Məhkəmə qərarları › İş №1(027)-99/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-99/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-99/2020 14.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudavediyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakı ilə, xx xxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 2020-ci ilin may ayının ortalarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 5,673 qram çəkidə narkotik maddə qurudulmuş marixuananı və 0,250 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini qanunsuz olaraq əldə edib özündə saxlamış, xx xxx 2020-ci il tarixdə saat 17 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Alekseyevka kəndi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üstündə daşıdığı bir ədəd üzərində ağ və göy rəngləri olan salfetkaya bükülmüş bükülünün içərisində bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,673 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,250 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki o, hadisədən 15-16 gün əvvəl Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Xəzər” parkında gəzərkən yerdə üzərində ağ və göy rənglər olan kağız dəsmala bükülmüş bükülü görüb onu yerdən götürmüş və içərisini açıb baxanda bir ədəd kibrit qutusu və bir ədəd gümüşü rəngli kağız bükülünün olduğunu görmüşdür. Daha sonra həmin kibrit qutusunu açdıqda içərisində yaşılımtıl rəngli spesifik iyə malik olan kütlə marixuana olduğunu, digər gümüşü rəngli kağız kütlənin içərisinə baxdıqda həmin bükülünün içərisində şüşəyə oxşar kristal formalı kütlənin olduğunu görmüşdür.Kibrit qutusunu və gümüşü rəngli kağız bükülünü kağız dəsmala bükərək cibinə qoyub yaşadığı keçəyə gedərək, bükülünü yaşadığı evin yaxınlığında daşın altında gizlətmişdir. 15 gün ərzində narkotik vasitə olan marixuanadan bir qədər istifadə etmiş və yenidən həmin bükülünü daşın altında gizlətmişdir. xx xxx 2020-ci il tarixdə istirahət etmək üçün Quba şəhərinə gələn zaman, yaşadığı küçədə daşın altında gizlətdiyi narkotik vasitələri götürərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, Quba şəhərində istifadə etsin. Həmin günü saat 17 radələrində taksi ilə Quba rayonunun Alekseyevka kəndində gəlmişdir. Alekseyevka kəndində olarkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrdən istifadə etməkdə, həmçinin üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirəcəklərini deyərək əvvəlcə, hüquqlarını izah etdikdən sonra üzərində olan əşyaları təqdim etməyini ondan xahiş etmişlər. Bundan sonra, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində ağ-göy rənglər olan kağız dəsmala bükülmüş bükülünü, sol yan cibindən bir ədəd “Rotmans” markalı siqaret qutusunu, bir ədəd kibrit qutusunu və bir ədəd “Samsung” markalı “J5” modelli mobil telefonu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, üzərindən aşkar olunmuş kağız dəsmala polis əməkdaşları tərəfindən baxış keçirilərkən, dəsmalın içərisindən bir ədəd kibrit qutusu və bir ədəd gümüşü rəngli kağız bükülü aşkar olunmuşdur. Baxış zamanı kibrit qutusunun içərisində yaşılımtıl rəngdə, spesifik iyə malik kütlə, gümüşü rəngli kağız bükülüdə isə şüşə formalı bərk kristal şəklində kütlə aşkar olunmuşdur. O, həmin kibrit qutusunda olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana, digər gümüşü rəngli kağız bükülünün içərisində şüşəyə oxşar kristal formalı kütlənin metafetamin olduğunu qeyd etmişdir. Bundan sonra, üzərindən aşkar edilib götürülmüş narkotik vasitələr polis əməkdaşları tərəfindən tərəzidə çəkilmiş, kibrit qutusu və gümüşü rəngli kağız bükülü ayrıayrılıqda ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını və cavan olmasını göstərərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin, NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz rayon sakini İmran adlı şəxsin narkotik vasitə əldə edərək istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat aparatına daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun təşəbbüsü ilə NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və KTQ-nin baş inspektor-kriminalisti, polis mayoru Fuad İslamov, TQ-nin təhqiqatçısı polis kapitanı Sail Tağıyevdən ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Quba rayonu, Alekseyevka kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamaqda şübhəli olması bildirlərək, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi qismində ona təqdim edilərək üzərində axtarış aparılması ona bildirilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, videoçəkilişdən istifadə olunmaqla vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində ağ-göy rənglər olan kağız dəsmala bükülmüş bükülünü, sol yan cibindən bir ədəd “Rotmans” markalı siqaret qutusunu, bir ədəd kibrit qutusunu və bir ədəd “Samsung” markalı “J5” modelli mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində nə olması soruşulduqda, həmin bükülüdə narkotik vasitə marixuana və metamfetamin olduğunu və həmin narkotik vasitələri 15-16 gün bundan əvvəl Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Xəzər” parkında gəzəkən yerdən tapdığını qeyd etrmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya və metamfetaminə bənzər kütlələr “Constant” markalı elektron tərəzidə çəkildikdən sonra, kibrit qutusu və gümüşü rəngli kağız bükülü ayrı-ayrılıqda ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yarəliyev X1 Ramil İslam oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “VAZ 2107” markalı, **-EN-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur. Həmin avtomaşın ilə taksi fəaliyyəti ilə məşğul olur. xx xxx 2020-ci il tarixdə saat 16-17 radələrində idarə etdiyi avtomaşınla Quba şəhərinə doğru hərəkət edərkən Xaçmaz şəhəri ərazisində bir nəfər sonradan adının İmran olduğunu öyrəndiyi şəxs əl edib onun idarə etdiyi avtomaşını saxlatdıraraq onu Quba şəhərinə aparmağı xahiş etmişdir. Müştəri kimi onun avtomaşınına minən İmran adlı şəxsi Quba rayonu, Alekseyevka kəndi ərazisində yol kənarında düşürmüşdür. İmranı avtomaşından düşürdükdən sonra, yolda hərəkət intensiv olduğundan yenidən hərəkətə başlamaq üçün yolun boşalmasını gözləyərkən bir neçə nəfər mülki geyimli və bir nəfər polis formasında olan şəxslərin İmrana yaxınlaşdığını görüb, avtomaşını yolun kənarında saxlayıb onlara yaxınlaşmışdır. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün o, polis əməkdaşları tərəfində şübhəli şəxs qismində saxlanılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə təyin olunmuş müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynundə olan cins şalvarın cibindən narkotik vasitəyə oxşayan qurudulmuş marixuana və metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə bənzər maddələri təxminən 15-16 gün əvvəl Xaçmaz şəhərində parkda gəzərkən yerdən tapıb üzərində gəzdirdiyini bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli 7/268 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən ..." yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd kağız bağlamada təmiz çəkisi-5,673 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəməkimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/917 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." və s. qeydlər olan zərfdəki 1(bir) ədəd bükümdəki təmiz çəkisi 0,250 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddə, psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2018 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində axtarışın və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ağ və göy rəngləri olan salfetkaya bükülmüş bükülünün içərisindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5, 673 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,250 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə hesab olunan metamfetamin aşkar edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinitörətməsi özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər X5 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 27-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, A.Zeynallı küçəsi, ev 24-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hall qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutlmuş, xx xxx 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seşilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməklə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 178,28 (bir yüz yetmiş səkkiz manat, iyirmi səkkiz qəpik) manat pulun Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra çəkisi 5,623 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və çəkisi 0,200 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əmirsulan oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 178,28 (bir yüz yetmiş səkkiz manat, iyirmi səkkiz qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 5,623 qram olan narkotik vasitə qurudulmuş marixuana və çəkisi 0,200 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edənRahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar