Məhkəmə qərarları › İş №1(049)-109/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-109/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-109/2023 28.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə il tarixdə Lənkəran rayonu Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cabbarlı X4 rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs ilə 25 iyul 2022-ci il tarixdə sonuncunun yaşadığı evdə növbəti dəfə görüşərkən gələcəkdə şəxsi məqsədləri üçün istifadə etmək məqsədi ilə hər iki şəxsin könüllü razılığı əsasında aralarında olan seksual hərəkətlərin video çəkilişini özünə məxsus “Xiaomi Redmi 9T” markalı mobil telefonun ön kamerası vasitəsi ilə qeydə alıb həmin tarixdə saat 12:00 radələrində qeyd edilən seksual xarakterli video çəkilişi istifadəsində olan mobil telefondan Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona göndərib həmin materialın istintaqa məlum olmayan şəraitdə digərləri tərəfindən ələ keçirilməsinə şərait yaradaraq Zərərçəkmiş şəxs şəxsi həyat sirrinə aid olan, kənar şəxslərə bildirilməsinə razılığı olmayan məlumatın 2022-ci ilin avqust ayının sonlarında ayrı-ayrı şəxslər arasında yayılmasına səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam şəkildə təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, onunla qonşuluqda yaşayır. Onunla əvvəllər münasibətləri demək olar ki, olmamışdır. 2021-ci ilin avqust ayının axırlarında Boladi kəndində yolda olarkən o, Əfiqəni görüb ona salam vermiş, söhbət əsnasında Əfiqə ondan evdə saxlaması üçün it tapmasını xahiş etmiş, o da Əfiqədən mobil nömrəsini alaraq it tapan kimi ona xəbər edəcəyini demişdir. Bakı şəhərində işə qəbul olaraq işləmək üçün oraya getmişdir. Lakin Əfiqə ilə mobil telefonda “WhatsApp” proqramı vasitəsi ilə danışmağa davam etmişdir. 2021-ci ilin noyabr ayında əmək məzuniyyətində olarkən kəndə qayıtmış, kənddə Əfiqə onu evlərinə çay içməyə dəvət etmiş, lakin kiminsə görməməyi üçün gecə gəlməsini xahiş etdikdə Əfiqəgilə getmişdir. Əfiqə ilə oral yolla cinsi əlaqədə olmuş, təbii yolla cinsi əlaqədə olmağı təklif etsə də, Əfiqə bakirə olduğunu və təbii yolla cinsi əlaqədə ola bilməyəcəyini demişdir. Bundan sonra Bakı şəhərinə getmiş, 2022-ci ilin fevral ayında yenidən kəndə qayıtmışdır. Kənddə olarkən Əfiqəgilin evində sonuncu ilə görüşmüş, bu zaman da Əfiqə ilə oral yolla cinsi əlaqədə olmuşdur. 2022-ci ilin aprel ayında Əfiqə ilə yenidən iki dəfə görüşmüşdür. Sonuncu dəfə, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində kənddə olarkən yenidən Əfiqənin dəvəti ilə onlara getmiş, bu vaxt Əfiqəyə məxsus otaqda oral yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra o, istifadəsində olan “Xiaomi Redmi 9T” markalı mobil telefonun ön kamerası ilə Əfiqə və o, paltarsız formada olarkən ikisinin təxminən bir dəqiqəlik videogörüntüsünü çəkmiş, həmin videoda Əfiqə onun qucağında çarpayıda uzanmış vəziyyətdə bir-birlərini öpmüşlər. Əfiqəgildən çıxaraq yaşadığı evə getmişdir. Evə getdikdən sonra Əfiqə həmin videogörüntünü ondan istəmiş, o da “WhatsApp” proqramı vasitəsi ilə həmin görüntünü istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsindən Əfiqənin istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə göndərmişdir. Daha sonra həmin videogörüntünü öz mobil telefonundan silmişdir. Əfiqə ona tez-tez ismarıc yazdığı üçün onun mobil nömrəsini bloka atmışdır. Bakı şəhərində olarkən təxminən 26-27 avqust 2022-ci il tarixlərdə istifadəsində olan mobil nömrəyə “WhatsApp” proqramı vasitəsi ilə Əfiqə ilə onun intim videogörüntüsünü əks etdirən həmin çəkilişi göndərməyə başlamışlar. Həmin videogörüntünü özünə məxsus mobil telefonla çəkməkdə məqsədi sonradan Zərərçəkmiş şəxs görmədiyi zamanlarda həmin görüntüyə baxmaq olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. Onunla əvvəllər yaxın münasibəti olmamışdır. 2021-ci ilin avqsut ayının ortalarında küçədə Mirnaiblə rastlaşmış, bu zaman o, Mirnaibdən ona saxlamaq üçün it tapmasını xahiş etmişdir. Mirnaib ondan mobil telefon nömrəsini alaraq it tapan kimi ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra Mirnaiblə münasibətləri başqa məcrada inkişaf etmişdir. Mirnaib onunla cinsi əlaqədə olmağı xahiş etmiş, o isə Mirnaibin təklifini qəbul etməmişdir. Lakin Mirnaib ondan əl çəkməmiş və o, məcbur qalıb görüşməyə razılıq vermişdir. 2021-ci ilin noyabr ayının ortalarında yaşadığı evdə Mirnaiblə görüşən zaman bacısı evdə olsa da, digər otaqda olmuş və Mirnaibin onlara gəlməyindən xəbəri olmamışdır. Mirnaiblə oral yolla cinsi əlaqədə olmuş, Mirnaib təbii yolla cinsi əlaqədə olmağı təklif etsə də, o, buna etiraz etmişdir. Mirnaiblə təxminən ümumlikdə 5-6 dəfə görüşürək onunla cinsi əlaqədə olmuşdur. Bu görüşləri bəzi vaxtlar onun evində, bəzi vaxtlar isə Mirnaibin evinin yaxınlığında kimsəsiz evdə olmuşdur. Həmin evin açarları Mirnaibdə olmuşdur. Mirnaibin ona bildirməsinə görə həmin ev Mirnaibin dayısı Çingizə məxsusdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ona məxsus evdə görüşmüşlər. Mirnaiblə oral və təbii yolla cinsi əlaqədə olmuşlar. Mirnaib onun özündə olmamağından istifadə edərək onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Mirnaib özünə məxsus mobil telefonun ön kamerası ilə ikisi çılpaq formada olarkən videoçəkiliş aparmış, bu zaman o, Mirnaibin üzərinə uzanmış və bir-birlərini öpmüşlər. Mirnaib getdikdən sonra həmin videogörüntünü ona göndərməsini xahiş etmiş, Mirnaib də həmin gün saat təxminən 12 radələrində “WhatsApp” proqramı vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə həmin görüntünü göndərmişdir. 2022-ci ilin avqust ayının sonlarında ona məlum olmuşdur ki, Mirnaiblə arasında olan 53 saniyəlik intim videogörüntü kənd sakinləri arasında yayılmışdır. Hadisə zamanı evdə o və Mirnaibdən başqa kənar şəxslər olmamış, həmin videoçəkilişin aparılmasından məlumatı olmuş, lakin Təqsirləndirilən şəxs həmin çəkilişi aparmaqla ona aid olan və heç vaxt yayılmasını istəmədiyi şəxsi həyat məlumatlarının yayılmasına səbəb olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini, ona qarşı heş bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 14 sentyabr 2022-ci il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Kompleks məhkəmə-fonoskopik və məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1515-11/512 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş videofonoqramdakı görüntülərdə kadrdaxili və kadrlararası montaj əlamətləri, audiosiqnalda montaj əlamətləri, audioaxının videoaxına sintezi müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş videofonoqramda bir qadın və bir kişi tərəfindən alçaq səslə tələffüz olunan bir neçə replika eşidilir. Danışıqlar tam aydın olmadığından diktorlar tərəfindən işlədilən replikaların dialoqda bir-birinə uyğunluğunu və danışığın məzmununa görə danışan şəxslərin adlarını müəyən etmək mümkün olmadı. Təqdim edilmiş 01 ədəd diskdəki videogörüntü pornoqrafik xarakterli deyildir. Tədqiqatın dəyəri 300 manatdır. Götürmə aparılması haqqında 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi Redmi 9T” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Götürmə aparılması haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan “XiaomiRedmiNote8” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına təqdim etdiyi özünə məxsus bir ədəd "Xiaomi Redmi 9T” markalı mobil telefonun “WhatsApp” proqramına daxil olduqda “İlkin X” adı ilə qeyd edilmiş “055 289 19 19” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 19:12-də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 53 saniyəlik intim videogörüntüsünün göndərilməsi müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, mobil telefonunda “İlkin X” adı qeyd etdiyi nömrə xalası oğlu X5 məxsusdur. Həmin videogörüntünü də İlkin ona göndərmişdir. İş üçün əhəmiyyətli ola biləcəyindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında olan 53 saniyəlik həmin intim videogörüntü diskə köçürülərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi zamanı aşkar edilmiş videogörüntünün köçürüldüyü 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntünün 53 saniyəlik olduğu müəyyən edildi. Videogörüntüyə baxdıqda ətrafda iki nəfər şəxsin olması müşahidə edilir. Onlar hər ikisi çılpaq formada olmaqla, əyinlərində hər hansı bir geyim yoxdur. Ətrafda iki ədəd sarımtıl rəngli pərdənin olması müşahidə edilir. Videogörüntüdə olan şəxslərdən biri qadın, digərinin isə kişi olması müşahidə edilir. Qadının kişinin üzərinə uzanmaqla, qarşılıqlı olaraq bir-birlərini öpmələri müşahidə edilir. Onlar çarpayının üzərinə salınmış mələfənin üzərində uzanıqlı vəziyyətdədirlər. Videogörüntünün 13 və 14-cü saniyələrində müvafiq olaraq qadının və kişinin onları qeydə alan videokameraya baxmaqları aşkar edildi. Bundan sonra onlar yenidən bir-birlərini öpməyə davam edirlər. Görüntünün 34-cü saniyəsində qadının yenidən onları qeydə alan videokameraya baxması aşkar edildi. Görüntünün 38-42-ci saniyələri arasında qadın və kişinin eyni anda üzlərini birləşdirərək onları qeydə alan videokameraya baxmaları müşahidə edilir. Eyni zamanda həmin vaxt aralarında aydın olmayan danışığın olması eşidilir. Görüntünün 48ci saniyəsində qadın kişiyə baxaraq “nə oyun çıxardırsan”-deyə bildirir. Görüntünün 52-ci saniyəsində də Zərərçəkmiş şəxs onları qeydə alan videokameraya baxaraq aydın eşidilməyən səslə nə isə deyir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntü xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evdə, sonuncuya məxsus otaqda qeydə alınmışdır. Həmin görüntü ona məxsus “Xiaomi Redmi 9T” markalı mobil telefonun ön kamerası ilə onun tərəfindən çəkilmişdir. Çəkilişdə olan şəxslərdən biri o, digəri isə Zərərçəkmiş şəxsdır. Zərərçəkmiş şəxs həmin görüntünün çəkilməsindən məlumatı olmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon və Azərbaycan Respublikası Baş prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 01 ədəd yaddaş qurğusu iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına verilmişdir. İş üzrə "xxxx" MMC və "xxxx" MMC tərəfindən göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks 02 ədəd “CD” disk və Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilən zaman aşkar edilmiş videogörüntünün köçürüldüyü 01 ədəd “CD” disk iş üçün sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışında Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lənkəran rayon İcra Hakimiyyəti başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, xx-xx/1100 nömrəli arayışdan görünür ki, Cabbarlı X4 rayonu, Boladi kəndində anası X1 və atası X8 ilə birgə yaşayır. Cinayət işinə əlavə edilmiş Lənkəran rayon İcra Hakimiyyəti başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Lənkəran şəhər Narkoloji Xəstəxanasının 559 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cabbarlı X4 şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durmur. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 544 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cabbarlı X4 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X2 Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 156.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, maddi sübutlar - olan Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, Azərbaycan Respublikası Baş prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 01 ədəd yaddaş qurğusu və "xxxx" MMC və "xxxx" MMC tərəfindən göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks 02 ədəd “CD” disk və Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilən zaman aşkar edilmiş videogörüntünün köçürüldüyü 01 ədəd “CD” disk iş cinayət işi materiallarında saxlanılmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli 8/1639 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat X6 tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübutlar - Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın, Azərbaycan Respublikası Baş prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 01 ədəd yaddaş qurğusu, həmçinin "xxxx" MMC və "xxxx" MMC tərəfindən göndərilən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks 02 ədəd “CD” disk və Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilən zaman aşkar edilmiş videogörüntünün köçürüldüyü 01 ədəd “CD” disk iş cinayət işi materiallarında saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 ( üç yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar