Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-116/2020 28.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 35 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2016-ci ildən etibarən hər ay 117 (bir yüz on yeddi) manat məbləğində sabit aliment pulun və uşaq üç yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat pulun Mütəllimova (Səttari) Aynur Əmirağa qızına ödənilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(027)- 4614/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxxxxx 2019-cu il, xx xxxxxx 2019cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 5594 (beş min beş yüz doxsan dörd) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Mütəllimova (Səttari) Aynur Əmirağa qızı ilə xx xxxxxx 2013-cü ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2014-cü il tarixdə Nuray adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamışlar. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən xx xxxxxx 2016-cı ildə rəsmi boşanmışlar. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(027)-4614/2016 saylı qətnaməsi ilə xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx xxxxxx 2016-ci ildən hər ay 117 (bir yüz on yeddi) manat məbləğində sabit aliment pulu və uşaq üç yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra X3 və Probasiya Şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdi. Lakin o, qətnaməni icra edə bilmədi. Məhkəmənin qətnaməsi icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati protokol tərtib etdi. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edildi. Lakin buna baxmayaraq o, alimenti tam ödəmədi. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru onun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etdi. Lakin bütün bunlara baxmayaraq o, tələbkara yenə də, aliment pulunu tam ödəyə bilmədi.Tələbkar Zərərçəkmiş şəxs 5594 (beş min beş yüz doxsan dörd) manat məbləğində aliment borcu yaranmışdı. Hazırda Zərərçəkmiş şəxs olan borcundan 2500 (iki min beş yüz) manatını ödəmiş, qalan borcunu da ödəyəcəkdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs Mütəllimova (Səttari) Aynur Əmirağa qızı ifadəsində bildirdi ki,Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(027)-4614/2016 saylı qətnaməsi ilə xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2016-ci ildən etibarən hər ay 117 (bir yüz on yeddi) manat məbləğində sabit aliment pulu və uşaq üç yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat pul alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsini icra etmədiyi üçün Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Lakin buna baxmayaraq təqsirləndirilən şəxs yenə də, ödəniş etməmişdir. Təqsirləndirilən şəxs 5594 manat aliment borcu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs borcundan 2500 manat ödəmişdir. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, X3 və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir. Təqsirləndirilən şəxsicraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(027)- 4614/2016 saylı qətnaməsi ilə xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2016-ci ildən etibarən hər ay 117 (bir yüz on yeddi) manat məbləğində sabit aliment və uşaq üç yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat pul alınaraq Mütəllimova (Səttari) Aynur Əmirağa qızına ödənilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Mingəçevir Şəhər Məhkəməsinə inzibati protokol verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin təqsirləndirilən şəxs yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Təqsirləndirilən şəxs təqdimat verilənədək, Mütəllimova (Səttari) Aynur Əmirağa qızına 5594 (beş min beş yüz doxsan dörd) manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 və Probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 9-13-cü vərəqlərində olan Quba rayon məhkəməsinin 2(027)-4614/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsində xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50(əlli) manat məbləğində pul tutularaq X1 ödənilməsi qət edilmişdir. İşin 8-ci vərəqində olan Quba rayon məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsindən görünür ki, 2(027)-4614/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İşin 14-cü vərəqində olan xx xxxx 2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs göndərilmiş bildiriş və xəbərdarlıqlardan, Təqsirləndirilən şəxs icra məmuruna verdiyi izahatdan görünür ki, məhkəmə qərarının icra edilməməsinin hüquqi nəticələri, Təqsirləndirilən şəxs izah edilmişdir. İşin 70-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsi hakiminin 3(051)-545/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10(on) gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2016-ci ildən etibarən hər ay 117 (bir yüz on yeddi) manat məbləğində sabit aliment pulun və uşaq üç yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat pulun Mütəllimova (Səttari) Aynur Əmirağa qızına ödənilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(027)- 4614/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə xx xxxxxxx 2019-cu il, xx xxxxxx 2019cu il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 5594 (beş min beş yüz doxsan dörd) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxsya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 94-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 97-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş zərərçəkmiş şəxs Mütəllimova (Səttari) Aynur Əmirağa qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 2500 manat ödənilmişdir. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs dəymiş ziyanın bir qisminin ödəməsi, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması, Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia ekspertiza xərci, maddi sübut yoxdur. Hökmün icrası X3 və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası X3 və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-116/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-116/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver