Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-88/2024 02.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Hacbala oğlunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, Babək prospekti ev 5/10-da qeydiyyatda olmaqla Kürdəmir rayonunun Atakişili kəndində yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o özgə əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2024-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanında yerləşən “Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidinin bağlı olduğundan İstifadə edərək məscidin yan pəncərəsini daşla sındıraraq içəri qanunsuz olafaq daxil olub, orada dolabın içərisində olan saxlanc yeri hesab edilən dəmir qutunu açaraq içərisində olan 01 ədəd 250 manat dəyərində “Zoodo ZO 120MP/PV” markalı səsgücləndirici aparatı gizli yolla talayaraq '‘Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidinə 250 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Kürdəmir şəhəri, Sabir küçəsində yerləşən "xxxx" MMC-nin 10 saylı "xxxx" market mağazasının plastik qapısının qıfılını mişar daşı ilə vurub sındıraraq içəri qanunsuz daxil olub, oradan 01 ədədinin qiyməti 4 manat 20 qəpik olan 07 ədəd ümumilikdə 29 manat 40 qəpik qiymətində “Kent 4 Nano” markalı, 01 ədədinin qiyməti 3 manat 10 qəpik olan 01 ədəd “X7" markalı, 01 ədədirjin qiyməti 4 manat 50 qəpik olan 01 ədəd “Sobranie Ksss blue” markalı, 01 ədədinin qiyməti 4 manat 50 qəpik olan 03 ədəd ümumilikdə 13 manat 50 qəpik qiymətində “Sobranie Ksss blue” markalı, 01 ədədinin qiyməti 4 manat oian 06 ədəd ümumilikdə 24 manat qiymətində “Winston XS Silver” markalı, 01 ədədinin qiyməti 4 manat 20 qəpik olan 02 ədəd ümumilikdə 08 manat 40 qəpik qiymətində “Kent 1 Nano” markalı, 01 ədədinin qiyməti 3 manat 10 qəpik olan 10 ədəd ümumilikdə 31 manat qiymətində “Pall Mail AM Nights qarağat" markalı, 01 ədədinin qiyməti 3 manat 10 qəpik olan 01 ədəd “Rothmans Blue” markalı, 01 ədədinin qiyməti 3 manat 10 qəpik olan 01 ədəd “Rothmans Silver" markalı, 01 ədədinin qiyməti 2 manat 60 qəpik olan 02 ədəd ümumilikdə 5 manat 20 qəpik qiymətində “Keno compəct blue” markalı, 01 ədədinin qiyməti 2 manat 60 qəpik olan 04 ədəd ümumilikdə 10 manat 40 qəpik qiymətində “X11” markalı, 01 ədədinin qiyməti 3 manat 50 qəpik olan 02 ədəd ümumilikdə 7 manat qiymətində “Cardinal Castel compact” markalı, 01 ədədinin qiyməti 3 mahal 50 qəpik olan 01 ədəd “X5” markalı siqaretləri gizli yolla talayaraq "xxxx" market MMC-yə ümumilikdə 146 manat 20 qəpik maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə pula ehtiyacı olmuş, bunun üçün oğurluq etmək qərarına gəlmişdir. Həmin günü axşam evdən çıxıb yol getmiş, Kürdəmir şəhər birinci dini icmasının nəzdində olan məscidin qarşısı ilə hərəkət edən zaman ətrafda heç kimin olmadığını və məscidin bağlı olduğunu görüb oğurluq etmək fikrinə gəlmiş, saat təxminən 23 radələrində məcidin qapılarının bağlı olduğu üçün yan pəncərədən içəri daxil olmaq üçün pəncərəni daşla sındırıb içəri daxil olmuş, içəri daxil olduqda içəridə otaqlara daxıl olmaq istəmiş, lakin daxil ola bilmədiyi üçün künc hissəsində olan taxta dolabın içərisində olan 01 ədəd dəmir qutu görmüş, dəmir qutu açarla bağlı olduğu üçün həmin qutunun əli ilə qapısını açıb içərisində olan səs gücləndiricini götürüb oradan çıxmışdır. Bundan başqa həmin günü məsciddən çıxdıqdan sonra Kürdəmir şəhəri ərazisində olan zaman “Körpünün altı" adlandırlan yerlə hərəkətdə olarkən həmin zaman pula ehtiyacı olduğundan orada olan mağazalara oğurluq etmək üçün nəzər salmış, xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radəiərində "xxxx" market mağazasın qıfılla bağlandığını görüb həmin mağazadan oğurluq etmək qərarına gəlmiş, bu zaman körpünün altında yerdə olan mişar daşını götürüb həmin mağazanın qıfılını qırmış, mağazaya daxil olub sol tərəfdə kassanın arxasında olan siqaret vitrinində 07 ədəd “Kent 4 Nano" markalı, 01 ədəd “X10” markalı, 01 ədəd “Sobranie Klas blue” markalı, 03 ədəd “Sobranie Klas white” markalı, 06 ədəd “Winston XS Silver” markalı, 02 ədəd “Kent 1 Nano” markalı, 10 ədəd “Pall Mail AM Night qarağat” markalı, 01 ədəd “Rothmans Blue” markalı. 01 ədəd “Rothmans Silver” markalı, 02 ədəd “Keno compact blue” markalı, 04 ədəd “X11” markalı, 02 ədəd “Cardinal Castel compact” markalı, 01 ədəd “X5” markalı siqaretləri götürüb əynində olan gödəkcənin içərisinə yığıb mağazadan çıxmış, oradan çıxıb “Təzə Bazar” adlanan yerin arxa küçəsinə çıxıb oradan Kürdəmir-Bakı avtomobil yoluna çıxdığını, yolda olan zaman siqaretləri cibində paylaşdırıb, səs gücləndiricini isə əlində saxladığını, həmin avtomobil yolunda Bakı istiqamətində hərəkətdə olan avtobusların birinə əyləşib Bakı şəhərinə getmiş, təxminən saat 07-08 radələrində Bakı şəhərinə çatmış, Bakı şəhərində olan zaman “20 yanvar dairəsi adlandırılan yerə getmiş, həmin siqaretləri orada 2 manata və 3 manata, səsgücləndiricini isə tanımadığı şəxsə 60 manata satmış, həmin pulları şəxsi ehtiyacları üçün xərcləmiş, oğurluqları edən zaman onu heç kim görməmiş və həmin oğurluğu tək etmiş, xx.xx.2024-cü il tarixdə mağazadan vitrində olan 07 ədəd “Kent 4 Nano” markalı, 01 ədəd “X8” markalı, 01 ədəd “Sobranie Klas blue” markalı, 03 ədəd “Sobranie Klas white” markalı, 06 ədəd “Winston XS Siiver” markalı, 02 ədəd Kent 1 Nano” markalı, 10 ədəd “Pall Mail AM Night qarağat” markalı, 01 ədəd “Rothmans Blue” markalı, 01 ədəd “Rothmans Silver” markalı, 02 ədəd “Keno compact blue” markalı, 04 ədpd “X11” markalı, 02 ədəd “Cardinal Castel compact” markalı, 01 ədəd “X5” markalı siqaretləri oğurlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin əməllərini o, spirtli içkinin təsiri altında törətmişdir. Səs gücləndiricini Bakı şəhərində “20 yanvar” dairəsi adlandılan yerdə 60 manata, oğurladığı siqaretləri Bakı şəhəri “20 yanvar” dairəsi adlandırılan yerdə tanımadığı şəxslərə hər birini ayrı-ayrılıqda neçiyə satmağı yadında qalmasa da, lakin 2 manat, 3 manatdan satmış, göstərmiş olduğu oğurluqdan başqa heç bir cinayət törətməmiş, oğurluğu tək etmiş, ona heç kim köməklik göstərməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “Kürdəmir şəhər 1 məscidi dini icmasının" sədri və imamı vəzifəsində işləyir. İmamı olduğu məscid 2002-ci ildən istifadəyə verilmiş, həmin binanın təminatı və təchizatına cavabdehdir. 22 mart 2024-cü il tarixdə axşam saat 22 radələrində məscidin qapılarını bağladıqdan sonra yaşadığı evə getmiş, səhər saat 05:30 radələrində məscidə gəldikdə qapını açarla açaraq içəri daxil olub işıqları yandırdıqda soldakı pəncərənin şüşəsinin sındırıldığını və pəncərənin açıldığını görmüşdür. Bir qədər məscidin içərisinə baxdıqda küncdə məscidin içərisində istifadə olunan dəmir qutunun içərisində açarla bağlayıb saxladığı səsgücləndiricinin oğurlanmasını görmüş, bundan başqa içəri daxil olan naməlum şəxsin imamın inzibati otağı kimi istifadə olunan pəncərənin şüşəsini sındırdığını müəyyən etmiş, lakin həmin şəxs otaq içəridən alçipanla bağlandığından otağa daxil ola bilməmişdir. Bundan sonra Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmiş, həmin aparatın “Zoodo ZO 120MP/PV” markalı səsgücləndirici aparat olduğunu, həmin aparatı 01 əvvəl 250 manata almışdır. Hazırda Təqsirləndirilən şəxs barışmışlar, ona qarşı hec nir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021ci ildən "xxxx" marketlər şəbəkəsinin Kürdəmir şəhəri Sabir küçəsində yerləşən 10 saylı filialında müdir vəzifəsində işlədiyini, mağazada ondan başqa dörd nəfər satıcı-kassir vəzifəsində işləyən işçi olduğunu, mağazanın plastik qapısı bağlansa da, dəmir jalüz mövcud olmadığını, bundan başqa mağazanın iyirmiyə yaxın müşahidə kamerası və siqnalizasiya sistemi ilə mühafizə olunduğunu, siqnalizasiya sistemi işə düşdükdə onun və bölgə müdürü olan Elvin Niftaliyevin istifadəsində olan mobil telefona sistemdən zəng daxil olduğunu, mağazanın iş saat 07:00-dan 21:00-dək olduğunu, sonuncu dəfə 22 mart 2024cü il tarixdə axşam saatlarında hesabat etdikdən sonra yaşadığı evə getdiyini, 23 mart 2024-cü il tarixdə saat 01:46-da mağazada siqnalizasiya sisteminin işə düşməsi barədə ***-***-**-** saylı mobil nömrəsinə zəng daxil olduğunu, lakin mobil telefonu səssiz rejimdə olduğu üçün zəngi görmədiyini, sonradan saat 05 radələrində bazarda işləyən tanımadığı şəxsin onun istifadəsində olan digər nömrəsinə yəni 055-882-07 17 saylı mobil nömrəsinə zəng edərək mağazada oğurluq olması barədə məlumat verdiyini, mağazaya gəldikdə qapının iri daşla açılaraq, oğurluqu aşkar etdiyini və bu barədə polis şöbəsinə ərizə ilə müraciət etdiyini, sonradan mağazadan 01 ədədi 4 manat 20 qəpik olan 07 ədəd “Kent 4 Nano” markalı, 01 ədədi 3 manat 10 qəpik olan 01 ədəd “X9” markalı, 01 ədədi 4 manat 50 qəpik olan 01 ədəd “Sobranie Ksss blue" markalı, 01 ədədi 4 manat 50 qəpik olan 03 ədəd “Sobranie KSSS white" markalı, 01 ədədi 4 manat olan 06 ədəd “Winston XS Sılver markalı, 01 ədədi 4 manat 20 qəpik olan 02 ədəd ‘Kent 1 Nano” markalı, 01 ədədi 3 manat 10 qəpik olan 10 ədəd “Palİ Mail AM Nights qarağat” markalı, 01 ədədi 3 manat 10 qəpik olan 01 ədəd “Rothmans Blue” markalı, 01 ədədi 3 manat 10 qəpik olan 01 ədəd “Rothmans Sılver” markalı, 01 ədədi 2 manat 60 qəpik olan 02 ədəd “Keno compact blue" markalı, 01 ədədi 2 manat 60 qəpik olan 04 ədəd X11” markalı, 01 ədədi 3 manat 50 qəpik olan 02 ədəd “Cardinal Castel compact” markalı, 01 ədədi 3 manat 50 qəpik olan 01 ədəd “X5” markalı siqaretlərin oğurlanmasını aşkar etdiyini, 41 (qırx bir) ədəd müxtəlif markalı siqaretin oğurlanması nəticəsində mağazaya ümumilikdə 146 manat 20 qəpik (yüz qırx aitı manat iyirmi qəpik) manat maddi ziyan dəydiyini, oğurluq edən şəxsi heç kəsin görmədiyini, lakin müşahidə kameralarında həmin şəxsin mağazaya daxil olması anı və siqaretlərin oğurlamasının görsəndiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin ("xxxx" MMC-nin) nümayəndəsi Nümayəndə istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edildi (i.v.137-139) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Şahid ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış, iş üzrə "xxxx" market MMC-yə maddi ziyan dəydiyindən iş üzrə zərərçəkmiş hüquqi şəxs kimi tanınmışdır (i.v.1): xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, "xxxx" MMC-nin 10 saylı "xxxx" market mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hal şahidlərinin iştirakları ilə baxış keçirilmişdir (i.v.5- 10); xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, '‘Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidində baş vermiş oğurluq hadisəsi ilə bağlı hal şahidllərinin iştirakları ilə baxış keçirilmişdir (i.v.57-60) “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Resbublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin məcəllənin 177.2.2-ci və 177.2.3-cü maddəsinə tövsif edilmişdir (i.v.78-79); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Resbublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilim və ona həmin maddələrlə ittiham elan edilmişdir (i.v.81-82); xx.xx.2024-cü il tarixdə saat 22;00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ-yə gətirilmişdir.(i.v.35) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-dən azad edilmidir. (i.v.102-103); Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şexsindən daxil olan xx.xx.2024cü il tarixli 18-1-49/2-398/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu və Kürdəmir RMX-nin PHŞ-nin poliklinika şöbəsində həkim narkoloqun və həkim pisixiatırın qeydiyyatında durur (i.v.115); Zərərçəkmiş şəxs1 MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli HŞ 9812 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, Sabir küçəsində yerləşən “OBA Kürdəmir 10” saylı marketdə baş vermiş oğurluq nəticəsində dəyəri 04 manat 20 qəpik olan Kent Nano 4 - 7 ədəd ümumilikdə 29 manat 40 qəpik, dəyəri 04 manat 20 qəpik olan Kent Nano 1 - 2 ədəd ümumilikdə 08 manat 40 qəpik, dəyəri 03 manat 10 qəpik olan Palf Mai! Nano -1 ədəd ümumilikdə 03 manat 10 qəpik, dəyəri 03 manat 10 qəpik olan Paİİ Mail Nights - 10 ədəd ümumilikdə 31 manat, dəyən 04 manat 50 qəpik olan Sobrane kssl blue - 1 ədəd ümumilikdə 04 manat 50 qəpik, dəyəri 04 manat 50 qəpik Sobrane kssş vhite - 3 ədəd ümumilikdə 13 manat 50 qəpik, dəyəri 04 manat oian Winston XS Silver - 8 ədcjd ümumilikdə 24 manat, dəyəri 03 manat; 10 qəpik olan Rotmans blue - 1 ədəd ümumilikdə) 03 manatlö qəpik, dəyəri 03 manat 10 qəpik olan Rotmans Silver -1 ədəd ümumilikdə 03 manat 10 qəpik, dəyəri 02 manat 60 qəpik olan Keno Kompakt - 2 ədəd ümumilikdə 05 mşnat 60 qəpik, dəyəri 02 manat 60 qəpik olan X11 - 4 ədəd ümumilikdə 10 mdnat 40 qəpik, dəyəri 03 manat 50 qəpik oian Cardinal Castel - 2 ədəd ümumilikdə 07 manat, dəyəri 03 manat 50 qəpik olan Cardinal Titansum -1 ədəd ümumilikdə 03 manat 50 qəpik siqaret məhsulları talanmışdır. Ümumilikdə Zərərçəkmiş şəxs1 MMC-yə 146 manat 20 qəpik maddi zərər vurulmuşdur (i.v.117); Azərbaycan Respublikası DİN-İn Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən afmmış təiəbnamədə göstərilmişdir ki, Məmmədov X2 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək barəsində 100 manat cərimə cəzasına məhkum edilmişdir (i.v.121); İş üzrə Məmmədov Yengibar Elxan oğlunun ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, Kürdəmir şəhəri, Sabir küçəsində yerləşən "xxxx" MMC-nin 10 saylı "xxxx" market mağazasından siqaretləri necə oğurladığını və '‘Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidində etdiyi oğurluq əməllərini göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir, Bu barədə protokollar tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir (i.v. 122-124); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3150 nömrəli rəyində qeyd olunmuşdur ki, 01 ədəd “Zoodo ZO 12QMP/PV” markalı səsgücləndiricinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2014-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 250,00 müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v. 141-143);. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 291/2024-MTBŞ nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi - Abeta(lİ) Ekspertizaya təqdim olunan hadisə yerindən götürülmüş elektron qəlyan və inqalyasiya aparatının üzərində ağız suyu aşkar olundu, bu ağız suyunun qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» antigeni alındı. Bu ağız suyu Abeta/İU qrupiu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (i.v. 162-164);.. xx.xx.2024-cü il tarixli qəradan görünür ki, Zərərçəkmiş şəxs2 '‘Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidinin nümayəndəsi kimi tanınmışdır (i.v. 167-169); İş üzrə verilmiş əməliyyat-tapşırığının cavabında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidinin bağlı olduğundan istifadə edərək, içərisinə daxil olub 01 ədəd “Zoodo ZO 120MP/PV” markalı səsgücləndirici aparatı oğurlamışdır. Həmçinin o, 23.03,2024-ci il tarixdə, saat 01 radələrində Kürdəmir şəhəri, Sabir küçəsində yerləşən "xxxx" MMC-nin 10 saylı "xxxx" market mağazasının plastik qapısının qıfılını mişar daşı ilə vurub sındıraraq içəri qanunsuz daxil olub, oradan 07 ədəd “Kent 4 Nano” markalı, 01 ədəd "X8” markalı, 01 ədəd “Sobranie Klass blue” markalı, 03 ədəd “Sobranie Klass white” markalı, 06 ədəd “Winston XS Silver” markalı, 02 ədəd Kent 1 Nano” markalı, 10 ədəd “Palİ Mail AM Nights qarağat” markalı, 01 ədəd “Rothmans Blue” markalı, 01 ədəd “Rothmans Silver” markalı, 02 ədəd “Keno compact blue” markalı, 04 ədəd “X11” markalı, 02 ədəd “Cardınal Castel compact” markalı, 01 ədəd “X5” markalı siqaretləri oğurlamışdır. Təqsirləndirilən şəxs oğurluq edərkən ona köməklik göstərən olmamışdır. Həmçinin Respublika ərzisində, Kürdəmir rayonu ərzisində hər hansı digər cinayət törətməsi ilə əlaqədar məlumat daxil olmamışdır, oğurlanan əmlakların yerinin müəyyən edilməsi məqsədi ilə bir sıra əməliyyat-axtarış tərbirləri keçirilməsinə baxmayaraq həmin əmlakların yerini müəyyən etmək mümkün olmamışdır (i.v. 178); Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 365 nömrəli rəyində göstərilmişdir ki,
1. Məmmədov Yengibar Elxan oğlu əvvəllər və hal-hazırda; EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularjnın beynəlxalq təsnifatının 10-cu baxış) F80.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhjlükəiiiiyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur.
2. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsviretmək imkanına malikdir.
3. MəmmədovYengibar Elxan oğlu cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22~ci maddələrinin təsiri altına düşmür
4. MəmmədovYengibar Elxan oğlunun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur.
5. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). j Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) olmamışdır (i.v. 180-182); Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və Kürdəmir rayon Mənzil İstismar İdarəsinin xasiyyətnaməsindən görünür ki, Məmmədov X2 şəhəri, Babək prospekti, ev 5/10 ünvanında qeydiyyatda olmaqla, hazırda Kürdəmir rayonunun Atakişili kəndində yaşayır, ailə tərkibi atası və anasından (xx.xx.1958-ci il təvəllüdlü X4 və xx.xx.1959-cu il təvəllüdlü X1) ibarətdir (i.v. 186-188); Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RİŞ-nin İstintaq şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət tşi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, xx.xx.2024-cü il tarixdə cinayət işi Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda ********* nömrəli cinayət işi Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin icraatındadır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 MMC-nin xx.xx.2024-ci il tarixli HŞ 3775 nömrəli məktubundan görünür ki, MMC-yə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, sonuncu ilə barışaraq ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – ir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın ödəməsini və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin ondan şikayətçi olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlalnıdığı 02 gün onun cəzasından çıxılmalı, iş üzrə maddi sübutlar - Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş “Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidindən götrülmüş 01 ədəd elektron qəlyan və 01 ədəd inhalyator aparatı “Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidinə qaytarılmalı, “OBA» MMC-nin 10 saylı "xxxx" market mağazasının müşahidə kameralarından götrülmüş videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonunun Atakişili kəndində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Kürdəmri rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2024-ci il tarixdən 24 aprel 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş “Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidindən götrülmüş 01 ədəd elektron qəlyan və 01 ədəd inhalyator aparatı “Kürdəmir şəhəri 1 məscidi dini icması” məscidinə qaytarılsın, “OBA» MMC-nin 10 saylı "xxxx" market mağazasının müşahidə kameralarından götrülmüş videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rahid Mehdiyev