Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-676/2024 17.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1969-cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi yeni yaşayış massivində yaşyan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri 6-cı km, piket 5 də yerləşən Xırdalan dəmir yolu stansiyasının ərazisindəki «Ağ göl» kafesinin ümumi müştərilər üçün nəzərdə tutulmuş zalında, tanışı Zərərçəkmiş şəxs ilə həmin kafenin aylıq icarə haqqının ödənişi ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində dalaşaraq sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq zərbələri endirməklə ona sol gicgah nahiyəsinin qançır-şişkinliyi və sıyrığı, sol çiyin qurşağı nahiyəsinin, döş qəfəsinin və sağ said nahiyəsinin qançırları, döş qəfəsinin qançırlı sıyrığı, sol təpə nahiyəsinin, alt dodağın dərisinin, sağ bazu nahiyəsinin sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri, həmçinin sol bazu nahiyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2023-cü ilin fevral ayında dayısı oğlu Fizuli Musayevin tanışı olan Zərərçəkmiş şəxs adlı şəxsdən Abşeron rayonu Xırdalan şəhəri Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən «Ağ göl» adlı kafeni aylıq 600 (altı yüz) manat müqabilində icarəyə götürmüş və 2023-cü ilin fevral ayının əvvəlində 1 (bir) illik 7200 (yeddi min iki yüz ) manat pulu yəni icarə haqqını Fuadın qardaşı Fəxrəddinə vermişdir. May ayında Fuad ona icarə haqqını 1000 (min) manata qaldıracağını bildirdikdə Fuada alver olmadığına görə 1000 (min) manatı ödəyə bilməyəcəyini bildirmişdir. 27 avqust 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində həmin kafeyə gələn zaman Fuad adlı şəxsin kafedə olduğunu görmüş, Fuad onu kafedən qovmaq istədiyinə görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Fuadla əlbəyaxa olmuş, Fuad yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, o da öz növbəsində yumruq təpiklə Fuadın bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxt ərazidə xidmət aparan X4 Məntəqəsinin polisi oraya gələrək onlan X5 Şöbəsinə aparmışdır.Məhkəmə tibbi ekspertizasının rəyində qeyd olunan xəsarətləri ona Zərərçəkmiş şəxs tərəfindən yetirilmiş, Fuad onu vurduqda o da öz növbəsində yumruq təpiklə Fuadı vurmuş, hadisə zamanı kafedə onlardan başqa şəxs olmamış, hadisə təxminən 3-5 dəqiqə davam etmişdir.Sonda Təqsirləndirilən şəxs istintaqdan narazı olduğunu və işin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2023-cü ilin yanvar ayında Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan dəmir yolu st-nın ərazisində yerləşən «Ağ göl» adlı kafeni "xxxx" QSC-dən müqavilə əsasında icarəyə götürüb işlətmiş, 2023-cü ilin fevral ayında tanışı Fizuli adlı şəxsin qohumu olan Akif adlı şəxsə 600 (altı yüz) manat müqabilində icarəyə vermişdir. Hər ay 600 (altı yüz ) manat omaqla Akif ona icarə haqqını ödəmiş, iyul və avqust aylarının icarə haqqım ödəmədiyinə görə dəfələrlə Akifə kafeni təhvil verməsini bildirmişdir. Lakin, Akif kafenin icarə haqqını ödəməkdən yayınmaqla yanaşı kafeni təhvil vermək istəməmişdir. Kafenin şüşəsi qırıq olduğundan 27 avqust 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində kafenin şüşəsini yenisi ilə əvəz etmək üçün oraya gəlmiş, bu zaman Akif kafeyə gələrək əsəbi halda onu kafenin zalına çağırmış, qapını arxadan bağlayaraq onun boynundan tutub sifətinin sol nahiyəsinə dəfələrlə yumruqla vurmağa başlamışdır. O, Akifi qucaqlayaraq əl qolunu tutmağa çalışmış, daha sonra Akifi itələyərək kafenin arxa qapısından çölə çıxaraq X4 məntəqəsinə tərəf getmişdir. Həmin vaxt məntəqədə heç-kim olmamış, geri qayıdanda Akiflə polis əməkdaşı Şahid1 məntəqəyə gəldiklərini görmüş, polis əməkdaşları onları X5 Şöbəsinə aparmışdır.Bədənində aşkar olunmuş xəsarətlər ona Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş, ola bilsin ki, dava- dalaş əsnasında özünü müdafiə edərkən Akifi vurmuş və ona xəsarət yetirmişdir. Hadisə zamanı kafedə başqa şəxslər olmamış, davadalaş təxminən 1-2 dəqiqə davam etmişdir.Təqsirləndirilən şəxsin çinayət məsuliyyətinə cəlb edilib cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən «Ağ Göl» kafesini xx.xx.2023-cü il tarixdə aylıq 600 manata "xxxx" QSC-dən icarəyə götürmüş və işlətməsi üçün ona vermişdir. O, kafeni 1 ay işlətsə də səhhəti ilə əlaqədar işlədə bilmədiyi üçün qardaşı Fuad həmin kafeni tanışları Fizulinin qohumu Akif adlı şəxsə aylıq 600 manata icarəyə vermişdir. Akif kafenin icarə haqqını bir neçə ay versə də sonradan alverin zəif olduğunu bəhanə gətirərək icarə haqqını verməmiş, özü isə kafedən çıxmaq istəməmişdir. Bu səbəbdən də qardaşı Fuadla onun arasında mübahisə yaranmış, bir neçə dəfə ona kafedən çıxmasını bildirsələr də Akif təkid edərək kafeni boşaltmamışdır. Sonradan Akiflə qardaşı Fuadın kafedə dalaşdıqlarını eşitmiş, həmin vaxt orada olmamışdır.Şahid2 həmçinin ifadəsində bildirmişdir ki, Akif ona icarə haqqı kimi 7200 (yeddi min iki yüz) manat pul verməmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o 2019-cu ildən DİO-da, hal hazırda isə Biləcəri st. XPŞ- nin Xırdalan st. XPM-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən saat 11:30 radələrində məntəqənin inzibati ərazisində yerləşən «Ağ göl» adlı kafedən səs-küy gəldiyini eşidərək həmin kafeyə tərəf getmiş, kafeyə çatmamış kafeni icarəyə götürərək işlədən Təqsirləndirilən şəxs kafedən çıxaraq onun yanına gəlmişdir. Həmin vaxt Akifin sifət nahiyəsindən qan axdığını görmüş, Akif ona kafedə Fuadla dalaşdıqlarını, bir-birlərini yumruq, təpiklə vuraraq xəsarət yetirdiklərini bildirmişdir. Kafeyə girsə də orada heç kimin olmadığını görmüş, Akiflə məntəqəyə gələn zaman Fuadla yolda qarşılaşmışlar. Həmin vaxt Fuadın da sifət nahiyəsində xəsarətlərin olduğunu görmüş, Fuad da ona Akiflə kafedə dalaşıb bir-birlərini yumruqla vuraraq xəsarət yetirdiklərini bildinnişdir. Hər iki şəxsin xəsarəti olduğundan bu barədə Biləcəsi st. XPŞ-yə məlumat vermiş, əməliyyat qrupu gələrək həmin şəxsləri şöbəyə aparmışlar. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, səs küy eşidib kafeyə getmiş, həmin vaxt kafedə Təqsirləndirilən şəxs tək olmuş, Fuadla isə stansiyada rastlaşmışdır. Hər iki şəxsin ona bir-birləri ilə dalaşdıqlarını bildirmələrinə görə tərtib etdiyi raportda onların əlbəyaxa dalaşdıqlarını qeyd etmişdir. İş üzrə zərurət yarandığından Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış, üzləşmə zamanı Zərərçəkmiş şəxs 27 avqust 2023-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən “Ağ göl” adlı kafedə Təqsirləndirilən şəxs ilə dalaşdıqlarını, dava- dalaş zamanı hər ikisinin də bədən xəsarətləri aldıqlarını bildirmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1657 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər -sol bazu nahiyəsinin dərialtı hematoması, sol gicgah nahiyəsinin qançır- şişkinliyi və sıyrığı, sol çiyin qurşağı nahiyəsinin döş qəfəsinin və sağ said nahiyəsinin qançırları, döş qəfəsinin qançırlı sıyrığı, sol təpə nahiyəsinin, alt dodağın dərisinin sağ bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin sol əlin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərlər. Əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 10/1657 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar olunmuş xəsarətlər -sol bazu nahiyəsinin dərialtı hematoması, sol gicgah nahiyəsinin qançır-şişkinliyi və sıyrığı, sol çiyin qurşağı nahiyəsinin döş qəfəsinin və sağ said nahiyəsinin qançırları, döş qəfəsinin qançırlı sıyrığı, sol təpə nahiyəsinin, alt dodağın dərisinin sağ bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin sol əlin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol bazu nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol gicgah nahiyəsinin qançır-şişkinliyi və sıyrığı, sol çiyin qurşağı nahiyəsinin, döş qəfəsinin və sağ said nahiyəsinin qançırları, döş qəfəsinin qançırlı sıyrığı, sol təpə nahiyəsinin, alt dodağın dərisinin, sağ bazu nahiyəsinin sol dirsək oynağı nahiəsinin, sol said nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.-Vət: Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər.-Vət: Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yetirilmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri üçün xarakterik deyildir. DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ildə Azərbaycan Respublikası köhnə cinayət məcəlləsinin 144-cü maddəsinin 4-cü hissəsi ilə (quldurluq) təqsirli bilinnmiş və xx.xx.1993-cü ildə cəzasının sonu ilə azad olunmuş, 1995-ci ildə Azərbaycan Respublikası köhnə cinayət məcəlləsinin 120; 126-cı maddələri ilə təqsirli bilinmiş və xx.xx.1997-ci ildə Bakı şəhər prokurorunun qərarı ilə Azərbaycan Respublikası CPM-nin 96-cı maddəsinə sasən şəxsi zaminliklə azad edilmiş, 2008-ci ildə Xətai RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2; 325-ci maddələri ilə Xətai RPİ, həmin ildə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Səbail RPİ-də barəsində təqsirləndirilici materiallar olsa da nəticələri barədə məlumat yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi, himayəsində xx.xx.2023-cü il təvəllüdlü azyaşlı uşağının olması müəyyən edilmişdir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxso ğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Alik oğlunun az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Hökməli qəsəbəsindəki yaşayış evini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs ğluna məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Hökməli qəsəbəsindəki yaşayış evini saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkmənin əvvəli onun icra orqanında qeyd alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-676/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-676/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver