Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-46/2021 21.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1954-cü il tarixdə Yevlax rayonu Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Qaramanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin avqust ayının ortalarında, istintaqla müəyyən edilməyən gündə və saatda, yaşadığı Yevlax şəhəri, Q.Quliyev küçəsi, bina 7 a mənzil 33-də yerləşən evində özünə məxsus “CHİNA AİD” markalı notebook tipli kompyuterdən istifadə etməklə Yevlax Rayon Məhkəməsinin hakimi Cavadova Günay İsmayıl qızının adından Yevlax rayonunun, Aşağı Qarxun kəndində qeydiyyatda olmaqla yaşayan X7 babası X8 övladlığa verilməsi barədə xx xxxxxx 2020-cu il tarixli 2(039)-1152/2020 saylı məhkəmə qətnaməsini və Yevlax Rayon Məhkəməsinin hakimi X5 adından Yevlax rayonunun, Ağqırax kənd sakini X3 babası X9 övladlığa verilməsi barədə xx xxxxxx 2020-cu il tarixli 2(039)-1160/2020 saylı məhkəmə qətnaməsini, habelə “HP” markalı rəngli printerin skaner qurğusundan istifadə etməklə kağız zərfin üzərində Yevlax Rayon Məhkəməsinin ştampını istifadə etmək məqsədilə qəsdən saxtalaşdırmaqla qanunsuz hazırlayaraq “HP” markalı rəngli printer vasitəsilə çap etmiş və yuxarıda göstərilən qanunsuz hazırladığı saxta məhkəmə qətnamələrinin icrasını həyata keçirtmək məqsədilə üzərində Yevlax Rayon Məhkəməsinin saxta ştampı olan kağız zərfə qoyaraq poçt vasitəsi ilə Yevlax rayon qeydiyyat şöbəsinə göndərməklə qəsdən bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək söyləmişdir ki, 45 il müəllim işləmiş, sonuncu iş yeri Yevlax şəhəri 1 saylı tam orta məktəbdə director müavini vəzifəsi olmuşdur. 2020-ci ilin sentyabr ayında isə yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, lakin veteranlıq ala bilməmişdir. Əvvəllər öz işi ilə bağlı bir neçə dəfə Yevlax Rayon Məhkəməsində keçirilən iclaslarda iştirak etmişdir. İclaslarda iştirak edərkən məhkəmə iclasının keçirilməsi qaydası ilə, qətnamənin elan edilməsi ilə tanış olmuşdur. 2020-ci ilin yanvar ayında Yevlax rayonunun Aşağı Qarxun kəndində yaşayan bacısı gilə getmişdir. Bacısıgildən qayıdarkən avtobus dayanacağında dayanan zaman həmin kənd sakini tanışı Famil də ora gəlmişdir. Salamlaşıb söhbət edən zaman Famil ona oğlu Öməri atası Əlişin övladlığına vermək bununla da, atası öləndən sonra onun təqaüdünün oğlu Ömər 18 yaşı çatanadək almaq istədiyini bildirmişdir. Maddi çətinliklər çəkdiyindən özü özlüyündə belə qərara gəlmişdir ki, övladlığa götürmə barədə məhkəmə qətnaməsi hazırlasın və bunun müqabilində ondan pul alsın. Familə söyləmişdir ki, o bu məsələni həll edə bilər. Bunun üçün ondan lazım olan sənədləri istəmişdir. Familə bildirmişdir ki, iş həll olunandan sonra ona 200-300 manat pul verər. Famil də onunla razılaşmışdır. Bir müddət sonra Famil lazım olan sənədləri ona vermişdir. Həmin sənədlərin kserosurətini çıxarıb əslini Familin özünə qaytarmışdır. Bundan 2-3 ay sonra Yevlax şəhərində çayxanada olan zaman Yevlax rayon Ağqıraq kənd sakini Şahid1 ilə təsadüfən tanış olmuşdur. Onunla söhbət zamanı Nicat bildirmişdir ki, qızı Nərgizi babası X9 övladlığına vermək istəyir ki, Arif öləndən sonra babasının təqaüdünü qızı Nərgiz 18 yaşı tamam olana kimi alsın. Nicata söyləmişdir ki, bu məsələni o həll edə bilər və bu məqsədlə ondan lazım olan sənədləri isəmişdir. Eyni zamanda ona bildirmişdir ki, bunun müqabilində iş həll olandan sonra ona 200 manat pul verər. Nicat onunla razılaşmış və bir müddət sonra lazım olan sənədləri ona vermişdir. Yevlax Rayon Məhkəməsinin gerbli blankını düzəldə biləcəyini düşünsə də, bunu edə iblməmişdir. 2020ci il avqust ayının əvvəllərində təsadüfən Yevlax Rayon Məhkəməsinin qarşısından keçən zaman yolun kənarında sənədlərin olduğunu görüb həmin sənədləri götürmüşdür. Həmin sənədlərə nəzər yetirdikdə sənədlərin içində mülki işlərlə bağlı iki qətnamənin də olduğunu görmüşdür. Həmin sənədləri götürüb özü ilə yaşadığı evə aparmışdır. Evdə həmin qətnamələrin baş hissəsindəki gerb ilə vərəqin aşağı hissəsində olan elektron kodların ortasında olan yazıların üstünə ağ vərəq qoyaraq özünə məxsus printerdə kserekopiya edərək bir neçə ədəd Yevlax Rayon Məhkəməsinin gerbli, elektron kodlu blank vərəqələrini çap etmişdir. Daha sonra özünə məxsus “notebook”-da X6 babası X8 övladlığa verilməsi haqqında Yevlax Rayon Məhkəməsinin hakimi Günay Cavadovanın adından bir qətnamə yazmış, sonra isə X1 X9 övladlığa verilməsi haqqında Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan Əlizadənin adından qətnamə yazıb hazırlamışdır. Bundan sonra kserekopiya ilə düzəltdiyi blanklı vərəqləri printerə qoyaraq həmin yazdığı qətnamələri printerdən çap etmişdir. Həmin tapdığı qətnamənin məktubunun üstündə Yevlax Rayon Məhkəməsinin ştampı da olmuşdur. Həmin ştampı da skaner vasitəsi ilə “notebook”a köçürmüşdür. İki ədəd zərfi ayrı ayırlıqda A4 vərəqinə bandla yapışdıraraq pirinterə qoymuş və skanerlə “notebooka” köçürdüyü ştampı printerdə çapa verərək iki ədəd zərfin üzərində çap etmiş, yazdığı qətnamələrin birini bir zərfə, digərini isə digər zərfə qoyaraq özündə saxlamışdır. Yevlax Rayon Məhkəməsinin qarşısından tapdığı qətnamələri isə cırıb atmışdır. 2020-ci il sentyabr ayının əvvəllərində həmin qətnamələr olan zərfləri Yevlax şəhər qeydiyyat şöbəsinə göndərilməsi üçün aparıb Yevlax rayon mərkəzi poçtuna vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qətnamələrin saxta olmasını qeydiyyat şöbəsində anlamışlar və bu barədə Yevlax rayon prokurorluğuna məlumat vermişlər. Niyyəti baş tutmadığı üçün Nicat və Famildən pul almamışdır. O, həmin iki qətnamələrdən başqa heç kimə övladlığa götürmə ilə bağlı qətnamə və ya başqa saxta sənəd düzəltməmişdir. Həmin qətnamələri yazıb printerdən çap etdikdən sonra yazılar olan faylı “notebook”dan silmişdir. Yaşlı, şəkərli diabet və gioertoniya xəstəliyindən əziyyət çəkməsini, bir neçə il öncə əməliyyat olunduğunu, əməlindən peşman olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, iki övladı var, onlaran biri 2019-cu il təvəllüdlü X4r. Anasının atsı olan babası X2 rayonu Yədili kəndində yaşayır. Uşaqlıqdan babasıgildə yaşamışdır. 2020-ci ilin yaz aylarında Yevlax şəhərində çayxanaya getmiş və orada masaların hamısının dolu olduğu üçün iki nəfər yaşlı kişinin əyləşdiyi masada bir stulun boş olduğunu görüb, onlardan icazə alıb çay içmək üçün onların yanlarında əyləşmişdir. Söhbət əsnasında həmin şəxslərdən birinin Aftandil olduğunu öyrənmişdir. Söhbətləri uzanmış və onlara bildirmişdir ki, öz qızını babasının övladlığına vermək istəyir. Aftandil müəllim ona bildirmişdir ki, bu məsələdə ona köməklik edə bilər. Savadsız olduğu və sənədləşmə iləməşğul ola bilmədiyi üçün onun köməklik barədə təklifini qəbul etmişdir. Bu məqsədlə Aftandil müəllim ondan ailə üzvlərinin və babasının şəxsiyyət vəsiqələrinin surətlərinin ona verilməsini istəmişdir. Razılaşmışlar ki, sənədləşmə tam bitəndən sonra Aftandil müəllimə 300 manat pul ödəyəcəkədir. Bundan sonra istədiyi sənədlərin surətlərini Aftandil müəlimə vermişdir. Ara-sıra Aftandil müəllimlə əlaqə saxlayıb sənədləşmə barədə soruşmuş, o isə öz növbəsində işin düzələcəyini və narahat olmamağı məsləhət bilmişdir. Bir müddət sonra isə Aftandil müəllim ona bildirmişdir ki, üzərinə götürüdüyü işi görə bilməmişdir, bunun səbəbini isə bildirməmişdir. Bir müddət sonra isə o, polis şöbəsinə dəvət edilmiş və ona məlum olmuşdur ki, Aftandil müəllim onun qızı Nərgizin övladlığa götürülməsi barədə saxta məhkəmə qətnaməsi yazaraq Yevlax rayon qeydiyyat şöbəsinə göndərmişdir. Onun ümumiyyətlə övladlığa götürmə ilə bağlı məhkəmə qətnaməsinin olması barədə heç bir məlumatı olmamışdır. İşi tam görmədiyi üçün Aftandil müəllimə heç bir məbləğdə pul verməmişdir. Şahid2 bildirmişdir ki, xəstə olduğundan işləmir və atası sağ olduğu müddətdə yalnız onun təqaüdü ilə dolanmışdır. Atası ağır xəstə olduğundan onun yaxın zamanda öləcəyini təxmin edib belə qərara gəlmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü oğlu X7 atasının övladlığına versin və atası öləndən sonra təqaüdünü oğlu alsın. 2020-ci ilin yanvar ayında yaşadığı kənddə avtobus dayanacağına gedərkən həmkəndlisi Sevdanın qardaşı Aftandil müəllimin də dayanacaqda olduğunu görmüş və onunıa salamlaşıb görüşmüşdür. Söhbət zamanı niyyətini Aftandil müəllimə söylədikdə o bildirmişdir ki, bu məsələni həll edə bilər. Aftandil müəllim ondan müəyyən sənədləri istəmişdir. Aftandil müəllimə bildimrişdir ki, bu iş düzələrsə ona 200-300 manat hörmət edəcək. Bütün sənədləri toplayaraq Aftandil müəllimə vermiş, daha sonra bir neçə dəfə Aftandil müəllimlə əlaqə saxlamış, işin düzəlib düzəlməməsini soruşmuş, Aftandil müəllim də hər dəfə ona işin düzələcəyini bildirmişdir. 2020-ci ilin aprel ayında isə atası ölmüşdür. Bundan sonra da Aftandil müəllimlə bir neçə dəfə kənddə görüşmüş, Aftandil müəllim isə ona koronavirusla bağlı işlərin biraz gecikdiyini, ancaq narahat olmamasını və işlərin düzələcəyini, imza etməsi üçün onu çağıracaqlarını bildirmişdir. xx.xx.2020-ci il tarixdə o, polis şöbəsinə çağırılmış və ona məlum olmuşdur ki, Aftandil müəllimin onun oğlunun övladlığa götürülməsi barədə saxta məhkəmə qətnaməsi yazaraq Yevlax rayon qeydiyyat şöbəsinə göndərmişdir. Aftandil müəllim həmin qətnaməni harada və necə düzəldəcəyi barədə ona heç bir məlumat verməmişdir. Onun ümumiyyətlə övladlığa götürmə ilə bağlı məhkəmə qətnaməsi olması barədə heç bir məlumatı olmamışdır. İş düzəlmədiyi üçün Aftandil müəllimə heç bir məbləğdə pul verməmişdir. Şahid3 bildirmişdir ki, Yevlax rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Yevlax rayonu poçt xidməti vasitəsi ilə Yevlax rayon qeydiyyat şöbəsinə xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X1 övladlığa götürülməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinin hakimləri Ruslan Əlizadə və Günay Cavadovanın adından iki qətnamə daxil olmuşdur. Qətnamələr elektron imza ilə təsdiq edilmişdir və qətnamələrin üzərindəki müşayiət məktubları hakimlər tərəfindən imzalanmamışdır. Müşayiət məktublarında hakimlərin imzalarının olmaması səbəbindən Yevlax Rayon Məhkəməsinin hakimləri Ruslan Əlizadə və Günay Cavadova ilə telefon əlaqəsi saxlayaraq sözügedən qətnamələrin müşayiət məktublarının imzasız olduğunu bildirmişdir. Hakimlər isə bunu yoxladıqdan sonra belə bir qətnamə çıxarmadıqlarını bildirmişlər. Daha sonra Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, onun müraciəti əsasında araşdırma aparılaraq bildirilmişdir ki, məhkəmə tərəfindən belə bir işlərə baxılmamış və qətnamə qəbul edilməmişdir. Bununla əlaqədar Yevlax rayon prokuroruna məlumat vermiş və həmin qətnamələri və müşayiət məktublarını təqdim etmişdir. Məhkəmə kompüter texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 5/873-5/874 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş iki ədəd zərfin yuxarı sol küncündə olan ştamp əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təhqiqata təqdim edilmiş iki ədəd zərfin yuxarı sol küncündə olan ştamp əksləri ekspertizaya təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin eyni məzmunlu ştampın ekspermental əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiq olunan Yevlax Rayon Məhkəməsinin hakimi Günay Cavadovanm 2(039)-1152/2020 saylı mülki il üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsində «QR» kod və istinad ünvanı (link)- ünvan 2ş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinə aiddir. Tədqiq olunan Yevlax Rayon Məhkəməsinin hakimi Günay Cavadovanm 2(039)1152/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsində «QR» kod və istinad ünvanı (link) həmin elektron sənədə uyğun deyil. Tədqiq olunan Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan Əlizadənin 2(039)- 1160/2020 saylı mülki il üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsində «QR» kod və istinad ünvanı (link)- ünvan 3 iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinə aiddir. Tədqiq olunan Yevlax Rayon Məhkəməsinin hakimi Ruslan Əlizadənin 2(039)1160/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsində «QR» kod və istinad ünvanı (link) həmin elektron sənədə uyğun deyil.(səh. 54-60). Beləliklə, məhkəmə iclasında tədqiq edilən qeyd olunan sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadələri, habelə ekspertizasının rəyi ilə onun tərəfindən ittiham aktında qeyd edilən və Cinayət Məcəlləsinin 320.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi, yəni hüquq verən məhkəmə qətnaməsini istifadə etmək məqsədi ilə qanunsuz hazırlaması tam olaraq təsdiq olunur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 320.2 maddəsi ilə də ittiham irəli sürülsə də, mövcud sübutlarla təsdiq olunur ki, o, həmin qətnamələri övladlığa götürmə barədə şəhadətnamə almaq məqsədi ilə rayon qeydiyyat şöbəsinə göndərsə də, onun tərəfindən bilavasitə cinayət törətməyə qəsdən yönəlmiş əməl iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdır, yəni qətnamələrdə qeyd edilən şəxslərə müvafiq hüquq verən övladlığa götürmək haqqında şəhadətnamə verilməmişdir. Bununla da onun həmin cinayət əməli cinayət etməyə cəhd kimi qiymətləndirilməli və Cinayət Məcəlləsinin 29, 320.2 maddəsinə tövsif edilməlidir. Bu səbəbdən Təqsirləndirilən şəxs ayrılıqda qeyd edilən maddələrin sanksiyasında nəzərdə tutulan cəzalar təyin edilməli və Cinayət Məcəlləsinin 66.2 maddəsinin tələblərinə müvafiq olaraq təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilmədir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşını, səhhətini və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Maddi sübut - üzərində Yevlax Rayon Məhkəməsinin ştampı olan 2 ədəd zərf və Yevlax Rayon Məhkəməsinin hakimləri Günay Cavadovanın və Ruslan Əlizadənin adından olan 2 ədəd saxta məhkəmə qətnaməsi cinayət işinin materiallarına əlavə edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100,17 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 120 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 maddəsi ilə təqsirli bilinərək 3,000 manat məbləğində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 320.1 maddəsi ilə təqsirli bilinərək 1,000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 3.500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaların İcrası Məcəlləsinin 23-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindikdən sonra bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut - üzərində Yevlax Rayon Məhkəməsinin ştampı olan 2 ədəd zərf və Yevlax Rayon Məhkəməsinin hakimləri Günay Cavadovanın və Ruslan Əlizadənin adından olan 2 ədəd saxta məhkəmə qətnaməsi cinayət işinin materiallarına əlavə edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-46/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-46/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver