Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-106/2025 27.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 09:30 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mmdən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domça və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Lənkəran çayının Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən hissəsinə gələrək orada özünə məxsus 1 ədəd qamış materialından, ümumi uzunluğu 5,70 metr, dəstəyinin uzunluğu 3,10 metr, torunun bağlandığı hissə qövsvari formalı olmaqla uzunluğu 2,60 metr, eni 1,26 metr, torunun ilgəklərinin daxili ölçüsü 15x15 mm, diametri 2.50 metr olan domça balıqovlama vasitəsindən istifadə etməklə 21,04.2025-ci il tarixdə saat 16 radələrinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən 2 (iki) ədəd kütüm balığı üçün 2 ədəd x 33.00 manat = 66,00 manat, 21 (iyirmi bir) ədəd şamayı balığına görə, 21 ədəd x 33.00 manat = 693,00 manat, 25 (iyirmi beş) ədəd qarasol balığına görə, 25 ədəd x 11 manat = 275,00 manat olmaqla ümumilikdə təbiətə xeyli miqdar təşkil edən 1034 (min otuz dörd) manat məbləğində ziyan vurmaqla həmin balıqları qanunsuz tutmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək ifadəsində bildirmişdir ki, heç bir yerdə işləmir. Lənkəran çayının Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində ailəsini dolandırmaq məqsədilə domça vasitəsi ilə balıq ovu ilə məşğul olur. Həmin domça vəfat edən atasından qalmışdır və onunla balıq tutmaqla məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Lənkəran çayının Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindən keçən hissəsinə gələrək orada domçanı suya atmışdır. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində ona bir neçə nəfər yaxınlaşaraq özlərini X10 İdarəsinin X12 Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Onlar ona bu ərazidə balıq ovlamağa dair rəsmi sənədinin olub-olmaması barədə maraqlanmışlar. O da hər hansı bir sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları ona onlarla birlikdə Lənkəran XPŞ-nə getməli olduğunu bildirdikdə etiraz etməmişdir. Polis əməkdaşları onun ovladıqları balıqları və ovda istifadə etdiyi 1 ədəd domçası ilə birlikdə X12 Şöbəsinə gətirmişlər. Yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd domçanı, Lənkəran çayının Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində tutduğu balıqları aşkar etmişlər. Lənkəran XPŞ-də videokamera vasitəsi ilə baxış zamanı müəyyən olunmuşdur ki, tutduğu balıqlar 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqlarıdır. Polis əməkdaşları ona məxsus olan domçasını və Lənkəran çayının Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində icazəsiz tutduğu 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqlarını maddi sübut kimi götürmüşlər. Maddi imkanı olmadığından ona qarşı irəli sürülmüş mülki iddia üzrə 1034 manat pulu ödəyə bilmir və həmin maddi ziyanı hissə-hissə ödəyəcəkdir. Həmçinin təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərəçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadə verərək bildirdi ki, 26 aprel 2025-ci il tarixdə X12 Şöbəsində qəbul edilmiş qərar əsasında zərərçəkmiş şəxs qismində ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tanınmış, 29 aprel 2025-ci il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış, nümayəndə kimi bütün hüquq və vəzifələri izah olunmuş və işdə iştirak edən şəxslər barədə məlumat almış və heç kimə etirazı olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində X10 İdarəsinin X12 Şöbəsinin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran şəhəri M.F.Axundov küçəsi, ev 35A-da qeydiyyatda olmaqla yaşayan X1 çayının Lənkəran rayonun Sütəmurdov kəndindən keçən ərazisində 1 ədəd domça balıqovlama vasitəsi ilə qanunsuz 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqlarını tutmuş, Lənkəran çayının Lənkəran rayonun Sütəmurdov kəndindən keçən ərazisində X10 İdarəsinin X12 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd qarasol balığına görə ziyanın məbləği 11,00 manat 1 ədəd şamayi balığına görə ziyanın məbləği 33,00 manat, 1 ədəd kütüm balığına görə ziyanın məbləği 33,00 manat olduğundan ümumilikdə dəymiş ziyan 1034 manat təşkil edir. Belə ki, Lənkəran şəhəri M.F.Axundov küçəsi, ev 35A-da qeydiyyatda olmaqla yaşayan X7 dövlət balıq ehtiyatlarına 1034 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin ziyandan heç vir vəsait ödəməmişdir. Mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində X10 İdarəsinin X12 Şöbəsinin əməkdaşları ilə birlikdə Lənkəran çayının Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran şəhəri M.F.Axundov küçəsi, ev 35A-da qeydiyyatda olmaqla yaşayan X1 çayının Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində qanunsuz balıq tutarkən saxlanılmışdır. Yoxlama zamanı X4 1 ədəd domça ov vasitəsi, həmin domça ilə ovladığı 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X10 İdarəsinin X12 Şöbəsinə gətirilmişdir. X12 Şöbəsində yoxlama zamanı Tofiq Rüstəmova məxsus 1 ədəd domça və 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqları aşkar edilmişdir. X1 çayının Lənkəran rayonunun Sütəmurdov kəndindən keçən ərazisində 1 ədəd domça balıqovlama vasitəsi ilə 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqlarını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsi olan 1 ədəd domçaya baxış keçirilib müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. X5 əvvəllər tanımamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfərləri polis serjantı Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, baxış zamanı X4 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-cü il tarixli, 3-14-21/2-302/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi X3 Xidməti tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs balıq və digər bioresursların sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan 07 may 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd qamış materialından, ümumi uzunluğu 5,70 metr, dəstəyinin uzunluğu 3,10 metr, torunun bağlandığı hissə qövsvari formalı olmaqla uzunluğu 2,60 metr, eni 1,26 metr, torunun ilgəklərinin daxili ölçüsü 15x15 mm, diametri 2.50 metr olan “domça” balıqovlama vasitəsi, 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqları, həmin balıq və balıqovlaça vasitələrinin götürülməsində keçirilən baxış zamanı viseo görüntü olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Aşkar edilərək götürlümüş 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqları tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2025-ci il tarixli “balıq qəbulu haqqında” qəbz ilə "xxxx" MMC-nə təhvil verilmiş və balıqovlama vasitəsi hesab edilən 1 ədəd qamış materialından, ümumi uzunluğu 5,70 metr, dəstəyinin uzunluğu 3,10 metr, torunun bağlandığı hissə qövsvari formalı olmaqla uzunluğu 2,60 metr, eni 1,26 metr, torunun ilgəklərinin daxili ölçüsü 15x15 mm, diametri 2.50 metr olan “domça” balıqovlama vasitəsi xx.xx.2025-ci il tarixli qəbz əsasında isə saxlanması üçün Su NPİ-nin Lənkəran XPŞ-nə təhvil verilmişdir. 1 ədəd DVD disk iş materiallarında saxlanılmışdır. İş materiallarında olan balıq qəbulu haqqında xx.xx.2025-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqları "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli mütəxxəsis rəyindən görünür ki, X12 Şöbəsi əməkdaşları tərəfindən 21,04.2025-ci il tarixdə Lənkəran çayının Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində saxlanılan Lənkəran şəhəri M.F.Axundov küçəsi, ev 35A-da qeydiyyatda olmaqla yaşayan X4 götürülmüş 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqlarına baxış keçirilmişdir. Müəyyən edlmişdir ki, X7 tərəfindən 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqları tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 (bir) ədəd balıq su heyvanı və onurğazısa vurulmuş ziyan aşağıdakı məbləğdə manatla müəyyən edilir. X2 tərəfindən balıq ehtiyyatlarına vurulan ziyanın məbləği aşağıdakı kimi hesablanır. 2 (iki) ədəd kütüm balığı üçün 2 ədəd x 33.00 manat = 66,00 manat, 21 (iyirmi bir) ədəd şamayı balığına görə, 21 ədəd x 33.00 manat = 693,00 manat, 25 (iyirmi beş) ədəd qarasol balığına görə, 25 ədəd x 11 manat = 275,00 manat. Təbiətə vurulan ziyanın ümumi məbləği 1034 (min otuz dörd) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” barədə qaydaların 10-cu bəndində göstərilmişdir ki, ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd şamayı balığına vurulmuş ziyanın məbləği - 33 manat, bir ədəd qarasol balığına vurulmuş ziyanın məbləği – 11 manat və bir ədəd şamayı balığına vurulmuş ziyanın məbləği - 33 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından və xasiyyətnamədə görünür ki, Rustəmov X6 şəhəri, M.F.Axundov küçəsi ev 35 “a” ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməsi onun özünün etirafı, bunu tamamlayan zərərçəkmiş şəxsin münayəndəsi və şahid ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 256.1-ci maddələrinə görə balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin onun əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından göründüyü kimi mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 1034 manat məbləğində ziyanın tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı qaldırılmış mülki iddianı etiraf edərək bildirmişdir ki, maddi imkanı olmadığı üçün həmin məbləğdən heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia tam təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qamış materialından, ümumi uzunluğu 5,70 metr, dəstəyinin uzunluğu 3,10 metr, torunun bağlandığı hissə qövsvari formalı olmaqla uzunluğu 2,60 metr, eni 1,26 metr, torunun ilgəklərinin daxili ölçüsü 15x15 mm, diametri 2.50 metr olan “domça” balıqovlama vasitəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi balıqların təhvil verildiyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, həmçinin 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Maddi sübut kimi tanınmış 1 ədəd qamış materialından, ümumi uzunluğu 5,70 metr, dəstəyinin uzunluğu 3,10 metr, torunun bağlandığı hissə qövsvari formalı olmaqla uzunluğu 2,60 metr, eni 1,26 metr, torunun ilgəklərinin daxili ölçüsü 15x15 mm, diametri 2.50 metr olan “domça” balıqovlama vasitəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 25 ədəd qarasol, 21 ədəd şamayı və 2 ədəd kütüm balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə verilmiş mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 1.034 (bir min otuz dörd) manat manat məbləğində pul vəsaiti alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-106/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-106/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver