Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-35/2023 19.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi- Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qazax rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, X1 iştirakları ilə xx.xx.2004-ci ildə Pakistan İslam Respublikası Gujrat şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikası Gujrat şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1982-ci ildə Pakistan İslam Respublikası Gujrat şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikası Gujrat şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Qazax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 Muhammad Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd etmişdir. Belə ki, Zaman X3suz yolla getmək üçün Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 dekabr 2022-ci il tarixdə saat 10 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 13-cü sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlinin başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qabaqcadanəlbir olan bir qrup şəxs halında qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd etmişdir. Belə ki, Ansar X4suz yolla getmək üçün Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Muhammad ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 dekabr 2022-ci il tarixdə saat 10 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 13-cü sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlinin başa çatdıra bilməmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 Muhammad Azərbaycan Respublikası CМ-nin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, ailəsinə maddi cəhətdən köməklik göstərmək məqsədi ilə dövlət sərhəddini qanunsuz şəkildə keçməklə Avropa ölkəsinə getmək qərarına gəlmiş və bu məqsədlə də Pakistan İslam Respublikasının Gurjat şəhərindəki evlərini satmışdırlar. Ailələrində yaşayış səviyyəsi aşağı olduğu üçün Avropaya getmək məqsədi ilə həmin puldan 5000 avronu qardaşına vermiş və qardaşı pulu köçürmə yolu ilə Təqsirləndirilən şəxs1 göndərmişdir. 20 dekabr 2022-ci il tarixdə ona zəng edərək hər şeyin hazır olduğunu, rəsmi yola Azərbaycan Respublikasına getməyini demişdirlər. 25 dekabr 2022-ci il tarixdə Lahour-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, hava limanında onu dostu Təqsirləndirilən şəxs1 qarşılamışdır. Ertəsi gün 26 dekabr 2022ci il tarixdə onlar Bakı-Gəncə avtobusu ilə Gəncə şəhərinə yola düşmüşlər. Gəncə şəhərinə çatdıqdan sonra hər ikisi tanımadıqları şəxsin idarə etdiyi taksi ilə Ağstafa rayonuna getmişlər. Həmin gecəni Ağstafa şəhərində oteldə qalmışlar. Gündüz vaxtı ərazidə müəyyən öyrənilmə işləri apardıqdan sonra Gürcüstana getməyi planlaşdırmışdırlar. 27 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Qazax rayonu ərazisinə, Gürcüstan sərhədinin yaxınlığına, çay kənarına getmişlər. O, üzə bilməyəcəyini desə də, Təqsirləndirilən şəxs1 quru yolu ilə gedəcəklərini bildirmişdir. Həmin gün, saat 10 radələrində orada olarkən sərhədçilər tərəfindən saxlanılmışlar. Halhazırda əməlindən peşmandır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CМ-nin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, o, əvvəllər də bir neçə dəfə Azərbaycan Respublikasında olmuşdur. Atası və anası hazırda İtaliya Respublikasında yaşayırlar. Valdiyenləri orada vətəndaşlıq alsalar da, lakin özü vətəndaşlıq əldə edə bilməmişdir. 2017 və 2020-ci illərdə valdiyenlərinin yanında- Roma şəhərində olmuşdur. Valideynlərinin orada “Tac Mahal” adlı restoranı var. “Covid-19” pandemiyası səbəbindən restoranın külli miqdarda borcu yaranmış, həmin pandemiya ilə əlaqədar İtaliya Respublikasından çıxıb getmiş, sonradan ora viza ala biməmişdir. Sonuncu dəfə Avropaya qanunsuz getmək üçün Azərbaycan Respublikasına qanuni yolla gəlmişdir. 13 oktyabr 2022-ci il də Ağstafa rayonunda tanış olduğu “Mercedes” markalı avtomobilin sahibi Elməddin Məmmədov adlı şəxslə 2 gün müddətində gəzmiş, sərhədyanı Sadıqlı kəndinə qədər getmiş və avtomobildən dövlət sərhədinin keçdiyi yerlərin foto və videosunu çəkmişdir. Elməddin onun qanunsuz yolla Gürcüstana getmək niyyətində olduğunu bilmiş və hətta ona Sadıqlı kənd qəbristanlığını da tanıtmış, sonra özü Bakı şəhərinə qayıtmışdır. 25 dekabr 2022-ci il tarixdə Bakı şəhərindəki H. Əliyev adına Beynəlxalq Hava limanına təyyarə ilə gələn dostu-Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Muhammad qarşılamış, həmin gün Bakı şəhərində fəaliyyət göstərən “Qlobal” adlı oteldə qalmışdırlar. Ertəsi gün- 26 dekabr 2022-ci il tarixdə o və Təqsirləndirilən şəxs2 Muhammad Bakı- Gəncə avtobusu ilə Gəncə şəhərinə, Gəncə şəhərindən isə taksi ilə Ağstafa şəhərinə gəlib orada oteldə qalmışlar. 27 dekabr 2022-ci il tarixdə səhər saatlarında dostu Təqsirləndirilən şəxs2 Muhammad ilə birlikdə Qazax rayonuna, Azərbaycan Respublikası- Gürcüstan dövlət sərhədinə yola düşmüşlər. Həmin gün, saat 10 radələrində sərhədçilər onları saxlamışlar. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin 17-ci sərhəd zastava rəisi vəzifəsində, baş leytenant rütbəsində xidmət edir. 27 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X6 rəisi polkovnik-leytenant Z. Fəttahov tərəfindən iki nəfər xarici vətəndaşın Azərbaycan Respublikasından Gürcüstana qaçaq yolla keçmək məqsədi ilə Qazax rayonu İkinci Şıxlı kəndindən sərhəd zastavasının sol cinahı istiqamətində hərəkətləri barədə məlumatlandırılmışdır. O, zastava üzrə cavabdehə həmin şəxslərin hərəkətlərini termal kamera vasitəsi ilə nəzarətdə saxlaması üçün operator növbətçisinə tapşırıqlar verməsi barədə göstəriş vermiş və baş çavuş Şahid2 və əsgər Tacir Kazımovla birlikdə sərhəd pozucularının dövlət sərhədinin pozulması ehtimalı olan ərazisinə maşınla hərərkət etmişdirlər. Sərhəd zastavasının sol cinah 13-cü sahəsinə çatdıqdan sonra Ehram çayının sahilində dövlət sərhəd xəttindən 520 metr məsafədə iki nəfər şübhəli şəxs tərəflərindən saxlanılmışdır. “Silaha” komandasına qalxmış sərhəd zastavasının heyəti hadisə yerinə çatdıqdan sonra həyacan qrupu ilə birlikdə ərazidə qapama və axtarış tədbirləri həyata keçirilmiş, saxlanılan sərhəd pozucuları sərhəd zastavasına aparılmış, onların Pakistan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Muhammad olması müəyyən edilmişdir Məhəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissəsinin 17-ci sərhəd zastavasının təminat qrup komandiri vəzifəsində, baş çavuş rütbəsində xidmət edir. 27 dekabr 2022-ci il tarixdə saat 10 radələrində sərhəd zastavasının rəisi baş leytenant Şahid1 və əsgər T.Kazımovla birlikdə sərhəd zastavasının sol cinah 13-cü sahəsində Ehram çayının sahilində, dövlət sərhədindən təxminən 500 metr məsafədə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində iki nəfər şübhəli şəxsin hərəkəti müşahidə etmişdirlər. Həmin şəxslər saxlanıldıqdan sonra ilkin araşdırma zamanı saxalanılan şəxslərin Pakistan İslam Respublikasının vətəndaşları olması müəyyən edilmişdir. Sərhəd pozucuları saxlanıldıqdan sonra hadisə yerinə gəlmiş həyacan qrupu ilə birlikdə sərhəd zastavasına aparılmışdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, N nömrəli hərbi hissənin 17-ci sərhəd zastavasının 13-cü sahəsində 2 (iki) nəfər Pakistan İslam Respublikası vətəndaşları tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmağa cəhdi faktı aşkarlanmışdır. Qeyd olunan cəhd Qazax rayon İkinci Şıxlı kəndindən Gürcüstan ilə dövlət sərhəd xətti istiqamətində baş vermişdir. Hadisə baş vermiş ərazidən dövlət sərhəd xətti arasında təxminən 520 metr məsafə var. İAMAS-dan edilmiş çıxarışlardan görünür ki, Pakistan İslam Respublikası вятяндашы Təqsirləndirilən şəxs1 2022-ci il də 4 halda Azərbaycan Respublikası istiqamətinə girişi qeydə alınmış, sonuncu dəfə xx.xx.2022-ci ildə X9 Aeroportu dövlət sərhəd buraxılış məntəqəsindən Pakistan İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə girişri qeydə alınmışdır. İAMAS-dan edilmiş çıxarışlardan görünür ki, Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 Muhammad 2022-ci il də 1 halda Azərbaycan Respublikası istiqamətinə girişi qeydə alınmış, sonuncu dəfə xx.xx.2022-ci ildə X9 Aeroportu dövlət sərhəd buraxılış məntəqəsindən X5 Azərbaycan Respublikası istiqamətinə girişi qeydə alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablanmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Muhammad və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdırlar. “Sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, X2 bu cinayətdə hər hansı bir formada iştirakı, əlbirliyi və köməklik etməsi müəyyən edilmədiyindən onun barəsində cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Muhammad və Təqsirləndirilən şəxs1 verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsaslar yoxdur, onlar qeyd olunan maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini və səmimi peşman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini və səmimi peşman olub əməlini etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzası 1 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 1 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bu Məcələnin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına təsirini və digər halları nəzərə alaraq hesab edir ki, CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Muhammad və Təqsirləndirilən şəxs1 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Muhammada və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmələrinin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onlar əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs2 Muhammad Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Muhammad cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Muhammad oğlu azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Qazax rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №1(023)-35/2023
Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-35/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver