Məhkəmə qərarları › İş №1(029)-59/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-59/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-59/2021 30.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 Poliklinika şöbəsinin həkim nevropotoloqu işləyən, Qusar rayonu Qayakənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələri ilə və 02.09.1976-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 direktoru işləmiş, Quba şəhəri H.Əliyev küçəsi ev 1 mənzil 6-da qeydiyyatda olmaqla Quba şəhəri Nizami küçəsi ev 36-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, o, 10 dekabr 2010-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qusar rayon X1 şöbəsinin həkim nevropotoloqu vəzifəsində işləyərkən həmin Nazirlik üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və digər səlahiyyətlərə malik başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi həmin Nazirlik üzrə yaradılmış 29 may 2018-ci il tarixli, 103 №-li əmrə əsasən həmin xəstəxananın Həkim məsləhət komissiyasına əlillik dərəcəsi almaq üçün 09.04.2008-ci il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş, 17 iyun 2019-cu il tarixdə ilk dəfə müraciət etmiş - xx xxxx 1977-ci il təvəllüdlü, Qusar rayonu Hil kənd orta məktəbində müəllimə işləyən, Qusar şəhəri M.Murtuzayev küçəsi ev 27A-da qeydiyyatda olmaqla yaşayan Şahid1 17.06.2019-cu il tarixdə “Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi ” diaqnozu qoyulmasına və komissiya tərəfindən müayinə zamanı həmin diaqnozların müəyyən edilib qeyd edilən diaqnozla rəsmiləşdirilmiş 0248003AAFZT nömrəli göndərişlə Tibbi-Sosial Ekspert Komissiyasına göndərildikdən sonra göndərişdə əlavə müalicəyə ehtiyacın olması qeyd olunduğu üçün əlillik təyinatının aparılması mümkün olmadığı barədə qərar qəbul edilməsinə baxmayaraq, xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Şahid1 barəsində, faktiki olaraq əziyyət çəkməsə də, faktiki diaqnozlarına oxşar diaqnozları bənzədərək fərqli (əlavə) diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə sonuncu qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə ünvan 1 ünvanında yerləşən Qusar rayon mərkəzi xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid1 barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan 10.08.2019-cu il tarixdən 23.08.2019-cu il tarixədək xəstəxanada əlavə, yəni stasionar müalicə almasına dair rəsmi sənəd hesab edilən ******* saylı xəstəlik tarixində son kliniki diaqnoz kimi “Proqressivləşən damar leykoensefalopatiyası, Binsvanger xəstəliyi, ataksiya, müvazinətin pozulması, vaskulyar demensiya, Arterial hipertenziya, vetebrogen boyun radikulopatiyası, kəskin astenik hal” kimi bilə-bilə yalan diaqnozları qeyd edərək vəzifə saxtakarlığı törədib, bundan sonra onu müalicə həkimi kimi 9 sentyabr 2019-cu il tarixdə Həkim məsləhət komissiyasına təqdim edərək komissiyanın sədri Təqsirləndirilən şəxs2 və komissiya üzvlərini Şahid1 həmin diaqnozların olduğuna inandırıb komissiyanın müsbət rəyini aldıqdan sonra həkim məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsindən, yəni “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnamə”yə əsasən, Şahid1 barəsində qeyd olunmuş diaqnozların, aparılmış müayinələrin və müalicənin düzgünlüyünü sədr kimi yoxlamayaraq, şəxsən Təqsirləndirilən şəxs2 özü iştirak etməklə elektron imzası ilə təsdiq etməli olduğu halda sonuncunun özünün və tapşırığı əsasında komissiya üzvlərinin elektron imzasını xəstəxanada operator işləyən cinayətdən xəbərsiz Şahid4 etibar etməsindən istifadə edərək diqtəsi əsasında sonuncu vasitəsilə 9 sentyabr 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən Qusar rayon mərkəzi xəstəxanasının inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüterdə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq Şahid1 əsas diaqnozu qismində şəxsi niyyətlə “Proqressivləşən damar leykoensefalopatiyası, Binsvager xəstəliyi”, ağırlaşma və yanaşı xəstəliklər diaqnozu qismində isə “Ataksiya, Müvazinatın pozulması, Vaskulyar demensiya, Arterial hipertenziya İİ dərəcə, Vertebrogen boyun radikulyopatiyası, Kəskin astenik hal” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan 09.09.2019-cu il tarixli, 0248003AAF57 nömrəli elektron göndərişə daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada həkim məsləhət komissiyası sədri və üzvlərinin adından təsdiq edib həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərməklə Şahid1 ümumi xəstəlik səbəbindən beş il müddətinə, 27.09.2024-cü il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə 27.09.2019-cu il tarixli qərar verildikdən sonra həmin tarixdən 30.04.2020-ci il tarixədək olan müddətdə ümumilikdə 1.187,33 manat (bir min bir yüz səksən yeddi manat otuz üç qəpik) məbləğində sosial müavinətin ödənilməsinə nail olmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasının (1 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi Qusar rayon X10 Hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun isə dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, 8 oktyabr 2012-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən həmin Nazirlik üzrə 29 may 2018-ci il tarixli, 103 №-li əmrə əsasən həmin xəstəxananın Həkim məsləhət komissiyasının sədri vəzifəsinə təyin edilməklə “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 10 dekabr 2010-cu il tarixli 108 saylı əmri ilə xəstəxanasının Poliklinika şöbəsinin həkim nevropotoloqu vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 həmin Nazirlik üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi həmin Nazirlik üzrə yaradılmış 29 may 2018-ci il tarixli, 103 №-li əmrə əsasən həmin xəstəxananın Həkim məsləhət komissiyasına əlillik dərəcəsi almaq üçün 09.04.2008-ci il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş, 17 iyun 2019-cu il tarixdə ilk dəfə müraciət etmiş - xx xxxx 1977-ci il təvəllüdlü, Qusar rayonu, Hil kənd orta məktəbində müəllimə işləyən, Qusar şəhəri, M.Murtuzayev küçəsi, ev 27A-da qeydiyyatda olmaqla yaşayan Şahid1 17.06.2019-cu il tarixdə “Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi” diaqnozu qoyulmasına və komissiya tərəfindən müayinə zamanı həmin diaqnozların müəyyən edilib qeyd edilən diaqnozla rəsmiləşdirilmiş 0248003AAFZT nömrəli göndərişlə Tibbi-Sosial Ekspert Komissiyasına göndərildikdən sonra göndərişdə əlavə müalicəyə ehtiyacın olması qeyd olunduğu üçün əlillik təyinatının aparılması mümkün olmadığı barədə qərar qəbul edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Şahid1 barəsində, faktiki olaraq əziyyət çəkməsə də, faktiki diaqnozlarına oxşar diaqnozları bənzədərək fərqli (əlavə) diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə sonuncu qarşısında onun özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə ünvan 4 ünvanında yerləşən Qusar rayon mərkəzi xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid1 barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan 10.08.2019-cu il tarixdən 23.08.2019-cu il tarixədək xəstəxanada əlavə, yəni stasionar müalicə almasına dair rəsmi sənəd hesab edilən ******* saylı xəstəlik tarixində son kliniki diaqnoz kimi “Proqressivləşən damar leykoensefalopatiyası, Binsvanger xəstəliyi, ataksiya, müvazinətin pozulması, vaskulyar demensiya, Arterial hipertenziya, vetebrogen boyun radikulopatiyası, kəskin astenik hal” kimi bilə-bilə yalan diaqnozları qeyd edərək vəzifə saxtakarlığı törətməsindən sonra Təqsirləndirilən şəxs1 həmin cinayətkar əməllərindən məlumatı olmadan, “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnamə”yə əsasən, Şahid1 barəsində qeyd olunmuş diaqnozların, aparılmış müayinələrin və müalicənin düzgünlüyünü lazımi diqqət və ehtiyatlılıq göstərərək sədr kimi yoxlamayaraq, düzgün olmayan diaqnozları aşkara çıxara biləcəyi halda üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməyib, həmin hərəkətinin dövlətə ziyan vurmaqla ictimai təhlükəli nəticəyə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, həmin nəticəni görmədən, yəni cinayətkarcasına etinasızlıq göstərməklə Təqsirləndirilən şəxs1 müalicə həkimi kimi 9 sentyabr 2019-cu il tarixdə Həkim məsləhət komissiyasına təqdim edərək komissiyanın sədri kimi özünü və komissiya üzvlərini Şahid1 həmin diaqnozların olduğuna inandırmasına şərait yaradıb, şəxsən özü iştirak etməklə elektron imzası ilə təsdiq etməli olduğu halda özünün və tapşırığı əsasında komissiya üzvlərinin elektron imzaları xəstəxanada operator işləyən cinayətdən xəbərsiz Şahid4 etibar edilməklə Təqsirləndirilən şəxs1 diqtəsi əsasında Şahid4 9 sentyabr 2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən Qusar rayon mərkəzi xəstəxanasının inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüterdə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq Şahid1 əsas diaqnozu qismində şəxsi niyyətlə “Proqressivləşən damar leykoensefalopatiyası, Binsvager xəstəliyi”, ağırlaşma və yanaşı xəstəliklər diaqnozu qismində isə “Ataksiya, Müvazinatın pozulması, Vaskulyar demensiya, Arterial hipertenziya İİ dərəcə, Vertebrogen boyun radikulyopatiyası, Kəskin astenik hal” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları informasiya resursu sayılan 09.09.2019-cu il tarixli, 0248003AAF57 nömrəli elektron göndərişə daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada özünün və komissiya üzvlərinin adından təsdiq edib həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərməklə Şahid1 ümumi xəstəlik səbəbindən beş il müddətinə, 27.09.2024-cü il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə 27.09.2019-cu il tarixli qərar verildikdən sonra həmin tarixdən 30.04.2020-ci il tarixədək olan müddətdə ümumilikdə 1.187,33 manat (bir min bir yüz səksən yeddi manat otuz üç qəpik) məbləğində sosial müavinətin ödənilməsinə nail olmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanasının (1 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X20 Ərazi Bölmələrini İdarəetmə Birliyi Qusar rayon X10 Hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun isə dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 Poliklinika şöbəsinin həkim nevropotoloqu işləyir. Dəqiq tarixlər yadında deyil, Şahid1 müxtəlif vaxtlarda fasilərlə Qusar MRX-da həm stasionar, həm ambulator müalicələr almışdır. 2015-ci ildə reanimasiyaya düşmüşdür. 2018-ci ildə ona ambulator müraciət etmişdir. Həmin vaxt Mətanət emosional olmuş, müvazinətinə tam nəzarət edə bilməmişdir. Həmin şəxs 10 gün onun nəzarətində olmuş, ilk 6 ay müddətdə iki dəfə stasionar müalicədə olmuşdur. 180 gündən sonra həmin şəxsin əmək qabiliyyətinin müəyyən edilməsi üçün komissiyaya göndərilmişdir. Həmin vaxt Mətanət tez-tez aqressiv vəziyyətdə olmuş, həmçinin onda yaddaş pozğunluğu olmuşdur. Həkim-məsləhət komissiyasında da həmin şəxsin xəstəliyi təsdiq olunmuş və onun xəstəlik diaqnozu elektron sistemə işlənilmişdir. Bundan sonra Mətanətə 2 həftəlik əlavə müalicə məsləhət görülmüşdür. Bundan sonra Mətanər həmin müddət ərzində stasionarda müalicə almışdır. Sonra yenidən sistemə işlənilmiş və daxil edilmiş məlumatlar əsasında oradakı həkim tərəfindən Mətanətə 2-ci qrup əlillik təyin edilmişdir. Nevrologiya sahəsində işləyən həkimlərə diaqnozlar barədə kitablar verilir və orada diaqnozların qoyulması qaydaları göstərilir. O, Mətanətə həmin kitabdakı qaydaların “ç” bəndinə uyğun “N 67-4” diaqnozu qoymuşdur. Həmin diaqnozda “leykoensefalopatiya, yaddaşın pozulması, zəifliyi, gözlərində xəstəlik və s.” qeyd olunmuşdur. Bu barədə baş nevroloqun da rəyi vardır. Sonradan ekspert komissiyası həmin diaqnozu ləğv etmişdir. Ola bilər ki, o, Mətanətin xəstəliyini şişirtmişdir. Lakin, burada cinayət faktı yoxdur. Mətanətin xəstəliyi ilə bağlı ilkin həkim-cərrah həmin şəxslə əyani söhbət aparmış, lakin cərrah nevrologiya sahəsini tam anlamır, o, profildən hər hansı rəy verə bilər. Əgər Mətanət sağalmış olsa idi onun epikrizində sağlam yazılardı. O, Mətanəti əvvəllər tanımamış, onunla qohumluq və ya digər münasibətləri olmamış, həmin şəxsdən pul və ya bəxşiş almamışdır. O, yalnız Mətanəti həkim kimi müayinə etmiş və xəstəliyini qiymətləndirmişdir. Ola bilər ki, bunu edərkən səhv etmişdir. Beləliklə, o, heç bir cinayət törətməmiş, yalnız həkim kimi diaqnoz qoymuşdur. Hesab edir ki, sadəcə əlillik ləğv olunmalı və əlilliyə görə müavinət verilən şəxsdən vəsait geri alınmalı idi. O, Mətanəti xəstə bilib müayinə etmiş və müalicə təyin etmişdir. Xəstənin barəsində rəy verilmişdir ki, o, işləyə bilməz. Sonradan Mətanətin əlilliyi ləğv olunmuş, aldığı vəsait geri qaytarılmışdır. O, da həkim kimi bütün bunlardan nəticə çıxarmışdır. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2009-cu ildə Azərbaycan Dövlət Tibb İnstitunun Müalicə profilaktika fakultəsinin müalicə işi ixtisasını bitirmişdir. 10.12.2010-cu il tarixdən 04.01.2020-ci il tarixədək Qusar rayon X1 şöbəsinin həkim nevropatoloqu, 04.01.2020-ci il tarixdən hal-hazıra kimi Qusar RMX-nın X22 proliklinika şöbəsinin həkim nevropatoloqu vəzifəsində çalışır. 2020-ci ilin may ayından 2020-ci ilin aprel ayınadək xəstəxananın həkim məsləhət komissiyasının üzvü olmuşdur. Buna səbəb komissiyanın nevropatoloq həkimi Şahid3 təqaüdə çıxması olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, Şahid1 ilk dəfə 2018-ci ildən tanımışdır. O, Qusar MRX-da ilk dəfə 01.04.2015-ci il tarixdən 03.04.2015-ci il tarixədək stasionar müalicədə olmuşdur. Həmin vaxtı ona klinik diaqnoz olaraq dəqiqləşdirilməmiş nevrotik pozğunluq diaqnozu qoyulmuşdur. 2019-cu ildə Qusar RMX-nın Poliklinika şöbəsinə müraciət etmiş, onu müayinə edərək Qusar MRX-na stasionar müalicəyə göndərmişdir. Belə ki, 29.03.2019-cu il tarixdən 18.04.2019-cu il tarixədək Qusar MRX-da stasionar müalicə almış və ona göndərişdə yazdığı diaqnoz «vertebro bazilyar arterial hövzədə qan dövranı çatmamazlığı, vestibulo ataktik krizlər, dissirkulyator ensefolopatiya» qoyulmuşdur. Ona xəstəxanada klinik diaqnoz «vertebro bazilyar ASS, Vestibulyar krizlər, hərəki koordinator pozğunluq, arterial hipertenziya, kəskin astemonevrotik pozuntu» qoyulmuşdur. Şahid1 əlillik təyini ilə bağlı ilkin olaraq komissiya tərəfindən TSEK-ə elektron göndəriş göndərilmiş, lakin imtina cavabı gəlmiş, imtinanın səbəbi kimi ixtisaslaşdırılmış müəssisədə müayinə və müalicəyə ehtiyac olması göstərilmişdir. Şahid1 bu səbəbdən Respublika Klinik xəstəxanasına müayinə olunması üçün göndəriş verilmişdir. Müayinələrin nəticələri xəstəxanadan verilmiş epikrizdə qeyd olunmuşdur, lakin epikrizin harada olmasını bilmir. Bundan sonra Mətanət 10.08.2019-cu il tarixdən 23.08.2019-cu il tarixədək Qusar MRX-da stasionar müalicə almışdır. Belə ki, onun göndərişini o göndərmiş və həmin vaxtı onun vəziyyətini ağır görmüşdür. Ona göndərişdə klinik diaqnoz kimi «proqressivləşən damar leykoensefalopatiyası, Binsvanger xəstəliyi, yaddaşın intellektik itməsi» diaqnozu yazılmışdır. O, xəstəxanada stasionar müalicə aldıqdan sonra ona son klinik diaqnoz kimi proqressivləşən damar leykoensefalopiyası, Binsvanger xəstəliyi, ataksiya müvazinətin pozğunluğu, vaskulyar demensiya, arterial hipertenziya İİİ dərəcə, vertebrogen boyun radikulopatiyası, kəskin asenik hal diaqnozu qoymuşdur. Həmin diaqnoz onun tərəfindən qoyulmuşdur. Sonradan xəstə Şahid1 əlillik dərəcəsi almaq üçün Qusar rayon mərkəzi xəstəxanasının həkim məsləhət komissiyasına müraciət etmişdir. Şahid1 əlillik vəziyyəti Qusar rayon Mərkəzi Xəstəxanasının həkim məsləhət komissiyasının 09.09.2019cu il tarixli göndərişinə əsasən TSEK-də 27.09.2020-ci il tarixdə qiymətləndirilmiş və ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin göndərişdə Qusar rayon Mərkəzi Xəstəxanası tərəfindən əsas daiqnoz kimi “Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi, ağır proqressiv gediş” qeyd edilmişdir. Xəstə əyani şəkildə həkim məsləhət komissiyasına təqdim olunmuşdur və xəstə ikinci dəfə komissiyanın həkim nevropatoloq işləmiş və hazırda yaş həddinə çatması ilə əlaqədar işdən azad edilmiş Şahid3 tərəfindən gözlə müayinə edilmişdir. Həmin vaxtı o, xəstəni komissiyaya təqdim etmişdir. Belə ki, xəstə həkim məsləhət komissiyasına müalicə həkimi tərəfindən təqdim edilir. Təqdim olunarkən xəstənin özü və xəstənin adına olan ambulator tibbi kitabça təqdim edilir. Ambulator tibbi kitabçanın içərisində şəxsə aid olan bütün müayinə və müalicə sənədləri olur. Həmin sənədlərə həm amubulator müayinə, həmdə stasionar şəraitdə aldığı müalicələrin çıxarış epikrizləri daxildir. Xəstə HMK-na təqdim edilərkən ambulator tibbi kitabçada müalicə həkimi tərəfindən göndəriş yazılır. Həmin göndərişdə aparılmış bütün müayinə və müalicələr qeyd edilir və təqdim etmə səbəbi əsaslandırılır. Əsas diaqnoz, yanaşı diaqnoz və ağırlaşmalar qeyd edilir. Təqdim olunmuş xəstə HMK-nın üzvləri və ixtisas həkimi tərəfindən müayinə olunur, təqdim edilmiş sənədlərin doğruluğu yoxlanılır, doğruluğu təsdiq olunduqdan sonra HMK-nın qərarı həmin kartada yazılır və möhürlə təsdiqlənir, üzvlər və sədr tərəfindən imzalanır. Komissiyanın həkim nevroopatoloqu Şahid3 xəstə Şahid1 komissiyaya təqdim olunan zaman onu vizual yəni gözlə müayinə edərək, diaqnoz və ağırlaşmaları dəqiqləşdirmədən və digər tibbi müayinələr götürmədən daha öncə aparılmış müayinə və müalicələrə əsaslanaraq xəstəyə qoyulmuş diaqnozunu təsdiq etmişdir. Həmin vaxtı komissiya qoyduğu diaqnoza inanaraq həmin diaqnozu təsdiq etmişdir. Əlavə kimi qeyd etmişdir ki, Şahid1 qoyulmuş əsas diaqnoz və ağırlaşma diaqnozu həkim məsləhət komissiyası tərəfindən daha öncə aparılmış müayinə və müalicələrə əsaslanaraq xəstəyə qoyulmuş diaqnoz əsasında təsdiq edilmişdir. Həkim məsləhət komissiyası və ixtisas həkimi xəstəni vizual müayinə edərək, əvvəlki tibbi sənədlərinə baxıb inanaraq diaqnozu təsdiq etmiş və qərar qəbul edərək Forma 88-i TSEK-na elektron qaydada göndərmişdir. Şahid1 TSEK-na göndərilmiş 09.09.2019-cu il tarixli elektron göndərişi elektron sistemə vurularkən operator Günay Muradova göndərişdə qeyd olunan diaqnozları onun diqtəsi və nəzarəti altında vurmuş və sədr və komissiya üzvlərinin elektron imzaları ilə təsdiq etdikdən sonra göndəriş (Forma 88) göndərilmişdir. 2020-ci ilin fevral ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində xəstə əyani müayinə olunmuş, xəstəyə qoyulmuş diaqnoz öz təsdiqini tapmadığından əlilliyi ləğv olunaraq sənədlər prokurorluğa göndərilmişdir. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həmin xəstəni müayinə edən zaman Qusar RMX-nın poliklinikasında olan bütün labarator və instrumental müayinələrin nəticələrinə əsasən xəstənin həmin vaxtı olan vəziyyətini Forma 88-ə qeyd olunan diaqnoz kimi dəyərləndirmişdir. Xəstədə qeyd olunan koordinator pozuntuların həmin vaxtda qeyd olunan yaddaş və yeriş pozğunluğunu yuxarıda qeyd olunan diaqnozun komponentləri kimi təsvir etmiş və damar mənşəli ensefolopatiya ilə proqressivləşən damar leykoensefolopatiyası diaqnozunun oxşar cəhətlərinin çox olmasına əsasən bu nəticəyə gəlmişdir. Digər qeyd olunan mülayim dərəcəli koordinator pozulmalar və psixoorqanik sindrom diaqnozları isə ümumilikdə vaskulyar demensiya kimi qiymətləndirmiş və bənzətmişdir. Xəstədə binsvanger xəstəliyi olmamışdır. Demensiya diaqnozunu isə psixoorqanik sindrom diaqnozu ilə oxşar cəhətlərinə əsasən qeyd etmişdir. O, qeyd olunan diaqnozları səhv diaqnoz kimi qeyd etmişdir. Bunu digər diaqnozlara bənzətdiyi üçün həmin diaqnozları yazmışdır. Şahid1 qoyulmuş diaqnozların bəziləri xəstənin stasionar epikrizlərində öz təsdiqini tapmışdır. Digər diaqnozlar isə onun başqa diaqnoza bənzətməsi əsasında xəstəyə qoyulmuşdur. Etiraf etmişdir ki, 25.02.2020-ci il tarixdə aparılan əyani müayinə zamanı Şahid1 tibbi sənədlərində qeyd edilmiş «Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi, ağır proqressiv gediş, Qabıqaltı vaskulyar demensiya, İntellektin, yaddaşın və qavramanın kəskin pozulması ilə müşahidə edilən pozuntular, ataktik yeriş» diaqnozu mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etməyə bilərdi. Həmin xəstəliklər ola bilər ki, keçici xarakterli olsun. Düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömərli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnəmənin 2.2.9 bəndinə uyğun olaraq İİ (ikinci) dərəcə əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə Şahid1 əlil hesab olunmamışdır. Komissiyanın tərkibində olan ixtisas həkimi yəni həkim nevromatoloq Şahid3 onun qoymuş olduğu diaqnoza əsaslanmışdır və ona inanmışdır. Ona və eləcədə həkim məsləhət komissiyasının digər üzvlərinə vətəndaş Şahid1 əlilliyin təyini ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif olunmamış və verilməmişdir. Şahid1 qoyulmuş diaqnozlardan Binsvanger xəstəliyi, ağır proqressiv gediş, paralitik yeriş diaqnozları xəstədə olmaya bilərdi. Digər diaqnozları isə xəstədə aşkar etdiyinə görə qoymuş və yuxarıda göstərdiyi kimi bənzətmişdir. Demensiya diaqnozunu ağıl zəifliyi kimi yox yaddaşın enməsi mənasında qeyd etmişdir. Şahid1 əyani müayinəsi zamanı Forma 88-də qeyd olunmuş diaqnoz yəni intellektin yaddaşın və qavramanın kəskin pozulması ilə müşahidə edilən pozğunluqlar, Ataktik yeriş və koordinasiya pozğunluqları xəstədə aşkar edilməyə bilərdi. Həmin diaqnozlarla Şahid1 məktəbdə müəllimə işləməsi mümkün ola bilərdi. Şahid1 əlillik aldıqdan sonra xəstəxanaya müraciət etməmişdir. Şahid1 qoyuduğu diaqnozlardan bəziləri yuxarıda göstərdiyi kimi tərəfindən düzgün qoyulmamış yəni bənzədilmiş, bəziləri isə həmin vaxtadək sağala bilərdi. Qusar rayon Mərkəzi Xəstəxanasının həkim məsləhət komissiyasının 09.09.2019-cu il tarixli 0248003AAF57 saylı göndərişində yazılmış diaqnozları operatora özü diqtə etmiş və onun nəzarəti altında elektron sistemə yerləşdirilmişdir. İxtisasca nevropatoloq olduğundan və müalicə həkimi olduğundan komissiya üzvlərinin əvəzinə həmin diaqnozları operatora diqtə etmiş, nəzarəti altında elektron sistemə yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, işlərinin çox olması səbəbindən səhlənkarlıq etmiş, direktoru işlədiyi “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 həkim-nevropotoloqu işləyən Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 əsas diaqnoz kimi qoyulmuş “Proqressivləşən damar leykoensefalopatiyası, Binsvager xəstəliyi”, ağırlaşma və yanaşı xəstəliklər diaqnozu qismində qoyulmuş “Ataksiya, Müvazinatın pozulması, Vaskulyar demensiya, Arterial hipertenziya İİ dərəcə, Vertebrogen boyun radikulyopatiyası, Kəskin astenik hal” kimi diaqnozları araşdırmamış və bu barədə diqqətsizlik etmişdir. Hazırda isə onun təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür. Barəsində həmin qərarın tətbiq edilməsinə razıdır. Odur ki, barəsində həmin qərar tətbiq edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 1999-cu ildə Azərbaycan Dövlət Tibb İnstitunun Müalicə işi fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 2005-ci ildən Quba rayon Mərkəzi xəstəxanasında başlamışdır. İxtisasca həkim terapevtdir. 08 oktyabr 2012-ci il tarixdə Qusar rayon MRX-nın baş həkimi vəzifəsinə təyin edilmişdir. Bildirmişdir ki, Qusar rayon Mərkəzi xəstəxanası 22.08.2012-ci ildən X21. Həmin hüquqi şəxsin direktoru həmin vaxtdan özüdür. Həmçinin Qusar rayon X10 Hüquqi şəxsi 01.01.2020-ci il tarixdən TƏBİB-in tərkibindədir. Eyni zamanda o, həmin xəstəxanada olan həkim-məsləhət komissiyasının sədridir. Belə ki, tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim məsləhət komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə, birləşmiş xəstəxanalarda poliklinika şöbəsinin müdirinə (baş həkimin poliklinika işləri üzrə müavininə) həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.05.2018-ci il tarixli 103 nömrəli əmrinə əsasən Qusar rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən HMK-sı aşağıdakı tərkibdə təsdiq edilmişdir. Qusar rayon X10 Hüquqi şəxsin həkim məsləhət komissiyası bir sədr və 3 üzvdən ibarət olmuşdur. Həmin komissiyasının sədri o, üzvləri - terapevt həkim kimi X5, həkim cərrah kimi X7, həkim nevropatoloq Şahid3 daxil edilmişdir. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafıq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (Ü35u nömrəli forma) yazılır. Sədri olduğu həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfındən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi : - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddəti başa çatmış şəxslərə TSEK tərəfındən əlilliyin təkrar qiymətləndirilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin əmək fəaliyyəti ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və s. Həkim məsləhət komissiyası yuxarıda qeyd olunduğu kimi komissiyaya müraciət edən şəxslərin xəstəliyinin müayinə və müalicə metodları ilə dəqiqləşdirilərək əlillik dərəcələrinin təyinatı üzrə forma-88 lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidmətinə göndərilməsini həyata keçirir. Əvvəllər Tibbi Sosial Ekspert komissiyaları rayon ərazində yerləşsə də sonradan həmin mərkəzlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidmətinə tabe edildi. 2017-ci ildən isə həkim məsləhət komissiyaları rayonda yerləşməklə müvafiq elektron forma 88 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə yəni Tibbi sosial ekspertiza və Reabilitasiya Alt siseminə «TSERAS» sisteminə göndərir həmin xidmətin göndərişi əsasında Agentlikdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılır. Ona elektron imza Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən ona məxsusdur. Bildirmişdir ki, elektron imza ona məxsus olsa da xəstəyə qoyulmuş diaqnozları elektron sistemə müalicə həkiminin nəzarəti və redaktəsi altında operator özü daxil etmişdir. Xəstəxanada operator vəzifəsində bir neçə ildir ki, Günay Muradova işləyir. Bildirmişdir ki, xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropatoloq tərəfindən müayinə olunur, lazım gəldikdə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan elektron imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 88-i sistemə daxil etmək mümkün olmur. Mahiyyəti üzrə bildirmişdir ki, Şahid1 tanımamışdır. O, Qusar MRX-da ilk dəfə 01.04.2015-ci il tarixdən 03.04.2015-ci il tarixədək stasionar müalicədə olmuşdur. Həmin vaxtı ona klinik diaqnoz olaraq dəqiqləşdirilməmiş nevrotik pozğunluq diaqnozu qoyulmuşdur. 2019-cu ildə Qusar RMX-nın Poliklinika şöbəsinin həkim nevropatoloqu Təqsirləndirilən şəxs1 onu Qusar MRX-na stasionar müalicəyə göndərmişdir. Belə ki, 29.03.2019-cu il tarixdən 18.04.2019-cu il tarixədək Qusar MRX-da stasionar müalicə almış və onun klinik diaqnozu «vertebro bazilyar ASS, Vestibulyar krizlər, hərəki koordinator pozğunluq, arterial hipertenziya, kəskin astemo-nevrotik pozuntu» qoyulmuşdur. Şahid1 əlillik təyini ilə bağlı ilkin olaraq komissiya tərəfindən TSEK-ə elektron göndəriş göndərilmiş, lakin imtina cavabı gəlmiş, imtinanın səbəbi kimi ixtisaslaşdırılmış müəssisədə müayinə və müalicəyə ehtiyac olması göstərilmişdir. Şahid1 bu səbəbdən Respublika Klinik xəstəxanasına müayinə olunması üçün göndəriş verilmişdir. Müayinələrin nəticələri xəstəxanadan verilmiş epikrizdə qeyd olunmuşdur. Bundan sonra o, 10.08.2019-cu il tarixdən 23.08.2019-cu il tarixədək Qusar MRX-da stasionar müalicə almışdır. Belə ki, onun göndərişini Qusar rayon X1 şöbəsinin həkim nevropatoloqu Təqsirləndirilən şəxs1 tərtib etmiş və göndərişdə klinik diaqnoz kimi «proqressivləşən damar leykoensefalopatiyası, Binsvanger xəstəliyi, yaddaşın intellektik itməsi» diaqnozu yazılmışdır. O, xəstəxanada stasionar müalicə aldıqdan sonra ona son klinik diaqnoz kimi proqressivləşən damar leykoensefalopiyası, Binsvanger xəstəliyi, ataksiya müvazinətin pozğunluğu, vaskulyar demensiya, arterial hipertenziya İİİ dərəcə, vertebrogen boyun radikulopatiyası, kəskin asenik hal diaqnozu qoyulmuşdur. Həmin diaqnoz da Təqsirləndirilən şəxs1 tərəfindən qoyulmuşdur. Sonradan xəstə Şahid1 əlillik dərəcəsi almaq üçün Qusar rayon mərkəzi xəstəxanasının həkim məsləhət komissiyasına müraciət etmişdir. Şahid1 əlillik vəziyyəti Qusar rayon Mərkəzi Xəstəxanasının həkim məsləhət komissiyasının 09.09.2019-cu il tarixli göndərişinə əsasən TSEK-də 27.09.2020-ci il tarixdə qiymətləndirilmiş və ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin göndərişdə Qusar rayon Mərkəzi Xəstəxanası tərəfindən əsas diaqnoz kimi “Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi, ağır proqressiv gediş” qeyd edilmişdir. Xəstəni həkim məsləhət komissiyasında həkim nevropatoloq işləmiş və hazırda yaş həddinə çatması ilə əlaqədar işdən azad edilmiş Şahid3 müayinə etmişdir. Belə ki, həkim məsləhət komissiyasın müalicə həkimi tərəfindən təqdim edilir. Təqdim olunarkən xəstənin özü və xəstənin adına olan ambulator tibbi kitabça təqdim edilir. Ambulator tibbi kitabçanın içərisində şəxsə aid olan bütün müayinə və müalicə sənədləri olur. Həmin sənədlərə həm amubulator müayinə, həmdə stasionar şəraitdə aldığı müalicələrin çıxarış epikrizləri daxildir. Xəstə HMK-na təqdim edilərkən ambulator tibbi kitabçada müalicə həkimi tərəfindən göndəriş yazılır. Həmin göndərişdə aparılmış bütün müayinə və müalicələr qeyd edilir və təqdim etmə səbəbi əsaslandırılır. Əsas diaqnoz, yanaşı diaqnoz və ağırlaşmalar qeyd edilir. Təqdim olunmuş xəstə HMK-nın üzvləri və ixtisas həkimi tərəfindən müayinə olunur, təqdim edilmiş sənədlərin doğruluğu yoxlanılır, doğruluğu təsdiq olunduqdan sonra HMK-nın qərarı həmin kartada yazılır və möhürlə təsdiqlənir, üzvlər və sədr tərəfindən imzalanır. Komissiyanın həkim nevropotoloqu Şahid3 xəstə Şahid1 komissiyaya təqdim olunan zaman onu vizual yəni gözlə müayinə etmiş, daha öncə aparılmış müayinə və müalicələrə əsaslanaraq xəstəyə qoyulmuş diaqnozunu təsdiq etmişdir. Həmin vaxtı onlar da xəstəni həkim məsləhət komissiyadan keçirmiş və müalicə həkimin qoyduğu diaqnoza inanaraq həmin diaqnozu təsdiq etmişlər. Əlavə kimi qeyd etmişdir ki, Şahid1 qoyulmuş əsas diaqnoz və ağırlaşma diaqnozu həkim məsləhət komissiyası tərəfindən daha öncə aparılmış müayinə və müalicələrə əsaslanaraq xəstəyə qoyulmuş diaqnoz əsasında təsdiq edilmişdir. Belə ki, xəstə komissiyadan keçərkən ətraflı və dəqiq olaraq müayinə olunmalı, əgər qoyulmuş diaqnozlarda şübhə yaranarsa köməkçi diaqnostik müayinələrdən keçirilməli, diaqnoz və ağırlaşmaları dəqiqləşdirilməli idi, zərurət yarandığı halda ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməli idi. Həkim məsləhət komissiyası və ixtisas həkimi xəstəni vizual müayinə edərək, əvvəlki tibbi sənədlərinə baxıb inanaraq diqnozu təsdiq etmiş və qərar qəbul edərək Forma 88-i TSEK-na elektron qaydada göndərmişdir. Komissiyanın üzvü ixtisasa nevropatoloq həkim Şahid3 xəstə Şahid1 müalicə həkimi həkim nevropatoloq olan Təqsirləndirilən şəxs1 tərəfindən qoyulmuş diaqnoza inanaraq diaqnozu təsdiq etmişdir. Komissiyanın digər üzvləri və sədri isə qoyulmuş diaqnozlara inanaraq elektron imzaları ilə göndərişi təsdiq etmişdirlər. Qeyd etmişdir ki, Şahid1 TSEK-na göndərilmiş elektron göndərişi elektron sistemə vurularkən operator Günay Muradova göndərişdə qeyd olunan diaqnozları komissiya üzvü və xəstənin ixtisas həkimi Şahid3 diqtəsi və nəzarəti ilə deyil, xəstənin müalicə həkimi olan Təqsirləndirilən şəxs1 diqtəsi və nəzarəti altında vurulmuş və göndəriş (Forma 88) göndərilmişdir. Həmin göndəriş onun və komissiya üzvlərinin elektron imzaları ilə təsdiq olunmuşdur. Onlar elektron imzalarını operatora etibar etmiş, müalicə həkiminə isə inanmışlar. Onun da səhvi o olmuşdur ki, o, qoyulmuş diaqnozlara və Təqsirləndirilən şəxs1 inanmış, elektron imzanı isə etibar etmişdir. Həmin göndəriş Təqsirləndirilən şəxs1 tərəfindən deyil həkim məsləhət komissiyası tərəfindən göndərilməli idi. Gərək həmin xəstə yenidən ixtisaslaşmış mərkəzi xəstəxanaya göndəriləydi və diaqnoz təsdiqini tapdıqdan sonra həmin diaqnoz ona qoyulmalı, göstərilən diaqnozlar həkim məsləhət komissiyasının iştirakı ilə forma 88-də yazılaraq imzalanmaqla təsdiq olunmalı və elektoron formada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspertiza şöbəsinə göndərilməli idi. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsə də, onun həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı özünün ifadəsi ilə qismən, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadəsi ilə, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 ona istinad olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı onun özünün etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri həmin X22 mənafeyini pozsa da, hər hansı maddi və mənəvi zərər dəyməmişdir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək Dövlət Sosial Müdafiə Fonduna vurulmuş maddi zərərin tam ödənilməsi təmin olunduğundan şikayətlərinin olmadığını, təyin ediləcək cəzanın hədlərini məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar rayon Hil kənd orta məktəbində müəllimə işləyir. 2015-ci ildən etibarən tez-tez xəstələnməyə başlamış, məktəbə gedə bilməmişdir. Sonradan o, müalicələr almış, lakin xəstəliyi davam etmiş, depressiyaya düşmüşdür. Onun atası ona Qusar rayon Mərkəzi Xəstəxanasının həkim-nevropotoloqu Təqsirləndirilən şəxs1 yanına getməyi məsləhət görmüş, həmin vaxt o, artıq yeriyə bilməmiş, Aynur adlı həkim onu müalicə etmiş və o, səhhətində dəyişiklik olduğunu görmüşdür. O, bir müddət xəstəxanada yatmış, sonra atası məsləhət görmüşdür ki, təqaüdə çıxsın, o, da təqaüdə çıxmışdır. Sonradan o, Bakıda diaqnostik müayinədən keçmiş, baş nevropotoloq da onu müayinə etmiş və daha sonra onun təqaüdünü kəsmişlər. Onda ağıl zəifliyi-yəni kəmağıllılıq olmamış, yaddaş zəifliyi olmuş, əlayaqları işləməmiş, nitqini tamamlamaq iqtidarında olmamışdır. Həmin vaxt təzyiqi də yüksək olmuşdur. O, xəstələnənə qədər Aynur adlı həkimi tanımamış, onu xəstə olandan sonra tanımışdır. O, müalicəyə görə Aynura bəxşiş və ya pul verməmişdir. Təqsirləndirilən şəxs1 onun səhhəti barədə qoyduğu diaqnoz əslində onun vəziyyətini əks etdirmir, çünki o ağıldan kəm deyildir. Bu barədə o, ibtidai istintaq zamanı da qeyd etmişdir. Onda tez-tez baş gicəllənmələr olur və buna görə də aspirin kardio, kaptopril və betaserk adlı dərmanlar qəbul edir, “OKİ” özəl tibb müalicəxanasında müalicə olunur. Ona əlillik dərəcəsi təyin olunduqdan sonra xəstəxanaya müraciət etməmiş, nə stasionar, nə ambulator müalicədə olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2000-ci il ildə ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladı vardır. 2001-ci ildən hal-hazıradək Qusar rayonu, Hil kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. Həyat yoldaşı spirtli içkilərdən mütəmadi istifadə etdiyinə görə tez-tez ailədaxili mübahisələri olmuş, təxminən 5 ilə yaxın bir vaxt olmuşdur ki, ailədaxilində baş vermiş narahatlıq səbəbindən depressiyaya düşmüş və elə həmin vaxtdan hal-hazıradək özündə narahatlıq hiss etməkdədir. 2015-ci ildə hətta depressiyaya düşmüş və 25 gün vəziyyəti ağır olmuşdur. Ailədaxili problemlərə görə çox əsəbləşmiş, sağlamlıq vəziyyəti pis olmuşdur. Belə ki, təzyiqi düşür, baş gicəllənməsi olur, yaddaşı pozulur və bu kimi xəstəlik əlamətlərini özündə müşahidə etmişdir. Bu səbəbdən 2019-cu ildə rəhmətə getmiş atasının təşəbbüsü ilə xəstəliyi ilə əlaqədar müavinət almaq üçün Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Qeyd etmişdir ki, 2015-ci ildə ilk dəfə onu xəstəxananın poliklinika şöbəsinin həkim nevropatoloqu Təqsirləndirilən şəxs1 müayinə və müalicə etmiş və onda nevroloji əlamətlərin tərkib hissəsi olan somatoform vegetativ pozuntu, halsızlıq, asteniya, başgicəllənmə və bu kimi halları müşahidə etmişdir. O, hətta Qusar MRX-da 01.04.2015-ci il tarixdən 03.04.2015-ci il tarixədək stasionar müalicədə olmuşdur. Həmin vaxtı ona dəqiqləşdirilməmiş nevrotik pozğunluq diaqnozu qoyulmuşdur. Sonradan o, bir neçə dəfə xəstəxanada ambulator və stasionar şəkildə müalicə almışdır. 2019-cu ildə həkim nevropatoloq Təqsirləndirilən şəxs1 onu Qusar MRX-ya stasionar müalicəyə göndərmişdir. 29.03.2019-cu il tarixdən 18.04.2019-cu il tarixədək Qusar MRX-da stasionar müalicə almış və ona «vertebro bazilyar ASS, Vestibulyar krizlər, hərəki koordinator pozğunluq, arterial hipertenziya, kəskin astemo-nevrotik pozuntu diaqnozu qoyulmuşdur. Bundan başqa o 10.08.2019-cu il tarixdən 23.08.2019-cu il tarixədək Qusar MRX-da stasionar müalicə almışdır. Bir neçə dəfə bülletenə çıxmışdır. Onun göndərişini Qusar rayon X1 şöbəsinin həkim nevropatoloqu Təqsirləndirilən şəxs1 tərtib etmiş və göndərişdə ona klinik diaqnoz kimi proqressivləşən damar leykoensefalopatiyası, Binsvanger xəstəliyi, yaddaşın intellektik itməsi diaqnozu yazmışdır. O, xəstəxanada stasionar müalicə aldıqdan sonra ona son klinik diaqnoz kimi proqressivləşən damar leykoensefalopatiyası, qabarıq hərəki koordinator pozğunluq, arterial hipertenziya İİİ dərəcə, boyun radikulopatiyası, kəskin asteno nevrotik sindrom diaqnozu qoyulmuşdur. Həmin diaqnoz da Təqsirləndirilən şəxs1 tərəfindən qoyulmuşdur. Sonradan o, əlillik dərəcəsi almaq üçün Qusar rayon mərkəzi xəstəxanasının həkim məsləhət komissiyasına müraciət etmişdir. Həmin vaxtı həkim məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2, üzvləri isə X6, X8 və Şahid3 idi. Həkim məsləhət komissiyasına o, müayinə və müalicə sənədlərini təqdim etdikdən sonra komissiyanın həkimləri onun xəstəliyini dəyərləndirmiş, onun komissiyada müayinə və müalicə həkiminin kim olmasını isə bilmir. Orada həkimlər onu vizual, yəni gözlə müayinə etmiş və ona əsas diaqnoz kimi «Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi, ağır proqressiv gediş» ağırlaşma diaqnozu kimi isə digər diaqnozlar qoyulmuş və komissiya tərəfindən göndərişi sonradan bildiyinə görə 09.09.2019-cu il tarixdə TSEK-ə göndərilmişdir. Bundan sonra 27.09.2019-cu il tarixdə ona 5 illik müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. O, həmin əlilliyinə görə 30.04.2020-ci il tarixədək aylıq olaraq 130 manat məbləğində müavinət almış və ona verilmiş ümumilikdə 1187 manat pulu “Kapital Bank” a məxsus olan bankomart kartı ilə şəxsən alıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2020-ci ilin fevral ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən ona zəng olunaraq Bakı şəhərinə gəlib müayinə olunmağı tələb edilmiş və o, Bakı şəhərinə gəlib orada müayinə olunduqdan sonra onda hər hansı bir xəstəlik müşahidə etmədiklərini bildirmişlər. Sonradan məlum olmuşdur ki, əlilliyi ilə bağlı aldığı müavinət dayandırılaraq sənədləri prokurorluğa göndərilmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əlillik aldıqdan sonra müəyyən dərmanları işlətmiş, yalnız hər hansı bir xəstəxanaya müraciət etməmiş, stasionar qayadada müalicə olunmamışdır. Əlillik aldıqdan sonra məktəbdə müəllimə kimi işləmiş, bülletenə çıxmamışdır. Ona qoyulmuş diaqnozlarda hər hansı təhrif edilmə bilərəkdən edilməmişdir. Ola bilər ki, hansısa diaqnoz artıq yazılmışdır. Onda demensiya və ya ağıl zəifliyi diaqnozu olmamışdır. Həkimlər ona yazdığı diaqnozlar barədə tibbi savadı olmadığı üçün heç bir söz deyə bilmir. Ona qoyulmuş diaqnozlar hal-hazırda onun sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmir. Hazırda özünü yaxşı hiss edir. Lakin, həmin vaxtlarda sağlamlıq vəziyyəti həqiqətəndə yaxşı olmamışdır. Ona əlilliyin təyini ilə bağlı hər hansı həkimə hər hansı məbləğdə pul və bu kimi maddi nemət təklif etməmiş, verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, Qusar rayon Mərkəzi Xəstəxanasında həkim nevropatoloq işləmiş, 1 il 6 aydır ki, təqaüdə çıxmışdır. İşlədiyi vaxt həkim-məsləhət komissiyasının üzvü olmuşdur. Əlilliyin təyin olunması barədə müraciət etmiş şəxsi həkim komissiyaya təqdim edir, komissiya həmin şəxsin səhhətini yoxlayır və rəy imzalanıb komissiyanın möhürü ilə möhürlənib ekspert komissiyasına göndərilir. Şahid1 uzun müddət xəstə olmuş, müalicələr almışdır. Həmin şəxsə əlillik təyin olunaraq müavinət verilmişdir. Həmin şəxsdə beyin qan dövranının pozulması olmuşdur. Həmin xəstəlik sağalan xəstəlik deyildir. Həmin şəxsin əlilliyi, onun işlədiyinə görə ləğv olunmuşdur. Ola bilər ki, diaqnoz qoyularkən hansısa çatışmazlıqlar olmuşdur. Həkimməsləhət komissiyasının üç üzvü vardır: cərrah, terapevt, nevropatoloq. Mətanətin xəstəliyi ilə bağlı komissiyanın şübhəsi olmamış, xəstəliklə verilən diaqnoz bir-birinə uyğun olduğuna görə sənədlər ekspert komissiyasına göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 ümumi şöbəsinin katiblik bölməsinin müdiri işləyir. O, həkimlərin təqdim etdiyi sənədləri kompüterə yazır və elektron sistemə daxil edir. Xəstəxananın həkim nevropatoloqu Təqsirləndirilən şəxs1 təqdim etdiyi sənədləri də həmin qaydada elektron sistemə daxil etmişdir. O, xəstələri görmür, onlarla hər hansı münasibəti olmur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1998-ci ildən tibbi-sosial ekspertiza sahəsində çalışır. 2019-cu ilin təxminən dekabr ayından 17 iyul 2020-ci ilədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspertiza şöbəsinin müdiri vəzifəsində çalışmış, hazırda xidmətin adı dəyişdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adlandırılmış və Agentliyin departament müdirinin müavini vəzifəsini icra edir. Əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin əlillik vəziyyətlərinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi araşdırmalar aparılır və əlillik dərəcəsi verilmiş şəxslərin əlillik vəziyyəti təkrar qiymətləndirilir. Bu səbəbdən Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya xidmətində komissiya yaradılmış və o, həmin komissiyada ekspert həkim cərrah kimi üzvlüyə daxil edilmişdir. Yaradılmış həmin komissiyanın işi keçmiş əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı verilən qərarların əsaslığının araşdırılması və əyani müayinə edilərək əlillik vəziyyətinin yenidən qiymətləndirilməsindən ibarətdir. Bu məqsədlə bir çox əlilliyi olan və eləcə də əlil kimi qeyd edilmiş şəxslərin Nazirliyin Mərkəzi Elektron İnformasiya sisteminin Əlillik Alt sisteminə səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada daxil edilmiş göndərişləri (forma 88) təftiş edilmiş və müəyyən edilmişdir ki, göndərişdə qeyd olunmuş diaqnoz və ağırlaşmalar köməkçi diaqnostik müayinələrlə əsaslandırılmamışdır. Bu səbəbdən imtina qərarı verilmiş, şəxs narazı olduqda isə sonuncu təkrar əyani müayinəyə cəlb edilmiş və müayinə olunaraq əlillik vəziyyəti qiymətləndirilmişdir. Qusar rayon sakini Şahid1 əlillik vəziyyəti Qusar Rayon Mərkəzi Xəstəxanasının 09.09.2019-cu il tarixli, 0248003AAF57 nömrəli göndərişinə əsasən 27.09.2019-cu il tarixdə əvvəlcə şəxsin iştirakı olmadan komissiya tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilmiş və ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd etmişdir ki, komissiya əlilliyi qiymətləndirilən şəxsin kimliyi və yaşayış yeri, həmçinin hansı səhiyyə müəssisəsi tərəfindən göndərişin rəsmiləşdirilməsi barədə heç bir məlumata malik olmur. Qiymətləndirməyə əsas verən 0248003AAF57 nömrəli göndərişdə qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 növmərli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnəmənin 2.2.9 bəndinə uyğun olaraq İİ (ikinci) dərəcə əlillik təyinatına əsas verdiyindən əlillik təyin edilmişdir. Qeyd etmişdir ki, əvvəlcə xəstə səhhəti ilə bağlı problem yarandıqda ilk olaraq poliklinikaya müracəit edir, ilkin müayinə aparılır, xəstənin vəziyyəti ambulator müalicə ilə yaxşılaşmadığı halda ətraflı müayinə və müalicə üçün xəstəxanaya göndərilir. Həmin göndəriş əsasında xəstə stasionar müalicəyə qəbul edilir, ətraflı mayinə və müalicədən sonra son klinik diaqnoz qoyulur. Sonradan Nazirlik tərəfindən aparılan araşdırmalar çərçivəsində 25.02.2020-ci il tarixdə aparılan əyani müayinə zamanı Şahid1 tibbi sənədlərində qeyd edilmiş «Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi, ağır proqressiv gediş, Qabıqaltı vaskulyar demensiya, İntellektin, yaddaşın və qavramanın kəskin pozulması ilə müşahidə edilən pozuntular, ataktik yeriş» diaqnozu mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömərli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnəmənin 2.2.9 bəndinə uyğun olaraq İİ (ikinci) dərəcə əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə Şahid1 əlil hesab olunmamışdır. Bildirmişdir ki, əyani müayinə zamanı Forma 88-də qeyd olunmuş diaqnoz yəni intellektin yaddaşın və qavramanın kəskin pozulması ilə müşahidə edilən pozğunluqlar, Ataktik yeriş və koordinasiya pozğunluqları xəstədə aşkar edilməmişdir. Xəstə suallara aydın və məntiqli cavab vermişdir, zamana və məkana olan bələdliliyi tam saxlanmış, müayinənin məqsədini qavramışdır. Qeyd etmişdir ki, Şahid1 ixtisasca müəllimə olmuş, ona bu cür diaqnozun yazılması absurddur, hətta həmin vaxtı ona qoyulmuş diaqnozları eşitdikdə sonuncu bu halı təəccüblə qarşılamışdır. Hətta Şahid1 aid 23.04.2015-ci il tarixli Baş beyin kompyuter tomoqrafiyasında baş beyində nəzərə çarpan dəyişikliklər aşkar edilməmiş, normal diaqnoz qoyulmuşdur. Sonrakı dövrlər üçün baş beyin kompyuter tomoqrafiyası və ya MRT müayinəsi nəticələri tibbi sənədlər arasında olmamasına baxmayaraq ona həkim məsləhət komissiyası tərəfindən rəsmiləşdirilmiş 09.09.2019-cu il tarixli, 0248003AAF57 nömrəli göndərişində göstərilmişdir ki, şəxs 06.09.2019-cu il tarixdə baş beyinin həm KT, həm də MRT müayinəsi olunmuşdur. Forma 88-də qeyd olunmuş diaqnozların hansı diaqnostik müayinələrlə təsdiq olunması məlum deyil. Belə ki, 10.08.2019-cu il tarixdən 23.08.2019-cu il tarixədək dövrü əhatə edən Şahid1 aid 19/2145 saylı xəstəlik tarixində şəxsin Forma 88-də qeyd edilmiş diaqnozu təsdiq edən baş beyinin KT və ya MRT müayinəsi aparılmamışdır. Stasionara göndərilərkən ona qoyulmuş daxil olma diaqnozu Proqressivləşən damar leykoensefalopatiyası, Binsvanger xəstəliyi olmuşdur, stasionardan çıxarkən isə son klinik diaqnoz Proqressivləşən damar leykoensefalopatiyası, Binsvanger xəstəliyi əsas xəstəliyin ağırlaşması kimi ataksiya, müvazinətin pozulması, vaskulyar demensiya xəstəlikləri yanaşı xəstəlik kimi isə arterial hipertenziya 2-ci dərəcə, vertebrogen boyun radikulopatiyası kəskin astenik hal diaqnozları olmuşdur. Xəstə Şahid1 həkim məsləhət komissiyasına əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müraciət etdikdə Həkim məsləhət komissiyasında xəstəni diaqnozuna uyğun olaraq komissiyanın tərkibində olan həkim nevropatoloq müayinə etməli idi. Belə ki, nevropatoloq tərəfindən xəstə obyektiv müayinə olunmalı, sənədlər araşdırılmalı yəni xəstəyə qoyulmuş diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticələri tələb olunmalıdır. Müayinə nəticəsində xəstənin tibbi sənədlərində qeyd edilən diaqnozlar xəstənin vəziyyətində əksini tapırsa və həyat fəaliyyətinin davamlı məhdudlaşması aşkar olunursa həkim məsləhət komissiyasının qərarı ilə göndəriş rəsmiləşdirilə bilər. Qeyd olunan xüsusatlarda uyğunsuzluq varsa göndərişin rəsmiləşdirilməsindən imtina edilir. Forma 88-də xəstəliyin başladığı tarixdən göndəriş rəsmiləşdirildiyi tarixədək xəstəliyin dinamikası, aparılmış stasionar və ambulator müalicələr qeyd olunmalıdır. Tsekə göndərilən zaman xəstənin hazırkı vəziyyəti yəni orqan və sistemlərdə olan pataloji hallar və funksional pozğunluqlar ətraflı qeyd olunmalıdır. Xəstədə olan əsas diaqnoz və onun ağırlaşma halları eləcədə yanaşı xəstəliklər təsnifata uyğun şəkildə tərtib olunmalıdır. Qeyd edilmiş diaqnozlar köməkçi diaqnostik müayinələr və labarator müayinələrin nəticələri ilə təsdiq olunmalıdır. Əgər forma 88 tərtib olunan tibb müəssisəsində ətraflı müayinə aparmağa texniki imkan yoxdursa xəstə müayinə və müalicə olunması üçün Səhiyyə Nazirliyinin tabeliyində olan klinik xəstəxanalara və ya müvafiq elmi tədqiqat instutlarına göndərilməlidir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 03 iyul 2021-ci ilin tarixli 270/KEŞ №-li rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Şahid1 məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onun "Damar mənşəli ensefalopatiya. Mülayim dərəcəli koordinator pozulmalar (psixoorqanik sindromla). Ensefalopatiya mənşəli psixoorqanik sindrom. Hipertoniya xəstəliyi İİ dərəcə. OU-Hipertonik angiopatiya" xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildi. Qusar rayon X3 Mətanət Şövkət qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona "Proqressivləşən damar leykoensefalopatiyası. Binsvager xəstəliyi. Ataksiya. Müvazinatın pozulması. Vaskulyar demensiya. Arterial hipertenziya İİ dərəcə. Vertebrogen boyun radikulyopatiyası. Kəskin astenik hal" diaqnozu təyin edilmişdir. Lakin, təyin edilmiş diaqnoz Şahid1 mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmir. Qusar rayon X3 Mətanət Şövkət qızına diaqnozun düzgün təyin edilməməsi ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulmuşdur və buna məsul şəxs müalicə həkimidir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 may 2020-ci il tarixli **********2 saylı məktubundan və məktuba əlavə edilmiş Nazirlik yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirilməsi barədə 25 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş «Əlilliyin qiymətləndirilməsi Qaydası»na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında onun iştirakı olmadan elektron formada qiymətləndirilir. Qusar rayon sakini Şahid1 əlillik vəziyyəti Qusar rayon Mərkəzi Xəstəxanasının 0248003AAF57 saylı göndərişinə əsasən 27.09.2020-ci il tarixdə qiymətləndirilmiş və ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Şahid1 ikinci dərəcə əlilliyə görə 30.04.2020-ci il tarixədək 130 manat məbləğində müavinət təyin olunaraq ödənilmişdir. Həmin göndərişdə Qusar rayon Mərkəzi Xəstəxanası tərəfindən əsas daiqnoz kimi “Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi, ağır proqressiv gediş” qeyd edilmişdir. Lakin Nazirlik tərəfindən aparılmış araşdırmalar çərçivəsində Şahid1 25.02.2020-ci il tarixdə Xidmətdə əyani müayinə olunmuş və göndərişdə qeyd edilmiş diaqnoz öz təsdiqini tapmamış, məlumatda xətəliyin bilərəkdən ağırlaşdırılması məqsədi ilə təhrif edilməsi faktı aşkarlanmışdır. Xəstənin obyektiv müayinəsi zamanı hazırki vəziyyəti səhiyyə müəssisəsinin göndərişində qeyd edilən diaqnozlarla eynilik təşkil etməmiş, əlilliyin təyininə əsas verən hal aşkar edilməmişdir. Komissiyanın təkrar qiymətləndirilməsi barədə 25 fevral 2020-ci il tarixli protokolundan görünür ki, 25.02.2020-ci il tarixdə aparılan əyani müayinə zamanı Şahid1 tibbi sənədlərində qeyd olunmuş (“Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi, ağır proqressiv gediş, Qabıqaltı vaskulyar demensiya, intellektin, yaddaşın və qavramanın kəskin pozulması ilə müşahidə edilən pozğunluqlar” mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil etmir.Azərbaycan Respublşikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.9 bəndinə uyğun olaraq İİ (ikinci) dərəcə əlillik təyinatına əsas verən hal aşkar edilmədiyinə görə Şahid1 əlil hesab edilmədi. İİ (ikinci) dərəcə əlilliyin 25.02.2020-ci il tarixdən tam reabilitasiya edilməsi, müayinənin nəticəsinin alt sistemə daxil edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 may 2020-ci il tarixli **********2 saylı məktubuna əlavə edilmiş 17.06.2019-cu il tarixli 0248003AAFZT nömrəli elektron göndərişdən görünür ki, Şahid1 qeyd olunan elektron göndərişində əsas diaqnozu kimi «Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Bitsvanger xəstəliyi» ağırlaşma və yanaşı xəstəliklər diaqnozu kimi digər diaqnozlar qeyd olunaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş, lakin 01.07.2019-cu il tarixli müayinə cavabında imtina səbəbi kimi “əlavə müalicəyə ehtiyacın olması, səbəb kimi xəstəyə reabilitasiya müalicəsini davam etdirməsi məsləhət görülür” qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 may 2020-ci il tarixli **********2 saylı məktubuna əlavə edilmiş 09.09.2019-cu il tarixli 0248003AAF57 nömrəli elektron göndərişdən görünür ki, Şahid1 elektron göndərişində əsas diaqnozu kimi “Proqressivləşən damar leykoensefalopatiyası, İİİ mərhələ, Binsvanger xəstəliyi, ağır proqressiv gediş”, ağırlaşma diaqnozu kimi Qabıqaltı vaskulyardemensiya, İntellektin, yaddaşın və qavramanın kəskin pozulması ilə müşahidə edilən pozğunluqlar, Ataktık yeriş, Səndələmə, qabarıq koordinator hərəki pozğunluqlar, Paralitik yeriş, Paretik yeriş, Verniki - Man – pozası, Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları. Dizartriya nitqin səlis olmaması,Spastık hemiplegiya, Sol tərəfli spastık hemiparez, yanaşı xəstəliklər kimi Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası İİ f s. Vegetativ (avtonom) sinirsisteminin digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı başqa pozğunluqları, Neyrosirkulyator distoniya, qarışıq tip, Durğunluq ürək çatmamazlığı olmadan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, Arterial hipertenziya İİİ dərəcə, risk qrupu İV, Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Diskogen boyun radikulopatiyası, iki tərəfli davamlı ağrı sindromu diaqnozları qeyd edilmişdir. Göndəriş həkim məsləhət komissiasının sədri Təqsirləndirilən şəxs2, üzvləri X6, X8 və Şahid3 tərəfindən imzalanmışdır.Həmin göndəriş 27.09.2019-cu il tarixdə Nazirlik yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətində qiymətləndirilmiş və Şahid1 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan 10.08.2019-23.08.2019-cu il tarixli ******* saylı xəstəlik tarixindən görünür ki, Şahid1 kliniki diaqnoz kimi «Proqressivləşən damar leykoensefalopatiyası, qabarıq hərəki koordinator pozğunluq, Arterial hipertenziya İİİ dərəcə, Boyun radikulopatiyası, kəskin asteno nevrotik sindrom» diaqnozu yazılmışdır. Şahid1 xəstəxanada stasionar müalicə aldıqdan sonra ona müalicə həkimi Təqsirləndirilən şəxs1 tərəfindən son klinik diaqnoz kimi «proqressivləşən damar leykoensefalopatiyası, Binsvanger xəstəliyi, ataksiya müvazinətin pozğunluğu, vaskulyar demensiya, arterial hipertenziya İİ dərəcə, vertebrogen boyun radikulopatiyası, kəskin astenik hal» diaqnozu qoyulmuşdur. İş materiallarında olan Qusar Rayon X10 Hüquqi Şəxsin 01.06.2021-ci il tarixli 851/06- 21 saylı məktubundan görünür ki, X2 elektron imza kartı **********982, X4 elektron imza kartı **********676, Şahid3 işdən azad olunduğuna görə e-imza kartı deaktiv edilib, Təqsirləndirilən şəxs2 elektron imza kartı 262A311A8016800E saylıdır. Şahid1 nevroloji xəstəliklərdən əziyyət çəkdiyinə görə onun müalicə həkimi Qusar rayon X10 hüquqi şəxsin Poliklinika şöbəsinin həkim nevropatoloqu Təqsirləndirilən şəxs1 olmuşdur. İş materiallarında olan 22.08.2019-cu il tarixli 54 saylı əmrdən görünür ki, Qusar Rayon Mərkəzi Xəstəxanası 22.08.2019-cu il tarixdən X21. Təqsirləndirilən şəxs2 Qusar rayon X10 hüquqi şəxsin baş direktoru təyin edilmişdir. İş materiallarında olan Qusar MRX-nın həkim-məsləhət komissiyasının tərkibində dəyişiklik edilməsi barədə 29.05.2018-ci il tarixli 103 saylı əmrindən görünür ki, Qusar MRXsı üzrə həkim-məsləhət komissiyasının tərkibi aşağıdakı kimi təsdiq edilmişdir. Sədr- Təqsirləndirilən şəxs2-baş həkim, üzv-X8-həkim cərrah, üzv-Şahid3-həkim nevropatoloq, üzv-X5-həkim terapevt. İş materiallarında olan Qusar Rayon X10 Hüquqi Şəxsin 01.06.2021-ci il tarixli 851/06- 21 saylı məktubuna əlavə edilmiş 08 oktyabr 2012-ci il tarixli 88 saylı əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 08 oktyabr 2012-ci il tarixdən Qusar RMX-nın baş həkimi vəzifəsinə təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş 10.12.2010-cu il tarixli 108 saylı Əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 Qusar Rayon X1 şöbəsinin həkim nevropatoloqu vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X22 2 saylı regional ərazi filialının 25 may 2021-ci il tarixli **********8 saylı məktubundan görünür ki, Şahid1 2-ci qrup əlilliyə görə DSMF-nin Qusar rayon şöbəsi tərəfindən 27.09.2019-cu il tarixdən 27.09.2024-cü il tarixədək sosial müavinət təyin edilmişdir. 27.09.2019-cu il tarixdən 30.06.2020-ci il tarixədək aylıq 130.00 manat olmaqla cəmi 1187.33 manat sosial müavinət ödənilmişdir. 24.06.2020-ci il tarixdə «Müavinət, təqaüd və kompensasiya təyinatına əsas verən hüquq ləğv olunub» səbəbi ilə müavinət işi dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsindən daxil olmuş 11 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan ibtidai istintaq orqanının 17 iyun 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Şahid1 barəsində olan 0248003AAF57 nömrəli göndəriş və 10.08.2019-23.08.2019-cu il tarixli ******* saylı xəstəlik tarixi maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 17 iyun 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şahid3, X4 və X2 əməllərində cinayət tərkibi olmadığından barələrində Azərrbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının CM-nin 308-ci, 313-cü və 314-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 311-ci və Şahid1 barəsində həmin Məcəllənin 312-ci maddələri ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şahid1 əlilliyin təyin olunduğu dövrdən (27.09.2019-cu il tarixdən) ümumilikdə 1187.33 manat olmaqla sosial müavinətin ödənilməsi faktında sonuncunun hər hansı təqsiri olmadığından barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Şahid4 əməlində hər hansı cinayətin tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Şahid1 barəsində olan 0248003AAF57 nömrəli göndəriş və 10.08.2019-23.08.2019-cu il tarixli ******* saylı xəstəlik tarixi maddi sübut kimi tanınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 18 iyun 2021-ci il tarixli qərarlarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 22721 saylı 04.10.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Şahid1 tərəfindən sosial müavinət qismində artıq ödənilmiş vəsait kimi 1189 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində Qusar RİHB-nın Qusar şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 iyun 2021-ci il tarixli arayışdan görünür ki, həmin şəxs Qusar şəhəri Qayakənd kəndində yaşayır, himayəsində 22.05.2010cu il təvəllüdlü azyaşlı övladları X14, 30.07.2011-ci il təvəllüdlü X15 və 24.07.2020-ci il təvəllüdlü X16 vardır. İş materiallarında olan AA0663434 və AA ******* saylı şəxsiyyət vəsiqələrinin və AZ-İV 433922 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 22.05.2010-cu il təvəllüdlü Xədicə, 30.07.2011-ci il təvəllüdlü İbrahim və 24.07.2020-ci il təvəllüdlü Mədinə adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon X10 Hüquqi şəxsin Təqsirləndirilən şəxs1 barəsində vermiş olduğu xidməti xasiyyətnamədən görünür ki, o, işlədiyi vaxtda vəzifə borcu öhdəliklərini layiqincə yerinə yetirmişdir. O, fiziki cəhətdən sağlam, savadlılıq səviyyəsi qənaətbəxs, iş yoldaşları ilə münasibəti yaxşı, qarşılıqlı kömək göstərməyi bacarandır. İşlədiyi müddətdə müəssisə rəhbəri tərəfindən heç bir cəza almamışdır. Bununla da, həmin şəxs xidmət yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində Quba RİHB-nın Quba şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 iyun 2021-ci il tarixli arayışdan görünür ki, həmin şəxs Quba şəhəri H.Əliyev küçəsi, ev 1, mənzil 6-da qeydiyyatda olmaqla Quba şəhəri Nizami küçəsi ev 36-da yaşayır. İş materiallarında olan Quba rayon X10 Hüquqi şəxsin Təqsirləndirilən şəxs2 barəsində vermiş olduğu xidməti xasiyyətnamədən görünür ki, həmin şəxs xidmət yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş 30.11.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını istədiyindən Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsinə razı deyildir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş 30.11.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilir. İşlərinin çox olması ilə bağlı səhlənkarlıq etmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1.12 və 43.3-cü maddələrinə əsasən barəsində olan cinayət təqibinə xitam verilməsinə razıdır. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən, Həkim məsləhət komissiyasının funksiyalarına əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi və s. aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, Həkim-nevropatoloqun vəzifə öhdəlikləri tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və s aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı heç bir cinayət əməllərini törətməməsi, etdiyi əməllərin cinayət olmaması barədə ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi onun törətdiyi əməlləri ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, özünün və digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, məhkəmə-tibbi ekspertizasının rəyi ilə və digər sübutlarla tam təkzib edilir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs1 etdiyi hərəkətlər-yəni ona müraciət etmiş xəstə Şahid1 qəsdən bilə-bilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmçinin vəzifə saxtakarlığı edərək düzgün olmayan diaqnoz qoyması və həmin şəxsə qanunsuz olaraq əlillik dərəcəsinin təyin olunmasına və həmin şəxsə sosial müavinət təyin olunmasına nail olması məhz ona istinad olunan cinayət əməllərinin törədilməsi kimi qiymətləndirilməlidir. Bundan başqa, Şahid1 məhkəmə istintaqı zamanı bildirmişdir ki, o, 2-ci qrup əlillik aldığı vaxtdan hazıradək nə ambulator, nə də stasionar müalicə üçün Qusar RMX-yə müraciət etməmişdir. Bu, isə bir daha Təqsirləndirilən şəxs1 tərəfindən həmin şəxsə qoyulmuş diaqnozun onun xəstəlik vəziyyətinə uyğun gəlmədiyini, əlillik dərəcəsinin təyin edilməsi üçün bilərəkdən ona ağır diaqnoz qoyulduğunu təsdiq edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 həmin ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Eləcə də, göründüyü kimi Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə-min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini 2019-cu ilin avqust ayında törətmişdir. Həmin cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətdir və həmin cinayət əməlinin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyə ərizə təqdim edərək cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi əsası ilə barəsində CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsinə razı olmadığını göstərmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2, 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən, lakin həmin şəxs barəsində həmin əsasa görə həmin maddə ilə cinayət təqibinə xitam verilməsinə razı olmadığından o, CM-nin 313-cü maddəsi ilə təqsirli bilinməli, CM-nin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməməlidir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9, 9.1-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-nin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olmaqla o, hazırda “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1ci bəndinin təsiri altına düşür və həmin şəxs həmin qərarın tətbiq edilmədiyi şəxslərin dairəsinə daxil deyildir. Həmçinin, Təqsirləndirilən şəxs2 məhkəməyə ərizə təqdim etməklə amnistiya aktına əsasən barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 308.1-ci ilə cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, cəzanı yüngülləşdirən halı, törətdiyi əməllərin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətlərinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs1 qadın olmaqla himayəsində üç azyaşlı uşaqları vardır, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq cərimə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxs Təqsirləndirilən şəxs1 şəxsiyyətini nəzərə alaraq həmin şəxsin barəsində əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, zərər çəkmiş şəxslərin həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, həmin şəxs hazırda işlədiyi “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs1 işlədiyi xəstəxananın rəhbərliyi tərəfindən verilmiş xasiyyətnamə ilə müəyyən olunur ki, o, işlədiyi vaxtda vəzifə borcu öhdəliklərini layiqincə yerinə yetirmişdir. O, fiziki cəhətdən sağlam, savadlılıq səviyyəsi qənaətbəxs, iş yoldaşları ilə münasibəti yaxşı, qarşılıqlı kömək göstərməyi bacarandır. İşlədiyi müddətdə müəssisə rəhbəri tərəfindən heç bir cəza almamışdır. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 barəsində əlavə cəza kimi müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını ədalətli və humanist hesab etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Şahid1 barəsində olan 0248003AAF57 nömrəli göndəriş və 10.08.2019-23.08.2019-cu il tarixli ******* saylı xəstəlik tarixi işdə saxlanılmalıdır. Sosial müavinət qismində artıq ödənilmiş 1187.33 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia oxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 44, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib CM-nin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPMnin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikasının CPM-nin 39.1.12, 43.3-cü maddələrinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Şahid1 barəsində olan 0248003AAF57 nömrəli göndəriş və 10.08.2019-23.08.2019-cu il tarixli ******* saylı xəstəlik tarixi işdə saxlanılsın. Sosial müavinət qismində artıq ödənilmiş 1187.33 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar