Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-52/2025 09.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs X5 qanuni nümayəndəsi X4, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X5 iştirakı ilə, xx.xx.2008-ci ildə İmişli rayonu Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs X8 ittiham elan olunmuşdur ondan ötrü ki, o, 26 yanvar 2025-ci il tarixdə, saat 16:50 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan “VAZ- 2106” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli rayonu Yalavac kəndi ərazisində 40 km/saat sürətlə idarə edərkən yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, eləcə də nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil idarə etməməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 33cü maddənin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, hərəkətin təhlükəsizliyinə əmin olmadan hərəkətdə olduğu istiqamətdə qarşısına it heyvanının çıxması ilə bağlı idarəetməni itirib avtomobili 02 metr məsafədə yolun sağ kənarına çıxarmaqla həmin istiqamətdə yerləşən fərdi yaşayış evinin həyət qapısının boru formalı kənarına vuraraq avtomobilin ön sərnişin yerində oturmuş Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol bud sümüyünün burmalardan keçən yerdəyişmiş sınığı və sağ gözün üst qapağında yaradan ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı qanuni nümayəndə X4 iştirakı ilə yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs X10 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdi ki, o, Şahid2 onun atasıdır. Atasının özünə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobil atasının istifadəsindədir. 26 yanvar 2025-ci il tarixdə, saat 15:50 radələrində o, həmin avtomobili idarə etmək qərarına gəlmişdir. Həmin vaxt avtomobil küçədə, həyət qapısının qarşısında olmuşdur. Avtomobilin açarları isə maşının üstündə olmuşdur. O, sükan arxasına keçmiş və avtomobili işə salmışdır. Sonra hərəkətə gətirib kənd ərazisində təxmini beş dəqiqə sürmüşdür. Bundan sonra tanışı, İmişli rayonu Yalavac kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmişdir. Zərərçəkmiş şəxs və ortaq tanışı, İmişli rayonu Yalavac kənd sakini X12 birlikdə olmuşdur. O, Vüsal və Həzini maşına mindirmişdir. Vüsal ön sərnişin oturacağında, Həzi isə arxa sərnişin oturacağında əyləşmişdir. Vüsal kənd ərazisində göyərti satan bir nəfər şəxsdən göy alıb qayıtmağı təklif etmiş, o da razı olmuş, kəndin “Yerevanlı” adlanan hissəsinə getmişdir. Kəndin içərisində hərəkətdə olan zaman yolun sağ tərəfindən qəfildən it heyvanı onun qarşısına qaçmış, o, iti vurmamaq üçün avtomobili sağa çəkmişdir. Həmin vaxt əyləcdən istifadə etsə də avtomobil sağa meyillənmiş və həmin istiqamətdə yolun kənarında olan daş hasara dəymişdir. Dəmir həyət qapısının kənarı ilə bitişik daş hasara avtomobilin ön sağ tərəfi çırpılmışdır. Bundan sonra ətrafda olan kənd camaatı hadisə yerinə toplaşmış və Vüsalı maşından çıxartmışdır. Az sonra hadisə yerinə X19 avtomobili gəlmiş və Vüsalı İmişli rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həzi də Vüsalın yanında getmiş, o, isə hadisə yerində qalmışdır. Sonra atası Şahid2 onun qəza törətməsi barədə məlumat alıb hadisə yerinə gəlmişdir. O, hadisə zamanı çox qorxmuşdur. Buna görə də atası onu evə yola salmış və evə gedib özünə gəlməsini demşdir. Sonradan isə hadisə yerinə polis əməkdaşları gəlmişdir. 26 yanvar 2025-ci il tarixdə, saat 15:50 radələrində, İmişli rayonu, Yalavac kəndində yerləşən fərdi yaşayış evlərinin həyət qapısının qarşısında, küçədən işə salmış, avtomobilin açarları üstündə, qapıları isə açıq olmuşdur. Onun sürücülük hüququ olmamışdır. Amma o, avtomobil idarə etmək həvəsinə gəlmiş və bu həvəsə görə də o, idarə etmək üçün avtomobili işə salmışdır. Hadisə günü atası evdə yatmışdır. Bu barədə atasını oyadıb heç nə deməmişdir. Lakin əvvəllər atası ona avtomobili həyətdə irəli-geri vermək üçün icazə vermiş, lakin kənd ərazisində sürməyə icazə verməmişdir. O da həyətdə irəli geri verməyə icazə verirsə, həmçinin sürücülük vəsiqəsi olmasa da avtomobil idarə etməyi bacardığını bildiyini və buna görə etiraz etməyəcəyini hesab etmişdir. Buna görə də avtomobili götürüb sürmüşdür. O, avtomobili küçədə işə salmış və təxmini beş dəqiqə kənddə sürmüşdür. Sonra Vüsalın yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt Vüsal və Həzi birlikdə olmuş, maşına götürmüş və etiraz etmədən maşına mindiklərini bildirmişdir. Vüsal ön sərnişin oturacağında, Həzi isə arxa sərnişin oturacağında əyləşmişdir. Vüsal kəndin “Yerevanlı” adlanan hissəsinə getməyi və oradan göyərti almağı demişdir. O da razılaşmış və gedən zaman yolda qəza baş vermişdir. Zərərçəkmiş şəxs yaşadığı ev onun yaşadığı evdən bir kilometr uzaqlıqdadır. Zərərçəkmiş şəxs və Həzi Usubovu avtomobilə götürdüyü yerdən hadisə yerinə qədər təxmini bir kilometr məsafə qət etmişdir. Hadisədən əvvəl sürəti 40 km\saat sürətlə hərəkət etmişdir. İt heyvanı yolun sağ tərəfində olmuş və sağ tərəfdən sol tərəfə qaçaraq keçmişdir. Həmin vaxt iti qaçışla sağ tərəfdən sol tərəfə keçdiyi üçün, o da iti vurmamaq üçün maşını yolun sağ tərəfinə çəkmiş, lakin avtomobil sürüşüb divara çırpılmışdır. O, it heyvanının yolun sağ tərəfində olmasını təxmini on beş metr məsafədən görmüş, eyni zamanda aralarında təxmini beş metr məsafə qalmış it heyvanı yolun sağ tərəfindən sol tərəfinə qaçmağa başlamışdır. O, hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etmiş, həmçinin əyləci basan zaman avtomobil sağa tərəf meyillənmiş, buna görə də idarə etməni itirmiş və avtomobil daş hasara çırpılmışdır. Hadisədən əvvəl onu sərxoş vəziyyətə gətirə biləcək maddələrdən istifadə etməmişdir. Hadisə nəticəsində xəsarət almamışdır. Hadisə baş verdikdən sonra o, çox qorxmuşdur. Kənd camaatı yığışıb Vüsalı maşından çıxarmışdır. O, və Həzi də kömək etmişdir. Az sonra TTY əməkdaşları hadisə yerinə gəlmiş, Vüsalı maşına mindirmiş, Həzi də Vüsal ilə birlikdə getmişdir. Lakin o, hadisə yerində qalmışdır. Sonra hadisə yerinə atası gəlmiş, kənd camaatından hadisə barədə məlumat almışdır. Atası ondan xəsarət alıb-almadığını soruşmuş, o da heç bir xəsarətinin olmadığını demiş, lakin qorxmuşdur. Atası ona evə getməyi tapşırmışdır. Sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Bundan sonra isə onun izahatını almaq üçün polis əməkdaşları evə gəlmişdir. O, avtomobili işə salanda saat 15:50 radələri olmuşdur. Təxmini beş dəqiqə kənd ərazisində olmuşdur. Sonra Vüsal və Həzini götürmüş, bundan təxmini beş dəqiqə də sonra hadisə baş vermişdir. Ümumilikdə onun avtomobili götürməyi ilə hadisə törətməyi təxmini on beş dəqiqə çəkmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 aprel 2025-ci il tarixli, 8/645 nömrəli rəyi ilə razı olduğunu və hadisənin onun təqsiri ucbatından baş verməsini qəbul etdiyini, əməlindən səmimi olaraq peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndə X4 iştirakı ilə yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs X10 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt içkili olmamışdır. Atasından xəbərsiz avtomobili tək idarə edərək uşaqların yanına getmişdir. Vüsalı götürüb göy-göyərti almağa getmişdir. Avtomobillə qayıdarkən qarşılarına it çıxmış və o da idarəetməni itirərək doqqazın turbasına dəymişdir. Həmin vaxt surət həddi 40 km/saat olmuşdur. Vüsal avtomobilin qabaq oturacağında əyləşmişdir. Avtomoblin qabaq hissəsi turbaya dəyərkən yığılmışdır və Vüsalın qılçı onda sınmışdır. Avtomobili idarə etməyi atasının yanında oturarkən öyrənmişdir. Xəsarət almamışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı Qanuni nümayəndə2 iştirakı ilə yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. İmişli rayonu, Yalavac kənd sakinləri Təqsirləndirilən şəxs və Şahid1 tanıyır, hər ikisi ilə münasibəti yaxşıdır. Üçü də İmişli rayonu, Yalavac kənd tam orta məktəbində oxuyur. Təqsirləndirilən şəxs atasının “VAZ-2106” markalı, ağ rəngli, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 26 yanvar 2025-ci il tarixdə, saat 15:50 radələrində o, tanışı Şahid1la birlikdə küçədə dayanmışdır. Həzi ilə qonşu yaşayır. Sadiq həmin gün atasının “VAZ-2106” markalı avtomobilini minmiş, maşında tək olmuşdur. Onlara da avtomobilə minməyi təklif etmiş, o, ön sərnişin oturacağında, Həzi isə arxa sərnişin oturacağında əyləşmişdir. O, “Yerevanlı” məhəlləsi adlanan yerdən göyərti alıb qayıtmağı demişdir. Sadiq də maşını İmişli rayonu Yalavac kəndi ərazisində yerləşən həmin məhəllə istiqamətində sürmüşdür. Yol ilə gedən zaman qəfildən yolun sağ tərəfində dayanan it maşının qarşısına qaçmışdır. Sadiq iti vurmamaq üçün maşını sağ tərəfə çəkmişdir. Həmin vaxt tormoz vermiş, lakin maşın sürüşüb yolun sol tərəfindəki dəmir darvazaya çırpılmışdır. Darvaza isə mişar daşından hörülmüş hasara bərkidilmişdir. Sonra hadisə yerinə kənd camaatı toplaşmışdır. O, ön sərnişin qapısı açılmadığı üçün sürücü tərəfdən sürünərək çıxmışdır. Ayağını ilk öncə hiss etməmişdir. Həmçinin Həzi və Sadiq kənd camaatı hadisə yerinə yığışana qədər ona maşından çıxmağa köməklik etmişdir. Az sonra hadisə yerinə X19 maşını gəlmiş və xəstəxanaya aparılmışdır. Həzi də onunla getmiş, çünki, hadisə nəticəsində Həzi də xəsarət almışdır. Lakin Sadiqin heç bir xəsarəti olmadığı üçün hadisə yerində, maşının yanında qalmışdır. O, və Həzi küçədə olmuşdur. Qonşu yaşadıqlarını, evləri arasında iyirmi-otuz metr məsafə olduğunu, lakin, Sadiqin də bir qədər aralı yaşasa da həmkəndli olduqlarını bildirmişdir. O, və Həzi küçədə olan zaman Sadiqin atasının maşını ilə gəldiyini görmüşdür. Sadiq maşını saxlamış və birlikdə gəzməyi təklif etmişdir. O da kənddən göyərti almağa gedəcəyini, elə maşınla getməyi qərara aldıqlarını bildirmişdir. Yol ilə gedən zaman həmçinin hava yağıntılı və yer sürüşkən olmuşdur. Həmin vaxt yolun sağ tərəfindən, hansı ki, avtomobilin dəydiyi qapı tərəfdən bir it yola qaçmışdır. Sadiq iti vurmamaq üçün elə maşını sağa çəkmiş və tormoz etmiş, lakin maşın sürüşmüş və qapıya dəymişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl 40-50 km/saat sürətlə hərəkət etmişdir. Sadiq, Həzi və o, bir-birini çoxdan tanıyır. Heç biri zərərli vərdişlərdən istifadə etmir. Hadisə vaxtı, yaxud hadisədən əvvəl heç biri, həmçinin Sadiq sərxoş vəziyyətə gətirə biləcək maddələrdən istifadə etməmişdir. Həmin avtomobilin X20 İbrəhimova məxsus olmasını əvvəlcədən bilmiş, çünki, həmkəndli olduqlarını və maşının bütün günü kənddə Şahid2 tərəfindən sürüldüyünü qeyd etmişdir. Sadiqin də həmin gün avtomobili sürməsində qeyriadi heç nə görməmişdir. Sadəcə avtomobil sürməsini soruşmuş, Sadiq də atasının avtomobili olduğunu və bir az sürüb evə gedəcəyini demişdir. Avtomobili icazəsiz yaxud atasının icazəsi ilə götürməsi, atasının bundan məlumatının olub-olmaması ilə bağlı heç nə soruşmamış, çünki, avtomobilin onlara məxsus olmasını dəqiq bilmişdir. Aralarında ən ciddi xəsarəti o, almışdır. Həzi və Sadiq birlikdə onun maşından düşməsinə köməklik edən zaman o, ayağını hiss etməmişdir. Həzinin də sol ayağı əzilmiş və bir də üst dodağı qanamışdır. Amma Sadiqin isə heç bir xəsarəti olmamış, ona görə də hadisə yerində qalmışdır. Məhkəmə iclasında Qanuni nümayəndə2 iştirakı ilə yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs X10 ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid2 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun özünə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobil onun istifadəsindədir. 26 yanvar 2025-ci il tarixdə, saat 15:50 radələrində o, yaşadığı evdə yatmışdır. İstifadəsində olan avtomobil isə yaşadığı evin həyət qapısının qarşısında, küçədə olmuşdur. Avtomobilin açarları üstündə olmuş, qapıları da açıq olmuşdur. X18 həmin vaxt avtomobili idarə etmək qərarına gəlmiş və məqsədlə küçədə dayanan avtomobili iş salıb kənd ərazisində sürmüşdür. Sonra Tanışları və həmkəndliləri olan Zərərçəkmiş şəxs və X9 maşına götürmüş və kənd ərazisində hərəkətdə olan zaman qəza törətmiş, avtomobil daş hasara çırpılmışdır. Həmin gün saat 16 radələrində Şahid5 ona zəng edib oğlu Sadiqin kənd ərazisində qəza törətməsi ilə bağlı ona məlumat vermişdir. O da dərhal evdən çıxmış və hadisə yerinə gəlmişdir. Hadisə yeri onun evindən təxmini bir km uzaqdadır. O, hadisə yerinə çatanda kənd camaatının uşaqları avtomobildən çıxardığını, Vüsal və Həzinin isə X19 maşını ilə İmişli rayon mərkəzi xəstəxanasına aparıldığını bildirmişdir. Lakin onun oğlu Sadiq isə orada olmuşdur. O, Sadiqdən xəsarət alıb-almadığını soruşmuş, sonra isə uşaq qəzadan sonra qorxmuşdur. O, oğluna evə getməsini və özünə gəlməsini demişdir. Bundan bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və polis əməkdaşlarına hadisə yerini göstərmiş və baxışda iştirak etmişdir. Hadisə zamanı avtomobili idarə edən şəxsin oğlu Təqsirləndirilən şəxs olmasını, hazırda isə evdə olmasını demişdir. Sonra birlikdə evə getdiklərini və Sadiqin izahatını aldıqlarını bildirmişdir. Avtomobil ona məxsusdur, texpassportun surətini təqdim etmişdir. Lakin sürücülük hüququ olmamışdır. Avtomobilin texniki baxış talonu və sığorta şəhadətnaməsi olmamışdır. O, oğlunun yetkinlik yaşına çatmadığını, həmçinin sürücülük hüququnun olmadığını da bildiyini, əvvəllər həyətində avtomobili irəli və geri vermək üçün Sadiqə icazə verdiyini, ancaq kənd ərazisində sürməyə icazə vermədiyini bildirmişdir. Lakin avtomobil ona məxsusdur və oğlu tərəfindən sürülmüşdür. Onun da bununla bağlı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt o, evdə yatmışdır, onun xəbəri olmadan avtomobili idarə etmişdir. Avtomobili idarə etməyi arada bir onun yanında öyrənmişdir. Ora gedəndə zərərçəkmiş şəxsi hadisə yerində görməmiş və xəstəxanaya aparıldığını bilmişdir. Bundan sonra oğlunu sakitləşdirib xəstəxanaya getmişdir. Başı qarışıq olduğundan açar avtomobildə qalmışdır. Məhkəmə baxışı zamanı şahidin qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı Şahid1 ifadə verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. İmişli rayonu Yalavac kənd sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi ilə münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs atasının “VAZ-2106” markalı, ağ rəngli, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 26 yanvar 2025-ci il tarixdə, saat 15:50 radələrində o, tanışı Zərərçəkmiş şəxsla birlikdə küçədə dayanmışdır. Vüsal ilə qonşu yaşayır. Sadiq həmin gün atasının “VAZ-2106” markalı avtomobilini minmiş, tək olmuşdur. Onlara da avtomobilə minməyi təklif etmiş, Vüsal ön sərnişin oturacağında, o, isə arxa sərnişin oturacağında əyləşmişdir. Vüsal “Yerevanlı” məhəlləsi adlanan yerdən göyərti alıb qayıtmağı demişdir. Sadiq də maşını İmişli rayonu Yalavac kəndi ərazisində yerləşən həmin məhəllə istiqamətində sürmüşdür. Yol ilə gedən zaman qəfildən yolun sağ tərəfində dayanan it maşının qarşısına qaçmışdır. Sadiq iti vurmamaq üçün maşını sağ tərəfə çəkmişdir. Həmin vaxt tormoz vermiş, lakin maşın sürüşüb yolun sol tərəfindəki dəmir darvazaya çırpılmışdır. Darvaza isə mişar daşından hörülmüş hasara bərkidilmişdir. Sonra hadisə yerinə kənd camaatı toplaşmışdır. O, arxa qapını açıb maşından düşmüşdür. Vüsal isə ön sərnişin qapısı açılmadığı üçün sürücü tərəfdən sürünərək çıxmışdır. Həmçinin o, və Sadiq kənd camaatı hadisə yerinə yığışana qədər Vüsalı maşından çıxmağa köməklik etmişdir. Az sonra hadisə yerinə X19 maşını gəlmiş və Vüsalı xəstəxanaya aparmışdır. O da Vüsal ilə getmişdir. Çünki, hadisə nəticəsində sol baldırı və üst dodağı xəsarət almışdır. Elə bir ciddi xəsarəti olmasa da onu X19 Maşını ilə İmişli rayon mərkəzi xəstəxanasına aparılmışdır. Lakin Sadiqin heç bir xəsarəti olmadığı üçün hadisə yerində, maşının yanında qalmışdır. Sonra isə onun valideynləri xəstəxanaya gəlmiş və evə buraxılmışdır. O və Vüsal ikisi küçədə olmuş, qonşu yaşayır, evləri arasında iyirmi-otuz metr məsafə vardır. Lakin, Sadiq də bir qədər aralı yaşasa da həmkəndlidir. O, və Vüsal küçədə olan zaman Sadiqin atasının maşını ilə gəldiyini görmüşdür. Sadiq maşını yanlarında saxlamış və birlikdə gəzməyi təklif etmişdir. Vüsal da kənddən göyərti almağa gedəcəkdir. Maşınla getməyi qərara aldıqlarını, ona görə də ikisi də maşına mindiklərini bildirmişdir. Yol ilə gedən zaman həmçinin hava yağıntılı olmuş və yer sürüşkən olmuşdur. Həmin vaxt yolun sağ tərəfindən, hansı ki, avtomobilin dəydiyi qapı tərəfdən bir it yola qaçmışdır. Sadiq iti vurmamaq üçün elə maşını sağa çəkmiş və tormoz etmişdir. Lakin maşın sürüşmüş və qapıya dəymişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl 40-50 km\saat sürətlə getmişdir. Sadiq, Vüsal və o, bir-birini çoxdan tanıdıqlarını, heç birinin zərərli vərdişlərdən istifadə etmədiklərini, hadisə vaxtı, yaxud hadisədən əvvəl heç biri, həmçinin Sadiq sərxoş vəziyyətə gətirə biləcək maddələrdən istifadə etmədiklərini bildirmişdir. Həmin avtomobilin X20 İbrəhimova məxsus olmasını əvvəlcədən bilmiş, çünki, həmkəndlidir və maşın bütün günü kənddə Şahid2 tərəfindən sürülür. Sadiqin də həmin gün avtomobili sürməsində qeyri-adi heç nə görməmişdir. Sadəcə avtomobil sürməsini soruşmuş, Sadiq də atasının avtomobili olduğunu və bir az sürüb evə gedəcəyini demişdir. Avtomobili icazəsiz yaxud atasının icazəsi ilə götürməsi, atasının bundan məlumatının olub-olmaması ilə bağlı heç nə soruşmamışdır. Çünki, avtomobilin Şahid2 məxsus olmasını dəqiq bilmişdir. Aralarında ən ciddi xəsarəti Vüsal almışdır. O, və Sadiq birlikdə Vüsalı maşından düşməsinə köməklik edən zaman Vüsal ayağını hiss etmədiyini demişdir. Onun isə sol baldırı əzilmiş və bir də üst dodağı qanamışdır. Elə bir ciddi xəsarəti olmamışdır. Lakin həkimlər mütləq xəstəxanaya getməli olduğunu demişdir. Amma Sadiqin isə heç bir xəsarəti olmamış, ona görə də Sadiq hadisə yerində qalmışdır. Məhkəmə iclasında şahidin qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tibbi yardım maşınını kimin çağırdığından xəbəri olmamışdır. Hadisə nəticəsində sol ayağı əzilmişdir. Məhkəmə baxışı zamanı Şahid4 ifadə verərək bildirdi ki, o, İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir, polis serjantıdır. 26 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində İmişli RPŞ-nin NH-dən İmişli rayonu Yalavac kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi haqqında məlumat alıb onunla birlikdə xidmətdə olan İmişli RPŞnin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid3 və İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X14 ilə birlikdə həmin hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda xəsarət alan şəxsləri X19 maşını ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə yerində olan Şahid2 hadisə törədən sürücünün oğlu X10 olmasını və hadisə nəticəsində qorxduğu üçün evə göndərdiyini bildirmişdir. Hadisə zamanı sürücünün Sadiq İbrahimov olması məlum olmuşdur. Sadiq İbrahimov həmin gün hadisədən yarım saat əvvəl atasına məxsus “VAZ2106” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini götürüb kənd ərazisində sürmüş, qəfildən idarəetməni itirmiş və hadisə törətmişdir. Hadisə zamanı avtomobildə olan iki nəfər sərnişin isə xəsarət almışdır. Avtomobil yolun sağ tərəfində olan dəmir darvazanın kənarına çırpılmışdır. Lakin hadisə yerinə gələnə qədər hadisə yerində olan şəxslər avtomobili köməkləşib kənara itələmişdir. Məhkəmə baxışı zamanı şahid X11 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Qardaşı Şahid2 özünə məxsus “VAZ-2106” markalı, ağ rəngli, **- MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobil qardaşının istifadəsindədir. 26 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində o, qardaşı oğlu Sadiqin kənd ərazisində yol-nəqliyyat hadisəsi törətməsini eşitmişdir. Bunu eşidən kimi dərhal qardaşı Ramilin istifadəsində olan mobil nömrəyə telefonla zəng edib hadisə barədə məlumat vermişdir. Sonra özü də hadisə yerinə getmişdir. Ona sonradan qardaşı oğlu Sadiqin atasının maşınını götürüb kənd ərazisində sürən zaman tanışları Vüsal və Həzi adlı şəxsləri də maşına mindirib və kənd ərazisində “Yerevanlı” adlanan məhəlləyə gedən zaman qarşısına it çıxması səbəbilə idarə etməni itirməsini və avtomobilin yolun sağ tərəfindəki dəmir qapıya və mişar daşından hörülmüş hasara çırpılmasını öyrənmişdir. Nəticədə Vüsal və Həzi xəsarət almış, lakin Sadiq heç bir xəsarət almamışdır. Sonra qardaşı Ramil hadisə yerinə getmiş, oğlu Sadiq isə hadisə nəticəsində qorxduğu üçün qardaşı Ramil oğluna evə getməyi demişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişdir. Qardaşı Ramil orada polis əməkdaşlarına hadisəni törədən şəxsin oğlu Sadiq olmasını bildirmiş və evə göndərdiyini demişdir. Sonra İmişli rayon Mərkəzi Xəstəxanasına gedib Vüsal və Həziyə baş çəkmişdir. Həzinin heç bir xəsarəti olmamışdır. Lakin Vüsalın isə bud sümüyü sındığı üçün xəstəxanada qalmışdır. Sonra isə polis əməkdaşları gedib Sadiqin izahatını almışdır. Qardaşı Ramilin özünə məxsus nəqliyyat vasitəsini idarə etmək üçün X18a verib-verməməsi, bunun üçün icazəsinin olub-olmaması ilə bağlı dəqiq məlumatı olmamışdır. Sadəcə kənd camaatından qardaşı oğlu Sadiqin yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat almış və qardaşı Ramilə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında şahid X11 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o ora gələndə artıq hadisə baş vermişdir. Təqsirləndirilən şəxs heç bir xəsarət almamışdır. Sadiq atasına məxsus avtomobili özü idarə etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 eyni məzmunda ifadə verib Şahid4 ifadəsində göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 26 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayonu, Yalavac kəndi ərazisidir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni beş metrdir. Hərəkət zolaqlarının sayı iki, hərəkət hissəsinin eni isə 2,5 metrdir. Hərəkət hissəyə sağ və sol tərəflərdən yol çiyni birləşir. Nəqliyyat vasitəsi maneəni vurduqdan sonra hərəkətdə olduğu zolaqda əks istiqamətdə dayanmış formada olmuşdur. “VAZ-2106” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu zolaqda maneəni vurduqdan sonra öz zolağında əks istiqamətdə dayanmış formada, toqquşma nöqtəsindən 2,5 metr məsafədə olmuşdur. Örtük üzərində cütləşmiş tormozlama izləri vardır. Yolun hərəkət hissəsində sağda daş hasarda toqquşma izi aşkar edilmişdir (i.v. 7-15); Baxış keçirilməsi haqqında 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli rayonu Yalavac kəndi ərazisində keçən avtomobil yoludur. Yol asfalt örtüklüdür, quru vəziyyətdədir. Yolun eni 5 metrdir. İki istiqamətlidir, qarşı-qarşıya nəqliyyat vasitələrinin bir-birindən ayrılması üçün bütöv düz xətt nəzərdə tutulmuşdur. Ağ rəngli düz xətt ətraf mühitin təsirindən yarımçıq silinmişdir. Hər hərəkət zolağının eni 2,5 metrdir. Toqquşma nöqtəsi yolun sağ tərəfindədir. Yolun sağ tərəfində 2 metr, sol tərəfində 4 metr digər hissə vardır. Yolun sağ tərəfində yerləşən toqquşma yeri mişar daşından hörülmüş hasar və həyət qapısının boru formalı kənarıdır. Toqquşma nöqtəsi yolun sağ kənarından 2 metr məsafədədir. Təqsirləndirilən şəxs qarşısına it heyvanının çıxması ilə bağlı əyləcə basdığını və həmin an avtomobilin arxa hissəsinin oynadığını, bununla da idarəetməni itirdiyini bildirmişdir. İdarəetmənin itirildiyi yerlə toqquşma yeri arasında 10 metr məsafə olmuşdur. Toqquşma nöqtəsində boya izləri və deformasiya əlamətləri olmuşdur (i.v. 30- 38); Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil “VAZ-2106” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, minik avtomobilidir. Avtomobilin rəngi ağdır. Sedan tiplidir, mühərrik nömrəsi 7825862, ban nömrəsi XTK**********9906, mühərrik həcmi 1600, istehsal tarixi 2004-cü ildir. Avtomobilin hər iki nömrəsi üzərində olmuş və avtomobil İmişli rayonu Yalavac kənd sakini Şahid2 adına qeydiyyata alınmışdır. Avtomobilin zədələnmiş hissələrinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin ön örtük hissəsi, sağ qanad, akkumulyator hissəsi, ön bufer hissəsi, mühərrik və mühərrikin ətrafında olan ehtiyat hissələri, karbiriator və digər işəsalıcı mexaniki qurğular sıradan çıxmış, ön alın şüşəsi tamamilə yerindən çıxmış, salonda ön şit hissə qabağa basılmış, ön sərnişin oturacağı qabağa doğru əyilmiş, avtomobilin bel hissəsində qırış əmələ gəlmişdir. Atomobilin xarici görünüşündən toqquşma nöqtəsinin ön sol künc tərəf (ön sol işıqlar istiqamət) olması aydın görünmüşdür (i.v. 39-42); Qanuni nümayəndə qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 Sadiq Ramil oğlunun qanuni nümayəndəsi kimi tanınmışdır (i.v. 47-48); Qanuni nümayəndə qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmışdır (i.v. 69-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 103); Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 aprel 2025-ci il tarixli, 8/645 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “VAZ- 2106” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobil sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 110-112); “Mil-Muğan” Regional Təhsil İdarəsi İmişli rayon Yalavac kənd Səfərov adına tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 10b sinfində təhsil alır. O, ümumilikdə tərbiyəli, sakit təbiətli və müəllim heyətinə hörmətlə yanaşan bir şagirddir. Müəllim və məktəb rəhbərliyi ilə münasibətində kobudluq müşahidə olunmamışdır. Sinif yoldaşları ilə mehriban davranır və münaqişələrə meyilli deyil. Lakin qeyd etmək lazımdır ki, Sadiqin dərsə davamiyyətində zəiflik müşahidə olunmuşdur. Bu səbəbdən məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən valideynləri ilə əlaqə saxlanılmış, lakin davamiyyətində hələ də istənilən dəyişiklik müşahidə olunmamışdır. Sadiqə qarşı inzibati və ya neqativ davranış qeydə alınmamışdır. Onun davranışı məktəbin daxili nizam-intizam qaydalarına zidd olmamış, lakin təhsil prosesində iştirak səviyyəsi aşağı olmuşdur. Əlavə olaraq qeyd edilir ki, şagirdin davranışında cinayət və ya hüquqpozma xarakterli hal qeydə alınmamışdır (i.v. 117); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 235 nömrəli rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol bud sümüyünün burmalardan keçən yerdəyişmiş sınığı, sağ gözün üst qapağında yara bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir (i.v. 118-119); Zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 135); Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində sonuncunun anası Qanuni nümayəndə2 təyin olunmuşdur (i.v. 137- 139); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 151); Təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində sonuncunun anası X6 təyin olunmuşdur (i.v. 154-156); Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 185-186); Sübutların qiymətləndirilməsi haqqında 10 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə üzrə ittiham elan edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə şahid Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona Azərbaycan Respublikası CPM-nin 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri elan edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs əvvəllər istintaq zamanı şahid qismində qanuni nümayəndəsi qismində tanınmış anası Qanuni nümayəndə2 müvafiq olaraq şahidin qanuni nümayəndəsi statusundan çıxarılaraq zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınsın və ona Azərbaycan Respublikası CPM-in 101 -ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əvvəllər istintaq zamanı şahid qismində qanuni nümayəndəsi qismində tanınmış anası X6 müvafiq olaraq şahidin qanuni nümayəndəsi statusundan çıxarılaraq təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınsın və ona Azərbaycan Respublikası CPM-in 101-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iş üzrə Şahid1 sağlamlığına dərəcəsi təyin edilməyən növdən xəsarət yetirilməsinə, bununla da sonuncunun Azərbaycan Respublikası CPM-in 87-ci maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxs qismində tanınmasına kifayət qədər əsaslar müəyyən edilmədiyi üçün sonuncu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasın, habelə Təqsirləndirilən şəxs elan ediləcək ittihamın məzmununa həmin xüsusatlar daxil edilməmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Şahid1 sağlamlığına hadisə nəticəsində dərəcəsi təyin edilməyən növdən bədən xəsarətinin yetirilməsinə görə iş üzrə Təqsirləndirilən şəxsçarəsində inzibati xəta haqqında tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə İmişli RPŞ-nin DYPB-nə göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Şahid1 adı bütün istintaq sənədlərində düzgün olaraq “Şahid1” kimi qəbul edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 26 yanvar 2025-ci il tarixli, hadisə yerinə təkrar baxış keçirilməsi haqqında 04 mart 2025-ci il tarixli, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 04 mart 2025-ci il tarixli protokollar, İmişli Regional Qİ və TB Şöbəsindən daxil olmuş 10 mart 2025-ci tarixli 016-3-13-16-4/2-139/2025 saylı məktub, məhkəmə-tibbi ekspertizasının 01 may 2025- ci il tarixli, 235 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 aprel 2025- ci il tarixli, 8/645 nömrəli rəyi, habelə toplanmış digər istintaq sənədləri iş üzrə sübut növü simi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir (i.v. 120-133); Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun nəzarətinə verilməsinə razıdır. 12 iyun 2025-ci il tarixli Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbləri olmadığını bildirmiş və nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 88.2, 88.2.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilə bilər. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Həmin Məcəllənin 56.1 və 56.1.1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində. Həmin Məcəllənin 85.5 və 85.5.1-ci maddələrinə yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 123.2-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəza çəkirlər. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq tərbiyə müəssisəsinin ərazisi daxilində hərəkət edə bilərlər. 124.2. Ümumi rejimli tərbiyə müəssisələrində məhkumlar: 124.2.1. adi yaşayış binalarında saxlanılırlar; 124.2.2. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər; 124.2.3. il ərzində qısa müddətli qırx səkkiz və uzun müddətli səkkiz görüş almaq hüququna malikdirlər; 124.2.4. il ərzində qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanılırlar. 119.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar: 119.1.1. mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar; 119.1.2. müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar; 119.1.3. yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə bilərlər; 119.1.4. məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər; 119.1.5. cəzaçəkmə müəssisəsində gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa və ya videogörüş keçirə bilərlər; 119.1.6. məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər. 119.2. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların kommunal, yemək, maddi-məişət, tibbi-sanitariya və digər təminatları dövlət hesabına həyata keçirilir. 119.3. Cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, peşə təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Bu halda müəssisənin müdiriyyəti tərəfindən qəbul edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib olunan cəzaçəkmə müəssisəsindən çıxma və cəzaçəkmə müəssisəsinə qayıtma qrafiki müəyyən edilir. 119.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanılır. Yoxlama nəticəsində məhkumun üzrsüz səbəbdən işdən və ya təhsildən yayınması müəyyən olunarsa, bu Məcəllənin 119.3-cü maddəsində nəzərdə tutulmuş qərar ləğv edilir. Azərbaycan Respublikası CPM-nin 348.1-ci maddəsinə əsasən Məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında 30 iyun 2008-ci il tarixli və 4 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikasının məhkəmələri yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə dair işlərə baxarkən bu sahədə qanunvericiliklə müəyyən edilmiş normalara əsasən əməl edirlər. Bununla yanaşı, ümumiləşdirmə göstərir ki, bəzi məhkəmələr tərəfindən yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlərə dair işlərə baxılarkən maddi və prosessual qanun normalarının tələbləri pozulur, təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifində və cəza təyini məsələlərində səhvlərə yol verilir, cinayət törətmiş yetkinlik yaşına çatmayanların həyat və tərbiyə şəraiti kifayət qədər araşdırılmır, onlar tərəfindən cinayətlərin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə lazımi diqqət yetirilmir. Bu sahədə yol verilmiş, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə nadir hallarda xüsusi qərarlar çıxarılır, böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayanlar barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qanun normalarının təcrübədə tətbiqindən az istifadə olunur.
11. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər.
18. CM-in 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayanın barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə, həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər. Yetkinlik yaşına çatmayan barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Yetkinlik yaşına çatmayanlar valideynlərin və ya onları əvəz edən şəxslərin nəzarəti altına verilərkən göstərilən şəxslərin yeniyetməyə müsbət təsir göstərə, onun törətdiyi əməli düzgün qiymətləndirə, davranışı üzərində gündəlik nəzarəti təmin edə biləcəyindən əminlik olmalıdır. Bunun üçün müvafiq materialların tələb edilməsi, valideynlərin və ya onları əvəz edən şəxslərin həyat şəraitinin, yetkinlik yaşına çatmayanın onların nəzarətinə verilməsinə münasibətlərinin, yetkinlik yaşına çatmayanın maddi təminatı imkanlarının və s. əhəmiyyət kəsb edən məsələlərin araşdırılması zəruridir. Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərə nəzarət edilməsi üçün nəzarətlərinə verilmiş valideynlərin və ya onları əvəz edən şəxslərin bu haqda razılıqlarının alınması tələb olunmasa da, belə razılıq alınmalıdır. Cinayət işinə xitam verilməsi və yetkinlik yaşına çatmayan şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər qismində valideynlərin və ya onları əvəz edən şəxslərin (qohumların, qəyyumların) və yaxud ixtisaslaşdırılmış dövlət orqanının nəzarəti altına verilməsi və ya asudə vaxtının məhdudlaşdırılması, davranışı üzərində başqa xüsusi nəzarət qoyulması barədə qərar qəbul edilərkən həmin qərarda tədbirin tətbiq edilməsi müddəti də göstərilməlidir.
23. CM-in 85.2-ci maddəsinə əsasən cərimə yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. Həmin maddədə cərimənin müstəqil əmək haqqı olmayan yetkinlik yaşına çatmayanların valideynlərindən, yaxud digər qanuni nümayəndələrindən tutulması nəzərdə tutulmadığından hökmdə cərimənin həmin şəxslərdən tutulmalı olması barədə göstəriş verilə bilməz. Buna görə də ilk növbədə yetkinlik yaşına çatmayanın əməli nəticəsində vurulmuş ziyanın onun özü tərəfindən ödənilməsi imkanları müzakirə edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir, onun törətdiyi cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayətdir, o, ilk dəfə cinayət törətmiş, müstəqil qazancı və cəzanın icrasına yönəldilə bilən əmlakı yoxdur, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş və barışmışdır və sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs müstəqil qazancı və cəzanın icrasına yönəldilə bilən əmlakı olmadığını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında 30 iyun 2008-ci il tarixli və 4 nömrəli Qərarının 23 bəndinə əsasən cərimə cəzasının tətbi edilməsini mümkün hesab etmir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsinin məqsədlərinə yəni, cəzanın maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməli olmasına müvafiq hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Həmin Məcəllənin 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatan şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Həmin Məcəllənin 85.5 və 85.5.1-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi qaydası Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 119-cu, ümumi rejimli tərbiyə müəssisələrində isə 124-cü maddəsində təsbit edilmişdir. Həmin normalarda müəyyən edilmiş qaydaları müqayisəli şəkildə təhlil edəndə müəyyən olunur ki, ümumi rejimli tərbiyə müəssisələrində müəyyən edilmiş qaydalar, məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilmiş qaydalara nisbətən daha sərtdir. Həmin maddələrdə göstərilən qaydaların müqayisəsi nəticəsində məlum olur ki, məntəqə tipli müəssisələrdə saxlanılan yetkin məhkumlara daha geniş sərbəstlik və azadlıq şəraiti təqdim edilir, onların hərəkət, görüş və maddi xərcləmə hüquqları daha sərbəst, nəzarət və mühafizə isə yüngül formadadır. Buna qarşılıq, yetkinlik yaşına çatmayan məhkumlar üçün nəzərdə tutulan tərbiyə müəssisələrində isə onların yaş xüsusiyyətlərinə uyğun daha məhdudiyyətli, lakin sosial tərbiyə və təhsil prosesinə yönəldilmiş sərt rejim və məhdud sərbəstliklər tətbiq olunur. Belə ki, 119-cu maddəyə əsasən, yetkin məhkumlar məntəqə tipli müəssisələrdə nəzarət altında, lakin mühafizəsiz şəraitdə saxlanılır, müəssisədə yuxudan durandan yatana qədər sərbəst hərəkət edə bilirlər və gündə bir dəfə, 15 dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər; həmçinin müəssisə müdiriyyətinin icazəsi ilə işə və ya təhsilə görə gündə 12 saatadək nəzarətsiz müəssisədən kənara çıxış edə bilərlər, pul və qiymətli əşyalarını məhdudiyyətsiz daşımaq və istifadə etmək hüquqları vardır. 124-cü maddəyə əsasən isə, yetkinlik yaşına çatmayan məhkumlar tərbiyə müəssisələrinin ərazisində daxili intizam qaydalarına uyğun sərbəst hərəkət edə bilirlər; ümumi rejimli müəssisələrdə ayda 50 manatadək pul xərcləyə, il ərzində 48 qısa müddətli və 8 uzun müddətli görüşlər ala, 48 bağlama, sovqat və banderol qəbul edə bilirlər; cəzanın ən azı dörddə birini çəkdikdən sonra şərait yaxşılaşdırılanda ayda 15 manatadək pul xərcləyə, il ərzində əlavə 4 uzun müddətli görüş əldə edə və valideyn və ya himayəçinin müşayiəti ilə müəssisədən kənara qısa müddətli səfər edə bilərlər. Möhkəm rejimli müəssisələrdə isə pul xərcləmə limiti ayda 40 manat, il ərzində 24 qısa müddətli və 3 uzun müddətli görüş, həmçinin 24 bağlama və sovqat almaq hüququ mövcuddur. Nəticədə, məntəqə tipli müəssisələrdə yetkin məhkumlara gündə 12 saatadək nəzarətsiz müəssisədən çıxmaq, sərbəst hərəkət və məhdudiyyətsiz maddi sərbəstlik verilirken, azyaşlı məhkumlar üçün nəzərdə tutulan tərbiyə müəssisələrində bu azadlıqlar daha məhdud, görüş və bağlama sayları və pul xərcləmələri aylıq və illik konkret limitlərlə tənzimlənir. Belə olan halda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatan şəxslərə ehtiyatsızlıqdan törədilmiş cinayətə görə daha yüngül rejimli müəssisədə çəza təyin edilməsi, nəzərdə tutulduğu halda, eyni kateqoriya yəni, ehtiyatsızlıqdan törədilmiş cinayətə görə yetkinlik yaşına çatmayan şəxsə zərərçəkmiş şəxslə barışdığı halda daha ağır rejimli müəssisədə cəza çəkməsini təyin etmək ədalətsiz olmaqla, cəzasının məqsədlərindən olan sosial ədalətin pozulması olardı. Buna görə də məhkəmə, yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini cəzanın məqsədləri, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, şəxsiyyəti və işin halları baxımından mümkün hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, törədilmiş cinayət əməlinin ictimai-təhlükəlilik dərəcəsini, dəymiş zərərin onun tərəfindən aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, onun gələcəkdə psixi, əxlaqi və mənəvi inkişafını və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 88-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad olunmasını, həmin Məcəllənin 88.2.2-ci maddəsinə əsasən onun barəsində anası X4 nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbirin tətbiq edilməsini və həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən himayəçisinin üzərinə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatana qədər tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.6—197.1.8-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş üzrə məhkəmə ekspertizalarının aparılmasına çəkilmiş 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X3 tutulub dövlət büdcəsinə keçirilməlidir. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-52/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001779 saylı orderə əsasən vəkil Müdafiəçi ona vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 9 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 9 (doqquz) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 356, 358 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ :
Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 88.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində anası X4 nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilsin. Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs anası X4 üzərinə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatanadək tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə ekspertizalarının aparılmasına çəkilmiş 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X3 tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Orxan Mahmud