Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-32/2025 09.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ
1. GİRİŞ HİSSƏ
X10 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Yardımlı rayonu, Ostair kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Ostayır kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundandan sonra CM-nin) 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. TƏSVİRİ-ƏSASLANDİRİCİ HİSSƏ: 2.1. TƏSVİRİ HİSSƏ:
İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs 18 oktyabr 2025-ci il tarixdə, saat 17 radələrində Yardımlı rayonu, Ostayır kəndi ətrafında yerləşən 11 saylı X5 Mərkəzinin Daşkənd meşəbəyliyinin 5 saylı meşə dolayının ərazisində olan zaman Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma” Qaydalarının 2.2, 2.3.1, 2.4 və 2.5-ci maddələrinin tələblərini pozaraq yalnız qadağan edilməyən yerlərdə və vaxtda ov etməli, aydın görünməyən hədəfə və səsə (xışıltıya) atəş açmamalı, ov tüfəngini doldurulmamış halda gəzdirməli, tüfəngi yalnız bilavasitə atəş açmadan qabaq doldurmalı, bilavasitə atəş açılmadığı müddətdə, habelə başqa ovçuya və ya digər şəxsə yaxınlaşarkən tüfəngin çaxmaqlarını endirməli və qoruyucusunu keçirməli, lüləsini havaya yönəltməli olduğu halda bu tələbləri yerinə yetirməmiş, həmin tələbləri yerinə yetirmədən ov etməsinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək özündən təxminən 20 metr məsafədə aydın görünmədiyi halda qaban zənn etdiyi hədəfə ov etmək məqsədi ilə özünə məxsus «ИЖ-43М» markalı, 12 kalibrli, ******* nömrəli, qoşalüləli ov tüfəngindən 01 (bir) dəfə atəş açmış, həmin atəş nəticəsində onunla birlikdə həmin əraziyə ov etmək məqsədi ilə getmiş həmkəndlisi Zərərçəkmiş şəxs belin sol yarısının qarın və sol boşluğunu dəlib keçən, sol böyrəyi, dalağı, mədəni, mədəaltı vəzini, diafraqmanı, sol ağ ciyərin aşağı payını, sol Vİ, Vİİ, Xİ, Xİİ qabırğaları zədələyən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurma xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürmüşdür.
2.1.1. MƏHKƏMƏ İSTİNTAQİNDA TƏDQİQ EDİLMİŞ SÜBUTLAR:
təqsirləndilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin fadələri:
Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci ildə Şahid1 və Zərərçəkmiş şəxsla birlikdə «Xanbulaq» deyilən əraziyə qaban ovuna getmişlər. Həmin vaxt onlar qaban izləri ilə rastlamış, Elmir çay istiqamətinə cığırla getmişdir, o, isə Vüqarla qabanın ayaq izi istiqamətində hərəkət etmişlər. Təxminən 20 metrə yaxın məsəfə getdikdən sonra itlər hürməyə başlamış, Vüqar çay istiqamətində aşağı düşmüş o, isə qarşı tərəfə qaçmışdır. Bu zaman itlər yenidən hürmüş və o, kolların arasında hərəkət gördüyü üçün qaban zənn edib bir dəfə nişan alaraq atəş açmışdır. Bir neçə saniyyədən sonra qışqırıq səsi eşitmiş və Vüqar qışqırarq «mənə güllə dəydi, qaç» demişdir. O, dərhal səs gələn istiqamətə qaçmış və Elmiri çağırmışdır. Onlar Vüqarın yanına çatan da Vüqar sağ olmuş, o, Vüqarın dərhal yarasın bağlamış və 500 metrə qədər məsəfəni gətirmiş, lakin Vüqar yolda vəfat etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum əri Vüqarla Xəyyam dost olmuşlar. Xəyyamdan Vüqara zəng gəlmiş və xx.xx.2025-ci il tarixdə birlikdə ova getmişlər.Elmirin onlarla birlikdə getməsini deməmişdir.Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, Xəyyamla barışmışdır və onu bağışlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu göstərdi ki, xx.xx.2025-ci il tarixdə günorta vaxtı Təqsirləndirilən şəxs ona ova getməyi təklif etmişdir. Onlar görüşərkən Zərərçəkmiş şəxsda orada olduğunu görmüş və birlikdə ova getmişlər. Həmin vaxt qarşılarına ov çıxmış və itlər hürməyə başlamışdır. O, aşağıda pusquda qalmış Xəyyamla Vüqar isə ov istiqamətinə doğru getmişlər. Həmin vaxt atəş aşılmış və Xəyyam qışqıraraq «tez gəl Vüqara güllə dəydi»yini bildirmişdir. O, qaçaraq onların yanına gəlmiş, köynəyi ilə Vüqarın yarasını bağlamışlar və kəndə doğru 10-15 dəqiqə gətirsələrdə yolda Vüqar vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, baş vermiş hadisəni görməmişdir. Təqsirləndirilən şəxslə və mərhum Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Onlar bir məhəllədə böyümüşlər, Xəyyamla Vüqarın mehriban münasibətləri olmaqla dost olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, xx.xx.2025-ci il tarixdə işdən sonra yoldaşları ilə yaşadığı kənddə mədəniyyət evində olarkən oğlu Xəyyamdan onun istifadəsində olman mobil telefonuna zəng gəlmiş və Xəyyam ona iki kəlmə «ata Vüqara güllə dəydi, tez gəl» demişdir.O dərhal hadisə yeri doğru qaçmağa başlamış və həmin istiqamətdə olan qızının yaşadığı evdən çəkmə geyinərək tibbi ləvazimatlarıda özü ilə götürmüşdür. Yolda Xəyyama zəng edərək hadisənin harada və necə baş verdiyini soruşmuş,Xəyyam ona hadisəninin Xanbulaq çayında törədildiyini və «evimiz yıxılıb, mən vurmuşam» demişdir. O, Xəyyama yolda olduğunu Vüqarı gətirməyi və yara nahiyyəsinə parça basmasını bildirmişdir. Hadisə baş verdiyi istiqamətdə 1-2 km qaçmış, artıq hava qaralmağa başlamış və meşə ərazisində ürəyində olan problemlə əlaqdər özündən getmişdir. Ayıldıqdan sonra həmin istiqamətdə getməyə başlamış, lakin hadisə yerinə çatanadək artıq kənd camatı Vüqarı gətirdiklərini görmüşdür. Həmin vaxt Xəyyamdan Vüqarın həqiqətən onun açdığı atəş nəticəsində öldüyünü soruşduqda Vüqar etiraf etmiş və bu barədə polis şöbəsinə də məlumat verdiyini bildirmişdir.Daha sonra orada olan polis əməkdaçları Xəyyamı Polis şöbəsinə aparmışlar.
2.1.1.2. cinayət işinin materialları:
xx.xx.2025-ci il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə, saat 02:10-da şübhəli şəxs qismində tutulmuşdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(038)-39/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1(bir) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(038)-40/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs «həbsdə saxlanılma müddəti» 2(iki) ay müddətə, yəni xx.xx.2026-cı il tarixədək uzadılmışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 05 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olundu: belin sol yarısının qarın və sol boşluğunu dəlib keçən sol böyrəyi, dalağı, mədəni, mədəaltı vəzini, diafraqmanı, sol ağ ciyərin aşağı payını, sol Vİ, Vİİ, Xİ, Xİİ qabırğaları zədələyən bir ədəd odlu silah yaralanması aşkar olundu. Aşkar olunan xəsarət odlu silahdan, ola bilər ki, ov tüfəngindən mərmilərin kompakt təsir etdiyi məsafədən açılan ən azı bir atəş nəticəsində onun ölümündən bir qədər əvvəl törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Belin sol yarısındakı yara odlu silah yaralanmasının giriş dəliyi, döş qəfəsinin sol ön divarındakı yara odlu silah yaralanmasının çıxış dəliyidir. Odlu silah yaralanmasının giriş və çıxış dəliyinin yerləşdiyi nahiyələri nəzərə alaraq demək olar ki, yara kanalının istiqaməti arxadan-önə və aşağıdan- yuxarıyadır. Atəşin məsafəsi barəsində daha konkret fikir söyləmək üçün mərhumun hadisə zamanı əynində olmuş paltarları müvafiq laboratoriyaya göndərməklə aydınlaşdırmaq olar. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb belin sol yarısının qarın və sol döş boşluğunu dəlib keçməklə sol böyrəyin, dalağın, mədənin, mədəaltı vəzinin, diafraqmanın və sol ağ ciyərin aşağı payının zədələnməsi nəticəsində əmələ gələn daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17.11. 2025-ci il tarixli, 3/1250; 3/1261; 3/1262; 6/3608 nömrəli kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji, məhkəmə-lifli ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “ИЖ 43 M” modelli, ******* №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiklərini çəkmədən atəş açılmır. Ov tüfəngindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000 metr məsafəyə uçma qabiliyyətinə malikdirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd silah 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “B” modelli, 21464 №-li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiklərini çəkmədən atəş açılmır. Ov tüfəngindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000 metr məsafəyə uçma qabiliyyətinə malikdirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli, “K 30596” №-li, “ZK” modelli xarici çaxmaqlı, təklüləli yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyi çəkmədən atəş açılmır. Ov tüfəngindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 20 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000 metr məsafəyə uçma qabiliyyətinə malikdirlər. Tədqiqata (Təqsirləndirilən şəxs məxsus patronların yerləşdiyi qab 15 ədəd dolu və 01 ədəd boş patron) təqdim edilmiş 15 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan daxili komponentləri 04 ədəd (qırmızı, yaşıl,çəhrayı) qırmalarla, 09 ədədi (qara, ağ) gülləylə, 02 ədəd (ağ) karteçlə təchiz olunan patronlardır, 12 ədədi istifadəyə yararlıdır, digər 03 ədədi (pistonunda dolaşma izi vardır) istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidirgilizidir. Həmin giliz “8680480” №-li qoşalülə ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata (Mərhum Zərərçəkmiş şəxs məxsus kəmər və 10 ədəd dolu və 02 ədəd boş patron) təqdim edilmiş 10 ədəd predmet 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan daxili komponentləri 07 ədəd qırmalarla, 03 ədədi gülləylə təchiz olunan 09 ədədi zavod üsulu ilə, 01 ədədinin gilizi zavod atəş komponentləri kustar üsulla doldurulmuş patronlardır istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd giliz zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir - gilizləridir. Həmin 16 kalibrli gilizdən, 01 ədədi təqdim edilmiş “21464” №-li qoşalülə ov tüfənginin sol lüləsindən, digər 01 ədəd giliz sağ lüləsindən atılmışdır. Tədqiqata (Şahid1 məxsus patronların olduğu kəmər 10 ədəd dolu və 05 ədəd boş patron) tədim edilmiş 10 ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş 20 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan daxili komponentləri 09 ədəd qırmalarla, 01 ədədi gülləylə təchiz olunmuş patronlardır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd giliz zavod üsulu ilə istehsal edilmiş 20 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir- gilizləridir. Həmin 05 ədəd 20 kalibrli giliz, təqdim edilmiş “K 30596” №-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş üç ədəd silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi, metodik vəsait olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə və bir ədəd uzunqol köynəyin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməməsinə baxmayaraq, zədənin ətrafından qurğuşun metal izinin (sürtünmə zolağı) aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, həmin zədələr giriş zədəsi olmaqla, 12 kalibrli hamarlüləli odlu silahdan açılan bir atəş nəticəsində mərminin kompakt təsirindən, 2 metrədən yuxarı məsafədən, arxadan önə doğru istiqamətdə silahın lülə ağzı gödəkçənin arxa, sol, aşağı hissəsinə tərəf yönəlmiş vəziyyətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd bellik, iki ədəd qolsuz maykanın kəsilmiş hissələri, bir ədəd cins şalvar, bir ədəd alt tumanı, bir cüt corabın, üzərində “Təqsirləndirilən şəxs” və “Şahid1” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin- qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd bellik, iki ədəd qolsuz maykanın kəsilmiş hissələri, bir ədəd cins şalvar, bir ədəd alt tumanı və bir cüt corabın səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” və “Şahid1” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın, üzərində “Şahid1...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman gödəkçəsinin, şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın, üzərində “Şahid1...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman gödəkçəsinin, şalvarın səthində olan zədələr ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Təqdim edilmiş digər geyim əşyalarının səthində trasoloji zədə, o cümlədən fiziki qüvvənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs və Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. xx.xx.2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 320 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi publik hüquqi şəxsinin 21.11. 2025-ci il tarixli, 721/2025-TBŞ nömrəli məhkəmə tibbi-bioloji ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Balfa/llİ/. X1 ABO sistemi üzrə qan qrupu - Abeta/İİ/. Şahid1 ABO sistemi üzrə qan qrupu - Balfa/lll/. Təqdim olunan şəxsi məlumatları olan sənədin Elektron prokurorluq İnformasiya Sisteminə əsasən/. Ekspertizaya təqdim olunmuş 02 ədəd yarpaq, Zərərçəkmiş şəxs məxsus 01 cüt corab, tuman, köynək, bellik. 02 ədəd alt mayka, cins şalvar, gödəkcə, Şahid1 məxsus idman gödəkcəsi, köynək, cins şalvar, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “B” antigeni və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa/lll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Şahid1 məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus kofta və gödəkcə üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi publik hüquqi şəxsinin 26.11. 2025-ci il tarixli, 475-2025/MTKŞ nömrəli məhkəmə tibbi-kriminalistik ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcə və uzunqol köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində odlu silahdan açılan bir atəş nəticəsində əmələ gəlmiş 01 (bir) ədəd zədə onun meyitinin bədənində müəyyən edilmiş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən mərmilərin kompakt təsir etdiyi məsafədən açılan ən azı bir atəş nəticəsində onun ölümündən bir qədər əvvəl törənmiş belin sol yarısının qarın və sol döş boşluğunu dəlibkeçən, sol böyrəyi, dalağı, mədəni, mədəaltı vəzini, diafraqmanı, sol ağciyərin aşağı payını və sol Vİ, Vİİ, Xİ, Xİİ qabırğaları zədələyən eyni xarakterikli yaralarla yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində müəyyən olunmuş döş qəfəsinin sol ön divarında olan yara isə ona məxsus olmuş və ekspertizaya təqdim edilmiş geyim əşyaları üzərində öz əksini tapmamışdır. Bu da, onun yalnız bədəninin zədələnməsi və zədənin geyim əşyalarında öz əksini tapmaması ilə izah oluna bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi publik hüquqi şəxsinin 30.10. 2025-ci il tarixli, 3694 nömrəli kompleks-ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, adaptivlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli- intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. xx.xx.2025-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön hissəsində orta körpücük xətti üzərində döş boşluğuna nüfuz edən, kənarları nahamar, ucları küt köndələn, çəp istiqamətdə yerləşmiş 6-7-ci qabırğa arası sahədə bir ədəd 3.0 x 1.5 sm ölçüdə yara (toxuma çatmamazlığı) və belin sol yarısında onurğa sütunundan 9 sm solda 2.5 x 2.0 sm ölçüdə yara (toxuma çatışmazlığı) aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Yardımlı rayonu, Ostayır kəndi ətrafında yerləşən 11 saylı X5 Mərkəzinin Daşkənd meşəbəyliyinin 5 saylı meşə dolayının ərazisində, Yardımlı rayonu Xanbulaq kəndindən təxminən 1100 metr şimal-şərq hissədə yerləşir. Hadisə yerində təxminən diametri 25 sm olan bir ədəd vələs cinsli ağac vardır. Həmin ağacın ətrafı sıx kolluqlarla və müxtəlif növ bitkilərlə əhatələnmişdir, Baxış zamanı Şahid1 bildirdi ki, əvvəlcə həmin ağacların yanından Zərərçəkmiş şəxs “vuruldum” deməsini eşitmiş, bundan bir az sonra Təqsirləndirilən şəxs onu çağıraraq Zərərçəkmiş şəxs güllə yarası almasını bildirmiş və köməyə gəlməsini istəmişdir. Həmin yerə gəldikdə Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Şahid1 bildirdi ki, bundan sonra Zərərçəkmiş şəxs rayonun Ostair kəndi istiqamətində aparmışlar, təxminən 200-300 metr hərəkət etdikdən sonra Zərərçəkmiş şəxs onu yerə qoymalarını bildirmiş, yerə qoyulduqdan sonra Zərərçəkmiş şəxs ölmüşdür. Mobil telefona əlavə baxış keçiriməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Samsung Galaxy A13” markalı mobil telefonda istifadə etdiyi «WhatsApp» ani mesajlaşma tətbiqinə daxil olan zaman onun «Vüqar Xan» adı ilə qeyd etdiyi +**********89 saylı mobil nömrə ilə 18 oktyabr 2025-ci il tarixdə saat 10:41 -dən saat 11:15-ə kimi yazışma apardığı, saat 10:54-də «Vüqar Xan» tərəfindən «Hardasan gedək cole», eyni dəqiqədə Təqsirləndirilən şəxs tərəfindən «Ede bele terpenmek olar», «suyu çıxar adamın», saat 10:55-də «Vüqar Xan» tərəfindən «hava acr», «heçnə olmaz», «istəyən var söz verdim», «bəlkə vurduq elə», saat 11:15-də yenidən «Vüqar Xan» tərəfindən «Cxdm mən cx» məzmunlu mesajların yazıldığı müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci ildə, saat 16:00-da hava tutqun buludlu (10/10), meteroloji görünüş məsafəsi 20 km, havanın temperaturu 13.5°C, şərq istiqamətli küləyin maksimal sürəti 2 m/san olmuşdur. Yağıntı müşahidə edilməmişdir. Saat 19:00-da hava tutqun buludlu (10/10), meteroloji görünüş məsafəsi 10 km, havanın temperaturu 11.5°C, şərq istiqamətli küləyin maksimal sürəti 2 m/san olmuşdur. Qısamüddətli yağış yağmışdır. Elektron prokurorluq informasiya sistemindən əldə olunan məhkumluq haqqında arayışdan görünür ki, xx.xx.1990-cı il tarixində Yardımlı rayonu, Ostair kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya X6 Şəxsindən daxil olmuş 28 oktyabr 2025-ci il tarixli məktubda göstərilmişdir ki, Yardımlı rayon Ostayır kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1990-cı il təvəllüdlü Nağıyev X3 Şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda deyil. Yardımlı Rayon Mərkəzi X6 Şəxsin xx.xx.2022-ci il tarixli, 18-1-81/2-423/2025 saylı məktubdan görünür ki, Yardımlı rayon Ostayır kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb, nevroloji, vərəm və onkoloji xəstə kimi Yardımlı RMX-da dispanser qeydiyyatında dayanmır. Həmçinin Təqsirləndirilən şəxs hər hansı bir xəstəliklə bağlı Yardımlı RMX-ya və ya yaşadığı ərazi üzrə tibb müəssisəsinə müraciət etməmişdir. Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 3- 28-29/2-10200/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Yardımlı rayon Ostayır kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Yardımlı RMX-nın xx.xx.2022-ci il tarixli, 18-1-81/2-410/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə, saat 00:45-də sərxoşluq dərəcəsinin müəyyən olunmasından ötrü Yardımlı RMX-nın TTYŞ-də müayinədən keçmiş və onda sərxoşluq aşkar edilməmişdir. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Ostayır inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsi ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. «Elektron Məhkəmə İnformasiya Sistemi»ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqları vardır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır.
2.2. ƏSASLANDİRİCİ HİSSƏ:
2.2.1 əməlin tövsifi ilə bağlı:
CM-nin 124.1-ci maddəsinə görə ehtiyatsızlıqdan adam öldürmə cinayət məsuliyyətinə səbəb olur. Cinayət hüquq nəzəriyəsinə görə qəsdən adam öldürmə cinayətləri ilə müqayisədə ehtiyatsızlıqdan adam öldürmə cinayətlərinin ictimai təhlükəliliyi aşağı olur. Bu cinayətlərin ictimai təhlükəliyi daha çox təqsirkarın şəxsiyyəti, onun müəyyən olunmuş qaydalara münasibəti və s. ilə əlaqədar olur. Müasir dövrdə elm və texnikanın, istehsalatın yüksək sürətlə inkişaf etdiyi bir şəraitdə ictimai münasibətləri tənzim edən coxlu sayda qaydalar yaranır. Məhz bu səbəbdən müəyyən etinasız, laqeyd münasibət nəticəsində həmin qaydaların pozulması ehtiyatsızlıqdan törədilən öldürmə cinayətlərinin sayının artmasını şərtləndirir. Şərh olunan cinayətin obyekti qismində həyatdan məhrum edilən şəxsin həyatı çıxış edir. Bu cinayət obyektiv cəhətdən məişətdə, təsərrüfatda, istehsalatda, xidməti və peşə vəzifələrinin yerinə yetirilməsi zamanı və s. hallarda müxtəlif qaydaların pozulması ilə müşayiət olunan və nəticədə başqa şəxsin ölümünə səbəb olan hərəkət və ya hərəkətsizliklə xarakterizə olunur. Təqsirkarın hərəkət və ya hərəkətsizliyi ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmalıdır. Ehtiyatsızlıqdan adam öldürmə müxtəlif təhlükəsizlik qaydalarının kobud surətdə pozulması, təqsirkarın diqqətsizliyi, laqeydliyi, etinasızlığı, məsuliyyət- nəticəsində baş verir. Şərh olunan cinayət subyektiv cəhətdən ehtiyatsızhğın cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq növü ilə xarakterizə olunur. Cinayətkarcasına özünəgüvənmə ilə adam öldürmə cinayətkarcasınaetinasızlıqla adam öldürmədən daha ictimai-təhlükəli əməldir. Cinayətkarcasına özünəgüvənmə ilə adam öldürmə hallarında şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) başqasının ölümü ilə nəticələnəcəyi imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan zərərçəkmiş şəxsin ölümününün qarşısını alacağını güman edir (CM-in 26.2-ci maddəsi). Cinayətkarcasına etinasızlıqla adam öldürmə hallarında şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) başqasının ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda, bunu görmür (CM-in 26.3-cü maddəsi). Ehtiyatsızlıqdan adam öldürmə daha çox təsərrüfat-məişət sahəsində təhlükəsizlik qaydalarının pozulması ilə xarakterizə olunur (məsələn qazı, peçi yanan vəziyyətdə qoyub getmə və s.). Bu əməl qadağan edilən, birgəyaşayış qaydalarını pozan, xidməti və ya peşə qaydaları ilə ziddiyyət yaradan cinayət sayılan və ya cinayət sayılmayan hərəkətlərlə (hərəkətsizliklə) bağlı ola bilər. Adam öldürmənin ehtiyatsızlıqdan törədilib-törədilməməsini müəyyən etmək üçün subyektiv (təqsirkarın şəxsiyyəti, həyat və iş təcrübəsi, biliyi, dünyagörünüşü və s.) və obyektiv (hadisənin baş verdiyi yer vaxt, şərait və s) meyarlar nəzərə alınmalıdır. Məhkəmə bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv qiymət verməklə ittihamın həlli üçün tədqiq edilmiş biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara, habelə Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs оğlu xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Yardımlı rayonu, Ostayır kəndi ətrafında yerləşən 11 saylı X5 Mərkəzinin Daşkənd meşəbəyliyinin 5 saylı meşə dolayının ərazisində olan zaman Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Odlu silahın tətbiqi ilə bağlı ov etmə, eləcə də idmanla məşğul olma” Qaydalarının 2.2, 2.3.1, 2.4 və 2.5-ci maddələrinin tələblərini pozaraq yalnız qadağan edilməyən yerlərdə və vaxtda ov etməli, aydın görünməyən hədəfə və səsə (xışıltıya) atəş açmamalı, ov tüfəngini doldurulmamış halda gəzdirməli, tüfəngi yalnız bilavasitə atəş açmadan qabaq doldurmalı, bilavasitə atəş açılmadığı müddətdə, habelə başqa ovçuya və ya digər şəxsə yaxınlaşarkən tüfəngin çaxmaqlarını endirməli və qoruyucusunu keçirməli, lüləsini havaya yönəltməli olduğu halda bu tələbləri yerinə yetirməmiş, həmin tələbləri yerinə yetirmədən ov etməsinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək özündən təxminən 20 metr məsafədə aydın görünmədiyi halda qaban zənn etdiyi hədəfə ov etmək məqsədi ilə özünə məxsus «ИЖ-43М» markalı, 12 kalibrli, ******* nömrəli, qoşalüləli ov tüfəngindən 01 (bir) dəfə atəş açmış, həmin atəş nəticəsində onunla birlikdə həmin əraziyə ov etmək məqsədi ilə getmiş həmkəndlisi Zərərçəkmiş şəxs belin sol yarısının qarın və sol boşluğunu dəlib keçən, sol böyrəyi, dalağı, mədəni, mədəaltı vəzini, diafraqmanı, sol ağ ciyərin aşağı payını, sol Vİ, Vİİ, Xİ, Xİİ qabırğaları zədələyən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurma xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, Təqsirləndirilən şəxs əməli CM-nin 124.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır.
2.2.2. təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) CM-in 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa nail olması CM-nin 59.1.12-ci maddəsinə, təqsirini etiraf etməklə tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsini, vurulmuş ziyanın kompensasiya edilməsinə yönəlmiş hərəkətlər etməsini (maddi yardım göstərməsini) CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, cinayəti odlu silahdan istifadə edilməklə törətməsini CM-nin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 124.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyəti, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Məhz buna görə də, məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs CM-nin 124.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CMin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdən xx.xx.2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı ümumilikdə 3 ay 21 gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dutaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-in 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə onu da qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı yaşadığı Yardımlı rayonu Ostayır kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 06:00-dək tərk etməmək, Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs nun yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
2.2.3. maddi sübutlar, məhkəmə xərcləri, xüsusi müsadirə və tibbi xarakterli məcburi təbdirlərlə bağlı
Maddi sübutlarlar- -Yardımlı rayon polis şöbəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «ИЖ-43М» markalı, ******* nömrəli, 12 kalibrli qoşalüləli ov tüfəngi, 01 ədəd giliz, 09 ədəd patron, mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd 21463-61 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngi, 02 ədəd giliz, 04 ədəd patron, Şahid1 götürülmüş 01 ədəd K-30696, 20 kalbrli, təklülə ov tüfəngi, 05 ədəd giliz və 09 ədəd patron müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilməli, -Yardımlı rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan- 01 ədəd «Magna» və 01 ədəd «Bakı» markalı siqaret olan «Magna» siqaret qutusu, 01 ədəd 2.16 metr uzunluğunda pres bağlamaq üçün istifadə olunan ip, hadisə yerinə baxış keçirilən zaman götürülmüş kəsilmiş vəziyyətdə plastik materialdan olan yaşıl rəngli bir ədəd su qabı, 01 ədəd zəncirbənd və 01 ədəd “Magna” markalı siqaret kötüyü məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd «Samsung Galaxy A13» markalı mobil telefon qanuni sahibinə, mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd üçdüymə uzunqol köynək, 1 ədəd mayka, 1 ədəd bellik, 1 ədəd şalvar, 1 ədəd trusi, bir cüt corab zərərçəkmiş şəxsin hüquqi varisi X2, 01 (bir) ədəd boz rəngli cins şalvar, 01 (bir) ədəd boz rəngli üzərində xəttvari naxışlar olan gödəkcə, 01 (bir) ədəd tünd bənövşəyi rəngli uzunqol kofta Təqsirləndirilən şəxs, 01 (bir) ədəd üzərində palçıq ləkələri olan qara rəngli cins şalvar, 01 (bir) ədəd qara və açıq bənövşəyi rəngli üzərində «Boss» sözü yazılmış qısaqol köynək və 01 (bir) ədəd qara rəngli kapyuşonlu gödəkcə Şahid1 qayarılmalı, 01 (bir) ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 320(üç yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar və mülki iddianın olmaması nəzərə alınmalıdır.
3. NƏTİCƏVİ HİSSƏSİ:
Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 1(bir) il 6(altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdən xx.xx.2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı ümumilikdə 3(üç) ay 21(iyirmi bir) gün (bir günə iki gün hesabı ilə) azadlığın məhdudlaşdırılması cəzasının 7(yeddi) ay 12(on iki) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10(on) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dutaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın.
4. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
5. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; 5.1 - yaşadığı Yardımlı rayonu Ostayır kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 06:00-dək tərk etməmək; 5.2 - Yardımlı rayonu ərazi hüdudlarını tərk etməmək; 5.3 - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 5.4 - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; 5.5 - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq;
6. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun.
7. İş üzrə maddi sübutlar; 7.1.Yardımlı rayon polis şöbəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «ИЖ-43М» markalı, ******* nömrəli, 12 kalibrli qoşalüləli ov tüfəngi, 01 ədəd giliz, 09 ədəd patron, mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd 21463-61 nömrəli, 16 kalibrli qoşalüləli ov tüfəngi, 02 ədəd giliz, 04 ədəd patron, Şahid1 götürülmüş 01 ədəd K-30696, 20 kalbrli, təklülə ov tüfəngi, 05 ədəd giliz və 09 ədəd patron müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilsin. 7.2. Yardımlı rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan: 7.2.1. 01 ədəd «Magna» və 01 ədəd «Bakı» markalı siqaret olan «Magna» siqaret qutusu, 01 ədəd 2.16 metr uzunluğunda pres bağlamaq üçün istifadə olunan ip, hadisə yerinə baxış keçirilən zaman götürülmüş kəsilmiş vəziyyətdə plastik materialdan olan yaşıl rəngli bir ədəd su qabı, 01 ədəd zəncirbənd və 01 ədəd «Magna» markalı siqaret kötüyü məhv edilsin. 7.2.2. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd «Samsung Galaxy A13» markalı mobil telefon qanuni sahibinə, mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd üçdüymə uzunqol köynək, 1 ədəd mayka, 1 ədəd bellik, 1 ədəd şalvar, 1 ədəd trusi, bir cüt corab zərərçəkmiş şəxsin hüquqi varisi X2, 01 (bir) ədəd boz rəngli cins şalvar, 01 (bir) ədəd boz rəngli üzərində xəttvari naxışlar olan gödəkcə, 01 (bir) ədəd tünd bənövşəyi rəngli uzunqol kofta Təqsirləndirilən şəxs, 01 (bir) ədəd üzərində palçıq ləkələri olan qara rəngli cins şalvar, 01 (bir) ədəd qara və açıq bənövşəyi rəngli üzərində “Boss” sözü yazılmış qısaqol köynək və 01 (bir) ədəd qara rəngli kapyuşonlu gödəkcə Şahid1 qayarılsın.
8. 01 (bir) ədəd DVD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın.
9. Aparılmış ekspertiza tədqiqatının dəyəri 320(üç yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.
10. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
11. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
X11