Məhkəmə qərarları › İş №1(029)-86/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-86/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-86/2025 09.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1977-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Şamaxı rayonu, Çuxuryurd kəndində kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan X1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Qusar rayonu Şahdağ turizim mərkəzinin qarajında sürücülərin şikayətlərini dinləyən zaman Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs sifət nahiyəsindən baş zərbəsi ilə vuraraq sağ gözaltı və burnun kökü nahiyəsinin qançırları,bumun üstünün səthi əzilmiş əzilmiş yarası, burun sümüyünün yerdəyişməyən sınığı xəsarətləri ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X4 təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Qusar rayonu Şahdağ turizim mərkəzinin qarajında sürücülərin şikayətlərini dinləyən zaman Zərərçəkmiş şəxs sifət nahiyəsindən baş zərbəsi endirmişdir. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi cinayət əməlindən peşmandır. X1 həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Qusar rayonu Şahdağ turizim mərkəzinin qarajında sürücülərin şikayətlərini dinləyən zaman Təqsirləndirilən şəxs onun sifət nahiyəsindən baş zərbəsi endirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 Kürbala oğlunun məhkəməyə qədər icraat zamanı verdiyi ifadədən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi ilə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş «MTE və PA Birliyinin» Qusar rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 327 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ gözaltı və burnun kökü nahiyəsinin qançırları,burnun üstünün səthi əzilmiş əzilmiş yarası,burun sümüyünün yerdəyişməyən sınığı, küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kəllə ilə vurulma zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işi başlanılmasının rədd edilməsi barədə olan 06 iyul 2019-cu il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə CPMnin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X4 cinayət işi başlanılmasının rədd edilməsi barədə olan xx.xx.2021-ci il tarixli qərarına əsasən cinayət məsuliyyətindən azad edildiyinə görə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə, X1 cinayət məsuliyyətindən azad edilməsi halı müzakirə edilə bilməz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, X1 şəxsiyyətini, yaşını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, X1 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, X1 Vətən müharibəsi iştirakçısı olmasını, əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. X1 törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, X1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, Vətən müharibəsi iştirakçısı olmasını, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, X2 islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, X1 barəsində islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə, X1 təqsirləndirildiyi maddənin sankiyasında nəzərdə tutulan cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin tədbiq olunmasını məqsədə müvafiq hesab etmir. İş materiallarının tədqiqinə əsaslanaraq məhkəmə, cərimə və ictimai işlər cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir.Həmin cəza təyin edildiyi təqdirdə cəzanın icrası mümkün olmayacaq. Belə ki, X2 azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin təyin edildiyi təqdirdə həm özü, həm də onun himayəsində olan ailəsi mərhumiyyətlərə məruz qalacaq. İş materiallarından görünür ki, X1 daimi iş yeri var. Məhkəmə hesab edir ki, X2 azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə ərazi hüdudlarının tərk edilməsi ilə bağlı vəzifələr qoyulacaq. X2 azadlıqdan məhrum etmə növündə cəza növlərinin təyin edildiyi təqdirdə həm işlədiyi yerdə əmək müqaviləsinin xitamına səbəb olacaq, belə olan halda isə nəinki X4 və onun ailəsi mərhumiyyətlərə məruz qalacaq, bu isə cəzanın məqsədinə nail olmayacaq. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri hallarını nəzərə alaraq X2 azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Hazırki halda, məhkəmə hesab edir ki, X2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən X5 islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır Təqsirləndirilən şəxs X4 barəsində hazırki cinayət təqibi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə onun evli və daimi yaşayış yerinin olmasını, həmçinin məhkəmə iclaslarına vaxtı vaxtında gəlməsini nəzərə alaraq hesab edir ki, barəsində hökm qanuni qüvvəyə minənədək hər hansı qətimkan tədbirinin seçilməsinə lüzum yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. X2 təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli aylıq qacancından pul tutulmaların aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar