Məhkəmə qərarları › İş №1(051)-106/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-106/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-106/2024 21.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müdafiəçi-Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum edilməmiş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 07 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, “Kasa” deyilən ərazi istiqamətində Mingəçevir su anbarına gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezondan və 01 ədəd «Lina» adlandırılan balıqovlama vasitəsindən istifadə edərək həmin tarixdə saat 15 radələrinədək olan müddətdə 33 ədəd hər biri 33 manat olmaqla 1089 manat dəyərində sıf balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1089 (min səksən doqquz) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 16 radələrində X13 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd kobinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 33 ədəd sıf balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildirib ifadəsində göstərdi ki, 07 yanvar 2024-cü il tarixdə təxminən saat 14 radələrində balıq tutmaq üçün Mingəçevir şəhəri, “Kasa” deyilən ərazi istiqamətində Mingəçevir su anbarının sahilinə gəlmiş, orada özünə məxsus 1 ədəd rezin kombinezondan və 1 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə Mingəçevir su anbarında suya girərək balıq tutmağa başlamış, həmin günü saat 15 radələrindək 33 ədəd sıf balıqlarını tutmuş və saat 16 radələrində Mingəçevir su anbarından çıxan zaman X13 idarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Mingəçevir su anbarında balıq tutmağa rəsmi icazəsi yoxdur. Polis əməkdaşları video çəklişdən istifadə etməklə istifadə etdiyi 1 ədəd rezin kombinezona, 1 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsinə və həmin balıqovlama vasitəsi ilə tutduğu 33 ədəd sıf balıqlarına baxış keçirərək protokol tərtib etmişlər. Polis əməkdaşları baxışdan sonra 1 ədəd rezin kombinezonu, 1 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsini və həmin balıqovlama vasitəsi ilə tutduğu 33 ədəd sıf balıqları götürmüşlər. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Mingəçevir şəhəri istiqamətinə Mingəçevir su anbarından “Lina” adlandırılan balıqovlama vasitəsilə balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuş, hazırda vurduğu ziyanı tam şəkildə ödəmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, o, birbaşa olaraq cinayətin necə və hansı şəraitdə törədilməsi barədə məlumatlı deyil. Belə ki, 07 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Su NPİ-nin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Yevlax rayonu, Xanabad kəndində yaşayan Məmmədov X8 şəhəri, “Kasa” deyilən ərazi istiqamətində Mingəçevir su anbarında qanunsuz balıq tutarkən saxlanılmış və baxış zamanı ondan 01 ədəd kobinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 33 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Yevlax rayonu, Xanabad kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyyatlarına 1089 manat zərər dəymişdir. Beləliklə təqsirləndirilən şəxs və mülki cavabdeh təbiətə ümumilikdə 1089 manat ziyan vurmuşdur. Təbiətə dəymiş ziyan tam şəkildə ödənib. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs və mülki cavabdeh barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 07 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Su NPİ-nin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Yevlax rayonu, Xanabad kəndində yaşayan Məmmədov X8 şəhəri, “Kasa” deyilən ərazi istiqamətində Mingəçevir su anbarında qanunsuz balıq tutarkən saxlanılmış və baxış zamanı ondan 01 ədəd kobinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 33 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Yevlax rayonu, Xanabad kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyatlarına 1089 manat zərər dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07 yanvar 2024-cü il tarixdə X13 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, “Kasa” deyilən ərazi istiqamətində Mingəçevir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd kobinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 33 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 33 ədəd sıf balıqlarını 01 ədəd kobinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi ilə Mingəçevir şəhəri, “Kasa” deyilən ərazi istiqamətində Mingəçevir su anbarından tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri, “Kasa” deyilən ərazi istiqamətində Mingəçevir su anbarında balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, Şahid1 məhkəməyədək icraat zamanı Şahid2 və Şahid3 ifadələrinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 mart 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. 07 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X13 idarəsinin Mingəçevir xətt polis əməkdaşlarının iştirakı ilə 07 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 33 ədəd sıf balıqları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 33 ədəd sıf balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1089 manat məbləğində ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-021/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixə kimi Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd kobinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 33 ədəd sıf balıqları maddi sübut kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli sübutların qiymələndirilməsi haqqında qərardan görünür ki, iş üzrə şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, baxış protokolları və digər sənədlər sübut kimi qiymətləndirilmiş, 1 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli, 252 və 254 saylı qərarlardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı qismində tanınmışdır. İş üzrə Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində tanınmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 28867 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs X3 hesabına təbiətə vurduğu ziyandan 500 manatını ödəmişdir. Belə olan halda, cinayət işi üzrə mülki iddianın qalıq məbləği 589 manat hesablanmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 9228 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs X3 hesabına təbiətə vurduğu 1089 manat ziyandan 590 manatını ödəmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, ÇMH/4724-054 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulan 1089 (bir min səksən doqquz) manat ziyat məbləği tam şəkildə ödənilmişdir.Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X9, 21 yanvar 2017-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X6 valideynləri Təqsirləndirilən şəxs və X2r. Yevlax ŞİHB-nın Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir rəsmi şikayət və məlumat daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, mütəxəssis arayışı, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1–ci maddəsinə əsaslanaraq cinayət nəticəsində dövlətə vurduğu 1089 manat ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində 3 azyaşlı övladının olmasını, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəməyə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 1089 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdeh Təqsirləndirilən şəxs iddia tələbini qəbul edib məhkəmə icraatı zamanı tam şəkildə ödəməsini nəzərə alaraq, habelə, iş üzrə tədqiq olunmuş mütəxəssis arayışını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 saylı qərarında göstərilmiş balıq ehtiyatlarına ziyan vurulan zaman dəymiş zərərin hesablanması Qaydalarını əsas tutaraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.1–ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 354.1.2-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın rədd edilməsi əks etdirilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Eləcə də, həmin Məcəllənin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdehin cinayəti törədərkən istifadə etdiyi alət və vasitələr hazırkı cinayət işi üzrə məhv edilməli olan əmlaklar kimi müəyyən olunmalıdır. Belə ki, iş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 təhvil verilmiş 01 ədəd kobinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixli qəbul aktına əsasən saxlanması üçün X7 təhvil verilmiş 33 ədəd sıf balıqları dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 təhvil verilmiş 01 ədəd kobinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixli qəbul aktına əsasən saxlanması üçün X7 təhvil verilmiş 33 ədəd sıf balıqları dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilsin. İş üzrə ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar