Məhkəmə qərarları › İş №1(023)-48/2025

Qazax Rayon Məhkəməsi Hökm — İş №1(023)-48/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qazax rayon İş № 1(023)-48/2025 18.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1997-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları qəsdən hazırlamış, saxlamış və yaymış. cümlədən aşkar surətdə mediadan istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində dini nifrət və düşmənçiliyin salınmasına, habelə dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlər törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla internet şəbəkəsinə qoşularaq dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində 2024-cü ilin yanvar-mart aylarında müvafiq olaraq Bakı şəhərində və Qazax rayonunda "İnshot" proqram təminatı vasitəsilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran videomaterialları hazırlayıb "İnstagram" və "Tiktok" sosial şəbəkələrində "tevhidci_muvvahid" adı ilə qeydiyyatdan keçdiyi hesablarında saxlamaqla 12 yanvar 2024-cü il tarixdə Bakı şəhərində va 01 mart 2024-cü il tarixdə Qazax rayonu ərazisində olarkən həmin sosial şəbəkə hesablarında qəsdən yayaraq aşkar surətdə mediadan istifadə etməklə dini nifrət və düşmənçiliyin salınmasına, habelə dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlər törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək bildirmişdir ki, o, xx xxx 1997-ci ildə Qazax rayonu Canalı kəndində doğulmuşdur. 2003-2014-cü illərdə orta təhsilini Qazax rayonu Canalı kənd tam orta məktəbində almışdır. 2014-cü ildə orta təhsilini bitirdikdən sonra Bakı Texnik Kollecinin "yol hərəkətinin təşkili və təhlükəsizliyi ixtisasına qəbul olmuş təhsilini orada davam etdirmişdir. 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə getmiş, hərbi xidmətini Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində keçirmişdir 2017-ci ilin yanvar ayında hərbi xidməti aşa çatdıqdan sonra Qazax rayonuna geri dönmuşdür. 2017-2020-ci illərdə Bakı şəhərində müxtəlif islarda çalışmış, 2021-2022-ci illərdə Dövlət Sarhad Xidmətinin X16 "N" sayli harbi hissesinde "MAHHXHQ (Müddətdən artıq xidmət etmiş həqiqi herbi qulluqçu) kimi fealiyyet göstermişdir 2022-2024-cü illərdə Bakı şəhərində kuryer olaraq çalışmış daha sonra Qazax rayonunda yerləşən avtoyuma mərkəzində çalışmışdır Subaydır İstifadesinde ona maxsus olan "İphone 11 Pro Max markalı mobil telefona quraşdırılmış 055- ***-**-** saylı mobil nömrə vardır. Ailesi ile birlikdə ünvan 2 ünvanında yaşayır X7 hazırda yaşa göre pensiyadadır. X5 hazırda evdar xanımdır. Qardaşı X1 Nazirliyinin "Komando" xüsusi təyinatlı qüvvələrində "gizir harbi rütbəsində xidmət edir. Digər qardaşı X3 Nazirliyini Təlim tədris mərkəzində "gizir rütbəsində xidmət edir. 2014-cü ildən dini ibadətlə məşğuldu, 2017ci ildən etibarən isə islam dininin əhli-sünnə məzhəbi üzrə ibadət edir. "İnstagram" və "Tik Tok" sosial şəbəkəsində "tevhidci_muvvahid adlı səhifələr ona mexsusdur Qeyd olunan səhifədə olan bütün paylaşımlar onun tərəfindən həyata keçirilmişdır Tarıxı tam dəqiq xatırlamasada "Tik Tok" ve "İnstagram sosial şəbəkəsindəki ona mexsus olan "tevhidci_muvvahid" adlı səhifələri 2023-cu ilin sentyabr ayında açmışdır. O, həmin sosial şəbəkələrdən özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Həmin hesabları açmaqda əsas məqsədi İslam dinini yayaraq istifadəçilər arasında dini təbliğat aparmaq olmuşdur. Səhifələrində paylaşdığı videoların bəzilərini Bakı şəhərində. bazilərini isə Qazax rayonunda olarkən paylaşmışdır Qeyd olunan səhifələrdə paylaşdığı foto və videolari İnstagram" ve "Tiktok sosial şəbəkəsinin kəşfet bölməsindən götürərək İnshoot adlı mobil tətbiqdən istifadə edərək hazırlayıb, özünə məxsus "Tiktok" və "İnstagram" sosial şəbəkələrində paylaşmışdır. "Tiktok" və "İnstagram" sosial şəbəkələrində olan "tevhidci_muvvahid" adlı profilləri açıq olduğundan izləyicilərindən başqa digər şəxslərdə paylaşdığ fotoşəkillər və videoları görmüşdür. O, 12 yanvar 2024-cü il tarixdə paylaşdığı videonun "əvvəlcə bomba dolu maşınlar və arxasından ağır silahlar gəlir. Ey mucahid. Hazırlan və silahını götür Rəbbini razı et və davam et Nəbinin sünnəti yolunda, köpək kafiri və şərəfsiz dağılmış dəstəni dayandır Burax qanlar axsın ve onunla şanını yu. Allahtan istə və arzulə əzəmətli cənnətləri catmağı Kim Allaha dua edərsə payına istədiyi hədiyyə düşər məzmunda qeyd olunmuş sözlər diqqətini çəkdiyi üçün videoya "İnshoot adlı mobil tətbiqdən istifadə edərək özünə məxsus əvvəllər istifadə etdiyi "İphone XS Max" markalı mobil telefonuna əlavə etmiş, tanınmamaq üçün üzünü gizlədərək "İnstagram" ve "Tik Tok" sosial şəbəkələrində olan "tevhidci_muvvahid" adlı profilində paylaşmışdır Bundan başqa 01 mart 2024-cü il tarixdə "İnstagram" sosial şəbəkəsində paylaşılmış, azyaşlı uşağın əlində bıçaqla çəkilmış video onda xüsusi maraq yaratmış, buna gore de o həmin videonu əvvəllər istifadə etdiyi "İphone XS Max" markalı mobil telefonuna yükləyib "İnshoot" adlı mobil tətbiqdən istifadə edərək, videonun başlanma hissəsinə öz şəklini əlavə etmış, daha sonra isə yüklədiyi həmin videonu 01 mart 2024-cü il tarixdə "İnstagram" sosial şəbəkəsində paylaşmışdır. O, həmin ilin yanvar ayında paylaşılan videonu Bakı şəhərində olarkən hazırlayıb paylaşmış, mart ayında paylaşılan videonu isə yaşadığı ünvan 3 ünvanda olarkən paylaşmışdır. Hər iki videonu paylaşmaqda məqsədinin İslam şəriət qaydalarına uyğun olaraq kafirlərə qarşı aparılan mubarizəni əks etdirmək olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, iş materiallarında olan video paylaşımların onun tərəfindən hazırlanıb, lakin etdiyi əməllərin cinayət tərkibi olduğunu bilməmiş özünü qismən yəni CM-nin 167-3.1-ci maddə ilə təqsirli hesab edir. Digər maddə ilə özünü təqsirli bilmir. Dini düşmənçiliyin salınmasına yönəlmiş hərəkətlər etməmişdir. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, 05 noyabr 2024-cü il tarixdə saat təxminən 08:45 radələrində Qazax rayonu, Heydər Əliyev prospektində olarkən 1 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özunu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş və ünvan 4 ünvanında qalan bir nəfərin otağına keçiriləcək baxış zamanı hal şahidi qismində iştirak etməyi ona təklif etmişdir. O da könüllü olaraq təklifi qəbul etmiş və DTX əməkdaşı ilə birlikdə həmin ünvana getmişdir. DTX əməkdaşları baxış prossesində hal şahidi qismində iştirak etmək üçün digər bir nəfər şəxsi də oraya dəvət etmişlər. Bir neçə dəqiqə sonra DTX əməkdaşları həmin ünvanın 4-cü martabesində yerləşən 11 saylı mənzilə daxil olaraq özlərini təqdim etmiş, həmin vaxt orada kişi cinsindan bir nəfər şəxsdə olmuşdur. Həmin şəxs özünü Karim kimi təqdim etmişdir. O, hemin şaxata har hansı bir munasibatının olmadığını bildirmişdir. Daha sonra Karım adlı şəxsə mahkama qərarının elan olunmuş və həmin qerar esasında həmin şəxsin otağına baxış keçirilmişdır. Həmçinin orada ona və digər hal şahidinə malik olduqlan hüquq və vəzifələrinin izah olunmuşdur Baxış zamanı mənzilin yataq otağından Karim adlı şəxsə məxsus 3 eded Kapital Bank'a aid və 01 ədəd ise "Leo Bank'a aid bank kartları 01 ədəd "Samsung" markalı, uzaninda Bakcell operatoruna mexsus nomra olan 01 ədəd iphone 11 Pro max" markalı mobil telefonlar və bank vasitəsilə edilən köçürmələrə aid sənədlər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onu qonşusudur, onun evinə DTX-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman bank kartları və köhnə telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmişə üzü saqqallı vəziyyətdə görmüş və sakit təbiətli bir insan kimi tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, 5 noyabr 2024-cü il tarixdə saat təxminən 08:30 radələrində Qazax rayonu Heydər Əliyev prospektində olarkən 1 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özunu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş və ünvan 4 ünvanında qalan bir nəfərin otağına keçiriləcək baxış zamanı hal şahidi qismində iştirak etməyi ona təklif etmişdir. O da könülla olaraq təklifi qəbul etmiş və DTX əməkdaşı ilə birlikdə həmin ünvana getmişdir. DTX əməkdaşları baxış prossesində hal şahidi qismində iştirak etmək üçun digər bir nəfər şəxsi de oraya dəvət etmişler Bir neçə dəqiqə sonra DTX əməkdaşları həmin ünvanın 4-cü mertebesində yerləşən 11 saylı mənzilə daxil olaraq özlərini təqdim etmiş, həmin vaxt orada kışı cinsindən bir nəfər şəxsdə olmuşdur Hamın şəxs özunü Kənim kimi təqdim etmişdir O. həmin şəxslə hər hansı bir munasibətinin olmadığını bildirmişdir. Daha sonra Kərim adlı şəxsə məhkəmə qərarının elan olunmuş və həmin qərar əsasında həmin şəxsin otağına baxış keçinlmişdir. Həmçinin orada ona və digər hal şahidinə malik olduqları hüquq və vəzifələrinin izah olunmuşdur Baxış zamanı mənzilin yataq otağından Kerim adlı şəxsə məxsus 3 eded "Kapital Bank'a aid və 01 ədəd isə "Leo Bank'a aid bank kartları, 01 eded "Samsung" markalı, uzərində "Bakcell operatoruna məxsus nömrə olan 01 ədəd "İphone 11 Pro max markalı mobil telefonlar və bank vasitəsilə edilən köçürmələrə aid sənədlər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Həmin evdə tək yaşayırdı.Onun evinə DTX-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman orada iştirak etmişdir. Onun evindən baxış zamanı kartlar və telefonlar aşkar olunmuşdur. Kərim Qurbaovu həmişə üzü saqqallı vəziyyətdə görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, o "İnstagram sosial şəbəkəsində 040 eltun adı ile qeydiyyatdan keçmişdir. Həmin profildən gundəlik xəbəriən, məlumatları izləmək üçün istifadə edir O, əvvəllər sünni məzhəbi üzrə ibadətlə məşğul olduğundan sosial şəbəkə hesabında ara sıra dini məzmunlu paylaşımlar etmiş, həmçinin dini paylaşımlar edən tanımadığı şəxsləri izləyərək həmin şəxslərin paylaşımlarını bəyənmişdir. Əlavə suallara cavab olaraq o. Təqsirləndirilən şəxs sosial şəbəkə istifadəçisı kımı tanıdığını, sosial şəbəkədə onu izlədiyini və sonuncunun sosial şəbəkə hesabında dini məzmunda paylaşımlar etdiyini, həmçinin Karim Qurbanova mexsus "tevhidci_muvvahid" adlı profil hər kəs uçun açıq olduğundan 12 yanvar 2024-cü il tarixdə paylaşılmış videomaterialı gördüyünü qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs ilə eyni kənddə yaşadığı üçun münasibətləri olmuşdur. 2024-cü ilin yay aylarında Kərimin atası Vaqif ondan Kərimin işsiz olduğu üçün özunə məxsus telefon mağazasında işə götürməsini xahiş etmişdir O da münasibəti olduğu üçun Kərimi satıcı kimi işə götürmüşdür. Bir müddət işlədikdən sonra Kərimin mağazada olarkən tez tez İnstagram va "Tiktok sosial şəbəkələrində canlı yayımlar açdığını, orada tanımadığı muxtəlif şəxslərlə dini sohbətlər munaqişələr etdiyini görmüş. bununla bağlı Kərimə bir neçə dəfə xəbərdarlıq etməyinə baxmayaraq, Kərim bu hərəkətlərinə davam etmişdir Oda da öz növbəsində bu söhbətlərdən narahat olduğundan Kərimi mağazadan uzaqlaşdırmaq qərarına gəlmiş və Kərimi işdən çıxartmışdır Hemin vaxtdan sonra sonra Kərimlə əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, onun tərəfindən Təqsirləndirilən şəxs atasına və özünə Kərimin saçını saqqallını səliqəyə salmasını bildirmiş amma sonuncu onun sözlərinə məhəl qoymamışdır. Onun yanında iş yerində sosial şəbəkələrə daxil olub dini mövzuda söhbətlər aparan zaman ona iradını bildirmişdir. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid olan Şahid6 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən ilkin materiallarla daxil olmuş 05 noyabr 2014-cü il tarixli 5/1/7513 saylı arayış ilə, həmin arayışın məzmunundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, AR vətəndaşı, Qazax rayonu Heydər Əliyev prospekti 159, ev 60, manzil 11 unvanında qeydiyyatda olan X14 "İnstagram" ve "Tiktok" sosial şəbəkəlarında tevhidcı müvvahid profilindən istifadə edərək radikal dini ideyaların (təkfirçilik) səsin altında sosial şəbəkələrdə dini ekstremist məzmunlu materiallar paylaşmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanından aşkar edilərək götürülmüş 01 adad "İphone 11 Pro Max markalı mobil telefona yüklənmiş "İnstagram" və "Tiktok" sosial şəbəkələrinə 05 noyabr 2024-cu il tarixdə keçirilmiş baxış protokolu ilə, həmin protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 12 yanvar 2024-cü il tarixde "İnstagram sosial şəbəkəsində paylaşılan "Siz gülün-gülün... Vallahiki Anam məni cihad üçün doğub!" başlıqlı və 01 mart 2024-cü il tarixdə "Əxi oğlun olsa necə olacaq?" başlıqlı, elaca de Tiktok sosial şəbəkəsində 12 yanvar 2024-cu il tarixdə paylaşılan "And olsun yerin göyün sahibinəki Rəbbim məni Cihad üçün yaradıb!" başlıqlı videomaterialların dini ekstremist məzmunlu olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli 5/183 saylı (məhkəmə-texniki) ekspertizasının rəyi ilə, həmin rəyin məzmunundan görünur ki,

1. təqdim edilmiş sensor ekran və "İOS 17.7" əməliyyat sistemi ilə təchiz olunmuş "İphone 11 Pro Max" markalı "A 2161" modelli "**********15165" imei kodlu smartfon halhazırda işlək vəziyyətdədir.

2. Təqdim edilmiş "İphone 11 Pro Max" markalı "A 2161" modelli mobil smartfonun yaddaşında "İnstagram", "Tiktok" va "İnshot" mobil tətbiqləri aşkar olundu. Mobil smartfonun yaddaşında mövcud melumatlar daxilində "İnstagram" sosial şəbəkəsinə aid "tevhidci müvvahid" adlı aktiv istifadəçi profili müəyyən olundu. Həmin profilin "direkt" bölməsinə baxış keçirilən zaman müxtəlif İstifadəçilərlə aparılmış məlumat mübadiləsi ve profil daxilində paylaşılmış müxtəlif videofayllar aşkarlandı. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 4/427 saylı (məhkəmə-linqvistik) ekspertizasının rəyi ilə. həmin rəyin məzmunundan görunür ki, 1 Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli CD-R diskdə qeydə alınmış Təqsirləndirilən şəxs "İnstagram" və "Tiktok" sosial şəbəkələrində 12 yanvar və 01 mart 2024-cü il tarixlərində etdiyi paylaşımlarda dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə haqq qazandıran hallar eləcə də. dini nifrət və ya düşmənçiliyın salınmasına, mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərin mövcud olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş "İphone 11 pro max" markalı mobil telefondak məlumatlar cinayət təqibi üzrə əhəmiyyətini və təqsirləndirilən şəxsin cinayət əməlini birbaşa təsdiq etdiyini nəzərə alaraq 07 mart 2025-ci il tarixdə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən istintaqa 12 fevral 2025-ci il tarixdə 9-486 nömrəli məktubla daxil olmuş əməliyyat tapşırığının cavabı ilə, həmin cavabın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məxsus "İnstagram" sosial şəbəkəsində mövcud olan "tevhidci_muvvahid" adlı profilində paylaşılan radikal yönümlü paylaşımlarına şərh yazan və "bəyəndim işarəsi ilə münasibət bildirən şəxslər arasında: "Ceyhunbabaşlı" adlı profilin istifadəçisi Şahid4; "subhan.009" adlı profilin istifadəçisi X10; "hamzateymurov" adlı profilin istifadəçisi Şahid6; "040_eltun" adlı profilin istifadəçisi Şahid5 olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən əldə edilmiş tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edildiyi 02 fevral 2023-cü il tarixdən bir il keçdikdən, yəni üzərində olan məhkumluq ödənildiyi və götürüldükdən sonra 29 sentyabr 2024-cü il tarixdə ibtidai istintaqı aparılan Azərbaycan Respublikası CM-in 167-3.1 və 283.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədən zaman Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs olmuşdur. Cinayət işinin materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-600/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 167-3.1 və 283.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun göstərilən cinayət əməllərini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi ilə yanaşı, həmçinin məhkəmədə dindidirilmiş şahidlərin ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Onun əməlləri Azərbaycan Respublikası CM-nin 167-3.1 və 283.1-1-ci maddələri ilə düzgün tövsif edilmiş, o, CM-nin 167-3.1 və 283.1-1-ci maddələri ilə təqsirli bilinməli və bu maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 283.1-1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsi digər mötəbər sübutlarla təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutuldğu 05 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, “İphone 11 pro max” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, iş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X4 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, “İphone 11 pro max” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X4 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökm elan olunduğu, hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar