir;
18. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
19. “Sübutların qiymətləndirilməsi haqqında” 07 mart 2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, hadisə yerinə və meyitə baxış protokolları, iş üzrə təyin edilmiş məhkəmətibbi,komisyon məhkəmə tibb və təkrar komisyon məhkəmə-tibb ekspertizalarının müvafiq rəyləri və iş üzrə digər sənədlər sübut növləri kimi qiymətləndirilmiş, adisə yerinə baxış zamanı götürülmüş 02 ədəd iynə, iynənin içərisinə vurulmuş 01 ədəd şüşə flakonda “Rotacef” preparatı maddi sübut qismində tanınmaqla Abşeron rayon Prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulan otağında saxlanılmış, meyitə baxış zamanı götürülmüş “Samsung Galaxy” markalı mobil telefon maddi sübut qismində tanınmasın və istintaq gedişində zərərçəkmiş şəxsin hüquqi varisinə qəbzlə qaytarılmasının nəzərə alınması qərara almışdır.
20. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 yanvar 2009-cu il təvəllüdlü X9 adlı övladı vardır.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə iclasında araşdırılmış sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə təxminən saat 12 radələrində işdə olan zaman ona həmin tibb mərkəzində həkim-uroloq işləyən Şahid1 tərəfindən tibbi müayinədən keçirilib “Kəskin uretrit” diaqnozu qoyulmaqla müraciət edən X6 resept əsasında təyin edilmiş “Seftriakson 1,0” (əzələdaxili 1 dəfə mənfi sınaqdan sonra) inyeksiyasını icra edərkən təlimat qaydalarını pozaraq öncə xəstəyə mütləq və zəruri formada “sınaq” tətbiq edərək xəstənin orqanizminin xüsusiyyətlərini müvafiq tibbi prosedurlarla yoxlayıb inyeksiyanın əks təsir göstərib-göstərməyəcəyini müəyyən etməli olduğu halda, bunları etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərib, zərərçəkmiş şəxsin sağrı nahiyəsinə yeritdiyi dərman preparatının mayesi doldurulmuş iynə nəticəsində baş vermiş anaflaktik şok səbəbindən sonuncunun ölməsinə səbəb olmuş, yəni ehtiyatsızlıqdan İsmət İsmayılzadəni öldürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, sonuncunun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngüllışdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona istinad olunan maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməlidir. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinməsi nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas cəzanın icrası müddəti onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...”. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsini və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmasa da, onun cinayət əməlini öz peşə fəaliyyəti məşğul olma hüququndan istifadə etməklə, yəni "Xırdalan Tibb" Mərkəzində tibb bacısı işləyərkən törətməsini nəzərə alaraq, barəsində dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 28.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün məhkumun yaşadığı yerin icra məmuruna göndərir. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş müəyyən müddətə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin “tibb bacısı” peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası əlavə cəza olaraq təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi kimi tanınmış meyitə baxış zamanı götürülmüş “Samsung Galaxy” markalı mobil telefonun zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınmalı, həmçinin Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd iynə, iynənin içərisinə vurulmuş 01 ədəd şüşə flakonda “Rotacef” preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin “tibb bacısı” peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin “tibb bacısı” peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd iynə, iynənin içərisinə vurulmuş 01 ədəd şüşə flakonda “Rotacef” preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış meyitə baxış zamanı götürülmüş “Samsung Galaxy” markalı mobil telefonun zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov