Məhkəmə qərarları › İş №1(022)-120/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-120/2025

24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-120/2025 24.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə ünvan 1ində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – (CM) 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərərçəkmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verərək göstərmişdir ki, Roman Əmənov xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs müraciət edərək 28020 (iyirmi səkkiz min iyirmi) manat dəyərində olan **-MS-*** dövlət qeydiyyat nişanlı MAN markalı nəqliyyat vasitəsini almaq istədiyini bildirmişdir. Bütün məbləği ödəmək imkanı olmadığını, yalnız məbləği hər ay ödəyə biləcəyini bildirmişdir. O, onunla razılaşmış və onların aralarında iradələrinə uyğun olaraq borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən R.Əmənov nəqliyyat vasiləsinin dəyərini hər ay 2335 manat olmaqla 12 ay müddətinə ödəməli idi. R.Əmənov bu müqavilə üzrə yalnız 3 ay 1450 manat olmaqla cəmi 4350 manat ödəmişdir. O, 23670 manatı ödəməkdən yayınmış və hal-hazırda da ödəmək niyyətində deyildir. Bundan əlavə, R.Əmənov ilk aylarda mütəmadi ödəniş etdiyi üçün yenidən müraciət edərək nəqliyyat vasitəsinə qoşqu əldə etmək istədiyini, amma onun da dəyərini hər ay ödəmək imkanının olduğunu bildirmişdir. İlk aylarda ödənişlərdə gecikmələri olmadığı üçün şkayətçi onunla daha bir xx.xx.2025-ci il tarixli borc müqaviləsi bağlamışdır. Borc müqaviləsi ilə **-YC-*** dövlət nişanlı qoşqunu 34560 (otuz dörd min beş yüz altmış) manat dəyərini hər ay ödəmək şərti ilə satın almışdır. Müqaviləyə əsasən o, 24 ay müddətində hər ay 1440 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. Amma o, yalnız 2 ay cəmi 2880 manat ödəniş etmiş və sonradan bu müqavilə üzrə də ödəniş elməkdən yayınmışdır. Şikayətçi dəfələrlə müqavilənin şərtlərinə riayət edilməsini, ödənişlərin edilməsini tələb etsə də, o buna riayət etməmişdir. Şikayətçi dəfələrlə ona məxsus olan nəqliyyat vasitəsini və qoşqunun geri qaytarılmasını ondan tələb etmişdir. Amma o, bu şərtlərə əməl etməmiş və əksinə borcu ödəməmək üçün qanunsuz əməllərə əl atmışdır. Hal-hazırda iki müqavilə üzrə (23670 manat və 31680 manat) ödənilməli olan 55350 manat borcu və ya ona məxsus olan MAN markalı nəqliyyat vasitəsini və yəhərli qoşqunu geri tələb edir. Bu proseslərin fonunda Əmənov Roman qanunsuz əməllərə yol vermişdir. Belə ki, bu şəxs özünə məxsus olan «Tik-Tok» sosial şəbəkəsində olan profil ünvanından onun işgüzar nüfuzuna, mənəviyyatına toxunan ifadələr ilə dolu olan videolar çəkərək paylaşmışdır. R.Əmənov 04 sentyabr 2025-ci il tarixində onun borc müqaviləsi əsasında aldığı pullara dair video paylaşmışdır. Bu videoda o, güya Zərərçəkmiş şəxs 18000 manat borc almasına baxmayaraq 54000 manat borc göstərilməsinə dair yalan məlumat vermişdir. Zərərçəkmiş şəxs onu ölümlə hədələməsinə dair böhtan xarakterli ifadələr bildirmişdir. Bu fikirlərini davam etdirən Roman “bu cür dələduzlar” ifadəsini də işlədir. Borcunu ödəməmək üçün qanunsuz əməllərini davam etdirən bu şəxs xx.xx.2025-ci il tarixində yenə eyni profildən X5 cənab Vilayət Eyvazova müraciət etmək adı ilə təhqir və böhtan dolu video paylaşmışdır. Bu video müraciətdə də Zərərçəkmiş şəxs adını, soyadını və ata adını tam çəkərək güya borcu tam ödədiyini, onun xəbəri olmadan nəqliyyat vasitəsini adına keçirdiyini bildirir. Təhqir və böhtanları davam etdirən R.Əmənov Zərərçəkmiş şəxs Sumqayıt şəhərində "dələduzluq şəbəkəsi” açması ilə, “yüzlərlə insanın əmlakını mənimsəməkdə” belə ittiham edir. Bildirmək lazımdır ki, ilk paylaşılan videonu 734 nəfər şəxs “bəyənmiş”, 46 nəfər şəxs rəy yazmış, 178 nəfər isə paylaşmışdır. Bu o deməkdir ki, bu videonu kifayət qədər çox adam izləmişdir, paylaşılan videonu isə 724 nəfər "bəyənmiş”, 68 nəfər rəy yazmış, 161 nəfər paylaşmışdır. Əmənov Roman məqsədli və qəsdən təhqir və böhtan dolu ifadələr işlədərək videolar çəkmiş və çoxlu sayda insanın izləməsi üçün «Tik-Tok» səhifəsində paylamışdır. Məhkəmədə xüsusi ittiham qaydasında şikayət verilən X2 ifadəsındə göstərmişdir ki, barəsində CM-nin 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında olan cinayət işi üzrə özünü təqsirli bilir. Belə ki, o, «Tik-Tok» sosial şəbəkəsində olan profil ünvanından video paylaşmaqla Zərərçəkmiş şəxs ünvanlanmış “bu cür dələduzlar” ifadəsini, habelə Zərərçəkmiş şəxs barəsində dələduzluq şəbəkəsi” açması, “yüzlərlə insanın əmlakını mənimsəməsi”ifadələrini işlətmişdir. Lakin həmin ifadələrin təhqir və böhtan xaraktli olmaqla cinayət məsuliyyətinə səbəb olmasını bilməmişdir. Ona görə də habelə Zərərçəkmiş şəxs üzür istədiyini və Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə verilmiş 19 dekabr 2025-ci il tarixli amnistiya aktının barəsində tətbiq edilməklə, onun cinayət məsuliyyətindən azad olunmasına və CMnin 147.2 və 148-ci maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 barəsində Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə verilmiş 19 dekabr 2025-ci il tarixli amnistiya aktının tətbiq edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onun müdafiəçisini, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 və onun müdafiəçisi Müdafiəçi2 təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilsə də, “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, X2 cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən məhkəmələrin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları həmin Qərarın 1.1-1.16-cı bəndlərində göstərilmiş şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə, ittiham hökmü çıxarır. (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərədə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. İş materiallarından görünür ki, X2 “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qərarının təsiri altına düşmür. Həmçinin iş materiallarından görünür ki, X1 törətdiyi Azərbaycan Respublikası CMnin 147.2 və 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində göstərilmiş məhdudiyyətlərin təsiri altına düşmür. “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılğı olduqda, Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddəsi ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən təqsirləndirilən şəxs X2 “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1 və 24-cü bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilsin və X1 barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar