Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-22/2020 18.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmişşəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Yevlax rayonu Aşağı Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax rayonu Aşağı Qarxun kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd edilir ki, o, xx xxxxxxx 2019cu il tarixdə saat 16:00 radələrindəşəxsi münasibətlər zəminində - əkin sahəsinin suvarılması növbəliyi üstə aralarında baş vermiş mübahisə zamanı, həmkəndlisi Zərərçəkmiş şəxs, Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən əkin sahəsində, yumruqla və təpikləbədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla münasibəti həmişə yaxşı olmuş, heç bir düşmənçiliyi vəədavəti olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 16:00-da, Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən əkin sahəsinə su açmaq üçün sahəyə getmiş, su növbəsi onda olduğu təqdirdə Zərərçəkmiş şəxs onun suyunu kəsdiyini və suyu özünün sahəsinə açdığını görmüşdür. Zərərçəkmiş şəxs artıq onun növbəsi olduğunu, onun sahəsinin susuz qaldığını bildirməklə ona irad tutmuşdur. Buna cavab olaraq Zərərçəkmiş şəxs onu söyüb təhqir etmişdir. Bundan əsəbiləşərək cavabında onu söymüş və itələmişdir. Bunun təsirindən Zərərçəkmiş şəxs yıxılmış və xəsarət almışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Əməlindən peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs İmam oğlu ifadəsində bildirmişdir ki, özünə məxsus Yevlax rayon Aşağı Qarxun kəndində yerləşən torpaq sahəsində arpa əkmişdir. Bu səbəbdən də arpanı mütəmadi olaraq sulayır. Su növbəsi onda olduğu üçün xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 15:30-da həmin torpaq sahəsinə su açmaq üçün getmişdir. Təxminən 30 dəqiqə sonra oraya həmkəndlisi Təqsirləndirilən şəxs gələrək su növbəsinin onda olduğunu bildirib suyu öz torpaq sahəsinə açmışdır. Buna görəŞikara iradını bildirmişdir. Buna cavab olaraq Şikar onunla əlbəyaxa olmuş, onu yerə yıxmış, yerdə olan zaman təpiklə və yumruqla onun sağ və sol qabırğa sahəsindən, sinəsindən və belindən vurmuşdur. Ağrılara dözə bilmədiyi üçün xx xxxxxx 2019-cu il tarixdə X4 Xəstəxanasına müraciət etmişdir. Müayinə zamanı ona 7-ci qabırğasının qırılması barədə məlumat verilmiş, o da Təqsirləndirilən şəxs bu barədəşikayət etdikdən sonra ekspertizadan keçmişdir. Təqsirləndirilən şəxsla artıq barışmışdır, ona qarşı hər hansı bir şikayət tələbi yoxdur. İşüzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 869 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sağ Vİİ qabırğanın qapalı sınığı (kliniki) olmuşdur. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixdə yetirilməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlalığa yüngül zərər vuran xəsarətə aid edilir. (səh.15-16) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olmasıözünün etirafı, zərərçəkmişşəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs və zərərçəkmişşəxs Zərərçəkmiş şəxs ayrı-ayrılıqda ərizə təqdim edərək barışdıqlarını bildirməklə işüzrə icraata xitam verilməsini xahiş etmişlər. Cinayət Məcəlləsi: Maddə 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiləödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmişşəxs Zərərçəkmiş şəxsla artıq barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərərçəkmişşəxslə barışdığından, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X2 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-22/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-22/2020
18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver