Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-31/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istifadə etmək məqsədilə qanunsuz olaraq hüquq verən rəsmi sənədləri hazırlamış və həmin sənədlərin saxta olduğunu bilə-bilə onlardan istifadə etməklə özbaşına özünü polis əməkdaşlarına vəzifəli şəxs kimi təqdim edərək “Zərərçəkmiş şəxs” MMC-nin təsisçisi və icraçı direktoru Nümayəndə hüquqlarının və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, o, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 124 saylı Qərarının 1.1.11.-ci bəndinə əsasən xidməti zərurəti ilə əlaqədar jurnalistlərin ölkə ərazisində sərbəst hərəkət etməsinə görə özü də məhdudiyyət olduğu müddət sərbəst hərkət etmək məqsədilə 2020-ci ilin aprel-may aylarında yaşadığı ünvan 3 ünvandakı mənzildə kompyuterində olan xüsusi proqramdan istifadə edərək hüquq verən rəsmi sənəd hesab olunan möhür əksi, mətbəə şriftləri dəstindən texniki qurğu vasitəsilə kompüterə köçürməklə müxtəlif formada olan iki ədəd müxtəlif vəsiqələrə “Azərbaycan Respublikası Liderpres.az Məhdud Məsuliyyətli Cəmiyyət vəsiqə, №3 adı X11” sözləri ilə başlayan, “Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Press”xxxx“Azərbaycan Respublikası Liderpres.az Məhdud Məsuliyyətli Cəmiyyət vəsiqə №3 adı X11,” sözləri ilə başlayan “Azərbaycan Respublikasının Qanunu:maddə 8” sözləri qurtaran mətnini əlavə edib birbaşa axınlı printerdə çap edilməklə qanunsuz olaraq “Zərərçəkmiş şəxs” MMC-nin baş redaktoru olmasını təsdiq edən iki ədəd 03 saylı, xx.xx.2020-ci il tarixli xidməti vəsiqələri hazırlamış və xx xxx 2020-ci il tarixdə saat 03:00-da Gəncə-Bakı şossesinin 1-ci kilometirliyində qurulmuş “Gəncə şəhər qala qapısı” adlı postunda “Karantin” rejimini pozub Gəncə şəhərinə qanunsuz olaraq daxil olmaq istəyən zaman xidməti vəzifələrini yerinə yetirən hüquq mühafizə orqanın əməkdaşının qanuni tələbinə tabe olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək özbaşına özünü vəzifəli şəxs, yəni “Zərərçəkmiş şəxs” MMC-nin baş redaktoru olmasını bildirib, şəxsin xidməti vəsiqə əsasında hərəkətinə icazə verilən orqanın əməkdaşı olmasını bildirdiyi halda həmin şəxsin vəsiqəsinin qanuni əsaslarla verilməsini araşdıran polis əməkdaşına əvvəlcədən hazırladığı xx.xx.2020-ci il tarixədək etibarlılıq müddəti olan, hüquq verən 03 saylı xx.xx.2020-ci il tarixli rəsmi sənədin saxta olmasını bilə-bilə, həmin saxta sənəddən istifadə edərək hüquqi şəxs olan “Zərərçəkmiş şəxs” MMC-nin təsisçisi və icraçı direktoru Nümayəndə hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə dostu Samir ilə birlikdə özünə məxsus Opel Zafıra markalı **-NC-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhərindən Ağdam rayonuna yas mərasiminə gəlmişdir. Yas mərasimindən sonra Samir ilə birlikdə Mingəçevir şəhərinə gəlmişlər, Mingəçevir şəhərində “Zərərçəkmiş şəxs” MMC şirkətinin rəhbəri Emin Məmmədovla görüşmüş və çay içmişlər. Emin Məmmədov onun qonşusu olmuşdur. Onu baş redaktor olmasını və hazırda “Zərərçəkmiş şəxs” MMC fəaliyyətini dayandırdığını bilmişdir. Ona görə də həmin MMC-ni işlətmək istəyi yaranmış və Eminlə də görüşünün səbəbi “xxxx” MMC-ni ona verməsi ilə bağlı olmuşdur. Emin ona bildirmişdir ki, bunun üçün sənədlərini verməlidir ki, sonuncu notariatda lazımı prosedurları etsin. Sonradan o özünə məxsus şəxsiyyət vəsiqəsini Eminə vermişdir ki, Emin onun adına “Zərərçəkmiş şəxs” MMC-ni sənədləşdirsin. Çünki, həmin MMC əvvəllər onun qardaşı Seymur Məmmədovun adına olmuşdur. Hazırda isə həmin MMC-nin fəaliyyəti dayanmışdır, MMC-ni öz adına sənədləşdirib fəaliyyət göstərmək istəmişdir. Sonradan Eminlə sağollaşmış və Mingəçevir şəhərində olan əvvəllər tanıdığı ona məxsus çay evində işləyən Qumru və onun rəfiqəsi Gülarəni təsadüfən görmüşdür. Onlarla Hacıkəndə gəzməyə getmək qərarına gəlmişlər. Beləliklə o, dostu Samir, rəfiqələri Qumru və Gülarə, bibisi oğlu Vüsal onun avtomobili ilə Hacıkənd qəsəbəsinə istirahət etməyə gəlmişlər. Hacıkəntdə bibisi Nərgizin evində qalmışlar, məhlədə quraşdırılmış alaçıqlarda istirahət etmişlər, yemək yemişlər. Axşam tərəfi qızlar qaranlıqdan gələn itlərin səsindən qorxduqlarına görə bibisi oğlanları Xalid və Vüsalı da götürüb Gəncə şəhərinə gəlmək üçün Opel zafira markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə yola duşmüşlər. Həmin vaxtı o yorğun olduğundan avtomobili dostu Samir idarə etmişdir. Onlar Gəncə şəhərinin “Qala” qapısı deyilən ərazisindən şəhərə daxil olan zaman şəhərin girişində qoyulmuş “Karantin” postunda polis əməkdaşları onları saxlamış və sənədlərini istəyərək, “Karantin” rejimi ilə bağlı icazələrinin olub olmamasını yoxlamışlar. Bu zaman Xalid və Vüsal Gəncə şəhərinin qeydiyyatında olmasına görə onların icazə mesajları olmuşdur. Həmin vaxt Qumru və Gülarənin icazələri olmamışdır. O, özü düzəltdiyi “Zərərçəkmiş şəxs” MMC şirkətinə məxsus Emin Məmmədovun rəhbəri olduğu şirkətin adında olan saxta sənədi polis əməkdaşlarına göstərmişdir. Bu zaman polis əməkdaşları onun təqdim etdiyi jurnalist vəsiqəsinin portalda yoxladı və adımın portalda çıxmamasına görə həmin sənədin saxta olması aşkar olunduğunu bildirib, onları Kəpəz RPİ-nə gətirmişlər. Təxminən hadisədən 10 gün əvvəl yaşadığı Baki şəhəri, Yasamal rayonu, 2-ci alatava, ev 10 b ünvanında 2 ədəd “Zərərçəkmiş şəxs” MMC-yə məxsus baş redaktor vəsiqəsini özü hazırlamışdır. Həmin vəsiqələrin ikisi də qırmızı rəngdə olmaqla, eyni nömrəli və eyni tarixlidir. Nömrələri 03, etibarlıdır- xx.xx.2020-ci il tarixədək yazılmışdır. Kağızı çox olduğunda görə hər ehtimala qarşı 2 ədəd eyni vəsiqə hazırlamışdır. Həmin vəsiqənin birini üzərində, digərini isə avtomobildə gəzdirmişdir. Polislərə təqdim etdiyi “Zərərçəkmiş şəxs” MMC şirkətinin adından hazırladığı jurnalist vəsiqəsində yazılmış ad “Zərərçəkmiş şəxs” MMC şirkətinin direktoru Emin Məmmədovun adı olsa da, vəsiqədə çəkilmiş imzanı özü çəkmişdir, vəsiqəyə vurulmuş möhür isə kompyuterdə hazırlamışdır. Həmin möhürü printerdə skayner vasitəsi ilə özü çıxarmışdır. Həmin möhür “Zərərçəkmiş şəxs” MMC şirkətinə məxsus olan əsl möhür deyil, jurnalist - baş redaktor vəsiqələrini o saxta yolla qanunsuz olaraq Karantin rejimində sərbəst hərəkət etmək məqsədilə hazırlayıb özündə saxlamışdır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhərinə daxil olan zaman xüsusi icazəsi olmadığına görə və Gəncə şəhərinə icazəsiz daxil olmaq istədiyinə görə özünü baş redaktor kimi təqdim edib Gəncə şəhərinə keçmək istəmiş, buna görə o əvvəlcədən hazırladığı üzərində olan saxta baş redaktor vəsiqələrdən birini, polisə təqdim edərək özünü vəzifəli şəxs kimi qələmə vermək istəmişdir. Belə ki, əvvəlcədən hazırladığı saxta vəsiqələri istifadə edib, həmin vəsiqələri polisə təqdim edib öz başına özünü vəzifəli şəxs kimi təqdim etmişdir. Fikirləşmişdir ki, özünü baş redaktor kimi təqdim etsə onu polislər sərbəst Gəncə şəhərinə buraxarlar və qanunsuz olaraq şəhərdə karantin vaxtı hərəkət edər. Lakin, polis əməkdaşları həmin sənədin yəni vəsiqənin saxta olmasını aşkar etdilər. Həmçinin bildirmişdir ki, Emillə danışıqlarından sonra MMC-yə dair sənədləşmə işləri həyata keçmədi, bügünədək “xxxx” MMC Emilin adınadır, onun özünün adına heç bir möhür yoxdur. Saxta sənədlərdən istifadə edərək, özünü özbaşına baş redaktor kimi təqdim etmək istəmişdir. Saxta sənədləri hazırlamaqda məqsədi “Karantin” rejimində ölkə ərazisində sərbəst hərəkət etmək olmuşdur, onlardan istifadə etməkdə məqsədi isə Gəncə şəhərinə rahatlıqla keçmək olmuşdur. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Tacədin oğlunu onun qardaşı Seymur Alməmmədovun vasitəsi ilə tanımışdır. Seymur Alməmmədov əvvələr rəhbəri olduğu hazırda fəaliyyəti müvəqqəti dondurulmuş “Zərərçəkmiş şəxs” MMC-də rəsmi olaraq müavini işləmişdir. Seymurun vasitəsi ilə qardaşı Elnuru tanımışdır. Elnurun hazırladığı “Zərərçəkmiş şəxs” MMC-yə məxsus jurnalist vəsiqəsindən xəbəri olmamışdır və həmin jurnalist vəsiqəsində olan ad, soyad ona məxsus olsa da, imza və vurulmuş möhür ona məxsus deyil. Həmin imzanı çəkməmişdir. Təqsirləndirilən şəxs eşitdiyinə görə o, həmin jurnalist vəsiqəsini özü hazırlamışdır. Həmin jurnalist vəsiqəsini Elnur Alməmədovun hansı yollarla hazırladığından isə xəbəri yoxdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs, Samir adlı şəxslə yaşadığı Mingəçevir şəhərinə gəlmiş və görüşüb hazırda fəaliyyəti müvəqqəti dayandırılmış olan “Zərərçəkmiş şəxs” MMC-nin onun adına sənədləşdirməyini xahiş etmişdir. Elnura bildirmiş ki, şəxsiyyət vəsiqəsini versin, Mingəçevir “Asan xidmət” vasitəsi ilə rəsmi olaraq adında olan “Zərərçəkmiş şəxs” MMC-ni Elnurun adına sənədləşdirsin. Sonradan Elnur şəxsiyyət vəsiqəsini vermiş və Gəncə şəhərinə getmişdir. Səhəri gün Elnurdan eşitmiş ki, Gəncə şəhərində onu polislər saxta sənəd hazırladığı üçün saxlamışlar. Təqsirləndirilən şəxs rəhbəri olduğu “Zərərçəkmiş şəxs” MMC-də heç vaxt işləməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, DİO-da 2016-cı ildən xidmət edir. Hal-hazırda Kəpəz RPİ-nin PPXT-nin polis serjantı vəzifəsində işləyir. Gəncə şəhər, Qala qapısı adlanan ərazidə xx.xx.2020-ci il tarixdə ölkə ərazisində yayılmış koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunmuş “Xüsusi Karantin” rejimi ilə əlaqədar olaraq yaradılmış stasionar postda Kəpəz RPİ-nin PPXT-nin polis nəfərləri Şahid4, Şahid2 və Araz Hökmalıyev ilə xidmətdə olan vaxt Şahid2 Bakı istiqamətindən Gəncə şəhərinə daxil olmaq istəyən Opel markalı, **-NG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxlamış və Gəncə şəhərinə daxil olmaq üçün icazəsini yoxlayan zaman, adı sonradan məlum olan Təqsirləndirilən şəxs özünə məxsus avtomobildə Gəncə şəhərinə keçirmək istədiyi 5 nəfər digər şəxslərin də icazələrinin olmadığı müəyyən olunmuşdur. Avtomobildə olan Təqsirləndirilən şəxs özünü “Zərərçəkmiş şəxs” redaksiyasının baş redaktoru olduğunu bildirmiş və özünə məxsus iki ədəd baş redaktor olması ilə bağlı vəsiqə təqdim etmişdir. Şahid2 həmin vəsiqənin saxta olmasından şübhələndiyini məruzə etmişdir. Təqsirləndirilən şəxs və avtomobildə olan digər şəxslərə məxsus şəxsiyyəti təsdiq edən sənədləri istəyən zaman heç biri şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və digər şəxsləri ölkə ərazisində tətbiq edilmiş “xüsusi karantin” rejimini pozmasına görə Kəpəz polis idarəsinə qanuni tədbir görülməsi üçün aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və X7 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, 2020ci ilin mart ayının ortalarında Gəncə şəhər Hacıkənd qəsəbəsində təsərrüfat işləri ilə məşğul olmaq üçün ora getmişdir. xx.xx.2020-ci il tarixdə gecə 01 radələrində dayısı oğlu Elnur qardaşına məxsus mobil telefona zəng edərək harada olmaqlarını soruşmuş, qardaşı da ona Hacıkənd qəsəbəsində olmaqlarını bildirmişdir. Təxminən 30 dəqiqə sonra Elnur onun dostu Samir yanlarında isə Qumru və Gülarə adlı qadınlarla birlikdə onların təsərüfat saxladıqları Gəncə şəhəri Hacıkənd qəsəbəsinə gəlmişlər. Orada oturub çay içmişlər. Lakin, onların yatmaq üçün şəraitləri olmadığından fikirləşmişlər ki, Gəncə şəhəri Yeni Kəlbəcər qəsəbəsinə yaşadıqları evə gedib orada gecələsinlər. Bu məqsədlə gecə saat 03 radələrində Elnura məxsus “Opel Zafıra” markalı, 99-NG 961 dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri Yeni Kəlbəcər qəsəbəsinə yaşadıqları evə gedən zaman Gəncə şəhərinin giriş hissəsində polis postundan keçən zaman polis əməkdaşları onlara yaxınlaşıb sənədlərinin olub-olmadığını soruşmuşlar. Polis əməkdaşları onları saxlayan zaman o və qardaşı Vüsal kənd təsərrüfatı barəsində arayışları olmasını bildirmişlər. Samir də sms icazəsinin olmağını bildirmişdir. Elnur isə özünə məxsus “liderpres.az” jurnalist vəsiqəsini təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları həmin vəsiqəyə baxmaq istəyən zaman Elnur vəsiqəni onlara verməmişdir. Buna görə də Elnurun polislərlə arasında sözlə mübahisə yarandı bu səbəbdən də polis əməkdaşları onları Kəpəz RPİ-nə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 şahid X3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilən X4 ifadəsi elan edilməklə tədqiq edilmiş və şahid ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Türkəyədən Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycana gəldikdə onu 14 günlük karantinə götürmüşlər. Karantindən sonra Mingəçevir şəhərinə getmişdir. Gülarə rəfiqəsidir və xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhərindən Mingəçevirə bacısının yanına qonaq kimi gəlmişdir. Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə əlaqədar “Xüsusi Karantin” rejimi tətbiq olunduğundan, Gülarə yanında qalmışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Əvvəllər Elnurun işlətdiyi çay evində işləmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində Elnur Mingəçevir şəhərinə gəlmişdir. Elnura Gülarənin Bakı şəhərinə getməli olmasını demişdir. Elnur bu barədə köməklik edə biləcəyini bildirmişdir. Elnur ilk öncə Gəncə şəhəri Hacıkənd qəsəbəsinə bibisi oğlu Vüsalın yanına gedəcəyini, sonra isə Bakı şəhərinə gedəcəyini demişdir. Bu səbəbdən həmin günü Elnurun idarə etdiyi markasını bilmədiyi avtomobil ilə Gəncə şəhəri Hacıkənd qəsəbəsinə Elnurun bibisi gilə getmişlər. Gec olduğundan evində qonaq olduqları şəxs Gəncə şəhərində evlərinin olduğunu və orada qalmağı təklif etmişdir. Onların təklifi ilə razılaşmış və gecə radələrində Elnur, Gülarə, Elnurun dostu Samir, Elnurun bibisi oğlanları Vüsal və Xaliq ilə birlikdə Gəncə şəhərinə yola düşmüşlər. Gəncə şəhərinin girişində qurulmuş postda onları polislər saxlamışlar. Elnur həmin şəxslərə qırmızı rəngli sənəd göstərərək özünü jurnalist kimi təqdim etmişdir. Polis əməkdaşları Elnurdan sənədə baxmaqları üçün istəmiş, lakin Elnur təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən polis əməkdaşları onların avtomobildən düşməklərini istəmişlər. Onların sənədlərini yoxlayan zaman icazələrinin olmamasını da polislər müəyyən etmişlər. Elnur ilə polislər arasında sözlə mübahisə olduğundan polislər onları Gəncə şəhəri Kəpəz RPİnə aparmışlar. O, özünü polis əməkdaşlarına jurnalist kimi təqdim etməmişdir. Gəncə şəhərinə qalmağa və sabahı günü isə Gəncə şəhərindən Bakı şəhərinə getmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs saxta sənəd hazırlaması barədə xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilən X5 ifadəsi elan edilməklə tədqiq edilmiş və onun da şahid X8 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxxx 2020-ci il tarixli sənədə baxış protokolundan görünür ki, vəsiqələrdən hər ikisi qırmızı rəngdə olmaqla üz qabıqlarında Azərbaycan Respublikasının gerbi əks olunmuşdur. Gerbin yuxarı hissəsində “Azərbaycan Respublikası” sözləri, aşağı hissəsində isə böyük hərflərlə “VƏSİQƏ” sözləri yazılmışdır. Vəsiqələrin arxa qabığında böyük hərflərlə mərkəzdə “Press” sözü yazılmışdır.Vəsiqələrə baxış zamanı müəyyən olunur ki, eyni tarixli və nömrəlidirlər. Belə ki, həmin vəsiqələr 03 saylı, xx.xx.2020-ci il tarixlidirlər. Vəsiqələri açdıqda müəyyən olunur ki, 1-ci vəsiqədə “Azərbaycan Respublikası Liderpres.az Məhdud Məsuliyyətli Cəmiyyət vəsiqə №3 adı X11, Vəzifəsi baş redaktor etibarlıdır xx.xx.2020, direktor E. Məmmədov Azərbaycan Respublikası Liderpres.az Məhdud Məsuliyyətli Cəmiyyəti Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ: kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər.Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Press”xxxx“Azərbaycan Respublikası Liderpres.az Məhdud Məsuliyyətli Cəmiyyət vəsiqə №3 adı X11, Vəzifəsi baş redaktor etibarlıdır xx.xx.2020, direktor E. Məmmədov Azərbaycan Respublikası Liderpres.az Məhdud Məsuliyyətli Cəmiyyəti 1.Öz peşəsini yerinə yetirməsi ilə əlaqadər dövlət orqanlarının bələdiyyələrə, idarə-müəssisə və təşkilatlara vəzifəli şəxslərə müraciət etmək və ya sorğu vermək:2. Vəsiqəni təqdim etməklə qəza, təbii fəlakət zonalarında, fövqəladə vəziyyət elan olunmuş yerdə, mitinqlərdə nümayişlərdə olmaq:3 qanunla qorunan sirləri istisna olmaqla sənəd və materiallarla tanış olmaq, onların surətlərini çıxarmaq hüququna malikdir. KİV haqqında Azərbaycan Respublikasının Qanunu:maddə 8” sözləri yazılmışdır. Hər iki vəsiqədə Təqsirləndirilən şəxs eyni 3X4 ölçüsündə göy pencəkdə olan fotoşəkili vardır. Vəsiqələrdə qeyd edilmişdir ki, onlar xx.xx.2020-ci il tarixə qədər etibarlıdır. Həmçinin vəsiqələrin üzərlərində göy rəngli “Azərbaycan Respublikası Vöen ********** Təqsirləndirilən şəxs” məzmunlu möhür əks edilmişdir. Möhürün üzərində isə əlyazma ilə imza və tarix yazılmışdır. Diqqətlə oxunduqda müəyyən edilir ki, hər iki vəsiqədə əlyazma ilə “08.01.20” sözləri yazılmışdır. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/369 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Aməmmədov Elnurun adına olan № 03 nömrəli xx xxxxxx 2020-ci il tarixli 2 ədəd vəsiqələrdə “Direktor;” rafalarındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə - sənədlərin texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 5/375 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs adına olan vəsiqələr”in üzərilərindəki möhür əksi mətbəə sriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuşdur. Təqdim edilmiş “Təqsirləndirilən şəxs adına olan vəsiqələr”-in üzərilərindəki möhür əksiz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs adına olan vəsiqələr”-in üzərilərindəki “Azərbaycan Respublikası VÖEN ********** Təqsirləndirilən şəxs” məzmunlu möhür əksi tədqiqata təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. “Maddi sübut hesab edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, 2 ədəd üzərində “Azərbaycan Respublikası VÖEN ********** Təqsirləndirilən şəxs” məzmunlu vəsiqələr cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il və xx.xx.2011-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Zərər çəkmiş şəxsin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Onun cəzalandırılmamasını istəyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Onun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 310, 320.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə islah işləri cəzası təyin edilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla təyin ediləcək cəzasından çıxılmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınan 2 ədəd vəsiqə cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına və Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 ay 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanılmanın bir günü islah işləri cəzasının 4 gününə bərabər hesabı ilə hesablanmaqla, cəmi 1 il 4 ay 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 7 (yeddi) ay 26 (iyirmi altı) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd vəsiqə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 141,52 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-31/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-31/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver