Məhkəmə qərarları › İş №1(041)-92/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-92/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-92/2024 26.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X8 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxs Kürdəmir rayonu Sığırlı Bələdiyyəsinin sədri X7 iştirakı ilə 08 avqust 1989-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid qəsdlə xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə, Kürdəmir rayonu Sığırlı bələdiyyəsinə məxsus, Sığırlı kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı torpaq sahəsinin 1.20 ha hissəsini qəsdən əkin əkərək becərməklə zəbt emiş, bunula da həmin torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz özbaşına tutmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Kürdəmir rayonu Sığırlı kəndində 2 ha torpaq sahəsini 2007-ci ildən etibarən əkib becərir. Həmin torpaq sahəsinin sərhədləri müəyyən edə bilmədiyinə görə başqa bir yerdən torpaq götürüb əkin işləri aparır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsindən daxil olmuş məktubda onun barəsində göstərilənlər həqiqətdir. Çünki 1.2 ha torpaq sahəsini öz başına tutub əkib becərmişdir. Lakin bu vaxta kimi də ona bu barədə bir söz deyən olmamışdır. Siğırlı kənd sakini X1 təxminən 10 ha torpaq sahəsini qanunsuz zəbt edərək əkin işləri aparmışdır, və bundan başqa 2 ədəd süni göl yaratmışdır. Səfailin şikayəti əsasında onunda əkib becərdiyi yer ölçülmüşdür. lakin Səfail ilə ədavəti və düşmənçiliyi olmamışdır. Hazırda da zəbt etdiyi 1.20 ha torpaq sahəsini Bələdiyyə mülkiyyətinə qaytarmağa hazırdır. X20 bələdiyyə mülkiyyətinə məxsus qeyd olunan torpaq sahələrini təxminən 2 ildir ki öz başına tutaraq əkin işləri aparıb süni göllər yaratmışdır. Bayram Həsənovun torpaq sahəsini zəbt edib etməməsi barədə bir məlumatı yoxdur. X33 kəndində torpaq sahəsini əkib becərir, lakin Gülxanın nə qədər torpaq sahəsini qanunsuz əkib ecərdiyini bilmir. Lakin ölçülndən sonra 3.35 ha torpaq sahəsini zəbt edilməsi göstərilibsə deməli o da zəbt etmişdir. Şahid4 Sığırlı kəndi ərazisində torpaq sahəsini əkib becərir. Lakin ölçüləndən sonra 5 ha torpaq sahəsini zəbt edilməsi göstərilibsə deməli o, da zəbt etmişdir. Şahid3 Sığırlı kəndi ərazisində torpaq sahəsini əkib becərir. Lakin ölçüləndən sonra 9 ha torpaq sahəsini zəbt edilməsi göstərilibsə deməli o da zəbt etmişdir. Şahid2 Sığırlı kəndi ərazisində torpaq sahəsini əkib becərir. Lakin ölçüləndən sonra 17.61 ha torpaq sahəsini zəbt edilməsi göstərilibsə deməli o da zəbt etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət hadisəsi törətməsini və zərərçəkmiş hüquqi şəxslərdən zəbt etdiyi torpaq sahəsini qaytarmaqla vurduğu maddi ziyanı ödəməsini, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, torpaq sahəsini zəbt etməkə səhvə yol verdiyini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Sığırlı Bələdiyyəsinin nümayəndəsi və sədri X10 izahatında göstərdi ki, X20, Təqsirləndirilən şəxs, X23, Şahid4, X21 və Şahid2 həmkəndliləri, həmçinin də Bələdiyyəsi olduğu kənddə kənd təsərrüfatı ilə məşğul olurlar. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. X2 ərazisində bir neçə nəfər şəxsə məxsus torpaqları alıb özü üçün ferma yaradaraq və əkin işləri aparıb süni göllər qazmışdır. O aldığı torpaqlardan başqa Sığırlı bələdiyyəsinə məxsus bir neçə torpaq sahəsinidə zəbt etmişdir. Dəfələrlə Səfailə həmin torpaqları boşaldıb bələdiyyəyə təhvil verməsini şifahi formada və bir dəfə də yazılı formada bildirmişdir. Buna baxmayaraq Səfail Bələdiyyəyə məxsus torpaqları qaytarmadığına görə məcbur olub ondan şikayət etmişdir. Bundan sonra isə Səfail Təqsirləndirilən şəxs, ondan, X11, Şahid4, X9 və Şahid2 şikayət etdiyinə görə gələn mütəxəsisə torpaqları ölçdürmüşdür. Ölüçüləndən sonra isə X5 bələdiyyəinə məxsus 9.45 ha və 0.075 ha və 0.0326 ha torpaq sahələrini, Babayev X15 bələdiyəsinə məxsus 1.20 ha torpaq sahəsini, X23 3.35 ha torpaq sahəsini, Cəfərov X27 bələdiyyəsinə məxsus 5 ha hissəsini, Şahid3 Sığırlı bələdiyyəsinə məxsus 9 ha hissəsini, Şahid2 Sığırlı bələdiyyəsinə məxsus 5 ha hissəsini qanunsuz olaraq zəbt edib əkin işləri apardıqları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsindən daxil olmuş məktubda göstərilənlər yalandır. 0.67 ha torpaq sahəsini əkib becərmir və həmin torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsinin yanında ona və ailəsinə məxsus 2.27 ha pay torpaq sahəsi vardır. Məktubda göstərilən 0.67 ha torpaq sahəsi isə həmin torpaq sahəsinin yanıdır, su arxının üstüdür. Öz torpağında taxıl əkmişdir. Həmin 0.67 ha torpaq sahəsini əkib becərməmiş, torpaq sahəsində bitən yabanı otları isə taxılı biçməmişdən əvvəl biçmişdir. Cahanir Babayevin 1.20 ha torpaq sahəsini zəbt zəbt etmişdir və oda torpaqları bələdiyyə mülkiyyətinə qaytarmalıdır. B.G.Həsənov həmçinin ifadəsində bələdiyyəyə məxsus torpaq sahəsinin qaytarıldığını və onlara dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Sığırlı kəndində 39 ha torpaq sahəsi var. Sonuncu dəfə həmin torpaq sahəsini 2022-cildə əkib becərmişdir. Həmin torpaq sahəsi örüş təyinatlı torpaq sahəsidir, həmin torpaq sahəsinin 8 ha əkib becərir, digər torpaqlarda isə heyvanlarını otarır. Həmin torpaq sahəsini 2000-ci ildə atası almışdır, 2007-ci ildə isə atası rəhmətə getdiyinə görə həmin torpaq sahəsi müqavilə əsasında verilmişdir. Bundan sonra isə həmin torpaq sahəsini istifadə edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsindən daxil olmuş məktubda barəsində göstərilənlər yalandır. 44.1 ha torpaq sahəsini əkib becərmir, istifadəsində 39 ha torpaq sahəsidir, həmin torpaq sahəsinin 19 ha əkin üçün yararlı torpaqlardır, qalan torpaq hissəsi isə yulğun ağacları çox olduğuna görə əkin üçün yararlı deyildir. Lakin Səfail ilə ədavəti və düşmənçiliyi olmamışdır. X20 bələdiyyə mülkiyyətinə məxsus qeyd olunan torpaq sahələrini təxminən 2 ildir ki özbaşına tutaraq əkin işləri aparıb süni göllər yaratmışdır. Bayram Həsənovun torpaq sahəsini zəbt edib etməməsi barədə bir məlumatı yoxdur. X31 kəndində torpaq sahəsini əkib becərir, lakin Gülaxanın nə qədər torpaq sahəsini qanunsuz əkib becərdiyini bilmir. Ölçüləndən sonra 3.35 ha torpaq sahəsini zəbt edilməsi göstərilibsə deməli oda zəbt etmişdir. Şahid4 da Sığırlı kəndi ərazisində torpaq sahəsini əkib becərir. Lakin ölçüləndən sonra 5 ha torpaq sahəsini zəbt edilməsi göstərilibsə deməli o da zəbt etmişdir. X35 kəndi ərazisində torpaq sahəsini əkib becərir. Lakin ölçüləndən sonra 9 ha torpaq sahəsini zəbt edilməsi göstərilibsə deməli o da zəbt etmişdir. Heç bir torpaq sahəsini zəbt etməmiş, həmin torpaq sahəsini uzun illərdir ki əkib becərir, və heyvanlarını saxlayır. Torpağa olan müqaviləsi 99 illikdir. Yuxarıda qeyd etdiyi kimi 39 ha torpaq sahəsini istifadə edir və həmin torpaq sahəsi örüş təyinatlıdır, həmin 39 ha torpaq sahəsinin 8 ha əkir, qalan hissəsini isə heyvanlarını otarmaq üçün istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, 2007-ci ildə Kürdəmir ryonu Sığırlı kəndində 61 ha torpaq sahəsini 30 illik müddətdə icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin 30 ha əkin 30 ha isə örüş təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsinin sərhədlərində iki tərəfində su kanalı, iki tərəfində isə nədək qazılmışdır. Həmin torpaq sahəsini ocürdə icarəyə göttürmüşdür. İcarəyə götürərkən də həmin torpaq sahəsini Daşınmaz Əmlakdan mütəxəssis gəlib ölçüb biçərək təhvil vermişdir. Bundan başqa torpaq sahəsini zəbt etməmişdir. X20, Təqsirləndirilən şəxs, X23, o, Şahid4 və Şahid2 həmkəndliləridir həmçinin də kənddə kənd təsərrüfatı ilə məşğul olurlar. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. X2 ərazisində bir neçə nəfər şəxsə məxsus torpaqları alıb özü üçün ferma yaradaraq və əkin işləri aparıb süni göllər qazmışdır. O aldığı torpaqlardan başqa Sığırlı bələdiyyəsinə məxsus bir neçə torpaq sahəsinidə zəbt etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsindən daxil olmuş məktubda barəsində göstərilənlər yalandır. Torpaq sahəsini zəbt etməmişdir. X20 bələdiyyə mülkiyyətinə məxsus qeyd olunan torpaq sahələrini təxminən 2 ildir ki öz başına tutaraq əkin işləri aparıb sünu göllər yaratmışdır. Şahid4 barəsində göstərilənlər yalandır. Şahid4 torpaq sahəsini zəbt etməmişdir. Gülaxan Babayevin istifadəsində 20 ha torpaq sahəsi var, Gülaxan da torpaq sahəsini zəbt etməmişdir. Kadastr xidmətinin əməkdaşı səhf ölçü aparmışdır. Cəmşidin istifadəində 39 ha torpa sahəsi var, Onun torpaq sahəsinin kənarı yoldur. Cəmşid də torpaq sahəsini zəbt etməsinə inanmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babayev Gülaxan oğlu ifadəsində göstərdi ki, Kürdəmir rayonu Sığırlı kəndində 20 ha torpaq sahəsini 2003-ci ildən etibarən əkib becərir. Əkib becərdiyi 20 ha torpaağa görə də vergi ödəyir. Həmin torpaq sahəsindən başqa torpaq sahəsi yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsindən daxil olmuş məktubda barəsində göstərilənlər yalandır. Çünki 20 ha torpaq sahəsindən başqa heç bir başqa torpaq sahəsini tutub əkin işləri aparmır. Həmin torpaq sahəsində göstərilən 23.35 ha torpaq sahəsinin 20 ha qeyd etdiyi torpaqdır, lakin 3.35 ha torpaq sahəsinin isə harada olduğunu bilmir. Siğırlı kənd sakini X1 təxminən 10 ha torpaq sahəsini qanunsuz zəbt edərək əkin işləri aparmışdır və bundan başqa 2 ədəd süni göl yaratmışdır. Səfailin şikayəti əsasında əkib becərdiyi yer ölçülmüşdür. Lakin Səfail ilə ədavəti və düşmənçiliyi olmamışdır. X20 bələdiyyə mülkiyyətinə məxsus qeyd olunan torpaq sahələrini təxminən 2 ildir ki öz başına tutaraq əkin işləri aparıb sünu göllər yaratmışdır. Bayram Həsənovun torpaq sahəsini zəbt edib etməməsi barədə bir məlumatı yoxdur. Şahid4 da Sığırlı kəndi ərazisində torpaq sahəsini əkib becərir. Lakin ölçüləndən sonra 5 ha torpaq sahəsinin zəbt edilməsi göstərilibsə deməli o da zəbt etmişdir. X35 kəndi ərazisində torpaq sahəsini əkib becərir. Lakin onun torpaq sahəsini zəbt edib etməməsini bilmir. Şahid2 Sığırlı kəndi ərazisində torpaq sahəsini əkib becərir. Lakin onun torpaq sahəsini zəbt edib etməməsini bilmir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 116 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqı vardır. (bax İ cild iş vər. 114) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin və Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax cild İ iş vər.115) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Bax İ cild iş vər 237) İş materialalrına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 18-1-49/2-798/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax İİ cild iş vər,56) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X28 Nazirliyinin tabeliyində X37 Fondu 1 saylı X36 Filialından daxil olmuş məktuba əsasən, Təqsirləndirilən şəxs, əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilməsi barədə Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumat aşkar edilməmişdir. (bax İİ cild iş vər, 57) İş materialalrına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxi 16 saylı Ucar Ərazi İdarəsindən daxil olmuş rəyindən görünür ki,

1. Kürdəmir rayonu Sığırlı kənd sakini X12 baxış zamanı naturada göstərdiyi faktiki istifadəsində olduğunu bildirdiyi 3 hissədən ibarət olan torpaq sahəsinin ölçüsü 9.537 ha təşkil edir. Əlavə olaraq naturada göstərilən 9.537 ha torpaq sahəsinin 9.45 ha hissəsi istisna olmaqla qalan 0.075 ha və 0.0123 ha hissəsi sünu göl kimi istifadə olunur. Naturada göstərilən 9.45 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqlarının elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən Kürdəmir rayonu Sığırlı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində aparılan torpaq islahıtına dair kompleks yerquruluşu lahiyəsində 9.45 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı örüş uqdoiyalı ərazi kimi göstərilmişdir və 9.45 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən JN-1020 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin JN-1020A hissəsi ilə qonşuluqda yerləşir. Baxış zamanı naturada göstərilən X20 tərəfindən qazılmış olduğu bildirilən 0.012 ha torpaq sahəsi (sünu göl) Sığırlı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir. Baxış zamanı naturada göstərilən X20 tərəfindən qazılmış olduğu bildirilən 0.075 ha torpaq sahəsinin (süni göl) 0.0326 ha hissəsi Sığırlı Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərüfatı təyinatlı kateqoriyalı, örüş uqodiyalı, 0.0424 ha hissəsi isə **********01 reyestr nömrəli çıxarışla X22 və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı torpaq sahəsi ilə üst üstə düşür.

2. Baxış zamanı Kürdəmir rayonu Sığırlı kənd sakii Təqsirləndirilən şəxs faktiki istifadə etdiyi torpaq sahəsi olaraq naturada göstərilən ərazi 1.20 ha olmaqla elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS) əsasən bələdiyyə mülkiyyətinə aiddir. Naturada göstərilən 1.20 ha torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat lahiyyəsində kolluq, TEKUİS məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla əkin uqodiyalı olaraq göstərilmişdir. Sözügedən 1.20 ha torpaq sahəsi TEKUİS məlumatlarında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə kəsişir.

3. Baxış zaman Kürdəmir rayonu Sığırlı kənd sakini X16 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 23.25 ha torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat lahiyəsində örüş uqodiyalı ərazidə yerləşir, Sözügedən 23.25 ha torpaq sahəsi TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı ərazidə yerləşir. Naturada göstərilən 23.25 ha torpaq sahəsinin 20 ha hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0008 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

4. Baxış zamanı Kürdəmir rayonu Sığırlı kənd sakini Şahid4 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 39 ha torpaq sahəsinin 18.5 ha hissəsi kəndin kompleks yerquruluşu lahiyyəsində və TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir. Şahid4 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 39 ha torpaq sahəsinin 20.5 ha hissəsi kəndin kompleks yerqurulu lahiyyəsində və TEKUİS məlumatarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı örüş uqodiyalı bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Sözügedən torpaq sahəsinin 15 ha hissə Şahid4 **********33 reystr nömrəli çıxarışla icarəsindədir.

5. Kürdəmir rayonu Sığırlı kənd sakini X14 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 70 ha torpaq sahəsi kəndin kompleks yerquruluşu lahiyyəsində və TEKUİS məlumatlarında islahat uqodiyası örüş olmaqla bələdiyyə kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aiddir. X14 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 70 ha torpaq sahəsinin 61.0 ha hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0011 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

6. Kürdəmir rayonu Sığırlı kənd sakini Şahid2 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 44.1 ha torpaq sahəsinin 26.49 ha hissəsi kəndin kompleks yerquruluşu lahiyyəsində və TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Kürdəmir rayonu Sığırlı kənd sakini Şahid2 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 26.49 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0014 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Kürdəmir rayonu Sığırlı kənd sakini Şahid2 naturada göstərdiyi 44.1 ha torpaq sahəsinin 17.61 ha hissəsi kəndin kompleks yerquruluşu lahiyəsində və TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Sözügedən 17.61 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0013 və **********0014 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş torpaq sahəsi ilə üstüstə düşür.(bax İ cild, iş vər, 193-200) Zərərçəkmiş hüquqi şəxs Kürdəmir rayonu Sığırlı Bələdiyyəsinin sədri X7 məhkəməyə təqdim etdiyi Kürdəmir rayon Sığırlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokolunundan çıxarışdan görünür ki, Sığırlı kənd sakini Təqsirləndirilən şəxs onun ərizəsinə əsasən əkinçilik məqsədi ilə 5 il müddətinə 2 ha torpaq sahəsi verilmiş və onun xx.xx.2007-ci il tarixli, 5 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. Zərərçəkmiş hüquqi şəxs Kürdəmir rayonu Sığırlı Bələdiyyəsinin sədri X7 məhkənəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 39 saylı arayışından və xx.xx.2024-cü il tarixli aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsini zərərçəkmiş hüquqi şəxs Sığırlı bələdiyyəsinə qaytarmışdır və onlara dəymiş ziyan ödənilmişdir. Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatları və şahid ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri isə AR CM-nin 188.3-cü maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və cəza almalır. İnsan Hüquqları və X19 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, AR CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-ci maddələrinə əsasən zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə himayəsində 3 azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş hüquqi şəxsin ondan şikayəti olmadığını, onarla barışdığını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, torpaqdan əkib becərək ailəsini dolandırdığını, iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Məhkəmə həmçinin yuxarıda qeyd edilən yüngülləşdirici halları nəzərə alıb, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri,hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, “şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda yaşadığı Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinin tələbinə əsasən sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerlərini dəyişməməsi barədə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-nin 41.2-ci maddəsin əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdər hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. İş üzrə mülki iddia, maddi ziyan, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən Kürdəmir rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi ziyan, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar