Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-24/2024 20.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X18 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Ximətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,29,318.2 və 318-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş əcnəbilərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etmələrində ifadə olunan cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün vasitələr vermək, onların vaxtında daşınmasını həyata keçirərək maneələri aradan qaldırmaqla yardım edib həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib əcnəbilərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməklə qanunsuz miqrasiyanı təşkil etmişdir. Belə ki o, Hindistan Respublikası vətəndaşları Narender Kumar (Narender Kumar) və X38 (X39), X9 Respublikası vətəndaşları Sarki Şravan (Sarki Shrawan), Tapa Dipak (Thapa Dıpak), Oli Gobinda (Olı Gobında), X40 (X41), Sunar Aşiq (Sunar Ashık), X35 (X36), Pandit Sanjaya (Pandıt Sanjaya), Oli Gopal (Olı Gopal) və qeyrilərindən ibarət qabaqcadan əlbir olan bir qrup şəxsin Azərbaycan Respublikasından qanunsuz olaraq Gürcüstan Respublikası ərazisinə keçmələrinə, yəni qanunsuz miqrasiyanın təşkili və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmələrinə köməklik göstərməklə bağlı xarici ölkədə yaşayan Pakistan İslam Respublikası vətəndaşı olan tanışı X27 Rəhmandan (X20 Rehman) məlumat alıb köməkliyin göstərilməsinə razılıq verməklə sonuncu və qeyriləri ilə qrup halında birləşmiş, 06 may 2023-cü il tarixdə saat 09:00 radələrində Hüseyn Faysalın istifadəsində olan +98***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edib apardığı danışıq zamanı vermiş olduğu, Hindistan Respublikası və X9 Respublikası vətəndaşlarını dövlət sərhədinin Ağstafa rayonundan keçən hissəsinə aparması ilə bağlı tapşırığa uyğun olaraq 06 may 2023-cü il tarixdə saat 21:00 radələrində adları qeyd olunan əcnəbiləri özünün icarə əsasında idarə etdiyi “Renault Minivan” markalı “Az **-BB- ***” dövlət qeydiyyat nişanlı və dostluq münasibətində olduğu, cinayətdən xəbərsiz olan X6 icarə əsasında idarə etdiyi “Toyota Corolla” markalı “Az **-ZT-***” dövlət qeydiyyat nişanlı avtomobillərlə daşıyıb Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Qazax” X3 N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Sadıqlı kəndində yerləşən 2-ci sərhəd komendantlığının 16-cı sərhəd zastavasının xidməti ərazisi istiqamətində gedərək adı qeyd olunan kəndin ərazisində sərhəd xəttindən 200 metr kənarda yerləşən qəbiristanlığa aparmış, dövlət sərhədini qanunsuz olaraq keçməyə çalışan əcnəbilər öz iradələrindən asılı olmayan səbəbdən aşkar edilib saxlanıldıqlarından qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş əcnəbilərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etmələrində ifadə olunan cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün vasitələr vermək, onların vaxtında daşınmasını həyata keçirərək maneələri aradan qaldırmaqla yardım edib həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib əcnəbilərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməklə qanunsuz miqrasiyanı təşkil etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Faysal Hüseynlini Bakı şəhərindən tanıyır. Belə ki, həmin şəxs bir müddət onlarla eyni binada qonşuluqda yaşamışdır. Onu həkim, professor kimi tanımışdır. Övladı olmadığı üçün həmin şəxs onu müalicə etdirmiş və nəticədə onun övladı olmuşdur. Faysal onun taksi fəaliyyəti ilə məşğul olmasını bilmişdir. Bir müddət sonra Faysal Hüseynli ona “whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək Azərbaycana qonaqlarının gələciyini və həmin qonaqları hava limanından qarşılayıb Bakı şəhəri, Nərimanov rayonunda yerləşən otelə aparmağını istəmiş və bunun müqabilində ona 30 manat vermişdir. Bu hadisədən təxminən iki gün sonra Faysal ona zəng edərək həmin qonaqların iki nəfər qonağını da Bakı şəhəri, Həzi Aslanov qəsəbəsində restorana apamağı xahiş etmişdir. O, da həmin qonaqları deyilən ünvana aparmış, daha sonra otelə geri qaytarmışdır. Daha sonra Faysal onun elanında olan turlarla maraqlanmış və qonaqlarını gəzdirib-gəzdirə bilməməsi barədə soruşmuş, o da aparıb gəzdirə biləcəyini bildirmişdir. Həmin şəxsləri Lənkəran-Astara istiqamətində gəzməyə aparmış və o, şəxslər Lənkəranda ev tutub bir neçə gün orada qalmışlar. Faysal Hüseynli təkrar olaraq ona zəng edərək Bakıdan digər şəxslərin həmin şəxslərin yanına gəlmələri üçün ondan taksi sifariş verməsini istəmiş, o, da dostu Xalid adlı şəxsə demiş, Xalid həmin şəxsləri Lənkəran şəhərinə gətirmişdir. Bakıya qayıdan zaman Faysal ona zəng etmiş və qonaqları Gədəbəy turuna getmək üçün Ağstafa rayonuna aparmasını xahiş etmiş və Ağstafa şəhərində həmin qonaqları tur avtobusunun gözləməsini bildirmişdir. O, da razılıq vermişdir. Həmin qonaqları Ağstafa rayonuna apararkən, Şəmkir rayonunda olan zaman Faysal ona konum ataraq qonaqları həmin konuma aparmasını bildirmişdir. O, da Amar, Merendi və digər 3 nəfər şəxsi, həmçinin dostu Xalid də 4 nəfər şəxsi Ağstafa rayonunun Sadıqlı kəndinin girəcəyində yerləşən qəbiristanlığa çatmamış düşürdüb qayıdan zaman onları postda saxlamışlar. Ondan adam gətirib gətirməməsini soruşduqda o, həmin adamları gətirməsini bildirmişdir. Bundan sonra onu hərbi hissəyə aparıb ifadəsini almışlar. Həmin şəxslərin niyyətinin sərhəd keçmək olmasını əvvəlcə bilməmiş, Ağstafa rayonunda olanda ona məlum olmuşdur ki, bu şəxslər qanunsuz sərhəd keçmək istəyir. Onun adına Unibank kartı olmuş, Kapital Bank kartı isə Faysal Hüseynovun göndərdiyi Qönçə İslamova adlı tanımadığı şəxsin adına olmuşdur. Həmin əcnəbilər ona pul verən zaman o, həmin pulları Qönçə İslamovanın adına olan karta yükləmişdir. Əməlindən peşmandır, gələcəkdə bir daha qanunsuz əməllərə yol verməyəcəkdir, himayəsində bir azyaşlı uşağı var. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun dostudur. Tural ona zəng edərək Lənkəran şəhərinə taksi kimi bir neçə şəxsin aparılacağını bildirmiş, o da razı olmuşdur. Həmin şəxsləri özünə məxsus “Toyota Corolla” markalı avtomobil ilə Lənkəran şəhərinə düşürdüb, Lənkəran rayonu İyvəsəl kəndində yaşayan bibisi gilə gedib bir gün orada qalmış, Tural isə həmin gecəni oteldə qalmışdır. Həmin şəxsləri Lənkərana gətirdiyi üçün Tural ona 100 manat pul vermişdir. Səhəri gün Tural ona zəng edərək həmin şəxsləri Ağstafa rayonuna aparmaq lazım olduğunu bildirmiş, o da həmin şəxsləri Tural ilə birgə Ağstafa rayonu Sadıqlı kəndinə düşürmüşdür. Həmin şəxsləri düşürdüb qayıdan zaman o, avtomobildə tək olmuş, Tural isə idarə etdiyi avtomobildə qaynatası ilə birgə olmuşdur. Turalın qaynatası Lənkəran şəhərindən Bakıya getmək istədiyi üçün onun avtomobilində olmuşdur. Bakıya qayıdan zaman Şəmkir rayonunda onları saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissəsinin rəisi X14 ifadəsində göstərmişdir ki, 06 may 2023-cü il tarixdə saat 21-22 radələrində Sadıqlı kənd qəbiristanlığı yaxınlığında dövlət sərhəd xidmətini qanunsuz keçməyə cəhd göstərən 10 miqrantdan 9-u onun özünün və zastavasının heyyəti tərəfindən tutulmuş, biri isə qaçıb gizlənmişdir. Həmin şəxs isə ertəsi gün səhər 5 radələrində tutulmuşdur. Həmin şəxsləri tutduqdan sonra onların mobil telefonuna baxış keçirilmiş və mobil telefonda Azərbaycan seriyası ilə avtomobillərin olduğunu və mobil nömrlərin olduğunu görmüşdür. Bu barədə əməliyyat heyyətinə məlumat vermişdir. Ona bələdçinin Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının əsgəri Şahid5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər görməmişdir. 06 may 2023-cü il tarixdə axşam saat 21-22 radələrində xidmətdə olan zaman o, digər əsgər yoldaşları ilə birlikdə 10 nəfər xarici vətəndaşı 13-cü sahə deyilən ərazidə dövlət sərhədini qanunsuz keçmək istəyərkən müşahidə etmiş, 9 nəfər xarici vətəndaş tərəflərindən saxlanılmış, bir nəfər isə qaçıb gizlənmişdir. Həmin şəxs ertəsi gün səhər 4-5 radələrinə saxlanılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun kürəkəni – qızı X7 əridir. Tural ailəsinin maddi ehtiyaclarını qarşılaya bilmək üçün bir neçə il əvvəl müxtəlif avtomobillər icarəyə götürüb Bakı şəhəri ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə, eyni zamanda Lənkəran rayonuna sərnişindaşıma fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Tural və Gülnarın uzun müddət övladı olmadığı üçün çoxsaylı müalicələr qəbul etmiş, nəticədə 2022-ci ilin sonlarında qızı hamilə qalmışdır. X23 Respublikası vətəndaşı Hüseyn Faisalı tanımamış, aralarında heç bir münasibət olmamışdır. 2023-cü ilin may ayının əvvəllərində Turala Lənkəran rayonu Viravul kəndində yerləşən evinə gedəcəyini, əgər Lənkəran rayonuna müştəri aparacaqsa, onu da aparmasını xahiş etmişdir. Təxminən 1-2 gün sonra Tural onunla əlaqə yaradıb yaşadığı ünvan 3 ünvanına gəlmiş və ona Lənkəran rayonuna müştəri aparacağı barədə məlumat vermişdir. Turalın avtomobilinə əyləşdikdən sonra Lənkəran rayonu istiqamətində hərəkətə başlamışlar. Bu zaman Turalın avtomobilində olan şəxslərin əcnəbi olduqlarını görsə də, dillərini başa düşmədiyi üçün onlarla hər hansı formada əlaqə yaratmamış, ünsiyyətə girməmişdir. Yolda olarkən əcnəbilərin hər birinin pasportu özlərində olmuş, onlardan hər hansı sənəd götürüldüyünü görməmişdir. Bakı şəhərindən çıxdıqdan sonra Tural “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanışlarından biri ilə əlaqə yaradıb danışmış, ancaq buna əhəmiyyət vermədiyindən hansı məzmunda söhbət etdiklərini bilməmişdir. Daha sonra Tural mobil telefonunu əcnəbilərdən birinə uzadıb telefonun digər tərəfində olan şəxs ilə danışmasına şərait yaratmışdır. Həmin şəxs bir neçə dəqiqə öz dilində nə isə danışdıqdan sonra əcnəbilərdən 3-ü həm manat, həm də ABŞ dolları şəklində pul toplayıb Turala vermişlər. Əcnəbiləri Lənkəran rayonu Şiləvar kəndinə aparıb Turalın əvvəlcədən kirayələdiyi evə yerləşdirdikdən sonra Turalla birlikdə Lənkəran rayonu Viravul kəndində yerləşən özünə məxsus evə gedərək orada gecələmişlər. 06 may 2023cü il tarixdə saat 12:30 radələrində Tural və sonradan dostu olduğunu bildiyi Xalid adlı şəxsin idarə etdiyi avtomobillərlə onun evinə gəlmiş, Turalın avtomobilinə əyləşdikdən sonra kürəkəni ona əcnəbiləri Ağstafa rayonu Sadıqlı kəndinə aparmalı olduqlarını, yalnız bundan sonra Bakı şəhərinə gedəcəklərini bildirmişdir. Tural ilə əcnəbilərin Ağstafa rayonuna çatdırılmaları ilə bağlı razılaşmış, ancaq hansı məqsədlə oraya getmələrindən tamamilə məlumatsız olmuşdur. Həmin gün saat 21:00 radələrində Ağstafa rayonu ərazisində yerləşən avtovağzala çatdıqda Tural “Whatsapp” sosial şəbəkəsi vasitəsilə kiminləsə əlaqə yaradıb bu barədə məlumat vermiş, bundan sonra onlar rayonun Sadıqlı kəndində yerləşən qəbiristanlığının yaxınlığına gedərək orada gözləməyə başlamışlar. Orada olarkən əcnəbilərin turist kimi rayona aparıldıqlarını zənn etmişdir. Daha sonra Tural yenidən kiminləsə əlaqə yaradıb mobil telefonu əcnəbilərdən birinə ötürmüş və onlar öz dillərində danışmışlar. Ardınca əcnəbiləri qəbiristanlığın yaxınlığında avtomobillərdən düşürüb Bakı şəhərinə yola düşmüşlər. “Şəmkir postu” adlandırılan yerə çatan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, sonra isə sərhədçilər tərəfindən Şəmkir rayonu ərazisində yerləşən hərbi hissələrdən birinə aparılmışlar. Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Sadıqlı kəndində olduqları yerin giriş-çıxış üçün insanlara açıq olmuş, kəndə gedərkən hər hansı post, sərhəd nəzarət-buraxılış məntəqəsi və ya yoxlanış üçün digər obyekt ilə qarşılaşmamış və görməmiş, kəndin girişində dəmiryolu keçidi olmuş və orada ərazini müşahidə etmək məqsədilə bir nəfər əsgər dayanmış, lakin kəndə girib-çıxan maşınları yoxlamamışdır. Əcnəbiləri Ağstafa rayonu Sadıqlı kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığına aparan zaman onlara heç kim xəbərdarlıq etməmiş, qeyd edilən əraziyə keçməyi qadağan etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Diviziyasının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasında müddətli həqiqi hərbi qulluqçusudur. 06 may 2023-cü il tarixdə növbətçioperator əsgər kimi növbədə olmuşdur. Bu zaman Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd edən əcnəbi vətəndaşları aşkar etmişdir. Onları aşkar edən kimi zastavanın texniki qrup komandiri, gizir Şahid5 bu barədə məlumat vermiş, Şahid5 isə öz növbəsində zastava rəisi, baş leytenant X11 məruzə etmişdir. Ancaq əcnəbilərin saxlanılma əməliyyatında o, iştirak etməmişdir. Həmin şəxslər dövlət sərhədindən təxminən 200 metr aralıda Ağstafa rayonu Sadıqlı kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılmış, aşkar edildikləri yer isə bir qədər uzaqda, yəni dövlət sərhədindən təxminən 500 metr aralıda qəbiristanlığa gedən yol istiqamətində olmuşdur. Sonradan ona məlum olmuşdur ki, əcnəbilərdən 7 nəfər sərhədçilərin yaxınlaşdıqlarını görən kimi əllərini yuxarı qaldıraraq təslim olub dayanmış, digər 3 nəfər isə “Dayan” əmrinə tabe olmadan qaçmağa cəhd etmişlər. Ancaq qaçmağa cəhd edən sərhəd pozucuları da qısa zamanda tutulmuşlar. Sərhəd pozucuları saxlanılarkən üzələrində pal-paltar, ayaqqabı, telefon, ətir, su kimi şəxsi tələbat əşyaları və miqdarını bilmədiyi pul aşkar edilmişdir. Həmin şəxslərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozacaqları barədə əvvəlcədən məlumatları olmamışdır. Sərhəd pozucuları saxlanılarkən ətrafda və ya yanlarında başqa heç kim olmamış, onların üzərlərindən xarici pasportları aşkar edilmişdir. Sərhəd pozucularına qarşı hər hansı zor tətbiq edilməmiş, sadəcə saxlanılaraq dövlət sərhədini qanunsuz olaraq keçmələrinin qarşısı alınmışdır. Sərhəd pozucuları saxlanılarkən onları müşayiət edən şəxslər görüntüdə aşkar edilməmiş, əcnəbiləri əvvəllər görməmişdir. İbtidai istintaq zamanı şahid qisminə dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 Əsgərin (Şahid3 Asghar) ifadəsindən görünür ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs, X13, Şahid2 və Pakistan İslam Respublikası X27 Rəhmanı əvvəllər tanımamış, həmin şəxslərlə arasında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 5-6 il əvvəl işləmək üçün qanuni yolla Azərbaycan Respublikasına gəlmiş və bu ölkədə müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə müraciət etmişdir. Müraciətinə cavab verilərək ölkə ərazisində yaşamasına icazə verilmişdir. Bundan sonra dostu Mühəbbət Əli ilə birlikdə xırda ticarətlə məşğul olmağa başlamışdır. Sonuncu dəfə ona 06 sentyabr 2023-cü il tarixdə qohumluq münasibətinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim olunmuşdur. 2020-ci ildə “Binə bazarı” adlanan yerdə dostu Mühəbbət Əlinin dərziliklə məşğul olan mərhum Suqra adlı qadının bacısı Qonça ilə tanış olmuş və təxminən 5-6 ay sonra, yəni 2021-ci ilin mart ayında ailə qurmuşlar. 15 avqust 2023-cü il tarixdə həmin evlilikdən Rida adı verdikləri qızı dünyaya gəlmişdir. Hazırda arvadı və körpə uşağı ilə birlikdə ünvan 5 ünvanında yaşayır və vergi məsələlərini onun adına sənədləşdirməklə fəaliyyət göstərən Bakı şəhəri Nizami rayonu B.Səfəroğlu küçəsindəki mini marketdə Pakistan İslam Respublikasından gətirilmiş ərzaq və geyim mallarının satışı ilə məşğul olur. Xatırladığı qədəri ilə 2023-cü ilin aprelmay aylarında yaşadıqları evin yaxınlığında "xxxx" ASC-nin filialı açılmışdır. Həmin vaxt arvadı yığdığı pulları saxlamaq üçün öz adına debet hesab açdırmaq məqsədilə banka müraciət etmiş, bir neçə gün sonra arvadına plastik bank kartı təqdim olunmuşdur. Bundan sonra Qonça yığdığı pulları həmin kartın hesabına köçürərək nağdsız əməliyyatları və gündəlik hesablaşmaları həmin kart vasitəsilə ödəyəcəyini demişdir. Plastik kart Qonçanın özündə saxlanılsa da, bəzən lazım olduqda kartı Qonçadan almış və istifadə etdikdən sonra geri qaytarmışdır. Belə ki, mağazaya gələn müştərilər ödənişi nağdsız həyata keçirdikdə pullar mağazanın "xxxx" ASC-də arvadının adına olan hesabına köçmüş, o isə həmin məbləği nağdlaşdırmaq üçün 4169-7388-7482-9116 PAN nömrəli kartdan istifadə etmişdir. Bundan başqa onun Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər hansı bankda adına hesab açdırmamışdır. Kartın özünü arvadından aldıqdan sonra fiziki olaraq heç kimə verməmiş, yalnız özündə saxlamışdır. Bundan başqa Şahid3 Əsgər ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə arasında heç bir münasibət olmamışdır. O, həmin şəxslə heç vaxt əlaqədə olmamış, arvadına məxsus bank kartının nömrəsini heç kimə göndərməmişdir. Kartı arvadından alıb istifadə etdikdən sonra yenidən özünə qaytarmış, başqa heç kimə verməmişdir. Ancaq, ola bilsin ki, kartın nömrəsini köçürmə etməsi üçün Hüseyn Faysal adlı şəxslə ortaq tanışlıq münasibəti olan kiməsə göndərmiş, kartın nömrəsi həmin şəxs tərəfindən Hüseyn Faysala, sonuncu vasitəsilə isə Təqsirləndirilən şəxs bildirilmişdir. Arvadına məxsus bank kartının nömrəsini pul köçürülməsi və ya digər məqsədlə kiməsə bildirməmiş və ya hər hansı yolla göndərməmişdir. Əvvəllər bəzi tanışları dəfələrlə ondan kartının hesabına pul köçürülməsini, həmin pulu nağdlaşdırıb verməsini xahiş etmiş, buna razılıq verməklə müxtəlif tarixlərdə ayrı-ayrı şəxslərə bu istiqamətdə köməklik etmiş, bu köməkliyi edən zaman hər hansı maddi gözləntisi olmamış, pul əldə etməyi düşünməmiş və maraqlanmışdır. Ola bilsin ki, Hüseyn Faysal adlı şəxslə ortaq tanışlarının xahişi əsasında arvadına məxsus kartın hesabına köçürülən pulu nağdlaşdırıb həmin şəxslərə vermişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “Qazax” X3 N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Sadıqlı kəndi ərazisində yerləşən 2ci sərhəd komendantlığının 16-cı sərhəd zastavasının 2-ci sahəsidir. Dövlət sərhədi xətti “R-17” şərti adı ilə adlandırılmış su kanalından keçir. Sərhəd pozucularının saxlanıldığı ərazi kolluq və ağaclıq sahə olmaqla dövlət sərhədindən 200 metr aralıdadır. Ərazi sərhəd zastavasının dislokasiya yerindən 3000 metr, Ağstafa rayonu Sadıqlı kəndindən 150-200 metr, “Dilbaz” atçılıq kompleksindən 2000 metr, Ağstafa rayonu Böyük Kəsik kəndindən 3090 metr məsafədə Sadıqlı kənd qəbiristanlığının yaxınlığında yerləşir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş 27 may 2023-cü il tarixli 3-38/1-3641/23 nömrəli məktubdan görünür ki, xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının dövlət sərhədindən hərəkətləri barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) edilmiş çıxarışlar 1 (bir) ədəd kompakt diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat- Axtarış Baş İdarəsindən 27 may 2023-cü il tarixli məktubla daxil olaraq iş materiallarına əlavə edilmiş 1 (bir) ədəd kompakt diskə 14 iyun 2023-cü il tarixdə baxılmış, baxış keçirilərkən diskin içərisindəki “xlsx” uzantılı, “ALİYEV VUGAR”, “AMAN”, “HUSSAİN FAİSAL”, “NADİRLİ KHALİD”, “NARENDER KUMAR”, “X35”, “OLİ GOBİNDA”, “OLİ GOPAL”, “PANDİT SANJAYA”, “PUN BİBEK”, “SARKİ SHRAWAN”, “SUNAR ASHİK” və THAPA DİPAK” adlı fayllar açıldıqda içərilərində adları qeyd edilən şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən hərəkətləri barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) əldə edilmiş məlumatlara dair çıxarışlar müəyyən edilmişdir. Belə ki, “AMAN” adlı fayl açılıb baxış keçirilərkən Aman Amanın 29 aprel 2023-cü il tarixdə saat 10:58-də H.Əliyev adına X10 Hindistan Respublikası tərəfindən verilmiş T7324169 nömrəli pasportla X1 gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “NARENDER KUMAR” adlı fayl açılıb baxış keçirilərkən Narender Kumarın sonuncu dəfə 29 aprel 2023cü il tarixdə saat 10:57-də H.Əliyev adına X10 Hindistan Respublikası tərəfindən verilmiş T5143957 nömrəli pasportla X1 gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “X35” adlı fayl açılıb baxış keçirilərkən X29 sonuncu dəfə 08 aprel 2023-cü il tarixdə saat 16:57-də H.Əliyev adına X10 X9 Respublikası tərəfindən verilmiş 09682776 nömrəli pasportla X1 gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “OLİ GOBİNDA” adlı fayl açılıb baxış keçirilərkən Oli Gobındanın sonuncu dəfə 17 aprel 2023-cü il tarixdə saat 16:08-də H.Əliyev adına X10 X9 Respublikası tərəfindən verilmiş 08216753 nömrəli pasportla X1 gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “OLİ GOPAL” adlı fayl açılıb baxış keçirilərkən Oli Gopalın sonuncu dəfə 08 aprel 2023-cü il tarixdə saat 16:56-da H.Əliyev adına X10 X9 Respublikası tərəfindən verilmiş 12549321 nömrəli pasportla X1 gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “PANDİT SANJAYA” adlı fayl açılıb baxış keçirilərkən Pandit Sanjayanın sonuncu dəfə 04 aprel 2023-cü il tarixdə saat 16:37-də H.Əliyev adına X10 X9 Respublikası tərəfindən verilmiş 07869331 nömrəli pasportla X1 gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “PUN BİBEK” adlı fayl açılıb baxış keçirilərkən X33 sonuncu dəfə 29 mart 2023-cü il tarixdə saat 11:47-də H.Əliyev adına X10 X9 Respublikası tərəfindən verilmiş 12053166 nömrəli pasportla X4 Dubay şəhərindən gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “SARKİ SHRAWAN” adlı fayl açılıb baxış keçirilərkən Sarki Şravanın sonuncu dəfə 17 aprel 2023-cü il tarixdə saat 11:36-da H.Əliyev adına X10 X9 Respublikası tərəfindən verilmiş PA0508914 nömrəli pasportla X4 Dubay şəhərindən gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “SUNAR ASHİK” adlı fayl açılıb baxış keçirilərkən Sunar Aşiqin sonuncu dəfə 04 aprel 2023-cü il tarixdə saat 16:35-də H.Əliyev adına X10 X9 Respublikası tərəfindən verilmiş 10883919 nömrəli pasportla X1 gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “THAPA DİPAK” adlı fayl açılıb baxış keçirilərkən Tapa Dipakın sonuncu dəfə 05 aprel 2023-cü il tarixdə saat 11:57-də H.Əliyev adına X10 X9 Respublikası tərəfindən verilmiş 12052978 nömrəli pasportla X4 Dubay şəhərindən gələn aviareyslə Azərbaycan Respublikası ərazisinə girişi müəyyən edilmişdir. “HUSSAİN FAİSAL” adlı fayl açılıb baxış keçirilərkən Hüseyn Faysalın sonuncu dəfə 16 noyabr 2022ci il tarixdə saat 16:49-da H.Əliyev adına X10 Pakistan İslam Respublikası tərəfindən verilmiş FN6896373 nömrəli pasportla Rusiya Federasiyasının Yekaterinburq şəhərinə Azərbaycan Respublikası ərazisindən çıxışı müəyyən edilmişdir. İş materiallarında olan mobil rabitə vasitəsindən daxil olmuş diskə baxış keçirilməsi haqqında 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 15 avqust 2023-cü il tarixli 17768 nömrəli məktubla daxil olmuş 1 ədəd kompakt diskə (“CD”-yə) baxış keçirilərkən diskin içərisində olan “14136-xx.xx.2023” adlı “ZİP” uzantılı arxivləşdirilmiş qovluqdakı “adlarina olan nomreler.xls” adlı faylı açıb baxış keçirən zaman açılan “Sheet 1” adlı, 9 (doqquz) sütundan və 13 (on üç) sıradan ibarət cədvəlin birincibeşinci sıralarında qeyd olunan məlumatlara əsasən ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin ünvan 6 ünvanında qeydiyyatda olan xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına, cədvəlin yeddinci və səkkizinci sıralarında qeyd olunan məlumatlara əsasən ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin Lənkəran şəhəri X24 küçəsi ev 214 ünvanında qeydiyyatda olan 22 noyabr 1998-ci il təvəllüdlü X6 adına qeydə alındığı müəyyən edilmişdir. “antena.xlsx” adlı faylı açıb baxış keçirən zaman açılan “Sheet 1” adlı cədvəldə qeyd olunan məlumatlara əsasən Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəsinin 04 may 2023-cü il tarixdə saat 18:47:47-dən 06 may 2023-cü il tarixə saat 12:26:58-dək olan müddətdə Lənkəran rayonu ərazisində müxtəlif ünvanlarda (eləcə də Lənkəran rayonu Şiləvar kəndində), 06 may 2023-cü il tarixdə saat 19:48:08-dən həmin tarixə saat 22:17:21-dək Ağstafa rayonu ərazisində müxtəlif ünvanlarda (eləcə ünvan 11iallarında olan “X15” ASC-dən daxil olmuş 15 sentyabr 2023-cü il tarixli HTİD-OUT-01945-2023 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, bankda Təqsirləndirilən şəxs adına açılmış AZ40UBAZ**********1010AZN001 nömrəli hesaba 05 may 2023-cü il tarixdə 200 manat pul mədaxil olunmuş, həmin tarixdə mədaxil olunan pulun hamısı Lənkəran şəhəri ərazisində yerləşən bankomat (ATM) vasitəsilə nağdlaşdırılmış, 06 may 2023-cü il tarixdə isə həmin hesaba 400 manat və 170 manat olmaqla ümumilikdə 570 manat pul mədaxil olunmuş, həmin tarixdə mədaxil olunan pulun 380 manatı Biləsuvar rayonu ərazisində yerləşən bankomat (ATM) vasitəsilə nağdlaşdırılmışdır. İş materiallarında olan kommersiya bankından daxil olmuş diskə baxış keçirilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, “X15” ASC-dən 15 sentyabr 2023-cü il tarixli HTİD-OUT-01945-2023 nömrəli məktubla daxil olmuş 1 bir ədəd diskin içərisində olan “Təqsirləndirilən şəxs” adlı “xlsx” uzantılı fayldakı “Müştəri məlumatı” adlı səhifəni açıb baxış keçirən zaman açılan cədvəldə Təqsirləndirilən şəxs məlumatlarının əksini tapdığı, “Digər bank ATM” adlı səhifəni açıb baxış keçirən zaman açılan cədvəlin 20-ci sırasında qeyd olunan məlumatlara əsasən isə 06 may 2023-cü il tarixdə saat 14:18:23-də Təqsirləndirilən şəxs məxsus hesabdan "xxxx" ASC-yə aid “A0151007” adlı terminal vasitəsilə 380 manat pulun nağdlaşdırıldığı müəyyən edilmişdir. İş materiallarında olan kommersiya bankından daxil olmuş diskə baxış keçirilməsi haqqında 25 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən 20 sentyabr 2023-cü il tarixli 2023/111/8452 nömrəli məktubla daxil olmuş 1 bir ədəd diskin içərisində olan “Baş prokurorluq daxil olma 2023-15786 disk” adlı qovluqdakı “Baş prokurorluq **********829116 daxil olma 2023-15786” adlı “xlsx” uzantılı faylı açıb baxış keçirən zaman açılan “Sheet 1 (2)” adlı cədvəldə X2 məlumatlarının əksini tapdığı müəyyən edilmişdir. Həmçinin həmin fayla baxış keçirilərkən X5 məxsus 4169- 73******9116 nömrəli kartın hesabına 29 aprel 2023-cü il tarixdə saat 13:57:33-də 285 manat, 01 may 2023-cü il tarixdə saat 16:21:49-da və 04 may 2023-cü il tarixdə saat 20:00:38-də ayrı-ayrılıqda 300 manat pul mədaxil olunduğu müəyyən edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarında İran İslam Respublikası ərazisində fəaliyyət göstərən mobil operatorlardan birinə məxsus olduğu qeyd edilən və X30 Rehmanın istifadəsində olduğu bildirilən “+**********44” mobil nömrəsi internet şəbəkəsinə çıxışı olan mobil telefona quraşdırılmış “GetContact” mobil tətbiqetməsinin axtarış hissəsinə daxil edilib axtarış etməklə yoxladıqda nəticə kimi “Dr.hussain” adının qeyd olunduğu müəyyən edilmişdir. Həmin mobil tətbiqetmədə axtarışın nəticəsinin qeyd edildiyi səhifənin ekran görüntüsü (skrinşotu) çəkilərək kağız halında çap edilib cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 15 sentyabr 2023cü il tarixli protokoldan görünür ki, X2 iştirakı ilə ona məxsus 1 ədəd “i-Phone 12 Pro” markalı, “**********14859/**********86915” “İMEİ” kodlu, bel rəngli mobil telefona baxış keçirilərkən telefonun menyusunda yer alan “BirBank” mobil tətbiqi vasitəsilə Qonça İslamovaya məxsus "xxxx" ASC-yə aid 4169-7384-7482-9116 PAN nömrəli bank kartı ilə nağdsız əməliyyatlar və hesablaşmalar aparıldığı müəyyən edilmişdir. Mobil tətbiqin “Çıxarış” hissəsinə daxil olaraq 01 aprel 2023-cü il və 30 aprel 2023-cü il tarixləri aralığında olan əməliyyat və hesablaşmalara baxış keçirilən zaman Qonça İslamovaya məxsus kartın hesabına terminal vasitəsilə 29 aprel 2023-cü il tarixdə saat 13:57-də 285 manat pul mədaxil olunduğu müəyyən edilmişdir. Mobil tətbiqin “Çıxarış” hissəsinə daxil olaraq 01 may 2023-cü il və 31 may 2023-cü il tarixləri aralığında olan dövrə aid əməliyyat və hesablaşmalara baxış keçirilən zaman Qonça İslamovaya məxsus kartın hesabına terminal vasitəsilə 01 may 2023-cü il tarixdə saat 16:21-də 500 manat, 04 may 2023-cü il tarixdə saat 20:00-da isə 300 manat pul mədaxil olunduğu müəyyən edilmişdir. İş materiallarında olan 07 may 2023-cü il tarixli raportdan görünür ki, 06 may 2023cü il tarixdə saat 21:59-da Dövlət Sərhəd Xidmətinin “Qazax” X3 3-cü sərhəd komendantlığının Ağstafa rayonu Sadıqlı kəndində yerləşən 16-cı sərhəd zastavasının “NO” sərhəd naryadı xidmətini təşkil edən əsgər Şahid4 tərəfindən 12-ci sahədə Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində hərəkət edən 10 nəfər şübhəli şəxs müşahidə edilmiş, saat 22:00-da sərhəd zastavası “Silaha” komandasına qaldırılmış və 13-14-cü sahələrdə xidmət aparan “S6” sərhəd naryadı daxil olmaqla “HQ” və “HPD” sərhəd naryadları sərhəd pozucularının müşahidə olunduqları sahəyə doğru hərəkət etmiş, saat 22:20-də müşahidə olunan sərhəd pozucularından 9 nəfəri “HQ” sərhəd naryadı tərəfindən saxlanılmış, 1 nəfər sərhəd pozucusu qaçaraq 9cu sahə istiqamətində gizlənmişdir. Sərhəd naryadları tərəfindən qapadılmış ərazidə sərhəd axtarışı aparılarkən 1 nəfər sərhəd pozucusu 07 may 2023-cü il tarixdə saat 03:54-də sərhəd zastavasının 8-ci sahəsində “HPD” sərhəd naryadı tərəfindən saxlanılmışdır. İş materiallarında olan Dövlət Sərhəd Xidmətindən daxil olmuş 21 avqust 2023-cü il tarixli 3-38/3-2-1894/23 nömrəli məktubdan görünür ki, 06 may 2023-cü il tarixdə saat 21:59-da N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının “operator-növbətçisi” xidmətini təşkil edən əsgər Şahid4 tərəfindən 12-ci sahə istiqamətində Azərbaycan Respublikasından Gürcüstan Respublikasına doğru 10 nəfər şəxsin hərəkəti müşahidə edilmiş, sərhəd zastavası “Silaha” komandasına qalxaraq dövlət sərhədini pozmağa cəhd edən şübhəli şəxsləri dövlət sərhəd xəttindən təxminən 80-100 metr məsafədə saxlamışlar. Saxlanılmış 10 nəfər əcnəbi vətəndaşların üzərlərində və ya onlar tərəfindən əraziyə atılmış hər hansı növ odlu silah və ya onun komplekt hissələri, habelə narkotik vasitə və ya psixotrop maddələr aşkar edilməmişdir. Saxlanılmış əcnəbi vətəndaşlar Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına fiziki zor və ya zor tətbiqi hədəsi göstərməmişlər. Ağstafa rayonu Sadıqlı kəndi ərazisindən Azərbaycan Respublikasından Gürcüstan Respublikasına qanunsuz yolla keçməyə cəhd edən şəxslərin saxlanıldıqları yerə ən yaxın nəzarət məntəqəsi “Sadıqlı” dövlət sərhədindən buraxılış məntəqəsi yerləşir. Koordinatları: 39o22`42”N 45o08`08”E. Əcnəbilərin saxlanıldığı əraziyə qədər olan məsafə 1100 metrdir. Ərazini müşahidə edən 10 kilometrlik “PTZ” tipli termal kameranın yaddaş qurğusunda vidogörüntülərin 15 günədək saxlanması səbəbindən dövlət sərhədini pozmağa cəhd edən əcnəbi vətəndaşların videogörüntülərini əldə etmək mümkün olmamışdır. Əcnəbi vətəndaşları Ağstafa rayonu Sadıqlı kəndində yerləşən qəbiristanlığın yaxınlığına gətirən taksi sürücüləri Təqsirləndirilən şəxs, X13 və Şahid2 sərhəd mühafizə xidməti və yerli sakinlər tərəfindən müşahidə olunma halları qeydə alınmamışdır. Araşdırmalar zamanı əcnəbi vətəndaşların Azərbaycan Respublikası ərazisindən Gürcüstan Respublikası ərazisinə keçməyə cəhd etmələri zamanı sürücülər Təqsirləndirilən şəxs və X19 kəndi ərazisindəki asfalt yolda əcnəbiləri avtomaşından düşürərək dövlət sərhədi istiqamətində yerləşən Sadıqlı kənd qəbiristanlığından dövlət sərhədini keçə biləcəklərini onlara göstərmələri məlum olmuşdur. Saxlanılmış əcnəbi vətəndaşların xidməti əraziyə gəlmələri ilkin hal kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 20 iyun 2023-cü il tarixli 23-03-xx-xx- 000571 nömrəli məktuba əlavə edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) altsistemlərindən əldə olunan məlumatlardan görünür ki, Narender Kumar (Narender Kumar) 29 aprel 2023-cü il tarixdə saat 10:57-də T5143957 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 31 may 2023-cü il tarixdə saat 16:25-də həmin pasportla ölkədən getmiş, Aman Aman (Aman Aman) 29 aprel 2023-cü il tarixdə saat 10:58-də T7324169 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 31 may 2023-cü il tarixdə saat 16:26-da həmin pasportla ölkədən getmiş, Sarki Şravan (Sarki Shrawan) 17 aprel 2023-cü il tarixdə saat 11:36-da PA0508914 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 29 may 2023-cü il tarixdə saat 14:43-də həmin pasportla ölkədən getmiş, Tapa Dipak (Thapa Dıpak) 05 aprel 2023-cü il tarixdə saat 11:57-də 12052978 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 31 may 2023-cü il tarixdə saat 14:45-də həmin pasportla ölkədən getmiş, Oli Gobinda (Olı Gobında) 17 aprel 2023-cü il tarixdə saat 16:08-də 08216753 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 31 may 2023-cü il tarixdə saat 14:40-da həmin pasportla ölkədən getmiş, X42 (X41) 29 mart 2023-cü il tarixdə saat 11:47-də 12053166 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 31 may 2023-cü il tarixdə saat 14:42-də həmin pasportla ölkədən getmiş, Sunar Aşiq (Sunar Ashık) 04 aprel 2023-cü il tarixdə saat 16:35-də 10883919 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 31 may 2023-cü il tarixdə saat 14:42-də həmin pasportla ölkədən getmiş, X35 (X36) 08 aprel 2023-cü il tarixdə saat 16:57-də 09682776 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 31 may 2023-cü il tarixdə saat 11:46-da həmin pasportla ölkədən getmiş, Pandit Sanjaya (Pandıt Sanjaya) 04 aprel 2023-cü il tarixdə saat 16:37-də 07869331 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 31 may 2023-cü il tarixdə saat 14:43-də həmin pasportla ölkədən getmiş, Oli Gopal (Olı Gopal) 08 aprel 2023-cü il tarixdə saat 16:56-da 12549321 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş, 31 may 2023-cü il tarixdə saat 11:41-də həmin pasportla ölkədən getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 01 sentyabr 2023-cü il tarixli 2-2/2- 013030/2023 nömrəli məktuba əlavə edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) altsistemlərindən əldə olunan məlumatlardan görünür ki, X27 Rəhman 02 yanvar 2023-cü il tarixdə saat 05:25-də BL6895963 nömrəli pasportla Azərbaycan Respublikasına gəlmiş və 07 yanvar 2023-cü il tarixdə saat 10:32-də həmin pasportla ölkədən getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 20 iyun 2023-cü il tarixli 23-03-xx-xx- 000571 nömrəli məktuba əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü Rüqəyya Ağayeva adlı bir uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs atası X16 İ qrup müharibə əlilidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdən həbsdədir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Pakistan İslam Respublikası vətəndaşı X27 Rəhman və qeyriləri barəsində hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 32.5,29,318.2 və 318-1.1-ci maddələri ilə həmçinin Pakistan İslam Respublikası vətəndaşı X25 barəsində hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 318-1.2.3-cü maddələri ilə ayrıca icraatda cinayət işi ayrılmış, təqsirləndirilən şəxs X26 barəsində Azərbaycan Respublikası CPM-nin 178.1-ci maddəsi ilə, Çaulaqayn Rabi, X37 və X32 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə, X13 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 32.5,29,318.2 və 318-1.1-ci maddələri ilə, X8 və Şahid3 Əsgər barəsində Azərbaycan Respublikası CM-nin 32.5,29,318.2 və 318-1.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 32.5,29,318.2 və 318- 1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 32.5,29,318.2 və 318-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, atasının İ qrup müharibə əlili olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz miqrasiyanı təşkil etməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər iki maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət təyin olunmuş cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 318-1.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu cəmi 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-24/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-24/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver