Məhkəmə qərarları › İş №1(038)-8/2024

Yardımlı Rayon Məhkəməsi Hökm — İş №1(038)-8/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yardımlı rayonu İş № 1(038)-8/2024 02.05.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X10 Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyev Tahir Binyatəli oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə Yardımlı rayonu Bərcan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs online qaydada sərmayə qoymaqla qazanc əldə edəcəyini vəd vermiş, vahid niyyətlə əhatə olunan qəsdlə 09 yanvar 2023-cü il tarixdə 200 manat, 11 yanvar 2023-ü il tarixdə 500 manat, 12 yanvar 2023-cü il tarixdə 300 manat, 15 yanvar 2023-cü il tarixdə 200 manat, 19 yanvar 2023-cü il tarixdə 200 manat, 16 may 2023-cü il tarixdə 200 manat, 17 may 2023-cü il tarixdə 200 manat, 19 may 2023-cü il tarixdə 200 manat pulu Yardımlı rayonu Bərcan kəndi ərazisindən zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 2000(iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsində xadimə işlərkən, sahəsinin briqadiri vəzifəsində işləyən Şahid tanımışdır və 2022-ci ilin oktyabr ayında Şahid 3500 manat borc pul almışdır. Borcu vaxtında qaytara bilmədiyi üçün Şahid kart nömrəsini istəmiş və imkanı olduqca həmin kartın hesabına borc aldığı pul köçürəcəyini demişdir. Şahid onunla razılaşmış və kartının şəklini çəkərək ona göndərmişdir. 2022-ci ilin dekabr ayının axırı 2023-cü ilin yanvar ayının əvvəllərində sosial şəbəkəsində Səadət adlı qadınla tanış olmuşdur. Səadət adlı şəxs ona “bir sistem olduğunu, həmin sistemə qoşulduqda pul qazanacağını” demişdir. Həmin şəxs “hər qrupa qoşulan adamın özü ilə iki adam da gətirməli olduğunu” bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da “WhatsApp” sosial şəbəkəsində olan qrupa qoşulmuş və rəhbər kimi onu tanımışdır. O, Zərərçəkmiş şəxs plastik kart şəkilləri göndərəcəyini, həmin kartların hesablarına pul köçürəcəyi təqdirdə online yolla qazanc əldə edəcəyini bildirmişdir.Zərərçəkmiş şəxs da onunla razılaşmış və olan borcunu ödəmək məqsədi ilə onun göndərdiyi kart şəklini Zərərçəkmiş şəxs göndərmiş və pulları həmin karta köçürməsini bildirmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşaraq 2023-cü il yanvar ayı ərzində,ümumilikdə 1200(min iki yüz) manat pulu Şahid məxsus və onun şəklini göndərdiyi kart hesabına köçürmüşdür. 19 yanvar 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs 200 manat pulu ona məxsus 4098 58** **** 0678 saylı kartın hesabına köçürmüşdür. O, Zərərçəkmiş şəxs yaxın vaxtlarda qazanc əldə edəcəyini bildirmişdir. Lakin qoşulduğu şəbəkədə heç bir qazanc olmamışdır. 2023-cü ilin may ayına qədər Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq telefonla əlaqə saxlamış və Zərərçəkmiş şəxs yenə də pul göndərməsini, bu dəfə mütləq qazanc əldə edəcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşaraq 2023-cü il may ayında ,ümumilikdə 600(altı yüz) manat pulu istifadəsində olan kart hesabına köçürmüşdür. Lakin heç bir qazanc əldə edə bilməmişdir. Maddi imkanı olmadığı üçün Zərərçəkmiş şəxs göndərdiyi pulları qaytara bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəx Zərərçəkmiş şəxs vurduğu ziyandan 500 manat ödədiyini,ziyanın qalan hissəsini ödəyəcəyinə söz verdiyini,əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən göstərdi ki, 2023-cü ilin yanvar ayında sosial şəbəkədə Tahirə adlı şəxslə tanış olmuşdur. Tahirə adlı şəxs ona Təqsirləndirilən şəxs internetdə online sərmayə qoymaqla qazanc əldə etməklə məşqul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə istifadəsində olan 051 *** ** ** və 077 *** ** ** saylı mobil nömrələrlə əlaqə saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona plastik kart nömrələri deyəcəyini, həmin kartların hesablarına müəyyən məbləğlərdə pullar köçürməsini, həmin pulları online sərmayəyə qoyacağını və əldə olunan gəlirlərdən ona da göndərəcəyini bildirmişdir. O,Təqsirləndirilən şəxs inanmış və 09 yanvar 2023-cü il tarixdə 200 manat, 11 yanvar 2023-cü il tarixdə 500 manat, 12 yanvar 2023-cü il tarixdə 300 manat, 15 yanvar 2023-cü il tarixdə 200 manat, ümumilikdə 1200(min iki yüz) manat pulu istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş kartın hesabından Təqsirləndirilən şəxs ona dediyi kartın hesabına köçürmüşdür. 19 yanvar 2023-cü il tarixdə isə 200 manat pulu yenə də Təqsirləndirilən şəxs ona dediyi başqa kartın hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs onu əmin etmişdir ki, bir müddət sonra qazanc əldə edəcəkdir. Lakin o, heç bir qazanc əldə etməmişdir. O, Təqsirləndirilən şəxs ilə daim əlaqə saxlamış, hər dəfə Firuzə onu yaxın vaxtlarda qazanc əldə edəcəyinə inandırmışdır. 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs ona əvvəlki qazancları əldə etmək üçün yenidən müəyyən qədər onun dediyi kart hesablarına pullar göndərməli olduğunu bildirmişdir. Firuzə onu bu dəfə mütləq qazanc əldə edəcəyinə tam inandırmışdır. O da Təqsirləndirilən şəxs inanıb 16 may 2023-cü il tarixdə 110 manat və 90 manat, 17 may 2023-cü il tarixdə 200 manat, 19 may 2023-cü il tarixdə də 200 manat olmaqla ümumilikdə 600(altı yüz) manat pulu istifadəsində olan "xxxx" tərəfindən verilmiş 4169 7413 9818 2434 saylı kartın hesabından Təqsirləndirilən şəxs ona dediyi kart hesabına köçürmüşdür. Lakin bir müddət keçməsinə baxmayaraq heç bir gəlir əldə edə bilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs ona bir ay ərzində pulu qaytaracağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs pulları geri qaytarmamışdır. O Firuzəyə artıq qazanc istəmədiyini, sadəcə onun dediyi kart hesablarına köçürdüyü ümumilikdə 2000(iki min) manat pulu geri istəmış, lakin yenə də Təqsirləndirilən şəxs onu aldatmış, ondan aldığı pulları geri qaytarmamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında mülki iddia təqdim edərək, cinayət əməli nəticəsində ona vurulmuş 1500 manat maddi ziyanın və 35 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəmə çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona dəymiş ziyandan 500 manat ödəsə də, 1500 manat ödənilməmiş qalmışdır. Ona görədə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, MKTB-nin 24 saylı MKİS-nin briqadiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs isə tanıyır, o, 2022-ci ilin iyul-avqust aylarında 24 saylı MKİS-də işləmişdir. Onun banka borcu olduğu üçün Firuzənin əmək haqqı kartından bank tərəfindən pul tutulmuşdur. Buna görə də 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs işdən çıxmışdır. Lakin Təqsirləndirilən şəxs anası X4 24 saylı Mənzil Kommunal İstismar Sahəsində sosial işçi işlədiyi üçün Firuzə MİKS-ə gedib-gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan 3500 manat pulu borc olaraq istəmişdir. Firuzənin anası Gülxar Əskərova uzun müddət Mənzil Kommunal İstismar Sahəsində işlədiyi üçün Firuzəyə etibar edib 3500 manat pulu 2022-ci ilin oktyabr ayında 24 saylı Mənzil Kommunal İstismar Sahəsində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs borc olaraq aldığı 3500 manat pulu 2023-cü ilin yanvar ayına qədər ona qaytaracağına söz vermişdir. Lakin 2023-cü ilin yanvar ayında Firuzə ondan aldığı borc pulu birdəfəlik qaytara bilməyəcəyini bildirmişdir. Firuzə ondan bank kartının nömrəsini istəmiş və ondan borc olaraq aldığı pulu hissə-hissə həmin kartın hesabına köçürəcəyini demişdir. O da məcbur qalıb Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Buna görə də "xxxx" ASC-dən götürdüyü plastik kartın 4169 73** **** 2783 saylı nömrəsini Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Firuzə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq 2023-cü ilin yanvar ayı ərzində hissə-hissə 200 manat, 500 manat, 300 manat və 200 manat olmaqla ümumilikdə 1200(min iki yüz) manat pulu onun istifadə etdiyi 4169 73** **** 2783 saylı plastik kartın hesabına köçürdüyünü bildirmişdir. O da həmin pulları bankomatdan nağdlaşdıraraq götürmüşdür. Sonuncu dəfə Firuzə 2023-cü ilin oktyabr ayının əvvəllərində onun kart hesabına 150 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulun 2700 manatını ayrı-ayrı vaxtlarda kart hesablarına köçürmüşdür. O, Yardımlı rayon sakini Zərərçəkmiş şəxs tanımır, onunla heç bir vaxt əlaqə saxlamamış, ondan pul istəməmiş, ona kart nömrəsini deməmişdir. Təqsirləndirilən şəxs nömrəsini dediyi ona məxsus kart hesabına Zərərçəkmiş şəxs pul köçürməsindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: "xxxx" ASC-nin 18.10. 2023-cü il tarixli məktubu, həmin məktuba əlavə edilmiş cədvəllər və 1(bir) ədəd CD-dən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan 4169 74** **** 2434 saylı kartın hesabından 09 yanvar 2023-cü il tarixdə 200 manat, 11 yanvar 2023cü il tarixdə 500 manat, 12 yanvar 2023-cü il tarixdə 300 manat, 15 yanvar 2023-cü il tarixdə 200 manat ümumilikdə 1200(min iki yüz) manat pul X1 adına olan "xxxx" ASC tərəfindən verilmiş 4169 73** **** 2783 saylı kartın hesabına köçürülmüşdür. Həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan 4169 74** **** 2434 saylı kartın hesabından 23 yanvar 2023-cü il tarixdə 200 manat pul 4098 58** **** 0678 saylı kartın hesabına köçürülmüşdür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-ci il tarixli haqqında qərardan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, ittiham elan etmək üçün şəxsin tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tatrixdə axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində saxlanılaraq Yardımlı Rayon Polis Şöbəsinə gətirilmiş və X5 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Muradova X2 rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilmişdir. 11.04. 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində saxlanılaraq Yardımlı Rayon Polis Şöbəsinə gətirilmiş və şöbənin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Şəki Rayon Polis Şöbəsinin 10.02. 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəki Rayon Polis Şöbəsində CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xx.xx.2023-cü il tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. «Qobustan rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Muradova X3 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində psixonevroloji xəstəliklər kabinetində qeydiyyatda deyildir. Qobustan Rayon İHB-nın Sündü kənd inzibati ərazi dairəsi üzrə nünayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. AZ-İV 348032 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə doğulmuşdur, atası X8, anası Təqsirləndirilən şəxsdır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, mülki iddianın verilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 178.1-ci maddəsinin dispozisiyasına görə və CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə (əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda) cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli, yəni özgə əmlakını ələ keçirmək məqsədi ilə Yardımlı rayonu Bərcan kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs online qaydada sərmayə qoymaqla qazanc əldə edəcəyini vəd verib, vahid niyyətlə əhatə olunan qəsdlə 09 yanvar 2023-cü il tarixdə 200 manat, 11 yanvar 2023-ü il tarixdə 500 manat, 12 yanvar 2023-cü il tarixdə 300 manat, 15 yanvar 2023-cü il tarixdə 200 manat, 19 yanvar 2023-cü il tarixdə 200 manat, 16 may 2023-cü il tarixdə 200 manat, 17 may 2023-cü il tarixdə 200 manat, 19 may 2023-cü il tarixdə 200 manat pulu Yardımlı rayonu Bərcan kəndi ərazisindən zərərçəkmiş şəxsə məxsus bank kartı hesabından elektron qaydada köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 2000(iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahidin ifadəsi, həmçinin işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 178.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini CM-nin 59.1.14-cü, yaşadığı ərazidə müsbət xarakterizə edilməsini, təqsirini etiraf etməsi və tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eyni zamanda təyin ediləcək cəzanın onun himayəsində olan azyaşlı uşağına təsirini nəzərə alaraq, hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsas olmasa da, CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şübhəli şəxs qismində tutulduğu 2(iki) gün (01.02-xx.xx.2024) və həbsdə saxlandığı 21(iyirmi bir) gün (11.04-xx.xx.2024), cəmi 23 (iyirmi üç) gün müddət bir gününə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) ay 16(on altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməklə, məhkəmə iclası zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə mülki iddiaya münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia əsaslıdır. Buna görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 1.500(bir min beş yüz) manat və mülki iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 35(otuz beş) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut olan -1 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyi iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar, həmçinin iş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 21 (iyirmi bir) gün olmaqla, cəmi 23(iyirmi üç) gün bir gününə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) ay 16 (on altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 10(on) ay 14(on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; -yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübut -1(bir) ədəd CD iş üçün əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin və vurulmuş ziyana görə 1.500 (bir min beş yüz) manat və mülki iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 35(otuz beş) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar