Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-225/2025 11.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Xüsusi ittiham üzrə şikayətçi X1 iştirakları ilə. X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 297-ci maddələri üzrə cinavət işinə baxılmasının təmin edilməsi, onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş cəzanın təyin edilməsinin təmin edilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinə baxılmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham üzrə şikayətçi X3 xüsusi ittiham qaydasında şikayət verərək X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 297-ci maddələri üzrə cinavət işinə baxılmasının təmin edilməsini, onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş cəzanın təyin edilməsinin təmin edilməsi, vurulmuş mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Xüsusi ittiham üzrə şikayət onunla əsaslandırılmışdır ki, o, Masallı rayon Ərkivan qəsəbəsi 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışır. Məktəbin müəllimi L.Ağayeva onun barəsində Masallı Rayon Prokurorluğuna 2025-ci ilin mart ayında (xx.xx.2025-ci il tarixində "cinavət işinin başlanmasının rədd edilməsi haqqında” qərar verilib) şikayət ərizəsi ilə müraciət verdiyi izahatda etmişdir. L.Ağaveva özünün verdiyi izahatda bilərəkdən həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yazmış və bununla da onun nüfuzuna, ad-sanına, şərəf və ləyaqətinə ağır zərər vurmuşdur. Eyni zamanda həmin şəxs rəsmi orqana verdiyi izahatda bilə-bilə yalan ifadə vermişdir ki, bu da Cinavət Məcəlləsinin 297-ci maddəsi ilə cinavət tərkibi yaradır. Onun verdiyi yalan və böhtan xarakterli məlumatlar nəticəsində onun işgüzar nüfuzuna xələl gəlmiş, ona qarşı əssasız yoxlamalar aparılmış və ona mənəvi zərər dəymisdir. Məhkəmə iclasında xüsusi ittiham üzrə şikayətçi X3 izahat verərək bildirdi ki, X4 rəhbərlik etdiyi məktəbdə ibtidai sinif müəllimi işləyir. 2023-cü ilin oktyabr ayının 2-də təyinat almışdır və təyinat aldığı vaxtdan Laləzar müəllimənin aqresiyası ilə rastlaşmışdır. Tək ona qarşı deyil həmdə kollektivə qarşı olmuşdur. O, əlindən gələni etmiş, çalışmışdır ki, Laləzar müəllimə ilə kollektiv arasında mehribançılıq yaransın. Amma Laləzar müəllimənin tələbləri günü-gündən artmış və belə bir vaxtda artıq fevral ayının 1-də ikinci yarımil başlayanda digər müəllimlər onu eşidib müəllimələrin razılığı ilə onların dərs saatından 3 saat və eləcədə 4B sinifinin sinif rəhbərliyini Laləzar müəlliməyə vermişdir. Həmin il birazca sakitlik yaransa da, yenədə hansı ki, dərs saatlarını vermişdilər həmin müəllimələ Laləzar müəllimə arasında mübahisələr yarandı və növbəti ilin sentyabr ayında tədris ili başlamadan öncə artıq regional təhsil idarəsinə barəsində şikayətlər yazmağa başlamışdır. Çünki məlum məsələ idiki hazırlıq qrupunu, eyni zamanda elektron qəbuldu, elektron qəbulda Laləzar müəllimə ilə yanaşı Günay müəllimənində adı qeyd olunmuşdu. Təqribən mart ayında imzalanan hazırlıq qrupuna hazırlıq barədə əmrdə də göstərildiyi kimi müəllimlər marifləndirmə işləri aparmalı idilər valideynlər arasında və Laləzar müəllimə bunu aparmadığından Günay müəllimə aparmışdır və övladlarınıda Günay müəllimənin sinifinə vermişlər. Hazırlıq qrupu Laləzar müəlliməyə verilməyəndə Günay müəlliməyə veriləndə yersiz iddialar başlamış, diaqnostik qiymətləndirməni əsas gətirmiş, amma ki, həmin ildə sertifikasiya qiymətləndirilməsi ibtidai sinif müəllimləri üçün başa çatdığından təlimatla verilmişdir ki, təlimata uyğun olaraq sertifikasiya balı ilə olmuşdur. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmə olmuş və 2016-cı ildə keçirilmişdir. Amma son 2024-cü ildə bitən imtahanın nəticəsi ilə dərslər bölünmüşdür. Beləliklə şikayətlər etmiş, alınmadığında ona hədə-qorxu gəlməyə başlamış, otağına girib hətta onu təhdid etdiyinə görə töhmət barəsində verilmişdir. Birdə fevral ayının 27-də şagirdi vurmuşdu, şagirdi vurması ilə əlaqədar olaraq intizam tənbehi, ikinci dəfə şiddətli töhmət verilmişdir. Onunla əlaqədar olaraq onu məhkəməyə vermişdir. Laləzar Ağayeva onun barəsində rayon prokurorluğuna heç bir əsas olmadan yalan məlumat verməklə böhtan xarakterli şikayət vermişdir. Həmin qərarı məhkəməyə tədqim etmişdir. Xüsusəndə onu qeyd etmək istəyir ki, qərarda qeyd edilmişdir ki, o, yaxın adamlarına, müəllimlərə dərs saatı vermiş və onu mənimsəmişdir. Daha sonra göstərir ki, məktəbdə dərnək və inkuliziv təhsil verildiyi halda onlar keçirilmir. Lakin o, direktor təyin olunduğu vaxtdan dərnək verməmişdir, dərnək mövcud olmamışdır. Amma inkuliziv təhsil isə ümumiyyətlə Masallı rayonunda mövcud deyildir. Məhkəmə xüsusi ittiham üzrə şikayəti və dəlillərini araşdıraraq hesab edir ki, məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1.-293.3.7.-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: -293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); -293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); -293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; -293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Verilmiş şikayətin məzmunundan göründüyü kimi yuxarıda sadalanan məlumatlar şikayətdə qeyd olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.3.-cü maddələrinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə baxır. Həmin Məcəllənin 300.1. və 300.1.3.-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1. və 302.1.3-cü maddələrinin tələbinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respubliası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 10 bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 12 bəndinə əsasən, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Məhkəmə göstərilən prosessual tələblərə əsasən qeyd edir ki, verilmiş xüsusi ittiham üzrə şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Ona görə də məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300-302-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı üçün məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-225/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-225/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver