Məhkəmə qərarları › İş №1(046)-85/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-85/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-85/2023 21.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, subay, Göyçay şəhəri H.Əliyev prospekti ev 167-də qeydiyyatda olan, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanda yerləşən “Golden Baku” şadlıq sarayının qarşısında saxlanılmış X4 məxsus “Vaz-21099” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili və xx.xx.2023cü il tarixdə saat 03 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış X1 məxsus “Vaz- 21013” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırması faktına görə hazırda Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılsa da, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olmadan, təkrarən 01 may 2023-cü il tarixdə gecə saat 02 radələrində Göyçay şəhəri H.Aslanov küçəsi ev 3-də yaşayan Zərərçəkmiş şəxs faktiki sahibliyində olan “VAZ-21041” markalı, “**-DR-***” dövlət qeydiyyat nişanlı avtomobilini sonuncunun yaşadığı evin giriş qapısının qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Bununla da, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 01 may 2023-cü il tarixdə saat 02 radələrində Göyçay şəhəri H.Aslanov küçəsində Vaz 21041 markal ağ rəngli ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş, həmin vaxt onda avtomobili sürmək həvəsi yaranmışdır. Avtomobilin qapılarının açıq olduğunu, avtomobilin açarının kilidin üzərində olduğunu görmüş, qapısını açıb, avtomobilin sükan arxasına əyləşmişdir. Sükan arxasında avtomobili idarə etmək üçün sahibi tərəfindən kiçik taxta oturacaq qoyulmuşdur. Həmin oturacağın üzərində əyləşib mühərriki işə salaraq Bakı şəhərinə getmək üçün avtomobili sürüb Ucar rayonu istiqamətində hərəkət etmiş, Ucar şəhərinin içərisində H.Əliyev prospektində avtomobilin yanacağı qutardığı üçün yolda tanımadığı taksini saxladıb avtomobilinin yanacağının bitməsini deyib taksi ilə Ucar şəhərinin girişində olan yanacaq doldurma məntəqəsinə 4 ədəd butulkada benzin alaraq avtomobilin yanına qayıtmış, aldığı benzini avtomobilə tökərək avtomobili işə salıb Ucar rayonundan keçib Bakı-Qazax yoluna çıxmış, orada isə “Azpetrol” yanacaq doldurma məntəqəsindən avtomobilə 7 litr benzin dolduraraq avtomobili Bakı şəhər istiqamətinə sürmüşdür. Səhər saat 06 radələrində Hacıqabul şəhər ərazisində körpünün yanına çatdıqda avtomobilin benzini yenidən qutarmış, ona görə də avtomobili yoldan təxminən 100 metr kənara çəkərək saxlamışdır. Sonra avtomobildən düşüb qapılarını bağlayıb avtomobilin açarlarını cibinə qoymuş, saat 13 radələrində tanımadığı yol maşını ilə Göyçay rayonuna qayıtmışdır. Daha sonra Göyçay rayon Çərəkə kəndində yaşayan babası Məhəmmədin evinə getmiş, Çərəkə kəndi ərazisində olan zaman Göyçay rayon polis şöbəsinin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib avtomobil qaçırmaqda şübhəli olduğunu bildirmiş, həmin vaxt polis əməkdaşlarına həqiqətən də Vaz 21041 markal ağ rəngli ** DR *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığını etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gedərək Vaz 21041 markal ağ rəngli ** DR *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığını və avtomobilin benzini qurtardığı üçün Hacıqabul rayonu ərazisində yol kənarında saxladığını bildirmişdir. Rayon polis şöbəsində izahat verdikdən sonra Polis əməkdaşları ilə birlikdə Hacıqabul rayonu ərazisinə avtomobili yol kənarında saxladığı yerə getmiş, orada qaçırdığı avtomobili polis işçilərinə göstərmişdir. Bakı şəhəri ərazisində də ayrı-ayrı vaxtlarda iki dəfə avtomobil qaçırdığı üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmiş, onunla barışmışdır. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki,Göyçay şəhəri Həzi Aslanov küçəsi ev 3-də yaşayır. Özünə məxsus “Vaz 21041” markalı, “** DR ***” dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında özünə məxsus olan “Vaz 21041 markalı, “** DR ***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay şəhəri H.Aslanov küçəsində yerləşən 3 nömrəli evinin qarşısına gələrək avtomobilini yaşadığı evin giriş qapısının qarşısında saxlamış və avtomobilin qapılarını bağlamadan açarı da kilid hissənin üzərində saxlayaraq həyətə daxil olmuşdur. 01 may 2023-cü il tarixdə səhər saatlarında işə getmək üçün yaşadığı evin qarşısına çıxdıqda avtomobilinin yerində olmadığını görmüşdür. Bundan sonra rayon polis şöbəsinə gedərək avtomobilinin qaçırılması barədə ərizə ilə müraciət etmişdir. İlkin olaraq avtomobilinin kim tərəfindən və haraya aparılması barədə məlumatı olmasa da, elə həmin günü axşam saatlarında rayon polis şöbəsindən ona, zəng edilərək avtomobilinin Təqsirləndirilən şəxs qaçırdığını və avtomobilinin yerinin müəyyən edilərək rayon polis şöbəsinin inzibati binasına gətirildiyini bildirmişlər. Daha sonra rayon polis şöbəsinə gedərək avtomobilini saz vəziyyətdə təhvil almışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, Rəşad Abullayevlə barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 01 may 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs Göyçay rayon X10 Hissəsinə gəlib özünə məxsus Vaz 21041 markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilinin H.Aslanov küçəsində yaşadığı evin qarşısından qaçırılması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra digər polis əməkdaşları ilə birlikdə Göyçay şəhəri ərazisində müxtəlif ərazilərə baxış keçirməyə başlamışlar. Həmin gün ona daxil olmuş əməliyyat məlumatına əsasən qeyd olunan hadisəni Təqsirləndirilən şəxs törətməsi barədə şübhələr olması müəyyən edilmişdir. Daha sonra CAB-nın baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Elşad Abdullayevin yaşadığı Göyçay şəhəri H.Əliyev prospektində yerləşən 167 nömrəli evə getmişlər, lakin Təqsirləndirilən şəxs evdə olmadığını və Göyçay rayonu Çərəkə kəndində yaşayan babası evinə getdiyini bildirmişlər. Daha sonra onlar Göyçay rayonu Çərəkə kəndinə gedərək Təqsirləndirilən şəxs həmin kənd ərazisində görüb saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomobil qaçırmaqda şübhəli olduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən polis şöbəsinə gəlmişdir. Onlar yolda gələn zaman Təqsirləndirilən şəxslə şifahi olaraq sorğu-sual zamanı sonuncu özü Zərərçəkmiş şəxs məxsus Vaz 21041 markalı ** DR *** nömrəli avtomobili anidən yaranmış sürmək məqsədilə qaçırmasını və həmin avtomobili idarə edərək Bakı şəhərinə gedən zaman Hacıqabul rayonu ərazisində avtomobilin benzini bitdiyindən yol kənarında saxlayıb geri qayıtmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirib izahatının alınması üçün raportla təhvil vermişlər. Həmin gün Göyçay RPŞ-nin növbədə olan təhqiqatçısı Qiyas Beybutov tərəfindən Təqsirləndirilən şəxs izahatı alındıqdan sonra polis əməkdaşları ilə birlikdə onun avtomobili qaçırıb Hacıqabul rayonu ərazisində saxladığı yerə getmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-nin 185.2.2ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə tövsifində səhvə yol vermişdir. Qanunvericilik, məhkəmə təcrübəsi və hüquq ədəbiyyatı «cinayət» anlayışı ilə yanaşı «cinayətkar qəsd» anlayışından istifadə edir. Ona görə ki, insanın müəyyən davranışı yalnız onda cinayət hesab edilir ki, o nəyəsə qəsd edir, bu və ya digər maraqlara, mənafelərə, nemətlərə «qəsd edir», yaxud onları zərər yetirilmə təhlükəsi altında qoyur. Əleyhinə cinayət yönələn ictimai yaxud şəxsi mənafelər, nemətlər və s. cinayətin obyekti adlanır. Cinayətin obyekti cinayətin digər üç əlaməti kimi (subyekt, subyektiv və obyektiv cəhədlər) cinayətkar qəsdin ayrılmaz tərkib hissəsidir. Ona görə də, cinayətin həqiqi obyektinin düzgün müəyyən edilməsi cinayətlərin tövsifində müstəsna rol oynamaqla, cinayət tərkiblərinin biri-birindən fərqləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Cinayətin subyektiv cəhəti – cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyyatsızlıqda ifadə olunur. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə cinayətlərinə görə təqsirləndirilən şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 185.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə isə təqsirləndirilən şəxs üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İttihama görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində ünvan 1 ünvanda yerləşən “Golden Baku” şadlıq sarayının qarşısında saxlanılmış X4 məxsus “Vaz-21099” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış X1 məxsus “Vaz- 21013” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili və 01 may 2023-cü il tarixdə gecə saat 02 radələrində Göyçay şəhəri H.Aslanov küçəsi ev 3-də yaşayan Zərərçəkmiş şəxs faktiki sahibliyində olan “VAZ-21041” markalı, “**-DR-***” dövlət qeydiyyat nişanlı avtomobilini sonuncunun yaşadığı evin giriş qapısının qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırdığından, əməlində təkrarçılıq olduğundan onun əməli CM-nin 185.2.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 3 ünvanda yerləşən «Golden Baku» şadlıq sarayının qarşısında saxlanılmış X4 məxsus «Vaz-21099» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib sükanı arxasına əyləşərək avtomobili mühərrikin köməyi ilə apara bilməməsi səbəbindən əli ilə itələməklə Bakı şəhəri, Nəsimi rayonu, 3-cli mikrorayon ərazisində bazarın qarşısına hərəkət etdirib Tural Mustafayevə məxsus «Vaz- 21099» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili və xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış X1 məxsus «Vaz-21013» markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib sükanı arxasına əyləşərək salonda olan açar vasitəsilə hərəkətə gəlirib idarə etməklə H.Ə.Hacıbalayevə məxsus «Vaz- 21013» markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırdığından Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd edilən əməllərinə görə məsuliyyətə cəlb edildiyindən, o, sonuncu yəni 01 may 2023-cü il tarixdə törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İstintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına hüquqi qiymət vermədən, Təqsirləndirilən şəxs əməlini əsassız olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə, məhkəmə baxışı zaman dövlət ittiahmçısının Təqsirləndirilən şəxs istinad edilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən CM-nin 185.1-ci maddəsinə tövsif edilməsinə dair təklifini və məhkəmə iclasında tədqiq edilmiş digər sübutları nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X5 haqqında» X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Həmin Məcəllənin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 185.2.2ci maddəsindən, həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə baxışı zamanı mötəbər sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 02 radələrində Göyçay şəhəri H.Aslanov küçəsi ev 3də yaşayan Zərərçəkmiş şəxs faktiki sahibliyində olan “VAZ-21041” markalı, “**-DR-***” dövlət qeydiyyat nişanlı avtomobilini sonuncunun yaşadığı evin giriş qapısının qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Azərbaycan Respublikası CPM-nin 43.1.2–ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində məhkəmə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlu ilə barışması, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə təqsirləndirilən şəxs tərəfindən ödənilməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması barədə ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə haqqında» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut,mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə haqqında» qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar