Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-114/2023 12.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1990-cı il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonunun Rəncbərlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə saat 14 radələrində işlədiyi Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən avtomobil yuma sexində olan zaman X2 özünə məxsus “Daimler Chraysler C180” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini ona yuyub təmizləməsi üçün vermiş, Rövşən Əhmədov həmin avtomobili yuduqdan sonra qəsdən talama məqsədi olmadan qanunsuz olaraq heç bir icazə almadan sərxoş vəziyyətdə sükan arxasına keçmiş və Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisindən keçən hissəsində təxminən 150-160 km/saat sürətlə Ağdam rayonu istiqamətində idarə edərkən qarşı hərəkət zolağında onunla eyni istiqamətdə hərəkətdə olan Ağcabədi rayon, Hindarx qəsəbə sakini Şahid2 təxminən 50 km/saat sürətlə idarə etdiyi İj 27175-030 yük markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə toqquşmuş, idarəetməni itirərək yolun sol tərəfində yerələşən Ağcabədi rayon, Hindarx qəsəbə sakini Şahid1 Abdüləli oğluna məxsus ərzaq mağazasına dəymiş, hərəkətini davam edərək yolun kənarında dayanmış vəziyyətdə olan Ağcabədi rayon Hindarx qəsəbə sakini Şahid3 məxsus VAZ-2101 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşmış, nəticədə Mehman Quluyevə xeyli miqdarda, yəni 12000 manat maddi ziyan vuraraq talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən «Qarabağ» adlanan kafenin yanında avtomobil yuma sexində işləyir. 27 fevral 2022-ci il tarixdə saat 12 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs özünə məxsus “Daimler Chraysler” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə sexə gələrək kafedə yemək yeyəcəyini və avtomaşınını yumasını, daha sonra avtomobilin salonunu kimyəvi təmizləyici vasitə ilə təmizləməsini ona demişdir. O, avtomobilə əyləşib idarə edərək «yamada» saxlamış və yumağa başlamışdır. O, maşını yuyan zaman Mehman onu kafeyə çağıraraq birlikdə spirtli içki qəbul etmişlər. Daha sonra yenidən maşını yumağa qayıtmış, bir qədər sonra Mehmana maşının hazır olduğunu, lakin şampun olmadığından salonu təmizləyə bilmədiyini demiş, Mehman ona 50 manat pul verib kafenin pulunu ödəmyi, qalan pula şampun alıb avtomobilin salonunu təmizləməsini xahiş etmişdir. O, pulu aldıqdan sonra Mehmana məxsus avtomobilə əyləşərək şampun almaq üçün avtomobilli Ağcabədi rayon Hindarx qəsəbəsi istiqamətinə idarə etmişdir. Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində Ağdam rayonu istiqamətində avtomobili təxminən 200 km.saat sürətlə idarə edərkən idarə etməni itirmiş, idarə etdiyi avtomaşın yolun kənarında dayanmış avtomobillərə və mağazaya dəymişdir. Həmin vaxt xəsarət alaraq hüşünü itirmiş və daha sonra nə baş verməsini xatırlamamışdır. Sonradan onu avtomobildən çıxarıb rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə nəticəsində sağ ayağı üç yerdən sınmış, bir neçə dəfə əməliyyat olunmuş və yenə də əməliyyat olunacaqdır. Zərərçəkmiş şəxs avtomaşını ilə şampun almaq üçün Ağcabədi rayon Hindarx qəsəbəsi istiqamətinə getməsindən Zərərçəkmiş şəxs xəbəri olmamışdır. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmiş, hadisə ilə əlaqədar üzr istəyərək onunla barışmış və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özünə məxsus “Daimler Chraysler” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 27 fevral 2022-ci il tarixdə saat 13 radələrində özünə məxsus avtomobili yuduzdurmaq üçün Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən avtoyuma sexinə gəlmiş və avtoyuma sexində işləyən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobili yumasını xahiş etmişdir. Rövşən ona məxsus avtomobilə əyləşib idarə edərək avtoyuma sexinə qaldırmış, o da avtomaşın yuyulana kimi çay içmək üçün kafeyə getmişdir. Kafedə olarkən Rövşən kafeyə gəlib avtomobilin qapılarını təmizləməsi üçün dərman almaqdan ötrü ondan 10 manat pul istəmiş, o da xırda pulu olmadığı üçün 1 ədəd 50 manatlıq pul əskinazını Rövşənə vermişdir. Saat 13:30 radələrində kafedən çıxmış və avtomobilinin avtoyama sexində olmadığını görmüşdür. Ətrafa baxmış avtomaşını görməmiş, kənarda olan adamlar toplaşmış, heç kim maşından bir söz deməmişdir. Bundan sonra, DİN-nin 102 xidmətinə zəng edib avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Bundan 5-6 dəqiqə sonra polis əməkdaşları gəlmiş, o, baş verənləri danışmış, həmin vaxt polis əməkdaşları ona avtoyuma sexində işləyən şəxsin ona məxsus avtomobillə Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi törətməsini bildirmişlər. O, hadisə yerinə getmiş və ona məxsus avtomobilin iki avtomaşınla toqquşmasını və yararsız hala düşməsini görmüşdür. Təqsirləndirilən şəxs ona məxsus avtomobili ondan icazəsiz və onun xəbəri olmadan idarə etmişdir. Hadisə nəticəsində ona 12000 manat ziyan dəymişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, ondan üzr istəmiş, o da Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Həmçinin cinayət işinin ibtidai istintaqı zamanı ona dəymiş ziyanla bağlı mülki iddiaçı kimi tanınmışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən mülki iddiadan da imtina edir. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Abdüləli oğlu ifadəsində göstərdi ki, Ağcabədi rayon Hindarx qəsəbəsində yaşayır, qəsəbədən keçən yolun kənarında mişar daşından tikilmiş özünə məxsus ərzaq mağazası vardır. Həmin mağazada ərzaq məhsullarının, gündəlik təlabat mallarının satışı ilə məşqul olur. 27 fevral 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman oğlu Asiman ona zəng edib yol nəqliyyat hadisəsinin baş verdiyini, avtomobillərdən birinin ona məxsus mağazanı dağıtdığını bildirmişdir. O, mağazanın qarşısına getmiş və “Daimler Chraysler” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə gəlib, yolda hərəkətdə olan “İj” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsini, daha sonra ona məxsus mağazanı vurub dağıtmasını, bundan sonra yolun kənarında dayanan “Vaz-2101” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzrinə aşmasını görmüşdür. Hadisə zamanı mağazanın binası, qarşısındakı meyvə dolu vitrin, soyuducu, içində olan müxtəlif çeşidli içkilər yarasız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ağcabədi rayon Hindarx qəsəbəsində yaşayır. Onun özünə məxsus “İj” 27175-030 yük markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 27 fevral 2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi avtomobillə Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayon Hindarx qəsəbəsi ilə yaşadığı ev istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan avtomobil idarə etdiyi avtomobili arxa tərəfdən vurmuş və o avtomaşını yolun kənarında saxlamışdır. Onun avtomobili ilə toqquşan Daimler Chraysler markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında olan Əlağaya məxsus mazaya, daha sonra yolun kənarında dayanmış Vaz-2101 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə yerinə toplaşmış şəxslərlə birlikdə həmin avtomobili idarə edən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobildən çıxararaq yol maşını ilə rayon mərkəzi xəstəxanasına yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayon Hindarx qəsəbəsində yaşayır. Özünə məxsus Vaz-2101 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 27 fevral 2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi avtomobillə Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayon Hindarx qəsəbəsində seyid Əlağaya məxsus mazadan təxminən 10 metr məsafədə yolun kənarında dayanıb bir nəfərin gəlməyini gözləmişdir. Həmin vaxt qara rəngli avtomobil yüksək sürətlə seyid Əlağa məxsus mağazaya çırpılmış, daha sonra ona məxsus avtomobilin üzərinə düşmüşdür. Hadisə yerinə toplaşmış şəxslərlə birlikdə həmin avtomobili idarə edən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobildən çıxararaq yol maşını ilə rayon mərkəzi xəstəxanasına yola salmışlar. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" MMC-nin 28 fevral 2022-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, “Daimler Chraysler” BENZ C 180 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə 12000 manat maddi zərər dəymişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 27 fevral 2022-ci il tarixdə saat 14 radələrində işlədiyi Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən avtomobil yuma sexində olan zaman X2 özünə məxsus “Daimler Chraysler C180” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini ona yuyub təmizləməsi üçün vermiş, Rövşən Əhmədov həmin avtomobili yuduqdan sonra qəsdən talama məqsədi olmadan qanunsuz olaraq heç bir icazə almadan sərxoş vəziyyətdə sükan arxasına keçməsi, Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisindən keçən hissəsində təxminən 150-160 km/saat sürətlə Ağdam rayonu istiqamətində idarə edərkən qarşı hərəkət zolağında onunla eyni istiqamətdə hərəkətdə olan Ağcabədi rayon, Hindarx qəsəbə sakini Şahid2 təxminən 50 km/saat sürətlə idarə etdiyi İj 27175-030 yük markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə toqquşması, idarəetməni itirərək yolun sol tərəfində yerələşən Ağcabədi rayon, Hindarx qəsəbə sakini Şahid1 Abdüləli oğluna məxsus ərzaq mağazasına dəyməsi, hərəkətini davam edərək yolun kənarında dayanmış vəziyyətdə olan Ağcabədi rayon Hindarx qəsəbə sakini Şahid3 məxsus VAZ-2101 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşması, nəticədə Mehman Quluyevə xeyli miqdarda, yəni 12000 manat maddi ziyan vuraraq talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zərər dəymiş və həmin zərərlə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınmışdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını və mülki iddiadan imtina etdiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiadan imtina etməsi digər şəxslərin hüquqları və qanuni mənafeləri pozmur və bu səbəbdən də məhkəmnə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiadan imtinasını qəbul etdiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut olan “Daimler Chraysler C180” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı qaytarılması nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 178 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İşdə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 178 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülsün. Mülki iddia üzrə icraata xitam verilsin. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-114/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-114/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver