Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-13/2025 22.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X25, Xüsusi ittihamçı X14 vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 Çərkəz oğlunun, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi Qusar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 11 aprel 1962-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qusar rayonu, Kirig kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X14 vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 Çərkəz oğlu xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibi olduğundan X11 həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edərək təkrarlığa görə sərt cəza təyin edilməsini, “Nuh” informasiya agentliyi vasitəsilə yaydığı və say hesabilə 17-ci olan ərizəsində Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinə, Azərbaycan Respublikası Baş Nazirinə, Azərbaycan Respublikası Baş Prokuroruna, Azərbaycan Respublikası Ədliyyə Nazirinə, Qusar rayon prokuroruna müraciət edərək Samur bələdiyyəsinin sədri E.Ayibovanın pul müqabilində saxta sənədlər verməsi, bələdiyyədə qanunsuz hərəkətlər etməsi, vətəndaşlara hədə qorxu gəlməsi, bələdiyyəni borc içində batırması, əhalini mitinqlərə təhrik etməsi, əhalini qarışıqlıq yaratmağa təhrik etməsi, dövlətçiliyə qarşı çıxması, tüfeyli həyat tərzi keçirməsi, qanunsuz varlanması, bələdiyyə pullarını mənimsəməsi, gömrük terminalı ərazisində qanunsuz ticarətlə məşğul olması, qanunsuz valyuta dəyişdirmə əməliyyatları ilə məşğul olması, saxta sənədlərlə torpaq satması, bunların hesabına avtomaşın, ev və sair əmlaklar alması, bələdiyyə iclas protokollarını saxtalaşdırması, bələdiyyə üzvlərinin əvəzinə protokolları özünün imzalaması, külli miqdarda rüşvət alması, bələdiyyə büdcəsinə milyonlarla ziyan vurması, əmlak və torpaq vergilərini mənimsəməsi, rüşvət alması, dövlət əmlakını mənimsəməsi, saxta sənədlər tərtib etməsi barədə yalan məlumatlar yayaraq vurduğu mənəvi ziyana görə Qusar rayonunun Samur qəsəbə sakini X9 50 (əlli) min manat məbləğində pul tutaraq X21 ödənilməsini, E.P.Ayibovanın qeyd edilən ağır və xüsusilə ağır cinayətləri törətməsi barədə yoxlanmamış məlumatları dərc etdiyinə görə “NUH“ informasiya agentliyinin üzərinə onları təkzib etmə öhdəliyi qoyulmasını xahiş etmişdir. Şikayəti belə əsaslandırmışdır ki, Qusar rayonunun Samur qəsəbəsində yaşayan X2 Muradxanovanın qanunsuz əməllərini ifşa etdiyi üçün intiqam almaq məqsədilə Azərbaycan Respublikasının Prezidentinə, Baş Nazirə, Prezident aparatına, Baş Prokurora, Ədliyyə Nazirinə, Qusar rayon prokuroruna yalan məzmunlu ərizələrlə müraciət edərək Samur bələdiyyəsinin sədri E.Ayibovanın ağır və xüsusilə ağır cinayətlər törətməsi haqda bilə-bilə yalan xəbərçilik etmiş, şərəf və ləyaqətini ləkələməklə ona böhtan atmış və mənəvi ziyan vurmuşdur. Daha doğrusu, o, ərizələrində E.Ayibovanın pul müqabilində saxta sənədlər verməsi, bələdiyyədə qanunsuz hərəkətlər etməsi, vətəndaşlara hədə qorxu gəlməsi, bələdiyyəni borc içində batırması, əhalini mitinqlərə təhrik etməsi, qarışıqlıq yaratmağa təhrik etməsi, dövlətçiliyə qarşı çıxması, tüfeyli həyat tərzi keçirməsi, qanunsuz varlanması, bələdiyyə pullarını mənimsəməsi,Gömrük terminalı ərazisində qanunsuz ticarətlə məşğul olması, qanunsuz valyuta dəyişdirmə əməliyyatları ilə məşğul olması, saxta sənədlərlə torpaq satması, bunların hesabına avtomaşın və ev və sair əmlaklar alması, bələdiyyə iclas protokollarını saxtalaşdırması, bələdiyyə üzvlərinin əvəzinə protokolları özünün imzalaması, külli miqdarda rüşvət alması, bələdiyyə büdcəsinə milyonlarla ziyan vurması, əmlak və torpaq vergilərini mənimsəməsi nəticəsində bələdiyyə hesablarına həbs qoyulmasını və bu faktların yoxlanmaması haqda həqiqətə uyğun olmayan məlumatlar qeyd etmişdir. X8 yalan məzmunlu ərizələr yazması aşağıda şərh edilənlərlə bağlı olmuşdur: Samur bələdiyyəsinin 17 ha torpaq sahəsinin saxta sənədlər əsasında dələduzluq yolu ilə ələ keçirilməsi barədə mənim zərərçəkmiş şəxs kimi tanındığı cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 20 iyun 2024-cü il tarixdə 1 (124)-105/2024 №-li hökm çıxarmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi X26 əvvəlcədən əlbir olan bir qrup şəxs şəklində öz qohumlarının adma Samur bələdiyyəsinin ərazisindən 17.0 ha, 30.66 ha və 85 ha torpaq sahəsini saxta sənədlər əsasında ələ keçirmiş və bunlardan 17 ha sahəni yaxın qohumu X15, sonradan X30 adma rəsmiləşdirmişdir. Həmin hökmdən görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Qusar r-nun Samur bələdiyyəsinə aid arxiv sənədləri götürülərək araşdırılarkən məlum olmuşdur ki, Samur bələdiyyəsinə aid 2005-ci ilin sənədləri Samur bələdiyyəsinin sabiq sədri X31 (barəsində şikayət verilən X4r) tərəfindən buna heç bir səlahiyyəti olmadan götürülmüş və “Samur bələdiyyəsi ərazisindən 17.0 ha kənd təsərrüfatına yararsız torpaq sahəsinin vətəndaş X3 barədə” xx.xx.2005-ci il tarixli 15 saylı saxta Qərar və bələdiyyə iclasının Protokolu arxiv sənədlərinə əlavə edilərək yenidən arxivə təhvil verilmişdir. Bununla da, Samur bələdiyyəsinin 2005-ci ilə aid sənədləri bilərəkdən saxtalaşdırılmış və 17.0 ha torpaq sahəsi saxta sənədlər əsasında Xaçmaz rayon regional ədliyyə idarəsinin sabiq rəisi Cavanşir Əsədov və qeyriləri tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. Bu hal istintaq materiallarında öz əksini tapsa da, Samur bələdiyyəsinin sabiq sədri X31 təqsirləndirilən şəxs qismində cəlb olunmamış və barəsində tədbir görülməmişdir. 17.0 ha torpaq sahəsi Qusar rayonu ərazisində yaşamayan vətəndaş X15 və X30 xüsusi mülkiyyəti kimi qeydiyyata alınsa da, bu torpaq sahəsinin əsil sahibi Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi X27 olmuş və onun tərəfindən saxta sənədlərlə ələ keçirilmişdir. X1 barəsində olan cinayət işi üzrə məhkəmə proseslərinin gedişi zamanı təqsirləndirilən C.M.Əvəzov iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Samur bələdiyyəsinin sədri X19 müraciət edərək qanunsuz yolla ələ keçirdiyi 17.0 ha torpaq sahəsini zərərin ödənilməsi məqsədilə Samur bələdiyyəsinə qaytarmaq istədiyini bildirmiş və torpaq sahəsi adma rəsmiləşdirilmiş yaxın qohumu olan X10 etibarnamə əsasında nümayəndəsi X33 bu haqda göstəriş vermişdir. xx.xx.2022-ci il tarixdə S.Şirinov tərəfindən notarial qaydada daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 17.0 ha torpaq sahəsi Samur bələdiyyəsinə qaytarılmışdır. Məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, 17 ha torpaq sahəsi C.Əvəzovun yaxın qohumu X15 (sonradan X30 və daha sonradan X10) adma rəsmiləşsə də, onların torpaq sahəsinə subyektiv hüquqları olmamış, mülkiyyət hüquqlarına dair çıxarışlar saxta olmuşdur. Hazırda həmin saxta çıxarışların ləğvi üçün Sumqayıt inzibati məhkəməsinə tərəfimizdən iddia ərizəsi verilmiş və iş məhkəmənin icraatına qəbul edilmişdir. Lakin məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra məhkum C.Əvəzov onun şərti cəzaya məhkum edilməsinə əsas olmuş 17 ha torpaq sahəsini yenidən ələ keçirmək fikrinə düşmüş, bu məqsədlə yaxın qohumu olan X10 vasitəsilə Qusar rayon məhkəməsində Samur bələdiyyəsinə qarşı iddia qaldıraraq xx.xx.2022-ci il tarixdə notarial qaydada daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Samur bələdiyyəsinə qaytarılmış 17.0 ha torpaq sahəsinin yenidən ona qaytarılmasını tələb etmişdir. O, iddia tələbini əsaslandırmaq üçün bələdiyyənin sabiq sədri Albina Muradxanova tərəfindən imzalanmış və sonradan tərtib edilmiş saxta öhdəlik müqaviləsinə istinad etmişdir. Saxta olması heç bir şübhə doğurmayan həmin öhdəlikdən görünür ki, Samur bələdiyyəsi bağışladığı 17 ha torpaq sahəsinin əvəzində ona ayrı ərazidə 20 ha torpaq sahəsi ayırmağı öhdəsinə götürmüşdür. (Samur bələdiyyəsinin qaldırdığı iddia üzrə Qusar rayon məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə artıq etibarsız hesab edilmişdir) Samur bələdiyyəsinin iclas protokollarının qeydiyyat kitabına əsasən bələdiyyənin növbəti iclası 26 noyabr 2019-cu il tarixdə keçirilmişdir. İclasa bələdiyyənin sədri olmuş X5 etmişdir. Bu iclasın gündəliyində Samur bələdiyyəsi ərazisində hər hansı bir torpaq sahəsinin müqavilə əsasında kiməsə verilməsi və ya alınması məsələsi müzakirə predmeti olmamışdır. Samur bələdiyyəsinin cari arxivində 27 noyabr 2019-cu il tarixdə Samur bələdiyyəsinin sədri X31 və X23 arasında 17.0 ha torpaq sahəsinin Samur bələdiyyəsinə bağışlaması və bunun müqabilində Samur bələdiyyəsinin başqa ərazisindən ona 20.0 ha torpaq sahəsinin qaytarılacağı haqda öhdəlik götürülməsi barədə müqavilə mövcud deyildir. Qusar rayon məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə X10 17 ha torpaq tələbi haqda iddiası təmin edilməmiş, Samur bələdiyyəsinin 17 ha toıpaq sahəsinin əvəzində ona ayrı ərazidə 20 ha torpaq sahəsi ayırmağı öhdəsinə götürməsi haqda öhdəlik müqaviləsinin etibarsız sayılması haqda E.Ayibovanın qarşılıqlı iddiası təmin edilmişdir. X16 Samur bələdiyyəsinin sədri işlədiyi dövrdə (2015-2019) bələdiyyə fəaliyyətinə aid protokolların və bələdiyyə qərarlarının saxtlaşdırılması, 2015-ci ildə bütün bələdiyyə üzvlərinin bələdiyyə sədrinin qanunsuz əməllərindən dəfələrlə aidiyyatı üzrə şikayətlər etməsi, bələdiyyə iclasları protokollarında saxta imzalar edilməsi haqda prokurorluq orqanlarına müraciətlər edilmişdir. Qeyd edilməlidir ki, sözügedən 17.0 ha torpaq sahəsinə aid arxiv sənədlərinin saxtalaşdırılması ərəfəsində (27.11,2019-cu il tarixli müqavilənin tərtib edildiyi vaxtda) vətəndaş X28 şikayəti əsasında Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1 (019)-82/2019 saylı hökmü ilə bələdiyyənin sabiq sədri X31 Azərbaycan Respublikası CM-nin 178.2.3 (şəxs tərəfindən dələduzluq əməllərini öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək 1 (bir) il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz ) manat cərimə cəzasına məhkum edilmişdir. X34 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli hökmünün icrasına mane olmaq üçün Samur bələdiyyəsinə qaytarılmış 17 ha torpaq sahəsinin cinayət ortağı olan Cavanşir Əvəzov tərəfindən yenidən ələ keçirilməsi üçün Qusar rayon məhkəməsinə müraciət etmiş, saxta və əsası olmayan müqavilənin özü tərəfindən tərtib olunması barədə ərizə göndərməklə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş faktları təhrif etməyə çalışır. 17 ha torpaq sahəsinin Samur bələdiyyəsindən alınaraq A.Şirinovaya qaytarılması barədə Qusar rayon məhkəməsində hazırda baxılan iddia üzrə Samur bələdiyyəsinin sədri Elnarə Ayibovaya iddia tələbi ilə razılaşması üçün məhkum Cavanşir Əvəzovun qohumları tərəfindən təzyiq və təhdidlər edilir, milyonlarla pul mənimsənilməsinə yol verdiyi barədə internet resurslarında saxta məlumatlar yaymaqla audit yoxlaması göndəriləcəyi, bələdiyyə sədri seçilməsinə maneçilik ediləcəyi ilə şantaj edilir, müxtəlif instansiyalara anonim müraciətlər göndərilir. E.Ayibova 17.0 ha torpağın qaytarılmasına razılıq vermədiyi üçün ona təzyiq və təhdidlər daha da genişlənmiş və ciddiliyi artmışdır. X40 qohumları tərəfindən edilən təzyiq və təhdidlər, şantaj və qarayaxma faktları barədə E.P.Ayibovanın ərizəsi hazırda rayon prokurorluğunda və Rayon Polis idarəsində araşdırılır. Samur bələdiyyəsinin sədri E.Ayibovanın göstərdiyi prinsipiallıq bələdiyyənin sabiq sədri, saxta sənədlər tərtib etməyə görə məhkum olunmuş Albina Muradxanovanın anası X20 tərəfindən mənfi qarşılanmış və onun tərəfindən böhtançı ərizələr yazılması ilə nəticələnmişdir. X24 29 oktyabr 2024-cü il tarixdə “Nuh” informasiya agentliyi vasitəsilə yaydığı say hesabilə 17-ci olan ərizəsində Respublika Prezidentinə, Baş Nazirə, Prezident aparatına, Baş Prokurora, Ədliyyə Nazirinə, Qusar rayon prokuroruna müraciət edərək Samur bələdiyyəsinin sədri E.Ayibovanın pul müqabilində saxta sənəd verməsi, bələdiyyədə qanunsuz hərəkətlər etməsi, vətəndaşlara hədə qorxu gəlməsi, bələdiyyəni borc içində batırması, əhalini mitinqlərə təhrik etməsi, qarışıqlıq yaratmağa təhrik etməsi, dövlətçiliyə qarşı çıxması, tüfeyli həyat tərzi keçirməsi, qanunsuz varlanması, bələdiyyə pullarını mənimsəməsi,Gömrük terminalı ərazisində qanunsuz ticarətlə məşğul olması, qanunsuz valyuta dəyişdirmə əməliyyatları ilə məşğul olması, saxta sənədlərlə torpaq satması, bunların hesabına avtomaşın və ev və sair əmlaklar alması, bələdiyyə iclas protokollarını saxtalaşdırması, bələdiyyə üzvlərinin əvəzinə protokolları üzünün imzalaması, külli miqdarda rüşvət alması, bələdiyyə büdcəsinə milyonlarla ziyan vurması, əmlak və torpaq vergilərini mənimsəməsi nəticəsində bələdiyyə hesablarına həbs qoyulmasını və bu faktların yoxlanmadığını qeyd etmişdir. Beləliklə də, X20 yalan olduğunu bilə-bilə X14 ağır və xüsusilə ağır cinayətlər törətməsi barədə internet resurslarında yalan məlumatlar yaymış, müxtəlif dövlət orqanlarına 17 dəfə eyni məzmunlu ərizələrlə müraciət edərək seşki öncəsi onun fəaliyyətinin yoxlatdırılması, işdən çıxarılması və bələdiyyə sədri seçilməməsi üçün audit yoxlaması göndərilməsinin zəruri olmasına dair rəy formalaşdırmağa çalışmışdır. Onun konkret faktlara söykənməyən bu yalan məlumatları nəticəsində X32 izahatı alınması üçün müxtəlif dövlət orqanlarına çağrılaraq sorğu sual edilmiş, işgüzar nüfuzuna xələl gəlmiş, müxtəlif şəxslər və tanışları zənglər vuraraq bu məlumatlarla əlaqədar suallar vermiş, nəticədə o, narahatlıq, dərin psixoloji sarsıntı və stress keçirmişdir. X32 barəsində inzibati orqanlarda cinayət işi istintaq olunmamış, heç vaxt məhkum olmamışdır. Auditor yoxlamaları zamanı fəaliyyətində cinayət xarakterli hallar müəyyən edilməmuişdir. X8 yaydığı böhtan xarakterli yalan məlumatlar əxlaqi prinsiplər, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və onu tanıyan ayrı-ayrı şəxslər arasında E.P.Ayibova barəsində mənfi rəy yaratmışdır. X20 ağır və xüsusilə ağır cinayətlər törətməyi barədə mətbuatda dərc edilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə həqiqətə uyğun olmayan məlumatlar yaymış, işgüzar nüfuzuna zərər yetirmiş, güclü stress yaşatmış, ona mənəvi ziyan vurmuş və ləkələmişdir. Onun əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibi vardır. Xüsusi ittihamçı X14 vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 Çərkəz oğlu məhkəmə iclası zamanı xüsusi ittihamın məzmununa uyğun izahat verərək, şikayət ərizəsində göstərilənləri müdafiə etdiyini bildirmişdir. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Gülnarə Muradxanova ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, həmin şikayəti o yazmamış, o öz adıdan yazdığını şikayətləri qələmlə yazmış, qalanlardan xəbəri yoxdur. Ola bilsin onun adından həmin şikayətləri kimsə yazmışdır. Elnarə bələdiyyə sədri işləyən vaxtı onu kafeni işlətməyə qoymamış, torpaq sahəsinin özünə aid olduğunu demişdir. Onun Elnarənin vəkilin dediklərindən heç nədən xəbəri yoxdur, X29n xəbəri yoxdur. O, NUH İnformasiya Agentliyinin iş üzrə məhkəməyə gələndə bilmişdir. O, NUH İnformasiya Agentliyinə getməmişdir. Bu işlə əlaqədar o, NUH İnformasiya Agentliyinə dərc edilmiş yazının təkzib edilməsi ilə bağlı müraciət etməmişdir. Müvafiq orqanlara Elnarə barədə şikayət ərizələri yazmışdır. Elnarə barədə Qusar rayon prokurorluğunada şikayət ərizəsi yazmış, neçə dəfə yazdığını xatırlamır, bütün ərizələrinin məzmunları eynidir. Onun adından NUH İnformasiya Agentliyinə kim yazdığını müəyyən edilməsi üçün polisə şikayət etməmişdir. Ədliyyə Nazirliyinə, Elnarə ilə bağlı saxta sənədlərlə, onun rüşvət alması ilə bağlı şikayət ərizəsi yazmışdır. Onun yuxarı instansiyalara yazdığı şikayətlərdən Elnarənin məlumatlı olmasından xəbəri yoxdur, o, həmin şikayətlərin eynisini Elnarəyə göndərməmişdir. İş materiallarında olan X29 dərc edilmiş Samur Bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora Şikayət adlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın ərazitəşkilat məsələləri şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Administrasiyanın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Qusar Rayon Prokurorluğuna ünvanlanmış 17-ci şikayət ərizəsindən görünür ki, “Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarına Qusar rayonu Samur bələdiyyəsinin sədri Elnarə Ayıbovanın pul alaraq saxta sənəd verməsi və bələdiyyədə digər qanunsuzluqlar, həmçinin cinayət əməlləri barədə şikayət ərizələrinə ciddi yanaşılmır. Yəni bələdiyyə sədri yenə də hədə qorxu ilə danışır. Mənə heç kim heç nə edə bilməz deyir. Hətta yeni bələdiyyə seçkilərində bələdiyyə sədri olacağını bütün camahatın yanında çəkinmədən danışır. Bu necə ola bilər ki, mən və digər şikayətçilər bələdiyyə sədrinin cinayət əməlləri barədə müraciətlər edirik. Bələdiyyə sədrinin fəaliyyəti yoxlanılmır. Hətta yenidən sədr seçiləcəyi xəbərləri yayılıb. Saxta sənədlər satan, bələdiyyəni borc içində batıran, pis vəziyyətə salan, cinayətin içində batan Elnarə Ayıbova yenidən necə sədr seçilə bilər: Mən və Samur camaatı bütün Rəhbər şəxslərdən kömək istəyirik. İndi isə Elnarə Ayıbova mən də daxil olmaqla kənd sakinlərini ayağa qaldırmaq, mitinq etmək, etirazlar başlatmaq məqsədi ilə insanlara çağırışlar edir. Məqsədi isə pul qazanmaqdır. Belə ki, Samur qəsəbəsində SDK tərəfdə sökülən obyekt sahiblərini mən də daxil olmaqlab dövlətin nümayəndələri ilə razılaşmamağa, onlara etiraz etməyə çağırır. Gizli görüşlər vasitəsi ilə qarışıqlıq yaratmaq fəaliyyətindədir. Həmin sökülən obyekt sahiblərinə razı olmayacaqları təqdirdə nə istəsələr dövlət tərəfindən ödəniləcəyi barədə vədlər verməklə şirinikləşdirir. Yəni bu insan Dövlətçiliyə qarşı çıxır. Bizdə çaşqınlıq yaradıb. Bunun qarşısı təcili alınmasa pis hadisələrin olacağından Samur camaatı ehtiyyat edir. Ən əsası isə etdiyi hərəkətləri Qusar rayon icra hakimiyyətinin başçısının müavini Elman Mustafayevin göştərişi ilə etdiyini deyir. İnsanlar bu səbəbdən nə edəcəklərini bilmirlər. Elnarə Ayıbova tüfeyli həyat sürür. Qusarda bunu bilməyən yoxdur. Nə dediyimi yəqin başa düşdünüz. Bələdiyyə sədri seçiləndən bəri pul yığmaqla məşğuldur. Yəni bu insanın hər şeyi puldur. Pulunu ver nə istiyirsən etsin. Saxta sənədlər satmaqla, bələdiyyə pullarını mənimsəməklə qanunsuz varlanır və hegomonlaşır. Özünün Samur keşid məntəqəsinin yaxınlığında “terminal” adlanan ərazidə böyük obyekti var. Orada Gömrük əməkdaşları ilə əlbir olub qanunsuz ticarətlə məşğuldur. Həmçinin qanunsuz olaraq Rus pulunu və dolları Azərbaycan manatına dəyişir. Qanunsuz varlanma nəticəsində özünə maşın, evlər və sair əmlaklar alıb. Bunlar saxta sənədlərlə satdığı torpaq sahələrinin gəlirləridir. Qusar rayon İcra başçısının müavini Elman Mustafayevə arxalanıb nə istiyir onu da edir. Elman Mustafayevlə yaxın əlaqədə olduğunu hər yerdə utanmadan, abır etmədən deyir. Rusya Federasiyası ilə sərhəd olan Samur qəsəbəsinin bələdiyyə sədri görün kimi təyin ediblər. Qusar rayonu Samur bələdiyyəsinin fəaliyyətində də ciddi qanun pozuntularına və ağır cinayət əməllərinə yol verib və davam edir. Belə ki, bələdiyyədə bələdiyyə iclasları ümumiyyətlə keçirilmir, iclas protokolları saxtalaşdırılır. Yəni iclas keçirilmədən protokollar yazılır. Bələdiyyə üzvülərinin yerinə imza atılır. Bu qaydada dövlət orqanı olan Ədliyyə Nazirliyini də aldadılır. Torpaq sahələri təkbaşına qərarlarla, bazar qiymətləri nəzərə alınmadan istədiyi qiyməti qoyaraq satılır. Köhnə tarixlərə yazılaraq sənədlər saxtalaşdırılmaqla küllü miqdarda rüşvət müqabilində vətəndaşlar aldadılaraq satılır. Beləliklə bələdiyyə büdcəsinə MİLYONLARLA ziyan vurulur. Zəbt torpaqlarında isə vəziyyət daha da pisdir. Belə ki torpaqları zəbt etmiş şəxslər Elnarə xanıma rüşvət verməsələr torpaqları əlindən alınır və orda gördükləri işlər yerlə yeksan olur. Bələdiyyənin daimi komisyaları fəaliyyət göstərmir. Bələdiyyənin fəaliyyəti tamami ilə dayanıb. Bələdiyyədə əmlak və torpaq vergisi mənimsənilib. Vətəndaşlardan pullar alınır və bələdiyyə büdcəsinə keçirilmir. Bu səbəbdən də bələdiyyənin hesabları həbsdədir. Bələdiyyə üzvləri 6 aydan bir hesabat vermirlər. Bələdiyyənin xəzinədar vəzifəsini özü icra edir.və sairrr.... QANUNSULUQLAR YAZMAQLA QUTARMAZ. Qeyd etdiklərimizi nəzərə alaraq qəsəbə camaatının müraciətinə ciddi yanaşılmasını xahiş edirik. Bələdiyyə sədri Elnarə Ayıbova bildirir ki, İcra başçısının müavini Elman Mustafayevlə işləyirəm. Elman Mustafayev mənə himayədarlıq edir. Onunla sıx əlaqəm var. Buna görə də Samur camaatına saxta sənədlərlə torpaq satıram. X35, İradə Zeynalova, Yeganı Osmanova, Qarabayev Fuad, Gərəyxanov Qədim, Şeydayev Tərlan, Zarina Əzimətova, Qacıxanov Rövşən, Salmanov Valeh, Fərmanov Akşin, X17, Əlirzayev Rauf, Mövlan Nadirquliyev və s. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq müraciətimdə qeyd etdiklərim ciddi araşdırılsın. Samur bələdiyyəsinin fəaliyyətini yoxlanılsın və bələdiyyə sədri Elnarə Ayıbovanın törətdiyi cinayət əməllərinə hüquqi qiymət verilməsini xahiş edirəm” Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarına əsasən maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətinin müdafiəsinə qanunla onun ölümündən sonra yol verilir. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə, X8 özünü təqsirli bilməməsi barədə ifadəsinə belə qiymət verir ki, X20 özü etiraf etmişdir ki, Elnarə Ayibova barədə ali vəzifəli şəxslərə, dövlət orqanlarına şikayət ərizələri yazmışdır. Həmin şikayət ərizələrin məzmunu ilə X29 dərc edilmiş yazı ilə eyni məzmunlu olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X8 özünü təqsirli bilməməsi barədə ifadəsi özünü müdafiə xarakterli hesab edir. Əgər, X20, həmin şikayət ərizələri yazdıqlarını etiraf etməsə idi və ya həmin şikayət ərizələrinin məzmunu X29 dərc edilmiş yazı ilə eyni məzmunlu olmasa idi, X8 özünü təqsirli bilməməsi inandırıcı ola bilərdi. Bundan başqa məhkəmənin icraatında olduğu dövr ərzində X20 Nuh informasiya agentliyinə haqqında olan cinayət işi ilə bağlı dərc edilmiş yazının təkzib edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə, X20 tərəfindən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq olunur. Məhkəmə hesab edir ki, X7 törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, X20 tərəfindən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsi təsdiqini tapdığından ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs X20 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək və ona islah işləri növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir, X13 islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə, X8 təqsirləndirildiyi maddənin sankiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin tədbiq olunmasını məqsədə müvafiq hesab etmir. Belə ki, X13 azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin təyin edildiyi təqdirdə özü mərhumiyyətlərə məruz qalacaq. Məhkəmə hesab edir ki, X13 azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə ərazi hüdudlarının tərk edilməsi ilə bağlı vəzifələr qoyulacaq. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri hallarını nəzərə alaraq X13 azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən X20 islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır Təqsirləndirilən şəxs X8 hazırki cinayət təqibi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə daimi yaşayış yerinin olmasını, həmçinin məhkəmə iclaslarına vaxtı vaxtında gəlməsini nəzərə alaraq hesab edir ki, barəsində hökm qanuni qüvvəyə minənədək hər hansı qətimkan tədbirinin seçilməsinə lüzum yoxdur. Azərbaycan Cinayət Prosessual Məcəlləsinin: 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 186.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. 187.1. Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət işinin materiallarından görünür ki, X9 50 (əlli) min manat məbləğində pul tutaraq X21 ödənilməsi hissəsinə belə qiymət verir ki, şikayət ərizəsində 50 (əlli) min manat məbləğində pulun tutulması xahiş edilsə də, həmin tələblə bağlı ayrıca mülki iddia ərizəsi verilməmişdir. Məhkəmə hesab edir ki, şikayət ərizəsində göstərilən X9 50 (əlli) min manat məbləğində pul tutaraq X21 ödənilməsini, E.P.Ayibovanın qeyd edilən ağır və xüsusilə ağır cinayətləri törətməsi barədə yoxlanmamış məlumatları dərc etdiyinə görə “NUH“ informasiya agentliyinin üzərinə onları təkzib etmə öhdəliyi qoyulması tələbləri ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X20 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. X13 təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli aylıq qacancından pul tutulmaların aparıldığı vaxtdan hesab edilsin. X9 50 (əlli) min manat məbləğində pul tutaraq X21 ödənilməsi, E.P.Ayibovanın qeyd edilən ağır və xüsusilə ağır cinayətləri törətməsi barədə yoxlanmamış məlumatları dərc etdiyinə görə “NUH“ informasiya agentliyinin üzərinə onları təkzib etmə öhdəliyi qoyulması tələbləri ilə bağlı, X21 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-13/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-13/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver