Məhkəmə qərarları › İş №1(029)-8/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-8/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-8/2024 28.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Qusar rayonu Əniğ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Çiləgir kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, Qusar rayonunda fəaliyyət göstərən fərdi sahibkar Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla onun sahibliyində olan ünvan 2 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında kassir vəzifəsində işləyərkən əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar ona etibar edilmiş pul vəsaitlərinin, əmlakın, maddi və ya digər sərvətlərin salamatlığının təmin edilməməsi nəticəsində vurduğu zərərə görə tam fərdi maddi məsuliyyət daşıması ilə əlaqədar onunla tam fərdi maddi məsuliyyət daşıması barədə müqavilə bağlanılaraq xx.xx.2022-ci il tarixdən 02.12,2022-ci il tarixədək orada kassir vəzifəsində işləmiş, vəzifə öhdəliklərinə uyğun olaraq alıcılara fasiləsiz kassa xidmətini təmin etmək, iş əsnasında müştərilərə qaytarılacaq qalıq pul məbləğinin verilməsini daha da sürətləndirmək üçün rəhbərliyin təyin etdiyi günlük nağd pul miqdarını səlahiyyətli şəxsdən təhvil almaq, alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət - kassa aparatlarında düzgün əks olunması, yığılmasını həyata keçirmək, nəzarət - kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləmək, ödənişi alıcıdan qəbul etmək, pulun qalığını kassa çeki ilə birlikdə alıcıya vermək, kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın menecerinə və ya köməkçisinə təhvil vermək, menecer və zal administratoru tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirməli olduğu halda, bunu etməyərək ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq maddi məsul şəxs olmaqla ona inanılıb etibar edilmiş kassadan vahid niyyətlə öz vəzifələrini icra etdiyi müddətdə dəfələrlə kassaya daxil edilməli pulu kassaya daxil etməməklə, kassadan bilavasitə pulu götürməklə, kassada olan iri nominallı pul əskinaslarını az nominallı pul əskinasları ilə dəyişdirməklə özünə götürüb talamış, törətdiyi əməli gizlətmək məqsədi ilə mağazada geri qaytarılan məhsullara dair satış əməliyyatlarını kompyuter sistemindən silmək, günün sonunda növbəni bağlamaq, əməliyyatları yekunlaşdırmaq üçün nəzərdə tutulmuş ştrix kod kartından özbaşına istifadə edərək həmin kart vasitəsi ilə özünə götürdüyü pul vəsaitlərinin məbləğlərinə uyğun olaraq faktiki satılan, geri qaytarılmayan məhsullara dair satış əməliyyatlarını əsassız olaraq kompyuter sistemindən silərək həmin satış əməliyyatlarının qəbzini çap etməyərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10.509,97 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixədək 11.894,30 manat, ümumilikdə 22.404,27 manat (iyirmi iki min dörd yüz dörd manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaitlərini şəxsi ehtiyacları üçün götürüb xərcləməklə mənimsəmiş, bununla da “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında kassir vəzifəsində işlədiyi müddətdə özünə etibar edilmiş kassadakı pul vəsaitlərinin qorunub saxlanılmasına maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona inanılıb tapşırılmış kassadan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə vahid niyyətlə cəmi 22.404,27 manat məbləğində pul vəsaitlərini qanunsuz olaraq özünə götürüb xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə özgə əmlakını talamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə fərdi sahibkar Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlamaqla ünvan 2 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında kassir vəzifəsində işləməyə başlamış, işə götürülərkən onunla tam fərdi maddi məsuliyyət barədə müqavilə bağlanılmışdır. Onun əmək funksiyaları alıcılara fasiləsiz kassa xidmətini təmin etmək, iş əsnasında müştərilərə qaytarılacaq qalıq pul məbləğinin verilməsini daha da sürətləndirmək üçün rəhbərliyin təyin etdiyi günlük nağd pul miqdarını səlahiyyətli şəxsdən təhvil almaq, alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət - kassa aparatlarında düzgün əks olunması, yığılmasını həyata keçirmək, nəzarət - kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləmək, ödənişi alıcıdan qəbul etmək, pulun qalığını kassa çeki ilə birlikdə alıcıya vermək, kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın menecerinə və ya köməkçisinə təhvil vermək, menecer və zal administratoru tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirməkdən ibarət olmuşdur. Ondan başqa orada kassir Mehriban Ağabalayeva, operator Afaq Şixmuradova, baş satıcı Camisab Dövlətov, satıcı Şahnaz Cavadova, xadimə Taliyə işləmişlər. Mağazanın meneceri, yəni fəaliyyətinə rəhbərlik edən isə Şahid3dir. Həmin mağazanın iki kassası vardır. Əsas işlək olan 1 nömrəli kassada özü və kassir Mehriban Ağabalayeva növbəli şəkildə işləmişlər. O, davamlı olaraq bir gün kassada, növbəti gün satıcı kimi işləmiş, ondan sonrakı gün isə istirahət günü olmuşdur. Hər gün növbənin sonunda isə mağazanın meneceri Şahid3 ilə kassanı təhvil-təslim etmiş, mağazanın 2 nömrəli kassasında Şahid3 və baş satıcı Camisab Dövlətov işləmişlər. O, mağazadan müştərilərin aldıqları məhsulları barkod oxuyucusu vasitəsi ilə kompyuter sisteminə oxutdurub onlardan həmin malların əvəzində ödənilməli olan pul vəsaitlərini alıb kassaya mədaxil etmək, satış qəbzini çap edib onlara təqdim etmək, növbənin sonunda isə kassadakı pul vəsaitlərini tam şəkildə mağazanın menecerinə təhvil vermək kimi vəzifə öhdəliklərini daşımışdır. Kassir olduğundan müştərilərin ödədikləri həmin pul vəsaitlərinə maddi məsul şəxs olduğunu, bu pul vəsaitlərinin ona inanılıb etibar edildiyini dərk etmiş, hər növbənin sonunda isə onunla mağaza meneceri Şahid3 arasında kassanın təhvil-təslimi kompyuter sisteminin göstəriciləri və kassanın qalığı əsasında aparılmışdır. Kassanın təhvil-təsliminə dair gündəlik dövriyyə cədvəlləri Şahid3 tərəfindən mağazanın aylıq hesabatlarına əlavə edilmiş, mağazanın meneceri kimi onun, kassir kimi isə özü tərəfindən imzalanmışdır. Kassir işlədiyi həmin “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında 2 dəfə ayrıayrı vaxtlarda audit keçirilmişdir. xx.xx.2022 - xx.xx.2022-ci il tarixində keçirilmiş daxili audit zamanı 10.509,97 manat məbləğində çatışmazlıq, işdən kənarlaşdırıldıqdan sonra xx.xx.2022 - xx.xx.2022-ci il tarixində yenidən aparılan daxili audit zamanı isə 11.894,30 manat məbləğində çatışmazlıq olmaqla, cəmi 22.404,27 manat məbləğində çatışmazlıq faktı aşkar olunmuş, onun tərəfindən həmin məbləğdə pulun mənimsənilməsi müəyyən edilmişdir. “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında kassir işlədiyi müddətdə cəmi 22.404,27 manat çatışmazlıq yaranmışdır. Mənimsədiyi pulları öz şəxsi problemləri olduğundan hissə-hissə 200-250 manat heç kim tərəfindən aşkar olunmayacaq məbləğdə özü üçün götürüb övladlarının təhsil xərclərinə, kredit borclarına xərcləmişdir. Ən çox götürdüyü məbləğ isə 500 manat olmuşdur. Mənimsənilən pulları götürdüyü zaman fikirləşməmişdirki, bunun üstü açılar, bu səbəbdən arxayın olmuşdur ki, mənimsədiyi pulları qaytarıb yerinə qoyar, ancaq xx.xx.2022-ci il tarixdə heç gözləmədiyi vaxtda daxili audit keçirilmiş, onun tərəfindən götürülməsi üzə çıxmasada, sonradan 2022-ci ilin noyabr ayının sonlarında isə kamera nəzarətçisi vəzifəsində işləyən Şahid5 tərəfindən mağazada quraşdırılmış müşahidə kameralarının video görüntüləri nəzərdən keçirilərkən tərəfindən müxtəlif üsullarla kassadan pul vəsaitlərini özünə götürməsi, çatışmazlığın da bu səbəbdən yaranması üzə çıxmışdır. O, kassadan pulları özünə götürüb mənimsədiyi üçün bilirmiş ki, növbənin sonunda mağazanın meneceri Şahid3lə təhvil-təslim edən zaman onun öhdəsində olan kassada çatışmazlıq yaranacaqdır. Məhz bu səbəbdən həmin çatışmazlıq məbləğinin üzə çıxmasının qarşısını almaq məqsədi ilə özünə həvalə edilmiş kassada kompyuter sistemindən bəzi satış əməliyyatlarını silmişdir. İlk əvvəllər kompyuter sistemindən satış əməliyyatlarını sərbəst şəkildə silə bilirmiş, 2022-ci ilin təxminən sentyabr ayının sonlarında isə mağazada ştrix kod kartı tətbiq edilmiş, kompyuter sistemindən satış əməliyyatlarını silmək üçün ştrix kod kartını barkod oxuyucusuna oxutdurub admin profilinə giriş etmək tələb edilmişdir. Həmin ştrix kod kartı da mağazanın meneceri Şahid3 həvalə edilmiş, onun işlədiyi 2 nömrəli kassanın qarşısında olmuşdur. Özü bilmişdir ki, həmin ştrix kod kartı mağazada hər hansı məhsul satışına dair əməliyyat səhvən icra olunduqda, satış əməliyyatını kompyuter sistemindən silmək, günün sonunda növbəni bağlamaq, əməliyyatları yekunlaşdırmaq üçün istifadə edilməsi məqsədi ilə nəzərdə tutulmuşdur, belə hallarda həmin kartdan istifadə etmək üçün müdiriyyətdən icazə almalı imiş, lakin dəfələrlə heç kimə xəbər etmədən, gizli şəkildə 2 nömrəli kassadan həmin ştrix kod kartını götürüb özünə həvalə edilmiş kompyuter sisteminin barkod oxuyucusuna oxutdurub admin profilinə giriş etmiş, daha sonra isə həmin profil vasitəsi ilə bəzi satış əməliyyatlarını sistemdən silmişdir ki, özünə götürüb mənimsədiyi pullar üzə çıxmasın, növbənin sonunda təhvil-təslim zamanı onun öhdəsində çatışmazlıq yaranmasın. Ştrix kod kartından istifadə edib satış əməliyyatlarını sistemdən sildiyi vaxtlarda qəbzləri çap etməmişdir ki, növbənin sonunda Şahid3 həmin silinmiş əməliyyatları sistemdə görməsin. Faktiki olaraq müştərilərə satılan məhsulların əvəzində onlardan pul vəsaitlərini təhvil aldığı halda, törətdiyi əməlin üstünü ört-basdır etmək məqsədi ilə bu satış əməliyyatlarını sistemdən silmişdir. Demək olar ki, hər dəfə kassada işlədiyi günlərdə bu qaydada oradan saxlanılması ona həvalə edilmiş pul vəsaitlərini gizli şəkildə özünə götürüb mənimsəmiş, lakin kassadan pulları mənimsəməsini ört-basdır etmək məqsədi ilə ştrix kod kartından gizli istifadə edib mənimsədiyi pul vəsaitlərinin məbləğlərinə uyğun dərəcədə satış əməliyyatlarını sistemdən sildiyi üçün növbənin sonunda mağazanın meneceri Şahid3 və ya digər işçilər bu faktı aşkar edə bilməmişlər. Bəzi hallarda isə o, mənimsədiyi pul vəsaitlərinin məbləğləri ilə sistemdən sildiyi satış əməliyyatlarının məbləğlərini müqayisəli şəkildə tam dəqiqliyi ilə uyğunlaşdıra bilmədiyi üçün növbənin sonunda öhdəsində xırda məbləğlərdə, bəzən isə təxminən 50 manat civarında çatışmazlıqlar və ya artıqlıqlar yaranmışdır. Şahid3 həmin çatışmazlıqlar və artıqlıqlara görə ona irad bildirdikdə isə yalandan guya hansısa səhvə, diqqətsizliyə yol verdiyini deyib özünə inandırırmış, pulları özünə götürməsini isə gizlətmişdir. Kassir vəzifəsində əvvəllər işlədiyi həmin “Pioneer” ərzaq və sənaye malları satışı mağazasından mənimsədiyi cəmi 22.404,27 manat məbləğində pulu tam olaraq ödəmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, həmçinin aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlamaqla onu ünvan 2 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında kassir vəzifəsinə işə götürmüş, onunla aralarında əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olmaqla, 1 il 5 ay 30 gün müddətinə bağlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən işə götürülərkən əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar ona etibar edilmiş pul vəsaitlərinin, əmlakın, maddi və ya digər sərvətlərin salamatlığının təmin edilməməsi nəticəsində vurduğu zərərə görə tam fərdi maddi məsuliyyət daşıması ilə əlaqədar aralarında tam fərdi maddi məsuliyyət barədə müqavilə bağlanılmış, Təqsirləndirilən şəxs əmək funksiyaları alıcılara fasiləsiz kassa xidmətini təmin etmək, iş əsnasında müştərilərə qaytarılacaq qalıq pul məbləğinin verilməsini daha da sürətləndirmək üçün rəhbərliyin təyin etdiyi günlük nağd pul miqdarını səlahiyyətli şəxsdən təhvil almaq, alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət - kassa aparatlarında düzgün əks olunması, yığılmasını həyata keçirmək, nəzarət - kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləmək, ödənişi alıcıdan qəbul etmək, pulun qalığını kassa çeki ilə birlikdə alıcıya vermək, kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın menecerinə və ya köməkçisinə təhvil vermək, menecer və zal administratoru tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirməkdən ibarət olmuşdur. Onun işi kassir kimi mağazada satış əməliyyatları aparmaq, mağazadan satılan malların əvəzində alıcılardan pul məbləğlərini alıb kassaya daxil etmək, kompyuterdə qeyd edib alıcılara çek vermək, hər gün növbənin sonunda isə hesabat verməklə məhsulların satışından əldə olunmuş pulları mağazanın meneceri Şahid3 təhvil verməkdən ibarət olmuşdur. Satışla əlaqədar kassaya daxil olmuş pul vəsaitləri növbənin sonunda mağazanın menecerinə təhvil verilənə kimi Təqsirləndirilən şəxs cavabdehliyində, maddi məsuliyyətində, öhdəsində olmuşdur. Təqsirləndirilən şəxs bu mağazada işlədiyi müddətdə həmin mağazanın iş fəaliyyətini, mal-pul qalığını yoxlamaq məqsədi ilə maliyyə direktoru Şahid1, mühasib Şahid4 və mağazanın meneceri Şahid3 iştirakı ilə daxili auditlər aparılmaqla bu barədə tərtib edilmiş aktlar onların imzaları ilə təsdiq edilmişdir. Daxili auditlər iki dəfə olmaqla xx.xx.2022 - xx.xx.2022, xx.xx.2022 xx.xx.2022-ci il tarixlərdə keçirilmişdir. xx.xx.2022 - xx.xx.2022-ci il tarixində aparılmış daxili audit zamanı mağazada 10.509,97 manat (on min beş yüz doqquz manat 97 qəpik) məbləğində çatışmazlığın olması müəyyən edilmişdir. Həmin vaxt mağazada çatışmazlığın hansı səbəbdən yaranması bəlli olmamışdır. 2022-ci ilin noyabr ayının sonlarında isə kamera nəzarətçisi vəzifəsində işləyən Şahid5 tərəfindən mağazada quraşdırılmış müşahidə kameralarının video görüntüləri nəzərdən keçirilərkən kassir Təqsirləndirilən şəxs tərəfindən müxtəlif üsullarla kassadan pul vəsaitlərinin özünə götürülməklə mənimsənilməsi müşahidə edilmiş, çatışmazlığın da bu səbəbdən yaranması üzə çıxmışdır. Video görüntülərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kassada öz vəzifələrini icra etdiyi müddətdə dəfələrlə kassaya daxil edilməli pulu kassaya daxil etməməklə, kassadan bilavasitə pulu götürməklə, kassada olan iri nominallı pul əskinaslarını az nominallı pul əskinasları ilə dəyişdirməklə, satılmış malları sonradan sistemdən ştrix kod kartı vasitəsi ilə silərək həmin malların dəyərini kassadan özünə götürmüşdür. O, kassadan qanunsuz olaraq özünə götürüb mənimsədiyi pul vəsaitlərinin məbləğlərinə uyğun olaraq satılan məhsulların kassa əməliyyatlarını sistemdən silmiş, bu səbəbdən də ona etibar olunmuş kassadan pul vəsaitlərini mənimsəməsi hesabatlar zamanı üzə çıxmamışdır. Təqsirləndirilən şəxs gün ərzində mağazadan satılan məhsullara dair bəzi əməliyyatları kompyuter sistemindən sildiyi üçün mağazanın meneceri Şahid3 gün ərzində satılan məhsulların həqiqi məbləğini bilməmiş, hər gün onun tərəfindən kassadakı pul vəsaitləri Telmana təhvil verilən zaman Telman kassanın gündəlik dövriyyəsini sistemdən silinən məhsullar çıxıldıqdan sonra qalan məbləğ formasında görmüş, bu səbəbdən onun pulları özünə götürməsini bilməmiş, bunu müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs özünə həvalə olunmuş ştrix kod kartını barkod oxuyucusuna yaxınlaşdırıb oxutdurmaqla kompyuter sistemindən bəzi satılmış malların əməliyyatlarını silmişdir. Ona etibar edərək kassa həvalə edildiyindən həmin ştrix kod kartı vasitəsi ilə sistemdən əməliyyatları siləcəyi ağıllarına gəlməmişdir. Şəlalə isə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş pul vəsaitlərini bu yolla özünə götürüb mənimsəmişdir. Təqsirləndirilən şəxs sahibliyində olan mağazadan pul vəsaitlərini mənimsəməsi faktı üzə çıxdıqdan sonra xx.xx.2022-ci il tarixdə onu ünvan 3 ünvanında yerləşən Baş ofisə dəvət etmişlər, ona pul vəsaitlərini bu formada mənimsəməsini dedikdə əvvəlcə törətdiyi əməli etiraf etməmiş, yalnız onun kassadan pul vəsaitlərini özünə götürüb ştrix kod kartı vasitəsi ilə əməliyyatları sistemdən silməsinə dair müşahidə kameralarının görüntülərini təqdim edildikdən sonra bunu etiraf etmiş, lakin yenə də qeyri-səmimilik göstərib mağazada yaranmış çatışmazlıq məbləğinin hamısını mənimsədiyini boynuna götürməməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Mağazada xx.xx.2022 - xx.xx.2022ci il tarixində yenidən aparılan daxili audit zamanı isə 11.894,30 manat (on bir min səkkiz yüz doxsan dörd manat 30 qəpik) məbləğində çatışmazlığın olması müəyyən edilmişdir. Keçirilmiş hər iki daxili audit nəticəsinə görə mağazada cəmi 22.404,27 manat (iyirmi iki min dörd yüz dörd manat iyirmi yeddi qəpik) məbləğində çatışmazlığın olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü də kassadan pulları özünə götürüb kompyuter sistemindən sildiyini şifahi olaraq etiraf etsə də, çatışmazlığın bütün məbləğini boynuna almamaqla törətdiyi cinayət əməlinin məsuliyyətindən yayınmağa çalışmış, lakin mağazadakı çatışmazlığın cəmi məbləğini təşkil edən 22.404,27 manat məbləğində pul vəsaiti onun tərəfindən mənimsənilmişdir. Mağazada quraşdırılmış müşahidə kameralarının video görüntülərindən də bu aşkar olunmuş, mağazada ondan başqa hər hansı bir şəxs tərəfindən pul vəsaitinin götürülməsi halı da müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 5 ay müddətində kassir vəzifəsində işləmiş, onun 22.404,27 manat məbləğində pul vəsaitini mənimsəməyə imkanı olmuşdur. Mağazanın kompyuter satış proqramı məlumatlarına əsasən Təqsirləndirilən şəxs kassir vəzifəsində işlədiyi müddətdə onun tərəfindən sistemdən silinmiş kassa əməliyyatları hesabat formasında çıxarılmışdır. Həmin hesabata əsasən Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kompyuter sistemindən 4.701,20 manat məbləğində məhsulların satışına dair kassa əməliyyatları sistemdən silinmişdir. Bu da onun təkcə 2022-ci ilin noyabr ayı ərzində həmin məbləğdə pul vəsaitini kassadan mənimsəməsini təsdiq edir. Təqsirləndirilən şəxs ona məxsus mağazanın kassasından pul vəsaitlərini mənimsəməsi daxili audit aktları, aylıq hesabatlar, mağazada quraşdırılmış video müşahidə kameralarının görüntüləri, sistemdən sildiyi kassa əməliyyatlarının hesabatı və digər mühasibatlıq sənədləri ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan maddi ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iş fəaliyyəti sahibkar fiziki şəxs Zərərçəkmiş şəxs məxsus obyektlərdə uçotun aparılmasına nəzarət etməkdən ibarətdir. ünvan 2 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasının sahibi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamaqla həmin obyektin kassiri vəzifəsinə işə götürmüşdür. Təqsirləndirilən şəxs işə götürülən zaman əmək funksiyalarını yerinə yetirməsi ilə əlaqədar ona etibar edilmiş pul vəsaitlərinin, əmlakın, maddi və ya digər sərvətlərin salamatlığının təmin edilməməsi nəticəsində vurduğu zərərə görə tam fərdi maddi məsuliyyət daşıması ilə əlaqədar onunla tam fərdi maddi məsuliyyət barədə müqavilə bağlanılmışdır. Təqsirləndirilən şəxs işi kassir kimi mağazada satış əməliyyatları aparmaq, mağazadan satılan malların əvəzində alıcılardan pul məbləğlərini alıb kassaya daxil etmək, kompyuterdə qeyd edib alıcılara çek vermək, hər gün növbənin sonunda isə hesabat verməklə məhsulların satışından əldə olunmuş pulları mağazanın meneceri Şahid3 təhvil verməkdən ibarət olmuşdur. Satışla əlaqədar kassaya daxil olmuş pul vəsaitləri növbənin sonunda mağazanın menecerinə təhvil verilənə kimi Təqsirləndirilən şəxs cavabdehliyində, maddi məsuliyyətində, öhdəsində olmuşdur. Təqsirləndirilən şəxs bu mağazada işlədiyi müddətdə mağazanın mal-pul qalığını yoxlamaq məqsədi ilə onun iştirakı 2 dəfə daxili audit aparılmışdır. Bu zaman mühasib Şahid4 və mağazanın meneceri Şahid3 də iştirakı ilə tərtib edilmiş daxili audit aktları tərəflərindən imzalanmışdır. Mağazada xx.xx.2022 - xx.xx.2022-ci il tarixində aparılmış daxili audit zamanı 10.509,97 manat (on min beş yüz doqquz manat 97 qəpik), xx.xx.2022-xx.xx.2022-ci il tarixində yenidən aparılan daxili audit zamanı isə 11.894,30 manat (on bir min səkkiz yüz doxsan dörd manat 30 qəpik) olmaqla, cəmi 22.404,27 manat (iyirmi iki min dörd yüz dörd manat 27 qəpik) məbləğində çatışmazlığın olması aşkar olunmuşdur. İlkin olaraq mağazada çatışmazlığın yaranma səbəbi aşkar olunmasa da, 2022-ci ilin noyabr ayının sonlarında mağazada quraşdırılmış müşahidə kameralarının video görüntüləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, kassir Təqsirləndirilən şəxs müxtəlif üsullarla kassadan pul vəsaitlərini özünə götürüb mənimsəmişdir. Məhz bundan sonra məlum olmuşdur ki, mağazada çatışmazlığın yaranma səbəbi Təqsirləndirilən şəxs cavabdehliyində olan kassadan pul vəsaitlərini özünə götürüb mənimsəməsi olmuşdur. Mağazada hər hansı məhsul satışına dair əməliyyat səhvən icra olunduqda, məsələn müştəri aldığı məhsulu kassada barkod oxuyucusu vasitəsi ilə vurulduqdan sonra geri qaytarmaq istədikdə və ya bu kimi digər hallarda həmin malları geri qaytarıb qoymaq məqsədi ilə satış əməliyyatını kompyuter sistemindən silmək üçün ştrix kod kartından istifadə edilir. Təqsirləndirilən şəxs isə öz qulluq mövqeyindən istifadə etməklə özünə həvalə edilmiş həmin ştrix kod kartından mənimsədiyi pulları törətdiyi cinayət əməlini ört-basdır etmək məqsədi ilə istifadə etmişdir. O, satışı həyata keçirilən məhsullara dair məlumatları həmin ştrix kod kartı vasitəsi ilə kompyuter sistemindən silmiş, sonra isə kassadan pul vəsaitlərini özünə götürüb mənimsəmişdir. Təqsirləndirilən şəxs ştrix kod kartı vasitəsi ilə bəzi satış əməliyyatlarını kompyuter sistemindən silməsi səbəbindən mağazanın meneceri Şahid3 gün ərzində satılan məhsulların həqiqi məbləğini bilməmiş, hər gün Şəlalə tərəfindən kassadakı pul vəsaitləri Telmana təhvil verilən zaman Telman kassanın gündəlik dövriyyəsini sistemdən silinən məhsulların dəyəri çıxıldıqdan sonra qalan məbləğ formasında görmüş, bu səbəbdən Təqsirləndirilən şəxs pulları özünə götürməsini bilməmişdir. O, həmin məlumatları sildiyindən onun pulları mənimsəməsindən xəbərdar olmamışlar, kamera görüntüləri vasitəsi ilə bu fakt aşkar olunanadək bu halı müəyyən edə bilməmişlər. Mağazanın kompyuter satış proqramı məlumatlarına əsasən Təqsirləndirilən şəxs kassir vəzifəsində işlədiyi müddətdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək onun tərəfindən sistemdən silinmiş kassa əməliyyatlarının hesabatı çıxarılmışdır. Bu hesabata əsasən onun tərəfindən həmin müddət ərzində kompyuter sistemindən 4.701,20 manat məbləğində məhsulların satışına dair kassa əməliyyatlarının silinməsi müəyyən edilmişdir. Kompyuter sistemi imkanları yol vermədiyindən Şəlalənin digər aylar ərzində sistemdən sildiyi məhsulların hesabatını əldə etmək mümkün olmamışdır. Mağazadakı çatışmazlığın cəmi məbləğini təşkil edən 22.404,27 manat məbləğində pul vəsaiti tam olaraq Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. Çox vaxt Təqsirləndirilən şəxs kassasında gündəlik artıqlıq və əksikliklər aşkar olunduğundan mağazanın meneceri Şahid3 ondan narazı olmuş, özü isə səhvə, diqqətsizliyə yol verdiyini demiş, ancaq Təqsirləndirilən şəxs kassadan pul vəsaitlərini mənimsəməsi üzə çıxdıqdan sonra bilmişlər ki, mağazadan satılan bəzi məhsulların əməliyyatlarını kompyuter sistemindən silib pul vəsaitlərini özünə götürmüş, bu məbləğləri isə tam dəqiqliyi ilə tarazlaşdıra, tənzimləyə, uyğunlaşdıra bilmədiyi üçün adətən onun kassasında xırda məbləğlərdə artıqlıq və əksikliklər olmuşdur. “Pioneer” ərzaq və sənaye malları satışı mağazasının sahibi Zərərçəkmiş şəxs kassir vəzifəsində işləmiş Təqsirləndirilən şəxs mənimsədiyi pul vəsaitlərinin, çatışmazlığın təsdiq edilməsi məqsədi ilə Auditorlar Palatasının sərbəst auditoru Şəmşinur Hüseynova müraciət edərək, auditin aparılması üçün onunla xx.xx.2023-cü il tarixli, 88 saylı müqavilə bağlamış, auditin aparılmasında o da iştirak etmiş, aparılmış audit nəticəsində Təqsirləndirilən şəxs kassaya xx.xx.2022 -xx.xx.2022-ci il tarixində 10.509,97 manat, xx.xx.2022 - xx.xx.2022-ci il tarixində 11.894,30 manat olmaqla, ümumilikdə 22.404,27 manat məbləğində çatışmazlığının olması müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1, Şahid4, Şahid2, Şahid6, Şahid5 verdikləri ifadələrdən görünür ki, məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs və Şahid1 dediklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022- ci il tarixdən xx.xx.2023-cü il tarixədək fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən kassir vəzifəsinə işə qəbul edilmiş, işəgötürən Zərərçəkmiş şəxs ilə işçi Təqsirləndirilən şəxs arasında tam fərdi maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. İş materiallarında olan fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən ərzaq malları mağazasında keçirilmiş inventarizasiyalar zamanı 15-xx.xx.2023-cü il tarixdə manat, 09xx.xx.2022-ci il tarixdə isə 11.894,30 manat, cəmi 22.404,27 manat çatışmazlıq müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Auditorlar palatasının üzvü, sərbəst auditor X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli audit hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən mağazada 15- xx.xx.2023-cü il tarixdə 10.509,27 manat, 09xx.xx.2022-ci il tarixdə 11.894,30 manat, cəmi 22.404.27 manat çatışmazlıq müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi təsdiq olunur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talaması, “Pioneer” ərzaq və sənaye malları satışı mağazasında kassir vəzifəsində işlədiyi müddətdə özünə etibar edilmiş kassadakı pul vəsaitlərinin qorunub saxlanılmasına maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib ona inanılıb tapşırılmış kassadan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə vahid niyyətlə cəmi 22.404,27 manat məbləğində pul vəsaitlərini qanunsuz olaraq özünə götürüb xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə özgə əmlakını talaması müəyyən olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 22.404.27 manat qaytarılmış və ona qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası CM-nin 71-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, 1. Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir; Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs vurulmuş olan maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Dövlət xəzinədarlıq agentliyinə 5608 manat ödənilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş olan maddi ziyanı ödəməsini, Dövlət xəzinədarlıq agentliyinə cinayət nəticəsində vurulmuş ziyanın 22.404.27 manatın 25 faizini yəni 5608 manat ödəməsini, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövlərdə qeydiyyatı aparılmış mal-pul hesabatları, 15-xx.xx.2022-ci il tarixli, 09-xx.xx.2022-ci il tarixli daxili audit aktları, Zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akt, 01-xx.xx.2022-ci il tarixli satış programı məlumatlarınının hesabatı, ünvan 2 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasının müşahidə kameralarının görüntüləri əks olunmuş 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 420 (dörd yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 197,198, 321.2.1, 344-347, 346, 347, 349, 351-353, 356, 381, 384, 385, həmçinin CM-nin 73-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə dair cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövlərdə qeydiyyatı aparılmış mal-pul hesabatları, 15-xx.xx.2022-ci il tarixli, 09xx.xx.2022-ci il tarixli daxili audit aktları, Zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akt, 01-xx.xx.2022-ci il tarixli satış programı məlumatlarınının hesabatı, ünvan 2 ünvanında yerləşən “Pioneer” ərzaq və sənaye malları satışı mağazasının müşahidə kameralarının görüntüləri əks olunmuş 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 420 (dörd yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar